Xəbər lenti
27/05/2019 [16:01]:
Qənirə Paşayeva Aprel şəhidlərinin ailələri ilə görüş keçirdi
27/05/2019 [15:59]:
Erməni hiyləsinin bədəli: Mxitaryan Bakıya gəlmədiyi üçün satılır...
27/05/2019 [15:55]:
Narkotacirlərin növbəti əməli ifşa edildi - Göyərçin ələ keçdi...
27/05/2019 [15:53]:
Zelenski İlham Əliyevə məktub göndərdi
27/05/2019 [15:47]:
Erməni katolikosu Qarabağı Ermənistana birləşdirməyə çağırdı
27/05/2019 [15:45]:
Xalq şairi: "Vəzifədəkilər deyəcək ki, vay, prezident Vahid Əzizi çox istəyirmiş"
27/05/2019 [15:41]:
101 yaşın mübarək, Azərbaycan Respublikası!
27/05/2019 [15:30]:
Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub -FOTOLAR
27/05/2019 [15:28]:
Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın
27/05/2019 [15:20]:
Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...”
27/05/2019 [15:14]:
Fanatları Bakıdan Tbilisiyə aparmaq üçün əlavə qatar təyin edildi
27/05/2019 [15:05]:
“Avropada yayımlanan klipimdə Qarabağ mövzusuna müraciət etmişəm" -VİDEO
27/05/2019 [15:04]:
İbtidai sinif şagirdinin qorxulu yuxusu “sinifdə qalmaq” - Bu, hansı hallarda mümkündür?
27/05/2019 [15:02]:
"Həmin gün Vaqif Səmədoğlunun Musa Yaqub haqqında dediyi söz yadıma düşdü..."
27/05/2019 [14:49]:
Qətərdəki səfirimizin ölkənin nüfuzlu qəzetlərində geniş müsahibələri nəşr olunub
27/05/2019 [14:47]:
Ümumdünya Gömrük Təşkilatının ekspertləri Gömrük Akademiyasında olub
27/05/2019 [14:41]:
Ukraynada məhkumlar üsyan etdi, qaçanlar var - Fotolar
27/05/2019 [14:36]:
Bağlanmış banklarda dollar kreditlərinin restrukturizasiyası başlanır
27/05/2019 [14:12]:
Gömrükdə daxili orqanlarında narkotik vasitə keçirən şəxs saxlanıldı
27/05/2019 [14:06]:
Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ
27/05/2019 [14:04]:
“İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha...”
27/05/2019 [14:04]:
Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı
27/05/2019 [14:03]:
Binəqədidə Respublika günü... -FOTOLAR
27/05/2019 [14:01]:
"Çoxlarına Nəcməddin Sadıkov kimi sərt və tələbkar ordu generalı, rəhbər sərf etmir..."
27/05/2019 [13:56]:
Amerikada yerləşən beynəlxalq kikboks mətbuatı Hafiz Baxşəliyevdən yazdı
27/05/2019 [13:52]:
ADNSU-da 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib
27/05/2019 [13:49]:
Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi sessiyası keçirdi
27/05/2019 [13:43]:
Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşdü
27/05/2019 [13:42]:
İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ
27/05/2019 [13:40]:
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı
27/05/2019 [13:37]:
Növbəti 3 gün ərzində yağış gözlənilir
27/05/2019 [13:35]:
“Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır
27/05/2019 [13:33]:
“Hercai”nin Reyyanına görə təhlükəsizlik gücləndirildi
27/05/2019 [13:31]:
Prezident xanımı ilə “Buta” sarayında...
27/05/2019 [13:24]:
Azərbaycan düşmənlərinə... canazyanların cavabı
27/05/2019 [13:07]:
ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş müzakirə edilib
27/05/2019 [13:00]:
“Yerevandan soruşmamısız ki, onların oğulları hərbi xidməti harada keçirlər?”
27/05/2019 [12:56]:
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
27/05/2019 [12:50]:
“Qüdsün, Qarabağın azadlığına doğru” mövzusunda konfrans keçirilir
27/05/2019 [12:48]:
Misirdə Respublika günü qeyd edildi...
27/05/2019 [12:46]:
“Qadına qarşı cəmiyyətin münasibətini dəyişmək üçün təhsil və maariflənmə çox önəmlidir...”
27/05/2019 [12:42]:
BDU-da 28 May – Respublika Günü qeyd edilib
27/05/2019 [12:28]:
Vahid Əhmədov iftar süfrələri təşkil etdi -FOTOLAR
27/05/2019 [12:22]:
Rusiya müxalifət lideri  işğalçı ölkə baş nazirini alqışladı...-VİDEO
27/05/2019 [12:20]:
Bakı-Qəbələ qatarı nə vaxt açılacaq?
27/05/2019 [12:17]:
“Hamı ölümlə görüşməlidir…” - Rasim Balayev
27/05/2019 [12:14]:
Məktəblilərin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binalarına ekskursiyası təşkil edildi
27/05/2019 [12:11]:
“Mənim kimi qızın sevgilisi olmasa yaxşıdır” -Röya
27/05/2019 [12:02]:
Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir
27/05/2019 [12:01]:
Ölkədəki faktiki hava şəraiti açıqlandı
27/05/2019 [12:00]:
Səninlə fəxr edirik, Azərbaycan əsgəri!
27/05/2019 [11:59]:
Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır”
27/05/2019 [11:56]:
Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb”
27/05/2019 [11:52]:
Həmin gün Bakı metrosu gecə 4-ə qədər işləyəcək
27/05/2019 [11:48]:
Nail Əzizov həm də ADAU-nun idman tarixinə töhfələr verir
27/05/2019 [11:46]:
Mərdəkan Dendrarisində bataqlığı xatırladan hovuzlar - REPORTAJ
27/05/2019 [11:40]:
DOST xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
27/05/2019 [11:39]:
DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı
27/05/2019 [11:38]:
İyunun 2-də buraxılış imtahanları keçiriləcək
27/05/2019 [11:35]:
Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu
27/05/2019 [11:32]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:31]:
“Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi
27/05/2019 [11:30]:
Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək
27/05/2019 [11:19]:
BDYP-nin təşəbbüsü ilə məktəblilərin stasionar postlara ekskursiyası təşkil edildi - FOTO
27/05/2019 [11:19]:
İran televiziyası sünni müsəlmanların təhqiri səbəbiylə 3 əməkdaşını qovdu
27/05/2019 [11:16]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Fətəli Axundzadə
27/05/2019 [11:13]:
Veteranlar təşəbbüsə qoşulurlar...
27/05/2019 [11:11]:
Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb
27/05/2019 [11:08]:
Yeniyetmə hovuzda boğularaq öldü
27/05/2019 [11:06]:
İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi - FOTO
27/05/2019 [11:03]:
“Arsenal”ın Bakıdakı ilk məşqindən - FOTOLAR
27/05/2019 [10:52]:
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
27/05/2019 [10:48]:
Çağdaş və qədim Özbəkistanda on gün... - FOTO
27/05/2019 [10:13]:
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
27/05/2019 [09:58]:
“Çelsi”nin müdafiəçisi: “Bakıdakı finalda qələbə qazansaq...”
27/05/2019 [09:55]:
Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxıldı
27/05/2019 [09:52]:
"Bank Standard"ın Kreditorlar Komitəsinin sədri istefa verir
27/05/2019 [09:49]:
Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu
27/05/2019 [09:38]:
Aygün Kazımovadan “18-”
27/05/2019 [09:35]:
Konqoda gəmi batdı - 30 nəfər öldü
Bütün arxiv bir sırada
15/03/2019 [14:43] - Cəmiyyət - ( 9497 dəfə baxılıb)

"Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"



Moderator.az hüquq elmləri doktoru, professor İlham Rəhimovun son günlər Rusiya mediasında azərbaycanlılara yönəlik xəbərlərlə bağlı “Yeni Müsavat” qəzetinə müsahibəsini təqdim edir:

- İlham müəllim, bir neçə gündür Rusiya mediası Moskvada sizin də sahibi olduğunuz ticarət obyektlərində reydlər keçirilməsi haqqında informasiyalar yayır. Həmin xəbərlər Azərbaycan mediasında da yer alıb. Əslində nə baş verir?

- Öncə onu deyim ki, hadisədən xəbər tutan kimi, Moskva ilə əlaqə saxladım, məsələyə aydınlıq gətirildi. Hazırda orada hər hansı bir problem yoxdur. Bu, Moskva Daxili İşlər Baş İdarəsinin hər il miqrasiya ilə bağlı keçirdiyi reyd idi. Burada xüsusi səbəb axtarmağa gərək yoxdur. Yoxlamalar zamanı ticarət obyektlərinin işinə müdaxilə olunmadan orada çalışan əcnəbilərin sənədləri yoxlanıb və sənədləri qaydasında olmayan insanlarla bağlı tədbirlər həyata keçirilib. Yenə deyirəm, bu hər il baş verir. Məndə olan informasiyaya görə, Rusiyanın miqrasiya qanunlarını ən çox pozan çinlilərdir. Onlar kütləvi şəkildə Rusiya bazarlarına gəlir, ölkədən deportasiya olunana qədər sənədsiz yaşayırlar. Rusiya isə qanunlarını sərtləşdirib, nəzarəti gücləndirib. Müşahidə elədim ki, kimsə bu qanuni yoxlamaları ictimaiyyətə fərqli tərzdə çatdırmaq istəyir, ona görə də prosesə müdaxilə etməyi lazım bildim.

- O zaman siz yayılan xəbərləri sifarişli sayırsınız?

- İstisna deyil. Rusiya mediasında ermənilər çoxdur. Ola bilər, bu kampaniyanı kimlərsə onların əli ilə təşkil edib.

- Söhbət erməni iş adamlarından gedir?

- Bu da istisna deyil. Rusiyanın, xüsusən Moskvanın iş dünyasında bir çox millətin nümayəndəsi, o sıradan ermənilər çalışır. Rəqabət güclüdür. Aydın görünür ki, kimlərsə bizi – yəni mənim, Qod Nisanovun və Zarah İliyevin ortaq olduğumuz “Kiyevskaya ploşad” şirkətlər qrupunu qaralamaq, Rusiya ictimaiyyətində bizim mənfi imicimizi formalaşdırmaq istəyirdi. Ancaq buna nail ola bilmədilər. Belə təsəvvür yaratmağa çalışırdılar ki, biz yoxlamalardan narahat olmuşuq. Heç bir əsası olmayan iddialardır. Obyektində yoxlamalardan o adamlar narahat olar ki, onlar qara pullarla işləyir. Nə mənim, nə də ortaqlarımın buna ehtiyacı yoxdur. Bizim şirkət Rusiyanın iş dünyasında söz sahibidir. İkincisi də mən hüquqşünasam. Heç zaman imkan vermərəm ki, sahibi olduğum qurumların hər hansında qanunsuz bir addım atılsın.

"Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"

- Bu mənim üçün prinsipial məsələdir. Kimlərsə daxili işlər orqanlarının qanuni reydini bizim fəaliyyətimizə bağlamağa cəhd eləyirdi, alınmadı. Gördüyünüz kimi, bu gün (dünən -red.) Moskva Daxili İşlər Baş İdarəsi açıqlama yayaraq yazılanların doğru olmadığını bildirdi, üstəlik kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa, “KIV haqqında” Qanunu pozmamağa çağırdı. Məni təəccübləndirən başqa məsələdir... Rusiyadakı durumu anladıq – yaxşı, bəs Azərbaycan mediası heç nəyi aydınlaşdırmamış, mahiyyətini öyrənməmiş bunları niyə tirajlayır? Belə çıxır, Azərbaycandakı bəzi saytlarla bizə qarşı düşmən münasibətdə olan media eyni mərkəzdən idarə olunur? Bu düşünülməmiş hərəkətlərlə bizi istəməyən qüvvələrin dəyirmanına su tökənləri anlamaq mümkün deyil. Məgər Rusiya medaisının yaydığı xəbərləri dəqiqləşdirmək bu qədər çətindir? Bizim şirkətlər qrupu mediaya açıqdır – zəng eləmək, xəbərləri dəqiqləşdirmək, bizim fikrimizi öyrənmək çətin deyil. Ancaq nədənsə bu xəbərləri yayanlar söhbətin yalnız Azərbaycan əsilli iş adamlarından deyil, yüz minlərlə azərbaycanlıdan getdiyini unudurlar.

- Reydlər zamanı saxlananlar arasında azərbaycanlılar varmı?

 - Ola bilər, amma məndə belə bir informasiya yoxdur. Bir neçə il bundan öncə azərbaycanlıların Rusiyada kütləvi şəkildə miqrasiya problemləri yaranırdı. Axır illərdə isə bu xüsusi kəskinliyi ilə seçilməyən məsələdir. Biz obyektlərimizdə çalışan insanlara miqrasiya məsələsi də daxil, bir sıra problemlərinin çözülməsi üçün hüquqi yardım göstəririk. Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır. Biz onların hamısının sənədlərini yoxlaya bilmərik. Bu bizim nə marağımızda, nə də səlahiyyətimizdə deyil. Məndə olan xəbərlərə görə, reydlər zamanı əsasən çinlilərin miqrasiya qanunlarını pozduğu aşkarlanıb və onlar haqqında tədbir görülüb. Dediyim kimi, Azərbaycan mətbuatında kimlərsə bizi qanundan kənar fəaliyyətlərdə suçlamaq istəyirdi, amma alınmadı. Bu isə ona gətirib çıxardı ki, ailələrinin əsas gəlir qaynağı Rusiya olan minlərlə ailə bir neçə günü narahatlıq içərisində keçirdi. Bilirsiniz, belə xəbərlər nə mənə, nə də ortaqlarım Qod Nisanovla Zarah İliyevə zərrə qədər də təsir etmir. Bu xəbərlərdən əziyyət çəkənlər orada çalışan insanlar, onların yaxınlarıdır. Rusiyada çalışan hər bir azərbaycanlı özündən başqa 5-6 nəfərin yaşayışını təmin edir. Rəsmi rəqəmlərə görə, hər il Rusiyadan Azərbaycana 2 milyard dollar pul gəlir. Həmin adamların hesabına. Dediyim kimi, qışda bizim yalnız ticarət obyektlərimizdə 47 min, yayda – işlər daha da sürətlənəndə 60 min insan çalışır.

"Rusiyanın iş dünyasında bir çox millətin nümayəndəsi, o sıradan ermənilər çalışır. Rəqabət güclüdür. Aydın görünür ki, kimlərsə bizi – yəni mənim, Qod Nisanovun və Zarah İliyevin ortaq olduğumuz “Kiyevskaya ploşad” şirkətlər qrupunu qaralamaq, Rusiya ictimaiyyətində bizim mənfi imicimizi formalaşdırmaq istəyirdi"

- Hələ mən otellərdə, restoranlarda, digər obyektlərdə çalışanları demirəm. Onların Azərbaycanda maddi dəstək verdiyi insanların sayı yarım milyondan az deyil. Bu qədər insanı narahatlıqda saxlamaq, onları gərəksiz yerə həyəcanlandırmaq nəyə xidmət edir? Əks arqument kimi bunu Rusiya mediasının yaydığını bildirirlər. Yaxşı, o zaman bizim haqqımızda yazılan digər xəbərləri niyə görmürlər? Cəmi 1 həftə öncə biz 4 hektar ərazini əhatə edən “Depo Lesnaya” istirahət-əyləncə mərkəzini açmışıq. Orada təkcə restoranların, kafelərin sayı 34-dür. Dünyanın bir çox xalqlarının mətbəxi orada təmsil olunur. Təbii, erməni mətbəxindən başqa... Çox gözəl bir istirahət məkanıdır. Həmin məkan əvvəl tramvay deposu olub. Moskva rəhbərliyinə tamamilə baxımsız yerin bizə verilməsini təklif etdik və oranı sözün əsl mənasında şəhərin ən dəbdəbəli istirahət məkanlarından birinə çevirdik. Obyektin ilkin arxitektur özəlliklərini də saxladıq – qırmızı kərpicdən tikilən depo binasını restavrasiya etdik, çevrəsini modern inşaatın tələblərinə uyğun şəkildə yenidən qurduq. Açılışa Moskva meri Sobyanin gəldi, Qod Nisanovla bərabər obyekti açdı, xeyir, uğur dilədi, bir neçə telekanal açılışdan reportajı gün boyu bütün xəbər buraxılışlarında yayımladı. Yaxşı, reydlər haqqında Rusiya mediasını kopyalayanlar o xəbərləri niyə “görmədi”? Mediada süni gərginlik yaradılması ancaq qeyri-professionalların işidir. Ona görə də heç kim narahat olmasın. Buradan Rusiyada çalışan azərbaycanlılara, onların Azərbaycanda yaşayan qohumlarına səslənirəm – arxayın işinizi görün, qanun çərçivəsində işləyən heç kəsə Rusiyada hər hansı problem yaranmayacaq.
09d4be58-09e0-4f17-8da3-6a3fd7e3cd1e.jpg (93 KB)

- Professor, niyə bu məsələdə əsas hədəf Qod Nisanov oldu?

 - Bizim şirkətlər qrupundakı iş bölgüsünə görə, Qod Nisanov şirkətin üzdə olan simasıdır. Rəsmi qurumlarla təmaslar, ictimaiyyətə veriləcək açıqlamalar daxil, bir sıra təşkilati işlər birbaşa onun üzərindədir. Tikinti işləri ilə bağlı bütün prosedurlara Zarah İliyev rəhbərlik və nəzarət edir, mən ehtiyac yarananda prosesə dərhal müdaxilə edir, problemləri yoluna qoyuram. Yəni iş bölgüsü səbəbi ilə Qod Nisanov ictimaiyyətin hər zaman diqqət mərkəzində olan şəxsdir. Görünür, onun yüksəlişi kimlərisə narahat edir və vaxtaşırı ona hücum etməyə cəhd göstərirlər. Ağla gələn və gəlməyən o qədər yalan uydururlar ki, oxuyanda müəllifin fantaziyasına “heyran olursan”. Yazırlar ki, Qod Nisanov hökumətin təkilfindən imtina etdiyi üçün ölkə rəhbərliyi ilə münasibətləri pozulub. Bunu yazanların elementar məntiqinin olmasına şübhə edirəm. Dünyanın istənilən ölkəsində iş dünyası hökumətlə münasibətlərini sağlam, canlı saxlamaq istəyir. Rusiya hökumətinin bizim də iştirak etdiyimiz, ciddi dəstək verdiyimiz böyük sosial proyektləri var və yəqin bundan sonra da olacaq.

"Rusiyadakı durumu anladıq – yaxşı, bəs Azərbaycan mediası heç nəyi aydınlaşdırmamış, mahiyyətini öyrənməmiş bunları niyə tirajlayır? Belə çıxır, Azərbaycandakı bəzi saytlarla bizə qarşı düşmən münasibətdə olan media eyni mərkəzdən idarə olunur? "

- İddialardan biri də odur ki, “Kiyevskaya ploşad”ın problemləri siz öz payınızı ailə üzvlərinizin adına keçirəndən sonra başlayıb...

- Bu iddianın heç bir əsası yoxdur. Belə ki, mənə məxsus pay digər şəxsə keçməyib, yenə də mənim ailəmə məxsusdur və bu ailənin ağsaqqalı da mənəm.

- Sizin ortaqlarınızın adı Qərbin sanksiyalar tətbiq etdiyi şəxslərin siyahısındadır. Yenidən rəsmi ortaqlığı qəbul etməyiniz sizin üçün hər hansı problem yarada bilərmi?

- Onların adı siyahıda olsa da, faktiki heç bir sanksiya ilə üzləşməyiblər. Viza probleminin olacağı ilə bağlı narahatlıqlar vardı, o da özünü doğrultmadı. Qod Nisanov da, Zarah İliyev də dünyanın istənilən ölkəsinə sərbəst gedib-gələ bilirlər.

"Cəmi 1 həftə öncə biz 4 hektar ərazini əhatə edən “Depo Lesnaya” istirahət-əyləncə mərkəzini açmışıq. Orada təkcə restoranların, kafelərin sayı 34-dür. Dünyanın bir çox xalqlarının mətbəxi orada təmsil olunur. Təbii, erməni mətbəxindən başqa... "

- Son bir neçə həftədə Moskva ilə Bakı arasında gərginlik yaradılması üçün çalışmalar gözə dəyir. Gah çeçenlərlə-azərbaycanlılar arasında dava, gah “Sputnik Azərbaycan”ın şef redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması, indi də sizin sahiblərindən biri olduğunuz ticarət obyektindəki yoxlama məsələsi. Bütün bunları ermənilərin təxribatı sayırsınız?

- Kriminal hər ölkədə, hər şəhərdə ola bilər. Prosesləri izlədikcə aydın görünür ki, kimlərsə Bakı ilə Moskva arasında süni gərginlik yaradılmasında çox maraqlıdır. Ancaq bu hakimiyyət dairələri deyil. Rusiya iqtidarındakı ab-havaya yaxşı bələd olan biri kimi deyirəm ki, yüksək səviyyədə belə bir məsələ mövcud deyil. Bu cəhdlər siyasi xarakter daşımır. “Sputnik Azərbaycan” məsələsinə gəlincə, bu məsələdən xəbərdaram. Bugünlərdə Mətin Yaşaroğlu ilə görüşəcəyik. Baş verənləri onun dilindən eşitmək istəyirəm. Yəqin bundan sonra məsələ mənim üçün daha da aydınlaşacaq.

loading...
loading...
Ağcaqanadlar hansı tip adamları daha tez-tez sancırlar? - Maraqlı araşdırma...
"Bakı-Tbilisi-Qarsla sərnişin daşınmasını bu ilin avqustunda mümkün olacaq"
Könüllü olaraq 10 min ağac əkən gözsüz və qolsuz dostlar - İBRƏTAMİZ...
10 aylıq uşağını amansızlıqla döydü - DƏHŞƏT...+ VİDEO
"Şeytan Tramp" deyən şübhəlinin vurulduğu görüntü ortaya çıxdı - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Narkotacirlərin növbəti əməli ifşa edildi - Göyərçin ələ keçdi...
Gündəm
“Rusiya yenə də bu ölkənin iqtisadiyyatında dominantdır” – “Qalibiyyət”in gətirdiyi əsarət...
Cəmiyyət
“Həmin vaxtdan “Qızıl Kəlmə” mükafatına görə heç bir əsər təqdim etmirəm...”
Cəmiyyət
“O dağların ucalığını, vüqarını  həyat tərzində cəmləşdirən gözəl insan...”
Kriminal
"El Çapo" ləqəbli narkobarona gəzintiyə çıxmaq qadağan edildi - Azadlıqlar ölkəsində...
Həftənin ən çox oxunanları
Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alır
Müəllimin şagirdinə qarşı əxlaqsızlığı gizli kameraya düşdü - VİDEO
Gəlin maşınında gəlinin etdiyi hərəkət qalmaqal yaratdı - Azərbaycanda / VİDEO
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
Qəza dəhşəti: anası oğlunun öldüyünü bilmir - Foto
Şəhid akademikin qızından Prezidentə müraciət: "Bizi arxasız görüb başımıza bu oyunu açırlar"
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)