Xəbər lenti
23/03/2019 [16:49]:
İş yerində telefonu enerjiyə qoşmaq olmaz - Rusiyada qəribə qadağa
23/03/2019 [16:39]:
İki qardaşı bıçaqlayan şəxs saxlanıldı
23/03/2019 [16:31]:
Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələr keçiriləcək
23/03/2019 [16:29]:
Zaman dəyişdikcə tariximizə baxışımız, yanaşma tərzimiz də dəyişir...
23/03/2019 [16:19]:
Sabiq nazirin 5 milyardlıq işində daha bir saxtakarlıq - Ölkəyə 360 milyonluq hansı mal gətirilib?
23/03/2019 [16:14]:
Bakı-Ələt yolunda maşın aşdı, bir ailənin 4 üzvü yaralandı
23/03/2019 [16:11]:
Boşandığı üçün 1500 dollar qiyməti olan gəlinliyini yandırdı - FOTOLAR
23/03/2019 [16:11]:
Rusiyada kişilərin 70 faizinin ölüm səbəbi odur – Nazir dəhşətli rəqəmlər açıqladı
23/03/2019 [16:09]:
Səfir Ukrayna jurnalına Qarbağdan danışdı
23/03/2019 [15:59]:
Müharibədən sonra bu şəhərdə şikəst uşaqlar doğulur- Bu dəfəki körpənin burnu yoxdu-FOTO
23/03/2019 [15:53]:
Ermənistanda hərbi hissələrdən birinin əsgərləri üsyan etdilər
23/03/2019 [15:49]:
Ərdoğan Moskvaya gedir
23/03/2019 [15:47]:
Əhaliyə iki günlük hava xəbərdarlığı
23/03/2019 [15:43]:
Prezident iraqlı həmkarına başsağlığı verib
23/03/2019 [15:41]:
Azərbaycan Prezidenti İraqın dövlət başçısına başsağlığı verib
23/03/2019 [15:27]:
Separatçı erməni rejimi Israil paytaxtında sərgi təşkil etdi...
23/03/2019 [15:03]:
Rusiya Suriyada yeni silah sınaqdan keçirir - Amerika bu silahlardan qoruna bilməyəcək
23/03/2019 [14:41]:
Kolumbiyadan Azərbaycana turist axını artır
23/03/2019 [14:30]:
Somalidə güclü partlayış baş verdi - FOTO
23/03/2019 [14:24]:
Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
23/03/2019 [14:16]:
Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
23/03/2019 [13:57]:
Bayramda cənub bölgəsində süfrəni bu təamsız təsəvvür etmək olmaz - VİDEO
23/03/2019 [13:55]:
"Ucuz akkumulyatorları uzun müddət istifadə etmək olmur"- Avtomobil üzrə mütəxəssis...
23/03/2019 [13:22]:
WhatsApp-da yeni funksiyalar olacaq
23/03/2019 [13:14]:
Evlərə qənim kəsilən 4 oğru tutuldu
23/03/2019 [13:02]:
Əfqanıstanda stadionda partlayış: qubernator və müavini yaralandı
23/03/2019 [12:52]:
“Ölkəmiz faşizm üzərində qələbənin əldə edilməsinə böyük töhfələr verib”
23/03/2019 [12:51]:
Bakıda Novruz şənlikləri davam edir
23/03/2019 [12:36]:
Biləcərinin bir küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırıldı
23/03/2019 [12:27]:
“Kənddən şəhərə” yarmarkasında fındıqdan qurd çıxıb - Ekspertdən açıqlama...
23/03/2019 [12:13]:
Avropanı Asiya ilə birləşdirəcək dəmiryolunda tarixi gün...
23/03/2019 [12:09]:
İranda baş vermiş sel nəticəsində ölənlərin sayı 9-a çatıb
23/03/2019 [11:54]:
Gəncədə piyadanı maşın vurub
23/03/2019 [11:48]:
Milyoner 52 min dollar əmək haqqı ilə səyyah axtarır
23/03/2019 [11:44]:
Astananın adı Nur-Sultan oldu - RƏSMİ
23/03/2019 [11:38]:
Zurabişvili azərbaycanlılarla rus dilində danışmaq istəmədi
23/03/2019 [11:34]:
“Başa düşməliyik ki, Qarabağ Allaha yox, bizə lazımdır...”
23/03/2019 [11:27]:
Çikaqoda yaşayan azərbaycanlı müəllim FOTO
23/03/2019 [11:21]:
“Qazprom” Ukrayna üçün qazın qiymətini azalda bilər
23/03/2019 [11:16]:
Azərbaycanlı bloqerin hədiyyə etdiyi Gelandewagen qəzalı imiş?
23/03/2019 [11:12]:
Xəzər Universitetinin müəllimi xanım həmkarlarına qarşı "filosof"luq etdi və...
23/03/2019 [11:08]:
Zeynəb Xanlarovaya məxsus olduğu deyilən villanın görüntüləri yayıldı – FOTOLAR
23/03/2019 [11:05]:
Gəncə-Bakı qatarının sərnişinlərinə ŞAD xəbər
23/03/2019 [11:04]:
ABŞ yeni yüksək sürətli "Daring" helikopterini sınaqdan keçirdi VİDEO
23/03/2019 [11:01]:
15-16-cı əsrə aid qəbiristanlıq aşkar edildi - FOTOLAR
23/03/2019 [10:56]:
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTO
23/03/2019 [10:46]:
Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI
23/03/2019 [10:33]:
Üzeyir Moskvada döyülməsi xəbərinə reaksiya verdi
23/03/2019 [10:27]:
Azərbaycan deputatları ABŞ-a getdilər
23/03/2019 [10:18]:
Röyanın sorağı bu dəfə də Dubaydan gəldi - FOTO/VİDEO
23/03/2019 [10:16]:
Moskvada Üzeyir və köməkçisini "yun" kimi çırpdılar: Rəqsanənin restoranında...
23/03/2019 [10:15]:
Gələn ay Çelyabinsk-Bakı aviareysi açılacaq
23/03/2019 [10:09]:
Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM
23/03/2019 [10:07]:
Müxbirin çəkdiyi foto sonu oldu — İntihar etdi
23/03/2019 [10:05]:
Merkellə Tramp telefonda müzakirə apardı
23/03/2019 [09:58]:
Bu gün hava necə olacaq?
23/03/2019 [09:45]:
Britaniya Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımır
23/03/2019 [09:43]:
Erməni silahlı bölmələri atəşkəsi 25 dəfə pozdu
23/03/2019 [09:38]:
NASA astronavtları açıq fəzaya çıxışı başa vurublar
23/03/2019 [09:33]:
Bakıda yanan mənzildə meyit tapıldı
23/03/2019 [09:30]:
Kürdəmirdə 10 yaşlı uşağı maşın vurdu
23/03/2019 [09:28]:
Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşdü - VİDEO
23/03/2019 [00:53]:
"Telmandan soruşdum ki, bəs Monika Belluçi nə edəcək, dedi ki, o sadəcə..."
23/03/2019 [00:40]:
Dişi aslanların erkək şirlə savaşı videoya düşdü VİDEO
23/03/2019 [00:17]:
Litvada vertolyot qəzası baş verib
23/03/2019 [00:14]:
Londonda 74 milyard dollarlıq şübhəli mülklər tapıldı - Sahibləri kimdir?
23/03/2019 [00:12]:
Çində partlayış nəticəsində ölənlərin sayı 62-yə çatıb - VİDEO
23/03/2019 [00:07]:
Aşqabadda avtomobillərdə rəngli disklər qadağan edildi
22/03/2019 [22:40]:
Lütfi Zadənin xanımını qıcıqlandıran nişan üzüyü, universitetə geyinilən yanlış ayaqqabılar - MARAQLI
22/03/2019 [22:38]:
I qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
22/03/2019 [22:15]:
Amerikalı rəssam 7 dəqiqəyə Rəşid Behbudovun portretini çəkdi - VİDEO
22/03/2019 [22:13]:
Akkumulyator bomba kimi partladı - VİDEO
22/03/2019 [21:46]:
AŞPA sədri Ermənistana səfər edəcək
22/03/2019 [21:43]:
Bəşəriyyət tarixində şok: İnsan 20 il cavanlaşdı - Video
22/03/2019 [21:38]:
Türkiyədəki zəlzələdən inanılmaz görüntülər - VİDEO
22/03/2019 [21:14]:
Moskvada Kamaz sərnişinlə dolu taksinin üstünə aşdı - VİDEO
22/03/2019 [20:58]:
Çində turistləri daşıyan avtobus yandı
22/03/2019 [20:37]:
Dünyanı heyrətə salan sözlər: "Trampı İsrail üçün Tanrı göndərib"
22/03/2019 [20:30]:
Kanada parlamentində  “Artsax dostları” qrupu yaradıldı…
22/03/2019 [20:19]:
"Əli İnsanov heç zaman Qərbi Azərbaycanlıların lideri olmayıb və olmayacaq!"
Bütün arxiv bir sırada
15/03/2019 [18:56] - Cəmiyyət - ( 1107 dəfə baxılıb)

“Goranboyda “ASAN xidmət” mərkəzinə ehtiyac var” - Ağalar Vəliyev



“Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun zənginləşdirilməsi sayəsində islahatlar ili kimi çağdaş tariximizə qovuşan 2018-ci il ölkəmiz və xalqımız üçün önəmli hadisələrlə və qazanılan yüksək nailiyyətlərlə əlamətdar olub. Bu gün müzakirəmizə təqdim olunan, zəngin strukturu, analitik informasiyaları və məzmunlu təhlilləri ilə seçilən Nazirlər Kabinetinin ötən ilki fəaliyyəti ilə bağlı hesabatı zənnimcə yüksək peşəkarlıqla mükəmməl hazırlanıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev deyib.

Deputat hesab edir ki, sürətlə dəyişən beynəlxalq münasibətlər və yeni çağırışlar şəraitində son 15 il müddətində president İlham Əliyevin ardıcıl həyata keçirdiyi siyasi və iqtisadi islahatların nəticəsində bütün dünyada nadir hallarda müşahidə olunan ölkəmizin hərtərəfli inkişafının bütün parametləri və aspektləri hesabatda dolğun şəkildə öz əksini tapıb:

“Heç şübhəsiz ki, 2018-ci ildə ağır geosiyasi və geoiqtisadi mənzərə fonunda Azərbaycanın davamlı inkişafının, makroiqtisadi və maliyyə dayanıqlığının, xalqımızın sabitlik və təhlükəsizlik şəraitində yaşayışının təmin edilməsi hökümətin səmərəli fəaliyyətinin başlıca prioritetləri kimi səciyyələndirilməlidir.

Hörmətli baş nazirin ətraflı məruzəsindən göründüyü kimi, cənab Prezidentin göstərişlərini əsas tutaraq hökumət hesabat ilində iqtisadi inkişafla sosial tərəqqi arasında əlaqənin daha da möhkəmləndirilməsini və əhalinin rifahının yaxşılaşdırılması imkanlarından səmərəli istifadə edilməsini bilavasitə diqqət mərkəzində saxlayıb”.

Ağalar Vəliyev daha sonra Nazirlər Kabinetinin hesabat ilində fəaliyyəti kontekstində ölkənin iqtisadi və sosial inkişafında mühüm əhəmiyyətli sfera kimi tikinti-inşaat kompleksində görülən işlərə toxunub.

“Hesabatda qeyd olunduğu kimi, ötən ildə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 20,6 faizi tikinti sahəsinə sərf edilmiş, il ərzindəbir çox strateji əhəmiyyətli obyektlər istifadəyə verilib.

Keçən il inşaat müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin 63,7 faizini əsaslı tikinti, 9,4 faizini əsaslı təmir, 7,7 faizini cari təmir, 19,2 faizini isə sair tikinti işləri təşkil etmişdir. Sevindirici haldır ki, ümumi inşaat işlərinin 80,2 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən icra olunub.

Ölkədə uğurla gerçəkləşdirilən islahatların tərkib hissəsi kimi hökumət tərəfindən daim mütərəqqi təkmilləşdirmələr həyata keçirilir ki, buna da misal olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını göstərmək olar. Ötən il ərzində MİDA tərəfindən uyğun qiymətə mənzil tikintisi üçün Bakı şəhərinin Yasamal və Suraxanı rayonlarında ayrılmış torpaq sahələrində tikinti işləri aparılmış və istifadəyə verilən sosial mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təklif edilib.

Eyni zamanda çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə “Böyük Bakının Regional İnkişaf Planı” çərçivəsində təhlillər aparılıb, Bakı, Sumqayıt, Xırdalan və digər şəhərlərin spesifik xüsusiyyətləri, o cümlədən mövcud qanunvericiliyin, dövlət proqramlarının, strateji yol xəritələrinin, əhalinin tələbləri nəzərə alınaraq yeni tip yaşayış binalarının layihələrinin hazırlanmasına başlanılıb.

Hökumətin hesabatında həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təhlilinə geniş yer ayrılıb və əsas prioritet istiqamətlərdən biri kimi ötən il Komitə tərəfindən ərazi planlaşdırılması sənədlərinin hazırlanması işləri vurğulanıb.

Belə ki, dövlət başçısının “Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” 27 iyun 2018-ci il tarixli Sərəncamına uyğun paytaxtın müasir tələblərə cavab verən baş planının tərtib olunması məqsədilə ötən illərdə hazırlanmış “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri təhlil edilmiş, şəhərin inkişaf istiqamətləri ilə bağlı aidiyyəti qurumların, ekspertlərin, sakinlərin mövqeyi öyrənilmiş və bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq Bakının inkişaf konsepsiyası hazırlanıb.

Hesabatda diqqəti cəlb edən məqamlardan biri kimi Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq “Şəhərsalma və tikintiyə dair normativ sənədlərin Siyahısı”nın hazırlanmasını vurğulamaq olar ki, hazırda bu istiqamətdə müvafiq işlər davam etməkdədir.Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir.

Bu kontekstdə həlli vacib olan bir məsələyə münasibətimi bildirmək istərdim. Belə ki, 2018-ci ilin sonlarına qədər tikinti sıxlığı əmsalı qəbul olunmuş qaydalara əsasən, yəni qüvvədə olan Tikinti Məcəlləsinə və Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 saylı qərarına uyğun olaraq şəhərsalma əsaslandırılması aparılmış binaların tikintisinə icazə verilir. Həmin qaydalarda göstərilir ki, tikinti sıxlığı əmsalı ayrılmış torpaq sahəsinə deyil, planlaşdırılan məhəlləyə uyğun aparılmalıdır.

Hazırki təcrübədə isə inşaat-tikinti işləri ilə məşğul olan sahibkarlar planlaşdırılan məhəlləyə uyğun olan əmsala əsasən öz hesabatlarını apararaq müvafiq layihələrə sərmayə cəlb etməklə vəsait yatırırlar. Lakin ayrılmış torpaq sahəsinə tətbiq edilən mövcud tikinti sıxlığı əmsalı sahibkarlar üçün rentabelli sayılmır.

Əlavə edim ki, bir sıra ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, Gürcüstan və digər Avropa ölkələrində də tikinti sıxlığı əmsalı planlaşdırılan məhəlləyə uyğun hesablanır və bu planlaşdırma şəhər Baş Planında nəzərdə tutulur. Ancaq Bakı şəhərinin Baş Planı hələ tam hazır olmadığından Şəhərsalma və Arxitektura Komitəsi ayrılmış torpaq sahəsinə uyğun tikinti sıxlığı əmsalını tətbiq edir.

Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişafın müşahidə olunması ilə yanaşı, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilməkdədir.

Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir.

Cənab Prezident istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə müvafiq fərman imzalayıb.

Bununla da uzun illərdir ki, əhalini ciddi narahat edən problemli məsələlərdən biri də öz həllini tapıb. Belə ki, Fərmana əsasən müvafiq dövlət orqanları bütün lazımı sənədləşmə işlərini aparılmasını təşkil edəcək və beləliklə də, təxminən 400 çoxmənzilli binada yaşayan 60 minə yaxın ailə faktiki yaşadıqları mənzillərə mülkiyyət hüququ verən sənədlərlə təmin olunacaq”.

Ağalar Vəliyev bildirib ki. Azərbaycanın son illərdəki sürətli inkişafını sərhədyanı və təmas xəttinə yaxın həssas bölgə kimi hər zaman cənab Prezidentin diqqəti və qayğısı ilə əhatə olunan və millət vəkili kimi təmsilçisi olduğum 97 saylı seçki dairəsinə daxil olan Goranboy rayonunun timsalında da aydın görmək olar:   

“Belə ki,ölkə rəhbəri son illər ərzində bu bölgəyə 6 dəfə səfər etmiş, bir sıra obyektlərin açılışında şəxsən iştirak etmiş və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönələn 9 sərəncam imzalayıb.

Məhz bunun nəticəsidir ki, son illər ərzində Goranboy rayonunun iqtisadi potensialı artmış, infrastruktur təminatı güclənmiş, biznes mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə əlverişli şərait yaradılıb.

Seçicilərimin dövlət başçısına ünvanlanan çoxsaylı minnətdarlıq hisslərini ifadə edərək böyük məmnuniyətlə vurğulamaq istərdim ki, cənab Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq ötən il Goranboy rayonunda iki istiqamətdə müvafiq olaraq 21 min və 16 min əhalinin yaşadığı bir neçə kəndi əhatə edən avtomobil yolu çəkilmiş, 2 yarımstansiya, 1 xalçaçılıq sexi istifadəyə verilmiş, Mərkəzi Rayon Xəstəxanası üçün yeni binanın tikintisi başa çatdırılmış və Olimpiya İdman Kompleksinin inşasına başlanılıb.

Bununla belə, rayonun həlli vacib olan bəzi sosial-iqtisadi problemləri hələ də qalmaqdadır ki, hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək onları səsləndirmək istərdim.

Belə ki, Goranboy rayonunda 13 təhsil, 6 səhiyyə müəssisəsinin əsaslı təmirinə, rayonun elektrik şəbəkəsinin sib kabelləşdirilməsinə, telefon qovşağı xətlərinin yenilənməsinə, Goranboy rayonunu, Naftalan şəhərini və Xocalıdan olan məcburi köçkünləri əhatə edəcək “ASAN xidmət” mərkəzinin tikilməsinə ehtiyac vardır.   

Ümidvaram ki, sadaladığım problemlərin həlli istiqamətlərində Nazirlər Kabinetinin müvafiq qurumları tərəfindən əməli tədbirlər görüləcəkdir ki, bu da son nəticədə Goranboy rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə böyük töhfə olacaqdır”.

Deputat sonda bildirib ki, Azərbaycanın son illərdəki inkişaf modelinin əsas qayəsi ondan ibarətdir ki, uğurla həyata keçirilən dövlət siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. “Çünki bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə və xalqımızın rifahının yaxşılaşmasına hesablanıb. Məhz bunun sayəsində bu gün Azərbaycan dünyanın mötəbər kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.

Bütün bu uğurlarımızın əsasında heç şübhəsiz ki, cənab Prezidentin uzaqgörən və sistemli daxili və xarici siyasəti, onun xalqımız tərəfindən dəstəklənməsi, tükənməz vətəndaş etimadı və sarsılmaz iqtidar-xalq birliyi dayanır.

Azərbaycan Respublikası üçün ilk aylarını uğurla başa vurduğumuz 2019-cu il cənab Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilən “Regionların 2019 - 2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında” nəzərdə tutulan tədbirlərin və yeni sosial islahatlar paketinin icrasına başlanması ilə əlamətdar olacaqdır.

Əminəm ki, hökümətimiz qarşıda duran vəzifələrin, eləcə də cənab Prezindentin yeni hədəflərlə bağlı imzaladığı fərman və sərəncamların, göstəriş və tapşırıqların icrasını layiqincə təmin edəcək”, - deyə Ağalar Vəliyev bildirib.(ekspress.az)

Moskvada Üzeyir və köməkçisini "yun" kimi çırpdılar: Rəqsanənin restoranında...
Dişi aslanların erkək şirlə savaşı videoya düşdü VİDEO
“Vətən Naminə Xalq Hərəkatı”nın Cəlilabad mərkəzi yaradılıb - Açıqlama...
Çılpaq yatmanın faydası - Araşdırma...
Xüsusi Yay Olimpiya oyunları başa çatdı: Azərbaycan idmançıları 25 medal qazandı...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Ucuz akkumulyatorları uzun müddət istifadə etmək olmur"- Avtomobil üzrə mütəxəssis...
Cəmiyyət
15-16-cı əsrə aid qəbiristanlıq aşkar edildi - FOTOLAR
Mədəniyyət
Lütfi Zadənin xanımını qıcıqlandıran nişan üzüyü, universitetə geyinilən yanlış ayaqqabılar - MARAQLI
Cəmiyyət
Qonşular arasında hasar davası “əbədi çılpaq şənlik”lə bitdi - FOTO
Maraqlı
İsveç müsəlmanları qorumaq üçün elə bir üsulu əl atdı ki...
Həftənin ən çox oxunanları
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
"Telmandan soruşdum ki, bəs Monika Belluçi nə edəcək, dedi ki, o sadəcə..."
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“İşıq və qaz limiti yaradıb əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil”
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
Paşinyanın arvadı Azərbaycan şəhərində  əri ilə sərbəst çəkdirdiyi fotoları paylaşdı…
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə