Xəbər lenti
25/04/2019 [00:23]:
Lənkəranda bir gecədə 9 nəfəri it dişləyib - FOTO
25/04/2019 [00:20]:
Time.is portalı 24 apreli qondarma erməni soyqırımı günü kimi təqdim etdi
24/04/2019 [23:03]:
Umud Mirzəyevdən BMT-dəki erməni təxribatı ilə bağlı sensasion ETİRAFLAR + VİDEO
24/04/2019 [22:58]:
Britaniya nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq etdi
24/04/2019 [22:30]:
18 illik nikahdan sonra, ər və 2 uşaq atası qadına çevrildi - indi iki arvad kişi axtarır-FOTO
24/04/2019 [22:20]:
Jurnalistin qatilləri məlum oldu - “İrlandiya Respublika Ordusu” məsuliyyəti üzərinə götürdü
24/04/2019 [21:56]:
Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı - FOTO
24/04/2019 [21:28]:
PKK ermənilərdən ibarət terorçu dəstə qurdu
24/04/2019 [21:21]:
Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin”- Seyid Camaldan ilginc təklif...
24/04/2019 [21:19]:
Rövşən Rzayev Aprel döyüşləri qazisinə ev verdi
24/04/2019 [21:08]:
Futbolçu oyun zamanı topla havada uçan quşu vurub öldürdü – VİDEO
24/04/2019 [21:04]:
Nazir əmək və sosial sığorta məsələləri ilə bağlı müzakirə apardı
24/04/2019 [20:44]:
Sevda Yahyayevanın ögey atası Xoşqədəmin verilişində: “Arvadımı evində qulluqçu kimi işlədir”
24/04/2019 [20:37]:
DİN-dən bacısı tərəfindən “zəncirlənən” qardaşla bağlı AÇIQLAMA
24/04/2019 [20:34]:
Azərbaycanda “Twitter”dən ən çox bu rəsmi qurumlar istifadə edir - SİYAHI
24/04/2019 [20:13]:
Azərbaycan gömrükçüləri ABŞ-da təlimlərə qatıldı -FOTOLAR
24/04/2019 [20:11]:
İclasa cəmi bir deputat gəldi - Təxirə salındı
24/04/2019 [19:51]:
“Qazın limitini artırıb, Qarabağa azadlıq istəyənlərin “qaz”ını almaq lazımdır...”
24/04/2019 [19:50]:
İki ölkə İrana müharibə elan etdi: Əgər ABŞ üzr istəməsə...
24/04/2019 [19:49]:
Gömrük Akademiyasında xidmətə hazırlıq təlimlərinin qiymətləndirilmə mərhələsi oldu -FOTOLAR
24/04/2019 [19:46]:
Sumqayıtda 21 yaşlı qız döyülüb
24/04/2019 [19:44]:
Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb
24/04/2019 [19:37]:
3 ölkənin vətəndaşı olan milyarderin Ukraynada Zelenski şousu...
24/04/2019 [19:33]:
Sevda Yəhyayeva məşhur şəxsə ərə gedir - VİDEO
24/04/2019 [19:27]:
Dövlət Yol Polisi “Formula-1”lə bağlı sürücü və piyadalara müraciət edib
24/04/2019 [19:11]:
Planetin ən gözəl qadını bəlli oldu - FOTO
24/04/2019 [18:57]:
Nazir: “Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb”
24/04/2019 [18:40]:
Su Polisi intihar etmək istəyən şəxsin həyatını xilas edib
24/04/2019 [18:34]:
QHT Şurasından daha bir yenilik - SƏLİS-in e-vətəndaş proqramının ilk təqdimatı BDU-da oldu
24/04/2019 [18:32]:
Qum qasırğası İranı “uçurur” –Məktəblər bağlandı
24/04/2019 [18:28]:
“Facebook” ekstremist meylli ispaniyalı “sağçı”ların səhifələrini bloklayıb
24/04/2019 [18:25]:
Tramp ermənilərin qondarma iddiası ilə bağlı çıxış etdi –O, "soyqırım" ifadəsini dilə gətirmədi
24/04/2019 [18:13]:
Əli Əhmədov: "“Erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur"
24/04/2019 [18:09]:
Rusiyada Azərbaycan diasporu birləşir -NƏHAYƏT
24/04/2019 [18:07]:
Kılıçdaroğluna yumruq zərbəsi endirən AKP-li: "Dövlət böyüklərimin əllərindən öpürəm"
24/04/2019 [18:03]:
Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib
24/04/2019 [17:55]:
Tramp erməniləri məyus etdi
24/04/2019 [17:50]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim OLUNDU
24/04/2019 [17:47]:
AMEA-da görkəmli alimlərin adına mükafatlar təsis edildi
24/04/2019 [17:46]:
Övladlığagötürmə ilə bağlı yeni TƏLƏBLƏR
24/04/2019 [17:46]:
“Onlar Qarabağ danışıqlarını oyuncağa döndəriblər”
24/04/2019 [17:33]:
Inın zirehli qatarını hərəkətdə olarkən təmizlədilər - VİDEO
24/04/2019 [17:24]:
Komitə: Son üç ildə qadınların zorakılığına məruz qalan kişilər arasında ölənlər də olub
24/04/2019 [17:19]:
Bakı Nəqliyyat Agentliyinin rəngləmədiyi yol və çirkli dayanacaqları -FOTOREPORTAJ...
24/04/2019 [17:09]:
Daha bir tibb ocağı əsaslı təmirdən sonra istifadəyə verilib -Zakir Fərəcov görülən işlərlə tanış oldu
24/04/2019 [17:05]:
Məşhur müğənni öz ad günündə öldü
24/04/2019 [17:05]:
UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildi -FOTOLAR
24/04/2019 [17:00]:
Hidrometeorologiya Departamentində treninq
24/04/2019 [16:54]:
Arvadını bıçaqlayıb özünü dənizə atdı - Bakıda ailə dramı
24/04/2019 [16:51]:
Müəllim ucalıq deməkdir...
24/04/2019 [16:40]:
"Biçarə şəhər...İçəri şəhər... Bir azdan da Köçəri şəhər..."
24/04/2019 [16:30]:
“Bakı-Sumqayıt qatarında kitabxananın yaradılması faydalıdır, çünki...”
24/04/2019 [16:29]:
Əlilliyin rəsmiləşdirilməsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏSİDLƏYƏCƏK
24/04/2019 [16:28]:
İlham Əliyev və Si Cinpin görüşüb - FOTO
24/04/2019 [16:26]:
"Onların vicdanı olsaydı, 25 ildə bir kəlmə də Qarabağın geri qaytarılmasından danışardılar"
24/04/2019 [16:23]:
Rəsmi Bakı Ermənistanın Avropa İttifaqı ilə bağlı iddiasına cavab verdi
24/04/2019 [16:19]:
Nikol Paşinyan: "Rusiya komandamıza inanmır"
24/04/2019 [16:17]:
Müxalifət liderinə yumruq ilişdirən kəndli həbsdən buraxıldı
24/04/2019 [16:11]:
Polis sosial şəbəkədə videosu yayılan bıçaqlı qadını həbs etdi -FOTO
24/04/2019 [16:01]:
ADAU Bolqarıstanın Plovdiv Aqrar Univversiteti ilə birgə razılığa gəldi
24/04/2019 [15:59]:
“Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi”
24/04/2019 [15:54]:
Ərdoğan “erməni soyqırımı” ilə bağlı sərt müraciət etdi
24/04/2019 [15:51]:
UNEC-də Startap günləri keçiriləcək
24/04/2019 [15:41]:
Şagirdini döyməkdə ittiham olunan müəllim saxlanıldı -FOTO
24/04/2019 [15:38]:
“Bu sərəncam bütün veteranların sevincinə səbəb olub”
24/04/2019 [15:31]:
Qadınlar Qarabağ Forumu keçirdi... -FOTOLAR
24/04/2019 [15:26]:
BAXCP Xilaskar Türk Əsgərinin abidəsini ziyarət edib
24/04/2019 [15:18]:
Ölən sahibinin məzarı başında onu gözləyən vəfalı it -İBRƏTAMİZ...
24/04/2019 [15:12]:
Dünyanın “ən kasıb prezidenti” də separatçı erməni rejiminə qahmar çıxdı...-FOTO
24/04/2019 [15:05]:
"Amansız hökmlər verməklə insanların bir-birinə qənim kəsilməsini, nifrət duyğularını körükləmiş oluruq"
24/04/2019 [15:02]:
”Türkiyə qəhrəman şəhidlərinin qanı üzərində qurulan dövlətdir” -Ufuk Aydın
24/04/2019 [14:54]:
Neftçilər Xəstəxanasının baş direktoru vəzifədən getdi
24/04/2019 [14:47]:
Səfər Mehdiyevin vətəndaş qəbulunun vaxtı dəyişdirildi
24/04/2019 [14:41]:
Erməni qızların şok fotosu – Rusiya arxivindən
24/04/2019 [14:34]:
Gülyaz Məmmədova adına olan milyonluq obyektdən danışdı: “Olub-bitmiş məsələdir"
24/04/2019 [14:29]:
"Özümü də biabır etdim, onları da" - Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR - VİDEO
24/04/2019 [14:25]:
Dünyanın 1 nömrəli kitabxanası: Rəflərinin uzunluğu 1000 km, işçisinin sayı – 3600
24/04/2019 [14:20]:
SEPAH-ın generalı İrandan qaçdı: Minlərlə məxfi sənəd...
24/04/2019 [14:10]:
Sergey Şoyqu: "Dondurulmuş münaqişələr aktivləşdirilir"
24/04/2019 [14:09]:
Azərbaycanlı milyarderin gənc oğlunun dəbdəbəli həyat tərzi - FOTO
Bütün arxiv bir sırada
18/03/2019 [14:25] - Cəmiyyət - ( 1055 dəfə baxılıb)

Ombudsman bəyanat yayıb



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Elmira Süleymanova 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat yayıb.

Moderator.az xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycanlılara qarşı zaman-zaman soyqırımı hadisələri, o cümlədən 1918-ci ildəki soyqırımı törədilmiş və təəssüf ki, beynəlxalq miqyasda heç vaxt tarixi qiymətini almayıb.

XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür. Belə ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Həmin siyasətin qanlı tərkib hissələrindənən dəhşətlisi 1918-ci ildə azərbaycanlıların soyqırımı olmuşdur və özünün ağır nəticələri ilə seçilir.

Tarixi faktlara nəzər salsaq, 1917-ci il fevral və oktyabr inqilablarından məharətlə istifadə edən ermənilər öz çirkin iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.

1918-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri,erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalmış, insanlar diri-diri yandırılmış, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbiristanlıqlar dağıdılmışdır. 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil almış, erməni dəstələri 30 mindən çox dinc sakini amansızcasına qətlə yetirmişlər. Bu zaman bir çox qədim binalar, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası, ziyarətgahlar top atəşinə tutularaq dağıdılmış, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdır.

Daha sonra Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilmişdir. Bu hadisələr zamanı Şamaxının 70-dən çox kəndi tamamilə məhv edilmiş, 7000 nəfər öldürülmüşdür. Tarixi mənbələrdə göstərildiyi kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılmış və yandırılmış, çoxsaylı evlər talan edilmiş, yüzlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilmişdir.

Aradan uzun illər keçsə də, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimizi daha yaxşı öyrənmək imkanı əldə edilmiş, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxmış, beləliklə təhrif edilmiş hadisələr daha aydın görünməkdədir.

31 mart qanlı hadisələrindən yalnız 80 il sonra – 26 mart 1998-ci il tarixdə Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Ötən il bu bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, müvafiq tədbirlər planı geniş şəkildə həyata keçirilmişdir.

Ötən illər ərzində aparılmış araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanmış, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübut edilmişdir.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tapılmış saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar bu qırğınlar zamanı erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə kütləvi surətdə insanların qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu tarixi abidə ziyarət olunur. Bir müddət əvvəl Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill də bu Memorial Kompleksdə olmuşdur.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada təsbit olunmuşdur.Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri genosid aktıdır.Bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş və odur ki, bu hadisələr hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Tarix göstərmişdir ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməmiş, dinc soydaşlarımızı qəddarlıqla kütləvi qırğına məruz qoyaraq, cinayətlərini ört-basdır etmək məqsədilə hadisələri saxtalaşdırmağa əl atmışlar.

Ermənistan 1988-ci ildən başladığı növbəti etnik təmizləmə, təcavüz siyasəti nəticəsində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağbölgəsinin hüdudlarından kənara çıxaraqLaçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını zəbt etmiş, nəticədə torpaqlarımızın 20 faizi işğala məruz qalmış, 20 min soydaşımızın həyatına son qoyulmuş, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı da erməni millətçiləri və terrorçularıAzərbaycanın Xocalı şəhərində,Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də soyqırımlar, kütləvi qırğınlar törətmişlər.

Zəbt edilmiş Dağlıq Qarabağ və adı çəkilən yeddi rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi bir daha sübut edir.

Lakin erməni tərəfi hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, atəşkəs rejimini mütəmadi olaraq pozur, regionda sülhün bərqərar olmasına maneçilik törədir. Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi ilə nəticələnir.Bu kimi halları törədənlərin cəzalandırılmaması dünyanın hədəflədiyi əsas prioritetlərinə, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 il davam edən bu təcavüzə son qoyulmasına, münaqişənin sülh yolu ilə nizamlanmasına mütəmadi olaraq səylər göstərir,beynəlxalq hüquq norma və prinsiplərinə uyğun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının zəruriliyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların qarşısında qaldırır, bu isə həmin qurumların müvafiq qərarlarında öz əksini tapmışdır.

Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və İslam Əməkdaşlıq Təşkilatının, AŞPA-nın, habelə Qoşulmama Hərəkatının və digər beynəlxalq qurumların bu qərarlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bötüvlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır.

Beləliklə, 1918-ci ildə törədilmiş həminsoyqırımı zamanı qətlə yetirilənlərin, şəhidlərimizin əziz xatirəsini dərin hüznlə yad edərək, yuxarıda göstərilənləri, habelə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq,31 mart – Azərbaycanlıların soyqırımını hər bir dövlət və səlahiyyətli beynəlxalq qurum tərəfindən genosid aktı kimi ədalət naminə tanımağa, haqlı mövqeyimizi dəstəkləməyə, bu istiqamətdə həmrəyliyə və səyləri artırmağa çağırıram.

Qətiyyətlə bildirirəm ki,insanlığa qarşı törədilən bu qatı cinayətlərə genosid aktı kimi beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməli,soyqırımları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı və beynəlxalq sənədlərin tələblərinə riayət edilməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, həmçinin günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdırlar”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına,BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikadakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb
3 ölkənin vətəndaşı olan milyarderin Ukraynada Zelenski şousu...
Inın zirehli qatarını hərəkətdə olarkən təmizlədilər - VİDEO
"Özümü də biabır etdim, onları da" - Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR - VİDEO
Hökmdara göndərilən kürünü mənimsəyən diplomatımıza yol görsəndi -Dubayda müəmma...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin”- Seyid Camaldan ilginc təklif...
Dünya
Şagirdini döyməkdə ittiham olunan müəllim saxlanıldı -FOTO
Gündəm
“Bu sərəncam bütün veteranların sevincinə səbəb olub”
Dünya
Ölən sahibinin məzarı başında onu gözləyən vəfalı it -İBRƏTAMİZ...
Cəmiyyət
"Amansız hökmlər verməklə insanların bir-birinə qənim kəsilməsini, nifrət duyğularını körükləmiş oluruq"
Həftənin ən çox oxunanları
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
“Bakıya gələcək erməni jurnalistləri hava limanından aparıb Müdafiə Nazirliyinə təhvil vermək lazımdır”
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]