Xəbər lenti
25/04/2019 [00:23]:
Lənkəranda bir gecədə 9 nəfəri it dişləyib - FOTO
25/04/2019 [00:20]:
Time.is portalı 24 apreli qondarma erməni soyqırımı günü kimi təqdim etdi
24/04/2019 [23:03]:
Umud Mirzəyevdən BMT-dəki erməni təxribatı ilə bağlı sensasion ETİRAFLAR + VİDEO
24/04/2019 [22:58]:
Britaniya nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq etdi
24/04/2019 [22:30]:
18 illik nikahdan sonra, ər və 2 uşaq atası qadına çevrildi - indi iki arvad kişi axtarır-FOTO
24/04/2019 [22:20]:
Jurnalistin qatilləri məlum oldu - “İrlandiya Respublika Ordusu” məsuliyyəti üzərinə götürdü
24/04/2019 [21:56]:
Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı - FOTO
24/04/2019 [21:28]:
PKK ermənilərdən ibarət terorçu dəstə qurdu
24/04/2019 [21:21]:
Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin”- Seyid Camaldan ilginc təklif...
24/04/2019 [21:19]:
Rövşən Rzayev Aprel döyüşləri qazisinə ev verdi
24/04/2019 [21:08]:
Futbolçu oyun zamanı topla havada uçan quşu vurub öldürdü – VİDEO
24/04/2019 [21:04]:
Nazir əmək və sosial sığorta məsələləri ilə bağlı müzakirə apardı
24/04/2019 [20:44]:
Sevda Yahyayevanın ögey atası Xoşqədəmin verilişində: “Arvadımı evində qulluqçu kimi işlədir”
24/04/2019 [20:37]:
DİN-dən bacısı tərəfindən “zəncirlənən” qardaşla bağlı AÇIQLAMA
24/04/2019 [20:34]:
Azərbaycanda “Twitter”dən ən çox bu rəsmi qurumlar istifadə edir - SİYAHI
24/04/2019 [20:13]:
Azərbaycan gömrükçüləri ABŞ-da təlimlərə qatıldı -FOTOLAR
24/04/2019 [20:11]:
İclasa cəmi bir deputat gəldi - Təxirə salındı
24/04/2019 [19:51]:
“Qazın limitini artırıb, Qarabağa azadlıq istəyənlərin “qaz”ını almaq lazımdır...”
24/04/2019 [19:50]:
İki ölkə İrana müharibə elan etdi: Əgər ABŞ üzr istəməsə...
24/04/2019 [19:49]:
Gömrük Akademiyasında xidmətə hazırlıq təlimlərinin qiymətləndirilmə mərhələsi oldu -FOTOLAR
24/04/2019 [19:46]:
Sumqayıtda 21 yaşlı qız döyülüb
24/04/2019 [19:44]:
Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb
24/04/2019 [19:37]:
3 ölkənin vətəndaşı olan milyarderin Ukraynada Zelenski şousu...
24/04/2019 [19:33]:
Sevda Yəhyayeva məşhur şəxsə ərə gedir - VİDEO
24/04/2019 [19:27]:
Dövlət Yol Polisi “Formula-1”lə bağlı sürücü və piyadalara müraciət edib
24/04/2019 [19:11]:
Planetin ən gözəl qadını bəlli oldu - FOTO
24/04/2019 [18:57]:
Nazir: “Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb”
24/04/2019 [18:40]:
Su Polisi intihar etmək istəyən şəxsin həyatını xilas edib
24/04/2019 [18:34]:
QHT Şurasından daha bir yenilik - SƏLİS-in e-vətəndaş proqramının ilk təqdimatı BDU-da oldu
24/04/2019 [18:32]:
Qum qasırğası İranı “uçurur” –Məktəblər bağlandı
24/04/2019 [18:28]:
“Facebook” ekstremist meylli ispaniyalı “sağçı”ların səhifələrini bloklayıb
24/04/2019 [18:25]:
Tramp ermənilərin qondarma iddiası ilə bağlı çıxış etdi –O, "soyqırım" ifadəsini dilə gətirmədi
24/04/2019 [18:13]:
Əli Əhmədov: "“Erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur"
24/04/2019 [18:09]:
Rusiyada Azərbaycan diasporu birləşir -NƏHAYƏT
24/04/2019 [18:07]:
Kılıçdaroğluna yumruq zərbəsi endirən AKP-li: "Dövlət böyüklərimin əllərindən öpürəm"
24/04/2019 [18:03]:
Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib
24/04/2019 [17:55]:
Tramp erməniləri məyus etdi
24/04/2019 [17:50]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim OLUNDU
24/04/2019 [17:47]:
AMEA-da görkəmli alimlərin adına mükafatlar təsis edildi
24/04/2019 [17:46]:
Övladlığagötürmə ilə bağlı yeni TƏLƏBLƏR
24/04/2019 [17:46]:
“Onlar Qarabağ danışıqlarını oyuncağa döndəriblər”
24/04/2019 [17:33]:
Inın zirehli qatarını hərəkətdə olarkən təmizlədilər - VİDEO
24/04/2019 [17:24]:
Komitə: Son üç ildə qadınların zorakılığına məruz qalan kişilər arasında ölənlər də olub
24/04/2019 [17:19]:
Bakı Nəqliyyat Agentliyinin rəngləmədiyi yol və çirkli dayanacaqları -FOTOREPORTAJ...
24/04/2019 [17:09]:
Daha bir tibb ocağı əsaslı təmirdən sonra istifadəyə verilib -Zakir Fərəcov görülən işlərlə tanış oldu
24/04/2019 [17:05]:
Məşhur müğənni öz ad günündə öldü
24/04/2019 [17:05]:
UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirildi -FOTOLAR
24/04/2019 [17:00]:
Hidrometeorologiya Departamentində treninq
24/04/2019 [16:54]:
Arvadını bıçaqlayıb özünü dənizə atdı - Bakıda ailə dramı
24/04/2019 [16:51]:
Müəllim ucalıq deməkdir...
24/04/2019 [16:40]:
"Biçarə şəhər...İçəri şəhər... Bir azdan da Köçəri şəhər..."
24/04/2019 [16:30]:
“Bakı-Sumqayıt qatarında kitabxananın yaradılması faydalıdır, çünki...”
24/04/2019 [16:29]:
Əlilliyin rəsmiləşdirilməsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏSİDLƏYƏCƏK
24/04/2019 [16:28]:
İlham Əliyev və Si Cinpin görüşüb - FOTO
24/04/2019 [16:26]:
"Onların vicdanı olsaydı, 25 ildə bir kəlmə də Qarabağın geri qaytarılmasından danışardılar"
24/04/2019 [16:23]:
Rəsmi Bakı Ermənistanın Avropa İttifaqı ilə bağlı iddiasına cavab verdi
24/04/2019 [16:19]:
Nikol Paşinyan: "Rusiya komandamıza inanmır"
24/04/2019 [16:17]:
Müxalifət liderinə yumruq ilişdirən kəndli həbsdən buraxıldı
24/04/2019 [16:11]:
Polis sosial şəbəkədə videosu yayılan bıçaqlı qadını həbs etdi -FOTO
24/04/2019 [16:01]:
ADAU Bolqarıstanın Plovdiv Aqrar Univversiteti ilə birgə razılığa gəldi
24/04/2019 [15:59]:
“Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi”
24/04/2019 [15:54]:
Ərdoğan “erməni soyqırımı” ilə bağlı sərt müraciət etdi
24/04/2019 [15:51]:
UNEC-də Startap günləri keçiriləcək
24/04/2019 [15:41]:
Şagirdini döyməkdə ittiham olunan müəllim saxlanıldı -FOTO
24/04/2019 [15:38]:
“Bu sərəncam bütün veteranların sevincinə səbəb olub”
24/04/2019 [15:31]:
Qadınlar Qarabağ Forumu keçirdi... -FOTOLAR
24/04/2019 [15:26]:
BAXCP Xilaskar Türk Əsgərinin abidəsini ziyarət edib
24/04/2019 [15:18]:
Ölən sahibinin məzarı başında onu gözləyən vəfalı it -İBRƏTAMİZ...
24/04/2019 [15:12]:
Dünyanın “ən kasıb prezidenti” də separatçı erməni rejiminə qahmar çıxdı...-FOTO
24/04/2019 [15:05]:
"Amansız hökmlər verməklə insanların bir-birinə qənim kəsilməsini, nifrət duyğularını körükləmiş oluruq"
24/04/2019 [15:02]:
”Türkiyə qəhrəman şəhidlərinin qanı üzərində qurulan dövlətdir” -Ufuk Aydın
24/04/2019 [14:54]:
Neftçilər Xəstəxanasının baş direktoru vəzifədən getdi
24/04/2019 [14:47]:
Səfər Mehdiyevin vətəndaş qəbulunun vaxtı dəyişdirildi
24/04/2019 [14:41]:
Erməni qızların şok fotosu – Rusiya arxivindən
24/04/2019 [14:34]:
Gülyaz Məmmədova adına olan milyonluq obyektdən danışdı: “Olub-bitmiş məsələdir"
24/04/2019 [14:29]:
"Özümü də biabır etdim, onları da" - Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR - VİDEO
24/04/2019 [14:25]:
Dünyanın 1 nömrəli kitabxanası: Rəflərinin uzunluğu 1000 km, işçisinin sayı – 3600
24/04/2019 [14:20]:
SEPAH-ın generalı İrandan qaçdı: Minlərlə məxfi sənəd...
24/04/2019 [14:10]:
Sergey Şoyqu: "Dondurulmuş münaqişələr aktivləşdirilir"
24/04/2019 [14:09]:
Azərbaycanlı milyarderin gənc oğlunun dəbdəbəli həyat tərzi - FOTO
Bütün arxiv bir sırada
18/03/2019 [17:56] - Cəmiyyət - ( 1420 dəfə baxılıb)

Körpünün altı taksi dayanacağına çevrilib – DYP və Nəqliyyat Agentliyi xəbərsizdir? - FOTOLAR



-    İmişli... Beyləqan...
-    Füzuli, Daşburun... 
-    Cəmi bir nəfər... Bu dəqiqə çıxıram...
-    İmişli... İmişli...

Bura avtovağzal deyil, Respublika Velotrekinin yanı, köhnə avtovağzalın qarşısıdır. Fərdi qaydada taksi xidməti göstərənlər buradan, əsasən, cənub bölgəsinə olmaqla bir çox rayonlara sərnişin daşıyır. Baxmayaraq ki, Bakı Beynəlxalq Avtovağzalı düz 10 il əvvəl, 2009-cu ildən “Motordrom”a köçürülüb. Amma elə həmin vaxtdan “20 Yanvar dairəsi”ndən “Üçüncü mikrorayon dairəsi” istiqamətində uzanan körpünün ətrafı paytaxtdan cənub bölgəsinə sərnişin daşıyan taksilərin qanunsuz dayanacağına çevrilib. 

Nəhəng körpünün ətrafından keçənləri buranı özlərinə “vağzal” seçmiş taksi sürücüləri “qarşılayır”. Baxmayaraq ki, bura vağzaldan çox qanunsuz sərnişindaşıma xidməti göstərən və bu fəaliyyətlərini gizlətməyə çalışanların toplanış məntəqəsini xatırladır. Müştəri axtarışına çıxan taksi sürücülərinin qulaqbatırıcı bağırtısı bir-birinə qarışıb. Heç kəs digərinə aman vermək istəmir,  biri “Beyləqan!”, digəri “Masallı!”, başqa birisi “İmişli...” qışqıra-qışqıra körpünün altındakı maşınların arasında var-gəl edirlər. 

Ətrafda qəribə bir xaos hökm sürür, taksi sürücüləri körpünün sağ və sol hissəsində keçən avtomobil yolunu da zəbt ediblər. Bir avtomobilin güclə sığışa biləcək dar yolda nəqliyyatın sərbəst hərəkət imkanları tamamilə məhdudlaşdırılıb. Əsl xaos isə sərnişin götürüb-düşürən nəqliyyat vasitələrinin bir anlığa dayanması, yoldan keçən piyadaların avtomobil səddini aşmaq cəhdləri ilə başlayır. Məhz bu səbəbdəndir ki, körpünün sağ və sol tərəfindəki yollarda avtomobillərin hərəkəti daim iflic vəziyyətətdə olur. Buradakı ucu-bucağı görünməyən tıxacları günün istənilən vaxtında müşahidə etmək mümkündür. Hətta şəhərin ən sakit vaxtlarında, istirahət günlərində burada yaranan tıxac bəzən “20 Yanvar dairəsi”ndən “Üçüncü mikrorayon dairəsi”nədək böyük bir ərazini əhatə edir. 

Sürücülərin söyüşü evlərdə eşidilir...

Elə burada şahidi olduqlarımız da istirahət gününə təsadüf edirdi. Hadisə yerinə Alı Mustafayev 1-K ünvanda yeləşən 8 bloklu binada yaşayan sakinlərin müraciəti əsasında getmişdik. Sakinlər qanunsuz taksi dayanacağına çevrilmiş ərazidəki qarışıqlıqdan, süni şəkildə yaradılan tıxaclardan, natəmizlikdən, sürücülərin səs-küyündən və kobud davranışlarından, piyadaların hərəkətinə yaradılan maneələrdən şikayətlənirdilər. Sakinlərin dediyinə görə, bir-biri ilə söyüşən sürücülərin səs-küyü hətta evlərdə aydın eşidilir... 

Müraciət müəlliflərinin şikayətlərində haqlı olduğu ilk baxışdaca təsdiqini tapır. Qanunsuz taksi dayanacağına çevrilmiş körpünün ətrafında hərəkət etmək, doğrudan da, müşkül məsələdir. Taksi sürücüləri təkcə körpünün altını yox, həm də piyadalar üçün nəzərdə tutulan yolları zəbt ediblər. Buradakı süni sıxlıq o həddə çatıb ki, küçənin bu tayından digər tayına keçmək istəyən piyadalar da xeyli çətinliklərlə üzləşməli olur. Ərazi bütünlüklə qanunsuz taksi dayanacağı kimi istifadə edilir. Halbuki bütün bunlar yol hərəkətinin təşkili, dayanma-durma qaydalarına ziddir. Körpünün alt hissəsinin taksi dayanacağı kimi istifadə olunması isə ciddi qanun pozuntusudur. 

Qəribədir ki, bu qanunsuzluqlar hamının, o cümlədən Dövlət Yol Polisi əməkdaşlarının, Bakı Nəqliyyat Agentliyi müfəttişlərinin gözləri qarşısında baş verir. Amma həmin ərazini qanunsuz olaraq, taksi dayanacağına cevirənlərə, necə deyərlər, “gözün üstündə qaşın var” deyən yoxdur. Bu cür nəzarətsizlikdən və özbaşınalıqdan ruhlanan sürücülər isə eyni qanunsuzluqlarını davam etdirirlər. Ərazinin zəbt olunması azmış kimi, onlar yoldan keçən piyadaların, ətraf binalarda yaşayan sakinlərin də narahatlığı pozulub. Müştəri üstündə bir-biri ilə dalaşan kim, söyüşən kim, meyvə qabıqlarını küçəyə atan kim, körpünün altındakı dayaqların dibini zibilxanaya çevirən kim...

Səhər saat 5-dən gecənin yarısınadək qanunsuz taksi dayanacağında müşəri gözləyən sürücülər hətta təbii ehtiyaclarını da burada ödəyirlər. Onlar körpünün istinad divarını ayaqyoluna çeviriblər. Üfunət iyindən nəfəs almaq, belə mümkün deyil. Şikayətçi sakinlərin söylədikləri bu fikirləri bir anlığa burada dayanıb ətrafda baş verənlərə qısaca nəzər yetirən hər kəs görə və duya bilər. 

Necə ki, biz öz müşahidələrimizlə bütün bunların şahidi olduq.

Sakinlər də şikayətlənir

Müştəri axtarışına çıxan sürücülərin yoldan keçən piyadaların hərəkətinə yaratdıqları maneə isə dözülməz həddə çatıb. Hətta iş o yerə çatıb ki, bir neçə dəfə buradan keçən piyadalarla taksi sürücüləri arasında əlbəyaxa dava da olub. Az qala biz də buna oxşar xoşagəlməz hadisənin şahidi olacaqdıq...

Budur, “20 Yanvar”dan “Üçüncü mikrorayon dairəsi” istiqamətində hərəkət edən avtomobil dayanır,  bir neçə taksi sürücüsü eyni anda avtomobilə tərəf qaçaraq maşından düşən qadınların başının üstünü alır. Yolun sol tərəfinə keçib çoxmərtəbəli binaya doğru irəliləmək istəyən qadınlar qışqıra-qışqıra onlara tərəf qaçan kişilərin hərkətlərindən diksinmiş kimi ətrafa boylanırlar. Sürücülərin səsi bir-birinə qarışıb:
- Füzuli, Daşburun... 
- Cəmi bir nəfər lazımdır, bu dəqiqə çıxıram...
- Ay xanım, Masallıya gedirsiniz?... Gəlin, mən aparım...

Az qala yoldan ötüb keçənlərin zorla maşına otuzdurub İmişliyə, Beyləqana, Füzuliyə, Masallıya aparacaqlar....

Qadınlardan biri, yaşca nisbətən böyük olduğu güman edilən xanım taksi sürücülərinin bu hərəkətlərinə əsəbi reaksiya verdi: “Çəkil yoldan, evimə gedirəm...”
Bayaqdan sevincək halda xanımlara yaxınlaşan sürücülər pərt halda geriyə -   yola tərəf qayıdaraq yenidən qışqırmağa başladılar:
-Füzuli, Daşburun...
-Cəlilabad... Masallı...
- İmişli, İmişli...

Ayda 10 min manat “qazanc”: himayəçi kimdir?

Bir qədər sonra yaxınlıqdakı yaşayış binasının alt mərtəbəsindəki çayxanadan çıxan 30-35 yaşlı eynəkli oğlan körpünün altındakı maşınların arasında gəzişməyə başlayır. Məlum olur ki, qanunsuz dayanacağa nəzarət edən elə bu şəxsdir. O, körpünün altına girən maşınlara yer göstərir, dayanacaqdan çıxan maşınlara yaxınlaşaraq sürücülərdən aldığı pulları cibinə qoyub onları yola salırdı. Yaxınlaşıb kim olduğunu, hansı təşkilatın işçisi olduğunu aydınlaşdırmaq istədik. Özünü “dayanacağın nəzarətçisi” kimi təqdim edən Elvin adlı gənc körpünün altındakı ərazinin bütünlüklə avtodayanacaq üçün istifadəsinə icazə verildiyini və burada hər şeyin nəzarətdə olduğunu söylədi. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində də məsələdən xəbərdar olduqlarını deyən Elvin hətta ərazidən dayanacaq kimi istifadə edilməsinə görə toplanan pulların həmin idarədə yüksək vəzifə tutan şəxslərdən birinə verildiyini söyləyir.

Xatırladaq ki, buraya bir giriş üçün ödəniş məbləği 1 manatdır. Elvinin dediyinə görə, gün ərzində “dayanacaq”da orta hesabla 300-350 maşın dayanır və saxlama müddətindən asılı olmayaraq, hər avtomobil sahibi 1 manat məbləğində ödəniş etməlidir. Bu isə gündəlik 300-350 manat, ayda 9-10 min manat pul deməkdir: “Buradan yığılan pulların hamısı Dövlət Yol Polisinə çatır. Yuxarıda (metronun “20 Yanvar” stansiyası ətrafını nəzərdə tutur – red.) dayanan taksilərin isə pulunu nəqliyyat müfəttişləri özləri yığır. Körpünün altındakı dayanacaq qanunsuz olsaydı, nə Dövlət Yol Polisi, nə də Nəqliyyat Departamenti (Bakı Nəqliyyat Agentliyini nəzərdə tutur – red.) buna imkan verməzdi. Amma körpünün yan tərəfindəki yolun kənarında dayanmaq qanunsuzdur. Orada dayananları polis əməkdaşları özləri də tanıyır, kim pul versə, lazım olan qədər dayanırlar. Pul verməyəni dərhal ərazidən uzaqlaşdırır, ya da cərimə meydançasına aparırlar”.

“Bu iddialar polisin adına ləkə gətirir”

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Koordinat.az-a açıqlamasında buy ittihamlara sərt reaksiya verib. İstər “20 Yanvar dairəsi”ndə, istərsə də “Üçüncü Mikrorayon dairəsi” istiqamətində uzanan körpünün altındakı taksi dayanacağının qanunsuz fəaliyyət göstərdiyini deyən BŞDYPİ rəsmisi çox qısa müddətdə həmin ərazilərdə yol hərəkətinin təşkilinə nəzarət tədbirləri həyata keçiriləcəyini bildirib. O, qeyd edib ki, Respublika Velotrekinin yanında, köhnə avtovağzalın qarşısındakı körpünün alt hissəsinin qanunsuz avtodayanacağa çevrilməsi ciddi qanun pozuntudur və bunun qarşısı tezliklə alınacaq: “Həmin körpünün alt hissəsinin  qanunsuz taksi dayanacağına çevrilməsi barədə ötən il Bakı şəhər Dövlət Yol Polisinə məlumat daxil olmuşdu. Dərhal rəhbərliyin göstərişi əsasında ərazidə reyd keçirildi və taksi sürücləri oradan uzaqlaşdırıldı. Bu, ötən ilin may ayında olmuşdu. Həmin nəzarət tədbirlərindən sonra ərazinin yenidən taksi dayanacağına çevrilməsi barədə  bizdə məlumat yoxdur. Ancaq sizin mən bu barədə rəhbərliyə məruzə edəcəyəm və əminəm ki, tezliklə bu problem həll olunacaq”. 

Vaqif Əsədov körpünün altındakı qanunsuz dayanacağın DYP-nin yüksək vəzifəli əmkdaşlarından biri tərəfindən himayə olunması barədə iddialara belə cavab verib: “Belə bir halın olması mümkün deyil, bu iddialar polisin adına ləkə gətirir. Dövlət Yol Polisi bu məsələni araşdıracaq, körpünün altından dayanacaq kimi istifadə edənlər, həm də polisin adından istifadə edərək taksi sürücülərdən pul yığanlar haqqında qanun şərçivəsində cəza tədbirləri görüləcək”. 

BŞDYPİ rəsmisi qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərə çağırış edərək onları dayanma-durma və parklama qaydalarına düzgün əməl etməyə səsləyib: “Xüsusilə bəyan edirəm ki, “20 Yanvar dairəsi”, Respublika Velotrekinin ətrafı və köhnə avtovağzalın qarşısındakı körpünün alt hissəsindən dayanacaq kimi istifadə edilə bilməz. Körpünün alt hissəsi isə xüsusi mühafizə zonası sayılır və burada maşın saxlamaq qanunla qadağandır. Taksi xidməti göstərməklə ailəsinə çörəkpulu qazananlar başqasının yolunu bağlamamlıdır. Onlar həmin ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneçilik törədirsə, sıxlığın yaranmasına səbəb olurlarsa, mütləq inzibati məsuliyyətə cəlb olunacaqlar. Ona görə də sürücülər onlar üçün ayrılan ərazidə dayanmalıdır. Təəssüf ki, hələ də həmin ərazidə çörəkpulu qazanmaq adı ilə narahatlıq yaradanlar var”.

Körpünün alt hissəsinin taksi sürücüləri tərəfindən ayaqoluna çevrilməsinə gəlincə, Vaqif Əsədov bu problemin birdəfəlik həll edilməsi və ərazidə nizam-intizamın yaradılması üçün bütün aidiyyəti qurumları, o cümlədən Bakı Nəqliyyat Agentliyini (BNA) səfərbər olmağa çağırıb.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə deyib ki, “20 Yanvar dairəsi”ndən “Üçüncü mikrorayon dairəsi” istiqamətində uzanan nəhəng körpünün alt hissəsi taksi sürücüləri tərəfindən zəbt olunmaası məsələsinə DYP cavabdehlik daşıyır: “Bu məsələ ilə Dövlət Yol Polisi məşğul olmalıdır. Amma eyni zamanda biz də öz tərəfimizdən əraziyə baxış keçirdikdən sonra müvafiq tədbirlərin görülməsi üçün addımlar atacağıq”.

Mövzunu davam etdirəcəyik!(koordinat.az)











Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb
3 ölkənin vətəndaşı olan milyarderin Ukraynada Zelenski şousu...
Inın zirehli qatarını hərəkətdə olarkən təmizlədilər - VİDEO
"Özümü də biabır etdim, onları da" - Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR - VİDEO
Hökmdara göndərilən kürünü mənimsəyən diplomatımıza yol görsəndi -Dubayda müəmma...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin”- Seyid Camaldan ilginc təklif...
Dünya
Şagirdini döyməkdə ittiham olunan müəllim saxlanıldı -FOTO
Gündəm
“Bu sərəncam bütün veteranların sevincinə səbəb olub”
Dünya
Ölən sahibinin məzarı başında onu gözləyən vəfalı it -İBRƏTAMİZ...
Cəmiyyət
"Amansız hökmlər verməklə insanların bir-birinə qənim kəsilməsini, nifrət duyğularını körükləmiş oluruq"
Həftənin ən çox oxunanları
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
“Bakıya gələcək erməni jurnalistləri hava limanından aparıb Müdafiə Nazirliyinə təhvil vermək lazımdır”
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]