Xəbər lenti
26/04/2019 [00:55]:
Sumqayıt Dövlət Dram Teatrında maraqlı layihə...
26/04/2019 [00:39]:
Mixail Qorbaçov xəstəxanaya düşdü
26/04/2019 [00:20]:
Zelenski seçkilərdən sonra adını dəyişdi
26/04/2019 [00:09]:
Simonyan: "Rusiya müsəlman ölkəsi, Həbib Nurməhəmmədov da onun prezidenti olacaq"
25/04/2019 [23:26]:
Lütfi Zadə ilə Rafiq Əliyevin dünya elminə səs salacaq kitabı çap olunub – FOTO-ANONS
25/04/2019 [23:22]:
Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi
25/04/2019 [23:20]:
Gələn ay kartof və soğan ucuzlaşacaq
25/04/2019 [23:09]:
Çingiz Abdullayev: “Şəhərin müdafiəsi üçün mitinq olsa, ilk mən çıxacam”
25/04/2019 [23:04]:
Türkiyədə 3 PKK terrorçusu məhv edildi
25/04/2019 [23:03]:
Rusiya FTX-nin bölmə rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
25/04/2019 [23:02]:
Karib dənizində 33 Venesuela vətəndaşı itkin düşüb
25/04/2019 [22:46]:
"Şikəst doğulanların sayının artması cadugərliyin geniş yayılması ilə əlaqədardır"
25/04/2019 [21:52]:
"ABŞ-dan fərqli olaraq bizdə silahı bir çox hallarda lovğalıq vasitəsi kimi görürlər"
25/04/2019 [21:46]:
Göygöldə 16 yaşlı qız yıxılaraq ölüb
25/04/2019 [21:44]:
Ramil Usubov ABŞ səfirini qəbul edib
25/04/2019 [21:41]:
"Ermənistan işğal etdiyi 7 rayondan 5-ni qaytarır və..." - Növbəti "Lavrov" nağılı...
25/04/2019 [21:14]:
“Formula 1” pilotu Bakıda xəstələndi
25/04/2019 [21:10]:
Azərbaycan Uruqvaya nota verib
25/04/2019 [21:00]:
Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb - FOTO
25/04/2019 [20:57]:
Müəllim hər kəsin gözü qarşısında şagirdləri belə döydü - VİDEO
25/04/2019 [20:52]:
Texnologiyanı rədd edib həkimə getməyən gizli tayfa- MARAQLI...
25/04/2019 [20:47]:
Düşüncələri səsə çevirən cihaz hazırlandı - MARAQLI
25/04/2019 [20:06]:
“İçərişəhərin hər bir daşı-kəsəyi tarixdir” – ƏSLƏN İÇƏRİŞƏHƏRLİ DEPUTAT
25/04/2019 [19:51]:
"Bu insanlar puldan ötrü dədələrinin qəbrlərini də satmağa hazırdırlar..."
25/04/2019 [19:44]:
XİN-dən Keşikçi Dağı ilə bağlı açıqlama
25/04/2019 [19:42]:
“Qoroskop cəfəngiyyatdır, kimlərinsə dolanışıq mənbəyidir, ona inanmaq lazım deyil”
25/04/2019 [19:06]:
Ukraynada ikinci dünya müharibəsinə aid silah anbarı aşkarlandı
25/04/2019 [18:59]:
Polis tutuquşunu nəzarətə götürdü -İNANILMAZ...
25/04/2019 [18:53]:
Xoşqədəm Hidayətqızı onu tənqid edənlərə sərt cavab verdi - VİDEO
25/04/2019 [18:50]:
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş
25/04/2019 [18:50]:
ATƏT-in baş katibi: “Rusiya ilə təhlükəsizlik məsələləri üzrə danışıqların bərpası vacibdir”
25/04/2019 [18:46]:
114 metrlik qüllənin zirvəsində qolf oynadılar - MARAQLI...+ VİDEO
25/04/2019 [18:46]:
Putin Ukraynadakı prezident seçkisinin nəticələrinə münasibət bildirdi
25/04/2019 [18:44]:
Həmsədr ölkə 2020-ci ildə Ermənistana elə təyyarələr verəcək ki... “Artıq ilk ödəmələr edilib!”
25/04/2019 [18:42]:
Məleykə Abbaszadə qabiliyyət imtahanlarındakı dəyişikliklər haqda danışıb
25/04/2019 [18:34]:
Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb
25/04/2019 [18:30]:
Yusif Vəzir Çəmənzəminlinin romanları və repressiya...
25/04/2019 [18:24]:
“Dini radikalizmlə yalnız qanunlarla mübarizə aparmaq mümkün deyil”
25/04/2019 [18:19]:
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
25/04/2019 [18:18]:
Kimdir müqəssir? Mənmi, ...yoxsa ...
25/04/2019 [18:16]:
Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olub
25/04/2019 [18:13]:
"İnstagram"dan istifadə edən şimpanze gündəmə çevrildi - MARAQLI...+ VİDEO
25/04/2019 [18:09]:
ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili vəzifəsini tərk edir
25/04/2019 [18:01]:
Cəfər Cabbarlının romanı və dərc edilməyən məktubları tapılıb
25/04/2019 [17:55]:
Magistratura imtahanlarının II mərhələsi üçün proqram seçimi başlanır
25/04/2019 [17:50]:
Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izlədi - VİDEO
25/04/2019 [17:35]:
Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılacağı yer məlum olub
25/04/2019 [17:19]:
ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib
25/04/2019 [17:12]:
Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: İçərişəhərdə nə baş verir?
25/04/2019 [17:09]:
Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsində startap keçirilib
25/04/2019 [17:02]:
Neymar tənqidlərə cavab verib
25/04/2019 [16:53]:
“Formula 1” tamaşaçılarını həftəsonu nələr gözləyir?
25/04/2019 [16:49]:
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
25/04/2019 [16:46]:
ADU-da “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib
25/04/2019 [16:40]:
Şəhid Fərrux Məmmədovun dəfnindən FOTOLAR
25/04/2019 [16:35]:
BSU-da milli suverenlik və uşaq bayramı qeyd olunub
25/04/2019 [16:28]:
"Azərpoçt" dollar kreditləri üzrə 8 milyon ödəyib
25/04/2019 [16:24]:
İki uşaq 2-ci mərtəbədən, biri isə 13-cü mərtəbədən yıxıldı - Valideyn diqqətsizliyi...
25/04/2019 [16:15]:
BSU-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib
25/04/2019 [16:07]:
Azərbaycanda 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım ayrılıb
25/04/2019 [16:04]:
Zelenski rus dilinin müdafiəsinə qalxdı
25/04/2019 [16:02]:
“Bakcell” “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışına hazırdır
25/04/2019 [16:01]:
PA-nın məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
25/04/2019 [15:59]:
İTV-nin Yayım Şurasının yeni üzvü: “Çalışacam ki, etimadı doğruldam”
25/04/2019 [15:55]:
Obamanın keçmiş müşaviri Trampa rəqib olacaq
25/04/2019 [15:51]:
Nazir mühazirə dedi
25/04/2019 [15:42]:
Deputatlardan “İçərişəhər”lə bağlı ETİRAZ: “Kimin nə həddi var ki...”
25/04/2019 [15:39]:
Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru: "İşdən çıxarılmamışam"
25/04/2019 [15:36]:
Memarlar İttifaqının sədri: “İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm”
25/04/2019 [15:18]:
Bakıda qanunsuz toyuq kəsimi sexi aşkarladı - FOTOLAR
25/04/2019 [15:14]:
Zelenskinin azərbaycanlı dostu: “Qarabağ məsələsində bizi dəstəkləməməsi mümkün deyil” - MÜSAHİBƏ
25/04/2019 [15:13]:
Dünyanın ən təhlükəli 10 ölkəsi – SİYAHI
25/04/2019 [15:07]:
“Azərbaycanda bütün dinlərə aid ibadət ocaqları qorunur” - Mübariz Qurbanlı
25/04/2019 [15:07]:
Ərdoğanla Kılıçdaroğlu görüşdü
25/04/2019 [15:05]:
Uruqvayın vitse-prezidenti də separatçı-terrorçu erməni rejim “nazir”ini qəbul etdi-FOTO
25/04/2019 [15:04]:
Futbolçunun ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO
25/04/2019 [14:58]:
Nikol Paşinyan ABŞ rəhbərliyindən narazıdır
25/04/2019 [14:58]:
Rusiya və Şimali Koreya liderləri arasında danışıqlar başa çatıb
25/04/2019 [14:54]:
"Şəhərin ən məşhur restoranlarından birinin mətbəxində dəhşətli biabırçılığın şahidi olduq”
25/04/2019 [14:37]:
Kim Çen In Putinə qılınc bağışladı - VİDEO
Bütün arxiv bir sırada
19/03/2019 [16:24] - Dünya - ( 16207 dəfə baxılıb)

Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...



Keçmiş SSRİ məkanında korrupsiyanın at oynatmadığı və hakimiyyətdaxili, klanlararası intriqaların hökm sürmədiyi çox az ölkə var. Bəlkə də yalnız Pribaltika respublikalarını bu baxımdan istisna etmək olar. Hakimiyyət oliqarxiyasının nüfuz və sözsüz ki, böyük maddi maraqlar uğrunda ən qızğın savaş apardığı ölkə isə Rusiyadır.

Rusiya tarixində ən cavan DİN generalı…

Bu günlərdə Rusiya mətbuatının müzakirə etdiyi mövzulardan biri ölkənin “obnoliçka”, yəni nağdlaşdırma “kralı” kimi tanınan Sergey Maqinin azadlığa buraxılması olub. Sözügedən “obnoliçka kralı” həm də “Seryoja 2 faiz” kimi tanınır. Onun həbsinə və azadlığına bu qədər böyük diqqət ayrılması isə təsadüfi deyil.

Məsələ ondadır ki, uzun illər hamının yaxşı tanıdığı, milyardla pulu müxtəlif maxinasiyalar vasitəsilə nağdlaşdıraraq, külli miqdarda “çirkli pulların yuyulması”nı təşkil və təmin edən “Seryoja 2 faiz” toxunulmaz sayılırdı. Yeri gəlmişkən, “2 faiz” ləqəbi də ona bu maxinasiyalardan “tutduğu” 2 faizə görə verilmişdi. Bəzən bu faiz dərəcəsi məbləğin böyüklüyündən asılı olaraq, 0.5 faizə qədər enirdi, onun “əl buladığı” ən kiçik məbləğlər isə 100 minlərlə dollarlardan başlayırdı. 100-dək yerli və xarici firması, 400-dək üzvü olan bu mütəşəkkil dəstənin başında duran S.Maqinə bu uzun illərdə “gözün üstə qaşın var” deyən olmamışdı.

Lakin günlərin birində, daha dəqiq desək, 2011-ci ilin 28 iyununda şəxsən o vaxtkı prezident Dmitri Medvedevin istəyi və əmri ilə Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Baş idarəsinə 35 yaşlı general Denis Suqrobov rəis təyin olunur. Rusiya tarixinin ən cavan DİN generallarından biri olan D.Suqrobov bu rütbəni “tapşırıq”, yaxud “day-day” hesabına qazanmamışdı.

O, Şimali Qafqaz respublikaları da daxil olmaqla, bir çox qaynar və mürəkkəb bölgələrdə misilsiz əməliyyatlar keçirmiş, şəxsən bir neçə səs-küylü iqtisadi cinayətlərin üstünü açmış, hətta terrorçuların maliyyə qaynaqlarının müəyyənləşdirib, onları məhv edən əməliyyatlar hazırlayaraq reallaşdırmış bir gənc zabit kimi böyük nüfuz qazanmışdı. Təkcə onu demək kifayətdir ki, Dmitri Medvedev onu şəxsən tanıyır və bacarığını qiymətləndirirdi. Elə Suqrobova general rütbəsi və idarə rəisi vəzifəsi də şəxsən Medvedevin istəyilə verilib.

“Ya bu vəzifə ilə razılaşırsan, ya da orqanlardan xaric edilirsən…”

Ancaq maraqlıdır ki, bu vəzifəyə təyinatı cavan generalın heç də ürəyincə deyilmiş. Bundan əvvəl nazirliyin 7-ci və 10-cu şöbələrinə rəhbərlik etmiş D.Suqrobov daha çox əməliyyatçı zabit kimi tanınırdı və özünü bu işdə daha rahat hiss edirdi. Sonradan dostlarına idarə rəisliyinə təyinatından danışan Suqrobov hətta prezidentin təklifinə əvvəlcə “yox” dediyini də bildirib. Sən demə zabiti şəxsən qəbul edən D.Medvedev ona İqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Baş İdarəsinə rəis vəzifəsini təklif edəndə, Suqrobov özündə cəsarət taparaq, “ondansa Qafqaz respublikalarının birinə nazir göndərin, cənab prezident” deyib, baxmayaraq ki, idarə rəisi daha üstün postdur. Ancaq Medvedev qətiyyətlə təkid edib və “ya bu vəzifə ilə razılaşırsan, ya da orqanlardan xaric edilirsən” şərtini qoyub…

Suqrobovun bu vəzifəyə getmək istəməməsi heç də təsadüfi deyilmiş. Tanışlarının dediyinə görə, o bu idarənin hakimiyyət daxilindəki iri klanların maraq toqquşmasının ən qaynar şəkildə özünü biruzə verdiyi nöqtə olduğunu yaxşı bilirdi. Bilirdi ki, bu posta iddialılar sırasında ondan qat-qat təcrübəli və “qurd” namizədlər var. Və onların himayədarları heç də Medvedevdən az nüfuza malik deyillər. Medvedevin prezidentlik dönəminin bitməsinə isə bir ilə yaxın vaxt qalırdı…

Yeni təyinatla razılaşmaqdan başqa çıxış yolu qalmayan cavan general bir-birinin ardınca çoxlu sayda korrupsiya və iqtisadi cinayətkarlıqla mübarizə əməliyyatları keçirir. Saxalin qubernatoru, Komi Respublikasının rəhbəri, eləcə də o vaxtkı Müdafiə Nazirliyinin rəhbərliyi ilə bağlı məşhur əməliyyatları hazırlayan, milyardlıq korrupsiya faktlarını üzə çıxaran da o oldu. Lakin sonradan bu işlər həmin idarədən alınaraq, Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) verildi və məhz bu qurumun uğuru kimi təqdim olundu…

Pulu “Qazel”lə daşımalı oldular…

Əlbəttə ki, bu əməliyyatlardan ruhlanan və artıq sabiq prezident, sonradan isə yenə baş nazir olan Medvedevin kadrı sayılan general Suqrobov getdikcə kimlərinsə “quyruğunu tapdalamağa” başlayır. Nəhayət, 2013-cü ilin iyulunda sıra yuxarıda adını çəkdiyimiz “obnaliçka kralı” S.Maqinə də çatır. Rəsmi iş yeri adi “jek” müdirliyi olan “Seryoja 2 faiz” Moskva restoranlarının birində şam yeməyi yeyərkən həbs olunur. Onun ofislərində aparılan axtarış zamanı milyardlarla rubl nağd pul aşkarlanır. Bu pulu aparmaq üçün isə əməliyyatçılar idarənin “Qazel”ini çağırmalı olurlar. Eyni zamanda, ofisdən 500 firmaya aid möhür və çoxlu sayda sənəd aşkarlanaraq, götürülür. S.Maqin həmin gün evindən çıxan 100 min dolların isə ona yox, arvadına məxsus olduğunu bildirmişdi. Və ümumiyyətlə o, özünü bu işdə günahsız hesab edir, heç nəyi boynuna almırdı.

İstintaq isə “Seryoja 2 faiz”in ən azı bir neçə yüz milyard rublu, dollarla isə bir neçə milyard dollar pulu “yuduğunu” iddia edirdi. 2016-cı ilin dekabrına qədər uzanan iş, nəhayət, məhkəmənin çıxardığı olduqca yumşaq – 8 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzası ilə yekunlaşdı. Baxmayaraq ki, prokuror 15 il həbs tələb edirdi…

Rüşvət almadığına görə 22 il həbs!

Maraqlıdır ki, “obnaliçka kralı”na hökm oxunan eyni məhkəmədə paralel olaraq, onu həbs etmiş general Suqrobovun işinə baxılırdı. Çünki artıq 2014-cü ilin mayında general işdən çıxarılmış və həbs edilmişdi – özü də FTX tərəfindən. Məhz bu zaman ölkədə çoxları bu cavan generalın kimlərin “quyruğunu tapdaladığını” anlamışdı. İndi cinayətkar azadlıqda, general isə həbsdədir. Məhkəmənin “Seryoja 2 faiz”i şərti olaraq vaxtından əvvəl azad etməsi üçün o, ən azı daha 8 ay yatmalı idi. Ancaq həmin 8 ayın əvəzinə milyardları “ram edən” S.Maqin məhkəmənin qərarı ilə cəmi 200 min rubl, yəni təxminən 3 min dollar ödəməli oldu…

Rusiyada böyük rezonans doğuran general Suqrobovun həbsi isə olduqca müəmmalı ittihamlara söykənirdi. İstintaq generalı rüşvərt almaqda ittiham edə bilmirdi, çünki belə bir hal olmamışdı. Ona və onun əməkdaşlarına vəzifə səlahiyyətlərini aşmaq və “məmurların rüşvət almasına şərait yaratmaq” kimi ittihamlar irəli sürüldü. İddia olunurdu ki, Suqrobov məmurları provakasiyaya çəkərək, onların rüşvət almasına şərait yaradır, sonradan onları həbs edərək, əlbir olduqları digər məmurları ələ vermələrini tələb edirmiş. Ancaq bununla yanaşı, nə özü, nə də əməkdaşları heç bir maddi maraq güdmürdülər. İstintaqın fikrincə, onların məqsədi bununla rəhbərlik qarşısında göstəriciləri yüksəltmək və yeni rütbələr almaq olub.

Rusiyadakı müstəqil jurnalist və ekspertlər bu ittihamları absurd sayırlar və generalı adi hakimiyyətdaxili intriqaların qurbanı hesab edirlər. Belə ki, bütün bunlardan öncə, FTX-nın yüksək çinli məmurlarının onunla görüşərək, söhbət etdikləri, onu “düz yola” dəvət etdiklərinə dair məlumatlar var. Ancaq Suqrobovun təcrübəsizliyi və belə demək mümkünsə, təmizliyi onun vəziyyəti düzgün qiymətləndirməsinə imkan verməyib. Nəhayət, generalın əməkdaşları bir FTX əməkdaşına rüşvət verilməsinə şərait yaratdıqları üçün həbs ediliblər. Əslində isə müşahidəçilər, ola bilsin ki, Suqrobovun idarəsinin bu yolla FTX-nın korrupsiyalaşdığını sübut etmək istədiyini bildirirlər. Ancaq “çekistlər” daha çevik tərpəniblər və əməliyyatı keçirmək istədiyi iddia olunan DİN əməkdaşlarından alınan ifadələr əsasında Suqrobov və müavinləri həbs olunub. İstintaq zamanı hətta onun müavinlərindən olan daha bir cavan general – Boris Kolesnikov müəmmalı şəkildə həyatı ilə vidalaşdı. Onun guya işi aparan İstintaq Komitəsinin binasından özünü ataraq, intihar etdiyi bildirilsə də, buna inanmayanlar kifayət qədər çox oldu…

2014-cü ildə həbs olunan Suqrobova 2017-ci ilin əvvəlində 22 il (!) həbs cəzası verildi. Lakin həmin ilin dekabrında Ali Məhkəmə onun cəzasını 12 ilə endirdi. Hər şey isə bir neçə gün əvvəl həbsdən buraxılan “obnaliçka kralı”nın həbsindən başlamışdı. Yəqin ki, Suqrobov onun kimlərə işlədiyini, kimlərin pullarını “yuduğunu” yaxşı bilirdi. Ancaq buna baxmayaraq, özünün və öz himayədarları hesab etdiklərinin gücünü düzgün hesablamayaraq, S.Maqinin sahiblərinin üzərinə gedirdi ki, bu da səhv qərar idi. Nəticədə paqonları sökülmüş D. Suqrobov bir də 2026-cı ildə azadlıq üzü görəcək…

“Seryoja 2 faiz”in azad olunması xəbərini rus qəzetləri “Vsyo moqut koroli”, yəni “hökmdarlar hər şeyə qadirdirlər” başlığı ilə veriblər. Bununla mətbuat orqanları bir tərəfdən S.Maqinin “qara bazar”dakı hökmranlığını nəzərdə tuturlarsa, digər tərəfdən də sözsüz ki, ölkənin əsl hökmdarına eyham vururlar. Çünki hamı DİN generalının həbsinin arxasında FTX-nın, bu qurumunsa arxasında ölkənin bir nömrəli “çekistinin” durduğunu gözəl bilir. Məhz bu üzdən də müstəqil mətbuat Suqrobovun Medvedevin prezidentliyi bitəndən qısa müddət sonra həbsini təsadüfi saymır.

Barəsində bəhs etdiyimiz və Rusiyanın ən yeni tarixinə aid bu hadisə kifayət qədər ibrətamizdir. Çünki bir çox MDB ölkələrində buna bənzər mühit və hakimiyyətdaxili çəkişmələrin şahidi oluruq. Əlbəttə ki, D.Suqrobov kimi generallar hər MDB respublikasında yoxdur. Ancaq məsələn, elə Azərbaycanda keçirilən “Qara kəmər” əməliyyatı, Hacı Məmmədovun dəstəsinin işi, yaxud Eldar Mahmudovun ətrafında baş verənlər və “MTN işi”, eləcə də “Beynəlxalq Bank”-dan oğurlanan milyardlar və Cahangir Hacıyevin həbsi kimi hadisələr hakimiyyətdaxili qruplaşmaların mövcudluğunun və onların dövlət üçün nə qədər təhlükəli olduğunun əyani sübutudur… 
(Azpolitika.info)

Müəllim hər kəsin gözü qarşısında şagirdləri belə döydü - VİDEO
Düşüncələri səsə çevirən cihaz hazırlandı - MARAQLI
Polis tutuquşunu nəzarətə götürdü -İNANILMAZ...
114 metrlik qüllənin zirvəsində qolf oynadılar - MARAQLI...+ VİDEO
"İnstagram"dan istifadə edən şimpanze gündəmə çevrildi - MARAQLI...+ VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
"Ermənistan işğal etdiyi 7 rayondan 5-ni qaytarır və..." - Növbəti "Lavrov" nağılı...
Cəmiyyət
"Şəhərin ən məşhur restoranlarından birinin mətbəxində dəhşətli biabırçılığın şahidi olduq”
Gündəm
Qondarma “erməni soyqırımı” Almaniyada dərsliklərə salına bilər
Cəmiyyət
"TV-lərin işçiləri pərdəarxası sözləri saytlarda yayaraq öz kanallarını pis vəziyyətə qoyurlar"
Maraqlı
Müəllimlərə silah gəzdirməyə icazə verildi: "Atışma çıxanda məsələni saniyələr həll edir..."
Həftənin ən çox oxunanları
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
"Özümü də biabır etdim, onları da" - Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR - VİDEO
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
“Bakıya gələcək erməni jurnalistləri hava limanından aparıb Müdafiə Nazirliyinə təhvil vermək lazımdır”
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]