Xəbər lenti
21/04/2019 [01:19]:
"Keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil..."
21/04/2019 [01:02]:
"Rəsul Akif Çovdarovun 3-5 milyon pul istədiyini dedi, ona 3 milyon verə biləcəyimi söylədim"
21/04/2019 [00:50]:
Dünyada ilk dəfə qocaların sayı uşaqların sayından çox oldu - QORXUNC STATİSTİKA
20/04/2019 [23:30]:
"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub
20/04/2019 [23:17]:
Zurabişvilidən Azərbaycanla sərhəd barədə bəyanat
20/04/2019 [23:07]:
Sumqayıtda doğuş zamanı faciə
20/04/2019 [23:02]:
Hindistanda fil beş nəfəri tapdalayaraq öldürdü
20/04/2019 [22:59]:
QAT-çılar Gəncədə toplaşdı -FOTOLAR
20/04/2019 [22:43]:
“Azərbaycanın qoşulmama hərəkatında olmasını düzgün hesab etmirəm”
20/04/2019 [22:34]:
"Elmdə və siyasətdə dərinlik axtaranlar Aydın Məmmədovu şəkildə kəşf edəcəklər"
20/04/2019 [22:22]:
Həbsxanadan çıxan kimi qaçırıldı: Adnan Oktara şok- FOTO
20/04/2019 [22:20]:
Xameneini təhqir edən alimə 13 il həbs cəzası verildi
20/04/2019 [21:31]:
TAİB-in İstanbulda tanışma proqramı düzənlədi
20/04/2019 [21:29]:
Vəkillər Kollegiyası tərəfindən ekoloji tədbir keçirildi - FOTOLAR
20/04/2019 [21:18]:
Sudanın devrilmiş prezidentinin evindən 100 milyon dollar tapıldı
20/04/2019 [21:16]:
Zelenskinin namizədliyi ləğv oluna bilər
20/04/2019 [21:12]:
“Elmar müəllimin bizi erməni jurnalistlərlə  görüşdürüb-öpüşdürmək siyasətini alqışlayıram...”
20/04/2019 [19:55]:
Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var
20/04/2019 [19:51]:
Türkiyə şəhidlərin qanını yerdə qoymadı: 20 terrorçu öldürüldü
20/04/2019 [19:47]:
Lotu Qulinin adamı Moskvada sahibkarı güllələyib
20/04/2019 [19:45]:
Fazil Mustafanın yeni kitabları təqdim olundu FOTOLAR
20/04/2019 [19:43]:
Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR
20/04/2019 [19:10]:
23 ildir ayıyla bir evdə yaşayan ailə - MARAQLI...
20/04/2019 [18:47]:
DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa...
20/04/2019 [18:32]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [18:18]:
Azərbaycanın igid döyüşçüsünə medal təqdim edilib
20/04/2019 [18:10]:
Dilçilik İnstitutu abituriyentlərə müraciət etdi
20/04/2019 [18:05]:
“Mançester Siti” yenidən liderliyə yüksəldi
20/04/2019 [17:56]:
“Müflis oldum, övladlarımla kirayələrdə yaşayıram” – Nazim İbrahimovun qardaşı
20/04/2019 [17:47]:
Rusiyanın ən böyük yəhudi  dini akademiyası  yandırıldı-FOTOLAR
20/04/2019 [17:38]:
Azərbaycan nəqliyyat vasitələri və onların hissələrinin idxalına çəkdiyi xərci 3% artırıb
20/04/2019 [17:31]:
Ərzurum Atatürk Universitetinin professorları ADAU-da
20/04/2019 [17:28]:
“Yalnız cərimə ilə ədəbi dili qorumaq mümkün deyil”
20/04/2019 [17:28]:
"İslahatları həyata keçirəcək şəxslərin özləri məhkəmə sistemini bu vəziyyətə salıb..."
20/04/2019 [17:23]:
Binəqədidə qadın meyiti tapılıb
20/04/2019 [16:58]:
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20/04/2019 [16:52]:
“Vətəndaşlar özlərini xoşbəxt hesab edə bilərlər” - Əli Əhmədov
20/04/2019 [16:48]:
"Biz yumşaqlıq nümayiş etdirdikcə düşmənin də, havadarlarının da həyasızlığı artır"
20/04/2019 [16:46]:
“Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat çağırış etdi
20/04/2019 [16:37]:
Alimlə universitet arasında “canlı divar”, yoxsa geriliyə meydan oxuyan islahatçı?
20/04/2019 [16:35]:
Rafael Ağayev qızıl medal şansını itirdi
20/04/2019 [16:33]:
Dilçilik İnstitutunun direktoru: “Orfoqrafiya Normaları Artur Rasi-Zadənin soyadına şamil olunmur”
20/04/2019 [16:22]:
Keçmiş prezidentin intihar məktubu yayıldı
20/04/2019 [16:07]:
Şəmkirdə iki maşın toqquşub: Ölən və yaralılar var
20/04/2019 [15:55]:
Azərbaycanda “Ağıllı sərhəd” layihəsinin tətbiqinə bu ilin yayında başlanılacaq
20/04/2019 [15:54]:
İşəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib
20/04/2019 [15:47]:
Qənirə Paşayeva “Aprel fədailəri” adlı tədbirdə çıxış edərək məktəblərə çağırış edib
20/04/2019 [15:43]:
Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA
20/04/2019 [15:35]:
Nizami Cəfərov: “Bəzi sözlərin yazılış qaydası ilə bağlı mübahisələr var”
20/04/2019 [15:33]:
Komitə nümayəndələri əsgərlərlə görüşüb
20/04/2019 [15:28]:
“6-cı sinifdən ərə gediblər, mənə pozğun deyirlər” – Pərvanə bu dəfə sənədlərinin şəklini yaydı
20/04/2019 [15:24]:
Gömrük sistemində görülən işlər, həyata keçirilən yeniliklərlə bağlı mətbuat konfransı keçirilib
20/04/2019 [15:22]:
Qeyri-sabit hava şəraiti aprelin 24-dək davam edəcək
20/04/2019 [15:20]:
ABŞ səfiri: "Azərbaycan islahatlarla böyük irəliləyişə nail olub"
20/04/2019 [15:15]:
Həkimin yazdığı diş məcunundan istifadə edən 11 yaşlı qız öldü -Qəribə olay...
20/04/2019 [15:13]:
Ordubada 15 sm qar yağıb - Faktiki hava
20/04/2019 [15:02]:
Azərbaycanlı Türkiyədə məşhur iş adamını öldürdü –Polis qatili axtarışa verdi
20/04/2019 [14:56]:
"Həmin gecə o saatda məhz mənim növbədə olmağım təsadüf olsa da..." - Əsgərlik xatirələri...
20/04/2019 [14:52]:
Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
20/04/2019 [14:47]:
“Alqı-satqı” "alğı-satqı", “əsgər” “əskər” kimi yazılmayacaq - Dəyişiklik təsdiqlənmədi
20/04/2019 [14:36]:
Ermənilər Azərbaycanda  daha bir siyasi partiya yaratdı-FOTO
20/04/2019 [14:30]:
Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya: "Əgər siz məndən qorxmurdunuzsa..."
20/04/2019 [14:27]:
“Sarı jiletlilər” yenidən meydanda: “Notr Dam de Paris üçün milyonlar, bəs kasıblar?”
20/04/2019 [14:25]:
General Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib –Nazirin birinci müavini konkret tapşırıqlar verib
20/04/2019 [14:11]:
Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda -FOTO
20/04/2019 [14:06]:
Bu şəxslərin pensiyası artırılacaq - Qanuna dəyişiklik
20/04/2019 [14:01]:
Debatdan sonra ən çox bu fikirlər müzakirə olundu
20/04/2019 [13:58]:
Kardaşyanın vəkillik arzusu qalmaqal yaratdı
20/04/2019 [13:56]:
Qaret Beyl mövsüm sonu Madriddən gedəcək
20/04/2019 [13:43]:
Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı
20/04/2019 [13:26]:
"Kasıb oğlana ərə getmərəm, kişinin evi, maşını olmalıdır" -Samirə Əfəndi
20/04/2019 [13:24]:
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir" - QALMAQAL
20/04/2019 [13:19]:
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
20/04/2019 [13:15]:
Azərbaycan 2020-ci ildə Avropaya qaz tədarük etməyə başlayacaq
20/04/2019 [13:12]:
Yol Polisi İdarəsi taksi sürücülərinə XƏBƏRDARLIQ ETDİ
20/04/2019 [13:07]:
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatı başlanıb
20/04/2019 [12:53]:
Azərbaycanda havalar daha 4 gün pis keçəcək – Çaylarda daşqın təhlükəsi
20/04/2019 [12:50]:
İsmayıllıda narkotik alverçiləri saxlanılıb
20/04/2019 [12:36]:
Bərdədə doğuş faciəsi
20/04/2019 [12:28]:
"Sabah işdə Yasinin başına hansısa gerizəkalı, saxta diplomlu bir müdiri qoyacağıqsa..."
Bütün arxiv bir sırada
19/03/2019 [17:39] - Cəmiyyət - ( 741 dəfə baxılıb)

ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirildi -FOTOLAR



Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib. 

Universitetin dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlik nümayəndələri iştirak edib.

ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb, onları bayram tədbirində görməkdən məmnun olduğunu deyib:

“Bu gün Azərbaycanın milli bayramıdır. Bu bayramı biz əsrlərin uzaq nöqtələrindən bugünə qədər gətirə bilmişik. Novruz təbiətin canlanması, yazın gəlişi deməkdir. Novruz insanların əhval-ruhiyyəsinin təzələnməsi, gəncləşməsi deməkdir. Biz Novruz bayramını Azərbaycanın ən müxtəlif yerlərində – Şuşada, Laçında, Gəncədə, Naxçıvanda, Lənkəranda, Astarada, Qusarda, Xaçmazda – bütün Azərbaycan vilayətlərində, məskənlərində illər, əsrlər boyu qeyd etmişik və öz dostlarımızı da yanımızda görmüşük. Bu gün Azərbaycanın dostları onun yanındadır. Bu gün bizim universitetimizdə həqiqətən də multikultural əhval-ruhiyyə hökm sürür, müxtəlif xalqlar, mədəniyyətlər görüşür”. 

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav universitetdə multikultural tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib: “Məlum olduğu kimi Azərbaycan Dillər Universitetində bir çox mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərin hər biri bir mədəniyyəti əks etdirir. Bu baxımdan, bu, gözəl təşəbbüsdür. Novruz bayramı ən gözəl bayramlardan biri sayılır. Burada iştirakım mənim üçün böyük fəxrdir”.

Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sexio Peres Gunela Azərbaycanın multikultural ölkə olduğunu deyib. Diplomat qeyd edib ki,  Azərbaycan Dillər Universitetində ispan dili yüksək səviyyədə öyrənilir: “Bu, mənim Azərbaycanda səfirlik fəaliyyətimdə ilk çıxışımdır. Bundan sonra da universitetin təklif etdiyi bütün tədbirlərdə iştirak edəcəyəm. Çünki görürəm ki, ispan dili universitetdə yüksək səviyyədə təbliğ olunur. Əlbəttə, bu da bizim aramızdakı əlaqələrin inkişafında mühüm rol oynayır. Biz də bu yolla öz xalqımızı yaxşı təmsil edə bilərik”.

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani “Multikultural Novruz bayramı” mərasiminin təşkilini yüksək qiymətləndirib. O, Azərbaycan Dillər Universitetinin ölkənin ən tanınmış universitetlərindən biri olduğunu vurğulayıb, Azərbaycanın gənc nəslinin dünyanın bütün ölkələri ilə dostluq əlaqələri qurmasının vacibliyinə diqqət çəkib.

Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez tədbirdə müxtəlif xalqların uğurla təmsil olunduğunu bildirib. Səfir əlavə edib ki, dil vasitəsilə biz özümüzü ifadə edir, dünyada əlaqələr qururuq: “Aydın görünür ki, tələbələr təmsil etdikləri dili çox yüksək səviyyədə nümayiş etdirirlər. Mənim üçün Azərbaycanda Novruz bayramını qeyd etmək böyük şərəfdir. Biz burada mədəniyyətləri bölüşürük. Mədəniyyət və dil bizi qardaş ölkələr olaraq birləşdirir”.

Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Novruzu mədəniyyətləri bir-birinə bağlayan bayram kim dəyərləndirib.

ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mişel Peterson, Yaponiyanın ölkəmizdəki səfirinin müavini, Mədəniyyət və təhsil işləri üzrə şöbə müdiri Usui Takaaki, Fransanın ölkəmizdəki səfirliyinin baş məsləhətçisi Dominik Janti, Meksika səfirinin müavini Alberta Aura Qonzales, Norveçin ölkəmizdəki müvəqqəti işlər vəkili Olav Nils Thue, İspaniyanın müvəqqəti işlər vəkili İgnacio Sanchez Taboad, Çin Xalq Respublikası səfirliyinin əməkdaşı Van Cuenqan, Kosta Rikanın müvəqqəti işlər vəkili Xairo Lopez Bolanos Azərbaycanın zəngin mədəniyyətə sahib olmaqla multikulturalizmə böyük töhfələr verdiyini bildiriblər. Qonaqlar müxtəlif ölkələrin adət-ənənələrinin nümayiş olunduğu tədbirin təşkilinə görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkürlərini bildirib, bayram münasibətilə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzu ediblər.

Tədbirdə universitetin tələbələri müxtəlif ölkələrə məxsus milli rəqsləri uğurla ifa edib, mahnılar oxuyublar.

Təntənəli mərasimin sonunda qonaqlar Novruz süfrəsinin təamlarını dadıblar.  

"Keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil..."
"Rəsul Akif Çovdarovun 3-5 milyon pul istədiyini dedi, ona 3 milyon verə biləcəyimi söylədim"
"İslahatları həyata keçirəcək şəxslərin özləri məhkəmə sistemini bu vəziyyətə salıb..."
Şortik geyindiyi üçün haqqında yaxalama qərarı çıxdı - FOTO
5 yaşlı qızlarını pul qarşılığında ərə verdilər - DƏHŞƏT...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Dünyada ilk dəfə qocaların sayı uşaqların sayından çox oldu - QORXUNC STATİSTİKA
Dünya
23 ildir ayıyla bir evdə yaşayan ailə - MARAQLI...
Gündəm
“Yalnız cərimə ilə ədəbi dili qorumaq mümkün deyil”
Cəmiyyət
Alimlə universitet arasında “canlı divar”, yoxsa geriliyə meydan oxuyan islahatçı?
Cəmiyyət
Qulu Ağsəsdən yeni layihə: ““Ulduz” 10 gənc yazarın kitabını çap edir...”
Həftənin ən çox oxunanları
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
“Fahişəxanalar baş alıb gedir, otellərdə və digər obyektlərdə əxlaqsızlıqlıq hökm sürür"
“Bu erməni qrupu Bakı, Sumqayıt, Şamaxıdakı və s. qohumları vasitəsilə məxfi işlər aparır...” 
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
İcra başçısının müavini Elinanın intiharından danışdı: “Həmin videonu mən...”
Separatçı rejim Dilqəmlə Şahbazın doğmalarının  onlarla görüşə bilməsi şərtini açıqladı...
“Həbsdən çıxanda elə bildi ki, hamısı başına toplanacaq, ətəyindən öpəcəklər...”
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
“Ermənilər Laçın dəhlizinə çatmamış məsələni Rusiya ilə həll etmək lazım idi”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]