Xəbər lenti
25/06/2019 [07:31]:
13 yaşlı Məhəmməd növbəti dəfə mental riyaziyyat üzrə dünya çempionu oldu-FOTOLAR+VİDEO
25/06/2019 [06:47]:
"Bismillah" demədən sözə başladı- yerə yıxıldı, başı yarıldı...
25/06/2019 [00:37]:
Kobra ilə evləndi, səbəbinə inanmayacaqsınız - MARAQLI
25/06/2019 [00:19]:
Haqq adamı Haqqa qovuşdu
24/06/2019 [23:31]:
“Bəyəm, Ərdoğan kürd, laz, erməni, çərkəzin qardaş olduğunu söyləmirmi?”
24/06/2019 [23:27]:
Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"
24/06/2019 [23:23]:
İrina Kindzerskaya: "Ərim azərbaycanlıdır, onunla Ukraynada evlənmişəm"
24/06/2019 [23:16]:
Daha bir ölkədə hərbi çevrilişə cəhd: Qətliam başladı
24/06/2019 [23:16]:
Türk mütəxəssislərdən xəbərdarlıq: "3-5 yaş arası sünnəti tövsiyə etmirik"
24/06/2019 [22:49]:
Narkobaronların mülkləri satılıb yoxsullara veriləcək - MARAQLI
24/06/2019 [22:31]:
Küçədə qadını döyən boksçudan yeni xəbər: Ölkədən çıxışına qadağa qoyulsa da...
24/06/2019 [22:29]:
Elmar Məmmədyarov: "Cəbhə bölgəsindəki təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqlara xələl gətirir" - MÜSAHİBƏ
24/06/2019 [22:24]:
Təyyarədə yatıb qalan qadın kabus yaşadı - QORXUNC...
24/06/2019 [21:58]:
Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - Xəsarət alan var
24/06/2019 [21:57]:
Şirməmməd Hüseynovla vida mərasiminin yeri dəyişdirilib - YENİLƏNİB
24/06/2019 [21:47]:
"Bu boyda bədən olar?" - Damla bu şəkillərinə görə tənqid edildi - FOTO
24/06/2019 [21:39]:
“Bir göz qırpımında Elçibəy rejiminin əlinə sanballı pul fondu keçdi...” 
24/06/2019 [21:31]:
Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb
24/06/2019 [21:24]:
Çimərlikdə batan qulaq sahibinə geri qayıtdı
24/06/2019 [20:47]:
Minsk-2019: Gimnastlarımız batutda 5-ci olub
24/06/2019 [20:38]:
Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
24/06/2019 [20:37]:
İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün...
24/06/2019 [20:23]:
“Qələbə üçün söz və süngü savaşının əsgərlərinin birgə mübarizəsi şərtdir”
24/06/2019 [20:19]:
Paşinyanın arvadı erməni zabit arvadlarının dəvətilə  Azərbaycana gəldi - FOTOLAR
24/06/2019 [20:11]:
AŞPA-da azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olunub
24/06/2019 [20:08]:
Rusiyanın "Sosna"sı hazırdır: Tamamilə görünməz və...
24/06/2019 [20:07]:
Ürəkkeçmə zamanı nələrdən istifadə etmək lazımdır
24/06/2019 [20:04]:
Səməd Seyidov: "Avropa Şurasında ikili standartlara son qoyulmalıdır"
24/06/2019 [20:02]:
Tbilisidə güclü külək və yağış nəticəsində bir nəfər ölüb - YENİLƏNİB
24/06/2019 [19:57]:
Koroğlu stansiyası yaxınlığında qəza tıxaca səbəb olub
24/06/2019 [19:55]:
Şirməmməd Hüseynov vəfat etdi
24/06/2019 [19:42]:
Hülusi Akar 3 müxalif partiyanın liderləri ilə görüşəcək
24/06/2019 [19:28]:
Zakir Həsənov şəxsi heyəti təbrik etdi –Azərbaycan Ordusunun 101 illiyi münasibətilə
24/06/2019 [19:26]:
“Jara-2019”un “Pre-Party”sində yaşananlar - VİDEO
24/06/2019 [19:25]:
Daşınmaz əmlaka dair texniki pasportların verilməsi xidməti elektronlaşdırılacaq - Bu ilin sonunadək
24/06/2019 [19:25]:
Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadiməyə hökm oxundu
24/06/2019 [19:20]:
Bakıda kişi meyiti tapılıb - Polis yaxınlarını axtarır
24/06/2019 [19:19]:
Elmar Qasımov ipponla qazandı - 4-cü medal
24/06/2019 [19:18]:
Sami Yusuf Bakıda - FOTO
24/06/2019 [19:11]:
Fındıq yığmaq adı ilə evdən Türkiyəyə qaçan qadın Gürcüstanda tapıldı - FOTO
24/06/2019 [18:46]:
ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı ilk - Açıqlama
24/06/2019 [18:44]:
Ramil Usubovun yeni işində ilk görüşü - Foto
24/06/2019 [18:22]:
Gürcüstanda mitinqi zorla dağıdan 10 polis işdən qovulub
24/06/2019 [18:08]:
Müdafiə Nazirliyinin hərbi qulluqçularına rütbələr verildi - SİYAHI
24/06/2019 [17:55]:
Saytlara haker hücumu olub? - RƏSMİ CAVAB
24/06/2019 [17:48]:
Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - Monteneqroda
24/06/2019 [17:24]:
Almaniyada 2 qırıcı təyyarə toqqşudu
24/06/2019 [17:20]:
Düşmən “soyqırım qurbanları”nın xatirəsinə xaç ucaltdı: “Qurbanlar”ın xatirəsinə salınan meşədə...
24/06/2019 [17:19]:
Sən demə, qarğıdalını səhv bişiririk
24/06/2019 [17:19]:
Ağdaşın içməli su təchizatı yaxşılaşdırılır
24/06/2019 [17:13]:
SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçildi
24/06/2019 [17:09]:
Bakıda ana uşağı ilə birgə intihara cəhd edib – FOTO
24/06/2019 [17:05]:
Cahangir Hacıyevin milyonlarla manat xərcləyən həyat yoldaşı hakim qarşısında
24/06/2019 [17:04]:
"AKP və Ərdoğan CHP ilə bir sıra məsələlərdə hesablaşmaq məcburiyyətində qalacaq..."
24/06/2019 [17:04]:
Erməni boksçunu məğlub edən Rüfət: "Qələbəmi atama həsr edirəm"
24/06/2019 [17:00]:
“Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
24/06/2019 [16:58]:
Lənkəran universitetində hava çatışmazlığı: yeddi tələbə qız xəstəxanalıq oldu
24/06/2019 [16:55]:
"Avropa Məhkəməsinin Dilqəm və Şahbazla bağlı qərarını gözləyirik" - Çingiz Hüseynov
24/06/2019 [16:52]:
“Sumqayıt ölkəmizin qeyri-neft sənayesinin paytaxtıdır”
24/06/2019 [16:48]:
Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” - VİDEO
24/06/2019 [16:42]:
Ağsu aşırımında qeyri-adi ilan görənləri heyrətləndirib – FOTO
24/06/2019 [16:37]:
Azərbaycanda Cənubi Karolina Universitetinin Kvalifikasiya diplomunu almaq mümkün olacaq
24/06/2019 [16:34]:
"İnanıram ki, Xarici Kəşfiyyat Xidməti də yenidən bu quruma birləşdiriləcək..."
24/06/2019 [16:32]:
“Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” adlı elmi konfrans keçirilib
24/06/2019 [16:15]:
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub
24/06/2019 [16:13]:
Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”
24/06/2019 [16:11]:
Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi
24/06/2019 [16:07]:
"Uşaq oğurluğu, orqan alveri ilə məşğul olan həmin qüvvəni zərəsizləşdirmək lazımdır"
24/06/2019 [15:49]:
“Burda sürücüyə 2500 avro maaş verirlər...”- Almaniyada sürücü işləyən soydaşımız...
24/06/2019 [15:48]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
24/06/2019 [15:39]:
Min yeddi yüz məhmətçik iki xain terrorçunun izinə düşdü - FOTO
24/06/2019 [15:22]:
Laçında daha bir Azərbaycan məbədinin erməni kilsəsi kimi açılışı oldu... - FOTOLAR
24/06/2019 [14:49]:
Azərbaycanda daha bir “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir - FOTOLAR
24/06/2019 [14:34]:
Vilayət Eyvazov müşavirə keçirdi
24/06/2019 [14:26]:
Sabah 40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
24/06/2019 [14:17]:
BMT Baş katibinin müavini İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
24/06/2019 [14:06]:
II Avropa Oyunları: Cüdoçularımız günə qələbə ilə başladı
24/06/2019 [14:01]:
Rayonlara dolu düşəcək
24/06/2019 [13:46]:
"Xalq əmanəti" Vazehi tam külliyatı ilə xalqa çatdırdı -FOTOLAR
24/06/2019 [13:44]:
Səfər Mehdiyev Gəncədə vətəndaşları qəbul etdi
Bütün arxiv bir sırada
19/03/2019 [20:44] - Siyasət - ( 1743 dəfə baxılıb)

Qıpçaq bəyinin sultan nəvəsinin gedişi – Nazarbayev hər kəsi mat qoydu



Onun bu hərəkəti Rusiya prezidenti Boris Yeltsinin öz vəzifəsindən gedişini xatırlatdı.

19 il 3 ay öncə Boris Yeltsin də ruslar üçün əziz bir gündə, Yeni il axşamında Rusiya prezidenti postundan istefa vermişdi. Gözlənilmədən.

Qazaxıstan birinci prezidenti Nursultan Nazarbayev də eyni addımı qazaxlar, eləcə də bütün türk dünyası üçün əlamətdar olan bir gündə - Novruz bayramından bir gün öncə atdı. Yenə də gözlənilmədən.

Картинки по запросу nursultan nazarbayev Yeltsin
Fəqət bu iki addım arasında ən ümdə fərq odur ki, Yeltsin batmaqda olan, problemlər məngənəsində çırpınan, mafiyaların, separatçı rejimlərin əlində əsir-yesir qalmış Rusiyanın baş postunu tərk etmiş, onu cavan, qətiyyətli, enerjili bir liderə vermişdi ki, məhz o, Rusiyanı xilas etsin.

Qazaxıstan isə Nazarbayevin rəhbərliyi altında gündən-günə güclənməkdə, çiçəklənməkdədir, ölkədə o elə bir ciddi problem, dərin iqtisadi böhran yoxdur ki, onun gedişini zəruri etsin. Bu ölkə Avropaya inteqrasiya yolunda ciddi addımlar atır, qonşuları ilə “sıfır problem” rejimindədir.

Bununla belə, Nursultan Nazarbayev hakimiyyəti özündən daha gənc və enerjili bir liderə ötürür. O, hələlik Yeltsin kimi etməyib, mümkün vəliəhdinin, varisinin adını çəkməyib.

Nazarbayevin rəsmi bioqrafiyası

Nursultan Abış oğlu Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda Almatı ətrafında doğulub.

1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub, "Kazmetalurqstroy" trestində fəhlə işləyib.

1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb.

1967-ci ildə Karaqanda metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur.

1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb.

Картинки по запросу нурсултан назарбаев в молодости
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib. 1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub.

1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali Sovetinin sədri seçilib.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının prezidenti seçilib. 
1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının prezidenti seçilib.

29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə yenidən prezident seçilib.

4 dekabr 2005-ci ildə seçkilərdə təkrar prezident olub.

Dinmühəmməd Kunayevin varisi

Rəsmi tərcümeyi halından göründüyü kimi, Nazarbayev 1984-89-cu illərdə Qazaxıstanın baş naziri olub. Bunun ilk iki ili Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsini tutan Dinmühəmməd Kunayevin, son üç ili isə eyni vəzifəd çalışan Gennadi Kolbinin vaxtına düşür.

Картинки по запросу nursultan nazarbayev kunayev
Əslində 1985-ci ildə Kremldə baş verən hakimiyyət dəyişikliyindən sonra Mixail Qorbaçovun SSRİ rəhbəri olmasıyla Qazaxıstandakı birinci şəxsin dəyişdiirilməsi məsələsi gündəmə gələndə (Qorbaçov vaxtilə şəxsinə qarşı saymazlıq edən Kunayevdən yaxasını tezliklə qurtarmaq istəyib), Nazarbayevin Qazaxıstan KP MK-nın birinci katibi olacağı düşünülürmüş. Ancaq bundan daha öncələr gənc Nazarbayevin onun varisi olacağını gizlətməyən Kunayev bu dəfə onun birinci katib olmasına qarşı çıxıb. Nəticədə bu vəzifəyə rus millətinin nümayəndəsi Gennadi Kolbin gəlib və buna görə Qazaxıstanda ciddi etiraz dalğası kükrəyib, sovet ordusu o vaxtkı paytaxt Alma-atada (indiki Almatı) qırğın törədib.

Bəlkə də bu, heç Kunayevin iradəsi ilə olmayıb. Kremldə belə məsləhət biliblər və Kunayevi şərt qarşısında qoyublar ki, Nazarbayevin qarşısını onun əliylə, diliylə alsınlar. Hər halda Nazarbayevin hakimiyyətə gəldikdən sonrakı addımları göstərir ki, o, sələfinə qarşı kin saxlamayıb (Hazırda Almatıda və Astanada Kunayevin adına prospekt və küçələr, elm və tədris mərkəzləri və s. ictimai obyektlər var).

SSRİ-nin yerində MDB quran adam

Nazarbayev Qorbaçov erasında SSRİ-nin ən ağıllı və nüfuzlu liderlərindən biri kimi tanınırdı. Onun idarə etdiyi respublika ərazisinə görə SSRİ-inin ikinci böyük ölkəsi idi (hazırda Qazaxıstan ərazisinə görə dünyada 9-cudur). Kremldə onu sayır, böyük hörmət qoyurdular. Hətta SSRİ dağlanda, Ukraynanın, Belarusun və Rusiyanın yeni liderləri Belovej meşəsində Sovet İttifaqının tabutuna mıx çalanda məhz Nazarbayev onlara zəng vurmuş və hamısını qınamış, “bu boyda hadisədən niyə mənim xəbərim yoxdur” deyə onları asan cavab verilməsi mümkün olmayan sual qarşısında qoymuşdu.

Картинки по запросу нурсултан назарбаев Yeltsin
Əslində sonradan SSRİ-nin xarabazarlığı üzərində Müstəqil Dövlətlər Birliyi (MDB) adlı dövlətlərüstü qurumun yaradılmasının müəlliflərindən biri, bəlkə də birincisi Nazarbayev idi. O, anlayırdı ki, müttəfiq respublikaların bir həftənin içində müstəqil olmasıyla 70 il boyunca hörülmüş iqtisadi bağlılıqlara son verilməsi postsovet məkanında böyük böhrana səbəb ola bilər.

Nazarbayev müstəqil Qazaxıstanın qurucusu kimi

SSRİ dağılandan sonra Nazarbayev Qazaxıstanın, demək olar ki, sıfırdan başlayaraq qurmalı oldu. Qazaxıstan beynəlmiləl ölkəydi, bir çox xalqların təmsilçisi yaşayır. Onların arasında hər hansı bir etnik ayrı-seçkilik Özbəkistandakı, Qırğızıstandakı kimi partlayışa səbəb ola bilərdi. Nazarbayevin yeritdiyi mötədil siyasət Qazaxıstanda yaşayan xalqların hamısını qane edir. 
Bundan başqa, məhz Nazarbayevin iradəsi ilə etnik qazaxların ölkənin digər bölgələrində təmərküzləşməsi siyasəti aparıldı. Bir çox şəhərlərdə yerli əhali tamamilə ruslardan ibarət idi. Nazarbayev həmin çşəhərlərdə qazaxların da məskunlaşmasının qayğısına qaldı. Bu sırada keçmiş Akmolinsk şəhərinin ölkənin yeni paytaxtı seçilməsi təşəbbüsü də vardı. Tezliklə qərar qəbul olundu və ölkənin paytaxtı Almatıdan Astana adlandırılan və yenidən tikilən şəhərə daşındı. İndi Astana tamamilə müasir, səliqəli bir şəhərdir, əhalisi 1 milyon civarındadır. Bu şəhər məhz Nazarbayevin şah əsəridir.

Картинки по запросу нурсултан назарбаев Yeltsin
Ötən əsrin 90-cı illərinin ortasında Nazarbayevin bu niyyətindən xəbər tutan Rusiya prezidenti Boris Yeltsin ona zəng edərək deyib: “Paytaxtı Almatıdan Astanaya köçürməyə nə gərək vardı? Bu niyə vacib oldu?” O zaman Nazarbayev Yeltsinin sözünə belə bir zarafatyana cavab verib: “Bu ona görə vacib oldu ki, mən indi Moskvaya iki saat daha tez uçub çatacağam”.

Qazaxıstanın inkişaf perspektivi – Qərbə inteqrasiya

Картинки по запросу nursultan nazarbayev
Bu sətirlərin müəllifi son 3 ildə üç dəfə Qazaxıstanda olub və bu ölkədə haqqında kifayət qədər geniş məlumat toplayıb. 
Qazaxıstan Avropa ölkəsi olmağa can atan ölkədir. Nazarbayev qazaxlara əsl inkişafın Qərbə, Avropaya inteqrasiyadan asılı olduğunu təlqin edib. Ona görə də Qazaxıstan Avropa təhsilinə önəm verir, hər il minlərlə gənc qazax dövlət hesabına Avropanın ən yaxşı universitetlərində təhsil alır, gənc mütəxəssis kimi ölkəyə qayıdır, yaxşı işlərlə təmin olunurlar. Nazarbayev onları gələcək Qazaxıstanın qurucuları kimi təqdim edir.

Özünü türk oğlu sayan beynəlmiləlçi

Nursultan Nazarbayev təbiəti etibarilə millətçi deyil. O, sovet beynəlmiləlçiyi tərbiyəsi alıb, başqa millətlərə xor baxmır. Ancaq o, özünün və xalqının türk soyundan gələn qazax, əski qıpçaqlar nəslindən olduğunun fərqindədir. Ona görə də xüsusilə də son illərdə Nazarbayev öz türk kimliyini aşırı şəkildə olmasa da, xəfifcə qabardır. Bir neçə ay öncə onun yazdığı “Böyük Çölün yeddi özəlliyi” əsəri bunun sübutuydu. Nazarbayev öz xalqının gələcəyini milli özünüdərkdə, türk dünyası ilə isti münasibətlərin bərqərar olunmasında görür.

Картинки по запросу nursultan nazarbayev
Qıpçaq bəyinin sultan nəvəsi bu istiqamətdə kifayət qədər qətiyyətlidir. Onun “Böyük Çölün yeddi özəlliyi” əsəri isə əslində gələcək nəsillər üçün yazıb qoyduğu vəsiyyətnaməsidir. Gənc qazaxlar məhz bu əsərə istinadən öz gələcək yollarını müəyyən edəcəklər.

Bəs Nazarbayevdən sonra hakimiyyətdə kim olacaq?

Bu sualın artıq elə bir ciddi əhəmiyyəti yoxdur. Nazarbayev kimi hakimiyyət ustası prezident postundan istefa veribsə, demək, bir bildiyi var, hakimiyyətin kimin və ya kimlərin əlin keçəcəyinə dair öz təxmininə, ssenarisinə malkdir. O bilir ki, bu adam hər kim olacaqsa, qazax oğlu olacaq və heç də ekstravaqant, avantürist biri olmayacaq, dövləti öncədən tərtib olunmuş plan üzrə idarə edəcək.

Картинки по запросу nursultan nazarbayev dariqa
Qeyd edim ki, Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva hazırda baş nazirin müavinidir, ölkəsinin birinci xanımı statusundadır, amma o, atasının siyasi varisi deyil. Hər halda indilikdə adı çəkilmir. Əslində Dariqa Nazarbayeva kifayət qədər təcrübəli, hazırlıqlı, ana dili də daxil olmaq üç dildə sərbəst danışan, təmkinli, ağıllı bir siyas xadimdir. Prinsipcə, o, Qazaxstanı atasından sonra idarə edə bilər. Ancaq belə görünür ki, Nazarbayev belə bir plana malik deyil. O, bu işləri xalqın seçiminə buraxmış kimi görünür.

Qazax liderin istefasının önəmi

Nazarbayevin məlum istefası göstərdi ki, o, hakimiyyət məsələsinə bir çox yaşıdları, müasirləri kimi yanaşmır. O, hakimiyyətdən könüllü əl çəkən ikinci sovet lideridir. Nazarbayev bu addımıyla hakimiyyətin daha gənc bir liderə dövr etməyin heç də təhlükəli olmadığını nümayiş etdirir. Sadəcə, dinc hakimiyyət dəyişikliyinin baş tutması üçün uyğun müstəvi və mexanizm hazırlamaq lazımdır. Nazarbayev bu müstəvini illərdir ki, hazırlayırdı. Belə görünür ki, artıq proses başa çatıb. Onun yerinə gələn şəxs çoxdan Elbaşı titulu qazanmış sələfi ilə hörmət-izzətlə davranmalı olacaq. Çünki Nazarbayev vəzifəsindən xalqını bezdirmiş, cana doydurmuş lider kimi ypx, hələ də xalqın sevimlisi olan bir lider kimi gedir.

Qazax xalqı onu daima yaxşı rəhbər kimi xatırlayacaq – bax, bunu əminliklə söyləmək olar.

loading...
loading...
“Bəyəm, Ərdoğan kürd, laz, erməni, çərkəzin qardaş olduğunu söyləmirmi?”
Narkobaronların mülkləri satılıb yoxsullara veriləcək - MARAQLI
Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” - VİDEO
"Uşaq oğurluğu, orqan alveri ilə məşğul olan həmin qüvvəni zərəsizləşdirmək lazımdır"
Artur Rasizadə son nazir təyinatlarından danışdı: "Bu təyinatlar sıradan deyil..."
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İdman
Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
Gündəm
İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün...
Gündəm
Düşmən “soyqırım qurbanları”nın xatirəsinə xaç ucaltdı: “Qurbanlar”ın xatirəsinə salınan meşədə...
Dünya
Min yeddi yüz məhmətçik iki xain terrorçunun izinə düşdü - FOTO
Ədəbiyyat
“Efirlərimizdə kitabla, ədəbiyyatla bağlı verilişlərin olması olduqca sevindiricidir...”
Həftənin ən çox oxunanları
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Keçmiş milli təhlükəsizlik nazirindən Əli Nağıyev haqqında İLGİNC FİKİRLƏR...
7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
Avropanın ən böyük cinsi əlaqə festivalı keçirilir — İNSANLAR BİR-BİRİNİN GÖZÜ QARŞISINDA (FOTOLAR)
Zakir Həsənov elan etdi: torpaqlar azad edilir - Analiz
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə..."
Dünənki güllələnmənin anbaan görüntüsü yayıldı - VİDEO
Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)