Xəbər lenti
20/06/2019 [00:09]:
ABŞ Ermənistana 40 milyon dollar yardım ayırdı
20/06/2019 [00:01]:
Alman dili müəlliminin yaratdığı “jurnalistika məktəbi”
19/06/2019 [23:54]:
Ağcaqanadlardan qorunmağın asan və təbii yolu - MARAQLI
19/06/2019 [23:49]:
Yolu keçən iki piyadanın qanı töküldü
19/06/2019 [23:48]:
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
19/06/2019 [23:47]:
Saakaşvili fontanda əyləndi - VİDEO
19/06/2019 [23:39]:
Belqradda Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19/06/2019 [23:27]:
Düşmən basdırdığı minanı çıxarmaq üçün 1,5 milyon alacaq: ABŞ-dan separatçılara yardım
19/06/2019 [23:14]:
Həbs olunmaq üçün bananı "cinayət aləti" kimi göstərdi - MARAQLI
19/06/2019 [23:05]:
Surət Hüseynovla bağlı ilginc ittihamlar - qiyamçının təbliğatçısı olan qadın kimdir?
19/06/2019 [22:55]:
Mursinin ölümü ilə bağlı skandal: Aparıcı görün nə etdi...
19/06/2019 [22:46]:
Türkiyədə təbii fəlakət nəticəsində 8 nəfər ölüb
19/06/2019 [22:45]:
Zaqatalada din xadimləri birgə vəhdət namazı qılıblar
19/06/2019 [22:41]:
FED baza faiz dərəcəsini 2,25-2,5% səviyyəsində saxlayıb
19/06/2019 [22:34]:
“Ehtiyatlı olun, onlar azərbaycanlı deyil, adları da, soyadları da saxtadır” – XƏBƏRDARLIQ!
19/06/2019 [22:22]:
Bəy-gəlin toya dinozavr qiyafəsində gəldi - VİDEO
19/06/2019 [22:18]:
Fuad Abbasov aclıq aksiyasını dayandırdı
19/06/2019 [22:17]:
Magistraturaya müsabiqənin nəticələri elan olunub
19/06/2019 [22:16]:
Türkiyə və Gürcüstan BTQ üzrə yük daşımalarının artırılması barədə razılıq əldə edib
19/06/2019 [22:15]:
“Müəllimlərin maaşının artırılması yaxın zamanda öz faydasını göstərəcək”
19/06/2019 [22:14]:
Donbasda Malayziya təyyarəsini vurmaqda 4 nəfər ittiham olundu
19/06/2019 [22:04]:
Ahmet Kayanın cənazəsi Fransadan Türkiyəyə gətirilərək dəfn edilə bilər - Ərdoğan
19/06/2019 [22:01]:
Kişi sevgilisinin üstünə benzin tökərək diri-diri yandırdı - Dəhşətsaçan qısqanclıq...
19/06/2019 [21:53]:
“O zaman qəbul imtahanları ləğv olunmalı idi, lakin...” - Firudin Cəlilov
19/06/2019 [21:38]:
“Dəyərdən danışan dəyərsizlər, əsl dələduz sizsiniz, sizin kim olduğunuzu xalq yaxşı bilir"
19/06/2019 [21:16]:
Azərbaycan inkişaf etmiş ölkələr sırasında, şərtlər, meyarlar - Saleh Məmmədovun yazısı
19/06/2019 [21:01]:
7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
19/06/2019 [20:58]:
Prezidentin bu sərəncamı onu göstərdi ki... - Baş çavuş
19/06/2019 [20:56]:
Özəl sahələrdə də maaş arta bilər - VİDEO
19/06/2019 [20:51]:
Mingəçevirdə su anbarının yaxınlığında güclü yanğın
19/06/2019 [20:47]:
İlin dörd ayı ərzində 5562 boşanma halı qeydə alınıb
19/06/2019 [20:41]:
Bu şəxslərin də gəlirləri artacaq
19/06/2019 [20:38]:
Vüsal Qasımlı: “Sosial islahatlar heç bir inflyasiyaya və devalvasiyaya gətirib çıxara bilməz”
19/06/2019 [20:36]:
Dünyada sərvəti 100 milyard dollar olan üçüncü şəxsin adı açıqlandı
19/06/2019 [20:32]:
ABŞ bunu etməsə, 2020-ci ildə gərginlik artacaq - Rusiya
19/06/2019 [20:10]:
Elçibəy Kələkiyə getməsə idi, vətəndaş müharibəsi olacaqdımı?- Keçmiş silahdaşı cavab verir...
19/06/2019 [19:49]:
Narkotik satıcısı professor çıxdı - İNANILMAZ...
19/06/2019 [19:26]:
40 il sonra bir ilk: Yolunu azan qütb ayısı şəhərə girdi...
19/06/2019 [19:17]:
Təhlükəsizlik kəmərini taxmayan sürücü pəncərədən çıxdı - QORXUNC... + VİDEO
19/06/2019 [19:02]:
Zakir Həsənov elan etdi: torpaqlar azad edilir - Analiz
19/06/2019 [18:47]:
Maliyyə Nazirliyi Belarusdan alınan vaqonlarla bağlı məsələyə münasibət bildirib
19/06/2019 [18:42]:
BMT Camal Qaşıqçının qətlində Səudiyyə Ərəbistanının təqsirli olduğunu təsdiqləyib
19/06/2019 [18:38]:
Messi Neymarı “Barselona”ya qaytarmağa çalışır
19/06/2019 [18:37]:
İlham Əliyev: "Müasir çağırışlar bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur"
19/06/2019 [18:28]:
Əkrəm İmamoğlunun oteldən müəmmalı görüntüləri yayıldı – VİDEO
19/06/2019 [18:21]:
Ərdoğandan iddia: "Mursi ölməyib, öldürülüb"
19/06/2019 [18:15]:
Mirabdulla Abbasov “Neftçi”ni məhkəməyə verir
19/06/2019 [18:02]:
DİM "Abituriyent" jurnalının 3-cü nömrəsini nəşr edib
19/06/2019 [17:56]:
Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında çıxış edib
19/06/2019 [17:54]:
Xocavəndin Tuğ kəndində  aviabomba bir dığanı ağır yaraladı
19/06/2019 [17:51]:
Rusiyalı ekspert: "Azərbaycan sosial müdafiəni gücləndirməkdə bizi üstələyib"
19/06/2019 [17:50]:
"İstəmirəm ki, “Aha, bax, Azərbaycanla Türkiyə arasında da problem çıxdı” desinlər"
19/06/2019 [17:47]:
Ümumqoşun poliqonunda döyüş atışları - FOTO/VİDEO
19/06/2019 [17:42]:
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq
19/06/2019 [17:41]:
ADAU-da Mübariz İbrahimovla bağlı tədbir keçirilib
19/06/2019 [17:41]:
Pentaqon rəhbəri istefa verdi - İllər öncə arvadından şiddət görüb
19/06/2019 [17:39]:
Bakıda qız şirkətə CV verdi - Bu şəkli göndərdilər
19/06/2019 [17:34]:
Ermənistanda 28 yaşlı gənc nazir təyin olundu
19/06/2019 [17:32]:
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək
19/06/2019 [17:31]:
ADU Fəxri Diploma layiq görüldü
19/06/2019 [17:29]:
Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər
19/06/2019 [17:27]:
“İnkişaf” yerli özünüidarəetmənin təşviqi ictimai birliyinin növbəti tədbir keçirildi
19/06/2019 [17:22]:
Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ
19/06/2019 [16:35]:
Ölkənin ən varlı şəhəri: "Yeriyən kapitallar", intellekt cəngavərləri və “sifarişli gələcək”...
19/06/2019 [16:25]:
“Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır
19/06/2019 [16:22]:
Nadir şah Əfşara həsr olunmuş beynəlxalq konfrans olacaq
19/06/2019 [16:21]:
"Azərbaycanda minimum əməkhaqqı Ermənistan və Gürcüstandan yüksək olacaq" -Hadi Rəcəbli
19/06/2019 [16:18]:
Qüdsdə 60 erməni iki yəhudini döydü
19/06/2019 [16:09]:
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - RƏSMİ
19/06/2019 [16:02]:
İnvestisiya müsabiqəsinin nəticəsi açıqlandı: Daha bir istehsal müəssisəsi yenidən qurulacaq
19/06/2019 [15:58]:
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
19/06/2019 [15:57]:
Deputat silah təmizləyərkən özünü güllələdi
19/06/2019 [15:49]:
Avropa dövlətləri Türkiyəyə qarşı birləşdi
19/06/2019 [15:42]:
Ermənistan körpü tikir: Avropanın pulu, İran şirkətinin icraçılığı hesabına...
19/06/2019 [15:41]:
Notariat kontoruna hücum: iki min manat oğurlandı
19/06/2019 [15:39]:
“Gürcüstan görəcək ki, 100 faiz torpaqları işğal altındadır”
19/06/2019 [15:32]:
Hərbi çağırışçılara xəbər var: İyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək
19/06/2019 [15:31]:
“Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi
19/06/2019 [15:28]:
Dünyanın zirvəsindəki Potala sarayı -FOTOLAR...
19/06/2019 [15:24]:
"Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
Bütün arxiv bir sırada
20/03/2019 [14:02] - Cəmiyyət - ( 816 dəfə baxılıb)

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi



Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Bu bayramı biz yaxşı nəticələrlə qarşılayırıq. Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşıda duran bütün vəzifələr icra edilir. Azərbaycan dövləti dərin milli-mənəvi köklər üzərində qurulubdur. Novruz bayramı bizim milli sərvətimizdir. 

Keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş vermişdir. Aprel ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdaram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfəsində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir.

Novruz bayramından iki ay sonra ölkəmizin həyatında çox önəmli hadisə baş vermişdir. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, tarixi layihədir. Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq. May ayında digər böyük layihə istifadəyə verildi, biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd etdik. Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanı Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə çevirib. Biz bu gün uğurla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Deyə bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə - Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir və bir çox təşəbbüslərin müəllifi olmuşdur.

İyun ayında digər tarixi hadisə baş vermişdir – TANAP qaz kəmərinin açılışı mərasimi keçirilmişdir. Bu layihənin həyata keçirilməsi bütövlükdə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması üçün əsas şərtdir. Biz bu tarixi hadisəni uğurla qeyd etdik və bu gün Azərbaycan qazının əlavə həcmi TANAP xətti ilə dünya bazarlarına nəql edilir.

Biz keçən il üçüncü peyki orbitə buraxdıq və bir daha göstərdik ki, texnoloji baxımdan Azərbaycan çox uğurla, sürətlə inkişaf edir. Kosmik sənayenin inkişafı bizim prioritetlərimizdən biridir.

Keçən il biz regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasını təmin etdik. Proqram artıqlaması ilə icra edildi və üç proqramın icrası böyük dəyişikliklərə gətirib çıxardı. Biz demək olar ki, bütün infrastruktur layihələrimizi yenidən qurduq. Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir. Təkcə onu demək kifayətdir ki, biz üç proqram çərçivəsində elektrik enerjisini ixrac etməyə başlamışıq, ölkə daxilində təminat tam təşkil edilir. Baxmayaraq ki, əvvəlki illərdə biz idxaldan asılı idik. Biz qazlaşdırmanı 95 faizə çatdırmışıq və bu, dünya miqyasında ən böyük, ən yüksək göstəricilərdən biridir. Şəhərlərimizin əksəriyyətinə təmiz içməli su xətləri çəkildi və bu proses davam etdirilir. On beş min kilometr yeni yol çəkildi və Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə yol infrastrukturunun səviyyəsi, keyfiyyəti baxımından Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Sosial infrastruktur obyektləri inşa olundu, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikildi və ya yenidən quruldu. İki milyondan çox yeni iş yeri yaradılmışdır. Əhali isə 1,6 milyon artmışdır.

Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir.

Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var.

Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır.
Münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın.

Biz bununla bərabər, əlbəttə ki, öz hərbi gücümüzü artırırıq. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirib. Bu il və bundan sonrakı illərdə biz ordu quruculuğu üçün nə lazımsa onu da edəcəyik. Bizim hərbi hissələrimizin demək olar ki, mütləq əksəriyyəti yenidən qurulub. Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz gündən-günə artır. Bu gün Novruz bayramını, o cümlədən Cocuq Mərcanlıda qeyd edirlər. Cocuq Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayıtması bizim tarixi nailiyyətimizdir. Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının əyilməz ruhunun təzahürüdür.

Bildiyiniz kimi, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır.

Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.

İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.

Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq.
Əziz həmvətənlər, sizi bu gözəl Bahar bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun”.

loading...
loading...
Alman dili müəlliminin yaratdığı “jurnalistika məktəbi”
Ağcaqanadlardan qorunmağın asan və təbii yolu - MARAQLI
Həbs olunmaq üçün bananı "cinayət aləti" kimi göstərdi - MARAQLI
“Müəllimlərin maaşının artırılması yaxın zamanda öz faydasını göstərəcək”
Narkotik satıcısı professor çıxdı - İNANILMAZ...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Düşmən basdırdığı minanı çıxarmaq üçün 1,5 milyon alacaq: ABŞ-dan separatçılara yardım
Dünya
Təhlükəsizlik kəmərini taxmayan sürücü pəncərədən çıxdı - QORXUNC... + VİDEO
Siyasət
“Türkiyəylə ABŞ arasında münasibətlərin gərginləşməsi təkcə “S-400”-ə görə deyil...”
Cəmiyyət
“Demək olar ki, tam sağalmışam...” -Onkoloji xəstəlikdən əziyyət çəkən jurnalistdən xoş xəbər...
Cəmiyyət
“Bu gecə də istidən yatmamışam...” - Yazıçı “Samsung” mağazalarından şikayət etdi
Həftənin ən çox oxunanları
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
“Azərbaycanın təyyarələri qorxuludur, onlar sərhəddimizi keçsə...”
"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə..."
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)