Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçin paytaxtında müsəlmanların cümə namazını təhlükəsiz şəkildə qılmasını təmin etmək üçün qeyri-adi üsula əl atılıb. Belə ki, namaz öncəsindən etibarən Stokholm məscidinin ətrafı insan zəngiri ilə əhatə olunub. İnsan zəngirinin “halqaları” sırasında İsveçin görkəmli ictimai-siyasi xadimləri, hətta bəzi nazirlər də olub. Tədbirdə iştirak edən mədəniyyət naziri Amanda Lind təhlükəsizlik tədbirində iştirak edən insanların çoxluğundan məmnun olduğunu bildirib. Nazir qeyd edib ki, topluma yönəlik hər cür hücumu pisləyir və buna qarşı çıxırlar.
Məlumat üçün qeyd edək ki, ötən həftə Yeni Zelandiyada məscidə edilən hücum nəticəsində 51 nəfər həyatını itirib. Baş verən terror aktı bütün demokratik dövlətlərdə ciddi etiraz və narazılığa səbəb olub.
Seymur ƏLİYEV