"Telmandan soruşdum ki, bəs Monika Belluçi nə edəcək, dedi ki, o sadəcə..."
Oxunub: 20094
23 Mar 2019 | 00:53
Türkiyənin tanınmış yazıçısı, musiqiçisi və rejissoru Zülfü Livaneli Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılov haqqında maraqlı açıqlamalarda bulunub.

Onunla söhbəti oxuculara təqdim edirik:

Sərhədləri yarıb keçən, yerlə göyün arasına sığmağa çətinlik çəkən, ömür iplərinin üstündə tək ayaqla irəliləyən, fəzaya qalxıb sonsuza qədər orada yaşayacağını zənn edən insanlar həmişə maraqlı görünüblər. Həyatı ilə çilingağac oynayan, onu  riskə-qumara qoyan, hətta “rus ruleti” kimi bir güllənin ucuna tuşlayanlar hər zaman düşündürüblər. 

Görəsən, insanı özü ilə bu cür rəftar etməyə yaşadığı hansı zədə sürükləyir?! Nazim Hikmət, “Yaşamağa dair” şeirində yəqin bunları nəzərdə tuturmuş. “Yaşamak şakaya gelmez, büyük bir ciddiyetle yaşayacaksın...” deyirdi böyük ustad! Hər dəfə onun həyatından, atdığı addımlardan söhbət açılanda bu misralar yadıma düşürdü: həyat, ciddiyyət, zarafat, oyun, oyun, oyun...

Rusiyada yaşayan milyarder, iş adamı, “AST” Şirkətlər qrupunun sahibi, “AST Telman” kimi tanınan Telman İsmayılovu deyirəm. Beş-altı aydır onunla bağlı söhbətlərə şahid oluram. Danışılanları maraqla dinləyir, özüm üçün analiz edirəm. Etiraf edim ki, mətbuatda haqqında gedən xəbərləri nə vaxt oxusam, bunun şişirdilmiş olduğunu zənn edirdim. Ta ki yazıçı, siyasətçi, musiqiçi, rejissor, ssenarist Zülfü Livanelinin dilindən eşidənə qədər. “525-ci qəzet”ə ilk dəfə ötən ilin noyabr ayında müsahibə verəndə onunla bağlı öz aramızda danışmışdıq. Sonrakı görüşlərdə də bənzər mövzular açılmışdı. Hər dəfə söhbət dərinləşdikcə bu haqda yazmaq istəyim daha da güclənirdi. Livanelinin Telman İsmayılovla bağlı danışıb-danışmayacağını öyrənmək üçün dəfələrlə müxtəlif formalarda eyham vursam da, həmişə tərəddüd etdiyini görürdüm. Sonuncu dəfə yenə söhbət açılanda xahiş etdim, razılaşdı, qarşı tərəfi incitməyəcək şəkildə bəhs edəcəyini dedi.

“Concorde”dan başlayıb, “Mardan Palace”dan keçib, Avropaya qədər uzanan tanışlıq...

- Telman İsmayılov Azərbaycandan tanıdığım maraqlı insanlardan biridir. Antalyada “Mardan Palace” otelini tikdirirdi. Həmin otelin inşaat işləri, memarlığı ilə dostumun firması məşğul olurdu. Dostumun Antalyada “Concorde” adlı bir oteli var. Orada qaldığım günlərdə mənə azərbaycanlı iş adamından bəhs edərək, nəhəng proje ilə bağlı anlaşdıqlarından, birlikdə işə başlayacaqlarından danışmışdı. Bir gün yenə eyni oteldə qalarkən dostum zəng etdi. Dedi ki, Telman İsmayılov bizim oteli görmək istəyir, əgər sənin də vaxtın varsa, birgə yemək yeyək. Onu ilk dəfə həmin yeməkdə tanıdım. Uzun bir masa idi, ətrafda müxtəlif insanlar və təbii ki, çoxlu sayda rus mühafizəçilər vardı. Elə həmin söhbətdə Telman İsmayılov Çingiz Aytmatovun dostu olduğumu öyrəndi. Xeyli ondan, xatirələrdən danışdıq. Bütün bunlardan çox təsirləndi. Onda mənə məlum oldu ki, yazıçılara xüsusi hörməti var.

Elə həmin görüşdə dedi ki, oğluma Praqada ad günü keçirəcəm, dəvət etsəm, siz də gələ bilərsiniz? Elə bir vəziyyət yarandı ki, qəbul etməli oldum. Tikinti şirkətinin sahibi olan həmin ortaq dostumuzla Praqaya getdik. Hava limanında hərəkət iflic olmuşdu. Bütün rusiyalı oliqarxlar orada olduğu üçün lüks avtomobillərdən keçilməyəcək vəziyyət yaranmışdı. Praqa otellərindən birində çox gözəl, dəbdəbəli doğum günü mərasimi təşkil etmişdilər. Səhnədə Azərbaycandan və Rusiyadan dəvət edilmiş orkestrlər, opera sənətçiləri var idi. Məni görəndə bayaqdan bəri susmayan musiqini dayandırdı və dəvətini qəbul edib ad gününə qatıldığım üçün  təşəkkürünü bildirdi, hər kəsə xüsusi təqdim etdi. Sonra masalardan birində əyləşdik. Stolun üstündə “Belyuqa vodka”lar, konyaklar, şərablar, kürülər düzülmüşdü. Demək olar ki, bir quş südü əskik idi. Elə hazırlaşırdım əlimi uzadıb kürünün dadına baxım, həmin an kiminsə arxadan qollarımı tutduğunu gördüm. Çevrilib baxdım ki, Telman İsmayılovdur. Dedi ki, stolun üstündəkilərdən yemə, onlar yaxşı deyil. Bakıdan sənə ləzzətli yeməklər hazırladıb gətirtmişəm, onlardan ye. Dolmalar, lüləkabablar, ətlər gətirdi önümə, nə balıqlara, nə də kürülərə toxuna bildim. Həmin gün ancaq Bakı yeməkləri yedim.

“Ən xırda əyləncə milyon dollardan başlayır”

- Praqada, təbii ki, mənim qatılmadığım, ancaq kənardan izlədiyim bir mənzərənin şahidi oldum. Oliqarxlar yığılıb oyun oynayırdılar. Qız içərisində yalnız biri brilliant daşlı həqiqi “Cartier” saatı, 9-u isə saxta olan torba ilə gəlir. Oliqarxlar bəxtini sınayır. Kimin əlinə saxta saat gəlsə, gülürlər, originalı tapan isə təbii ki, milyon dəyəri olan saat qazanır. Sonra “Patek Phlippe” saatı olan torba gətirilir. Gecə boyu bu cür oyunlar davam edir. Ən xırda əyləncələr milyon dollarla başlayır. Telman belə oyunları sevən adamdır!

“Monika Belluçi rəhmətlik atamın portretini qaldırmaq üçün gəlib”

- Sonra belə bir hadisə oldu. “Mardan Palas” otelinin tikintisi başa çatdı. Məni otelin açılışına dəvət etdi. Açılış mərasiminə çox az türkiyəli qatılmışdı. Əsas üstünlüyü Rusiyadan gələnlər, Hollivud ulduzları və Amerikanın ən tanınmış simaları təşkil edirdilər. Xeyli dəvətli vardı. Aparıcılar Riçard Girlə Şeron Stoun idi. Meri Keri, onun əri Tom Cons və sayları çox olduğu üçün əksəriyyətini unutduğum xeyli insan vardı. İzdihamlı ortam idi. Dolub-daşan yemək masaları, saysız içki növləri, kürülər, balıqlar həddən artıq idi.

Dəvətlilərdən biri də Monika Belluçi idi. Telmandan soruşdum ki, bütün gələnlərin hamısını anladım, bəs Monika Belluçi nə edəcək? Dedi ki, o da rəhmətlik atamın portretini qaldıracaq. Atasını çox sevirdi. Onun portretini əlində tutmaq üçün Monikanı çağırmışdı. Kim bilir, bu iş üçün ona neçə milyon vermişdi. Elə dediyi kimi də oldu. Ulduzlar səhnəyə çıxdılar, kimi mahnı oxudu, kimi aparıcılıq etdi. Belluçi də Mərdan İsmayılovun portretini əlində tutmuşdu. İki gün konsertlər, yeməklər, şou proqramlar davam etdi.

“Konsertimə gəlməyəcəyini demək üçün Antalyadan İstanbula uçdu”

- Bir neçə il əvvəl İstanbulda Harbiye Açıqhava Teatrında konsertim vardı. Hər il orada konsertim olurdu. Təsəvvür edin, cümə axşamı, İstanbul tıxacının ən kritik olduğu gün idi. Saat 16:00-17:00 arası solistlər və orkestrlə axşamkı konsertə hazırlaşırdım. Gələcək olan qonaqlar arasında Telman İsmayılovun da adı vardı. Yer də ayrılmışdı. Daha günəş batmamışdı, bir də baxdım ki, Telman oğlu ilə birlikdə səhnənin yanından yeriyərək mənə doğru gəlir. Təəccübləndim, “Xoş gəldin”, amma konsertə hələ 4-5 saat var, niyə belə erkən gəldin, dedim?! Yox, dedi, mən konsertə gələ bilməyəcəm. Dedim, nə danışırsan, buradasan də, gəlmisən! Dedi, yox, gələ bilməyəcəyimi demək üçün gəlmişəm. Dedim, sən gələ bilməyəcəyini demək üçünmü oradan bura gəlmisən? Hə, dedi! Donub qaldım. Dedim, Antalyadan təyyarəyə mindin, hava limanına endin, cümə axşamı İstanbulun tıxacından keçib, bunu demək üçünmü gəldin? Hə, dedi! Moskvadan çox önəmli qonaqlarım gəlib, onlarla toplantıya qatılmalı olacam, buna görə bütün planlarım dəyişdi. Bu axşam mütləq Antalyada - oteldə olmalıyam! Yaxşı, anladım, zəng edərdin, vəziyyət belədir, mən gələ bilmirəm deyərdin. Yox, dedi, bu, böyük hörmətsizlik olardı, elə şey olar heç, özüm gəldim ki, bunu sizə birbaşa söyləyim. Məəttəl qaldım. Çaşğınlıqla üzünə baxdım, yaxşı, bir çay içək dedim. Kulisə dəvət etdim. Yeri gəlmişkən, İstanbul Harbiye Açıqhava Teatrı xüsusi yerlərdən biridir. Bütün dünya ulduzları orada konsert verir. Fəqət, kulisi həqiqətən də yaxşı deyil. Telman bir sağa baxdı, bir sola baxdı, ətrafa göz gəzdirdi, başdan ayağa süzdükdən sonra belə dedi: “Sizin yaxşı yeriniz buradır? Çox köhnədir. İcazə verin mən buraları təmir etdirim, yeniləyim”.

“Kreml dietası”: Hennesy XO, ət, quyruq...”

- Növbəti qarşılaşmamız isə işlə bağlı oldu. Mustafa Kamal Atatürkün həyatı ilə bağlı “Veda” adlı film çəkirdim. Dolmabahçe sarayında Atatürkün ölüm səhnələri vardı. Sarayda isə çəklişə icazə yoxdur. Hətta bütün hallarda bu, mümkün deyil. “Mardan Palace” otelinin pilləkənləri “Dolmabahçe”nin pilləkənləri ilə eyni idi. Bunu xüsusi qeyd edim ki, həmin otelə fantastik sayılacaq qədər çox pul xərcləndi. Fövqəladə bir şey idi. Həmin filmin səhnələrini o oteldə çəkməyi təklif etdik. Razılıq verdi, çox yaxşı olar, dedi. Antalyaya getdik, dostumun otelinə, “Concorde”ya yerləşdik. Bir almaniyalı operator olmaqla qrupdan 10 nəfərlik heyətlə “Mardan Palace”a çəkiliş edəcəyimiz yerlərə baxmağa yollandıq. Lazımlı nöqtələri təsbit edək dedik. Məlumdur ki, Telman hər zaman orada olmur. Sən demə, həmin gün orda imiş. Buyurun, xoş gəldiniz deyib, bizi qarşıladı. Ziyafət təşkil etdi. Yenə öz hərəkəti ilə məni təəccübləndirdi. Rus və türk qarsonları çağırdı, iki tərəfə topladı. Livanelinin mahnılarını oxuyun, hansınız daha yaxşı oxusanız sizə çoxlu pul verəcəm dedi. Biz oturub baxırdıq, qarsonlar da iki tərəfdə düzülüb oxuyurdular. Biri oxuya bilirdi, digəri bacarmırdı.

İlk tanış olduğumuz gün mənə dedi ki, ən bahalı konyak olan “Hennesy XO” içir. Təsəvvür edin, su içmir, sadəcə onu içirdi. Təyyarəsində bir manqal vardı, o manqal getdiyi hər yerə enirdi, Azərbaycandan gələn ətlər, quyruqlar onun üzərində qızardılırdı, ondan yeyir, “XO”dan içirdi. Başqa heç nə yox. Adamları da “Hennesy XO” içmək məcburiyyətində idi. Özü də su bardağı ilə içirdilər. Zərərli olduğunu deyirdim. Yox, yox, çox yaxşıdır, bunun “Kreml dietası” olduğunu deyirdi. Mənə də həmin su bardağı ilə konyak doldurdu, iç dedi. Dedim ki, incimə, mən belə içə bilmərəm, ölərəm! Məqbul şəkildə bir qurtum alaram. Nəysə, sonra içmədik. Həmin yemək zamanı da yenə “Henessy XO”lar, “Bellyuqa”lar, daha nələr-nələr təşkil elədi. Hər şey əla idi. Birdən bizim almaniyalı operatora dedi ki, sizin bir fotoaparat istehsalçısı olan firmanız var, “Lika”mı, nə deyirsiniz? Operator, hə, dedi, “Like” firmasıdır. Telman təsdiqlədi: “Hə, o” dedi!

Bizim operator Piter zənn edir ki, kamera alacaq, o da bu işin peşəkarı olduğu üçün ondan məsləhət istəyir və əlavə edir: “Hə, çox keyfiyyətli kameraları var, əla firmadır. Tövsiyə edirəm. Oradan məhsul alsanız, yaxşı nəticələr əldə edəcəksiniz” dedi. Telman İsmayılov, “Yox, biz o şirkəti satın aldıq, onu demək istəyirdim” dedi. Yenə baxa-baxa qaldıq.

“Bu qədər lüks dünyanın heç bir yerində yoxdur”

- Otelin çox böyük hovuzu var, təsəvvür edirsiniz, 30 dönümlük ərazidə su hovuzu... İçərisində Osmanlıdan qalan səltənət qayıqları işləyirdi. Bizi həmin səltənət qayıqlarına mindirdi, otelin digər ucuna apardı, bütün qrupa üzünü tutub dedi ki, indi sizə Livanelinin otağını göstərəcəm. Mən də təəccüb içində qalmışam, nə danışır, nə otağım var, nəyim var ki, burada?! Bizi kral dairəsinə çıxartdı. Min metr otaq... Bu qədər lüks dünyanın heç bir yerində yoxdur. Mən çox saraylarda olmuşam, amma beləsini heç vaxt görmədim. Bizi içəridə gəzdirməyə başladı. Bura Zülfü abinin sinema mərkəzidir, bura onun yataq otağıdır, bura onun nə bilim nəyidir... Mən də heyrət içində baş verənlərə baxıram. Dedim, mən “Concorde” oteldə qalıram, Telman, hətta əşyalarım da ordadır. Yox, abi, hamısı burdadır dedi. Həmin vaxt niyə bizim qrupa oranı gəzdirirdi, bilmirəm. Sonra hamı getdi, təkbaşıma qaldım. Nə edəcəyimi bilmirdim. Yenə saysız-hesabsız bahalı içkilər, məzələr düzülmüşdü. Hər şey də avtomatik idi. Pultu əlimə alıb düyməsini sıxıram, pərdələr açılır, digərinə toxunuram pəncərələr qapanır, başqa düyməyə barmağım dəyir musiqi başlayır, musiqini qapadım deyirəm, kinoya keçir, ora açılır, bura qapanır deyərkən, çaş-baş qaldım. Dedim, mən burada baş aça bilməyəcəm, ən yaxşısı yatım. Yatağın kənarını açmışdım ki, birdən qapıya baxmaq yadıma düşdü. Sən demə, Telman qapıya iki nəfər mühafizəçi qoyub, çıxıb gedib. Açdım qapını, uşaqlar, hələ də gözləyirsiniz, dedim. Siz məni tanımırsınız? Necə tanımırıq, biz səninlə böyüdük, dedilər. Dedim, yaxşı, gecə saat üçdür, mən bu vaxt sizdən nə istəyə bilərəm? Heç nəyə ehtiyacım yoxdur, Allah eşqinə, gedin yatın, bu şəkildə mən çox narahat oluram. Getmədilər, dedilər biz təlimat almışıq. Dedim siz yatmasanız, mən də oyaq qalacam, sabah film çəkməliyəm, çox işim var. Yox, gedə bilmərik dedilər. Nəsə, mən birtəhər yatmağa çalışdım.

Bir nəfər üçün əlli nəfərlik səhər yeməyi...

- Səhər açıldı. Otağıma gəldilər, nə cür səhər yeməyi istədiyimi soruşdular. İngilis, fransız, italyan, türk üsulu var dedilər. Mən səhərlər yemək yemirəm dedim, israr etdilər. Yaxşı, dedim, türk üsulu olsun. Az-maz zeytun, pendir gələr dedim. Bir də baxdım ki, içəriyə bir-birinin ardınca yemək maşınları gəlir. Ballar, qaymaqlar, pendirlər, zeytunlar, daha nələr-nələr... 50 nəfərlik səhər yeməyi idi. Nə edəcəyimi bilmədim, çox gülməli mənzərə idi. Nəsə, bunlar geridə qaldı. Sonra bizim çəkiliş heyəti gəldi. Artıq Telman oteldən ayrılmışdı. Otel idarəçisi nahar zamanı yaxınlaşdı, italyan, fransız, yapon restoranlarından hansında günorta yeməyi yemək istədiyimi soruşdu. Dedim, yox, biz yüz nəfərlik kollektivik, mən isə onlardan ayrıla bilmərəm. Bizimkilər harada yesə, mən də onlarla birlikdə orada yeyəcəm. Dedi ki, onlar işçilərin olduğu yerdə yeyəcəklər. Mən də işçilərin yediyi yerdə yeyəcəm dedim. Olmaz, dedilər. İsrar etdim. Sən demə, işçilərin yemək yediyi məkan yeraltında imiş. Ağ metlaqlarla örtülü, əlində aluminium qablar götürüb növbədə dayanırsan, az-az yeməklərdən götürüb yeyirsən. Fabriki bilirsən də, bax, oradakı kimi. Məni orada görən aşpazlar, köməkçilər gəldilər. Şəkil çəkdirdilər, imza aldılar. Sonra dedilər ki, Zülfü abi, biz bu günü unutmayacağıq. Niyə dedim. Dedilər ki, kral dairəsində qalan heç kim burada yemək yeməyib, bu, ilk və sondur. Qaldığım otağın bir gecəsi 15 min avro idi. Nəysə! Filmi çəkdik, bu macəra da belə bitdi.

“Ətin ən dadlısı Azərbaycandadır”

- Otelinin arxasında bir villası var idi. Üç nəfəri dəvət eləmişdi - turizmlə məşğul olan bir nəfəri, Rəcəb Tayyib Ərdoğanın köməkçisini və məni. Masada əsrarəngiz fransız yeməkləri var idi. Villasıdır, otel də deyil deyə, yeməkləri kimin hazırladığı maraqlı gəldi. Bu necə ləzzətdir, bunları kim bişirir, dedim. Mətbəxtdə Michelin Yıldızlı şef var, dedi. Təsəvvür et, Türkiyədə olmadığı halda, orada varmış. Aşpazı çağırdı. Möhtəşəm dadlar üçün təbrik etdim. Bu məqamda Telman dedi ki, yox, bu yeməklərlə olmaz, bizlik deyil. Mən sizə gözəl kabablar yedirim, dedi. Qolf maşınlarına mindik. Özü sürürdü, bizi sahilə apardı. Orada bir çadırın içində kabablar bişirirdilər. Ocaqda “cız-cız”la qızaran ətin səsi aləmi bürümüşdü. Elə təzəcə yeməyə başlamışdıq, birdən dedi ki, sizdə belə ət yoxdur, ətin ən dadlısı Azərbaycandadır. Dedi ki, siz quzunun dişisini də yeyirsiniz, biz yemirik. Bu söz bizimkilərə möhkəm toxundu. Dedilər ki, bizim Qaziantepin kabablarının, ətlərinin ləzzətini bilirsən? Bilmədiyini, harada olduğunu soruşdu. Əvəzsiz ləzzətdir. Bu ətdən daha dadlıdır...  Əlbəttə, Telman buna hirsləndi. Çox iddialı insandır. Köməkçisini çağırdı, təyyarəni hazırla dedi. Qaziantepə gedib kabab yeyəcəyik. Dedim ki, Allah eşqinə, belə şeylər etməyin. Mən belə şeylərdən xoşlanmıram, heç getmək fikrim də yoxdur. Bax, onunku belə bir həyat idi!

“Mardan Palace”ın içərisində “Rolls Royce”la gəzirdi”

- Bir gün Rusiyadan bir oliqarx gəlib, günorta ona yemək ziyafəti verib. Oliqarx deyib ki, süfrədə verilən özbək plovunu bəyənmədim, dadlı deyil. Axşam təşkil edilən yeməkdə özbək pilovu gətirdib masaya. Sən demə, təyyarəsini Moskvaya göndərib, həmin plovu öz restoranından gətirdib, şam yeməyinə çatdırıb.

Çox qəribə insan idi. “Mardan Palace”ın içərisində “Rolls Royce” ilə gəzirdi. Çox sayğılı, hörmətcil oğulları var. Bir dəfə də olsun onları eyni masada oturub yemək yeyərkən görmədim.

“Antalya kimi kütlə turizmi olan yerə elə yatırım etmək yanlış idi”

- Doğrudur, çox hörmətcil insandır. Amma eyni zamanda iddialıdır. Bəhsə girməkdən ötrü sinov gedir. Fəqət, bütün müşahidələrimə əsasən və mənim anladığım qədəri ilə deyə bilərəm ki, pulla nə edəcəyini bilmirdi. Həddən artıq pulu, hər cür imkanı vardı, amma edəcək nəsə tapmırdı. Fikrimcə, “Mardan Palace” yanlış yatırım idi. Çünki Antalya kimi kütlə turizmi olan bir yerə o qədər çox pul xərcləmək böyük səhv idi. Səhv etmirəmsə, “Mardan Palace”ya xərclədiyi pul bir milyard yarım civarında idi. Divarlara, tavanlara qızıllar işlənmişdi. Sonra ora əlindən çıxdı. Eyni yatırımı Fransaya etsəydi, onu baş üstündə gəzdirərdilər. Səhv addımlar atdı. Necə zəngin oldu, necə qazandı, bunu da bilmirəm.

“Bu qədər pul xərcləyən insanlar dünyanın başqa harasında var?”

- Yenə bir oğlunun ad gününü qeyd etmək üçün dünyanın ən lüks otellərindən biri sayılan Dubaydakı “Burc Əl Ərəb” oteli ilə anlaşıb. Hər şey hazır idi. Pullar ödənmişdi, Rusiyadan oliqarxlar yığışıb ora gəlmişdi. Oteldə əmirin rəsmi asılmışdı. Telman deyir ki, əmirin şəklini çıxardın, onun yerinə bir günlük mənim oğlumun rəsmi asılsın. Bunun üçün nə qədər pul lazımdırsa ödəyəcəm. Əvvəlcə razılaşıblar. Ancaq otelin rəhbərləri son anda deyiblər ki, sənin oğlunun rəsmini asa bilmirik. Bu, siyasi hadisə olar, əmir buna sərt təpki verər. Ona görə də mümkün deyil. Qalxıb ayağa, yığışın, gedirik deyib. Rusiyaya qayıdıblar, bütün hazırlıqlar beləcə məhv olub. Belə ölçülərlə yaşayan, həyatı sanki uçurum kənarında keçən, əlindəki pullarla macəralar quran, çılğın, nə edəcəyini bilməyən insanlar var. Ona görə Telman İsmayılov və onun vasitəsi ilə tanıdığım oliqarxlar mənim üçün çox maraqlı idi. Rusiyada yüz il əvvəl, ya da 1907-ci illərdə işçi sinfi, proletariat, bərabərlik uğrunda milyonlarla insan həlak oldu. Stalinqradda milyonlarla insan öldü. Hələ Stalin dönəmlərində nə qədər insan öldüyünü demirəm. Bu cür mübarizələrdən, qanlardan sonra ölkə axırda gəlib dünyanın ən bərabərsiz cəmiyyətinə çevrildi. Bu qədər oliqarxlar, bu qədər çox pul xərcləyən insanlar dünyanın harasında var?

Telman İsmayılovu yaxından tanımaq gözəldir. Yaxşı insandır. İndi nə edir bilmirəm, illərdir görmürəm. İstanbula gəlib, “konsertdə iştirak edə bilməyəcəm” deməyi isə mənim üçün olduqca təqdirəlayiq hadisə idi...

... Zülfü Livaneli ilə söhbətimiz beləcə, yekunlaşdı. Öz aramızda danışanda da, diktafona köçürülən səsdə də, səsi sətirlərə çevirəndə də beynimdən eyni misraları keçirdim:

“Yaşamak şakaya gelmez,      
büyük bir ciddiyetle yaşayacaksın”. (525-ci qəzet)
Oxşar xəbərlər
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 21:39
Bakıda avtomobil keçiddən istifadə etməyən qadını vurub - FOTO
18 Mar 2024 | 21:30
“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
18 Mar 2024 | 21:15
Niyaməddin Musayevin bu VİDEOsu gündəm oldu
18 Mar 2024 | 21:04
“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı
18 Mar 2024 | 20:59
“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək
18 Mar 2024 | 20:53
NATO Baş katibi: Gələcəkdə Azərbaycanın Avropa üçün enerji təminatçısı kimi rolu artacaq
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:45
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
18 Mar 2024 | 20:44
Möminə Xatun türbəsi ətrafında tikinti APARILMASI xəbərinə AYDINLIQ GƏTİRİLDİ – RƏSMİ
18 Mar 2024 | 20:43
“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb
18 Mar 2024 | 20:40
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu  tarixdə İMZALANACAQ
18 Mar 2024 | 20:39
Stoltenberq: Azərbaycanın əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində oynadığı rolu alqışlayırıq
18 Mar 2024 | 20:34
BDU-da Novruz şənliyi - FOTOLAR
18 Mar 2024 | 20:32
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı
18 Mar 2024 | 20:30
Bu bürclər üçün "ağ zolaq” başlayır - xoşbəxtlik yaxındadır
18 Mar 2024 | 20:26
Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var
18 Mar 2024 | 20:22
Balaəli estetik əməliyyat etdirəcək – Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
18 Mar 2024 | 20:20
Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - YENİLƏNİB
18 Mar 2024 | 20:16
Rəqsanə canlı efirdə "OD PÜSKÜRDÜ": "Kimsə çaşarsa..." - VİDEO
18 Mar 2024 | 20:09
Qəhvə yuxusuzluğa necə təsir edir? - AÇIQLAMA
18 Mar 2024 | 20:08
Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir
18 Mar 2024 | 20:07
Hande Yenerə ağır itki
18 Mar 2024 | 20:02
Martın ikinci yarısında arzularını həyata keçirəcək 3 BÜRC
18 Mar 2024 | 20:00
Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mar 2024 | 19:52
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
18 Mar 2024 | 19:48
Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
18 Mar 2024 | 19:44
“Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? - VİDEO
18 Mar 2024 | 19:37
Nura Suridən Xəyyam Nisanov barədə ŞOK SÖZLƏR - VİDEO
18 Mar 2024 | 19:33
"İnşaat Konstruksiyaları" MMC məhkəməyə verilib
18 Mar 2024 | 19:27
Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb
18 Mar 2024 | 19:25
Ceyhun Bayramov Türkiyəni təbrik etdi - FOTO
18 Mar 2024 | 19:22
Azərbaycan-Gürcüstan münasibətləri yeni müstəvidə
18 Mar 2024 | 19:20
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
18 Mar 2024 | 19:16
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
18 Mar 2024 | 19:10
Alimlərdən anadangəlmə qüsur riskini azaldacaq yeni kəşf
18 Mar 2024 | 19:10
Türkiyədə fabrikdə partlayış: Ölənlər var
18 Mar 2024 | 19:03
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
18 Mar 2024 | 19:01
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
18 Mar 2024 | 18:51
Millimizin baş məşqçisi: “İngiltərədən xal almağı kim istəməz?” - MÜSAHİBƏ
18 Mar 2024 | 18:44
Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
18 Mar 2024 | 18:37
Dilarə Kazımova həyat yoldaşı ilə ayrılığından danışdı - VİDEO
18 Mar 2024 | 18:30
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
18 Mar 2024 | 18:24
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18 Mar 2024 | 18:18
Azərbaycan Premyer Liqasının klubları cərimələndi
18 Mar 2024 | 18:12
16 yaşlı yeniyetmə tüfəng və bıçaqla üç saatda səkkiz nəfəri yaraladı: Ankarada dəhşət - FOTO
18 Mar 2024 | 18:06
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artdı
18 Mar 2024 | 18:00
Muxtar Babayev İsveçrənin Azərbaycandakı səfiri ilə COP29-a hazırlığı müzakirə edib
18 Mar 2024 | 17:56
"Azad" və "demokratik" Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı - ŞƏRH + FOTO
18 Mar 2024 | 17:52
Ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs TUTULDU - VİDEO
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 17:46
Mahnısı ermənilər tərəfindən oğurlanan Ağadadaş Ağayevdən AÇIQLAMA - VİDEO
18 Mar 2024 | 17:44
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
18 Mar 2024 | 17:40
UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi - FOTO
18 Mar 2024 | 17:35
Xocalıda qalıqları tapılan Bəsirə xanımın qızı: “Ümid edirdik ki, sağdırlar” - FOTO
18 Mar 2024 | 17:30
Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib - FOTO
18 Mar 2024 | 17:25
"İsrail Qəzzada aclığa təhrik edir və əsl qətliam törədir" - Jozep Borrel
18 Mar 2024 | 17:20
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - "Rang Rover"lə qəza...
18 Mar 2024 | 17:15
Ceyhun Bayramov Türkiyəni təbrik etdi - FOTO
18 Mar 2024 | 17:10
Azərbaycanlı gənc ifaçı Varşavada klip çəkdirdi - VİDEO
18 Mar 2024 | 17:06
Şəhid ailələri və müharibə əlillərinə bu il neçə mənzil və fərdi ev veriləcək?
18 Mar 2024 | 16:58
Tehranda iraqlı aktrisaların hicabsız görüntüsü sosial mediada geniş əks-səda doğurub - FOTO/VİDEO
18 Mar 2024 | 16:55
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR
18 Mar 2024 | 16:52
Böyük Britaniya kralı III Çarlzın ölümü ilə bağlı iddialara aydınlıq gətirildi - YENİLƏNİB
18 Mar 2024 | 16:51
Gəncədə görmə üzrə əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil edilib
18 Mar 2024 | 16:48
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb - RƏSMİ + FOTO
18 Mar 2024 | 16:44
Bakı həbsxanasında məhkum öldü
18 Mar 2024 | 16:40
Xalası onu təhqir etdiyini deyən müğənnini məhkəməyə verdi: 30 min təzminat istədi
18 Mar 2024 | 16:36
Deputat Ağalar Vəliyev şəhid və qazi ailələrinə bayram sovqatları göndərib - FOTOLAR
18 Mar 2024 | 16:32
“Azerçay” Novruz bayramı münasibətilə “Park Bulvar”da festival təşkil edəcək
GÜNLÜK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
18 Mar 2024 | 09:31
Laçında təmir olunan ev Fədayə Laçınındır?-AÇIQLAMA+VİDEO
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 09:00
“Efirlərdə Rəşad Dağlının adını çəkməyə qoymurlar, Baloğlan Əşrəfov atamı təriflədiyi görüntüləri...” - FOTO+ÖZƏL
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 07:17
Sülhməramlıllara hücum olundu, 16 ölü var
18 Mar 2024 | 10:51
Qarabağdan köçmüş neçə min erməni artıq Ermənistanı da tərk edib?..-RƏSMİ MƏLUMAT 
18 Mar 2024 | 07:44
"Birdəfəlik deyin ki, "RƏDD OLUN bu şəhərdən!" - EKSPERT OD PÜSKÜRDÜ-VİDEO 
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
HƏFTƏLİK
12 Mar 2024 | 10:20
“Efirə çıxandan sonra işimi itirdim, əlim çörəyə çatmadı”-Bazarda işləyən müğənni xanım-VİDEO+EKSKLÜZİV 
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
AYLIQ
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
18 Mar 2024 | 09:31
Laçında təmir olunan ev Fədayə Laçınındır?-AÇIQLAMA+VİDEO
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 09:00
“Efirlərdə Rəşad Dağlının adını çəkməyə qoymurlar, Baloğlan Əşrəfov atamı təriflədiyi görüntüləri...” - FOTO+ÖZƏL
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 07:17
Sülhməramlıllara hücum olundu, 16 ölü var
18 Mar 2024 | 10:51
Qarabağdan köçmüş neçə min erməni artıq Ermənistanı da tərk edib?..-RƏSMİ MƏLUMAT 
18 Mar 2024 | 07:44
"Birdəfəlik deyin ki, "RƏDD OLUN bu şəhərdən!" - EKSPERT OD PÜSKÜRDÜ-VİDEO 
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO