Xəbər lenti
17/07/2019 [11:29]:
Ötən gün qəzada ölənlərdən biri tələbədir - FOTO
17/07/2019 [11:28]:
Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək
17/07/2019 [11:24]:
Azərbaycanda sərnişinlərin 4%-i taksi ilə hərəkət edir
17/07/2019 [11:22]:
DİM I və IV qrupları üzrə imtahan vermiş abituriyentlərə müraciət etdi
17/07/2019 [11:19]:
Gəncliyinin son gününü yaşayan Qan Turalı...
17/07/2019 [11:11]:
Emin Quliyev: “Qır-qızıla pul vermədik, gəlinliyi Sumqayıtdan seçdik” -FOTO/VİDEO
17/07/2019 [11:01]:
Şəkidə yaralananlarla bağlı - Son xəbər
17/07/2019 [11:00]:
Qənirə Paşayeva Fransanın Əmək naziri və tanınmış qadın siyasətçiləri ilə görüşdü
17/07/2019 [10:59]:
Şəmkirdə istifadəyə yarasız 210 kq ət aşkarlandı
17/07/2019 [10:55]:
Sumqayıtın 70 illiyi ilə bağlı bir neçə müsabiqəyə start verildi
17/07/2019 [10:52]:
Husilər Səudiyyə Ərəbistanında hava limanına hücum edib –Dronlarla
17/07/2019 [10:50]:
“Qarabağ” Bakıda yeni mövsümün ilk avrokubok matçına çıxır
17/07/2019 [10:49]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradıldı
17/07/2019 [10:46]:
İxtisas seçərkən bunlara diqqət edin
17/07/2019 [10:43]:
Xalası oğlunu hədələyib pulunu aldı
17/07/2019 [10:43]:
Ruslar eyni vaxtda Ermənistan, Abxaziya və Cənubi Osetiyada artilleriya təlimi keçirdi...
17/07/2019 [10:29]:
Azərbaycana ən çox pul yatıran ölkələr – SİYAHI
17/07/2019 [10:27]:
Conni Kleq vəfat etdi
17/07/2019 [10:22]:
Hərbi birlikdə təlim-metodiki toplantı keçirildi
17/07/2019 [10:20]:
İranda zəlzələ oldu
17/07/2019 [10:19]:
Bu il Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək
17/07/2019 [10:16]:
Trampın “irqçi açıqlaması”nın Nümayəndələr Palatasında səsə qoyulacaq
17/07/2019 [10:14]:
İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi
17/07/2019 [10:14]:
Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb
17/07/2019 [10:11]:
S-400-ləri Ankaraya gətirən təyyarələrlə bağlı ilginc faktlar
17/07/2019 [10:06]:
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər yaralandı
17/07/2019 [10:02]:
“Günay, Nigar və Damla qarşımda dura bilməz” - Şəbnəm Tovuzlu
17/07/2019 [10:00]:
Soyunub özünü 4-cü mərtəbədən atdı - Dəhşətli faciə - FOTO
17/07/2019 [09:58]:
Kreditlərlə bağlı yeni rəsmi MƏLUMAT
17/07/2019 [09:55]:
Bu ilin əvvəlindən Azərbaycanda mobil rabitəyə 422 milyon manat xərcləndi
17/07/2019 [09:47]:
Ərzaq, tütün, içki BAHALAŞIB
17/07/2019 [09:46]:
Maşını “moyka”ya verərkən diqqətli olun! - Rəsmi xəbərdarlıq
17/07/2019 [09:42]:
Bu il Azərbaycanda 1238 əkiz, 36 üçəm doğuldu
17/07/2019 [09:40]:
Şəkidə ölən müəllimə xatirələrdə belə qaldı... - VİDEO
17/07/2019 [09:36]:
Cəbhədə nisbi sakitlikdir
17/07/2019 [09:33]:
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatdı
17/07/2019 [09:30]:
Azərbaycan əhalisinin sayı açıqlandı
17/07/2019 [09:26]:
Avtovağzal 5 yaşlı uşağa satılan biletin pulunu geri qaytardı - kassir cəzalandırıldı
17/07/2019 [09:23]:
Seyfulla Mustafayevdən Mirşahin Ağayevin fikirlərinə sərt REAKSİYA...
17/07/2019 [09:17]:
Azərbaycanda qoruqlarla bağlı - YENİ QAYDALAR
17/07/2019 [09:03]:
Zəngilanda sülənən ermənilərin evi  yanıb kül oldu...
17/07/2019 [08:43]:
Qaxda 11 yaşlı qızı it dişlədi
17/07/2019 [08:41]:
Hindistanda daşqın zonasında 5 milyondan çox insan qaldı
17/07/2019 [08:05]:
Türkiyə kəşfiyyat və qazıntı işlərinin davamı üçün 4-cü gəmisini yollayacaq
17/07/2019 [08:04]:
Zelenski 22 məmuru işdən çıxardı
17/07/2019 [08:01]:
6 yaşlı müsəlman uşaq  daha iki dünya rekordu qırdı-FOTOLAR
17/07/2019 [07:58]:
Rusiyada yay düşərgəsində kütləvi zəhərlənmə qeydə alındı
17/07/2019 [07:24]:
“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar” - Yenə toqquşdular
17/07/2019 [07:20]:
"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
17/07/2019 [07:18]:
Moskvada retro tramvayların paradı keçirilib - VİDEO
17/07/2019 [06:55]:
İbadətin əsil sirri nədədir?..
17/07/2019 [06:47]:
Mayk Pompeo Yaxın Şərqdəki qeyri-sabitliyin yaşanmasında İranı qınadı
17/07/2019 [06:44]:
Beşi xarici vətəndaş olmaqla altı nəfərin həyatı xilas edildi
17/07/2019 [06:41]:
Almaniyanın yeni müdafiə nazirinin adı məlum oldu
17/07/2019 [06:38]:
ABŞ-da Perunun sabiq prezidenti həbs olundu
17/07/2019 [00:52]:
S-400 Türkiyə otellərini "vurdu" - Rus turistlərə10-15 faizlik endirim təklifi...
17/07/2019 [00:45]:
Aİ Komissiyasında ilk qadın prezident
17/07/2019 [00:40]:
Şəmkirdə avtomobil ağaca çırpılıb, sərnişin öldü
17/07/2019 [00:37]:
İlin ikinci Ay tutulması başladı
17/07/2019 [00:34]:
"Mən o dövrdə ayrı-ayrı təşkilatların buraxdığı səhvləri çox təbii qəbul edirəm" - VİDEO
17/07/2019 [00:04]:
"Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar"
16/07/2019 [23:42]:
Gəncədə zəncirvari yol qəzası oldu - FOTO
16/07/2019 [23:32]:
“Keşikçidağdakı hadisəni qınayıram” - Gürcüstanın Bakıdakı səfiri
16/07/2019 [23:28]:
Tramp S-400 məsələsinə görə Obamanı günahlandırdı
16/07/2019 [22:36]:
"Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstan tərəfini üzr istəməyə məcbur etməlidir"
16/07/2019 [22:29]:
Bərdədə yol kənarında duran iki qadını maşın vurdu
16/07/2019 [22:16]:
Göyçayda iki uşaq anası özünü kanala atdı
16/07/2019 [21:57]:
Gürcüstanda daha bir polis əməkdaşı saxlanıldı
16/07/2019 [21:34]:
İsmayıllıda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb
16/07/2019 [21:30]:
“Meqafon” şirkəti saytda ölkəmizə qarşı qərəzli məlumat yerləşdirən əməkdaşlarını cəzalandırıb
16/07/2019 [21:10]:
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
16/07/2019 [21:04]:
Tanınmış təhsil eksperti BDU rektorunun "müqavimət"ini şərh etdi...
16/07/2019 [20:43]:
İranda mikroavtobus aşıb, 11 nəfər ölüb
16/07/2019 [20:40]:
Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun rəhbəri dəyişdi
16/07/2019 [20:34]:
“Qarabağ” – “Partizani” matçına bilet alanlar üçün xüsusi avtobuslar ayrılıb
16/07/2019 [20:29]:
Qurban Qurbanov: "Partizani" bizim üçün o qədər də uğurlu rəqib deyil"
16/07/2019 [20:26]:
Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi keçiriləcək
16/07/2019 [20:26]:
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
16/07/2019 [20:19]:
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO
16/07/2019 [19:54]:
Sərhədçi nə zaman silah tətbiq edə bilər?
Bütün arxiv bir sırada
24/03/2019 [19:26] - Dünya - ( 1265 dəfə baxılıb)

Bakı Parisdən böyükdür, amma... - FOTO



Paris böyükdür, yoxsa Berlin? Əminəm ki, çoxluq Parisin adını çəkəcək. Ancaq Berlin Parisdən ərazi baxımından az qala 9 dəfə böyükdür. Parisin ərazisi 105 km2 (kv. kilometr), Berlinin ərazisi isə 891.7 km2-dir. Əhali baxımından da Berlin (3.670.622) Londondan (8.787.892) sonra Avropanın ikinci ən böyük şəhəridir. Paris isə (2.244.000) bu siyahıda Madrid (3.141.991) və Romadan (2.877.215) sonra gəlir və beşinci sırada dayanır...

Niyə coxluq Parisi Berlindən böyük bilir? Çünki Parisın adı dillərdə əzbərdir, yəni reklamı tarixən ən üstün qatda olub. Düşünün ki, bir vaxt Lenin Parisi dünyanın paytaxtı adlandırmışdı...

Bakı Parisdən böyükdür, amma şəhərləri müqayisə edəndə məlum olur ki, Bakı ərazi və əhali baxımından (285 km2., 3.5 milyona yaxın sakin ) Parisdən ( 105 km2, 2.244.000 nəfər) böyükdür. Di gəl ki, Bakının Paris olmasına yüz illər lazımdır...

Avropanın böyük şəhərləri Asiyadakı şəhərlərə böyük hesabla uduzur. Təkcə bir faktı deyək. Dünyanın ən böyük 30 şəhəri arasında cəmi 3 Avropa şəhəri var: İstanbul, Moskva və London.

#1 Shanghai - 24.1 million

Dünyanın ən böyük şəhəri-Şanxay

Şanxay bu sırada öndə gəlir. Bir vaxtlar balaca balıqçı qəsəbəsi olan bu şəhərdə rəsmi statistikaya görə indi 24 milyon 153 min əhali yaşayır. Şanxay 2005-ci ildən dünyadakı ən böyük yük limanı kimi də tanınır. Çin iqtisadi möcüzəsinin simvolu hesab olunan bu şəhər göydələnləri ilə məşhurdur. Müasir həyat tərzi ilə seçilən Şanxay dünyanın və Çinin ən böyük ikinci şəhəri olan paytaxt Pekini kölgədə qoyur. 

XIX əsrdə Şanxaya nəzarət uğrunda İngiltərə ilə Fransa dəfələrlə hərb meydanlarında üz-üzə gəlib. II Dünya Müharibəsi zamanı Yaponiya bu şəhəri işğal edib...

Bu gün isə Şanxayda yaponlar, koreyalılar və amerikalılar birgə çalışır və şəhərin inkişafına ciddi təkan verirlər...

#2 Beijing - 18.5 million

Pekin-Şimal paytaxtı

18 milyon 590 min əhalisi olan Pekin şəhərinin adı “Pei”-şimal və “cing”-paytaxt kimi çin dilindəki sözlərdən əmələ gəlib. Şəhər bütövlükdə qalalarla əhatə olunub. Maraqlıdır ki, Pekinin planındakı nizam və harmoniya dünyada çox az şəhərdə var.
Pekinin tarixi və dini abidələrinin önündə gələn Tiantan (Cənnət Məbədi) Cənnətin kürə, Yerin isə kvadrat formasında olduğu haqqında kökləri çox qədimə uzanan inamı təcəssüm etdirir. 

2008-ci ildə keçirilmiş Paralimpiada yarışlarının "Quş Yuvası" kimi tanınan Pekin Milli Stadionunda baş tutması çoxlarının yadındadır. Bu tikili dünyanın nadir tikililəri sırasında yer alır. Qeyd edək ki, 2022-ci ildə olimpiya oyunlarının Pekində keçirilməsi nəzərdə tutulur. ABŞ indidən “Çində insan haqlarının kobud şəkildə pozulmasını görə” bunun qarşısını almağa çalışır...

Qeyd: Göründüyü kimi, dünyanın ən böyük şəhərləri sırasında Çinə məxsus Şanxay və Pekin öndə gəlir. Qəribə görünsə də bu sırada üç və dördüncü yeri müsəlmanlara aid olan şəhərlər tutur. İndi isə Karaçi və İstanbul haqqında diqqətçəkən məqamlara nəzər salaq.

#3 Karachi - 18 million

Karaçi-keçmiş balıqçı kəndi

Bu şəhər də əvvəllər Şanxay kimi balaca balıqçı qəsəbəsi olub. Əsası 1729-cu ildə qoyulub. Ərəb dənizi sahilində yerləşir. Bir vaxtlar türklərin hakim olduğu Moğol İmperiyasının tərkibində yer alıb. Moğol imperiyasını məğlub edən ingilislər müasir Pakistan və Hindistan ərazisini nəzarətə götürdükdən sonra bu balıqçı kəndi sürətlə böyüməyə başladı. Çünki ingilislər bu ərazi üzərindən Britaniyaya yerli məhsulları idxal etməyi daha münasib bildi. Bu liman ingilislər üçün o qədər önəmli idi ki, 1864-cü ildə Londonla Karaçi arasında teleqraf xəbərləşmə sistemi quruldu..

Hazırda Karaçi Pakistanın ən təhlükəsiz və ən tolerant şəhəridir. Bu şəhərin etnik tərkibi isə son dərəcə rəngarəngdir. Pakistan Hindistandan ayrıldıqdan sonra Hindistanda qalmış müsəlmanların çoxu Karaçiyə axın etdi. Hazırda bu şəhərdə 2 milyon Bangladeş, 1 milyon Əfqanıstan və Mayanma vətəndaşı olan 400 min rohinca müsəlman məskunlaşıb...

Şəhər ağlasığmaz sürətlə inkişaf edir. Bəzi iddialara görə, Karaçidə əslində 30 milyon insan yaşayır. Ancaq beynəlxalq ekspertlər bu fikri rədd edir...

#4 Istanbul - 14.6 million

stanbul-dörd imperiyanın paytaxtı


Sezen Aksunun ifa etdiyi “Ah İstanbul” şərqisi qədər bizə mərhəm olan bu şəhər qədimlik baxımından daha öncə adın çəkdiyimiz şəhərlərdən yalnız Pekinə uduzur. Pekin haqqında ilk məlumat bizim eradan əvvəl-1045-ci ilə aiddir. İstanbulun (o vaxtkı adı Vizantiya) isə əsasının bizim eradan əvvəl 660-cı ildə qoyulduğu tarixə məlumdur. İstanbul tarixdə uzun müddət Konstantinopol kimi tanınıb. Atatürk dönəmində-1930-cu ildə şəhərin adı rəsmən İstanbul elan olunub. Bir məqamı da xüsusi vurğulamaqda fayda var ki, ingilislər İstanbulu türklərdən alıb yunanlara vermək üçün savaş apardı. Ancaq Atatürkün rəhbərliyi altında türk insanı yabançıların bu arzusunu gözündə qoydu...

Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330-395-ci illər arasında Roma, 395-1204 ilə 1261–1453 illəri arasında Bizans, 1204–1261 arasında Latin və son olaraq 1453–1922 illər arasında Osmanlı İmperiyasının paytaxtı olub. Qara dəniz ilə Mərmərə dənizinin arasında yerləşən bu möhtəşəm şəhər Avropa ilə Asiyanı Bosfor boğazı vasitəsi ilə birləşdirir. Türklərin İstanbul boğazı və ya Boğaziçi adlandırdığı boğaz İstanbul şəhərini də ikiyə ayırır. Şəhərin bir hissəsi Avropanın, digər hissəsi isə Asiyanın payına düşür. Eyni zamanda İstanbul Avropanın ən böyük şəhəri kimi tanınır. 

Əhalisinin mütləq hissəsi müsəlman olan İstanbulda Konstantinopol pravoslav kilsəsinin Mərkəzi və Konstantinopol – Yeni Roma və Ümumdünya patriarxı Müqəddəs Arxiyepiskopunun iqamətgahı yerləşir. Tarixi ərzində bu şəhərdə 10 Roma, 82 Bizans İmperatorunun və 30 Osmanlı sultanın iqamətgahı yerləşib. Türkiyənin hər 5 vətəndaşından biri İstanbulda yaşayır. Hər il İstanbulu 30 milyondan çox turist ziyarət edir...

#5 Dhaka - 14.5

5-dən 30-a qədər

Banqladeşin paytaxtı Dəkkə 14 milyon 543 min nəfərlə bu sırada beşinci yerdə gedir. Yaponiyanın paytaxtı Tokio isə 13 milyon 617 min nəfərlə altıncı yeri tutur. Rusiyanın paytaxtı Moskva isə 13 milyon 197 min nəfərlə yeddinci yerdə möhkəmlənib...
Dünyanın 30 ən böyük şəhəri arasında Qahirə 9.5 milyon nəfərlə 22-cı sırada yer alır. 24-cü yerdə isə Tehran qərar tutub. Bu şəhərin 8 milyon 847 min əhalisi var. Bağdad isə 8 milyon 765 min nəfərlə 25-ci yerdədir. 

Birinci otuzluqda yer alan Nyu Yorkda ( New York City) isə 8 milyon 550 min insan yaşayır. Və Nyu York bu siyahıda yer alan yeganə ABŞ şəhəridir. Çinin isə bu siyahıda nə az, nə azacıq-düz 9 şəhəri var...

O da maraqlıdır ki, Londonun əhalisi Nyu Yorkun əhalisindən çoxdur...(musavat)

RankCityCountryPopulation
1ShanghaiChina24,153,000
2BeijingChina18,590,000
3KarachiPakistan18,000,000
4IstanbulTurkey14,657,000
5DhakaBangladesh14,543,000
6TokyoJapan13,617,000
7MoscowRussia13,197,596
8ManilaPhilippines12,877,000
9TianjinChina12,784,000
10MumbaiIndia12,400,000
11Sao PauloBrazil12,038,000
12ShenzhenChina11,908,000
13GuangzhouChina11,548,000
14DelhiIndia11,035,000
15WuhanChina10,608,000
16LahorePakistan10,355,000
17SeoulSouth Korea10,290,000
18ChengduChina10,152,000
19KinshasaCongo D.R.10,125,000
20LimaPeru9,752,000
21JakartaIndonesia9,608,000
22CairoEgypt9,500,000
23Mexico CityMexico8,919,000
24TehranIran8,847,000
25BaghdadIraq8,765,000
26XianChina8,705,000
27LondonUK8,674,000
28New York CityUSA8,550,000
29NanjingChina8,460,000
30BangaloreIndia8,444,000

loading...
loading...
"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"
"Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və cəzalanmalıdırlar"
"Müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar, ona görə də təklif edirəm ki..."
Almaxanım Əhmədlinin yeni mahnısı - "Sevməyir, qoy sevməsin" + VİDEO
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - Parlamentin spikeri Vaşinqtonda yalvardı
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
Cəmiyyət
Yapon qılınc muzeyi - MARAQLI...
Cəmiyyət
“Sənətin təbliği ilə bağlı həm beynəlxalq miqyasda, həm də ölkə daxilində geniş tədbirlər həyata keçiririk...”
Cəmiyyət
“Adətən bu aylarda öz fərdi əsərlərimi yaza bilmirəm...”
Cəmiyyət
“İlhamın nə yaxşı ki, səs yazıları qalıb və ona həmişə qulaq asıram...”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
“Evə gəl, telefonla çılpaq şəkillərimi çək...” -Yaşlı adam doqquz yaşlı uşağı evinə çağırdı, amma...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
8 nəfərin öldüyü qəza barədə dəhşətli fakt: ailə üzvləri yolda maşından düşüb (VİDEO)
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)