Qarşıdan Azərbaycan hərb tarixinin şanlı səhifələrindən olan aprel döyüşlərinin üçüncü ildönümü gəlir.
Maraqlıdır, ölkəmiz Qarabağ problemini aprel döyüşləri kimi lokal hərbi əməliyyatlar hesabına həll edə bilərmi? Yoxsa bunun üçün daha irimiqyaslı və uzunmüddətli hərbi əməliyyatlara ehtiyac var?
Moderator.az-a açıqlama verən politoloq Natiq Miri problemin bu yolla həllini mümkün hesab etdiyini vurğulayıb. Ekspertin bildirdiyinə görə, bir neçə strateji ərazinin düşmən işğalından azad edilməsi, Ermənistanı danışıqlar masasına oturmağa vadar edə bilər:
“Bu gün müasir müharibələr elə bir səviyyəyə gəlib çıxıb ki, uzunmüddətli müharibələrə ehtiyac yoxdur. Azərbaycan qısa zaman çərçivəsində özünün strateji bölgələrini işğladan azad etmək imkanları var.
Bu gün müharibənin taleyini sadəcə quru qoşunları həll etmir. Bu gün müharibənin taleyinə təsir göstərən əsas amillərədn biri də hava qüvvələri və müasir raket sistemləridir. Bu gün Azərbaycan ordusunun həm quru qoşunları, həm Hərbi Hava Qüvvələri çox yüksək səviyyədədir. Düşünürəm ki, lokal hərbi əməliyyatlar keçirməklə bir neçə strateji bölgəni azad etmək, bununla da Ermənistanı çox rahatlıqla danışıqlara cəlb etmək mümkündür. Belə olarsa rəsmi İrəvanın danışıqlar masasına oturmaqdan başqa yoluq almaz”.
Seymur ƏLİYEV