Xəbər lenti
26/04/2019 [00:55]:
Sumqayıt Dövlət Dram Teatrında maraqlı layihə...
26/04/2019 [00:39]:
Mixail Qorbaçov xəstəxanaya düşdü
26/04/2019 [00:20]:
Zelenski seçkilərdən sonra adını dəyişdi
26/04/2019 [00:09]:
Simonyan: "Rusiya müsəlman ölkəsi, Həbib Nurməhəmmədov da onun prezidenti olacaq"
25/04/2019 [23:26]:
Lütfi Zadə ilə Rafiq Əliyevin dünya elminə səs salacaq kitabı çap olunub – FOTO-ANONS
25/04/2019 [23:22]:
Belçika parlamenti qondarma “erməni soyqırımı”nı rədd etdi
25/04/2019 [23:20]:
Gələn ay kartof və soğan ucuzlaşacaq
25/04/2019 [23:09]:
Çingiz Abdullayev: “Şəhərin müdafiəsi üçün mitinq olsa, ilk mən çıxacam”
25/04/2019 [23:04]:
Türkiyədə 3 PKK terrorçusu məhv edildi
25/04/2019 [23:03]:
Rusiya FTX-nin bölmə rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
25/04/2019 [23:02]:
Karib dənizində 33 Venesuela vətəndaşı itkin düşüb
25/04/2019 [22:46]:
"Şikəst doğulanların sayının artması cadugərliyin geniş yayılması ilə əlaqədardır"
25/04/2019 [21:52]:
"ABŞ-dan fərqli olaraq bizdə silahı bir çox hallarda lovğalıq vasitəsi kimi görürlər"
25/04/2019 [21:46]:
Göygöldə 16 yaşlı qız yıxılaraq ölüb
25/04/2019 [21:44]:
Ramil Usubov ABŞ səfirini qəbul edib
25/04/2019 [21:41]:
"Ermənistan işğal etdiyi 7 rayondan 5-ni qaytarır və..." - Növbəti "Lavrov" nağılı...
25/04/2019 [21:14]:
“Formula 1” pilotu Bakıda xəstələndi
25/04/2019 [21:10]:
Azərbaycan Uruqvaya nota verib
25/04/2019 [21:00]:
Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb - FOTO
25/04/2019 [20:57]:
Müəllim hər kəsin gözü qarşısında şagirdləri belə döydü - VİDEO
25/04/2019 [20:52]:
Texnologiyanı rədd edib həkimə getməyən gizli tayfa- MARAQLI...
25/04/2019 [20:47]:
Düşüncələri səsə çevirən cihaz hazırlandı - MARAQLI
25/04/2019 [20:06]:
“İçərişəhərin hər bir daşı-kəsəyi tarixdir” – ƏSLƏN İÇƏRİŞƏHƏRLİ DEPUTAT
25/04/2019 [19:51]:
"Bu insanlar puldan ötrü dədələrinin qəbrlərini də satmağa hazırdırlar..."
25/04/2019 [19:44]:
XİN-dən Keşikçi Dağı ilə bağlı açıqlama
25/04/2019 [19:42]:
“Qoroskop cəfəngiyyatdır, kimlərinsə dolanışıq mənbəyidir, ona inanmaq lazım deyil”
25/04/2019 [19:06]:
Ukraynada ikinci dünya müharibəsinə aid silah anbarı aşkarlandı
25/04/2019 [18:59]:
Polis tutuquşunu nəzarətə götürdü -İNANILMAZ...
25/04/2019 [18:53]:
Xoşqədəm Hidayətqızı onu tənqid edənlərə sərt cavab verdi - VİDEO
25/04/2019 [18:50]:
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş
25/04/2019 [18:50]:
ATƏT-in baş katibi: “Rusiya ilə təhlükəsizlik məsələləri üzrə danışıqların bərpası vacibdir”
25/04/2019 [18:46]:
114 metrlik qüllənin zirvəsində qolf oynadılar - MARAQLI...+ VİDEO
25/04/2019 [18:46]:
Putin Ukraynadakı prezident seçkisinin nəticələrinə münasibət bildirdi
25/04/2019 [18:44]:
Həmsədr ölkə 2020-ci ildə Ermənistana elə təyyarələr verəcək ki... “Artıq ilk ödəmələr edilib!”
25/04/2019 [18:42]:
Məleykə Abbaszadə qabiliyyət imtahanlarındakı dəyişikliklər haqda danışıb
25/04/2019 [18:34]:
Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb
25/04/2019 [18:30]:
Yusif Vəzir Çəmənzəminlinin romanları və repressiya...
25/04/2019 [18:24]:
“Dini radikalizmlə yalnız qanunlarla mübarizə aparmaq mümkün deyil”
25/04/2019 [18:19]:
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
25/04/2019 [18:18]:
Kimdir müqəssir? Mənmi, ...yoxsa ...
25/04/2019 [18:16]:
Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olub
25/04/2019 [18:13]:
"İnstagram"dan istifadə edən şimpanze gündəmə çevrildi - MARAQLI...+ VİDEO
25/04/2019 [18:09]:
ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili vəzifəsini tərk edir
25/04/2019 [18:01]:
Cəfər Cabbarlının romanı və dərc edilməyən məktubları tapılıb
25/04/2019 [17:55]:
Magistratura imtahanlarının II mərhələsi üçün proqram seçimi başlanır
25/04/2019 [17:50]:
Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izlədi - VİDEO
25/04/2019 [17:35]:
Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılacağı yer məlum olub
25/04/2019 [17:19]:
ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib
25/04/2019 [17:12]:
Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: İçərişəhərdə nə baş verir?
25/04/2019 [17:09]:
Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsində startap keçirilib
25/04/2019 [17:02]:
Neymar tənqidlərə cavab verib
25/04/2019 [16:53]:
“Formula 1” tamaşaçılarını həftəsonu nələr gözləyir?
25/04/2019 [16:49]:
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
25/04/2019 [16:46]:
ADU-da “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib
25/04/2019 [16:40]:
Şəhid Fərrux Məmmədovun dəfnindən FOTOLAR
25/04/2019 [16:35]:
BSU-da milli suverenlik və uşaq bayramı qeyd olunub
25/04/2019 [16:28]:
"Azərpoçt" dollar kreditləri üzrə 8 milyon ödəyib
25/04/2019 [16:24]:
İki uşaq 2-ci mərtəbədən, biri isə 13-cü mərtəbədən yıxıldı - Valideyn diqqətsizliyi...
25/04/2019 [16:15]:
BSU-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib
25/04/2019 [16:07]:
Azərbaycanda 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım ayrılıb
25/04/2019 [16:04]:
Zelenski rus dilinin müdafiəsinə qalxdı
25/04/2019 [16:02]:
“Bakcell” “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışına hazırdır
25/04/2019 [16:01]:
PA-nın məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
25/04/2019 [15:59]:
İTV-nin Yayım Şurasının yeni üzvü: “Çalışacam ki, etimadı doğruldam”
25/04/2019 [15:55]:
Obamanın keçmiş müşaviri Trampa rəqib olacaq
25/04/2019 [15:51]:
Nazir mühazirə dedi
25/04/2019 [15:42]:
Deputatlardan “İçərişəhər”lə bağlı ETİRAZ: “Kimin nə həddi var ki...”
25/04/2019 [15:39]:
Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru: "İşdən çıxarılmamışam"
25/04/2019 [15:36]:
Memarlar İttifaqının sədri: “İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm”
25/04/2019 [15:18]:
Bakıda qanunsuz toyuq kəsimi sexi aşkarladı - FOTOLAR
25/04/2019 [15:14]:
Zelenskinin azərbaycanlı dostu: “Qarabağ məsələsində bizi dəstəkləməməsi mümkün deyil” - MÜSAHİBƏ
25/04/2019 [15:13]:
Dünyanın ən təhlükəli 10 ölkəsi – SİYAHI
25/04/2019 [15:07]:
“Azərbaycanda bütün dinlərə aid ibadət ocaqları qorunur” - Mübariz Qurbanlı
25/04/2019 [15:07]:
Ərdoğanla Kılıçdaroğlu görüşdü
25/04/2019 [15:05]:
Uruqvayın vitse-prezidenti də separatçı-terrorçu erməni rejim “nazir”ini qəbul etdi-FOTO
25/04/2019 [15:04]:
Futbolçunun ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO
25/04/2019 [14:58]:
Nikol Paşinyan ABŞ rəhbərliyindən narazıdır
25/04/2019 [14:58]:
Rusiya və Şimali Koreya liderləri arasında danışıqlar başa çatıb
25/04/2019 [14:54]:
"Şəhərin ən məşhur restoranlarından birinin mətbəxində dəhşətli biabırçılığın şahidi olduq”
25/04/2019 [14:37]:
Kim Çen In Putinə qılınc bağışladı - VİDEO
Bütün arxiv bir sırada
25/03/2019 [23:40] - Cəmiyyət - ( 1336 dəfə baxılıb)

“Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir?



“Yeni Həyat Şirkətlər Qrupu”nun rəhbəri Babək Babayev öz qanunsuz fəaliyyətində Prezident ailəsinin adından istifadə edir”.

Bu iddialar vətəndaş Sübhan Zayıdovun ölkə başçısına ünvanladığı teleqramdandır.

Surətləri I Vitse-prezident Mehriban Əliyevaya, Prezident köməkçisi Fuad Ələsgərova, Ədliyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və digər yetkililərə göndərilən teleqramda sözügedən şirkətlər qrupunun onun mülkiyyətində olan 5 hektar ərazini necə ələ keçirdiyindən bəhs edən S. Zayıdov, bunu dövlət imicimizə, ölkə rəhbərinin fəaliyyətinə kölgə saldığına inanır və üz tutduğu ünvanlardan üzləşdiyi haqsızlığın qarşısının alınamasını xahiş edir.

Teleqramda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya

Azərbaycan Respublikasının Prezident Administrasiyasinin Hüquq Mühafizə Orqanları İlə İş Və Hərbi Məsələlər Üzrə Şöbə Müdiri, Prezident Köməkçisi Fuad Ələsgərova

Məhkəmə Hüquq Şurasinin Sədri, Ədliyyə Naziri Fikrət Məmmədova

Azərbaycan Respublikasının Ali Məhkəmənin Sədri Ramiz Rzayevə

Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Ramil Usubova

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Cənab Şahin Mustafayevə

Prezident Yanında Apellyasiya Şurasının Sədri Cənab Eldar Nuriyevə


Cənab prezident,

Dəyərli zamanınızı almağımın səbəbi ən elementar insan haqlarından sayılan mülkiyyət hüququmun pozulmasıdır. Hüquq mühafizə orqanlarindan tutmuş ən müxtəlif instansiya məhkəmələrinə qədər etdiyim müraciətlərim heç bir nəticə vermir. Məcbur olub son ümid yeri kimi sizə üz tuturam. Ümidvaram ki, mənim haqq səsimə səs verəcək, pozulan hüququmun bərpasina çalişacaqsiniz.

Qarşılaşdığım problemin qisa məzmunu belədir: 2004-cü ildə “mərmər” acs-dən aldiğim 5 ha. Ərazi 10 ildən sonra məndən xəbərsiz “yeni həyat şirkətlər qrupu” mmc-yə aid bir törəmə şirkətə satilmişdir. Əmlak məsələləri üzrə dövlət komitəsi və digər özbaşina məmurlar tərəfindən kobud şəkildə pozulan hüquqlarim hələ də öz ədalətli həllini gözləyir. Ən pis cəhət isə ondan ibarətdir ki, “yeni həyat şirkətlər qrupu”-nun rəhbəri babək babayev öz qanunsuz fəaliyyətində prezident ailəsinin adindan istifadə edir. Bütün bu məkrli məqsədin sizin fəaliyyətinizə və dövlətimizin imicinə kölgə saldiğini nəzərə alib mülkiyyət hüququmun aqibətilə maraqlanacağiniza inaniram.

Hörmətlə: Sübhan Zayidov

 

Problemin kökü: Rafiq Cəlilovun dövlətdən 10 qat artıq qazanmaq istəyi

Qeyd edək ki, S.Zayıdovun 15 il əvvəl “Mərmər” ASC-dən aldığı, Bakı şəhəri, Xətai royanu, Əhmədli yaşayış sahəsi, Zığ şosesi 5/1 ünvanında yerləşən sözügedən 5 hektarlıq ərazi bütün hüquqi prosedurlardan keçməsinə baxmayaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində əngəllə üzləşmiş, iddiaçının bildirdiyinə görə, özəlləşdirilməsi Komitənin sədr müavini Rafiq Cəlilovun dövlət rüsumundan 10 qat artıq rüşvət istəməsi nəticəsində baş tutmamışdır. Üzərindən 10 keçəndən sonra həmin ərazi mülkiyyətçinin razılığı alınmadan “Yeni Həyat Şirkətlər Qrupu”nun törəmə şirkəti “Baxçasaray” MTK-nın adına rəsmiləşdirilmişdir. Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, adı “Baxçasaray” MTK-nın rəhbəri kimi rəsmiləşdirilən Baxşıyev Akif Barat oğlu Babək Babayevə yad biri deyil, onun yeznəsi imiş. Yeznə-qayının birlikdə özgə əmlakını özününküləşdirmə əməliyyatlardan “Yeni Həyat Şirkətlət Qrupu”nun ərazidə tikinti işinə başlamasından sonra xəbər tutan S.Zayıdov dəfələrlə Babək Babayevlə görüşsə də, onu öz mülkiyyət hüququna hörmətlə yanaşmağa dəvət edə bilməmişdir. Mülkiyyətin əsl sahibinin tələblərinə saymazyanalıqla cavab verən Babək Babayev nəyin bahasına olursa olsun, haqsız mövqeyindən geri çəkilməyəcəyini şikayətçinin nəzərinə çatdırmış, “kimə şikayət edirsən et” deyərək, özünü ölkənin əsl sahibi kimi aparmışdır.

“Əmlak Komitəsi”nin səhlənkarlığı nəticəsində əmlakı qanunsuz yolla əlindən alınan S.Zayıdovla B.Babayev arasında böyüyən mübahisə məhkəmə salonlarına daşınmışdır. Maraqlıdır ki, mülkiyyətin ilk sahibinin əlindəki bütün hüquqi sənədlər də məhkəmlərdə işə yaramamış, həm Xətai rayon, həm də Bakı Apellyasiya Məhkəkəmələrinin qərarı əsl mülkiyyətçinin əleyhinə verilmişdir.

“Yeni Həyat”ın əsrarəngiz gücü

“Yeni Həyat Şirkətlər Qrupu”nun bu qəti qələbəsində Babək Babayevin arxasındakı qüvvələrin mühüm rolu olduğu bildirilir. Bəs, “Yeni Həyat” hüququ elə zəlil gününə salan bu gücünü hardan alır?

İnformasiya qaynağımızın iddiasına görə, Babək Babayev hər kəsə özünü Prezidentin qızı Arzu Əliyevanın adamı, “Yeni Həyat”ı isə “ailənin şirkəti” kimi təqdim etsə də, əslində onun arxasında sabiq Vergilər naziri Fazil Məmmədov dayanırmış: “Fazil Məmmədovun himayəsindən istifadə edən “Yeni Həyat” indiyə qədər xeyli insana fırıldaq gəlib və bu özbaşınalıqda həmişə Prezident ailəsinin adından istifadə edib. Məhz bu səbəbdən bir çox iş adamları Babək Babayevin qanunsuz fəaliyyətinə susmaq məcburiyyətində qalıb. Görünür, Azərbaycan məhkəmələrini də ədalətsiz qərar verməyə vadar edən də məhz sabiq Vergilər nazirinin əsrarəngiz gücü olmuşdur”.

Məsələylə bağlı mövqeyini soruşduğumuz bəzi ekspertlər də vətəndaşın başına gətirilmiş bu oyunlarda Prezident ailəsinin əli olacağı fikrini yaxına buraxmırlar. Onların fikrincə, Prezident ailəsinə məxsus şirkətlər iqtisadi münasibətdə olduqları tərəflərin razılığını mütləq alır və halallaşırlar. “Yeni Həyat”-ın mülkiyyət sahibləriylə hesablaşmayaraq, işi “Əmlak Komitəsi”ndə qanuna zidd üsullarla həll etməsi, tərz etibarilə bu kriteriyalara uyğun gəlmədiyindən məlum ailənin adından mərkli niyyətlə istifadə edildiyi ortadadır.

“El bizim, sirr bizim” çərçivəsi

Tərəflər arasındakı mülkiyyət çəkişmələri hazırda Ali Məhkəmənin icraatındadır. Aprel ayının 2-də son məhkəmə instansiyasında müzakirəyə çıxarılması gözlənilən məsələnin necə həll ediləcəyi bilinmir. Bu instansiyadan da rədd cavabı alan şikayətçinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməkdən başa çarəsi qalmır. Bəs, şikayətçi bu hüququndan istifadə edəcəkmi?

Əməkdaşımızın suallarını cavablandıran şikayətçi problemin bu həddədək uzanacağına inanmır, Azərbaycan məhkəmə sisteminin, o cümlədən Ali Məhkəmənin sədri Ramiz Rzayevin işə ədalətli baxıb obyektiv hüquqi qiymət verəcəyini, beləcə, mülkiyyət hüququnun bərpa ediləcəyini düşünür. Onda bu inamı yaranmasının əsas səbəbi isə ölkə başçısının Novruz bayramı təbrikində Azərbaycan xalqına hüquq-məhkəmə sistemində islahatlara başlayacağı vədiylə bağlıdır. Zayıdovun fikrincə, islahatlar ərəfəsində Ali Məhkəmə açıq-aşkar insan hüquqları pozuntusuna gedə bilməz, əks halda Prezidentin qəzəbiylə üzləşər:

“Biz də məsələnin böyüməsində və ölkə sərhədlərimizdən kənara çıxmasında maraqlı deyilik. Xüsusilə, Azərbaycanın döst və düşmənlərinin marıqda gözlədiyi indiki şəraitdə dövlətimizin üzərində toz qondurmaq istəmirik. Buna görə də məsələnin “el bizim, sirr bizim” çərçivəsində həll olunacağına inanırıq. Ümidvarıq ki, Azərbaycan rəhbərliyi, o cümlədən Ali Məhkəmə də bu məsələdə ən azı bizim qədər maraqlıdır. Azərbaycanda bir sıra islahatlara start verəcəyini elan edən rəsmi iradənin də ən elemantar insan haqlarından sayılan mülkiyyət hüququmuzun bərpasına çalışacağına inanırıq. Ən azı ona görə ki, xarici və yerli investisiyalara qapılarını açan Azərbaycan iqtisadiyyatı ilk işə mülkiyyət hüququna hörmətlə başlamalıdır. Yalnız bu zaman qeyri-neft sektorumuza ciddi yatırımlar qoyuluşuna ümid edə bilərik”.

Vətəndaşın bu ümidlərinin nə dərəcədə doğrulub-doğrulmayacağı bir neçə gündən sonra bəlli olacaq. Necə deyərlər, yaşayarıq, görərik.(hurriyyet.org)

Müəllim hər kəsin gözü qarşısında şagirdləri belə döydü - VİDEO
Düşüncələri səsə çevirən cihaz hazırlandı - MARAQLI
Polis tutuquşunu nəzarətə götürdü -İNANILMAZ...
114 metrlik qüllənin zirvəsində qolf oynadılar - MARAQLI...+ VİDEO
"İnstagram"dan istifadə edən şimpanze gündəmə çevrildi - MARAQLI...+ VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
"Ermənistan işğal etdiyi 7 rayondan 5-ni qaytarır və..." - Növbəti "Lavrov" nağılı...
Cəmiyyət
"Şəhərin ən məşhur restoranlarından birinin mətbəxində dəhşətli biabırçılığın şahidi olduq”
Gündəm
Qondarma “erməni soyqırımı” Almaniyada dərsliklərə salına bilər
Cəmiyyət
"TV-lərin işçiləri pərdəarxası sözləri saytlarda yayaraq öz kanallarını pis vəziyyətə qoyurlar"
Maraqlı
Müəllimlərə silah gəzdirməyə icazə verildi: "Atışma çıxanda məsələni saniyələr həll edir..."
Həftənin ən çox oxunanları
"İran fəlakət qarşısında- Azərbaycana da böyük təhlükə var..."
Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)
“Qarabağ Ermənistanla birləşməlidir” – Prezidentliyə namizəddən sərsəm bəyanat
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
"Özümü də biabır etdim, onları da" - Nazpərinin qardaşı qızından yeni AÇIQLAMALAR - VİDEO
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
ABŞ-da 1 milyard dollardan çox sərvətə sahib olan Azərbaycanlı kimdir? - MARAQLI
“Bakıya gələcək erməni jurnalistləri hava limanından aparıb Müdafiə Nazirliyinə təhvil vermək lazımdır”
"Bu millət erməniyə necə qalib gələ bilər?" - Millət vəkilindən həyəcan təbili...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]