“Şəhid ailəsinə diqqət və ehtiram göstərmək hər bir şəxsin, eləcə də məmurların mənəvi borcudur”.
Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildiirb. Ekspertin sözlərinə görə, şəhid ailəsinə hörmətsizlik edən, ona ehtiram göstərməyən məmurun vəzifədə qalması mümkün deyil:
“Məmur şəhid ailəsini elə qəbul etməli, ona elə bir hörmət və ehtiram göstərməlidir ki, şəhid ailəsi seçilən, sayılan ailə olduğunu hiss etməlidir. Hiss etməlidir ki, yaxınları vətən uğrunda şəhid olsa da, vətən nə şəhidini, nə də onun ailəsini unutmur. Sevindirici haldır ki, ölkəmizdə şəhid ailələrinə diqqət və qayğı yüksək səviyyədədir. Son illər bu sahədə vəziyyət xüsusilə yaxşılaşıb.
Şəhid ailələri ən böyük hörmət və ehtirama layiqdir. Dövlət şəhid ailələrinin qarantıdır. Şəhid ailəsinin səsini eşidir. Şəhid ailəsinə diqqətsizlik göstərən məmur yerində qala bilməz”.
Seymur ƏLİYEV