Superliqada mövsümün ilk baş məşqçi İSTEFASI
221
19 Aug 2025 | 07:29

Superliqada mövsümün ilk baş məşqçi İSTEFASI

Türkiyənin "Qaziantep" klubu baş məşqçisi İsmet Taşdemirlə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu, Superliqada mövsümün ilk baş məşqçi istefası olub.

Qeyd edək ki, "Qaziantep" yeni mövsümdə Superliqada iki oyuna çıxıb.

Komanda "Qalatasaray" və "Konyaspor"a 0:3 hesabı ilə uduzub.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər