Xəbər lenti
22/07/2019 [00:39]:
Məkkədən qayıdan qubalı atını kəfənləyərək dəfn etdi - VİDEO
22/07/2019 [00:34]:
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
22/07/2019 [00:12]:
İran Britaniyaya meydan oxudu - "Hər şeyə hazırıq"
21/07/2019 [23:59]:
Bakıda avtobus sürücüləri arasında əlbəyaxa dava - Sərnişinlər düşürüldü
21/07/2019 [23:43]:
Qarabağdan ötəri qurbanam, nəzirəm mən, əmr eylə, komandanım, hücuma hazıram mən!
21/07/2019 [23:37]:
"Düz 2017-ci ilə qədər ancaq karate olub həyatımda..."
21/07/2019 [23:15]:
Masallıda 100 ədəd çinar yandı
21/07/2019 [23:06]:
“I Pyotr və Atatürk öz xalqlarının tarixində hansı yeri tuturlarsa...”
21/07/2019 [22:37]:
Yad gözlərdən uzaq 9 qəribə ev - FOTOLAR
21/07/2019 [22:29]:
Seçki ilə bağlı 33 cinayət işi başlanıldı
21/07/2019 [22:12]:
Gürcüstanda erməni kilsəsindən oğurluq oldu
21/07/2019 [21:57]:
Mafiozlarla əlaqəyə girən erməni konsul barədə qərar
21/07/2019 [21:22]:
“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili - FOTOLAR
21/07/2019 [21:20]:
Könül çimərlik geyimində - FOTO
21/07/2019 [21:15]:
Qusarda süni göldə batan şəxsin meyiti çıxarıldı
21/07/2019 [21:13]:
Bakıda keçirilən XV EYOF-un məşəli alovlandırıldı
21/07/2019 [20:37]:
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilir
21/07/2019 [20:35]:
Ölüm xəbəri yayılan prezident tibb işçilərini təbrik etdi
21/07/2019 [20:12]:
Harri Keyn elə yerdən qol vurdu ki… - VİDEO
21/07/2019 [20:07]:
Honkonqda yenidən aksiyalar başladı
21/07/2019 [20:03]:
Qasırğa 13 kəndin yolunu bağladı
21/07/2019 [20:01]:
ABŞ-da iki təyyarə toqquşdu
21/07/2019 [19:52]:
Ukraynalı nazir ölkəsinin Bakıdakı səfirliyində səs verdi
21/07/2019 [19:38]:
"Dövlət indiyədək hansı qəzeti bağlayıb, hansı saytı bloklayıb?"
21/07/2019 [19:28]:
Rusiyadan Britaniyanın ittihamına sərt cavab
21/07/2019 [19:26]:
Türkmən mənbələri: Prezident Almaniyaya anasının yanına gedib
21/07/2019 [19:22]:
Parlament jurnalistləri “Şirməmməd Hüseynov mükafatı” təsis etdi
21/07/2019 [19:09]:
Sumqayıtda mənzildən qadın meyiti tapıldı
21/07/2019 [18:59]:
Kürdəmirdə nar bağında baş vermiş yanğın söndürüldü
21/07/2019 [18:49]:
Qızılla işlənmiş "Nissan" 1, 6 milyon dollara satılır - HEYRƏTAMİZ FOTOLAR...
21/07/2019 [18:40]:
Tramp repçinin buraxılması üçün İsveçin Baş nazirinə zəng etdi
21/07/2019 [18:32]:
"Yaxınlıq etdiyi adamların kimliyinə baxsanız hamısının agent olduğunu görəcəksiniz..."
21/07/2019 [18:31]:
İran Britaniya tankerindəki dənizçiləri istintaq başa çatana qədər sərbəst buraxmayacaq
21/07/2019 [18:27]:
BNA: Ekspres xətt avtobusları daşımalara hazırdır
21/07/2019 [18:06]:
Rusiyanın “oğru” tacı kimə qismət olacaq - FOTOLAR
21/07/2019 [17:53]:
EYOF-un ilk günündə güləşçilərimiz 4 medal qazandı
21/07/2019 [17:47]:
Berdiməhəmmədovun ölüm xəbəri yayıldı
21/07/2019 [17:45]:
Qusarda süni göldə batan var
21/07/2019 [17:25]:
Evə girən ayı qapını bağlayaraq qarderobda yatdı - MARAQLI
21/07/2019 [17:09]:
Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar - FOTO
21/07/2019 [17:05]:
Babacanın planları bəlli oldu: Gül kənardan dəstək verəcək
21/07/2019 [16:59]:
Ukraynada seçkilərin ilk ekzit-pol - Nəticələri
21/07/2019 [16:56]:
Azərbaycan EYOF-da daha bir qızıl medal qazandı - YENİLƏNİB
21/07/2019 [16:44]:
Rəqqasə Fatimə: "Göz qamaşdıran xanımam" -FOTOLAR
21/07/2019 [16:39]:
3-cü kurs tələbəsi dənizdə boğuldu
21/07/2019 [16:38]:
Uşaq alverində günahlandırılan ukraynalı qadın Azərbaycanda saxlanıldı
21/07/2019 [16:34]:
EYOF: Azərbaycan güləşçisi qızıl medal qazandı
21/07/2019 [16:29]:
Rusiyalı qapıçı gülməli vəziyyətə düşdü - VİDEO
21/07/2019 [16:14]:
Zelenski: "Yeni Baş nazir peşəkar iqtisadçı olmalıdır"
21/07/2019 [15:59]:
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı
21/07/2019 [15:55]:
Azərbaycanda bunu etmək mümkün deyilmi? - FOTOLAR
21/07/2019 [15:48]:
Dünyanın ən böyük şəlaləsi - MARAQLI...
21/07/2019 [15:39]:
Millət vəkili tanınmış təşkilat rəhbərləri ilə görüşdə köçkün qadınlardan danışdı - FOTOLAR
21/07/2019 [15:33]:
Gəncədə avtobuzdan düşən 21 yaşlı qızı avtomobil vurub: Vəziyyəti orta-ağırdır...
21/07/2019 [15:26]:
Bərdə bazarında 12 mağaza yanıb - FHN-in bir əməkdaşını cərəyan vurdu-YENİLƏNİB
21/07/2019 [15:16]:
Bərdə icra hakiminin müavini: "Bazarda yanğınla bağlı yekun rəy veriləcək"
21/07/2019 [14:45]:
Putin Əsədə söz verdi - “Birlikdə son qoyacağıq”
21/07/2019 [14:39]:
41 dərəcə isti, yenə də güclü külək
21/07/2019 [14:36]:
Məşhur verilişin qadın ulduzundan biabırçılıq – FOTOLAR
21/07/2019 [14:33]:
“VAZ”la “KamAZ” toqquşdu, sürücü qolundan oldu
21/07/2019 [14:26]:
Britaniya Fars körfəzinə atom sualtı qayığı göndərə bilər
21/07/2019 [14:25]:
Bakı-Sumqayıt yolunda "Shacman" aşıb - FOTO
21/07/2019 [14:22]:
“Wi-Fi” və “Bluetooth”u ixtira edən aktrisa - FOTOLAR
21/07/2019 [14:13]:
Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır: Dəfələrlə intim münasibətlər təklif edib...
21/07/2019 [14:10]:
Üç güləşçimiz EYOF-un finalında
21/07/2019 [14:01]:
Ermənistan hərbi sərgilərdə: Mövcud olmayan silahlar və ya monqol turistlərə monqol dublyonkası
21/07/2019 [13:22]:
Bərdədəki yanğın sahibkarlara yarım milyon ziyan vurdu: 12 mağaza külə döndü - FOTO
21/07/2019 [12:50]:
Ruhani idarə xoruz və it döyüşdürülməsinə qarşı çıxdı – İbrətamiz...
21/07/2019 [12:50]:
Azərbaycanlı aktyorun yeni avtomobili - Bakıda beləsi yoxdur -FOTO
21/07/2019 [12:47]:
Məleykə Əsədova qızı ilə İsveçdə FOTOLAR
21/07/2019 [12:43]:
Yunanıstanın yeni baş nazirindən diqqət çəkən açıqlama: "Ərdoğana çağırış edirəm ... "
21/07/2019 [12:41]:
"Twitter" İran KİV-lərinin akkauntlarını blokladı
21/07/2019 [12:37]:
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
21/07/2019 [12:31]:
Azad Rəhimov: Bakıda hər bir xarici idmançı hər gün 90 avro ödəyəcək
21/07/2019 [11:42]:
Güləşçilərimiz Olimpiya Festivalına qələbə ilə başlayıblar
21/07/2019 [11:37]:
Rusiyada dəhşətli cinayət: gənc qızı gözəl olduğu üçün boğaraq öldürdülər - FOTOLAR
21/07/2019 [11:31]:
Gürcüstanda Azərbaycan vətəndaşı narkotik vasitə ilə saxlanıldı
21/07/2019 [11:29]:
Koçno daşının sirri: Ulduz xəritəsi, yoxsa? -FOTOLAR
21/07/2019 [11:24]:
Ebrunun kameralardan uzaq tutduğu qızı anasının konsertində
21/07/2019 [11:23]:
Arvadı şikayət etdi, Rusiyaya qaçan azərbaycanlı tutuldu
Bütün arxiv bir sırada
11/04/2019 [11:05] - Müsahibə - ( 1531 dəfə baxılıb)

“İlqar Məmmədov radikal mövqedə idi, həbsdən çıxan kimi 180 dərəcə fikrini dəyişdi”

“Əli Kərimli antidemokratik seçkidə iki dəfə parlamentə düşüb, indi nə oldu ki, seçkidən imtina edir?”


Müxalifət düşərgəsi illərdir ki, “agent” axtarışındadır. Partiya sədrləri, firqələrin aparıcı fiqurları zaman-zaman bir-birini satqınlıqda, hakimiyyətlə əməkdaşlıqda ittiham edirlər.

Azərbaycan Xalq Hərəkatı içində olanlar qarşılıqlı ittihamlar irəli sürür, Milli Şura ilə REAL Partiyası üzvləri sosial şəbəkələrdə replikalar atırlar.

Bunun psixoloji səbəbləri var, yoxsa gerçəklikdən doğan ittihamlardır? Bu və digər aktual mövzularda suallarımızı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb. 

- Sərdar bəy, müxalifət niyə həmişə öz içində “agent” axtarır?

- Məşhur ingilis sosioloqu yazır ki, hökumətə konstruktiv mövqedə dayanan müxaliflər satqın kimi görünürlər. Onlar hakimiyyətə qarşı kəskin mövqedə durmurlar. Çar Rusiyasının inqilab dövründə də belə olub.

Çar inqilabçıların tələbini yerinə yetirdi, 3-cü Dumanı çağırdı, torpağı kəndliyə verdi, kəndlilərin mübarizəsini zəiflətmək üçün Pyotr Stolıpinin başçılığı altında aqrar sahədə islahatlar keçirmək üçün onu gətirdilər. Onda radikallara dedilər ki, siz çaxnaşma istəyirsiniz, biz ölkənin xilasını...

Amma terror gedirdi və çarın islahatları həyata keçirməyə imkan olmadı. Tarixdən başqa misal göstərim, Napoleon Almaniyanı tutmaq istəyəndə o dövrün iki nəhəng alman filosofu varıydı - Artur Şopenhauer və Yohan Fixte.

Onlardan yalnız Fixte Napoleonla görüşə getdi. İmperator ondan nə istədiyini soruşanda demişdi ki, Berlinə girmə. O da Berlinə girmədən Almaniyanı tutdu.

Fixte deyirdi ki, heç olmasa Berlini xilas etdim. Şopenhauer isə ona satqın münasibəti bəsləyib bildirmişdi ki, sən Berlini xilas etmək naminə onunla görüşdün, bütün Almaniyanı tutdu, belə bir görüşü özümə yaraşdırmıram. Yəni müxalifətdə də həmişə bu məsələlər olub.

Bəzi liderlər stəkana dolu tərəfdən, bəziləri yarısından baxırlar. Amma hökumət ən kiçik islahata gedirsə, bu da müxalifətə xidmət edir, müxalifətin nailiyyətidir.  Digər tərəfdən, radikal müxalifətlə konstruktiv qüvvələrin arasını açmağa çalışırlar. Bu zaman konstruktiv müxalifət qınanır.  Ümumiyyətlə, dəyişikliyin üç yolu var: inqilab, küçə hərəkatı və seçki. Biz deyə bilmərik ki, indi bunlardan hansı rasionaldır. Situasiya hansının düzgün olduğunu diqtə etsə, xalq onun arxasınca gedir.

- Bugünkü siyasətdə hansı tərəflər “satqın” kimi görünür?

 - Mitinqə gedən seçkiyə gedənə xain deyir, seçkiyə vaxtilə gedənlər indi seçkidən imtina edirlər. Onda hamı xaindir. Bu, siyasi cəhətdən savadsızlıqdır.  Elə adamlar var ki, bir müddət siyasətdə olurlar, sonra qeybə çəkilirlər, fasilə verib yenə fəal olurlar.

Sərdar Cəlaloğlu 30 ildir siyasətdədir, kimsə deyə bilməz ki, görünməmiş siyasətçilərdən olmuşam. Amma kimsə biznesə gedir, sonra siyasətə qayıdır. Belə görünür ki, siyasətdə haradansa tapşırıq gözləyir deyə qayıdır.

Mən radikal, sonra konstruktiv olmuşam. Qandi deyirdi ki, fikirlərini dəyişmirsənsə, demək, inkişaf etmirsən. Kimsə məni siyasətə salınmış kimi təqdim edə bilməz. Ancaq gəlin baxaq: İlqar Məmmədov AMİP-də idi, sonra siyasətdən getdi, xarici təşkilatlarda işlədi, sonra qayıdıb REAL yaratdı. Amma Əli Kərimli 40 ildir siyasətdədir, səhvlər edə bilər, amma ardıcıl siyasətdədir. Nemət Pənahlı biznesə getdi, sonra qayıtdı. Bu cür adamları fərqləndirmək lazımdır. Mən demirəm ki, onlar satqındırlar.

Ancaq fəaliyyətin fasiləsinin səbəbini izah etməlidirlər. İlqar Məmmədov radikal mövqedə idi, həbsdən çıxan kimi 180 dərəcə fikrini dəyişdi. Siyasətdə bu sürətlə olmaz axı?!

- Amma özünüz də dediniz ki, radikal vaxtlarınız olub...

-  Rəsul Quliyev dövründə radikal mövqedə idik, sonra konstruktiv yol seçdik. Amma qəfil radikallaşma, sonra qəfil loyallaşma, artıq bu davranışlar dalğavari hərəkət edirsə, deməli, arxasında məqsəd var.

Quranda yazır ki, üç nəfər cəhənnəmə gedəcək. Onlardan biri də hökumət pul verməyəndə onu pisləyib, verəndə tərifləyənlərdir. İlqar Məmmədov deyir ki, ölkədə islahat gedir. Müxalifətdə ittihamlar da buna görə meydana çıxır. İlqar Məmmədov demişdi ki, deputat seçilməsəm, radikal yol tutaram. Bu nə yanaşmadır? Hökumət mandat verirsə, yaxşıdır, vermirsə, pisdir? Sən öz yolunu düz get, ardıcıl mübarizə apar. Əgər məqsədin cəmiyyəti dəyişmək yox, mandat almaqdırsa, onda əxlaqi yanılma var. YAP-dan ya nazirlərdən kimsə çıxarılanda müxalifətə qoşulur, tənqid edir. Deməli, sənin əxlaqi yanılman var, bilirdin vəziyyət necədir, danışmırdın, vəzifəsiz qalanda danışırsan.

- Amma bu suala təkrar qayıtmalı oluram, doğrudan da müxalifətdə “agent”lər var,  yoxsa sizin təhlil etdiyiniz davranışlar bu şübhələri yaradır?

-  Lap deyək ki, “şpiyon” var, əgər sən güclüsənsə nə edə biləcək? Hökumətin müxalifətin içində adamları var. Hətta radikal qüvvələr içində öz adamları var. ADP konstruktiv yol tutub, bizdə niyə agent yerləşdirsin?

Amma kimsə bəyan edir ki, asıb-kəsərəm, hökuməti yıxaram, belə edərəm, onun yanında agent daha çoxdur. Liderlərin çoxu hökumətə “Məşədi ibad” kimi deyir ki, aç qapını, gəlib səni öldürüm. Yaxşı, sən mitinq elə, o da tutmasın, gəlib onu yıxasan?

- Sərdar bəy, mitinq demişkən, Milli Şura ilə REAL inqilab, yoxsa seçki yolu davası aparırlar. Əli Kərimli İlqar Məmmədova deyir ki, xalqı aldatma, seçki mühiti yoxdur...

- Yaxşı, ölkədə seçki mühiti yoxdursa, mitinq mühiti var? Sənə mitinqə icazə verirlər? Seçkidə heç olmasa xalqa sözünü deyirsən. Mən son prezident seçkilərində namizəd olanda partiya üzvlərimiz deyirdilər ki, bizi söyəcəklər, getməyək. Ancaq biz qalib çıxdıq, bir həftə sonra hamı deyirdi ki, nə yaxşı seçkiyə getdik, efirdən sözümüzü xalqa söylədik.

Seçkiyə getmə, boykot elə, mitinqə də icazə verilməsin, onda get evində otur. O mənada İlqar Məmmədovla razıyam ki, seçki mühiti formalaşdırmaq vacibdir. Müxalifət isə deyir ki, atom bombası olsun, gedim həll edim. Birdəfəlik dərk etmək lazımdır ki, kimsə bizə demokratik seçki mühiti verməyəcək. Seçkidə iştirakın iki əsası var: qalib gəlmək üçün və seçkidə iştirak xatirinə iştirak. Bizdə seçkidə iştirak xatirinə iştirak olmalıdır. Nə vaxt gücümüz, pulumuz, arxamızda dünya olacaq, onda qalib gələ bilərik. Əli Kərimli özü antidemokratik seçkidə iştirak edib, iki dəfə parlamentə düşüb, indi nə oldu seçkidən imtina edir?

- Sizə elə gəlmirmi, müxalifətin indiki fəaliyyəti “evcik-evcik” oyununa oxşayır? Ortada heç nə yox, orada REAL-Milli Şura qovğası gedir, burada AXH bir-birini qırır...

- Mən sizinlə razıyam, hədsiz səthi proses gedir. Xalq qoşulmadığı halda bu gün müxalifətin elədikləri evcik-evcik oyununa oxşayır.(musavat.com)

loading...
loading...
Qarabağdan ötəri qurbanam, nəzirəm mən, əmr eylə, komandanım, hücuma hazıram mən!
"Düz 2017-ci ilə qədər ancaq karate olub həyatımda..."
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Dünyanın ən böyük şəlaləsi - MARAQLI...
Dünya
Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır: Dəfələrlə intim münasibətlər təklif edib...
Hadisə
Bərdədəki yanğın sahibkarlara yarım milyon ziyan vurdu: 12 mağaza külə döndü - FOTO
Şou-biznes
Dizlərim, belim ağrıyır, təzyiqim olur, istəyirəm bu problemlərə görə arıqlayım"
Maraqlı
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
Həftənin ən çox oxunanları
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)