Xəbər lenti
20/04/2019 [00:29]:
"Bir daha anladım ki, yekunumuz yenə də bir müddət kabab mədəniyyətində olacaq"
20/04/2019 [00:04]:
Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada
19/04/2019 [23:29]:
Əkizlər 97 gün fərqlə doğuldular
19/04/2019 [22:41]:
“Elinanın ölümü bizim üçün sarsıdıcı oldu” - Ceyhun Bayramov
19/04/2019 [22:32]:
Prezident Administrasiyasının rəhbəri istefa verdi
19/04/2019 [22:30]:
Aleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"
19/04/2019 [22:30]:
"Tənqidlər konstruktiv olarsa biz məsələni daha tez həll edə bilərik" - Nazir
19/04/2019 [22:25]:
İcra başçısı göstəriş verdi... -Araşdırılmasına ehtiyac olan məsələlər həll olunsun
19/04/2019 [22:19]:
Təbrizdə internet kəsildi: qarşıdurma davam edir - Video
19/04/2019 [22:13]:
Ali Məhkəmənin sədri Sumqayıtda... -FOTOLAR
19/04/2019 [22:09]:
CAR-da ayin vaxtı kilsə çökdü, 13 nəfər öldü
19/04/2019 [22:06]:
Seçici şəhadət barmağını kəsib atdı: "Filə səs vermək istəyirdim, səsim gülə getdi”
19/04/2019 [22:04]:
Rusiyadan 105 min dollar çıxarmağa cəhd edən azərbaycanlı saxlanılıb
19/04/2019 [21:47]:
Amerikalını döyən azərbaycanlı futbolçuya daha bir cəza
19/04/2019 [21:40]:
Poroşenko ilə Zelenskinin debatı başlayıb - VİDEO
19/04/2019 [21:36]:
"K.Martirosyan Azərbaycan Prezident Administrasiyasını, N.Danilyan isə NK-nı hədəf almışdı...”
19/04/2019 [21:26]:
“Qəbələ” və “Neftçi” yenə qələbə sevinci yaşadı - VİDEO
19/04/2019 [20:34]:
İntihar etmiş prezidentin tərəfdaşları onun dəfninə gedərkən öldülər
19/04/2019 [20:27]:
Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər - VİDEO
19/04/2019 [19:42]:
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
19/04/2019 [19:24]:
Şortik geyindiyi üçün haqqında yaxalama qərarı çıxdı - FOTO
19/04/2019 [19:24]:
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
19/04/2019 [19:23]:
UFAZ-ın gələcək superkompüterinin təqdimatı keçirilib
19/04/2019 [19:18]:
Abdin Fərzəliyev sakinlərlə görüşdü -FOTOLAR
19/04/2019 [19:16]:
Türkiyədə iki casus saxlanıldı - Biri Qaşıqçının qətlində şübhəli bilinir
19/04/2019 [19:15]:
“Sinif yoldaşımı bıçaqlamışdım” - Fəzail Ağamalı
19/04/2019 [19:06]:
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb
19/04/2019 [19:04]:
Baş nazir: “Gürcüstan hökumətində dəyişikliklər planlaşdırılmır”
19/04/2019 [19:02]:
Müğənni Rüfət Axundovla Rəşad İlyasov məhkəməyə gəlməyib
19/04/2019 [19:01]:
Erməni müxalifəti: "Paşinyan ölkənin həqiqi baş naziri ola bilməyib"
19/04/2019 [19:01]:
Beynəlxalq festivalda 4 ölkə adından çıxış imkanı Azərbaycan üzrə layihə rəhbəri nəsib oldu
19/04/2019 [18:59]:
Rəsulzadəni təhqir edənə deputatdan sərt sözlər: “Bu, ləyaqətsizlik və xalqa nifrətdir”
19/04/2019 [18:58]:
Məşhur onkoloqdan sensasion sözlər: "Sağlamlıq üçün verilən tövsiyələrin hamısı yalandır, əslində..."
19/04/2019 [18:54]:
Ramil Usubov 372 nəfəri işə götürdü
19/04/2019 [18:51]:
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
19/04/2019 [18:46]:
Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib -FOTOLAR
19/04/2019 [18:36]:
Citibank nümayəndəsi UNEC-də təqdimat etdi
19/04/2019 [18:34]:
İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu”
19/04/2019 [18:32]:
Rusiya-Ermənistan birgə təlimləri artırılır: İrəvanın “sülh hazırlığı”
19/04/2019 [18:25]:
İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq
19/04/2019 [18:21]:
Problemli kreditlər üzrə kompensasiyaların verilmə vaxtı açıqlandı
19/04/2019 [18:19]:
Rusiyalı deputat: "Nazirlərin görüşü “təmkinli nikbinlik” üçün əsas verir"
19/04/2019 [18:09]:
"Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"
19/04/2019 [18:05]:
5 yaşlı qızlarını pul qarşılığında ərə verdilər - DƏHŞƏT...
19/04/2019 [17:58]:
Jiru “Çelsi”nin tarxinə adını yazdırdı
19/04/2019 [17:50]:
Bütün dünya bu uşaqdan danışır: Qanında yüksək dərəcədə spirt çıxdı...
19/04/2019 [17:43]:
İran ABŞ-ın 290 kəşfiyyatçısını ələ keçirib
19/04/2019 [17:43]:
“Qarabağ problemi yaxın gələcəkdə “ölü nöqtə”dən tərpənməyəcək, çünki...”
19/04/2019 [17:33]:
Fransa DİN başçısı "sarı jiletlilər"in aksiyasında iğtişaş təhlükəsi barədə xəbərdarlıq edib
19/04/2019 [17:25]:
Səsvermə zamanı səhvə yol verən seçici barmağını kəsdi - İNANILMAZ...
19/04/2019 [17:21]:
"Xaricdə yaşayan zənginlərdən kimsə köməyə gəlsə məmur öncə öz payını istəyəcək..."
19/04/2019 [17:20]:
İstirahət günlərində səyahətə çıxanların nəzərinə!
19/04/2019 [17:15]:
Azərbaycan şəkər idxalını kəskin artırıb
19/04/2019 [17:07]:
Ağac kəsənə 2960 manat cərimə
19/04/2019 [16:59]:
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi
19/04/2019 [16:58]:
Leyla Əliyeva “Bahar sevincləri” sərgisində - FOTOLAR
19/04/2019 [16:50]:
“Oğlum üçün 56 min dollar güzəşt nəzərdə tutulub” - Yasinin atası
19/04/2019 [16:39]:
Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı
19/04/2019 [16:35]:
Ukraynalı deputatlar: "Prezident seçkisinin ikinci turuna az qalmış hər an hər şey dəyişə bilər"
19/04/2019 [16:32]:
İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi
19/04/2019 [16:24]:
“Mygov” istifadəyə verilir - Vətəndaşların işi daha da ASANLAŞACAQ
19/04/2019 [16:17]:
ALDO FERRARİ Kimdir və onu “DƏYİŞMƏK” mümkündürmü?
19/04/2019 [16:15]:
Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişir
19/04/2019 [16:05]:
Moskva danışıqları: Ümidsizlik nədən qaynaqlanır? – Rəylər
19/04/2019 [16:01]:
Ramil Usubov sıra baxışı keçirdi
19/04/2019 [15:52]:
“Ölkəmizdə işığın da, qazın da, benzinin də qiyməti yüksəkdir” – Millət vəkili
19/04/2019 [15:47]:
Qida məhsullarının istehsalı 26,8 faiz artıb
19/04/2019 [15:45]:
Keçmiş əsgərin dəhşətli həyat hekayəsi -O, indi havanı da pulla alır...
19/04/2019 [15:39]:
Bu yollarda xətlənmə işləri aparılacaq
19/04/2019 [15:36]:
Belarusda prezident seçkilərinin tarixi məlum oldu
19/04/2019 [15:33]:
"Ən gözəl filmi də, romanı da Ali Baş Komandan xalqımızla birlikdə çəkib yazmalıdır"
19/04/2019 [15:24]:
“Universitet Yasini ancaq təhsil haqqından azad edib” - Atası
19/04/2019 [15:20]:
Su pulu yığmaq adı ilə qoca qadının evinə girdi, qarət etdi
19/04/2019 [15:17]:
"Cəfər müəllim kimilərə qarşı bu kampaniya ölkəni uçuruma aparanların sifarişidir"
19/04/2019 [15:10]:
Bakıda keçiriləcək Qran Pri qaliblərinə nə qədər pul veriləcək?
19/04/2019 [14:57]:
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
19/04/2019 [14:46]:
"SOCAR Türkiyə"nin maliyyə departamentinin direktoru "Ən Nüfuzlu 50 CFO" mükafatına layiq görüldü
19/04/2019 [14:43]:
DİM 9-cu sinifdən kolleclərə qəbulun şərtlərini ELAN ETDİ
19/04/2019 [14:41]:
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
19/04/2019 [14:40]:
Elmira Axundova ilə üz-üzə...
Bütün arxiv bir sırada
13/04/2019 [10:10] - Reportaj - ( 1048 dəfə baxılıb)

Ağlayan otaqlardakı küskün eksponatlar - Hüseyn Cavidin ev-muzeyindən REPORTAJ



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının harada olduğunu yəqin ki, çoxları bilir. Bəs binanın içində muzey olmağından necə, xəbəriniz varmı? Elə mən də təsadüfən oradan keçdiyim zaman bundan xəbər tutdum.

  

Ev-muzeyinin sahibinin əsərlərini o qədər sevirdim ki, muzeyə necə daxil olduğumu unutdum. Bir də gördüm ki bələdçiylə söhbət edirəm.

 

Haqqında danışdığımız bina 1898-1901-ci illərdə Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə tikilərək, Qızlar Giminaziyası üçün nəzərdə tutulub. 1920-1930-cu illərdə binanın birinci və ikinci mərtəbələri “Darülmüəllimlər giminaziyası” kimi fəaliyyət göstərib. Həmin məktəbin müəllimlərinə isə binanın üçüncü mərtəbəsində qalmaq üçün yer verilib.

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavid də məhz o məktəbdə dərs deyən müəllimlərdən biri idi. 
Cavid ailəsi ilə birlikdə 1920-1937-ci illərdə bu binada yaşayıb. Dahi Hüseyn Cavid yaradıcılığı bu gün Azərbaycan ədəbiyyatının ən tükənməz sərvətlərindən biridir. Təəssüflər olsun ki, bu böyük insanın ömrü vaxtsız tükəndi. 1882-ci ildə Naxçıvan şəhərində anadan olan Hüseyn Cavid əsassız iddialar və türkçülük ideyasının təbliğində ittiham olunaraq, məhz bu evdən gecə radələrində aparılıb, iki il Bayıl və Keşlə həbsxanasında saxlanılıb. 1939-cu ildə isə Sibirə sürgün olunub. Hüseyn Cavid gecə evdən aparıldığı zaman yataq otaqlarında olan saat həyat yoldaşı Müşkünaz xanım tərəfindən elə həmin vaxtda  dayandırılıb. Bu ailənin həyatında olan xoşbəxtlik və səadət də, o saatla birlikdə dayanıb.

 

1918-ci ildə ailə həyatı quran Hüseyn Cavidin həyat yoldaşı Mişkünaz xanımın heç bir təhsili olmayıb. Hüseyn Cavid xanımına söyləyib ki,  “istəyirəm  ilk oxucularımdan biri sən olasan” və ona təhsil verməyə başlayıb. Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkünaz xanım ona biri oğlan - Ərtoğrul Cavid və biri qız - Turan Cavid olmaqla iki övlad bəxş edib.
1976-cı “Cavidi xatırlayarkən” adı ilə işıq üzü görən kitabda Mişkünaz xanımın Hüseyn Cavid haqqında olan bütün fikirləri çap olunub.

  
Solğun otaqlardakı küskün eksponatları gördükdə mənə elə gəldi ki, sanki eksponatlar hələ də Hüseyn Cavidin kədərli taleyinə ağlayırlar.

 

Oqtay Sadıqzadə tərəfindən çəkilmiş Mişkünaz xanımın portretində olan kədərli gözlər bir an olsun belə məndən uzaqlaşmırdı, sanki hara getsəm mənə baxırdı. Kədərli gözlərin ünvanlandığı masanın üstündəki məktublar həmən dəqiqə diqqətimi çəkdi. Solğun məktublara toxunduqda bələdçi bildirdi ki, bunlar Hüseyn Cavidin Sibirdə sürgündə olarkən öz ailəsinə yazdığı məktublardır. Məktubların bir hissəsi ailəsinə məlumat ötürməsin deyə xüsusi xidmət orqanları tərəfindən  cırılarmış. Elə məhz bu orqan tərəfindən cırılan təkcə məktublar deyil, Hüseyn Cavid arzuları və taleyi idi.

 

Hüseyn Cavid hər məktubunun sonunda yazarmış ki, Turandan muğayat olun. Bununla o,  qızı Turanın timsalında Turan ellərini nəzərdə tutarmış. Qonaq otağından asılmış ailənin hər bir üzvünün təsvir edildiyi süjetli xalçaların müəllifi xalçaçı rəssam- Afaq Kərimovadır.

Muzeydə diqqət çəkən eksponatlardan biri də, mərhum şairin əl əsası və öz əlləri ilə yazdığı “Azər” poemasından bir parça idi. Əgər bu gün Hüseyn Cavid yaradıcılığı ədəbiyyatımızdan silinməyibsə, bunun üçün öncə onun qızı mərhum Turan Cavidə, daha sonra isə qonaq otağındakı masada olan gizli siyirmələrə borcluyuq. Dahi Cavidin evində axtarış edilən zaman əsas məqsəd onun bütün əlyazmalarının toplanılması və məhv edilməsi olsa da, masanın gizli siyirməsi olduğunu unudublar. İnsanın müdrüklüyü onun öz gələcəyini görə bilməsindədir. Müdrük Hüseyn Cavid də öncədən onu hansı taleyin gözlədiyini hiss edərək, öz əlyazmalarını məhz bu siyirmələrdə saxlayardı və heç kimi onların yerini dəyişdirməyə qoymazdı.


Hazırda əlyazmaların  orijinal versiyaları “Hüseyn Cavid fondunda” saxlanılmaqdadır.

 

Daha sonra daxil olduğum otaq ədəbiyyatımızda mənzum faciənin banisi olan Hüseyn Cavidin faciə otağı idi. Hüseyn Cavid taleyinin faciəsinin məhz yataq otağından başladığı üçün qızı Turan Cavid böyük ədibin yataq otağını “faciə otağı” adlandırıb. Məhz bu otaqdan asılmış “Qara yazı” adlı tabloda repressiyaya məruz qalmış Azərbaycanın ziyalı sənət adamları - Hüseyn Cavid, Pənah bəy Qasımov, Abbas Mirzə Şərifzadə, Seyid Hüseyn, Əhməd Cavad, Mikayıl Müşfiq represiyada nömrələndikləri sıra nömrələri ilə təsvir olunublar. Tablo nəinki orada təsvir olunmuş böyük sənət adamlarının, eyni zamanda belə böyük sənət adamlarını itirən Azərbaycan incəsənətinin qara yazısı idi. Tablo Oqtay Sadıqzadə tərəfindən hazırlanıb və muzeyə hədiyyə edilib.


Muzeydə Hüseyn Cavidin oğlu, gənc yaşlarda vəfat etmiş Azərbaycan bəstəkarı - Ərtoğrul Cavidə aid eksponatlar da saxlanılır. Ərtoğrul Cavidin öz sevimli müəllimi Azərbaycan klassik musiqi məktəbinin banisi - Üzeyir Hacıbəyliyə yazdığı məktublara toxunduqda, bu ailənin acı taleyinə kövrəlməmək olmur. Xalq düşmənin oğlu kimi damğalanan və İkinci Dünya Müharibəsində ağır tunel işlərində işlədilən Ərtoğrul Cavid Üzeyir bəyə yazırdı: ”Hörmətli müəllimim Üzeyir bəy. Mən buradan anam və bacıma heç cür kömək edə bilmirəm. Ailəmiz başsız qalıb. Ailənin maddi ehtiyaclarını qarşılamaq üçün sizdən xaiş edirəm ki, bacım Turan Cavidi işlə təmin edəsiniz”.

 

Məktubu oxuduqdan dərhal sonra Üzeyir bəy Turan Cavidi radioda işlə təmin edir. Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun” qəzəlinə mahnılar bəstələyən, İkinci Dünya Müharibəsi başlarkən “Şeyx Sənan”, “Məshəti” operaları və bir sıra instrumental əsərləri yarımçıq qalan Ərtoğrul Cavidin həyatı da əsərləri kimi yarımçıq qaldı. 

O, 1943-cü ildə gənc yaşda tutulduğu ağır xəstəlikdən vəfat edib. Ərtoğrul Cavidin əsərləri və yarımçıq əlyazmaları “Hüseyn Cavid fondu”  tərəfindən toplanaraq kitab halında çap edilib, əsərlərindən ibarət disk işıq üzü görüb.


Muzeyin ən maraqlı otaqlarından biri də hazırda Hüseyn Cavid ailəsinin eksponatlarının sərgiləndiyi darülmüəllimlərin direktoru, repressiya qurbanı Pənah bəy Qasımovun otağıdır. Bu otaqda Ərtoğrul Cavidə aid olan sekretar masa muzeyə gələn hər kəsin diqqətini xüsusi cəlb edir. Otaqda həmçinin Müşkünaz xanımın Hüseyn Cavid ocağında istifadə etdiyi mətbəx əşyaları da sərgilənməkdədir. 
Divardan asılan çox maraqlı bir tabloda “İblis” operasının hazırlanma prosesi zamanı - Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Hənəfi Terequlov, Pənah bəy Qasımov və Müslüm Maqomayev təsvir olunublar.

"Bakı bağları” adlı portretdə isə Hüseyn Cavid, Ənvər Məmmədxanlı və onun bacıları, Azərbaycan ədəbiyyatının digər böyük nisgili şairi Mikayıl Müşfiq təsvir olunub. Bu portretə baxdıqdan sonra ilk düşündüyüm isə mərhum Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri oldu. “İsti qum, yaşıllıqlarla dolu sərin bağ – Yenə yığışaraq siz, o bağa dönəydiniz”.


Muzeyin bələdçisi Aytən Cəfərlinin səsiylə xəyal dünyamdan ayrılıb yenidən muzeyə qayıtdım. Düzü bu qədər qəmgin talelərə bələd olub, kövrəlib daha sonra Bakı bağlarına gedib, yenidən muzeyə qayıtmaq mənim üçün heç  asan olmasa da, amma qayıtdım...

Daha sonra isə muzeyin direktoru,  filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı ilə görüşüb, onu dinləmək istədim.



Direktor deyir ki, Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında 1981-ci ildə mərhum Heydər Əliyev tərəfindən sərəncam imzalanıb.

 

“Heydər Əliyev həmin dövrdə Hüseyn Cavid irsinin qorunmarsına böyük dəyər verirdi. 
Qızı Turan Cavid atasının ev-muzeyinin məhz onun bir vaxtlar yaşadığı evdə olmasını istəsə də, Hüseyn Cavidin mənzilini muzeyə verməmişdilər, çünkü muzey Mədəniyyət Nazirliyinin nəzdində yaradılmışdı, ev isə Elmlər Akademiyasının tabeliyində idi. Bu vəziyyət 15 il davam etdi.

 

Turan Cavid bir çox qurumlara bu barədə müraciət etsə də, heç kim ona kömək etmirdi. 1995-ci ildə Turan Cavid mərhum prezident Heydər Əliyevlə görüşərək, bu məsələni onun diqqətinə çatdırdı. Elə həmin ildə Nazirlər Kabinetinin qərarı ilə Hüseyn Cavidin ev-muzeyi Mədəniyyət Nazirliyinin tərkibindən çıxarılaraq, Milli Elmlər Akademiyasına verildi.

Hüseyn Cavidin ev-muzeyi Azərbaycanda yeganə muzeydir ki, Milli Elmlər Akademiyasının nəzdində bir müəssisə kimi fəaliyyət göstərir. Bura ev-muzeyi olmaqdan daha çox tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Bu yaxınlarda 10 cildlik “Cavidşünaslıq” kitabı çapdan çıxdı.

 

“Cavidşünaslıq” kitabları elmi məqalələr toplusudur. Müxtəlif əlifbalarda müxtəlif dövrləri əhatə edir. Bunlar müxtəlif mətbuat orqanlarında çap olunmuş multidistiplinar Cavidşünaslıq materiallarıdır. Ona görə multidistiplinardır ki, biz Cavidşünaslıq dedikdə öncə ədəbiyyat nəzərdə tutulur. Lakin Cavid yaradıcılığında digər elmlər də vardır. Filosoflar, tarixçilər, filoloqlar, sənətşünaslar, teatrşünaslar öz məqalələrində Cavid yaradıcılığının çoxşaxəli elmlərlə əlaqədar olduğundan yazıblar. Ədəbiyyatşünaslığın bütün problemləri Cavid yaradıcılığında əks olunub”. 




Gülbəniz xanımın sözlərinə görə, muzey iki əsas istiqamətdə fəaliyyət göstərir:


“Biri elmi tədqiqat işləri, digəri isə toplamaq, qorumaq və təbliğ etməkdir. Bu istiqamətdə eksponatları toplayıb pasportlaşdıraraq qoruyuruq.

 

Bu yaxınlarda Hüseyn Cavid poeziyası ilə bağlı bədii qiraət müsabiqəsi təşkil olunmuş və qaliblərə xüsusi mükafatlar təqdim olunmuşdur. Həmçinin muzey tərəfindən sözləri Hüseyn Cavid poeziyasına aid olan səsli disk ictimayyətə təqdim olunmuşdur. Dövlətimiz, filoloqlarımız və cəmiyyətimiz Cavid yaradıcılığının təbliğində bizə yaxından kömək edir. Muzey yarandıqdan sonra həyatının son gününə - yəni 2004-cü ilə qədər ona Hüseyn Cavidin qızı Turan xanım rəhbərlik edib”.


“Turan Caviddən sonra muzeyə rəhbərlik etmək sizə çətin olmadı ki” 
sualına Gülbəniz Babaxanlının cavabı belə oldu:

 
Bu həqiqətən çox məsuliyyətli bir iş idi. Turan xanımdan sonra biz onun bütün ideyalarını həyata keçirdik. Arzusunda olub görə bilmədiyi işlləri gördük. Həmişə düşünürəm ki, başımın üstündə Turan Cavidin gözləri var və etdiyim hər bir işə nəzarət edir. Muzeydə olan eksponat və əlyazmalara Turan xanım bütün ömrünü qoyaraq, onları ən ağır məşəqqətlərdən çıxarmışdır.


Biz Turan xanımın arzusunda olduğu “Cavidşünaslıq”ı çap etdik və əsərlərini fransız və ingiliscəyə tərcümə etdik. Fransadakı Azərbaycan Mədəniyyət Mərkəzində o kitablardan 50 nüsxə saxlanılır. O kitabları Fransaya cənab prezidentimiz İlham Əliyev öz əlləri ilə aparıb”.


- Muzeyin maliyyələşməsi necə həyata keçirilir?

 

- Biz dövlət qurumuyuq və bizi dövlət maliyyələşdirir. Hər zaman çalışırıq ki, bizə göstərilən etimadı layiqincə qoruyub saxlayaq.(modern.az)

Şortik geyindiyi üçün haqqında yaxalama qərarı çıxdı - FOTO
5 yaşlı qızlarını pul qarşılığında ərə verdilər - DƏHŞƏT...
Bütün dünya bu uşaqdan danışır: Qanında yüksək dərəcədə spirt çıxdı...
Səsvermə zamanı səhvə yol verən seçici barmağını kəsdi - İNANILMAZ...
"Cəfər müəllim kimilərə qarşı bu kampaniya ölkəni uçuruma aparanların sifarişidir"
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
"Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"
Cəmiyyət
Keçmiş əsgərin dəhşətli həyat hekayəsi -O, indi havanı da pulla alır...
Müsahibə
Professor İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Cəmiyyət
“TƏBİB adlı bir qurumun yaradılmasını məqsəduyğun saymıram...”- Professor...
Cəmiyyət
“Qələmlə Qarabağı geri almaq mümkün deyil...”
Həftənin ən çox oxunanları
Dağlıq Qarabağda  yaşayan yeganə azərbaycanlı(?) kişinin erməni arvadı öldü...-FOTOLAR
Ermənilər İrəvan-Gümrü dəmir yolunu bağladı- Atışma baş verdi, yaralılar var...-FOTO
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
“Fahişəxanalar baş alıb gedir, otellərdə və digər obyektlərdə əxlaqsızlıqlıq hökm sürür"
Separatçı rejim Dilqəmlə Şahbazın doğmalarının  onlarla görüşə bilməsi şərtini açıqladı...
“Bu erməni qrupu Bakı, Sumqayıt, Şamaxıdakı və s. qohumları vasitəsilə məxfi işlər aparır...” 
İcra başçısının müavini Elinanın intiharından danışdı: “Həmin videonu mən...”
“Həbsdən çıxanda elə bildi ki, hamısı başına toplanacaq, ətəyindən öpəcəklər...”
“Toylarımızda Azərbaycan ruhunun qatilinə çevrilirik...”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]