Xəbər lenti
20/04/2019 [00:29]:
"Bir daha anladım ki, yekunumuz yenə də bir müddət kabab mədəniyyətində olacaq"
20/04/2019 [00:04]:
Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada
19/04/2019 [23:29]:
Əkizlər 97 gün fərqlə doğuldular
19/04/2019 [22:41]:
“Elinanın ölümü bizim üçün sarsıdıcı oldu” - Ceyhun Bayramov
19/04/2019 [22:32]:
Prezident Administrasiyasının rəhbəri istefa verdi
19/04/2019 [22:30]:
Aleksandr Lukaşenko: "Artıq hakimiyyətdən doymuşam, Konstitusiyanı dəyişdirməyin vaxtıdır"
19/04/2019 [22:30]:
"Tənqidlər konstruktiv olarsa biz məsələni daha tez həll edə bilərik" - Nazir
19/04/2019 [22:25]:
İcra başçısı göstəriş verdi... -Araşdırılmasına ehtiyac olan məsələlər həll olunsun
19/04/2019 [22:19]:
Təbrizdə internet kəsildi: qarşıdurma davam edir - Video
19/04/2019 [22:13]:
Ali Məhkəmənin sədri Sumqayıtda... -FOTOLAR
19/04/2019 [22:09]:
CAR-da ayin vaxtı kilsə çökdü, 13 nəfər öldü
19/04/2019 [22:06]:
Seçici şəhadət barmağını kəsib atdı: "Filə səs vermək istəyirdim, səsim gülə getdi”
19/04/2019 [22:04]:
Rusiyadan 105 min dollar çıxarmağa cəhd edən azərbaycanlı saxlanılıb
19/04/2019 [21:47]:
Amerikalını döyən azərbaycanlı futbolçuya daha bir cəza
19/04/2019 [21:40]:
Poroşenko ilə Zelenskinin debatı başlayıb - VİDEO
19/04/2019 [21:36]:
"K.Martirosyan Azərbaycan Prezident Administrasiyasını, N.Danilyan isə NK-nı hədəf almışdı...”
19/04/2019 [21:26]:
“Qəbələ” və “Neftçi” yenə qələbə sevinci yaşadı - VİDEO
19/04/2019 [20:34]:
İntihar etmiş prezidentin tərəfdaşları onun dəfninə gedərkən öldülər
19/04/2019 [20:27]:
Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər - VİDEO
19/04/2019 [19:42]:
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
19/04/2019 [19:24]:
Şortik geyindiyi üçün haqqında yaxalama qərarı çıxdı - FOTO
19/04/2019 [19:24]:
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
19/04/2019 [19:23]:
UFAZ-ın gələcək superkompüterinin təqdimatı keçirilib
19/04/2019 [19:18]:
Abdin Fərzəliyev sakinlərlə görüşdü -FOTOLAR
19/04/2019 [19:16]:
Türkiyədə iki casus saxlanıldı - Biri Qaşıqçının qətlində şübhəli bilinir
19/04/2019 [19:15]:
“Sinif yoldaşımı bıçaqlamışdım” - Fəzail Ağamalı
19/04/2019 [19:06]:
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb
19/04/2019 [19:04]:
Baş nazir: “Gürcüstan hökumətində dəyişikliklər planlaşdırılmır”
19/04/2019 [19:02]:
Müğənni Rüfət Axundovla Rəşad İlyasov məhkəməyə gəlməyib
19/04/2019 [19:01]:
Erməni müxalifəti: "Paşinyan ölkənin həqiqi baş naziri ola bilməyib"
19/04/2019 [19:01]:
Beynəlxalq festivalda 4 ölkə adından çıxış imkanı Azərbaycan üzrə layihə rəhbəri nəsib oldu
19/04/2019 [18:59]:
Rəsulzadəni təhqir edənə deputatdan sərt sözlər: “Bu, ləyaqətsizlik və xalqa nifrətdir”
19/04/2019 [18:58]:
Məşhur onkoloqdan sensasion sözlər: "Sağlamlıq üçün verilən tövsiyələrin hamısı yalandır, əslində..."
19/04/2019 [18:54]:
Ramil Usubov 372 nəfəri işə götürdü
19/04/2019 [18:51]:
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
19/04/2019 [18:46]:
Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib -FOTOLAR
19/04/2019 [18:36]:
Citibank nümayəndəsi UNEC-də təqdimat etdi
19/04/2019 [18:34]:
İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu”
19/04/2019 [18:32]:
Rusiya-Ermənistan birgə təlimləri artırılır: İrəvanın “sülh hazırlığı”
19/04/2019 [18:25]:
İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq
19/04/2019 [18:21]:
Problemli kreditlər üzrə kompensasiyaların verilmə vaxtı açıqlandı
19/04/2019 [18:19]:
Rusiyalı deputat: "Nazirlərin görüşü “təmkinli nikbinlik” üçün əsas verir"
19/04/2019 [18:09]:
"Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"
19/04/2019 [18:05]:
5 yaşlı qızlarını pul qarşılığında ərə verdilər - DƏHŞƏT...
19/04/2019 [17:58]:
Jiru “Çelsi”nin tarxinə adını yazdırdı
19/04/2019 [17:50]:
Bütün dünya bu uşaqdan danışır: Qanında yüksək dərəcədə spirt çıxdı...
19/04/2019 [17:43]:
İran ABŞ-ın 290 kəşfiyyatçısını ələ keçirib
19/04/2019 [17:43]:
“Qarabağ problemi yaxın gələcəkdə “ölü nöqtə”dən tərpənməyəcək, çünki...”
19/04/2019 [17:33]:
Fransa DİN başçısı "sarı jiletlilər"in aksiyasında iğtişaş təhlükəsi barədə xəbərdarlıq edib
19/04/2019 [17:25]:
Səsvermə zamanı səhvə yol verən seçici barmağını kəsdi - İNANILMAZ...
19/04/2019 [17:21]:
"Xaricdə yaşayan zənginlərdən kimsə köməyə gəlsə məmur öncə öz payını istəyəcək..."
19/04/2019 [17:20]:
İstirahət günlərində səyahətə çıxanların nəzərinə!
19/04/2019 [17:15]:
Azərbaycan şəkər idxalını kəskin artırıb
19/04/2019 [17:07]:
Ağac kəsənə 2960 manat cərimə
19/04/2019 [16:59]:
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi
19/04/2019 [16:58]:
Leyla Əliyeva “Bahar sevincləri” sərgisində - FOTOLAR
19/04/2019 [16:50]:
“Oğlum üçün 56 min dollar güzəşt nəzərdə tutulub” - Yasinin atası
19/04/2019 [16:39]:
Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı
19/04/2019 [16:35]:
Ukraynalı deputatlar: "Prezident seçkisinin ikinci turuna az qalmış hər an hər şey dəyişə bilər"
19/04/2019 [16:32]:
İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi
19/04/2019 [16:24]:
“Mygov” istifadəyə verilir - Vətəndaşların işi daha da ASANLAŞACAQ
19/04/2019 [16:17]:
ALDO FERRARİ Kimdir və onu “DƏYİŞMƏK” mümkündürmü?
19/04/2019 [16:15]:
Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişir
19/04/2019 [16:05]:
Moskva danışıqları: Ümidsizlik nədən qaynaqlanır? – Rəylər
19/04/2019 [16:01]:
Ramil Usubov sıra baxışı keçirdi
19/04/2019 [15:52]:
“Ölkəmizdə işığın da, qazın da, benzinin də qiyməti yüksəkdir” – Millət vəkili
19/04/2019 [15:47]:
Qida məhsullarının istehsalı 26,8 faiz artıb
19/04/2019 [15:45]:
Keçmiş əsgərin dəhşətli həyat hekayəsi -O, indi havanı da pulla alır...
19/04/2019 [15:39]:
Bu yollarda xətlənmə işləri aparılacaq
19/04/2019 [15:36]:
Belarusda prezident seçkilərinin tarixi məlum oldu
19/04/2019 [15:33]:
"Ən gözəl filmi də, romanı da Ali Baş Komandan xalqımızla birlikdə çəkib yazmalıdır"
19/04/2019 [15:24]:
“Universitet Yasini ancaq təhsil haqqından azad edib” - Atası
19/04/2019 [15:20]:
Su pulu yığmaq adı ilə qoca qadının evinə girdi, qarət etdi
19/04/2019 [15:17]:
"Cəfər müəllim kimilərə qarşı bu kampaniya ölkəni uçuruma aparanların sifarişidir"
19/04/2019 [15:10]:
Bakıda keçiriləcək Qran Pri qaliblərinə nə qədər pul veriləcək?
19/04/2019 [14:57]:
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
19/04/2019 [14:46]:
"SOCAR Türkiyə"nin maliyyə departamentinin direktoru "Ən Nüfuzlu 50 CFO" mükafatına layiq görüldü
19/04/2019 [14:43]:
DİM 9-cu sinifdən kolleclərə qəbulun şərtlərini ELAN ETDİ
19/04/2019 [14:41]:
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
19/04/2019 [14:40]:
Elmira Axundova ilə üz-üzə...
Bütün arxiv bir sırada
13/04/2019 [17:12] - Müsahibə - ( 3884 dəfə baxılıb)

Tarixi məktəbin direktoru: “Müəllim və şagirdi univermağa aparıb, nə ehtiyacı varsa, alıram”

“Demişəm, deyəcəyəm də, məktəblərə ən ağır zərbə repetitorlar və hazırlıq kursları vurur”


Moderator.az Qobustan rayonu Şikar Şikarov adına Sündü tam orta məktəbinin direktoru Ziya Məlikovla müsahibəni təqdim edir:

- Ziya müəllim, əvvəlcə məktəbinizin tarixindən danışaq... 

- Məktəbimiz 1920-ci ildə tikilib. İlk müdiri də Babaş Hasilov olub. Təhsilli olub, Sabirabadın Qayağalı kəndində  müəllim işləyirmiş. O zaman burada evlərdə dərs keçirlərmiş. Müəyyən evlər var idi ki, şagirdlər oraya yığışar, dərslər alırlarmış. O zaman Şamaxı qəzasında məsələ qaldırıblar ki,  məktəbin tikilməsi üçün buranı, bizim kəndimizi  seçsinlər. Kəndimizdə təhsilli adamlar çox olub. Həm də ətraf  ərazilərdən fərqli, bura oturaq məkan olduğundan məktəbin tikintisi üçün məhz kəndimizi  seçiblər. O zaman Rusiyanın himayəsində olduğumuza görə, Babaş Hasilov sənədləşmələrlə çox məşğul olub və nəhayət, məktəbin  tikintisinə 1920-ci ildə başlayıb, 1924-cü ildə inşasını tamamlayıblar. Hasil Babaşov məktəbin ilk müdiri  təyin olunub.  Ətraf kəndlərdən gələn şagirdlər üçün məktəbin həyətində  yataqxana da tikilib. Bura əvvəlcə dördsinifli məktəb olub, yəni ancaq ilk mərhələ, ibtidai təhsil üçün nəzərdə tutulub. Müəyyən mənbələrdə də deyildiyi kimi əvvəllər məktəblər ikisinifli, dördsinifli, 1950-ci illərdən başlayaraq isə yeddisinifli tədris ocaqları kimi  kimi fəaliyyət göstəriblər. Tədricən sonralar isə onillik və nəhayət, on bir illik məktəblər fəaliyyətə başlayıb. 
Mən 1975-ci ildə bu məktəbin X sinfini bitirdim. İstedadım olduğuna görə, təklif etdilər ki, ali məktəbə qəbul ola bilməsən, gəl, burada səni işə götürək. O vaxtlar da rəssamlıq xülyasında idi. Ancaq ali məktəbə qəbul ola bilmədim. Çünki ora hazır rəssamlar lazım idi. Bura qayıtdım və əsgər gedənə kimi Əmək təlimi müəllimi işlədim. Hərbi xidmətdən  sonra müəyyən səbəblərdən məktəbdən bir müddət ayrıldım. Kino mexanikliyi, daha sonra mühəndislik fakültəsini bitirdikdən sonra 1998-ci ildən isə yenidən burada çalışmağa başladım. İxtisasım ibtidai metodikadır. Əvvəl təşkilati məsələlər üzrə müavin kimi  işləməyə başladım, 2005-ci ildən isə direktor kimi çalışıram. 
Məktəbimizdə hazırda 30 müəllim, 240 şagird var. Hər il minimum 4 şagirdimiz ali məktəbə qəbul olunur. Son illər isə 11-12 şagiridimiz tələbə adını qazanır. Bu il 11 məzunumuz  yüksək balla ali məktəbə qəbul olundu. İkisi - 650-653 balla- Tibb Universitetinə,  üçü Bakı Dövlət Universitetinin Kimya-Biologiya fakültəsinə,   biri isə Prezident yanında Dövlət İdarəetməçilik Akademiyasına qəbul oldu. Ümumiyyətlə, şagirdlərimiz məktəblərarası, hətta region üzrə olimpiadalarda fəal iştirak edirlər.
- Şagirdlərinizin uğurlarından danışdınız: Bəs, uşaqlar bu nailiyyətləri qazanmaq üçün əlavə müəllimlərlə hazırlaşırlarmı?

- Şəhər məktəblərindən fərqli olaraq, hansı şagirddə xüsusi istedadın olduğunu aşkar ediriksə o şagirdi güclü nəzarətə götürürük. Həmçinin, belə şagirdlərin qabiliyyətini tam üzə çıxarmaqdan ötrü dövlətin ayırdığı əlavə məşğələlər var; Fakültətiv, dərsdənkənar məşğələlər. Öz növbəmdə, həmin şagirdləri ora yönəldirəm . Onlar təmənnasız olaraq, o məşğələlərdə iştirak edib, müəllimlərimizin nəzarəti ilə oxuyurlar. Şagirdin oxuması, hazırlaşması üçün ən əsas iş şəraitin yaranmasıdır. Biz şagirdlərimizə o şəraiti yaradır, onları lazımı vəsaitlərlə təmin edirik. İnternetdən, kompüterdən, müxtəlif  kitablardan istifadə etmək üçün imkan yaradırıq. 

Bir örnəklik haşiyə
 
“Olimpiadalarda iştirak edən şagirdlərə  şərt qoyuram ki, hər kim Respublika olimpiadasında hər hansı bir yer tutarsa, onu başdan-ayağa geyinib-keçindirəcəyəm; təkcə uşağı yox, onun müəllimini də univermağa aparıb, nəyə ehtiyacları varsa, alıram. Bunlarla yanaşı, şagirdlərimizin müsabiqələrə gedib-gəlməsini də, yəni kəndimizdən rayona gedib-gəlişini öz üzərimə götürürəm. Özüm aparıb-gətiririəm. Təki nəticə olsun. Əvvəllər şagirdlərimizin az bal toplamalarına səbəb o idi ki, bəzi müəllim çatışmazlıqları var idi. Məsələn, bizdə olan bəzi müəllimlər təqaüdə çıxdıqdan sonra, yerinə müəllim gec tapılırdı, tapılan müəllim bizi qane etmirdi”. 

- Bildiyimiz kimi, son illərdə Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, bir çox yerlərə gənc müəllimlər təyinat alırlar. Onların fəaliyyəti necə, sizi qane edir? 

- Təyinatla gələn müəllimlərlə şərt kəsirəm: “Bir-iki gündən ötrü gəlirsinizsə heç gəlməyin. Əgər gəlib, burada qalacaqsınızsa, sizə kəndimizdə yaşamaq üçün hər cür şərait yaradıb, kifayət qədər dərs saatı veririk”. Bunların müqabilində yeganə tələbim odur ki, şagirdlərlə ciddi və məsuliyyətlə məşğul olsunlar. Əgər müəllim şərtlərimizlə tam razılaşırsa, qəbul edirəm. 3-4 müəllim olub ki, onlar bizi qane etmədiyindən, işdən kənarlaşdırmışam. Şagirdlərə, məktəbimizə məsuliyyətsiz yanaşıblar. Nəticəsi yaxşı olan müəllimlərlə işləyirəm. Hazırda məktəbimizi qane edən müəllimlər çoxdur. Onlara şagirdlərlə məşğul olmaq üçün hər şəraiti yaradırıq. Hətta qonşu kəndlərdən şagirdləri olur. Bizə belə müəllimlər lazımdır. Nəticələri də yüksəkdir. Hazırda iki müəlliməmiz bizdə təyinatla çalışır. Biri İngilis dili, digəri Kimya müəlliməsidir. Qalan müəllimlərimiz yerli sakinlərdir. İngilis dili müəlliməsi artıq üçüncü ildir ki, bizimlə çalışır. Çox istedadlı xanımdır. Gəldiyi gündən uşaqlarda dilə maraq oyadıb. Hətta şagirdləri qəbul imtahanında ən çox - 24 suala düzgün cavab yazır. 
Məktəbimizin üstün cəhəti odur ki, hər müəllim öz ixtisas dərsini deyir. Qeyri-ixtisasa bir saat da olsa dərs vermirik. Hazırda Tarix fənnindən  iki şagirdimiz var ki, rayon müsabiqəsində yer tutublar, region olimpiadasına hazırlaşırlar.   Qobustan rayonunda bu günə qədər 29 məktəbin heç birindən Respublika olimpiadasında yer tutan şagird yoxdur. Bizim məktədən isə bu illər ərzində 15 nəfər şagird məktəbimizin, kəndimizin adını yüksəldərək,  Respublika olimpiadasına çıxıb. “İlin müəllimi” müsabiqəsinin qalibləri  də 2008 və 2010-cu ildə bizim məktəbdən olub. Tərəqqi medalı qazanmış müəllimlərimiz də var. Bir çox rayon məktəbləri var ki, şagirdlərimizin yüksək nailiyyətlərinin təcrübəsini bizdən öyrənirlər. 
Yeganə problemimiz odur ki, geniş ərazi şəraitimiz yoxdur. Siniflərimiz daha geniş, otaqlarımızın sayı daha çox olsa,  yaxşı olardı. Söz yoxdur ki, siniflərimiz kompüterlərlə, internetlə təmin olunub.  Kimya, Biologiya, Fizika otaqlarımız,  təcrübə otaqlarımız , laboratoriya otağımız var. Bu il möhtərəm Prezidentimizin qərarı ilə Qobustan rayonuunda 4 il ərzində 4 məktəbin tikintisi nəzərdə tutulub. İlk növbədə qəzalı məktəblər nəzərdə tutulub. Bizim məktəb də qəzalı məktəblər sırasına daxildir. Tikintisi 360 yerlik nəzərdə tutulub. Artıq sənədləşmə işləri demək olar ki, bitmək üzrədir. 

- Məktəbin yeni binasının tikintisi harada planlaşdırılır?  

- Biz elə öz məktəbimizin yerində tikilməsini istəyərdirk. Sovet dönəmində belə bir qayda var idi: Məktəb yerləşən yerdə qəbiristanlıq olmamalı, nəqliyyat yolundan kənarda yerləşməli idi. Əfsus ki, kənd məktəblərində indi bu məsələlərə az baxılır.  Bizim məktəbimizin yeri bu baxımdan çox əlverişlidir. Bu barədə səlahiyyətli şəxsləri məlumatlandırmışıq. Şagirdlərin, müəllimlərin gedib-gəlişi üçün məktəbimizin yeri çox əlverişlidir. Ən başlıcası, axar suyumuz var. Birbaşa bulaqdan çəkilib. 1957-ci ildə bu məktəbin Xədicə adlı direktoru olub və bu  suyu da o çəkdirmişdi. 2015-ci ildə isə yerini daha da genişləndirdik. Məktəbimiz qəzalı olsa da, tarixi binadır. Bu binanı muzey kimi də saxlamaq olar. Hələki, gözləyirik. Təkliflərimizi də irəli sürmüşük. 

- Bu il neçə buraxılış sinfiniz olacaq? Şagird artımı məktəbdə hansı problemlərə səbəb olur?

- İki sinif, yəni 26 şagirdimiz məzun olacaq. Bizdə uyğunlaşdırılmış olduğuna görə, 12-14 nəfərdən artıq şagird siniflərə yerləşmir. Hər şagirdə sinif otağında 2,5 kvadrat ərazi düşməlidir. 5-6 kub da hava tutumu olmalıdır. Üstəgəl siniflərdə isidici sobalar olduğundan siniflərdə şagirdlərimiz azdır.  

- Sizcə, müəllim  üçün kənddə və ya şəhərdə işləməyin fərqi varmı?

- Öz peşəsini sevən, hörmət edən əsl müəllim  üçün işlədiyi məkanın heç bir fərqi yoxdur. Müəllim də, məktəb direktoru da gününü məktəbə həsr etməlidir. Nə qədər ki, müəllimlər öz saatlarını deyib aradan çıxacaqlar, orada bir nəticə də olmayacaq. Məktəb rəhbəri işə saat 10-da gəlib 4-də getməlidir. Mən isə 8-də gəlib axşam saat 7-8-də gedirəm. Hər şeyə özüm nəzarət edirəm. Müəllim dərsini deyib çıxıb getməməlidir. Müəyyən saatlarda dərsi bitsə də məktəbdə olub, şagirdlərinə daim nəzarət etməlidir. Məktəbin bütün tədbirlərində yaxından iştirak etməlidir. Belə olan halda, məktəbin bütün işləri yaxşı olacaq, nəticələr yüksək olacaq. Mən hər zaman demişəm, deyəcəyəm də, məktəblərə ən ağır zərbə vuran faktor repetitorluq və hazırlıq kurslardır. Buraya bir çox kurslardan müraciət edənlər olur. Mən yaxın buraxmıram. Kurslar zəif şagirdləri götürmürlər. Güclü şagirdlərimi də mən vermirəm. Çünki şagirdləri yetirən məktəbdir. Güclü uşaqları götürüb  topladığı yüksək nəticəni öz adlarına yazan kursları mən qəbul etmirəm. Şagirdi XI sinfə qədər məktəb yetişdirir. Kurslarda testin texnikasını öyrədirlər, vəssalam.  Ötən il rayon olimpiadasında digər məktəblərdən  kurslarda məşğul olan 100 bala qədər toplayan şagirdlər var idi. Bizim məktəbdən isə bir şagird qatılmışdı və 75 bal topladı. Region olimpiadasına isə 100 bal toplayan şagirdlərin heç biri keçə bilmədi. Bizim şagirdimiz qızıl medal qazandı. Deməyim odur ki, kurslar testin texnologiyasını öyrədir. Bizim şagirdlər isə əsl savad alırlar. 

- Sizcə ötən illərlə müqayisədə şagirdlər ali məktəbə qəbul olmağa nə qədər istəklidirlər?

- Hər kəs ali məktəbə qəbul olmaq istəyər. Amma çoxunun vəziyyəti yaxşı deyil. Maddi cəhətdən çətinlikləri olan şagirdlər çoxdur. Məsələn, ötən il 3 nəfərin, bu il iki nəfərin ailə vəziyyəti çox çətindir. Ailədə heç bir valideyn işləmir. Biz burada bacardığımızı edirik. Amma universitetə qəbul olduqları zaman ora getməkdə çətinlik çəkirlər. Valideynlər bir yolunu tapıb uşaqlarını oxumağa göndərirlər. Biz müəllimlərlə tez-tez o  şagirdlərimizə maddi köməklik göstərməyə çalışırıq. Universitetə qəbul olmuş şagirdlərimiz də məzun olduqdan sonra məktəbimizdə müəllim işləməyi təklif edirik. Uşaqları çox vaxt valideynlər də yanlış istiqamətləndirir.  

- Sizcə, müəllim, şagird, valideyn. Bu 3 istiqamətin hansı ilə işləmək daha çətindir?

- İndiki zamanda həm valideynlərlə, həm də şagirdlərlə işləmək çətindir. Bəzən uşaqlara bir söz demək olmur, danlamaq olmur. Valideynlər çox vaxt övladlarının yanlışının fərqinə varmadan, səhvini görmədən, danladıqları üçün müəllimləri günahlandırır. Valideyn övladı ilə həm tərbiyə, həm savad baxımından müntəzəm məşğul olarsa, o zaman şagird də düzgün istiqamətlənəcək, getdiyi yanlışdan teliklə geri dönəcək. Sanki valideynlər müəllimlərə  etibar etmir. Məktəblə valideyn münasibəti 40 faizdir.  

- Direktor kimi hansı səlahiyyətinizin artırılmasını istəyərdiniz?

- İstəyərdim müəllimə nəzarəti, işə qəbulu rəhbərlik etsin. Bu gün biz texniki işçiləri belə nə çıxara bilirik, nə də özümüz təyin edə bilirik. Bizi qane etməyən işçiləri çıxara bilmirik. 

O gün rayon olimpiadasında 23 şagirdimiz iştirak edib. Və ya inşa, rəsm müsabiqələrinə qatılan şagirdlərimiz olur. Onlar bu uzaq kənddən rayona necə getməlidirlər? Bunu təəssüf ki, düşünən yoxdur. Təklif edərdim ki, bu cür müsabiqələrdə itirak etmək üçün maddi tərəfi də düşünülsün. Müsabiqələrə getmək üçün maşın ayrılsın. Rəsm müsabiqələri üçün çərçivə lazım olduqda belə, hər hansı sənəd üçün şəkil çəkdirmək lazım olduqda belə bəzi ailələr çətinlik çəkir. Kənd yeridir, elə ailə var ki, bir parça çörəyə möhtacdır. 

Ülviyyə Qarayeva

Şortik geyindiyi üçün haqqında yaxalama qərarı çıxdı - FOTO
5 yaşlı qızlarını pul qarşılığında ərə verdilər - DƏHŞƏT...
Bütün dünya bu uşaqdan danışır: Qanında yüksək dərəcədə spirt çıxdı...
Səsvermə zamanı səhvə yol verən seçici barmağını kəsdi - İNANILMAZ...
"Cəfər müəllim kimilərə qarşı bu kampaniya ölkəni uçuruma aparanların sifarişidir"
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Mədəniyyət
"Sumqayıt şəhərində muğamı təbliğ edən Mərkəzin inşası təqdirəlayiq addımdır"
Cəmiyyət
Keçmiş əsgərin dəhşətli həyat hekayəsi -O, indi havanı da pulla alır...
Müsahibə
Professor İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Cəmiyyət
“TƏBİB adlı bir qurumun yaradılmasını məqsəduyğun saymıram...”- Professor...
Cəmiyyət
“Qələmlə Qarabağı geri almaq mümkün deyil...”
Həftənin ən çox oxunanları
Dağlıq Qarabağda  yaşayan yeganə azərbaycanlı(?) kişinin erməni arvadı öldü...-FOTOLAR
Ermənilər İrəvan-Gümrü dəmir yolunu bağladı- Atışma baş verdi, yaralılar var...-FOTO
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
“Fahişəxanalar baş alıb gedir, otellərdə və digər obyektlərdə əxlaqsızlıqlıq hökm sürür"
Separatçı rejim Dilqəmlə Şahbazın doğmalarının  onlarla görüşə bilməsi şərtini açıqladı...
“Bu erməni qrupu Bakı, Sumqayıt, Şamaxıdakı və s. qohumları vasitəsilə məxfi işlər aparır...” 
İcra başçısının müavini Elinanın intiharından danışdı: “Həmin videonu mən...”
“Həbsdən çıxanda elə bildi ki, hamısı başına toplanacaq, ətəyindən öpəcəklər...”
“Toylarımızda Azərbaycan ruhunun qatilinə çevrilirik...”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]