Xəbər lenti
18/06/2019 [01:18]:
Bitkoinin məzənnəsi son 13 ayın ən yüksək həddinə çatıb
18/06/2019 [01:15]:
Leyla Əliyeva bir sıra görüşlər keçirib - YENİLƏNİB+FOTO
18/06/2019 [01:14]:
Neymarın bütün daşınmaz əmlakına həbs qoyuldu
18/06/2019 [01:11]:
Bu gün Avropa Liqasının ilk təsnifat mərhələsinin püşkü atılacaq
18/06/2019 [01:08]:
Azərbaycan güləşçisi Avropa çempionatında erməniyə qalib gələrək, finala yüksəlib
18/06/2019 [00:57]:
"Düşmən görür ki, Azərbaycan ya təkbaşına, ya da Türkiyə ilə birgə hərbi təlimlər keçirir və..."
18/06/2019 [00:34]:
Leyla Əliyeva körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində - FOTO
18/06/2019 [00:19]:
Qaradağda dəhşətli qəza: Əcnəbi zavod işçiləri öldü - VİDEO + YENİLƏNİB
18/06/2019 [00:00]:
Kəlbəcərli gənclər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR
17/06/2019 [23:43]:
Azərbaycan XİN Ermənistanın Qarabağda hərbi təlimləri barədə
17/06/2019 [23:35]:
Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı
17/06/2019 [23:08]:
ABŞ sanksiyaları “Huawei”ə nə qədər ziyan vurub?
17/06/2019 [22:48]:
TANAP-dan üçrəngli bayrağımıza qarşı "texniki" hörmətsizlik... - FOTO + VİDEO
17/06/2019 [22:42]:
“Qarabağ”-ın Çempionlar Liqasındakı potensial rəqibləri bu komandalardır
17/06/2019 [22:01]:
Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür
17/06/2019 [21:58]:
Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil”
17/06/2019 [21:31]:
Demokratik yolla seçildi, 1 il sonra devrildi, 6 il sonra həbsxanada dünyasını dəyişdi...
17/06/2019 [19:58]:
“Apple” CEO-su Trampla görüşdü
17/06/2019 [19:56]:
Prodüsser efirdə Əli Mirəliyevin yalanını üzə çıxardı– VİDEO
17/06/2019 [19:52]:
Zelenski ukraynalı qadınları ölkənin turizm brendi adlandırdı - MARAQLI...
17/06/2019 [19:11]:
Əkrəm İmamoğlu ilə xanımının tanışlıq hekayəsi...
17/06/2019 [19:07]:
Vətəndaş qəzaya düşdü, ilk yardımı Yıldırım etdi - Foto
17/06/2019 [19:02]:
Sevda ikinci ərindən də ayrıldı - FOTO
17/06/2019 [18:55]:
Dünya çempionumuz yeni qurum yaratdı
17/06/2019 [18:55]:
Ruhani Avropaya son şans verdi
17/06/2019 [18:54]:
Nigeriyada terror: 30 ölü, 40 yaralı
17/06/2019 [18:54]:
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
17/06/2019 [18:52]:
Bodrumda faciə: 12 mühacir boğuldu - VİDEO
17/06/2019 [18:47]:
“Belə çıxır ki, Surət Hüseynov “QRU”nun agenti olub?”- Eks Baş prokuror cavab verir...
17/06/2019 [18:43]:
12 il azadlıqdan məhrum olunan hərbçi məhkumun etirafları – VİDEO
17/06/2019 [18:41]:
Oman körfəzində neft tankerlərinə hücum: İran ABŞ pilotsuz təyyarəsinə də raket atıb
17/06/2019 [18:32]:
Baş Qərargah rəisi: “İranın Hörmüz boğazını bağlamaq niyyəti olarsa, bunu elan edəcəyik”
17/06/2019 [18:27]:
Qaradağda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər ölüb
17/06/2019 [18:24]:
İtaliyanın dövlət borcunda növbəti rekord qeydə alınıb
17/06/2019 [18:23]:
Bakıda kişi yolun ortasına uzanıb bütün hərəkəti dayandırdı - VİDEO
17/06/2019 [18:20]:
Əli Şəmxani: “İran xüsusi xidmət orqanları xarici kiberşəbəkə aşkar edərək çökdürüb”
17/06/2019 [18:19]:
İranın Təhlükəsizlik Şurasının baş katibi Moskvaya səfər edəcək
17/06/2019 [18:12]:
Krala ərə gedən model ilk dəfə oğlunu göstərdi - FOTO
17/06/2019 [17:37]:
Mövsümü qabaqlayan giləmeyvə - VİDEO
17/06/2019 [17:10]:
Ağstafada güllə yarası alanlardan birinin ayağı kəsildi
17/06/2019 [17:09]:
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
17/06/2019 [16:58]:
Hərbi operator Ağdərənin necə boşaldılmasından bəhs etdi - VİDEO
17/06/2019 [16:52]:
Bakıda qadın keçmiş sevgilisini şantaj etdi - Kondisioner ver
17/06/2019 [16:49]:
Aparıcı valideynlərə səsləndi: Polisə şikayət edəcəyəm -VİDEO
17/06/2019 [16:38]:
Ən çox internetdən istifadə edən ölkələr… –SİYAHI
17/06/2019 [16:38]:
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
17/06/2019 [16:08]:
Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
17/06/2019 [15:57]:
TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Kamilə Əliyeva yazdı
17/06/2019 [15:52]:
20 Yanvarın səbəbkarlarından olan DTK generalı öldü
17/06/2019 [15:51]:
İran uran istehsalını 4 qat artırır - Bəyanat
17/06/2019 [15:40]:
Yıldırımdan İmamoğlu haqda inanılmaz paylaşım
17/06/2019 [15:37]:
Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO
17/06/2019 [15:29]:
“Yataqda baş verənləri qələmə almaq şeir deyil, erotikadan yazanda da elə yazsınlar ki...”
17/06/2019 [15:23]:
Biləsuvarda qıza əxlaqsız hərəkət edən mollanı soyundurub döydülər
17/06/2019 [15:21]:
İlham Əliyevin nəvəsinin ad günündən GÖRÜNTÜLƏR
17/06/2019 [15:12]:
6300-dən çox bakalavr ixtisas seçimi edib
17/06/2019 [15:10]:
“Ermənilər iki yüz ildir ki, məhz bu sahəyə yatırımlar edirlər, amma bizim milyonerlər...”
17/06/2019 [14:58]:
Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO
17/06/2019 [14:56]:
Düşmən  torpaqlarımızda 10 minədək hərbçi,  150 zirehli texnikanın iştirakıyla təlim başlatdı-VİDEO    
17/06/2019 [14:55]:
İlkindən təşəkkür açıqlaması - “Dəstəyiniz mənə kömək oldu”
17/06/2019 [14:52]:
Zərrinin bir günlük əri dələduz çıxdı
17/06/2019 [14:51]:
Ağstafada ağır qətl törədən gəncin FOTOSU
17/06/2019 [14:50]:
Azərbaycanın tanınmış mühəndisi vəfat edib
17/06/2019 [14:45]:
Sürücü yüksək sürətin qurbanı oldu - FOTO
17/06/2019 [14:32]:
“Qarabağ məsələsində Rusiyanın bitərəfliyini təmin etmək olardı...”
17/06/2019 [14:26]:
Əfqanıstan məhsullarından ibarət ilk partiya yeni marşrutla Türkmənistan ərazisindən Azərbaycana gəlib
17/06/2019 [14:21]:
Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib
17/06/2019 [14:18]:
Avropa İttifaqı Oman körfəzindəki hadisələrlə bağlı bəyanat verib
17/06/2019 [14:17]:
Baş Prokurorluq və DİN Ağstafada bazardakı silahlı insidentlə bağlı rəsmi məlumat yayıb
17/06/2019 [14:11]:
Azərbaycan qazı Avropaya çatdırılıb
17/06/2019 [13:30]:
Sabah da isti olacaq...
17/06/2019 [13:25]:
“Elçibəy mənə baş nazir, Heydər Əliyev isə baş nazirin müavini vəzifəsini təklif etdi...”
17/06/2019 [13:23]:
“Yaşayacağıma ümid yox idi, təbabətin diliylə desək yüz faiz ölməliydim, amma...”
17/06/2019 [13:04]:
Eldar Sabiroğlu oğlundan imtina etdi: "Qəbrimə gəlmə"
17/06/2019 [13:02]:
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
17/06/2019 [12:53]:
İllər keçir, bizsə nə yaşadıq ki...
17/06/2019 [12:53]:
ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: "İşinin başındadır"
17/06/2019 [12:50]:
"Dişsiz, dilsiz, xaraktersizlərin meydanı deyil Rusiya" - Tanınmış jurnalistdən ittiham...
17/06/2019 [12:46]:
Vida öpüşündə qız kişinin dilini qopardı...
17/06/2019 [12:42]:
Səyyar ASAN xidmət davam edir
Bütün arxiv bir sırada
15/04/2019 [10:35] - Maraqlı - ( 1684 dəfə baxılıb)

Heyvanxanada yaşamaq...



İnsan oğlu ağlı kəsəndən göylərdə öz bənzərini arayıb. Bəzi düşüncə adamları “Başqa planetlərdə yaşayanlar bizi çoxdan tapıblar” deyərək onsuz da sirli olan Yaradılış və Həyatı daha da sirli qılıblar. Qəribə məxluqdur insan – bəzən sualın cavabını tapmaqdan mutlu ola bilmir. Parisdə “Cité des Sciences et de l’Industriem” adlı bir elm muzeyi var. Burada toplanan “Dünya Xaricindəki Həyatla Mesajlaşma” (Messaging Extraterrestrial Intelligence-METI) adlı layihə çərçivəsində araşdırmaçılar belə bir qənaətə gəliblər – Bizi heyvanxanada saxlayırlar. Zatən “Yadplanetlilər insanları heyvanxanadakı kimi kənardan müşahidə edirlər” deyən alimlərin sayı çoxalmaqdadır.

* * *

Ulduzlu bir gecədə baxışlarımızı göyün dərinliklərinə dikəndə qarşımıza çıxan epik gözəllikdən tilsimlənmək, Kainatın sonsuz ənginliyindən heyrətə düşməmək mümkün deyil. Buna “ekzistensial boşluq”dan sarsılmaq da deyirlər. Görkəmli italyan alimi Enriko Fermi də bənzər bir sarsıntı keçirir. Fizik dostları ilə şam yeməyində sonralar “Fermi Paradoksu” adlanacaq məşhur sualını verir: “Bəs hardadır onlar?”…

Enriko Fermi (1901-1954) nüvə fizikasının banisi, ilk nüvə reaktorunun müəlliflərindən biri, Nobel mükafatı laureatıdır. Onu atom bombasının atası da adlandırırlar. Ancaq elmi-populyar ədəbiyyatda alimi “Fermi Paradoksu”na görə də xatırlayırlar. Verdiyi suala hələ də əməlli cavab tapan yoxdur, alimlər indiyə qədər baş sındırırlar. İnkişaf etmiş başqa mədəniyyətlərin var olduqlarını araşdıranlardan biri də Frank Dreykdir (Frank Drake, 1930). Amerikalı astronom Kainatda başqa həyatın olma ehtimalını tapmaq üçün istifadə edilən “Dreyk tənliyi”nin müəllifidir. 89 yaşlı professor hələ də başqa planetlərdə həyat izi axtarır — gah kosmosdan gələn siqnalları qeydə alır, gah Yer xaricindəki sivilizasiyalara müraciət ünvanlayır, gah da onlara radio-müraciət göndərir. Ancaq hələ ki “qardaşlardan” xəbər-ətər yoxdur.

Fermi Paradoksuna cavab kimi ortaya müxtəlif nəzəriyyələr atılıb. Onlardan bəzilirinə görə biz Kainatda yalnızıq, elə buna görə də başqa mədəniyyətlərə dair heç bir iz yoxdur. Başqa bir yanaşmaya görə isə yadplanetlilər Yer kürəsinə insanın yaranmasından əvvəl gəlib və geri dönüblər. Bəzi araşdırmaçılar isə yadplanetlilərin özlərini təhlükəyə atmaq istəmədikləri üçün bizim kimi ibtidai və vəhşi mədəniyyətlə təmas qurmaqdan qaçdığını söyləyirlər. Digərləri isə belə hesab edirlər ki, yadplanetlilər gizləniblər, pusqu qurub bizi izləyirlər, elmi-texniki cəhətdən o qədər üstündürlər ki, insanlar onların fərqində deyil. Nəzəriyyələr içində bizim əslində olmadığımızı və ya ən inkişaf etmiş mədəniyyət olduğumuzu irəli sürənlər də var. Ən çox dilə gətirilən fikir isə hər şeyin Matriks, bizim isə bir simulyasiya olduğumuz iddiasıdır.

Planetimizin Kainatda zərrə qədər də olsun əhəmiyyəti yoxdur. Məşhur ingilis yazarı və futuroloqu Artur Klarkın dediyi kimi “İnsan Kainatda ya təkdir, ya da tək deyil və bu ehtimalların hər ikisi də qorxuludur”. Bizim Dünya inkişaf etmiş sivilizasiyalar üçün içinə heyvanların salındığı volyerdən başqa bir şey deyil.

Fermiyə ən maraqlı cavablardan biri amerikalı astronom Con Boll (John Ball) tərəfindən irəli sürülmüş “Heyvanxana hipotezi”dir. Bu hipotezə görə Yer kürəsindəki həyat yadplanetlilərə çoxdan məlumdur. Ancaq onlar Yerdəki həyata müdaxilə etməyib, zooparkda heyvanları seyr edən kimi bizə kənardan baxırlar. Ehtimal ki, onlar Yer kürəsi ilə təmasa insanların müəyyən inkişaf həddinə çatmasından sonra girəcəklər. Kosmoloqlar bu fikirlərə belə əlavə edirlər: “İnsan oğlunun inkişaf səviyyəsi o qədər ibtidai mərhələdədir ki, onun başqa planetlərdəki mədəniyyətlərlə təması hələ ki, mümkün deyil”. METI-nin Paris toplantısında da iştirakçıların qənaəti ürəkaçan olmadı — Uzaq varlıqlar biz insanların səviyyəsini qəfəsdəki heyvanlarla eyni görürlər. “Biz başqa sivilizasiyaların mövcud olmasına dair hələki sübutlar toplamamışıq, ancaq “Heyvanxana hipotezi” haqda düşündüyümüzdə hər şey aydın olur”, — METI müdiri astrobioloq Florens Serso deyir.

Bizim biosistem və mədəniyyət özünəməxsus xüsusiyyətlərə malikdir, Yer kürəsi öyrənilib, araşdırılmasına dəyər bir yerdir. Görünür uzaq sivilizasiyalar bizə ehtiyat və təmkinlə yanaşır, dünyalıları “karantin” içində saxlayırlar. Bizdəki bu ağıl ki var, başqa mədəniyyətlərlə təmasa keçməsək yaxşıdır. Elə bilirsiz, yadplanetlilər Yerdəkilərin hamısını bir tərəziyəmi qoyacaqlar? Şərqə baxıb nə deyəcəklər, nəyimizi bəyənəcəklər? Yəni onlar görməyəcəklərmi ki, “heyvanxana”dakıların da yaxşısı, pisi, mütərəqqisi, cahili var?

 * * *

Məqaləni bitirmək üzrə idim ki, International Event Horizon Telescope layihəsinin iki gün sonra Qara Dəliyin (Black Hole) ilk fotosunu nümayiş etdirəcəyini eşitdim. Və qərara gəldim ki, yazımı da elə bu sirli-tilsimli hadisə ilə bitirim…

Bütün Dünyanın diqqəti Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahına çevrilmişdi. Avropa Araşdırma Şurası və Event Horizon Telescope layihəsi çərçivəsində astrofiziklər Qara Dəliyin (Black Hole) ilk fotosunu prezentasiya etdilər. Yapon əsilli astrofizik Mareki Honma kürsüyə çıxıb Qara Dəliyin ilk fotosu önündə danışmağa başlayanda bir anlığa düşündüm ki, Con Boll “ “Heyvanxana hipotezi”ndə necə də haqlı imiş. Yerdən 53.5 milyon işıq ili uzaqlıqda (bu isə 53.500.000 x 9.500.000.000.000 km deməkdir), kütləsi Günəşdən 6.5 milyard dəfə ağır olan Saman yolunun ortasındakı Qara Dəlik nədir ki, onun bir şəklini çəkmək üçün 14 milyard dollar pul xərclənsin.

Hər kəs Qara Dəliyin Tanrının varlığını sübut edəcəyini, ölünün-dirinin, ruhun açıqlamasına yardım edəcəyini gözləyirdi. Amma anladığımız tək bu oldu ki, məgərsə Eynşteynin ümumi nisbilik nəzəriyyəsi doğru imiş (Sanki E=mc2 elə anlayırıq ki). Brüsseldən reportajı dahi alimin ruhuna “Fatiha” oxumaqla bitirdim.  Sonra sosial-şəbəkələrdə “hərşeybilən” ekspertlərin lağlağıları başladı nə başladı. Hətta biri utanmadan Stiven Hokinqə, Karl Saqana və Kip Torna “dil uzatmağa” başladılar. Uşaqlarını “abrazavonski” etmək üçün rusca oxutduran, öz millətinə “çuşka” deyən bu zavallılar astrofizikaya baxdıqları ucuz filmlər prizmasından qiymət verib, Kristofer Nolanı kultlaşmış “Interstellar” filminə görə topa tutmağa başladılar.

Məqaləni bitirmədən gündəliyimə “10.04.19 – çox şükür, Qara Dəliyin şəklini də gördüm” yazdım, ən son da FB səhifəmdə tarixi günə şahidlik etdim deyə o fotonu paylaşdım. Artıq yazını “Ayna”ya göndərmək olardı…

Bu dərinlik, bu ölçüsüz boşluq

Veriyor hissə, fikrə sərxoşluq.

Bu dərinlikdə bir həqiqət var,

Gizlidir gərçi kor beyinlər için;

Lakin ülviyyətilə həp parlar,

Bəllidir görmək istəyənlər için…

 
Hüseyn Cavid, “Dəniz Tamaşası” (ayna.az)


İbrahim Nəbioğlu

loading...
loading...
Vida öpüşündə qız kişinin dilini qopardı...
Tarixi debat 23 iyun seçkilərinin favoritini müəyyənləşdirdimi? - İntriqa alovlanır...
Jirnovski erməni jurnalisti susdurdu: "Biz Türkiyə və Azərbaycanla işləməyə bilmərik"
"Həlimə xanım mənim üçün Elçibəyin yarısı idi"
3 kişiyə təcavüz edən keçmiş nazir həbs olunacaq - RƏZALƏT...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
"Düşmən görür ki, Azərbaycan ya təkbaşına, ya da Türkiyə ilə birgə hərbi təlimlər keçirir və..."
Dünya
Qeyri-adi toy - Qadın özü ilə evləndi(FOTO)
Gündəm
“Türk milləti əleyhinə bütün fitvalar erməni kilsələrində verilib”
Cəmiyyət
“Yataqda baş verənləri qələmə almaq şeir deyil, erotikadan yazanda da elə yazsınlar ki...”
Gündəm
Ermənilər Azərbaycan dolması ilə bağlı festival keçirdi - Kilsə həyətində haram ziyafət...
Həftənin ən çox oxunanları
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi - VİDEO
Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda...
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Keçmiş nazirin oğlu ilə eşq yaşayan müğənni: "Gör başqa qızların başına nə oyunlar açır..."
Bakının mərkəzində BİABIRÇILIQ - Oğlan qızı parkda... - VİDEO
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
Böyrəkləri dağıdan vitaminin adı açıqlandı - ALİMLƏRDƏN XƏBƏRDARLIQ...
"Düşmənə zərbə vuracaq mövqelər seçməliyik, məsələn, Sərsəng Dağlıq Qarabağın canıdır..."
“Azərbaycanın təyyarələri qorxuludur, onlar sərhəddimizi keçsə...”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)