Xəbər lenti
20/06/2019 [14:57]:
Gəncədə Ermənistanın regional təhdidi müzakirə olundu
20/06/2019 [14:56]:
Gömrükdə 3000 ədəd "King" markalı siqaret aşkar olundu
20/06/2019 [14:54]:
Külli miqdarda elektronika malları və ətirlər aşkar edildi
20/06/2019 [14:52]:
Putin 17-ci dəfə xalqın suallarını cavablandırır
20/06/2019 [14:48]:
Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlandı
20/06/2019 [14:47]:
Nazir maaş artımının inflyasiya yaradıb-yaratmayacağından DANIŞDI
20/06/2019 [14:42]:
“Bizi kimsə qorxuda bilməz” – Bu ölkə yeni tabutlar həsrətindədir...
20/06/2019 [14:28]:
Azərbaycanda hərbi radar sistemlərinin istehsalı ehtimalı düşməni qorxuya salıb
20/06/2019 [14:21]:
“Dövlətimizin bu addımına görə muğam ifaçıları kimi çox sevinirik...”
20/06/2019 [14:13]:
Sumqayıtın yubileyinə töhfə: Muğam Mərkəzi və kinoteatr tikilir
20/06/2019 [14:12]:
"İlham Əliyev xalqın onu sevdiyi qədər onun da xalqını sevdiyini bir daha sübut etdi"
20/06/2019 [14:10]:
Sumqayıtda “Dayanıqlı inkişaf məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirildi
20/06/2019 [14:04]:
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
20/06/2019 [14:03]:
Serbiyada Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər həyata keçirildi
20/06/2019 [14:02]:
Bakıda qanlı hesablaşma – Küçədə kişini belə bıçaqladılar – VİDEO
20/06/2019 [13:51]:
"Estetik mədəniyyəti özündə ehtiva edən AzTV-də incəsənətimizə ucuz nümunələrin nümayişinə yol verilmir"
20/06/2019 [13:40]:
Hafiz Hacıyev: "Bu müsahibədən sonra məni öldürə bilərlər" (VİDEO)
20/06/2019 [13:38]:
Sabahın HAVASI: Şimşək çaxacaq, dolu düşəcək
20/06/2019 [13:36]:
Bu günədək 460 min hektarda taxıl biçini aparılıb - SİYAHI
20/06/2019 [13:26]:
DİM: 726 şagird və abitutiyentin qiymətində dəyişiklik edilib
20/06/2019 [13:25]:
Koçaryanın sağ əli ölkədən qaçmaq istədi, təyyarədən düşürdüldü
20/06/2019 [13:24]:
Sevda: "İki ay əvvəl boşanmışıq, subayam"
20/06/2019 [13:23]:
Ermənilərin törətdiyi yanğın təmas xəttində qəbiristanlığa keçib - FOTO
20/06/2019 [13:21]:
Çingiz Qənizadə seçicilərinə söz verdi
20/06/2019 [13:19]:
Gürcüstan parlamentinin sədri Azərbaycana gəlib
20/06/2019 [13:18]:
Oqtay Əsədov: “Silahlı münaqişələr əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır”
20/06/2019 [13:13]:
Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır
20/06/2019 [13:08]:
Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR - VİDEO
20/06/2019 [13:08]:
UNEC-də Dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olunub
20/06/2019 [13:06]:
İyunun 23-də 24028 abtituriyent I və IV qruplar üzrə imtahan verəcək
20/06/2019 [13:04]:
15 aylıq evlilik bitdi, boşanırlar
20/06/2019 [13:03]:
Bələdiyyə sədri barədə protokol tərtib edildi
20/06/2019 [13:02]:
Britaniyanın baş naziri postuna seçkilərin III turu keçirildi
20/06/2019 [13:02]:
Türkiyədə hərbi çevrilişə cəhd edənlərə hökm oxundu
20/06/2019 [13:00]:
Dostuna görə 8 milyondan imtina etdi
20/06/2019 [12:52]:
Vaşinqton görüşü ərəfəsində Paşinyandan müharibə bəyanatı
20/06/2019 [12:48]:
Kaşıkçı qətlinin səs yazısı yayıldı: "İlk dəfədir, cəsədi yerdə kəsirəm"
20/06/2019 [12:46]:
Qazaxıstanda təyyarə qəzası: ölən və yaralılar var
20/06/2019 [12:31]:
“Hansısa böyük televiziya kanalı ürəklənib, dəvət etsə, bu barədə düşünərəm” – Alim Qasımov
20/06/2019 [12:17]:
“Bu cür halların qarşısını almaq üçün bələdiyyələrdə qadın otaqları yaradılmalıdır...”
20/06/2019 [11:53]:
“Təəssüflər olsun ki, istehlakçıların hüquqlarını qoruyan dövlət xidməti bu məsələlərin həllində acizlik göstərir...”
20/06/2019 [11:45]:
Məxfi görüş: İstanbul seçkisi ləğv edilir? – Sensasiya
20/06/2019 [11:30]:
"Manatın taleyi maaş artımından yox, neftin qiymətindən asılıdır"
20/06/2019 [11:19]:
“Restoranda ofisiant işləyirdim...”- Muğam müsabiqəsinin qalibi...
20/06/2019 [11:18]:
Bakıda polisləri bir-bir gizli kameraya çəkdilər - VİDEO
20/06/2019 [11:09]:
Novruz Məmmədov bu şəxslərin maaşlarını artırdı - 9 manat
20/06/2019 [11:08]:
BDU-nun 18 yaşlı məzunları magistraturaya qəbul olublar- FOTO
20/06/2019 [11:07]:
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
20/06/2019 [11:06]:
Məşhur xanəndəmiz Türkiyədə vəfat etdi - VİDEO
20/06/2019 [10:41]:
Kanadada meşə yanğınları 9 mindən çox insanı evsiz qoyub
20/06/2019 [10:32]:
Dövlət Departamenti Camal Qaşıqçı işinə görə Ər-Riyadı təhdid edib
20/06/2019 [10:30]:
Vaşinqton Ankaraya qarşı sanksiyalar hazırlayır
20/06/2019 [10:28]:
“Təhsili də məzhəkəyə çeviriblər” - Şagirdlərə medalları şoumen Murad Dadaşov verdi...
20/06/2019 [10:23]:
Evlərdəki odlu silahlar - Ağstafadakı olayda “Kalaşnikov” müəmması
20/06/2019 [10:01]:
Sabiq nazirin Londonda xeyli mal-mülkü aşkarlandı
20/06/2019 [09:34]:
Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al
20/06/2019 [09:25]:
İsveçrə şirkəti tezliklə  Ermənistanda qızıl zavodu açacaq... 
20/06/2019 [09:05]:
Tramp G20 sammitində Putinlə görüşəcək
20/06/2019 [09:04]:
Məmmədyarov həmsədrlərlə Qarabağı müzakirə edir
20/06/2019 [08:57]:
Bakı-Qazax şosesində üç mikroavtobus toqquşub: yaralılar var
20/06/2019 [08:55]:
Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb
20/06/2019 [08:54]:
Maliyyə naziri: "Biz böyük inflyasiya təzyiqlərini görmürük"
20/06/2019 [08:53]:
Azərbaycanda 924 əkiz, 33 üçəm doğulub - Son 4 ayda
20/06/2019 [08:50]:
İrandan iddia: ABŞ-ın pilotsuz aparatı vurulub - YENİLƏNİB + FOTO
20/06/2019 [08:40]:
Adını məşhur “Forbes” jurnalında görmək istəyən sumqayıtlı şagird - FOTOLAR
20/06/2019 [08:37]:
Olmayan 9 milyona görə rəfiqəsini öldürdü - Qorxulu filmlərdəki kimi + FOTOLAR
20/06/2019 [08:31]:
“Biz nədən yağışda, palçıqda namaz qılmalıyıq?”- Müsəlmanlar Putinə müraciət etdi-VİDEO
20/06/2019 [07:32]:
Bütün yaxşılıqları və səadəti ehtiva edən 4 kəlmə...
20/06/2019 [00:09]:
ABŞ Ermənistana 40 milyon dollar yardım ayırdı
20/06/2019 [00:01]:
Alman dili müəlliminin yaratdığı “jurnalistika məktəbi”
19/06/2019 [23:54]:
Ağcaqanadlardan qorunmağın asan və təbii yolu - MARAQLI
19/06/2019 [23:49]:
Yolu keçən iki piyadanın qanı töküldü
19/06/2019 [23:48]:
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
19/06/2019 [23:47]:
Saakaşvili fontanda əyləndi - VİDEO
19/06/2019 [23:39]:
Belqradda Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19/06/2019 [23:27]:
Düşmən basdırdığı minanı çıxarmaq üçün 1,5 milyon alacaq: ABŞ-dan separatçılara yardım
19/06/2019 [23:14]:
Həbs olunmaq üçün bananı "cinayət aləti" kimi göstərdi - MARAQLI
19/06/2019 [23:05]:
Surət Hüseynovla bağlı ilginc ittihamlar - qiyamçının təbliğatçısı olan qadın kimdir?
19/06/2019 [22:55]:
Mursinin ölümü ilə bağlı skandal: Aparıcı görün nə etdi...
19/06/2019 [22:46]:
Türkiyədə təbii fəlakət nəticəsində 8 nəfər ölüb
Bütün arxiv bir sırada
15/04/2019 [11:43] - Müsahibə - ( 3181 dəfə baxılıb)

Tofiq Zülfüqarov: “Ermənistan Rusiyadan nəyi istəyibsə, artıq alıb”



Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı Qarabağ danışıqlarının növbəti raundu aprelin 15-də Rusiyada keçiriləcək. İşğalçı ölkənin rəhbərliyinin davranışları əslində danışıqların perspektivini sual altına aldığı bir zamanda Kremlin ev sahibliyi statusunda çıxış etməsi kifayət qədər maraq doğurur. Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla budəfəki söhbətimizdə təcrübəli diplomatın Rusiyanın təşəbbüsünün arxasındakı məqsədləri araşdırmaq, perspektivlərlə bağlı gözləntilərini öyrənmək istədik. Digər mövzularla bağlı da fikirlərini  bölüşən eks-nazir Avropa Şurasının ermənipərəst rəhbərliyi ilə bağlı da çox ciddi açıqlamalar verdi.

 - Tofiq bəy, son aylarda Azərbaycan-Ermənistan danışıqları Rusiya sərhədlərindən kənarda aparılıb. Nazirlərin Moskva görüşünə qərar verilməsi Rusiyanın prosesə nəzarəti ələ almaq cəhdidir, yoxsa başqa səbəb var?

- Hansısa ölkənin ərazisində keçirilən görüşə həmin ölkənin çox cüzi təsiri var. Bizdə tez-tez görüşün keçirildiyi yerə tez-tez diqqət çəkirlər. Amma bu bağlantı çox nisbidir. Əsas məsələ ondan ibarətdir ki, ermənilər artıq başa düşüblər ki, onlar danışıqlardan qaçmamalıdırlar. Ona görə də indi danışıqların imitasiya prosesində onlar çox aktiv iştirak edəcəklər. Prezident Sərkisyan da deyib ki, danışıqlar nəticə verəcək. Bu baxımdan onların danışıqlara qayıtması heç də o demək deyil ki, məsələlər həll olunacaq. Sadəcə olaraq, onlar tənqiddən qaçıb yenə də imitasiya prosesinə qoşulacaqlar. Mən hesab edirəm ki, burada Rusiyanın, xüsusilə Lavrovun marağı çox böyükdür. Onlar danışıqlar prosesinin yenidən bərpa olunmasında maraqlıdırlar.

- Bu həm də hərbi əməliyyatlar riskini minimuma endirir, eləmi?

- Təbii. Hər dəfə məsələ müxtəlif səviyyələrdə qalxanda ki, bəs, nə oldu, deyirlər danışıqlar gedir, ümidlər, yeni ideyalar var və s. Yəni hər dəfə həqiqətə oxşar hansısa bir məsələ ortaya atılır. İndi də istisna etmirəm ki, gələcək raundda əsir və girovların məsələsi müzakirə  olunacaq. Danışıqların əhəmiyyətini artırmaq üçün əsir və girovlarla bağlı irəliləyişi istisna etmirəm. Amma real məsələlərin müzakirəsi, təbii ki, mümkün deyil. Çünki gülməli olardı ki, dövlət başçıları bir nəticəyə gəlmədiyi halda, nazirlər hansısa nəticəyə gəlsin.  

- Bir müddət əvvəl Elmar Məmmədyarov Moskvada olarkən “ürəkdən tikan çıxaran”  ifadələr söylədi, işğalçı ölkəyə xəbərdarlıq etdi. Məsələn, dedi ki, mənimlə anlaşmayan müdafiə naziri ilə anlaşmalı olacaq. Bu haqda nə demək olar?

- Mən bu söhbətlərə bir az tənqidi yanaşıram. Çünki əslinə qalsa, burada Ermənistan, yaxud Azərbaycanın xarici işlər nazirlərinin rolu bir o qədər çox deyil. Təbii ki, dövlət başçılarının qərarları olmalıdır. İkincisi də bu, Lavrovun bir-iki il bundan qabaq Suriyaya aid söylədiyi fikirdir. Bu fikirləri artıq kim istəyirsən, deyir, yeni bir şey yoxdur.  Amma gərək burada ictimaiyyətin rəyi qabardılsın. Biz yaddan çıxartmamalıyıq ki, qərarların mənbəyi ictimai rəydir. Çünki erməni siyasətçilər ictimai rəyin arxasında tez-tez gizlənirlər. Deyirlər ki, biz konstruktiv mövqedəyik, amma xalq bunu qəbul etməyəcək. Odur ki, mən bu cür bəyanatların tərəfdarı deyiləm, gərək ictimai rəy qabardılsın.


“Ermənistan Rusiyadan nəyi istəyibsə, artıq alıb”

- Belə demək olarmı ki, siz Qarabağ mitinqlərinin keçirilməsinin tərəfdarısınız?

- Mən müxtəlif üsulları dəstəkləyirəm. Ermənistanda mitinq keçirmirlər. Amma elə bir təəssürat yaradıblar ki, sanki onlara heç vaxt aid olmayan ərazilər azad olunsa, az qala bunlar özlərini öldürəcəklər. Bunu həmişə qabardırlar. O mənada azərbaycanlı nazirin rəyi, təbii ki, əhəmiyyətlidir, amma çox da əhəmiyyət kəsb etmir. Lakin ictimaiyyətin rəyi daha qabarıq göstərilməlidir.

- Bu ərəfədə Ermənistanda Putinə sərt ittihamlar səslənməkdədir. Hətta Rusiya prezidenti Ermənistan parlamentindəki terrorda ittiham olunur. Bu, nədən xəbər verir?

- Bəlkə, onlarda hansısa faktlar var. Varsa, göstərsinlər. Anti-Putin rəyləri və istəkləri çoxalır, bu tendensiya, bu gərginlik davam edəcək. Bunun səbəbi çox sadədir: Ermənistan Rusiyadan nəyi istəyibsə, artıq alıb. Başa düşür ki, bundan sonra Rusiya Ermənistanı inkişaf etdirmək üçün bu ölkəyə investisiya qoyan deyil. Bu mənada onlar investisiya və dəstəyi Qərbdən almalıdırlar, bu yolu artıq seçiblər. Anlayırlar ki,  dəstək almasalar, bir dövlət kimi Ermənistanın gələcəyi şübhə altındadır. İnkişaf üçün pul lazımdır. Paşinyanın Strasburqa səfəri və orada deyilən fikirlər də çox maraqlıdır. Yəni onlar istəyirlər özlərinin köhnə strategiyasını həyata keçirsinlər. Guya ki, KTMT müqaviləsi onlar üçün çox vacibdir, ona görə də bu barədə Strasburqda danışırlar. Eyni zamanda ona nail oldu ki, Avropa Şurasının baş katibi Turbyor Yaqland dedi Ermənistan tamamilə Avropa ölkəsidir. Əslinə qalsa, qəribə fikirlərdir. Hansı ki, bu ölkə etnik təmizləmə həyata keçirib. AŞ-ın baş katibinin bu cür fikirlər səsləndirməsi absurddur. O ya siyasətdən uzaq bir axmaqdır, ya da satılmış bir siyasətçidir, bunu açıq demək lazımdır.

- Bundan əvvəl Azərbaycan tərəf dəfələrlə azərbaycanlı girovlar məsələsini qaldırsa da, Avropa Şurası rəhbərliyi üzv ölkə olan Ermənistanla bağlı heç bir ölçü götürməyib. Bu dəfə isə Paşinyan Azərbaycanı elə Yaqlandın yanında təhdid etdi. Üstəlik, baş katib ermənilərin maraqlarına xidmət edən bəyanat səsləndirdi. Onun anti-Azərbaycan mövqeyinə rəsmi Bakının reaksiyası necə olmalıdır?

- Biz bununla əlaqədar ciddi reaksiya verməliyik. Etnik təmizləmələr olan yerdə hansısa komissarın işlər aparmasını tələb etmək nə deməkdir? Bu, ağlasığmaz məsələdir. Hər şey qalsın qıraqda, ərazidə etnik təmizləmələr həyata keçirib, Yaqland bunu da görmür? Tələb etmək lazımdır ki, onu Avropa Şurasının rəhbərliyindən rədd etsinlər!

Hesab edirəm ki, bu məsələni ciddi şəkildə qoymaq və onun məsələsini gündəliyə salıb müzakirə etmək lazımdır. Buna ciddi əsaslar var. Bəhanə kimi istifadə edib Yaqlandın istefasına nail olmaq lazımdır. Biz başa düşməliyik ki, bu təşkilat bizim pulumuzla fəaliyyət göstərir. Bizim pulumuzla göstərilən fəaliyyət də hansısa prinsiplərə əsaslanmalıdır. Onun bəyanatı heç bir məntiqə sığmır.

-Bu arada Anjey Kasprşiklə bağlı da şübhəli məlumatlar yayılmaqdadır. Hər halda, o da bölgədə bizim pulumuzla fəaliyyət göstərir...

- Açığı, hələlik Kasprşikin məntiqdən uzaq bəyanatlarını görməmişəm. Mən onunla əlaqə saxlayıram və görüşürəm. Orada mandatdan kənara çıxma halları olmayıb.

- Onun hesabatlarında “Dağlıq Qarabağ respublikası” kimi təqdimatdan istifadə etdiyi barədə iddialar var. Bəs, buna nə deyirsiniz?

- Redaktə baxımından nöqsanlar ola bilər, buna da nəzarət etmək lazımdır. Çünki onun məruzələri həm icraçı sədrə verilir, həm də bizim orda səfirlik fəaliyyət göstərir, daimi nümayəndəmiz var. Onun məruzələri də açıqdır, məruzələrdəki hansısa leksik ifadəyə aid məsələ qaldırmaq lazımdır. Amma mən bunu yaxşı bilirəm ki, iki il bundan qabaq 6 hərbçimiz həlak olanda Kasprşik onların nəşini əldə etmək üçün çox fəaliyyət göstərdi, bu da var. Hər halda mən Kasprşikə aid tənqidi fikirləri və əsasları görmürəm. Düzdür, onun məruzələrini görməmişəm, amma öz rəyimi  deyirəm.

- Amma onun uzunmüddətli fəaliyyətinə də tənqidi yanaşılır. Bu, normaldırmı?

- Onun konkret vəzifəsi var, o, danışıqlarla məşğul olmur. O, sadəcə olaraq, səhra köməkçiləri vasitəsilə yerlərdən məlumat yığır və bu məlumatı məruzə şəklində formalaşdırıb icraçı sədrə göndərir.

- Ermənistan ordusu Ağdamda genişmiqyaslı hərbi təlimlər keçirir, di gəl ki, heç vaxt bununla bağlı ATƏT sədrinin etirazına rast gəlmirik. Ola bilərmi ki, Kasprşikin komandası faktları gizlədir?

- Belə bir zarafat var: “Şikayət etmək istəyirsənsə, get, ”sportloto"ya şikayət elə". Həmsədrlərin vəzifəsi danışıqlarda vasitəçilik və təşkil etməkdən ibarətdir. Kasprşikin isə vəzifəsi icraçı sədrə olan məlumatı çatdırmaqdır. Yəni mətbuatdakı tendensiyalar, ictimaiyyət arasında olan məsələlər və s. Çünki onun qrupu müdaxilə etmədən monitorinq aparır və məlumat verir. Ancaq onun rəyi qəbul olunmur. 

- Bu arada həmsədr ölkələrdən biri Fransa Türkiyəyə qarşı saxta “soyqırım”la bağlı növbəti, ermənipərəst addımını atdı. Ankara-Paris gərginliyi hansı həddədək davam edə bilər?

- Türkiyə XİN tam ətraflı, məntiqli və beynəlxalq qanunlara uyğun bir bəyanat verdi. Xüsusilə qeyd edib ki, əgər biz BMT-nin qərarına və soyqırımla bağlı bəndə baxsaq, görəcəyik ki, soyqırımın tanınması üçün beynəlxalq məhkəmə lazımdır. Yəni o halda bu və ya digər hadisə soyqırım kimi qiymətləndirilə bilər. Siyasətçilər bu qiyməti verə bilməzlər.

Fransa qabaqlar fövqəldövlət idi, indi isə bu ölkənin nüfuzu aşağı düşüb. Çavuşoğlu da xüsusilə qeyd edib ki, sizə aid olmayan bəyanatları verəndə elə hesab edirsiniz ki, sizin beynəlxalq nüfuzunuz artır. Fransanın əsas məqsədi ondan ibarətdir ki, guya onların rəyi böyük əhəmiyyət kəsb edir. İstəyir soyqırımı tanısın, istəyir tanımasın, öz işidir. Bundan əvvəlki prezident Sarkozi də çox şeyi tanımaq istədi. Hətta Konstitusiya Məhkəməsinin qərarına da nail oldu. Amma indi gəlib bizimlə biznes qurmaq istəyir. Bunlar konkret siyasi maraqlara cavab verən addımlar atırlar. Yəni erməni diasporu bunlara təzyiq edir, yaxud imtiyazlar yaradır, bu imtiyazların da nəticəsində bu cür bəyanatlar verilir. İstefadan sonra isə gəlib bizimlə biznes ortağı olmaq istəyirlər.

- Hər halda, Fransa prezidenti qərarını verib. Bunun cavabında Azərbaycan Türkiyə ilə birgə hansı addımı ata bilər? 

- Buna diqqət yetirib hansısa bəyanat  vermək olar. Ya da demək lazımdır ki, boş-boş bəyanatlar artıq çoxalıb, amma bunların nə Azərbaycan, nə də digər bir ölkə üçün hüquqi nəticəsi ola bilər. Belə görünür ki, Fransa Ermənistanın qərbyönlü siyasətini kurasiya edir. Elə Paşinyanın Strasburqdakı çıxışında da özünü büruzə verib. Orda deyilib ki, Avropada elə ölkələr var, ABŞ-ın İranla bağlı siyasətini dəstəkləmirlər, biz bu dairələrlə əlaqələri və əməkdaşlığı gücləndirəcəyik. Hər halda, belə bir təəssürat yaranır ki, Sərkisyan öz xidmətlərini təklif edir. Yəni mənim İranla yaxşı münasibətlərim var, biz ABŞ-ın sərt münasibətini dəstəkləmirik, biz Boltonun fikirlərini qəbul etməmişik və s. Bu da ermənilərin növbəti oyunlarından biridir. Eyni zamanda Fransa hərdənbir bu oyunlarda iştiraka meyllidir. Amma hesab edirəm ki, Makronun Paşinyanla bu cür oyunları davamlı olmayacaq.(musavat.com)

loading...
loading...
Adını məşhur “Forbes” jurnalında görmək istəyən sumqayıtlı şagird - FOTOLAR
Alman dili müəlliminin yaratdığı “jurnalistika məktəbi”
Həbs olunmaq üçün bananı "cinayət aləti" kimi göstərdi - MARAQLI
“Müəllimlərin maaşının artırılması yaxın zamanda öz faydasını göstərəcək”
Narkotik satıcısı professor çıxdı - İNANILMAZ...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bu cür halların qarşısını almaq üçün bələdiyyələrdə qadın otaqları yaradılmalıdır...”
Cəmiyyət
“Təəssüflər olsun ki, istehlakçıların hüquqlarını qoruyan dövlət xidməti bu məsələlərin həllində acizlik göstərir...”
Gündəm
Düşmən basdırdığı minanı çıxarmaq üçün 1,5 milyon alacaq: ABŞ-dan separatçılara yardım
Dünya
Təhlükəsizlik kəmərini taxmayan sürücü pəncərədən çıxdı - QORXUNC... + VİDEO
Siyasət
“Türkiyəylə ABŞ arasında münasibətlərin gərginləşməsi təkcə “S-400”-ə görə deyil...”
Həftənin ən çox oxunanları
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
“Azərbaycanın təyyarələri qorxuludur, onlar sərhəddimizi keçsə...”
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə..."
"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”
“Xüsusi təyinatlılarımızı Azərbaycan sərhəddində cəmləmişik” – Savaş qapımızda...
Xalq artistinin ailəsində xoş gün - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)