Xəbər lenti
20/06/2019 [16:17]:
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlanıb
20/06/2019 [16:15]:
Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi
20/06/2019 [16:15]:
“Keçmiş prezidentin qızı həbsdə ayaqları bağlı saxlanılır”
20/06/2019 [16:15]:
"Özəl sektorda çalışanların da maaşı qaldırılacaq" - Əli Əhmədov
20/06/2019 [16:10]:
Texnologiyanın bizi xəstəliyə salmasının dörd səbəbi -MARAQLI...
20/06/2019 [15:55]:
"İndi onlar az qala quruda və suda nə varsa, hər işlə məşğuldurlar..."
20/06/2019 [15:51]:
“Azərbaycanın qaçqın problemi onların yadına da düşmür” – Millət vəkilindən ağır ittihamlar...
20/06/2019 [15:51]:
Fəzail Ağamalı qaragüruha səsləndi: “Bu sərəncamlar doğrudan sizi utandırmır?”
20/06/2019 [15:49]:
"Rektorların seçilməsi universitet kollektivinə qütbləşmə gətirə bilər..." - VİDEO
20/06/2019 [15:45]:
BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirildi - FOTOLAR
20/06/2019 [15:41]:
"Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir vətəndaşı əhatə edir"
20/06/2019 [15:39]:
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq
20/06/2019 [15:38]:
İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görüldü
20/06/2019 [15:37]:
Kosmonavtların maaşı – 130 min dollar…
20/06/2019 [15:36]:
Fiziki əngəlli dahi fizikin dünyanın sonu ilə bağlı dəhşətli proqnozları - MARAQLI...
20/06/2019 [15:34]:
Cəlil Xəlilov: “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir vətəndaşı əhatə edir”
20/06/2019 [15:33]:
İmamoğlu seçkini yenidən qazansa, Ərdoğana rəqib olacaq - Türkiyəli eks-nazirdən maraqlı açıqlama
20/06/2019 [15:30]:
Qarabağda göy qurşağı altında erməni xaçı...-FOTOLAR
20/06/2019 [15:26]:
"Mən də toylarda iştirak etmişəm, amma efirdə toy mahnılarını ifa etməmişəm, çünki..."
20/06/2019 [15:24]:
Pensiyalar yenə artacaq - Nazir tarixi açıqladı
20/06/2019 [15:21]:
MN şöbə müdiri: "Şəhidimizə verdiyimiz qiymət erməniləri şoka saldı"
20/06/2019 [15:07]:
"Tarqovı"da qızlar arasında kütləvi dava – VİDEO
20/06/2019 [14:57]:
Gəncədə Ermənistanın regional təhdidi müzakirə olundu
20/06/2019 [14:56]:
Gömrükdə 3000 ədəd "King" markalı siqaret aşkar olundu
20/06/2019 [14:54]:
Külli miqdarda elektronika malları və ətirlər aşkar edildi
20/06/2019 [14:52]:
Putin 17-ci dəfə xalqın suallarını cavablandırır
20/06/2019 [14:48]:
Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlandı
20/06/2019 [14:47]:
Nazir maaş artımının inflyasiya yaradıb-yaratmayacağından DANIŞDI
20/06/2019 [14:42]:
“Bizi kimsə qorxuda bilməz” – Bu ölkə yeni əsgər tabutları həsrətindədir...
20/06/2019 [14:28]:
Azərbaycanda hərbi radar sistemlərinin istehsalı ehtimalı düşməni qorxuya salıb
20/06/2019 [14:21]:
“Dövlətimizin bu addımına görə muğam ifaçıları kimi çox sevinirik...”
20/06/2019 [14:13]:
Sumqayıtın yubileyinə töhfə: Muğam Mərkəzi və kinoteatr tikilir
20/06/2019 [14:12]:
"İlham Əliyev xalqın onu sevdiyi qədər onun da xalqını sevdiyini bir daha sübut etdi"
20/06/2019 [14:10]:
Sumqayıtda “Dayanıqlı inkişaf məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirildi
20/06/2019 [14:04]:
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
20/06/2019 [14:03]:
Serbiyada Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər həyata keçirildi
20/06/2019 [14:02]:
Bakıda qanlı hesablaşma – Küçədə kişini belə bıçaqladılar – VİDEO
20/06/2019 [13:51]:
"Estetik mədəniyyəti özündə ehtiva edən AzTV-də incəsənətimizə ucuz nümunələrin nümayişinə yol verilmir"
20/06/2019 [13:40]:
Hafiz Hacıyev: "Bu müsahibədən sonra məni öldürə bilərlər" (VİDEO)
20/06/2019 [13:38]:
Sabahın HAVASI: Şimşək çaxacaq, dolu düşəcək
20/06/2019 [13:36]:
Bu günədək 460 min hektarda taxıl biçini aparılıb - SİYAHI
20/06/2019 [13:26]:
DİM: 726 şagird və abitutiyentin qiymətində dəyişiklik edilib
20/06/2019 [13:25]:
Koçaryanın sağ əli ölkədən qaçmaq istədi, təyyarədən düşürdüldü
20/06/2019 [13:24]:
Sevda: "İki ay əvvəl boşanmışıq, subayam"
20/06/2019 [13:23]:
Ermənilərin törətdiyi yanğın təmas xəttində qəbiristanlığa keçib - FOTO
20/06/2019 [13:21]:
Çingiz Qənizadə seçicilərinə söz verdi
20/06/2019 [13:19]:
Gürcüstan parlamentinin sədri Azərbaycana gəlib
20/06/2019 [13:18]:
Oqtay Əsədov: “Silahlı münaqişələr əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır”
20/06/2019 [13:13]:
Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır
20/06/2019 [13:08]:
Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR - VİDEO
20/06/2019 [13:08]:
UNEC-də Dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olunub
20/06/2019 [13:06]:
İyunun 23-də 24028 abtituriyent I və IV qruplar üzrə imtahan verəcək
20/06/2019 [13:04]:
15 aylıq evlilik bitdi, boşanırlar
20/06/2019 [13:03]:
Bələdiyyə sədri barədə protokol tərtib edildi
20/06/2019 [13:02]:
Britaniyanın baş naziri postuna seçkilərin III turu keçirildi
20/06/2019 [13:02]:
Türkiyədə hərbi çevrilişə cəhd edənlərə hökm oxundu
20/06/2019 [13:00]:
Dostuna görə 8 milyondan imtina etdi
20/06/2019 [12:52]:
Vaşinqton görüşü ərəfəsində Paşinyandan müharibə bəyanatı
20/06/2019 [12:48]:
Kaşıkçı qətlinin səs yazısı yayıldı: "İlk dəfədir, cəsədi yerdə kəsirəm"
20/06/2019 [12:46]:
Qazaxıstanda təyyarə qəzası: ölən və yaralılar var
20/06/2019 [12:31]:
“Hansısa böyük televiziya kanalı ürəklənib, dəvət etsə, bu barədə düşünərəm” – Alim Qasımov
20/06/2019 [12:17]:
“Bu cür halların qarşısını almaq üçün bələdiyyələrdə qadın otaqları yaradılmalıdır...”
20/06/2019 [11:53]:
“Təəssüflər olsun ki, istehlakçıların hüquqlarını qoruyan dövlət xidməti bu məsələlərin həllində acizlik göstərir...”
20/06/2019 [11:45]:
Məxfi görüş: İstanbul seçkisi ləğv edilir? – Sensasiya
20/06/2019 [11:30]:
"Manatın taleyi maaş artımından yox, neftin qiymətindən asılıdır"
20/06/2019 [11:19]:
“Restoranda ofisiant işləyirdim...”- Muğam müsabiqəsinin qalibi...
20/06/2019 [11:18]:
Bakıda polisləri bir-bir gizli kameraya çəkdilər - VİDEO
20/06/2019 [11:09]:
Novruz Məmmədov bu şəxslərin maaşlarını artırdı - 9 manat
20/06/2019 [11:08]:
BDU-nun 18 yaşlı məzunları magistraturaya qəbul olublar- FOTO
20/06/2019 [11:07]:
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
20/06/2019 [11:06]:
Məşhur xanəndəmiz Türkiyədə vəfat etdi - VİDEO
20/06/2019 [10:41]:
Kanadada meşə yanğınları 9 mindən çox insanı evsiz qoyub
20/06/2019 [10:32]:
Dövlət Departamenti Camal Qaşıqçı işinə görə Ər-Riyadı təhdid edib
20/06/2019 [10:30]:
Vaşinqton Ankaraya qarşı sanksiyalar hazırlayır
20/06/2019 [10:28]:
“Təhsili də məzhəkəyə çeviriblər” - Şagirdlərə medalları şoumen Murad Dadaşov verdi...
20/06/2019 [10:23]:
Evlərdəki odlu silahlar - Ağstafadakı olayda “Kalaşnikov” müəmması
20/06/2019 [10:01]:
Sabiq nazirin Londonda xeyli mal-mülkü aşkarlandı
20/06/2019 [09:34]:
Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al
20/06/2019 [09:25]:
İsveçrə şirkəti tezliklə  Ermənistanda qızıl zavodu açacaq... 
20/06/2019 [09:05]:
Tramp G20 sammitində Putinlə görüşəcək
Bütün arxiv bir sırada
15/04/2019 [13:55] - Müsahibə - ( 1084 dəfə baxılıb)

"Azərbaycanda bəzi xətt nümunələrini oxuyan mütəxəssis yoxdur" - Akademik



Moderator.az AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin ONA-ya müsahibəsini təqdim edir:

- Bildiyiniz kimi, 2019-cu il “Nəsimi ili” elan olunub. Yəqin ki, Əlyazmalar İnstitutu olaraq siz də Nəsiminin yaradıcılığının araşdırılması, onun əlyazmalarının əldə edilməsi ilə bağlı müəyyən işlər həyata keçirmisiniz...

- Cənab Prezidentin 2019-cu ili “Nəsimi ili” elan etməsi təkcə Əlyazmalar İnstitutunun, humanitar elm sahələrinin nümayəndələrinin deyil, bütün ziyalılarımızın qarşısında böyük vəzifə qoyur. Çalışırıq ki, bu vəzifələrin öhdəsindən ləyaqətlə gələk. Əlyazmalar İnstitutunda da Nəsimi irsi çoxdan tədqiq olunub. Siz bilirsiniz ki, ilk dəfə Azərbaycanda keçən əsrin əvvəllərində Nəsimiyə maraq oyanıb. Bizim böyük ədəbiyyatşünasımız Salman Mümtaz Nəsiminin bir neçə əsərini çap etdirmiş və Nəsimi irsi sanki yenidən doğulmuşdu. Nəsimiyə vurulan damğaların səbəbindən onun irsinə maraq XX əsrin əvvəllərinədək güclü deyildi.

- Bir şair kimi unudulmuşdu...

- Bəli, yalnız təzkirələrdə qalmışdı. Nəsimi təkcə cismən qətlə yetirilməmişdi, sanki onun əsərləri də unutqanlıq kölgəsinə düşmüşdü. Ona görə də biz Salman Mümtazın işlərini yüksək qiymətləndiririk. Ondan sonra klassik ədəbiyyatımızla məşğul olan Həmid Araslı, Mirzağa Quluzadə kimi alimlərimiz Nəsimi irsi ilə bilavasitə məşğul olublar və Nəsiminin təkcə Azərbaycanda deyil, bütün dünyada tanıdılması yolunda böyük zəhmət sərf ediblər. Nəsimi irsi Əlyazmalar İnstitutunda saxlanılan ən böyük şəxsiyyətlərin yaradıcılıq əsərlərindən biridir. Vaxtilə İnstitutun direktoru işləmiş mərhum professor Cahangir Qəhrəmanov Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaları əsasında Nəsimi irsini tədqiq etmiş, onun elmi-tənqidi mətnini hazırlamış və sanballı bir “Nəsimi divanı leksikası” adlı əsər yazmışdı. Yəni bu onu göstərir ki, Nəsimi irsinə maraq Əlyazmalar İnstitutunda çoxdan var. 2019-cu ilin də “Nəsimi ili” elan olunması bir daha həmin işlərə qayıtmağı, həmin kitabları müasir poliqrafik tərtibatda təkrar nəşr etməyi bizim qarşımıza bir məqsəd kimi qoyur. Bundan əlavə, özümüzdəki eksponatlardan başqa, biz dünyanın müxtəlif kitabxanaları ilə, müxtəlif kolleksiyaçılarla, şəxsi fondlarla əlaqə saxlayır və Nəsiminin əsərlərinin yeni-yeni nüsxələrini əldə etməyə çalışırıq. Bunların sırasında mən Tehran Milli Məclis kitabxanasının, Təbriz Kitabxanasının adını çəkə bilərəm. Almaniyada yaşayan dostlarımız var, onlar bizə Avropa kitabxanalarındakı əsərlərin surətlərini göndərirlər.

- Sizə əsərlərin yalnız surətləri göndərilir?

- Bəli. Orijinalın gəlməsindən söhbət belə gedə bilməz. Heç bir arxiv əsərin orijinalını verməz. Yalnız surətlərini əldə edə bilirik. Bu yaxınlarda İstanbulda, məşhur Süleymaniyyə Kitabxanasında olduq. Süleymaniyyə Kitabxanasında da Nəsiminin əlyazmaları qorunur. Biz onların surətlərini almışıq.

- O əsərlərin içində əvvəllər bizə məlum olmayan şeirlər var?

- Var. Bilirsiniz, bir çox əlyazmalar nüsxə fərqləridir, amma biz onlardan da istifadə edəcəyik. Sevindirici haldır ki, onların arasında indiyə kimi nəşr olunmamış, təxminən otuza qədər şeir aşkarlanıb. Onların bəziləri Məhəmməd peyğəmbərə, imamlarımıza həsr olunmuş şeirlərdir. Bəlkə əvvəllər də bu şeirlər məlum imiş, bilmirəm. Görünür, bolşevik ideologiyasının zərbələrindən yayınmaq üçün Nəsiminin dinə həsr olunmuş bu əsərləri o dövrdə çap olunmayıb. Hazırda həmin surətlərin ərəb əlifbasından latın qrafikasına çevrilməsi üzərində iş gedir. Bu ilin sonuna kimi kitab halında çap olunacaq.

- Həmin şeirlər Azərbaycan dilindədir, eləmi?

- Bəli, əldə etdiyimiz həmin nüsxələr Azərbaycan dilindədir. Bu qəzəllər, qəsidələr də göstərir ki, Nəsimi Azərbaycan şairidir. Çünki çox vaxt deyirlər ki, Nəsimi Azərbaycanda deyil, Təbrizdə, Şirazda, Bağdadda anadan olub. Bu nüsxələr göstərir ki, belə ehtimalların qarşısını almaq üçün ən gözəl vasitə Nəsiminin əsərləridir. Nəsimi əsərlərini Azərbaycan türkcəsində yazıb.

- Yəqin ki, bu əlyazmalar sırf Nəsiminin deyil, onun şeirlərinin köçürüldüyü nüsxələrdir...

- Xeyr. Nəsiminin deyil, köçürülmə nüsxələridir.

- Bildiyim qədəri ilə son illərdə də Əhməd Şövqi Təbrizinin, Xətainin nəvəsi İbrahim Cahinin və başqa şairlərin əlyazmaları əldə edilib. Daha hansı əlyazmaları əldə etmisiniz?

- Xeyli əlyazma əldə olunub. Mən indi hamısının adını çəkə bilməyəcəyəm. Bizim Səfəvi saraylarında yaşayan, Azərbaycan dilində yazan şairlərimiz olub. Çaldıran döyüşündən sonra Sultan Səlimin Osmanlıya apardığı şairlərin çoxunun əlyazması bizdə yox idi. Müstəqillik qazanandan sonra biz dünya kitabxanalarında Azərbaycan şairlərinə aid əlyazmaları tapmağa başlamışıq və hazırda onların üzərində iş gedir.

- İndiyə qədər bizə məlum olmayan şairlərimiz çoxdur?

- Çox deməzdim, amma var. Mən ümid edirəm ki, gələcəkdə də tapılacaq. Hindistan bir böyük xəzinədir, xüsusən Baburların hakimiyyətindən sonra əlyazmalar xəzinəsi yaranıb. Orda bizim Azərbaycan şairlərinin də yəqin ki, külli miqdarda əlyazmaları var. Mən sizə deyim ki, Azərbaycan şairi Saib Təbrizi uzun müddət Baburların sarayında yaşayıb, onun adı ilə xüsusi bir ədəbi üslub formalaşıb, buna Hind və ya Saib üslubu deyirlər. Bu onu göstərir ki, Azərbaycan ədəbiyyatında Hind üslubu varsa, demək, Hindistanda yaşamış, Hindistanda əsərləri qalmış çoxlu şairlərimiz də var. Gələcəkdə yəqin ki, müxtəlif ekspedisiyalar vasitəsilə həmin əlyazmaları əldə edəcəyik.

- Ən çox hansı arxivlərdə əlyazmalarımız toplanıb?

- Məsələn, Britaniya Muzeyinin kitabxanalarında çoxlu əlyazmalarımız var. Onların çoxunun surətini gətirmişik, amma yenə axtarışlar aparılmalıdır. Çünki Britaniya Muzeyi nəhəng xəzinədir, onu araşdırmaq üçün on illərlə vaxt gərəkdir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevanın dəvəti ilə Oksfordda olduq. Orda bizi Bodler Kitabxanasına apardılar. Orda da çoxlu əlyazmalarımız var və gələcək tədqiqatçılarını gözləyir.

- O əlyazmalar nələrə aiddir?

- Əsasən dini tədqiqatların, Quranın şərhinin, müxtəlif dini məsələlərin şərhinin yer aldığı əlyazmalar, ədəbi əlyazmalar var. Bundan başqa, Heydər Əliyev Fondu Vatikanda çox böyük xeyriyyə işləri görüb. Görkəmli professorumuz Fərid Ələkbərli Heydər Əliyev Fondunun təşəbbüsü ilə uzun müddət Vatikanda tədqiqatlar aparıb və “Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar” xülasəsini hazırlayıb. O xülasəyə nəzər yetirəndə görürük ki, Vatikanda müxtəlif elm sahələrinə aid əlyazmalar yer alır.

- Vatikan arxivlərində Səfəvilərə aid məktublar da saxlanılır. Onların da nüsxələri də əldə edilibmi?

- Fərid müəllim Səfəvilərin xristian dövlətləri ilə müxtəlif məktublaşmalarını, xəritələri əldə edib. O xəritələrə baxanda görürsən ki, Azərbaycan bütöv bir ölkədir, XIX əsrdə parçaladılar. XV, XVI və XVII əsrlərə aid həmin xəritələr göstərir ki, Azərbaycan vahid bir ölkədir. Bu, bizim üçün vacib faktdır.

- Əldə olunan məktublarda Osmanlı-Səfəvi çəkişmələrinə aid yazışmalar da yer alırmı?

- O məktublarda qeyd olunub ki, Səfəvilər Avropadan kömək istəyirlər, onlar da vəd verirlər, amma kömək göstərilmir. Bütün bunlar o sənədlərdə əksini tapıb.

- Babəkin də Bizans imperiyası ilə məktublaşmaları olub. Bununla bağlı yeni faktlar aşkar edilibmi?

- Təəssüf ki, bununla bağlı məlumatlar, nüsxələr aşkar edilməyib.

- Bir müddət əvvəl Misirdən Nizaminin türkcə əlyazması əldə olunmuşdu. Onun axırı necə oldu?

- Bəli, belə bir əlyazma tapılmışdı. Amma sonra məlum oldu ki, o əlyazma XVII əsr türk şairi Nizami Qaramanlının əsəridir. O, Nizamiyə pərəstiş etdiyi üçün bu təxəllüsü götürmüşdü, türkcə əsərlər yazırdı. Bizim alimlər də elə bilmişdilər ki, bizim Nizamidir. Mən elə bilirəm ki, Misirdəki o kitabxanada Azərbaycana aid xeyli əlyazmalar var. Biz gələcəkdə axtarışları davam etdirmək fikrindəyik.

- Əldə olunan bu məlumatların, yeni faktların ictimaiyyətə çatdırılması, müxtəlif sahələrin mütəxəssislərinə təqdim edilməsi işləri necə aparılır?

- Akademiyanın prezidenti Akif Əlizadənin təşəbbüsü ilə Əlyazmalar İnstitutunda Multidisiplinar əlyazmalar şöbəsi açılıb. Orada təkcə ədəbiyyata, ilahiyyata aid əsərlər deyil, müxtəlif elm sahələrinə aid əlyazmalar tədqiq olunur və onların araşdırılması üçün təkcə ədəbiyyatçılar, filoloqlar, şərqşünaslar deyil, iqtisadçılar, riyaziyyatçılar, həkimlər də cəlb olunurlar. Həmin mütəxəssislər o əsərləri ərəbcə və başqa dildədirsə, tərcümə edirlər, türkcədirsə, bizim əlifbaya çevirirlər və onları xalqa çatdırılırlar. Bizim xeyli kitablarımız çap olunur, şübhəsiz ki, tədqiqatçılar da bundan istifadə edirlər.

- Əhməd Şövqi Təbrizi, İbrahim Cahi kimi şairlər, Səfəvilərə aid əldə olunmuş yeni tarixi faktlar ədəbiyyat, tarix dərsliklərinə, müntəxəbatlara əlavə olunurmu? Siz özünüz də X sinif ədəbiyyat dərsliyinin müəllifisiniz...

- Dərslik elə bir kateqoriyadır ki, yenilikləri çox çətin qəbul edir. Tutaq ki, bir əlyazma tapılıbsa, onu dərhal dərsliyə salmaq mümkün deyil. O, hələ approbasiyadan keçməli, cəmiyyət onu qəbul etməlidir. Ondan sonra biz onu dərsliyə sala bilərik.

- Adını çəkdiyiniz o şairlər ali məktəblərdə də tədris olunmur?

- Şübhəsiz, tədris olunur, amma dərsliyə salınmadan.

- Əldə olunan elə faktlar, məlumatlar varmı ki, milli maraqlarımıza zidd olduğu üçün indiki halda açıqlamaq mümkün olmasın?

- Belə bir faktın olması mənə məlum deyil. Elə bir hala rast gəlməmişik. Bəlkə də başqa millətdən olan şəxslərin əlyazmaları ola bilər, amma bizim millətdən olan şəxsiyyətlərin əlyazmalarında rast gəlməmişəm.

- Əlyazmalar İnstitutunda erməni dilində olan əsərlər də yer alırmı?

- Erməni dilində və erməni əlifbası ilə Azərbaycan dilində müxtəlif əsərlər var. Əsasən XVII-XVIII əsrlərdə yaşamış erməni aşıqlarının şeirləridir.

- İnstitutdakı ən qədim əlyazma hansıdır?

- Bizim ən qədim əlyazmamız XII əsrə aiddir. Bu cərrahiyyəyə aid, XI əsrdə İspaniyada yaşamış bir həkimin ərəbcə yazılmış əlyazmasıdır. XII əsrdə üzü köçürülüb, bizdədir. O, qiymətli əlyazma UNESCO-nun dünya yaddaşı siyahısına daxil edilib. Əbu Əli ibn Sinanın “Qanun fit-tibb” – “Təbabət qanunu” adlı əsəri var, XII əsrə aid əlyazmasıdır, o da UNESCO-nun dünya yaddaşı siyahısına daxil edilib. Çox sevindiricidir ki, iki il əvvəl Məhəmməd Füzulinin türkcə divanının Bakı nüsxəsi də UNESCO-nun dünya yaddaşı siyahısına daxil edilib. Yeri gəlmişkən, o nüsxə də bizdə saxlanılır.

- Xalq arasından əlyazmalar toplanılırmı?

- Bəli, bizim bir fondumuz var. O fond xalq arasında əlyazmaların toplanması ilə məşğul olur. Bizə əlyazmalar gətirirlər, fondun tərkibində yaradılmış komissiya əlyazmanı qiymətləndirir, bundan sonra onu alırıq və öz saxlancımızda saxlayırıq. Bizim işçilərimiz rayonlara gedir, əlyazmaların toplanılması ilə bağlı təbliğat aparırlar. Bilirsiniz, bəzən kiminsə evində elə qiymətli əlyazma var ki, onun dəyərindən xəbəri yoxdur. Halbuki onu satıb pul qazana bilər.

- Ekonun “Gülün əsəri” romanında süjet belədir ki, əlyazmanın vərəqləri zəhərli olduğu üçün ona toxunan keşişlər ölürlər. Doğrudan da əlyazmalardan belə təhlükə varmı?

- Xeyr, o, çox güman ki, yazıçı təxəyyülünün məhsuludur, zəhər olmur, amma bəzən əlyazmalarda müxtəlif həşəratlar, mikroblar ola bilər. Çünki qabaqlar əlyazmalar xəmir yapışqanla yapışdırılırdı, xəmir də cücüləri cəlb edirdi. Hazırda əlyazmaların bərpasında sintetik yapışqandan istifadə olunur və əlyazmalar xüsusi saxlanclarda mühafizə olunurlar.

- Vaxtilə Əlyazmalar İnstitutunda çalışmış Əbülfəz Elçibəy Azərbaycan prezidenti olduğu zaman Əlyazmalar İnstitutu üçün müasir saxlanclardan ibarət yeni binanın tikilməsi tapşırığını vermişdi, amma o layihə baş tutmadı. İnstitutun gələcəkdə köçürülməsi ilə bağlı hazırda plan varmı?

- Bəli, elə bir təklif olub. Bilirsiniz, mən Türkiyənin Süleymaniyyə Kitabxanasında olanda görmüşdüm, əlyazmalar dəmirdən hazırlanmış xüsusi rəflərdə qorunur. Hər hansı bir fövqəladə hal yaranan zaman o rəflər avtomatik bağlanır, ora nə alov, nə su keçir, sanki hermetik kapsula çevrilir. Mən də elə bir fond yaradılmasını arzu edirəm. Bu barədə Akademiyanın prezidenti Akif müəllimə də demişəm, təklifimi həvəslə qəbul edib. Nə yazıq ki, mənim bu təklifim dünya iqtisadi böhranı dövrünə düşdü və bu, bir qədər təxirə salındı. Amma bu yaxında Akif müəllimlə danışdıq, o bildirdi ki, yeni binanın tikilməsi plandadır. Düşünürəm ki, vaxt ikən müasir standartlara cavab verən binaya ehtiyac var.

- Əlyazmaların elektronlaşması işləri hansı səviyyədə aparılır?

- Elektron kataloqlaşdırma işi aparılır, biz bunu zaman-zaman yeniləyirik və ingilis dilinə çeviririk. Mən yenə də Süleymaniyyə Kitabxanasından nümunə gətirəcəyəm. Orda Türkiyənin müxtəlif şəhərlərində yerləşən əlyazmaların hamısının elektron nüsxəsi var. Sən onları götürmək üçün müəyyən məbləğ ödəməlisən. Biz də özümüzə aid əlyazmaları götürərkən müəyyən məbləğ ödəyirik. Nizaminin “Xəmsə”sinin nüsxələrini əldə edərkən, Paris Kitabxanasından əlyazmalar əldə edərkən külli miqdarda, minlərlə dollar həcmində vəsait ödəmişdik. Hazırda çalışırıq ki, bizdə də bu mexanizmi quraq. Bunun üçün əvvəlcə biz gərək əlyazmaların dəyərini, sonra da məbləği müəyyənləşdirək.

- İnstituta yeni mütəxəssislər gəlirlərmi? Yoxsa bu sahəyə maraq azdır?

- Bütün dünyada bu sahəyə meyl edən kadrlar azdır. Gənclər daha çox gəlirli sahələrə meyllənirlər. Əlyazmaları öyrənmək də o qədər asan deyil. Elə xətt nümunələri var ki, bizdə onları oxuyan mütəxəssis yoxdur, onları oxumaq üçün Türkiyəyə göndəririk. Bizdə də mütəxəssis qıtlığı yaşanır. Ümidimiz şərqşünaslıq fakültəsinin məzunlarına qalır. O da bir problemdir ki, oğlanlarımız bu sahəyə gəlmirlər, çox vaxt qızlarımız gəlir. Amma bütün bunlara baxmayaraq, institutda inkişaf, dinamika var və mən elə düşünürəm ki, ildən-ilə işlərimiz daha da yaxşılaşacaq.

loading...
loading...
Adını məşhur “Forbes” jurnalında görmək istəyən sumqayıtlı şagird - FOTOLAR
Alman dili müəlliminin yaratdığı “jurnalistika məktəbi”
Həbs olunmaq üçün bananı "cinayət aləti" kimi göstərdi - MARAQLI
“Müəllimlərin maaşının artırılması yaxın zamanda öz faydasını göstərəcək”
Narkotik satıcısı professor çıxdı - İNANILMAZ...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Azərbaycanın qaçqın problemi onların yadına da düşmür” – Millət vəkilindən ağır ittihamlar...
Gündəm
Qarabağda göy qurşağı altında erməni xaçı...-FOTOLAR
Cəmiyyət
“Bu cür halların qarşısını almaq üçün bələdiyyələrdə qadın otaqları yaradılmalıdır...”
Cəmiyyət
“Təəssüflər olsun ki, istehlakçıların hüquqlarını qoruyan dövlət xidməti bu məsələlərin həllində acizlik göstərir...”
Gündəm
Düşmən basdırdığı minanı çıxarmaq üçün 1,5 milyon alacaq: ABŞ-dan separatçılara yardım
Həftənin ən çox oxunanları
"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO
Lamiyə həmin zabitlə 29-cu otaqda görüşüb hamilə qalmışdı
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
“Azərbaycanın təyyarələri qorxuludur, onlar sərhəddimizi keçsə...”
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə..."
"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”
“Xüsusi təyinatlılarımızı Azərbaycan sərhəddində cəmləmişik” – Savaş qapımızda...
Xalq artistinin ailəsində xoş gün - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)