Xəbər lenti
24/05/2019 [17:42]:
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
24/05/2019 [17:41]:
Ağdamda qadın kafedə bıçaqlanıb - FOTO - YENİLƏNİB
24/05/2019 [17:35]:
Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb
24/05/2019 [17:34]:
“Hər göydələnin həyətində bir ağac əkiləcək” – Cümhuriyyət qurucularının xatirəsinə...
24/05/2019 [17:21]:
“Bavariya” Leroy Sane üçün 80 milyon avro təklif edəcək
24/05/2019 [17:07]:
Həyatda polyarlıq yoxdur...
24/05/2019 [16:47]:
Məhəmməd Salah təyyarənin döşəməsində mürgülədi-FOTO
24/05/2019 [16:41]:
Tereza Mey istefası barədə bəyanatını göz yaşları ilə bitirib - VİDEO
24/05/2019 [16:37]:
Azərbaycan və Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib
24/05/2019 [16:24]:
“Şəmistanla bir kəndə getsək, bizim qarşısımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?”
24/05/2019 [16:22]:
Qazaxıstan Azərbaycanın 54 milyardlıq dövlət istiqrazlarını satıb
24/05/2019 [16:22]:
“Rəhimə xanım” ziyarətgahında iftar süfrəsi təşkil edilib
24/05/2019 [16:21]:
Ziyafət Əsgərov: "Onlar əxlaqsızdırlar"
24/05/2019 [16:14]:
“Xırda insidentlər böyük müharibəyə çevrilə bilər” – XƏBƏRDARLIQ!
24/05/2019 [15:48]:
Luiş Fiqu Bakı finalı ilə bağlı müraciət yaydı - VİDEO
24/05/2019 [15:46]:
Azad Rəhimov: "30 min azarkeş Bakıya gələcək, böyük sınaqdır"
24/05/2019 [15:26]:
"Ermənilər “qarabağlı”lardan xilas olmaq üçün hakimiyyət dəyişikliyi etdi"
24/05/2019 [15:16]:
Sabah karatenin əlbəyaxa növü üzrə peşəkarların döyüşüdür - VİDEO
24/05/2019 [15:16]:
Paşinyanın oğlu Yerevana qaçdı
24/05/2019 [15:11]:
İlham Əliyev: "Qarabağ münaqişəsinin həllinin bir yolu var"
24/05/2019 [15:09]:
“Boykot çağırışı ermənilərin növbəti təxribatıdır”
24/05/2019 [14:42]:
Üzərindən ata və anasının bağırsaqları çıxdı - AĞLASIĞMAZ SƏBƏB...
24/05/2019 [14:41]:
“Üzləşdiyim erməni elitasına mənsub böyük iş adamları dedilər ki…”
24/05/2019 [14:21]:
“Onun haqqında heç nə danışmaq istəmirəm...” - Xalq artistinin həyat yoldaşı
24/05/2019 [14:16]:
“Arsenal”ın yarımmüdafiəçisi: “Mxitaryanın şərəfinə Bakıda qalib gələcəyik”
24/05/2019 [14:12]:
Vəkillərimiz artıq Böyük Britaniyan yurisdiksiyasında vəkilliyə qəbul ola biləcəklər
24/05/2019 [14:07]:
Valeh Ələsgərov: “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”
24/05/2019 [14:04]:
Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq
24/05/2019 [14:03]:
Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq
24/05/2019 [14:02]:
“Nar”dan aztəminatlı ailələrdən olan uşaqlara dəstək
24/05/2019 [13:55]:
Sevinc Fətəliyeva: “Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib”
24/05/2019 [13:52]:
Türkiyə Fələstinə 3,5 milyon dollar yardım edib
24/05/2019 [13:45]:
İran Prezidenti hökumətə yeni sözçü təyin edib
24/05/2019 [13:44]:
Milli Oftalmologiya Mərkəzində 10 ildə 82 468 xəstə əməliyyat olunub
24/05/2019 [13:37]:
Türkiyədə 2 ay öncə seçilmiş bələdiyyə sədri qətlə yetirildi
24/05/2019 [13:34]:
İran xarici işlər naziri İraqa səfər edəcək
24/05/2019 [13:29]:
Həkim: "2 yaşadək uşaqların planşet, telefon və televizorlardan istifadəsinə məhdudiyyət qoyulmalıdır”
24/05/2019 [13:25]:
Tereza Mey istefa edəcəyi tarixi açıqlayıb
24/05/2019 [13:22]:
Paşinyanın həyat yoldaşı azərbaycanlı jurnalistin sualına cavab verə bilməyib
24/05/2019 [13:15]:
Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama
24/05/2019 [13:05]:
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
24/05/2019 [12:59]:
“30 ildir məni siyasət meydanında xırdalamağa çalışsalar da camaatın gözündə elə öz yerimdəyəm...”
24/05/2019 [12:50]:
Şəki-Zaqatala bölgəsində 300 şagird üçün məlumatlandırma sessiyaları keçirilib - FOTOLAR
24/05/2019 [12:41]:
Kişi 10 il əvvəl oğurlanan pulqabını yiyəsinə qaytardı
24/05/2019 [12:41]:
Tanrının 54 gün sonra göndərdiyi mükafat - FOTOLAR + VİDEO
24/05/2019 [12:17]:
“Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirildi - FOTOLAR
24/05/2019 [12:14]:
Qəza dəhşəti: anası oğlunun öldüyünü bilmir - Foto
24/05/2019 [12:11]:
Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərlə görüşüb, qayğılarını dinlədi
24/05/2019 [12:09]:
24 il işləyib pensiya ala bilməyənlər nə etsin?
24/05/2019 [12:03]:
Şəhid ailələri və Qarabağ əlillərinə ev veriləcək - Son tamamlama işləri aparılır
24/05/2019 [11:49]:
Bu yağın balı çıxdı: 40% bahalaşdı – Səbəb
24/05/2019 [11:46]:
“İndiki halda “Cavanşir” körpüsünün orda olmasının heç bir əhəmiyyəti yoxdur...”
24/05/2019 [11:45]:
Fuad Abbasov danışdı: "Polis məntəqəsində mənimlə kobud davrandılar"
24/05/2019 [11:41]:
İlham Əliyev sərəncam imzaladı
24/05/2019 [11:41]:
“Ermənistanda peşəkar siyasətçilər yoxdur” – Siyavuş Novruzov
24/05/2019 [11:31]:
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
24/05/2019 [11:27]:
Pensiya ilə bağlı bu qərar verilsin... – Təklif
24/05/2019 [11:26]:
Sarkisyan yenidən siyasi mübarizəyə qoşuldu
24/05/2019 [11:25]:
Bahar Muradova: “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik”
24/05/2019 [11:24]:
Xəstəxanaya eyni anda 4 hamilə qız gətirildi - Ağstafada
24/05/2019 [11:15]:
Doğum gününüz mübarək, Ramiz Novruz!
24/05/2019 [11:12]:
Azərbaycanla sərhəddə əməliyyat: 3 terrorçu öldürüldü
24/05/2019 [11:11]:
Qədim Misir şərabı bərpa olundu
24/05/2019 [11:00]:
DİM Azərbaycan dili fənni üzrə ikinci imtahan keçirəcək
24/05/2019 [11:00]:
Qarabağdakı “Avropa çempionatı”na  bir həftə qaldı- İsa bulağında ziyafət...
24/05/2019 [10:57]:
YAP Gənclər Birliyinin üzvləri Milli Məclisin rəhbərliyi ilə görüşdülər
24/05/2019 [10:54]:
Milli Parklara direktor vəzifəsinə işçi axtarılır
24/05/2019 [10:53]:
İsmayıllıda narkotik əkən qadın tutuldu
24/05/2019 [10:51]:
Almaniyalı tədqiqatçı magistr və doktorantlara təlim keçdi -FOTOLAR
24/05/2019 [10:50]:
BSU-da şagirdlər üçün Açıq qapı günü keçirilib
24/05/2019 [10:47]:
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24/05/2019 [10:46]:
Boinq-737-nin uçuşları bərpa olunur
24/05/2019 [10:46]:
Məktəblərdə təhlükəsizlik üzrə direktor müavini vəzifəsi təsis oluna bilər
24/05/2019 [10:39]:
““Dolu”da cəmi üç dəfə görsənir, amma elə bil bütün film Fuad Poladovun üstündə qurulub...”
24/05/2019 [10:38]:
Dövlət Miqrasiya Xidməti müsahibə elan edib –İşə qəbulla əlaqədar
24/05/2019 [10:37]:
Şəmsəddin Əliyevin Ramazan duası: "Bizlərə ağıl ver, ya Rəbbim, ağıl!"
24/05/2019 [10:37]:
Masallı Eminin anası oğlunun yeni görüntülərini TƏQDİM ETDİ-VİDEO
24/05/2019 [10:24]:
Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı
24/05/2019 [10:19]:
Bu rayonda su olmayacaq
24/05/2019 [10:16]:
Roman Abramoviç Bakıya gəlir
Bütün arxiv bir sırada
18/04/2019 [21:13] - Cəmiyyət - ( 770 dəfə baxılıb)

Heyvandarlıqla bağlı yeni dövlət proqramı hazırlanıb



Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkənin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair dövlət proqramı” layihəsi hazırlanaraq ictimai müzakirəyə təqdim olunub.

Sənədə görə, dövlət proqramının məqsədi yeni təsərrüfatçılıq modellərinin tətbiqi ilə cins tərkibinin yaxşılaşdırılması hesabına heyvandarlıqda genetik potensiala uyğun məhsuldarlığa və heyvandarlığın davamlı inkişafına nail olunması, ölkə əhalisinin heyvan mənşəli məhsullara tələbatının əsasən yerli məhsullar hesabına ödənilməsi, ixrac imkanlarının yaranması, heyvandarlıq müəssisələrinin yem təminatının yaxşılaşdırılması və örüş-otlaq sahələrinin məhsuldarlığının artırılması yolu ilə səmərəli istifadənin təmin edilməsi, emal sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün heyvandarlığın inkişafının stimullaşdırılmasıdır.

Layihədə qeyd olunur ki, dünya üzrə bir baş iribuynuzlu heyvanın illik orta süd məhsuldarlığı 2.4 tondur. Azərbaycanda bu göstərici 1.5 ton təşkil etməklə, dünya üzrə orta göstəricidən 38 faiz aşağıdır. Bununla belə, bir sıra dünya ölkələrində süd istehsalında 1 inəkdən 13 tona yaxın süd istehsal olunmaqla daha yüksək məhsuldarlığa nail olunub.

Dünyada bir baş iribuynuzlu heyvandan orta hesabla 213 kiloqram, bir baş xırdabuynuzlu heyvandan isə 15 kiloqram ət alınır. Azərbaycanda iribuynuzlu heyvanlar dünya üzrə orta göstərici ilə müqayisədə təxminən 2 dəfə aşağı çəkidə kəsilir. Ölkəmizdə bir baş xırdabuynuzlu heyvandan orta hesabla əldə edilən ətin miqdarı dünya üzrə orta göstəriciyə bərabər olsa da, bir sıra ölkələrdəki göstəricidən təxminən 2 dəfə azdır.

2017-ci ildə Azərbaycanda bütün növ ət və ət məhsullarının istehsal həcmi 316.8 min ton, özünütəminetmə səviyyəsi 84.7 faiz olub. Bu dövrdə kənd təsərrüfatı müəssisələrində iribuynuzlu heyvanların diri çəki artımının bir sentnerinin maya dəyəri 327.4 manat, 1 sentner mal ətinin diri çəkidə respublika üzrə orta satış qiyməti isə 392.2 manat olub. Beləliklə də mal əti istehsalının rentabellik səviyyəsi 19.8 faiz təşkil edib. Qeyd olunan dövrdə qoyun və keçi ətinin diri çəkidə bir sentnerinin maya dəyəri və satış qiyməti müvafiq olaraq 273.7 manat və 426.7 manat olub, rentabellik səviyyəsi isə 55.9 faiz təşkil edib.

Sənəddə qeyd olunur ki, 2018-ci ilədək 30-a yaxın kommersiya bankı tərəfindən sahibkarlara iribuynuzlu və xırdabuynuzlu heyvandarlığın inkişafı üçün 290 milyon 321 min manat kredit verilib. Həmin dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 25 iribuynuzlu heyvandarlıq kompleksinin, 1 xırdabuynuzlu heyvandarlıq təsərrüfatının, 9 ət kəsimi və emalı müəssisəsinin, 10 süd emalı müəssisəsinin, 49 damazlıq yumurta və broyler təsərrüfatının yaradılması dəstəklənib.

2017-ci ildə süni mayalanma yolu ilə əldə olunan buzovlara görə sahibkarlara 4.5 milyon manat, 2018-ci ildə isə 6.0 milyon manat subsidiya verilib. Bu 6 milyon manatın 0.7 milyon manatı 2017-ci ildə döğulmuş buzovlara görədir.

2008-2018-ci illər ərzində “Aqrolizinq” ASC ərəfindən 30356 baş iribuynuzlu və 5947 baş xırdabuynuzlu heyvan alınaraq 50 faiz güzəştlə fermerlərə satılıb. Buna 115.2 milyon manat sərf olunub.

KTN Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadənin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların əsas hissəsini yerli, az məhsuldar cinslər təşkil edir: “Ət və süd istehsalının artırılması, özünütəminetmə səviyyəsinin yüksəldilməsi və bütün bunların örüş-otlaq ərazilərindən daha səmərəli istifadə edilməklə həyata keçirilməsi üçün heyvanların cins tərkibinin yaxşılaşdırılmasına zərurət var”.

Картинки по запросу KTN Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə
Mütəxəssis bildirir ki, heyvandarlığın inkişafında mühüm rol oynayan amillərdən biri də heyvandarlığın yem bazasıdır. Hazırda Azərbaycanda əsasən təbii yemləməyə üstünlük verilir və heyvanlar əsasən kəndətrafı örüş və otlaq sahələri hesabına yemləndirilir: “2018-ci ilin torpaq balansı məlumatlarına əsasən ölkədə 2327,4 min hektar örüş-otlaq sahələri mövcuddur. Örüş-otlaq torpaqlarının 1,3 milyon hektarı qışlaqlardan, 530 min hektarı yaylaqlardan (onun 200 min hektarı işğal altında), qalan 497,4 min hektarı kəndətrafı örüşlərdən ibarətdir. Bu sahədə əsas problem mövcud olan örüş-otlaq sahələrinin normadan artıq yüklənməsi ilə bağlıdır. Eyni zamanda örüş-otlaq sahələrinin daha effektiv idarə edilməsi mexanizminin hazırlanmasına ehtiyac var. Mövcud qanunvericiliyə görə yay və qış otlaqları dövlət mülkiyyətində saxlanılmış, kəndətrafı örüşlər isə bələdiyyə mülkiyyətinə verilmişdir. Heyvandarlıq fəaliyyəti ilə məşğul olan fermer və iri təsərrüfatların fəaliyyətinin genişlənməsi və tələb olunan yemin strukturunda təbii yemin üstünlük təşkil etməsi dövlət və bələdiyyə torpaq fonduna aid olan otlaqların, kənd ətrafı örüşlərin, meşə torpaqlarının və qoruqların normadan artıq istismar olunmasına gətirib çıxarıb”. 

F.Fikrətzadənin sözlərinə görə, heyvandarlıq təsərrüfatlarının qüvvəli yemə olan tələbatının ödənilməsində təsərrüfatların özləri tərəfindən istehsal edilən müxtəlif taxıl məhsulları əsas yer tutur: “Azərbaycanda taxıl bitkiləri üzrə heyvan və quş yemi kimi heyvanların yem rasionu üzrə tələbatı 271 min ton qarğıdalı, 472 min ton buğda və 481 min ton arpa təşkil etməklə, ümumilikdə 1.22 milyon ton qüvvəli yemə tələbat mövcuddur. Eyni zamanda müxtəlif kənd təsərrüfatı məhsullarının emalından alınan kəpək, çiyid və s. kimi məhsullar da qüvvəli yem kimi istifadə olunur. Son dövrlər ölkədə sənaye üsulu ilə yem məhsulu istehsalında ixtisaslaşmış yeni sənaye müəssisələri də yaranmağa başlayıb. Belə ki, 2017-ci ildə 36 min ton qarışıq yem istehsal olunub ki, 2007-ci ildə bu göstərici cəmi 0.2 min ton təşkil edirdi. İstehsal göstəricilərinin artmasına baxmayaraq, bu məhsullara olan tələbatın böyük hissəsi hələ də idxal hesabına ödənilir. 2017-ci ildə ölkəyə 120 min tondan çox müvafiq məhsul idxal olunub. Ölkədə istehsal edilən yem məhsullarının əsas xammal təminatında da idxalın payı yüksək olaraq qalmaqdadır. Dövlət proqramında bu asılılığın azaldılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

Картинки по запросу heyvandarlıq təsərrüfat

Dövlət proqramının icrası nəticəsində ət-süd istehsalının və özünütəminetmə səviyyəsinin artması, heyvanların cins tərkibinin yaxşılaşması, etibarlı və təhlükəsiz уеm təminatının gücləndirilməsi və ondan səmərəli istifadə edilməsi, örüş və otlaqlardan səmərəli istifadə edilməsi nəzərdə tutulur. Bundan əlavə, 2023-cü ilədək iyirmi başdan iki min başa qədər müxtəlif tutumlu südlük və ətlik istiqamətli maldarlıq komplekslərinin yaradılmasının dəstəklənməsi, 5-10 başlıq ətlik-südlük istiqamətli qaramaldan ibarət ailə-kəndli təsərrüfatlarının yaradılması təcrübəsinin yayılması, müxtəlif tutumlu qoyunçuluq komplekslərinin yaradılmasının dəstəklənməsi, heyvan mənşəli emal məhsullarına və yem əlavələrinə vergi güzəştlərinin tətbiqi ilə bağlı vergi məcəlləsinə dəyişikliklərin edilməsi məqsədilə təkliflərin hazırlanması, otlaqlaqların bərpası və mədəni otlaqların genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi və sair tədbirlərin həyata keçirilməsi təklif olunur.(musavat.com)

loading...
loading...
Bakıda daha bir "Galenvagen" dəhşəti: Maşından görün, neçə nəfər çıxdı + VİDEO
Üzərindən ata və anasının bağırsaqları çıxdı - AĞLASIĞMAZ SƏBƏB...
Tanrının 54 gün sonra göndərdiyi mükafat - FOTOLAR + VİDEO
"Qaliblərin imtahansız qəbulu ürəkbulandıran addımları daha da gücləndirərdi..."
"Kitabı varaqlamağa başladım və təpəmin ortasından tanış tüstü çıxmağa başladı..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Xırda insidentlər böyük müharibəyə çevrilə bilər” – XƏBƏRDARLIQ!
Gündəm
“Boykot çağırışı ermənilərin növbəti təxribatıdır”
İqtisadiyyat
“Üzləşdiyim erməni elitasına mənsub böyük iş adamları dedilər ki…”
İdman
“Arsenal”ın yarımmüdafiəçisi: “Mxitaryanın şərəfinə Bakıda qalib gələcəyik”
Dünya
Marketdə başlayan "qaymaq" davası qanla bitdi - VİDEO
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
"İran ermənilərin qarşıdakı xəyanətinin hesabını indi deyil, daha sonra soracaq..."
Şəmkirin icra başçısından Dilqəm Əsgərovun oğluna KİŞİ SÖZÜ...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]