Əkin sahəsini yandırdı, 400 manat cərimələndi – FOTO
284
29 Aug 2025 | 09:56

Əkin sahəsini yandırdı, 400 manat cərimələndi – FOTO

Şabranda əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olunub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 28-i saat 12 radələrində Şabran şəhəri ərazisində Taxta Körpü su anbarının yaxınlığında 2 hektar əkin sahəsi və  kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən həmin ərazinin yandırılmasına görə rayon sakini Şakir Kamilov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülməklə, 400 manat məbləğində cərimələnib.


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər