Xəbər lenti
22/05/2019 [01:33]:
Azərbaycanlı müğənni İstanbulda yarım milyona ev aldı - VİDEO
21/05/2019 [23:23]:
Rusiyada quduz porsuq magazaya soxularaq, üç nəfəri yaralayıb
21/05/2019 [23:15]:
XİN: "Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir"
21/05/2019 [23:00]:
“Azərbaycanlılar türklərin əsirlikdən və sürgündən qurtulmasında mühüm rol oynayıb”
21/05/2019 [22:32]:
Səfər Mehdiyev Qulam İshaqzai ilə görüşdü
21/05/2019 [22:29]:
Bakıda MDB dövlətlərinin 19-cu iclası keçiriləcək -FOTOLAR
21/05/2019 [22:23]:
"Təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı" mövzusunda seminar başladı
21/05/2019 [22:15]:
“Səhiyyə sahəsinə vəsait ayrılır, lakin çalışanların əmək haqqısı aşağıdır"
21/05/2019 [21:53]:
Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındır...
21/05/2019 [21:40]:
Azərbaycan millisi italiyalı mütəxəssisin rəhbərliyi altında ilk matçı heç-heçə oynayıb
21/05/2019 [21:38]:
Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib - VİDEO
21/05/2019 [21:16]:
AFFA: Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək
21/05/2019 [21:11]:
"İndi bir KİŞİ tapılacaq ki, mənə desin ki, niyə bu günə düşdük?"
21/05/2019 [21:03]:
Deputat: "Elmi dərəcəsini necə aldığı məlum olmayanlar ağzına gələni danışırlar"
21/05/2019 [20:55]:
"Özüm Moskvaya gedib Jirinovski ilə məsələnin aydınlaşdırılmasına cəhd edəcəm...”
21/05/2019 [20:41]:
ABŞ-da Konqres tarixində ilk dəfə iftar təşkil edildi
21/05/2019 [20:36]:
ABŞ-da erməni silah baronu həbs olunub
21/05/2019 [20:33]:
45 il saxta ittihamla həbsdə qaldı: Hökumət 1,5 milyon dollar təzminat ödəyəcək...
21/05/2019 [20:30]:
Əflatun Amaşov Moskvada həbs olunan azərbaycanlı jurnalistdən yazdı
21/05/2019 [20:29]:
Avropalı səyyahlar Azərbaycanda - VİDEO
21/05/2019 [20:27]:
Bakı-Sumqayıt yolunda zəncirvari qəza: Yaralılar var - VİDEO
21/05/2019 [20:00]:
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
21/05/2019 [19:57]:
“Dedi ki, ərinin iş yerində də cadu var, təmizləməsək infarkt keçirib öləcək...”
21/05/2019 [19:12]:
Azərbaycan Texnologiya Universitetinin sabiq prorektoru vəfat edib
21/05/2019 [19:03]:
Azərbaycan diaspor nümayəndələri Ukraynada Avropa Günləri tədbirlərində - FOTOLAR
21/05/2019 [18:54]:
Poroşenkoya cinayət işi açıldı
21/05/2019 [18:52]:
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21/05/2019 [18:48]:
Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü
21/05/2019 [18:46]:
Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi
21/05/2019 [18:42]:
"Gənclərimiz İlham Əliyevin siyasətini dəstəkləyir"
21/05/2019 [18:40]:
“Asiya nəhəngləri” üçün Cənubi Qafqazda əsas önəm kəsb edən ölkə Azərbaycandır”
21/05/2019 [18:22]:
"İngilisi "Tarqovı"da tutub yeyəsi deyilik ki?" - Hafiz Hacıyev
21/05/2019 [18:08]:
Maduro Bakıya gələcək
21/05/2019 [18:06]:
Ölü heyvanın ətini satmaq istədilər, qarşısı alındı
21/05/2019 [18:00]:
Skarlet Yohanson növbəti dəfə evlənir
21/05/2019 [17:53]:
Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı
21/05/2019 [17:53]:
Maduro Bakıya gələcək
21/05/2019 [17:50]:
Nazirlik: "Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur"
21/05/2019 [17:15]:
"Yeri gələndə mən səndən də abırsızam..." - FOTOLAR
21/05/2019 [17:08]:
“Yalan danışırlar, Allah cəzalarını verəcək..”
21/05/2019 [17:07]:
“Hamının hamıya” prinsipi ilə dəyişdirilməsi məsələsinə dair açıqlama yayıldı
21/05/2019 [16:57]:
Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ
21/05/2019 [16:56]:
Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqləndi - FƏRMAN
21/05/2019 [16:50]:
AMİP-dən Fuad Abbasovla bağlı çağırış: "Hamımız ona sahib çıxmalıyıq"
21/05/2019 [16:48]:
Azərbaycanın maliyyə sektoru Fransanın məşhur bankını qarşılamağa hazırlaşır - ARAŞDIRMA
21/05/2019 [16:41]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
21/05/2019 [16:17]:
Yazıçımız Rusiyada təltif olunacaq
21/05/2019 [16:15]:
Erməni əsgərlər qəzaya düşdü: ölən və yaralananlar var
21/05/2019 [16:13]:
ADPU-da “Solğun çiçəklər” tamaşası nümayiş etdirildi
21/05/2019 [16:05]:
Zelenskinin inaqurasiyasında diqqətçəkən 4 MƏQAM
21/05/2019 [16:02]:
Rövşən Rzayev problemləri dinlədi
21/05/2019 [15:58]:
“Formula-1”in əfsanəvi pilotu öldü
21/05/2019 [15:52]:
Həmsədrlər Məmmədyarov və Mnatsakanyanın görüşməsini istəyir
21/05/2019 [15:38]:
Birinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdi - FOTOLAR
21/05/2019 [15:22]:
Deputatlar Fuad Abbasovun müdafiəsinə qalxdılar: “XİN münasibət bildirməlidir!”
21/05/2019 [15:19]:
“Onların məqsədi problemin həllinə töhfə vermək deyil” – “İmitasiyadır!”
21/05/2019 [15:18]:
“Müvafiq qurumlarımız Fuad Abbasovun həbsinə özünün münasibətini bildirməlidir...”
21/05/2019 [15:13]:
Mxitaryan Bakıya gəlmir - “Arsenal” rəsmi açıqladı
21/05/2019 [15:07]:
“Falçı mənə sarı su içirirdi, nə pulum var idi ona verirdim”
21/05/2019 [15:01]:
Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?
21/05/2019 [14:53]:
Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu –Yaralılar var
21/05/2019 [14:44]:
Sumqayıtda Vəkillər Kollegiyasının ilk regional vəkil qurumunun açılışı oldu
21/05/2019 [14:34]:
Dəniz səviyyəsi sürətlə qalxır - Yüz milyonlarla insan yurdundan olacaq
21/05/2019 [14:24]:
QAT Fuad Abbasovla bağlı bəyanat verdi
21/05/2019 [14:17]:
Buraxılış imtahanlarının nəticələri açıqlandı - RƏSMİ
21/05/2019 [14:14]:
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi - Diqqətli olun!
21/05/2019 [14:05]:
Xınalıq məktəbinin direktoru- “İclası çəmənlikdə keçiririk”
21/05/2019 [14:01]:
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi – Abituriyentlərin diqqətinə
21/05/2019 [13:57]:
Mayın 25-dən 31-dək “Tarqovı”ya giriş məhdudlaşdırılır
21/05/2019 [13:55]:
5000 manatadək cərimə - Sanksiyalar sərtləşdirilir
21/05/2019 [13:54]:
Sinoptiklər 32 dərəcə isti vəd edirlər
21/05/2019 [13:53]:
"Azərbaycan məmurları Zelenskinin dediyi o keyfiyyətlərdən tamamilə uzaqdırlar"
21/05/2019 [13:48]:
““Bakıdakı ermənipərəstlərin üzünə tüpürün!” desəm, məni tutarlar?..”
21/05/2019 [13:47]:
"Danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun” -Millət vəkili
21/05/2019 [13:43]:
Sumqayıtda Regional Vəkil Bürosunun açılışı olacaq - FOTOLAR
21/05/2019 [13:40]:
“Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur"
21/05/2019 [13:40]:
Günay keçmiş sevgilisini bıçaqladı -FOTOLAR
21/05/2019 [13:37]:
Bu Eyyubun yox, Mədəniyyət Nazirliyinin ayıbıdır...”
21/05/2019 [13:27]:
Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb
21/05/2019 [13:23]:
Səfirdən Mxitaryana mesaj - “Futbolçusan, get futbolunu oyna”
Bütün arxiv bir sırada
21/04/2019 [10:26] - Köşə - ( 4264 dəfə baxılıb)

Odu qoyub külü ilə oynayırıq...

İlham İsmayıl

Hələ Vyana görüşündən əvvəl, yanvarın 16-da Parisdə Məmmədyarov və Mnasakanyan arasında baş tutan görüşdən sonra  “xalqları sülhə hazırlamaq” ideyası səslənəndə hər iki tərəfin özünəməxsus reaksiyası oldu. Ermənilər “sülhə hazırlanma”nı işğal etdikləri torpaqların geri alınması kimi qəbul edib əleyhinə təbliğat apardılar, Azərbaycan cəmiyyəti də bu bəyanatı ən azı Dağlıq Qarabağın  müstəqilliyinin tanınmasına “hazırlıq” kimi qəbul etdi. Danışıqlarda “humanitar proses” adlanan bu məsələlərin tərkib hissəsi kimi jurnalistlərin qarşılıqlı səfərlər etməsi son günlərin müzakirə hədəflərindəndir. Bəri başdan birmənalı şəkildə qeyd edək ki, jurnalistlərin səfərləri, atəşkəsin möhkəmlənməsi, Paşinyanın “sosial şəbəkələrdə nifrəti dayandırın” çağırışları, əsir və həbsdə olanların qohumlarına görüş şəraiti yaratmaq  və bu qəbildən olan digər çağırışlar yalnız və yalnız düşmənin işinə yarayır. Niyəsini dəfələrlə bildirmişik ki, bu tip humanitar proseslər status-kvonu dəyişdirməməyə, yəni torpaqlarımızın işğal altında qalmasına xidmət edir. Bizim üçün real nəticəsi olmayan bu işlərin başqa zərərləri də var.
  
Bu sülh çağırışları ilk baxışdan normal görünür və biz tərəf olaraq bundan imtina etməməliyik. İmtina edilsə, onsuz da bərbad vəziyyətdə olan beynəlxalq imicimiz daha da tündləşəcək. İmtina etmirik, amma bir şərtlə. Paralel olaraq intensiv danışıqlar aparılmalı və vasitəçilər qarşısında, o cümlədən Ermənistan qarşısında konkret vaxt və şərt qoyulmalı, çevik və sərt siyasət aparılmalıdır. Şərt bəllidir: Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət statusu və əhalisinə təhlükəsizlik təminatı verilir, beynəlxalq güclərin ( konkret olaraq bir dövlətin yox) sülhməramlı qüvvələri bu təminatın qarantı rolunda olur. Əks halda, 1994-cü ildə bağlanmış atəşkəs müqaviləsinin Azərbaycan tərəfdən birtərəfli qaydada pozulacağı və torpaqların işğaldan azad olunması yolunda zəruri olan tədbirlərə hazırlaşacağı elan edilir. 

Əgər qeyd olunan “humanitar proseslər”lə yanaşı danışıqlarda bu cür mövqe ortaya qoyulmayacaqsa, jurnalistlərin İrəvana və Dağlıq Qarabağa səfərləri heç nəyi dəyişməyəcək. Erməni jurnalistlər Bakıya və digər şəhərlərə səfər edib, birbaşa müşahidə aparmaqla, onları maraqlandıran məmur heyəti və siyasilərlə görüşüb müsahibələr almaqla, gedib İrəvanda nə deyəcəklər? Deyəcəklər ki, Bakı İrəvandan yaxşı görünür, körpülər tikilib, bulvar gözəlləşib, gəlin Qarabağı verək, dost olaq, bizdə də yaxşı olsun? Bu illuziyadır və birinci buna inanmayan elə bu ideyanı ortaya atan və bunu vacib addım hesab edənlərdir.  Ya bizim jurnalistlər səfərdən qayıdanda təbliğat aparacaqlar ki, gəlin Dağlıq Qarabağı verək erməniyə, dost olaq və hərdən də gedək Şuşaya, Cıdır düzündə ermənilərlə söhbət edək? Bu illuziyalara kimsə inanır? Ümumiyyətlə, kim sübut edə bilər ki, jurnalistlərin səfərləri Qarabağ probleminin həllinə kömək edəcək?

Deyilən kimi bu humanitar addımlara fokuslanmaq erməninin xeyrinədir, konkret olaraq Paşinyanın xeyrinədir, çünki Ermənistanın baş nazirinin Qarabağ problemi yoxdur, bu problemi o Rusiyanın üstünə atıb, onun problemi öz vətəndaşlarıyladır. Erməni cəmiyyəti tədricən Paşinyandan konkret sosial problemlərin həllini tələb edir və narazılıqlarını artıq dilə gətirirlər. Onun problemi, elə erməni problemidir. Jurnalist səfərləri Paşinyanın xeyrinədir.  
  
Bu cür humanitar proseslərin arxasında ciddi vaxt tələbi siyasəti durmayacaqsa perspektivdə bilirsinizmi bizə nə təklif edəcəklər? İndi də sərhədləri açın, qoşunları Kürdən o tərəfdə yerləşdirin, infrastrukturları bərpa edək, siz bizə qaz, neft verin, biz sizə konyak verək, yollar açılsın, sonra baxarıq görək necə olacaq? Sonra super dövlətlərin birinin X prezidenti çıxıb deyəcək ki, biz Qarabağın müstəqilliyini tanıyırıq, necə ki, ABŞ prezidenti 51 il əvvəl işğal olunmuş Qolan təpələrini İsrailin ərazisi kimi tanıdığını elan etdi. 

Nə vaxta qədər bu cür mənasız danışıqlarla, ideyalarla xalqın başı aldadılacaq? Bunun başqa adı yoxdur-məhz xalq aldadılır. Elə deyilsə, real nəticəsi olan bir siyasət yürüdülsün və əksi sübut edilsin. Bir daha qeyd edirik: bu cür humanitar addımlar paralel olaraq real və sərt danışıqlarla müşayət olunmalıdır. Qarabağı verib, jurnalist səfərləri təşkil etmək, “evcik-evcik” oyununa bənzəyir". 30 ildir ki, Qarabağ işğal altındadır və biz bu illər ərzində heç nə edə bilməmişik. 30 ildən sonra deyirik ki, jurnalistlər səfərlər etsin, görək nə olur. Odu qoyub küllə oynamaq budur. 
   
İlham İsmayıl

loading...
loading...
“Dedi ki, ərinin iş yerində də cadu var, təmizləməsək infarkt keçirib öləcək...”
Bu Eyyubun yox, Mədəniyyət Nazirliyinin ayıbıdır...”
“Qanımız başqa millətə qarışmamalıdır, yəhudi oğlan mütləq yəhudi qızla evlənməlidir”
"Artıq nəğmənin bizə nə vaxt gərək olduğunu bilirik!"
Floridada yaşayan azərbaycanlı göz həkimi - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Asiya nəhəngləri” üçün Cənubi Qafqazda əsas önəm kəsb edən ölkə Azərbaycandır”
Dünya
"Yeri gələndə mən səndən də abırsızam..." - FOTOLAR
Cəmiyyət
“Yalan danışırlar, Allah cəzalarını verəcək..”
Siyasət
“Onun fəaliyyətinə qiymət vermək üçün bir qədər gözləmək lazım gələcək...”
Cəmiyyət
Nazirlik bu kənddə yeni məktəb binasının tikintisinə başladı - FOTOLAR
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
"Fahişə belə, bu hərəkəti eləməz, amma bizim "zapravka"lar edir, müvafiq qurumlarsa..."
İrana gündə 500 raket zərbəsi!
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
İcra başçısına zərfdə güllə göndərdilər: "Çox yaxşı bilirəm ki..."
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
Bakıda tələbələr arasında qanlı davanın görüntüsü yayıldı - ŞOK VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]