Fərid Şəfiyev: “Hesab edirəm ki, yerlibazlıqla mübarizə aparmalıyıq”
Oxunub: 1194
22 Apr 2019 | 10:12
Fərid Şəfiyev: “Hesab edirəm ki, yerlibazlıqla mübarizə aparmalıyıq”
Fərid Şəfiyev:  “Mərkəzdə “Erməni araşdırma şöbəsi” yaradacağıq”

"Rusiya, İran, Türkiyə, Avropa Birliyi, ABŞ hər zaman  Mərkəzin maraq dairəsində olacaq"

Azərbaycan Prezidentinin 2019-cu il 19 aprel tarixli Fərmanı ilə yeni yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiqləndi. Publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək Mərkəzin işi nədən ibarət olacaq?

Moderator.az xəbər verir ki, Modern.az saytının bu və digər suallarını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev cavablandırıb. Onunla söhbəti təqdim edirik:

- Fərid müəllim, bir neçə ay öncə cənab Prezidentin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradıldı. Və siz Mərkəzin İdarə Heyətinin sədri təyin olundunuz. Yeni yaradılan mərkəz fəaliyyət istiqamətini necə müəyyənləşdirib?

- Cənab prezident tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nizamnaməsi təsdiq olunub. Yaxın bir zaman qeydiyyatdan keçəcəyik. Digər bir önəmli məsələ ştat cədvəli və büdcə ilə bağlıdır. Ona görə də işçi heyəti barədə müzakirələr aparılır.

- Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi hökumət və ictimaiyyətin qarşısına hansı yeniliklərlə çıxacaq? Bildiyiniz kimi, bir vaxtlar Strateji Araşdırmalar Mərkəzi də mövcud idi. Lakin onun fəaliyyətində heç bir aktivlik nəzərə çarpmadı.

- Əvvəla, Strateji Araşdırmalar Mərkəzinin işini geniş şəkildə şərh etmək istəmirəm. Hesab edirəm ki, bu, tam doğru deyil. Orada müəyyən işlər aparıldığını deyə bilərəm. Güman ki, biz də bəzi işləri davam etdirəcəyik. Lakin qarşımızda digər məsələlər durub. 

Mərkəzin birinci istiqaməti dövlət qurumları, rəhbərlik üçün müxtəlif analitik anlayışlar, məruzələr hazırlanmasından ibarətdir. Hesab edirəm ki, müasir dövrdə rəhbər vəzifədə çalışan şəxsə qısa 2-3 vərəqdən çox olmayan arayış təqdim olunmalıdır. Orada əsas məqamlara toxunulmalıdır. Çalışmalıyıq ki, dünyada baş verən hadisələrin Azərbaycan üçün hansı təhlükələrə yol açacağını, yaxud da hansısa nəticələrə gətirib çıxara biləcəyini təhlil edək. 

Öncə  beynəlxalq münasibətlərdə nələrə diqqət edəcəyimizə nəzər salaq.  İlk növbədə Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində Ermənistanda, Gürcüstanda, Rusiyada, İranda  nələr baş verdiyinə baxmalıyıq. Bu bir istiqamətdir. 

İkinci istiqamətimiz Azərbaycan mətbuatı, tələbələr və mütəxəssislər üçün brifinqlər, dəyirmi masalar təşkil etməkdir. Azərbaycan ictimaiyyəti üçün də məruzələri mətbuat vasitəsilə çatdırmağı düşünürük. 

Fəaliyyətimizin üçüncü hissəsi xaricdə olan “beyin və tədqiqat mərkəzləri”nin Azərbaycana cəlb edilməsidir. Söhbət beynəlxalq münasibətlərlə məşğul olan alim və mütəxəssislərdən gedir. Bildiyiniz kimi, müxtəlif universitetlərin kafedralarında tədqiqat mərkəzləri mövcuddur. Onlarla ünsiyyət qurmaq, iş mexanizmini inkişaf etdirmək, ümumi maraq kəsb edən məsələləri müzakirə etmək çox vacibdir. Xarici ekspertlərə təqaüd verərək, onlara imkan yaradacağıq ki, Azərbaycana gəlib işləsinlər, ölkəmizi dərindən öyrənsinlər. Azərbaycanla bağlı tədqiqatların da xaricdə həcmini artırmağı hədəf olaraq seçmişik. 

- Bu gün Azərbaycanda siyasi ekspert çatışmazlığı yaşanır. 4 ya da 5 nəfər tanınmış politoloq var ki, mətbuat səhifələrində ancaq onların məsələlərə şərhi diqqət çəkir. Maraqlıdır, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi siyasi şərhçilər yetişdirəcəkmi?

- Hesab edirəm ki, toxunduğunuz politoloq məsələsi çox önəmlidir. Politologiya elminin bir peşə kimi inkişafına ehtiyac var. Azərbaycanda bir sıra “beyin mərkəzləri” mövcuddur. Onlar ya müstəqil,  ya da hansısa qurum nəzdində fəaliyyət göstərirlər. Fikrimiz var ki, əlaqələndirmə Şurası yaradaq.

- O zaman müstəqil politoloqları da bu işlərə cəlb etməyi düşünürsünüzmü?

- Təbii ki... Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yeni üsullarla fəaliyyət göstərməsinə çalışırıq. Məsələn, belə bir müqayisə aparaq: hər bir otelin sahibi var. Hər oteldə adətən eyni tipli otaqlar olur. İşçilər sahib tərəfindən işə götürülür. Qapalı bir sistemdir. Lakin son zaman yeni sistem əmələ gəlib – məsələn, Airbnb. Mülkün sahibi bir şəxsdir, işlədən isə digərləri. Otelin müxtəlif tipli otaqları var. Sadə dildə çalışıram izah edəm ki, artıq ənənəvi menecerlik modeli müasir üslublarla əvəz olunmalıdır. Bu yaxınlarda  İsveçrədə oldum. Oradakı “beyin mərkəzləri” ilə görüşdüm. Belə qənaətə gəldim ki, əvvəlki iş formatı aradan qaldırılıb. Ona görə də biz açıq platformanın olmasını istəyirik. Düşünürəm ki, köhnə Sovet tipli institutlardan qurtulmaq lazımdır. Bir kabinetdə yığışıb, nəsə yazıb vermək dövrü deyil. İndiki dövr çeviklik tələb edir. Çox istərdik ki, çevik hərəkət edək. Müxtəlif qurumlarla əməkdaşlıq edək. Həm xaricdə,  həm də Azərbaycanda olan “beyin mərkəzləri”nin, politoloqların gəlib mühazirə oxumasına şərait yaradacağıq. Planlarımız arasında həm mətbuat, həm də politoloqlar üçün treninqlər keçirilməsi də var.  

- Bir məsələyə də münasibət öyrənmək istərdik. 30 ilə yaxındır ki, işğalçı Ermənistanla müharibə aparırıq, ancaq Azərbaycanda erməni dilli mütəxəssisləri yoxdur. Mərkəz olaraq erməni dilli mütəxəssislərin yetişdirilməsinə də çalışacaqsınızmı?

- Razıyam. Neçə illərdir ki, Ermənistanla müharibə aparırıq. Deməli, rəqib ölkənin dilini də bilməliyik. Düşünürəm ki, təkcə dillərini deyil, tarixlərini, ədəbiyyatlarını da bilməliyik. Məsələlərə hərtərəfli yanaşmaq lazımdır. Gələcək planımızda var ki, mərkəzin nəzdində  “Erməni araşdırma şöbəsi” yaradaq. Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edərkən  şahidi olmuşam ki, ümumi sözlərlə danışmağa başlayırıq. BMT çərçivəsində hansısa sənədlər, onların analizi, təhlili və sairə aparmırıq. Bəzən mətbuatı oxuyanda sənədlərin təhrif olunduğunu, yanlış məlumatlar verildiyini görürəm. Düşünürəm ki, “Erməni araşdırma şöbəsi”ndə bu məsələlərin həll yollarını tapmağa çalışacağıq. Bir məqamı da qeyd edim. Bəzi ölkələr var ki, hər zaman maraq dairəmizdə olacaq - Rusiya, İran, Türkiyə, Avropa Birliyinə daxil olan ölkələr, ABŞ. 

- Qonşu ölkələr olan Rusiya, Türkiyədə siyasi şərhçilər var ki, məsələləri çox dəqiq və əhatəli təhlil edirlər. Günlərlə onların şərhi ictimaiyyət tərəfindən müzakirə olunur. Ləğv edilən Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti dövründə mətbuat olaraq adıçəkilən mərkəzin bir politoloqunun şərhinə rast gəlmədik. Bu “ənənə”dən qurtulacağıqmı?

- Bundan sonra mətbuatla əlaqələrimiz genişləndirəcəyik. Bizim mərkəzimizdə çox yaxşı mütəxəssislərimiz var. Amerika, Avropa Birliyi,  Yaxın Şərq, Cənubi Qafqaz üzrə işi bilənlər var. Həmçinin, Çinlə də əməkdaşlıq etmək fikrindəyik. Əlaqələrin yaranmasına köməklik edəcəyik. Tam olaraq qeydiyyata alınandan, büdcə məsələləri həll olunduqdan sonra  Azərbaycan ictimaiyyətinin politologiya sahəsi üzrə ehtiyaclarını təmin etməyə çalışacağıq. 

- Fərid müəllim, Mərkəz yaranmazdan öncə Azərbaycanın Çexiyadakı səfiri idiniz. Səfirlikdən geri çağrılandan sonra Çexiyadakı səfirliyimizə baş çəkə bilirsinizmi?

- Rəsmi olaraq, Azərbaycan Prezidentinin Fərmanına əsasən, geri çağırıldım. Ona görə də təcili geri qayıtmağa məcbur oldum. Adətən ölkəni tərk edəndə səfir bəzi vidalaşma görüşləri keçirir. Ancaq Çexiyada mənim iştirakım ilə bu vida görüşləri hələ ki baş tutmayıb. Mayda bir neçə tədbirlərimiz olacaq. Planımız var ki, vidalaşma (farevell) ziyafəti keçirək. 

- Neçə il Çexiyada səfir işlədiniz?

- 2014-cü ilin iyulunda  Çexiyaya səfir təyin olunmuşam. Çexiyada səfir kimi 5 ilim 2019-un  iyulunda başa çatır. Düzdür, bəzən olur ki, səfirlər 5 ildən artıq da çalışırlar. Bu, cənab Prezidentin qərarıdır.

Hər ölkənin öz qanunvericilik müddəti var. Məsələn, Amerikada 3 il, bəzi Avropa ölkələrində 5 il səfir müddəti olur. Qanuna əsasən, Azərbaycanda səfirin müddəti 5 ildir. Yenə deyirəm - bu ümumi çərçivədir. Səfir 5 il müddətindən çox da, az da işləyə bilər.

- 5 il az müddət deyil. Çexiyada səfir olduğunuz müddətdə bir çox prosesləri izləmək imkanınız olub. Çexiyada nə qədər azərbaycanlı yaşayır?

- Rəsmi olaraq 1000-ə yaxın azərbaycanlı yaşayır. 2014-cü ildə Çexiyaya səfir göndəriləndə azərbaycanlıların sayı təxminən 600-700 nəfər idi. Onların içində 200 tələbə vardı. Hazırda həmin ölkədə qeyri-rəsmi olaraq 2000 azərbaycanlı var. Çünki müvəqqəti yaşamaq və yaxud işləmək üçün gedənlər də var. 

- Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar diaspor quruculuğu işlərində də aktivlik nümayiş etdirirlər. Bəs Çexiyada Azərbaycan diasporu necə qurulub?

- Çexiyada Azərbaycan diasporunun bəzi təskilatları mövcuddur. Ancaq mütəşəkkil şəkildə Çexiyada diaspor təşkilatlarımız yoxdur. Bir sıra fəal azərbaycanlılar var ki, onlar da müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Belə bir planım vardı ki, səfir kimi vəzifəmi başa vurmağıma yaxın bu işləri həll edək. Çexiyada diaspor təşkilatı yaradaq. Bunu tövsiyə etmişəm. Ümid edirəm ki, bu yaxınlarda yaradacaqlar. Çexiyada bəzi azərbaycanlılar həmişə səfirliyə müəyyən mənada köməklik də göstəriblər. Həmin azərbaycanlılara bir neçə tövsiyəm olub. Ümid edirəm ki, hər zaman o tövsiyəyə riayət edəcəklər. Hesab edirəm ki, diaspor sahəsində Koordinasiya Şurası yaradılmalıdır. 10 nəfərdən ibarət idarəetmə şurası olmalıdır. 

- Artıq bir çox ölkələrdə Koordinasiya şuraları yaradılıb. Demək olar ki, fəaliyyətlərini daha yaxşı qura biliblər.

- Bu, çox yaxşı haldır. Düşünürəm ki, nüfuzlu elm və iş adamları Koordinasiya Şurasına daxil olmalı və icraçı direktor seçilməlidir. Sədr o şərtlə seçilməlidir ki, o, hər il dəyişsin. Çexiya və Kanada təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bir adamı daimi seçəndə ondan sonra problemlər yaranır.  İkinci şərt ondan ibarət olmalıdır ki, diaspor təşkilatı yaradan şəxslər Azərbaycandan heç bir maliyyə vəsaiti istəməməlidirlər. Çünki maliyyə problemləri üstündə həmişə narazılıq yaranıb. Çexiyada bir çox azərbaycanlı iş adamları fəaliyyət göstərir. Tanıdığım 5-6 nəfər var ki, onların heç nəyə ehtiyacı yoxdur. O iş adamları ilə görüşəndə mənə söz veriblər ki, diaspor təşkilatlarını özləri maliyyələşdirəcəklər. 

- Çexiyada ermənilər də məskunlaşıblar. Onların sayı nə qədərdir?

- Ermənilərin Çexiyada sayı bizimkilərdən bir qədər çoxdur. Orada 3000-ə yaxın erməni yaşayır. Bir məsələni də qeyd edim. Ermənilər heç də Çexiyada güclü deyil. Belə hal yoxdur. Ümumiyyətlə, Çexiya hökuməti tarazlaşdırma siyasəti aparır. Bəzi məsələlərdə, xüsusilə Ermənistanla bağlı məsələlərdə də onlarla sıx əməkdaşlıq edirik. Sadəcə ermənilər hər zaman təbliğatla məşğul olmağa üstünlük verirlər. Özlərini şişirtməyə çalışırlar. Halbuki, belə deyil. Çexiya ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi sahələrdə əməkdaşlığımız yaxşı qurulub. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. 

- Karlovi-Varı Çexiyanın məşhur şəhərlərindən biridir. Deyərdim ki, azərbaycanlıların da tez-tez üz tutduğu şəhərdir. Bir çox  imkanlı azərbaycanlıların Karlovi-Varıda mülklərə sahib olduğu söylənilir. Bu haqda nə deyə bilərsiniz?

- Azərbaycanda açıq iqtisadiyyat hökm sürür. Xaricdə mülk alınmasına məhdudiyyət yoxdur. Məndə olan məlumata görə, təkcə Çexiyada yox, bir sıra Avropa ölkələrində də mülklər alınır. Karlovı-Varı tanınmış turist şəhəridir. Ona görə də orada azərbaycanlılar da var, o cümlədən bir çox iş adamları. Karlovı-Varının əsas xüsusiyyətlərindən biri də odur ki, orada rus dilini bilən çoxdur. Bütün sanatoriyalarda rus dilində danışırlar. Ona görə də tək Azərbaycandan yox, Rusiyadan,  Qazaxıstandan və digər MDB ölkələrindən turistlər gəlirlər. Mülklər də alırlar. Bildiyimə görə son illər Karlovı-Varıda ruslar mülklərini satırlar. Artıq Çindən turistlər Karlovı-Varıya axın edirlər. 

- Azərbaycanlılar Çexiyada daha yaxşı işlərdə təmsil oluna bilirlərmi?

- Çexiyada iqtisadiyyat inkişaf edir. Avropa Birliyində işsizliyin  faiz göstəricilərinə görə ən aşağı sıradadır. Səhv etmirəmsə, 2 %-dən aşağıdır. Eyni zamanda, 300 minə yaxın vakansiya mövcuddur. Deməli, işləyən qüvvəyə və beyinlərə ehtiyac var. Ukrayna ilə bağlanan layihəyə əsasən, Ukraynadan işçi gətirmək niyyətindədirlər.  Hesab edirəm ki, işləmək istəyən və ingilis və çex dillərini bilən azərbaycanlılar Çexiyada asanlıqla işlə təmin oluna bilir. Hətta səfirlik olaraq bizim vasitəmizlə Azərbaycana iş təklifləri olmuşdu. Əsasən turist sahəsində gənclərə ehtiyac var. Orada çalışan azərbaycanlıların təminatları da pis deyil. Bir neçə universitetdə çalışan professorlarımız, müəllimlərimiz var. İndi bir çox Avropa ölkələri Çexiyaya öz istehsallarını yerləşdirirlər və bu da geniş imkanlar yaradır. 

-  Adətən Rusiyada, Gürcüstanda məskunlaşan azərbaycanlılar arasında kütləvi dava xəbərlərinə də rast gəlirik. Çexiyada vəziyyət necədir? Azərbaycanlılar arasında Çexiya qanunlarını pozub həbsxanaya düşnlər olurmu?

-  Çexiyada qanun pozan azərbaycanlıların sayı çox azdır. 5 il ərzində ancaq 6-7 nəfərin qayda pozuntusu faktlarına rast gəlmişəm. Təbii ki, bu çox azdır.  Ümumiyyətlə, statistikaya nəzər salıb bu məsələləri müzakirə etmişik və azərbaycanlılarla bağlı vəziyyət yaxşıdır. Eyni zamanda, viza ilə gedib orada qalıb qayıtmamaq halları da çox azdır.  Ermənistanla Gürcüstandan viza ilə gedib qayıtmaq istəməyənlərin sayı daha çoxdur. 

- Fərid müəllim, siz Şuşadan olan məşhur Şəfiyevlər nəslindənsiz. Ancaq bu barədə o qədər də informasiya yoxdur.

- Bilirsiz, yerli məsələsini çox da qabardılmasının tərəfdarı deyiləm. Biz hamımız azərbaycanlıyıq. Hesab edirəm ki, yerlibazlıqla mübarizə aparmalıyıq. Digər tərəfdən isə biz hansısa nəslin davamçılarıyıq, əcdadlarımız var və tariximizə və ənənələrə hörmətlə yanaşmalıyıq. Soruşdunuz – cavab verirəm: Ata tərəfim Şuşadandır. Ulu babam Şuşadan 1918-ci ildə Bakıya köçüb. Mənim babam məşhur bəstəkar Niyazi ilə bir məktəbdə oxuyub və orada dost olublar. Atam da, babam da mühəndis olub. Sovet vaxtı demək olar ki, Şuşada qohumlarımız qalmamışdı. Təəssüf ki, Şuşanı görməmişəm. Ancaq Şuşanı görəcəyimə çox ümidliyəm. 

Bu yaxınlarda mənə belə bir sual verdilər. Söhbət Azərbaycan-Ermənistan danışıqlarından gedirdi: “Siz niyə qeyri-emosional danışırsız?”. Hesab edirəm ki, diplomat emosional olmamalıdır. Diplomatiyada emosional davranmağa yer yoxdur. Ancaq bir reallıq da odur ki, Qarabağla bağlı emosional danışanlardan daha çox emosinal bağlılığım var. Əcdadlarım qarabağlıdır. Düşünürəm ki, soyuq beyinlə və isti qanla Dağlıq Qarabağı geri alacağıq.
Oxşar xəbərlər
16:10, Bu gün
Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır
16:05, Bu gün
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
16:00, Bu gün
Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirildi
15:57, Bu gün
Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
15:53, Bu gün
Ayxan Hacızadə: "Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verir" - FOTO
15:49, Bu gün
Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirildi - FOTO
15:45, Bu gün
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
15:41, Bu gün
Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
15:38, Bu gün
Bakı birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində üçüncü yerdə qərarlaşıb - FOTO
15:35, Bu gün
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
15:32, Bu gün
Xankəndi şəhərindən yeni görüntülər - VİDEO
15:29, Bu gün
ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycanda - Bakı-Vaşinqton münasibətləri müzakirə olundu - FOTO
15:25, Bu gün
Azərbaycan – Rusiya münasibətlərinin sürətli inkişafı...
15:24, Bu gün
Navalnının dəfn mərasimini keçirən keşişə cəza verildi
15:22, Bu gün
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı keçirildi - FOTO
15:18, Bu gün
“Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”
15:15, Bu gün
İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib
15:08, Bu gün
Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər üç şəhər, beş qəsəbə və 29 kəndin salınması planlaşdırılır
15:06, Bu gün
Azərbaycanda federasiyanın sabiq baş katibi vəfat etdi
15:05, Bu gün
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
15:02, Bu gün
“Azərbaycan British College” Təhsil Kompleksinin şagirdləri BDU-nun Fizika fakültəsində olub - FOTO
14:58, Bu gün
Polis əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
14:55, Bu gün
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:51, Bu gün
Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”
14:48, Bu gün
“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”
14:47, Bu gün
Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
14:45, Bu gün
Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”
14:43, Bu gün
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
14:42, Bu gün
Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB
14:40, Bu gün
BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTO
14:38, Bu gün
​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır
14:37, Bu gün
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
14:34, Bu gün
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
14:30, Bu gün
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
14:25, Bu gün
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş olub - FOTO
14:21, Bu gün
İlham Əliyevdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
14:18, Bu gün
Fuad Hüseynəliyev: “Ermənistanla münaqişənin yenidən eskalasiya ehtimalı real deyil”
14:17, Bu gün
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
14:15, Bu gün
Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb
14:00, Bu gün
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
13:59, Bu gün
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
13:57, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
13:56, Bu gün
Bakıda qardaşını döyən şəxsə şəhərdən çıxmaq qadağan edildi - TƏFƏRRÜAT
13:54, Bu gün
İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
13:52, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
13:48, Bu gün
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB
13:45, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
13:43, Bu gün
Mbappe “Real Madrid” üçün oyun üslubunu qurban verəcək
13:39, Bu gün
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
13:35, Bu gün
Prezidentin nümayəndəsi: Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq
13:32, Bu gün
Aydın Kərimov: Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərdiyi ilk şəhər olacaq
13:30, Bu gün
Fuad Hüseynəliyev: Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmır
13:26, Bu gün
Əgər kişi bir qadını bəyənirsə bu 6 ƏLAMƏTLƏ büruzə verir
13:20, Bu gün
Yaşlı kişi 10 yaşlı qıza təcavüz etdi
13:18, Bu gün
Naxçıvanda sədr müavini işdən azad edildi
13:16, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
13:15, Bu gün
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:12, Bu gün
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
13:11, Bu gün
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
12:57, Bu gün
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
12:53, Bu gün
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
12:51, Bu gün
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
12:45, Bu gün
Məhkəmə MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıb, biri azadlığa buraxılıb
12:29, Bu gün
İşğaldan azad edilmiş ərazidə ilk hərrac keçiriləcək
12:23, Bu gün
24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
12:23, Bu gün
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
12:17, Bu gün
Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi-VİDEO
12:12, Bu gün
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO
12:10, Bu gün
AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
12:09, Bu gün
Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO
12:07, Bu gün
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
12:04, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:41, Bu gün
Hadrutdan ürəkaçan görüntülər - VİDEO
11:38, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:33, Bu gün
Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOLAR
11:30, Bu gün
Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
11:27, Bu gün
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
11:25, Bu gün
Azərbaycanda “molla kəbini”: Vətəndaş nikahlarına qarşı tədbirlər görüləcək? - FOTO
11:22, Bu gün
Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO
11:21, Bu gün
Təhlükəsiz oazis yaradanlar – Türk dövlətlərinin yaxınlaşması rifah və sabitlik vəd edir
11:20, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
11:18, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO
11:14, Bu gün
"Bu, onun başı üçün deyil" - Xalq artistinə CAVAB verdi
11:12, Bu gün
Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib
11:10, Bu gün
Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO
11:06, Bu gün
Ermənistan TŞ-nin katibi Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik forumunda iştirak etməyəcək
11:03, Bu gün
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB
11:01, Bu gün
Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
11:00, Bu gün
Kiçik küçənin ürək ağrıdan qlobal problemləri - ŞİKAYƏT + FOTOLAR
10:58, Bu gün
Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
10:55, Bu gün
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
10:55, Bu gün
Uzun illər çəkildiyi "Arka Sokaklar"a qayıdır - FOTO
10:43, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb
10:33, Bu gün
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
10:25, Bu gün
Güzgü tarixi 24.04.2024: Kimin həyatı kökündən dəyişəcək?
10:22, Bu gün
Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub
10:13, Bu gün
Anası əlil müğənninin “Krokus” teraktında öldüyünü sübut edə bilmir
10:12, Bu gün
Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO
10:11, Bu gün
Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub
10:10, Bu gün
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO