Xəbər lenti
23/05/2019 [09:25]:
Qəbul imtahanında ən yüksək bal topladı: "Müəyyən çaşdırıcı suallar olduğuna görə..."
23/05/2019 [08:55]:
"11 yaşında zövcə etdiyiniz qızı 4 il sonra onsuz da nəzarətə ala bilməyəcəksiniz..."
23/05/2019 [08:44]:
“Mənim üçün imanım önəmlidir,  iş xatirinə hicabı açmaram”-Azərbaycanlı xanım... 
23/05/2019 [08:43]:
Millət vəkilindən təhsil nazirinə çağırış: "Əgər bu, Türkiyə ilə bağlarımızı möhkəmlədən bir mexanizmdirsə..."
23/05/2019 [07:44]:
"İmkan verin, bədəniniz aclığı hiss etsin..."
22/05/2019 [23:55]:
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
22/05/2019 [23:52]:
FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina edib
22/05/2019 [23:51]:
Dünya tarixində ən böyük dövlət hansıdır?
22/05/2019 [23:48]:
23-cü mərtəbədən yıxıldı və...
22/05/2019 [23:05]:
Seymur Nəsirov Misirin nüfuzlu dövlət televiziya kanalının qonağı oldu
22/05/2019 [23:04]:
Moskva Univermağının yanında gənc oğlan bıçaqlanıb
22/05/2019 [23:02]:
"Aşıq Şəmşirin Xatirə Muzeyi”ndə açıq qapı günləri davam edir -FOTOLAR
22/05/2019 [22:40]:
Qaradağda iki maşın toqquşub, bir qadın yaralanıb
22/05/2019 [22:22]:
Ancelina Coli və Bred Pitt barışdı
22/05/2019 [21:53]:
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
22/05/2019 [21:40]:
UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək
22/05/2019 [21:39]:
Azərbaycanda qəbul imtahanında maksimum nəticə göstərən yeganə abituriyentin adı məlum olub - FOTO
22/05/2019 [21:21]:
Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı
22/05/2019 [21:07]:
Şuşa qatilinin ad günü təntənə ilə qeyd edildi: Bakıda təhsil alan işğalçı general...
22/05/2019 [21:00]:
Qədim hindularda müasir texnologiyalar aşkarlandı
22/05/2019 [20:17]:
"Röyanı yeyərəm, heç kimlə paylaşmaram" - Nadir efirdə olduğunu unutdu - FOTO
22/05/2019 [20:08]:
Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər
22/05/2019 [19:55]:
Mesut Özil: "Bakıda görüşənədək"
22/05/2019 [19:47]:
Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar
22/05/2019 [19:46]:
I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb
22/05/2019 [19:44]:
Qərb tarixinin ən zəngin adamının adı açıqlanıb
22/05/2019 [19:30]:
"Öz fikrini etik tərzdə ifadə edə bilən insan inanmıram ki, söyüşə əl ata..." - VİDEO
22/05/2019 [19:07]:
Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi
22/05/2019 [18:57]:
Azərbaycanda daha 214 potensial erməni əsgəri doğuldu-Hücum üçün çox gecikirik!..
22/05/2019 [18:56]:
Ərdoğan İlham Əliyevi təbrik etdi
22/05/2019 [18:44]:
Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb
22/05/2019 [18:40]:
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
22/05/2019 [18:31]:
BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq”
22/05/2019 [18:13]:
17 il xəstə oğlunu məktəbə aparıb-gətirən fədakar ana -İBRƏTAMİZ...
22/05/2019 [18:07]:
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
22/05/2019 [18:05]:
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar dəmir yolunda hərəkətin tənzimlənməsi üçün tədbirlər planı hazırlandı
22/05/2019 [17:36]:
Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin təməli qoyulub
22/05/2019 [17:30]:
"Çelsi"nin baş məşqçisi: "Bakıdakı finalda qələbəyə layiqik"
22/05/2019 [17:29]:
Prezident Təzəpir məscidinin qarşısındakı bağın və Mərkəzi Parkın açılışında...- FOTO/VİDEO
22/05/2019 [17:28]:
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
22/05/2019 [17:16]:
Körpəni doğum evindən qayıdanda taksidə unutdular - Görünməmiş HUŞSUZLUQ...
22/05/2019 [17:02]:
Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR
22/05/2019 [16:53]:
“ABŞ-dakı Qarabağ görüşü ikinci Ki-Uest olmayacaq ki?..”-Sabiq nazir cavablandırır
22/05/2019 [16:50]:
Bakı-Sabunçu dəmir yolu xəttindən - FOTOREPORTAJ
22/05/2019 [16:39]:
Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ
22/05/2019 [16:38]:
“UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev
22/05/2019 [16:34]:
Yaşlanmayla bağlı bütün qorxularınızı yox edəcək adam -İBRƏTAMİZ...
22/05/2019 [16:32]:
Obstruktiv yuxu apnesi xərçəngə səbəb ola bilər -XƏBƏRDARLIQ
22/05/2019 [16:29]:
Daha 5 kəndə içməli su veriləcək -FOTOLAR
22/05/2019 [16:29]:
Şou göstərmək istəyən tələbənin istəyi başına bəla oldu - MARAQLI...+ VİDEO
22/05/2019 [16:24]:
Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı
22/05/2019 [16:22]:
Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu
22/05/2019 [16:19]:
Rada Zelenskinin təkliflərini rədd etdi
22/05/2019 [16:19]:
"Onların heç biri qanunsuz tikinti haqqında Sizə məlumat vermir" - MÜRACİƏT...
22/05/2019 [16:18]:
Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi
22/05/2019 [16:07]:
Zenfira ərinin maşın hədiyyə etdiyi qızı döyüb?
22/05/2019 [16:05]:
Bakı və Abşeronda 7 min ha ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb
22/05/2019 [16:02]:
Məşhur iş adamı altı yanan qazana girib yuyundu - MARAQLI...+ VİDEO
22/05/2019 [15:44]:
DSMF-də görülən işlərə həsr olunmuş müşavirə keçirildi
22/05/2019 [15:42]:
Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər...
22/05/2019 [15:35]:
“AXC dövrünün mediası ilə bağlı araşdırmalar davam etdirilməlidir”
22/05/2019 [15:25]:
Azərbaycana 8 baş bizon gətirilib
22/05/2019 [15:24]:
Türkiyənin UNESKO üzrə Komissiyasının sədri: "Azərbaycanın işğal olunmuş torpaqlarında mədəni irsin məhvi yolverilməzdir"
22/05/2019 [15:22]:
Ermənistan baş nazirinin müşaviri vəzifəsindən azad edilib
22/05/2019 [15:22]:
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
22/05/2019 [15:20]:
Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb
22/05/2019 [15:03]:
“Rusiya Xəzər hövzəsindəki bütün dövlətlər üçün real təhlükədir”
22/05/2019 [15:00]:
“Bakı Metropoliteni” Rusiyadan aldığı vaqonlardan 10-nu ölkəyə gətirməyə hazırlaşır
22/05/2019 [14:58]:
Bakı metrosunda qatarların tuneldə qalması hallarına son qoyulacaq
22/05/2019 [14:24]:
ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirildi
22/05/2019 [14:21]:
Rusiyanın televiziya aparıcısından Qarabağla bağlı təxribatçı açıqlama...
22/05/2019 [14:17]:
Şəmkirdə ev yanıb, 2 azyaşlı tüstüdən zəhərlənib
22/05/2019 [14:14]:
Kreml: "ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir"
22/05/2019 [14:06]:
Komissiya sədri: “İranın siyasəti müharibə başlatmamaqdır"
22/05/2019 [14:03]:
SOCAR: TANAP boyunca fiber-optik kabellərin çəkilməsi tamamlanmaq üzrədir
22/05/2019 [13:52]:
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
22/05/2019 [13:35]:
Baş nazir 16 dəqiqəyə istefa verdi
22/05/2019 [13:35]:
Banklar gücləndirilmiş rejimdə çalışacaqlar
22/05/2019 [13:32]:
14 tibb bacısı eyni vaxtda hamilə qaldı
22/05/2019 [13:21]:
Onlar ali məktəbə imtahansız qəbul olunacaq
Bütün arxiv bir sırada
22/04/2019 [15:01] - Cəmiyyət - ( 703 dəfə baxılıb)

Vergilər Nazirliyi: Sahibkarlar yanlışlara yol verirlər



2019-cu ilin əvvəlindən vergi qanunvericiliyində edilmiş dəyişikliklər kiçik sahibkarlıq subyektlərinin vergi yükünü aşağı salmaqla yanaşı, onların hesabatlılığında da müəyyən sadələşdirmələrin aparılması ilə müşayiət olundu. Sadələşdirilmiş verginin dərəcəsi 2 dəfəyədək aşağı salındı, bu vergini tətbiq etmək hüququ məhdudlaşdırılmış və gəlir (mənfəət) vergisi rejiminə keçmiş vergi ödəyicilərinə isə güzəştlər tətbiq edildi. Sadələşdirilmiş verginin əhatə dairəsinin dəqiqləşdirilməsi bu verginin mahiyyəti üzrə tətbiq edilməsini, kiçik sahibkarlar arasında uçotun aparılması mədəniyyətinin formalaşdırılmasını şərtləndirdi. Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş şəxslər uçot sistemini qurduqları halda daha aşağı vergi yükünə nail ola bildilər.


Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Moderator.az-a verilən məlumata görə, bəzən əvvəlki vergi rejimi ilə hazırkı vergi rejiminin müqayisəsi verilərkən yanlış şərhlərə yol verilir. Bu cür şərhlərin bəzilərinə aydınlıq gətirmək istərdik. Bunlardan biri - sadələşdirilmiş verginin hazırkı dərəcəsi (2%) ilə gəlir vergisi üzrə dərəcələrin (20% və ya 5%) müqayisə edilməsidir və vergi yükünün artdığı iddia edilir. Bu, vergi rejiminin tətbiqi xüsusiyyətlərindən xəbərdar olmamağın nəticəsidir. 2019-cu ilin 1 yanvar tarixinə qədər sadələşdirilmiş vergi mükəlləfiyyətində olan vergi ödəyicisi heç bir xərc nəzərə alınmadan ümumi hasilatından (dövriyyəsindən) Bakı şəhərində 4% vergi ödəyirdi. Dəyişiklikdən sonra gəlir vergisi mükəlləfiyyətini seçən sahibkar öz xərclərini rəsmiləşdirmək və onları gəlirindən çıxmaqla vergi yükünü aşağı salmaq imkanı əldə edib. Belə ki, sahibkarların böyük əksəriyyətini təşkil edən mikro sahibkarlıq subyektlərinə gəlir vergisindən 75 faiz güzəşt hüququ verilib. Üstəgəl qeyri-neft sektorunun özəl bölməsində sektor əməkhaqqı üzrə 8.000 manatadək gəlirlər vergidən tam azad edildiyinə görə, kiçik sahibkar vergi yükünü əhəmiyyətli şəkildə aşağı salmış olub.

Vergi yükünün necə dəyişməsinə kiçik bir misalda baxmaq olar: Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120.000 manatdır və o, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir.


Dəyişiklikdən əvvəlki vergi hesablaması aşağıdakı qaydada idi:

- Sadələşdirilmiş vergi: 120.000 (illik gəlir) * 4% (sadələşdirilmiş vergi dərəcəsi) = 4.800,0 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14% * 12 ay = 2.197,4 manat

- Cəmi: 4800,0 + 2197,4 = 6997,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:

- Gəlir vergisi: (120.000 (illik gəlir) – 108.000,0 (illik xərc))*20%*25% (mikro sahibkarlara təqdim edilən 75%-lik güzəşt) = 600,0 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0% * 12 ay = 0,0 manat

- Cəmi: 600,0 + 0,0 = 600,0 manat


Beləliklə, dəyişiklikdən əvvəl vergi yükü 6.997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600,0 manat olub ki, bu da nəticədə sahibkarın illik vergi yükünün 6.397,4 manat azalması deməkdir.

Diqqət çəkmək istədiyimiz digər bir məsələ vergi və sosial sığorta hesabatlarının təqdim edilməsi ilə bağlıdır. Bəzi hallarda hesabatların təqdim edilməsinin mürəkkəbləşdiyi bildirilir. Məlum olduğu kimi, 2019-cu ildən başlayaraq sosial vergi yığımlarının Vergilər Nazirliyi tərəfindən həyata keçirilməsi vergi hesabatlarının təqdim edilməsi prosesində də yeniliklərlə müşayiət olunub. Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən

“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat"ın yeni formaları, onların tərtib olunması qaydaları təsdiq edilib. 2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub. Kağız hesabatlarla yanaşı, sosial sığorta üzrə hesabatların elektron şəkildə təqdim edilməsi imkanı yaradılıb. Bu zaman fiziki şəxslər üçün “Asan imza”ya malik olmaq məcburi deyil. Vergi ödəyicisi bəyannamələri elektron şəkildə göndərdiyi kimi, sosial hesabatları da eyni qaydada təqdim edə bilər. Sosial hesabatların hazırlanması sadə elektron qutulardan istifadə qədər asan və rahatdır. İşçisi olmayan sahibkar cəmi 4-5 klikdən istifadə etməklə hesabatı tamamlayaraq təqdim edə bilir. Digər sahibkarlar üçün də bu proses əvvəlkinə nisbətən xeyli asanlaşdırılıb. Vergi və sosial ödəmələr isə elektronlaşdırılıb ki, bu proses də sahibkarın cəmi bir neçə dəqiqəsini ala bilər. Bununla yanaşı, hesabatların optimallaşdırılması və daha da sadələşdirilməsi istiqamətində davamlı tədbirlər görülməkdədir.

Ümumiyyətlə, aparılan təhlillər göstərir ki, vergi orqanlarına təqdim olunan bəyannamələrin və hesabatların böyük əksəriyyəti elektron şəkildə göndərilir. ƏDV ödəyiciləri, o cümlədən orta sahibkarlıq subyektləri üzrə bu göstəricilər 95 faiz üzərindədir. Vergi hesabatlarının təqdim olunması üçün vergi ödəyicilərinə xidmət mərkəzlərinə, əsasən, mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan ödəyicilər müraciət edirlər. Təəssüf ki, bir çox hallarda ödəyicilər bəyannamə və hesabatları son günə qədər saxlayır və bu, bəyannamələrin təqdimetmə müddətinin sonunda xidmət mərkəzlərində sıxlığa gətirib çıxarır. Vergi bəyannamələrinin və hesabatlarının elektron təqdim edilməsi mürəkkəb proses deyil, Vergilər Nazirliyinin hazırladığı video-təlimatlara baxan hər kəs bunu asanlıqla mənimsəyə bilər. Buna görə də sahibkarlar bu mərkəzlərə getmədən də elektron qaydada hesabatlarını verə bilərlər.

Vergi qanunvericiliyi kiçik sahibkarlar üçün kifayət qədər aydın və rahat şərtlər müəyyən edib. 2019-cu ildən gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarların dividendləri vergilərdən azad edilib, onlara sürətli amortizasiya normaları tətbiq etmək imkanı yaradılıb. Mikro sahibkarlıq subyektləri əmlak vergisindən tam həcmdə azad olunub. Müəyyənləşdirilmiş güzəştlər sistemi kiçik sahibkara daha əlverişli mühitdə çalışmaq, öz gəlirlərini artırmaq və reinvestisiya etmək imkanları yaradıb.

loading...
loading...
"11 yaşında zövcə etdiyiniz qızı 4 il sonra onsuz da nəzarətə ala bilməyəcəksiniz..."
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
Dünya tarixində ən böyük dövlət hansıdır?
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
Millət vəkilindən təhsil nazirinə çağırış: "Əgər bu, Türkiyə ilə bağlarımızı möhkəmlədən bir mexanizmdirsə..."
Gündəm
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
Dünya
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
Siyasət
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
Cəmiyyət
“Azərbaycanda iyirmi ildən çoxdur ki, leş mafiyası fəaliyyət göstərir...” - EKSPERT
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]