Xəbər lenti
22/07/2019 [00:39]:
Məkkədən qayıdan qubalı atını kəfənləyərək dəfn etdi - VİDEO
22/07/2019 [00:34]:
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
22/07/2019 [00:12]:
İran Britaniyaya meydan oxudu - "Hər şeyə hazırıq"
21/07/2019 [23:59]:
Bakıda avtobus sürücüləri arasında əlbəyaxa dava - Sərnişinlər düşürüldü
21/07/2019 [23:43]:
Qarabağdan ötəri qurbanam, nəzirəm mən, əmr eylə, komandanım, hücuma hazıram mən!
21/07/2019 [23:37]:
"Düz 2017-ci ilə qədər ancaq karate olub həyatımda..."
21/07/2019 [23:15]:
Masallıda 100 ədəd çinar yandı
21/07/2019 [23:06]:
“I Pyotr və Atatürk öz xalqlarının tarixində hansı yeri tuturlarsa...”
21/07/2019 [22:37]:
Yad gözlərdən uzaq 9 qəribə ev - FOTOLAR
21/07/2019 [22:29]:
Seçki ilə bağlı 33 cinayət işi başlanıldı
21/07/2019 [22:12]:
Gürcüstanda erməni kilsəsindən oğurluq oldu
21/07/2019 [21:57]:
Mafiozlarla əlaqəyə girən erməni konsul barədə qərar
21/07/2019 [21:22]:
“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili - FOTOLAR
21/07/2019 [21:20]:
Könül çimərlik geyimində - FOTO
21/07/2019 [21:15]:
Qusarda süni göldə batan şəxsin meyiti çıxarıldı
21/07/2019 [21:13]:
Bakıda keçirilən XV EYOF-un məşəli alovlandırıldı
21/07/2019 [20:37]:
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilir
21/07/2019 [20:35]:
Ölüm xəbəri yayılan prezident tibb işçilərini təbrik etdi
21/07/2019 [20:12]:
Harri Keyn elə yerdən qol vurdu ki… - VİDEO
21/07/2019 [20:07]:
Honkonqda yenidən aksiyalar başladı
21/07/2019 [20:03]:
Qasırğa 13 kəndin yolunu bağladı
21/07/2019 [20:01]:
ABŞ-da iki təyyarə toqquşdu
21/07/2019 [19:52]:
Ukraynalı nazir ölkəsinin Bakıdakı səfirliyində səs verdi
21/07/2019 [19:38]:
"Dövlət indiyədək hansı qəzeti bağlayıb, hansı saytı bloklayıb?"
21/07/2019 [19:28]:
Rusiyadan Britaniyanın ittihamına sərt cavab
21/07/2019 [19:26]:
Türkmən mənbələri: Prezident Almaniyaya anasının yanına gedib
21/07/2019 [19:22]:
Parlament jurnalistləri “Şirməmməd Hüseynov mükafatı” təsis etdi
21/07/2019 [19:09]:
Sumqayıtda mənzildən qadın meyiti tapıldı
21/07/2019 [18:59]:
Kürdəmirdə nar bağında baş vermiş yanğın söndürüldü
21/07/2019 [18:49]:
Qızılla işlənmiş "Nissan" 1, 6 milyon dollara satılır - HEYRƏTAMİZ FOTOLAR...
21/07/2019 [18:40]:
Tramp repçinin buraxılması üçün İsveçin Baş nazirinə zəng etdi
21/07/2019 [18:32]:
"Yaxınlıq etdiyi adamların kimliyinə baxsanız hamısının agent olduğunu görəcəksiniz..."
21/07/2019 [18:31]:
İran Britaniya tankerindəki dənizçiləri istintaq başa çatana qədər sərbəst buraxmayacaq
21/07/2019 [18:27]:
BNA: Ekspres xətt avtobusları daşımalara hazırdır
21/07/2019 [18:06]:
Rusiyanın “oğru” tacı kimə qismət olacaq - FOTOLAR
21/07/2019 [17:53]:
EYOF-un ilk günündə güləşçilərimiz 4 medal qazandı
21/07/2019 [17:47]:
Berdiməhəmmədovun ölüm xəbəri yayıldı
21/07/2019 [17:45]:
Qusarda süni göldə batan var
21/07/2019 [17:25]:
Evə girən ayı qapını bağlayaraq qarderobda yatdı - MARAQLI
21/07/2019 [17:09]:
Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar - FOTO
21/07/2019 [17:05]:
Babacanın planları bəlli oldu: Gül kənardan dəstək verəcək
21/07/2019 [16:59]:
Ukraynada seçkilərin ilk ekzit-pol - Nəticələri
21/07/2019 [16:56]:
Azərbaycan EYOF-da daha bir qızıl medal qazandı - YENİLƏNİB
21/07/2019 [16:44]:
Rəqqasə Fatimə: "Göz qamaşdıran xanımam" -FOTOLAR
21/07/2019 [16:39]:
3-cü kurs tələbəsi dənizdə boğuldu
21/07/2019 [16:38]:
Uşaq alverində günahlandırılan ukraynalı qadın Azərbaycanda saxlanıldı
21/07/2019 [16:34]:
EYOF: Azərbaycan güləşçisi qızıl medal qazandı
21/07/2019 [16:29]:
Rusiyalı qapıçı gülməli vəziyyətə düşdü - VİDEO
21/07/2019 [16:14]:
Zelenski: "Yeni Baş nazir peşəkar iqtisadçı olmalıdır"
21/07/2019 [15:59]:
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı
21/07/2019 [15:55]:
Azərbaycanda bunu etmək mümkün deyilmi? - FOTOLAR
21/07/2019 [15:48]:
Dünyanın ən böyük şəlaləsi - MARAQLI...
21/07/2019 [15:39]:
Millət vəkili tanınmış təşkilat rəhbərləri ilə görüşdə köçkün qadınlardan danışdı - FOTOLAR
21/07/2019 [15:33]:
Gəncədə avtobuzdan düşən 21 yaşlı qızı avtomobil vurub: Vəziyyəti orta-ağırdır...
21/07/2019 [15:26]:
Bərdə bazarında 12 mağaza yanıb - FHN-in bir əməkdaşını cərəyan vurdu-YENİLƏNİB
21/07/2019 [15:16]:
Bərdə icra hakiminin müavini: "Bazarda yanğınla bağlı yekun rəy veriləcək"
21/07/2019 [14:45]:
Putin Əsədə söz verdi - “Birlikdə son qoyacağıq”
21/07/2019 [14:39]:
41 dərəcə isti, yenə də güclü külək
21/07/2019 [14:36]:
Məşhur verilişin qadın ulduzundan biabırçılıq – FOTOLAR
21/07/2019 [14:33]:
“VAZ”la “KamAZ” toqquşdu, sürücü qolundan oldu
21/07/2019 [14:26]:
Britaniya Fars körfəzinə atom sualtı qayığı göndərə bilər
21/07/2019 [14:25]:
Bakı-Sumqayıt yolunda "Shacman" aşıb - FOTO
21/07/2019 [14:22]:
“Wi-Fi” və “Bluetooth”u ixtira edən aktrisa - FOTOLAR
21/07/2019 [14:13]:
Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır: Dəfələrlə intim münasibətlər təklif edib...
21/07/2019 [14:10]:
Üç güləşçimiz EYOF-un finalında
21/07/2019 [14:01]:
Ermənistan hərbi sərgilərdə: Mövcud olmayan silahlar və ya monqol turistlərə monqol dublyonkası
21/07/2019 [13:22]:
Bərdədəki yanğın sahibkarlara yarım milyon ziyan vurdu: 12 mağaza külə döndü - FOTO
21/07/2019 [12:50]:
Ruhani idarə xoruz və it döyüşdürülməsinə qarşı çıxdı – İbrətamiz...
21/07/2019 [12:50]:
Azərbaycanlı aktyorun yeni avtomobili - Bakıda beləsi yoxdur -FOTO
21/07/2019 [12:47]:
Məleykə Əsədova qızı ilə İsveçdə FOTOLAR
21/07/2019 [12:43]:
Yunanıstanın yeni baş nazirindən diqqət çəkən açıqlama: "Ərdoğana çağırış edirəm ... "
21/07/2019 [12:41]:
"Twitter" İran KİV-lərinin akkauntlarını blokladı
21/07/2019 [12:37]:
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
21/07/2019 [12:31]:
Azad Rəhimov: Bakıda hər bir xarici idmançı hər gün 90 avro ödəyəcək
21/07/2019 [11:42]:
Güləşçilərimiz Olimpiya Festivalına qələbə ilə başlayıblar
21/07/2019 [11:37]:
Rusiyada dəhşətli cinayət: gənc qızı gözəl olduğu üçün boğaraq öldürdülər - FOTOLAR
21/07/2019 [11:31]:
Gürcüstanda Azərbaycan vətəndaşı narkotik vasitə ilə saxlanıldı
21/07/2019 [11:29]:
Koçno daşının sirri: Ulduz xəritəsi, yoxsa? -FOTOLAR
21/07/2019 [11:24]:
Ebrunun kameralardan uzaq tutduğu qızı anasının konsertində
21/07/2019 [11:23]:
Arvadı şikayət etdi, Rusiyaya qaçan azərbaycanlı tutuldu
Bütün arxiv bir sırada
22/04/2019 [15:02] - Siyasət - ( 949 dəfə baxılıb)

Ukraynada prezident seçkisi: Şoumenin qələbəsi, milyarderin məğlubiyyəti...



Ukraynada prezident seçkisinin ikinci turu keçirilib. İlkin nəticələrə əsasən, Vladimir Zelenski 73 faiz səslə fəaliyyətdə olan Prezident Petro Poroşenkoya qalib gəlir. Əslində, rəsmi olaraq, elan edilməsə də, artıq onu Ukraynanın yeni seçilmiş Prezidenti adlandırmaq olar. Dünyanın aparıcı ölkələri, xüsusilə ABŞ, Britaniya, Almaniya, Fransa, Kanada, Avropa İttifaqı liderləri, hətta rəqibi Petro Poroşenko da Vladimir Zelenskini qələbəsi münasibətilə təbrik ediblər. Bu isə müstəqillik tarixində Ukraynada beynəlxalq səviyyədə tanınan, qərbyönümlülərin qələbəsi ilə nəticələnən üçüncü ədalətli, azad və şəffaf prezident seçkisi sayılır. Onların birinci uğuru 2005-ci ildə olub. Həmin il Viktor Yuşşenko qələbə qazanmışdı. Onun prezidentliyi 2005-ci il yanvarın 23-dən 2010-cu il fevralın 25-dək davam edib. Yuşşenko 2010-cu ildə keçirilən prezident seçkisində keçmiş rəqibi Viktor Yanukoviçə uduzdu. Ancaq ikinci səlahiyyətlərinin icrasını prezident müddəti başa çatanadək sürdürə bilmədi. Çünki Yanukoviçin Ukraynanın Avropa İttifaqı ilə assosiativ üzvlük barədə razılaşmaya qoşulmaq məsələsində tərəddüdləri 2013-cü il noyabrın 21-də Avromaydan (“Evromaydan”) hərəkatının yaranmasına səbəb oldu. Bu ictimai-siyasi proses 2014-cü il fevralın 22-də Yanukoviçin istefası və ölkədən qaçması ilə yekunlaşdı. 2014-cü ildə keçirilən prezident seçkisi ukraynalı milyarder Petro Poroşenkonun qələbəsi ilə nəticələndi. O, 2014-cü il iyunun 7-dən Ukraynanın prezidentidir. 54 yaşlı Poroşenko milyarder, siyasətçi, sahibkarlıq və dövlətin idarə edilməsində çoxillik təcrübəsinə baxmayaraq, seçkinin ikinci turunda Vladimir Zelenskiyə məğlub oldu.

Ukraynanın yeni dövlət başçısının ömür yolundan bir neçə xatırlama edək. V.Zelenski 1978-ci il yanvarın 25-də Ukraynanın Krivoy-Roq şəhərində anadan olub. İxtisasca iqtisadçı-hüquqşünas olmasına baxmayaraq, bu sahədə işləməyib. Zelenski Ukraynanın ictimai-siyasi xadimi, şoumen, komediya aktyoru, prodüser, ssenaristdir. Tələbəlik illərində “Şən Hazırcavablar Klubu” (KVN) ilə məşğul olub. “Krivoy-Roq yığması”nı bir müddət sonra “95 kvartal”ı yaradıb. Telekanallarda müxtəlif səpkili verilişlərdə aparıcılıq edib. “Qalx, Ukrayna!” layihəsinin müəllifi olub. Bir sıra filmlərin, kino müzikllərin ssenarisini yazıb, aktyor olaraq rollar ifa edib. Rusiyanın üç telekanalı onun film və televiziya proqramlarının istehsalı ilə məşğuldur. 2016-cı ilin sonunda “Xalqın qulluqçusu” yumoristik serialı və eyniadlı film yaymlanmağa başlayandan sonra Zelenskinin Ukrayna prezidentliyinə namizəd olacağı barədə fikirlər dolanmağa başladı. 2017-ci ildə “Studiya kvartal 95”in hüquqçuları Xalq Qulluqçuları Partiyasını qeydiyyatdan keçiriblər. Zelenski 2019-cu il yanvarın 1-də “1+1” telekanalında prezidentliyə namizədliyini irəli sürəcəyini elan edib. O, bunu Prezident Petro Poroşenkonun digər telekanallarda Ukrayna xalqını yeni il münasibətilə təbrik edərkən açıqlayıb. 2019-cu il yanvarın 21-də Xalq Qulluqçuları Partiyası rəsmi olaraq Vladimir Zelenskinin namizədliyini irəli sürüb. 

Deməli, Zelenkilər ailəsinin var-dövləti barədə yayılan məlumatda bildirilib: Kiyevşine rayonunun İvankoviç kəndində 353 kvadratmetlik evi və 1200 kvadratmetrlik torpaq sahəsi, Kioyevdə 254, 198 və 131 kvadratmetr sahələri olan üç mənzili var. Həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə Britaniyada 91 kvadratmetrlik mənzilinə sahibdirlər. Onun iki dayanacaq parkı da var. Yelena Zelenskayanın Yaltada 129 kvadratmetrlik mənzili və dayanacaq parkı, Kiyevdə 284 kvadratmetrlik mənzili, habelə Ukrayna paytaxtında 305 və 337 kvadratmetrlik qeyri-yaşayış yerinin sahibidir. Zelenskilər ailəsi Kiyevdə üçüncü şəxsin adına 269 kvadratmetlrlik mənzili və dayanacaq parkını qeydiyyatdan keçiriblər. Bundan başqa, ailənin “Land Rover” “Mercedes-Benz S 500 4 Matic” avtomobilləri, “Breguet”, “Tag Heuer”, “Rolex”, “Piaget” markalı saatları, “Graff”, “Bovet”, “Breguet” qızıl-zinət əşyalarının da sahibidirlər. Vladimir Zelenskinin adına Ukrayna, İtaliya, Kiprin yunan hissəsində, Belize və Britaniyanın Vircin adalarında hüquqi şəxs kimi firmaları qeydiyyata alınıb. Onun bank hesabında 442 387 dollar, 115 avro və 1 milyon 187 min 95 qriven, nağd isə 285 min dollar, 50 min avro və 22 min qriven pulu olduğu açıqlanıb.

Yeri gəlmişkən, Zelenski yalnız bir müddətə prezident olacağını bildirib. O, prezidentin, deputatların, hakimlərin toxunulmazlığının, prezidentə impiçmentin göstərilməsinin və deputatların geri çağırılmasının ləğvi haqqında qanun layihəsinin qəbul olunmasını təklif edib. Zelenski Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı referendumun keçirilməsi, ukraynalı hərbçilərin Alyans səviyyəsində olması təklifini irəli sürüb. O, Donbasda hərbi əməliyyatların başa çatması, müvəqqəti olaraq işğal edilən torpaqların geri qaytarılmasını, Rusiyanın dəyən ziyanı ödəməsini dəstəkləyir. Zelenski ilhaq edilən Krım yarımadasının qaytarılması uğrunda mübarizəni davam etdirəcəyini bildirib.

Hər halda Poroşenko ilə Zelenskinin imkanlarını müqayisə etsək, var-dövlət, dövləti idarəetmə baxımından fəaliyyətdə olan prezidentin üstünlüyünü görə bilərik. Ancaq demokratik şərtlər daxilində keçirilən seçkidə nəticəni milyonlar deyil, xalq səsverməsi həll edir. Bu dəfə xalq 5 il əvvəl seçdiyi Poroşenkoya prezident mandatı vermədi. Seçki prosesində müxtəlif səpkili qanun pozuntularının olduğu və gələcəkdə aşkarlanacağı istisna edilmir. Baş verən göstərir ki, Ukrayna xalqı Zelenskini seçməklə ölkədəki bir sıra qanunsuzluqlara "yox" deyə bilib. Təbii ki, belə seçki şəraitinin yaradılmasında mövcud hakimiyyətin də rolu az deyil. Elə bu işinə görə Avropa İttifaqı və dünyanın aparıcı dövlətlərinin başçıları Petro Poroşenkoya təşəkkür ediblər.

Halbuki bir çoxları elə zənn edir ki, xalqın içindən çıxan adi vətəndaşlar dövləti idarə edə bilməz. Ancaq son 30 ildə baş verənlər sübut edir ki, peşəsindən və maliyyə vəziyyətindən asılı olmayaraq, xalqın seçdiyi şəxs prezident ola bilər. Məsələn, Ronald Reyqan artist idi. Ancaq 1981-1989-cu illərdə iki dönəm ABŞ kimi dövlətin prezidenti olub. O, SSRİ-nin dağılmasının başlanğıcını qoyub. Yaxud dövlətin idarə edilməsində elə böyük rolu olmayan milyarder Donald Trampın ABŞ-da prezident olması da gözlənilməz idi. Ancaq hər iki hadisəni demokratiya törədib. Bu baxımdan, Zelenskinin də Ukraynada prezident səlahiyyəti müddətini uğurla başa çatdıracağı ehtimalı böyükdür. Bu seçki ölkədə yeni bir mərhələnin əsasını qoydu. Bundan sonra Ukrayna hakimiyyəti etiraz aksiyalarının fonunda deyil, seçki yolu ilə dəyişiləcək. Düzdür, etiraz aksiyası da seçkilərlə yekunlaşır. Ancaq məsələ ötən illərdəki ənənəvi etiraz aksiyalarından gedir. Zelenskinin çıxışlarından belə görünür ki, o, daha çox islahatlara üstünlük verəcək. Hakimiyyətdə olacağı beş ildə bu işi başa çatdırıb estafeti demokratik və islahatlar prosesini dərinləşdirə biləcək yeni komandaya verəcək. Bütün hallarda Ukraynada demokratikləşmənin yeni mərhələsinin başlandığını demək olar. Bu, Avropa İttifaqının təhlükəsizliyinə, genişlənməsinə yardım edə bilər. Ukraynadakı demokratik dəyişikliyin avrointeqrasiyaya üstünlük verən başqa dövlətlərə də yardım edəcəyi istisna edilmir.

Beləliklə, ərazisinin bir hissəsi ilhaq edilmiş, bir hissəsində hərbi əməliyyatlar gedən Ukrayna yeni prezidentlə yönünü və demokratik prinsiplərə sadiqliyini dəyişmədiyini bəyan etdi. 


Sədrəddin Soltan, politoloq

loading...
loading...
Qarabağdan ötəri qurbanam, nəzirəm mən, əmr eylə, komandanım, hücuma hazıram mən!
"Düz 2017-ci ilə qədər ancaq karate olub həyatımda..."
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Dünyanın ən böyük şəlaləsi - MARAQLI...
Dünya
Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır: Dəfələrlə intim münasibətlər təklif edib...
Hadisə
Bərdədəki yanğın sahibkarlara yarım milyon ziyan vurdu: 12 mağaza külə döndü - FOTO
Şou-biznes
Dizlərim, belim ağrıyır, təzyiqim olur, istəyirəm bu problemlərə görə arıqlayım"
Maraqlı
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
Həftənin ən çox oxunanları
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)