Xəbər lenti
19/05/2019 [14:29]:
“Azərbaycan və Türkiyə birgə İşçi Qrupu yaratmalıdır” – Qarabağ probleminə görə...
19/05/2019 [14:14]:
Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın”
19/05/2019 [13:28]:
“Eurovision”da Azərbaycana qarşı daha bir hörmətsizlik - VİDEO
19/05/2019 [13:21]:
Hondurasda təyyarə qəzaya uğrayıb, ölənlər var
19/05/2019 [12:59]:
Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək
19/05/2019 [12:26]:
Şamaxıda maşın yoldan çıxaraq aşıb - iki yaralı var
19/05/2019 [12:14]:
Səsimdə problem oldu – Çingizdən ilk açıqlama
19/05/2019 [12:13]:
Fransada "sarı jiletlilər"in 27-ci aksiyası keçirilib
19/05/2019 [12:12]:
“Kim sübut edə bilər ki, filankəs filankəsdən güclü vətənpərvərdir, bunu kim ölçür?"
19/05/2019 [12:11]:
"Rusiya buna aydınlıq gətirsə, ermənilər Azərbaycanın zərbəsinin real olmasına inansalar..."
19/05/2019 [12:10]:
Madonnanın “Eurovision”da Fələstin mesajı qalmaqala səbəb oldu - VİDEO
19/05/2019 [11:27]:
Millət vəkilinə ağır itki...
19/05/2019 [11:20]:
“Suriya getsə, Tehran da gedəcək” - İki ölkəni ABŞ və İŞİD-in əlindən alan general
19/05/2019 [10:59]:
Novxanıda yanğın: 5 nəfər xilas edildi
19/05/2019 [10:55]:
Nomenklaturanı konkretləşdirmək, əlavə söz-söhbətlərə son qoymaq bu qədərmi çətindir?
19/05/2019 [10:53]:
Siqareti təgitməyinizin gözəlliyinizə faydaları... - Xanımlara tövsiyyə...
19/05/2019 [10:31]:
İşğalçı ölkədə demokratiya oyunu: Erməninin Paşinyanına da lənət, Koçaryanına da...
19/05/2019 [10:23]:
"Belələri nəinki Allahın, elə Kantın və ya Nyutonun qarşısında da ciddi görünmürlər..."
19/05/2019 [10:13]:
Türkiyədə hərbi xidmət müddəti azaldılacaq
19/05/2019 [10:11]:
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
19/05/2019 [10:09]:
Bu gün 35422 abituriyent II və III qruplara qəbul imtahanı verəcək
19/05/2019 [10:07]:
“Boeing” səhvini düzəltdi
19/05/2019 [10:05]:
Səudiyyə kralı Ərəbistan liderlərini təcili yığır
19/05/2019 [10:03]:
Türkiyə və Rusiya birgə S-500 istehsal edəcəklər
19/05/2019 [09:59]:
Azərbaycana “Avroviziya – 2019”da maksimal və minimal xal verən ölkələr
19/05/2019 [09:54]:
27-ci dəfə Laçında ermənilərin  yallı getməsinə dözdük-Axı biz tolerantıq…- FOTOLAR
19/05/2019 [09:50]:
“Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO
18/05/2019 [23:53]:
FHN-in Yanğından Mühafizə Qərargahının rəisi: "Yanğın zamanı geyim malları yanıb" - FOTO
18/05/2019 [23:47]:
İndi bunun nə yeri, nə də zamanıdır...
18/05/2019 [23:29]:
Ananın diri-diri basdırdığı uşağı it tapıb xilas etdi
18/05/2019 [22:50]:
İftardan qalan yeməkləri imsakda yeyənlərə CİDDİ XƏBƏRDARLIQ...
18/05/2019 [22:45]:
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
18/05/2019 [22:35]:
“Bavariya” ardıcıl yeddinci dəfə çempion oldu
18/05/2019 [22:32]:
Tovuzda avtomobil uşağı vurub öldürdü
18/05/2019 [22:31]:
“Eurovision”da qalmaqal
18/05/2019 [22:30]:
Uşağı üçün bilet vermək istəyən konduktoru avtobusdan aşağı atdı - VİDEO
18/05/2019 [22:00]:
Sevdiyi qadını xilas etmək üçün əvvəl böyrəyinin birini verdi, sonra "ürəy"ini...
18/05/2019 [21:56]:
Sadəcə göz oxşayan ətirli gül deyil, həm də dərdlərin dərmanı imiş...
18/05/2019 [21:10]:
Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı
18/05/2019 [21:09]:
Fələstinlilər “Eurovision”un bənzərini yaratdılar - Eyni vaxtda yayımlanacaq
18/05/2019 [20:57]:
Afrikada Şvarsneqqerin kürəyindən vurdular - VİDEO
18/05/2019 [20:51]:
Soçi aeroportu təcili boşaldılıb
18/05/2019 [20:14]:
"Söyüş mübarizəsi düşmən dəyirmanına su tökür və Azərbaycana zərər vurur"
18/05/2019 [19:11]:
Masallıda qəza - 2 müəllim öldü
18/05/2019 [19:06]:
İlham Əliyev Hüseyn İbrahimovla bağlı sərəncam imzaladı
18/05/2019 [19:00]:
Bakıda “Hyundai” əsgərləri daşıyan maşına çırpıldı - FOTO/VİDEO
18/05/2019 [18:38]:
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunacaq
18/05/2019 [18:36]:
Penitensiar Xidmət: Məhkum Babək Həsənovla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil
18/05/2019 [18:31]:
Laçınlı ana və kəlbəcərli idmançı “torpaqlarımıza azadlıq!” çağırışı etdi-FOTOLAR-
18/05/2019 [18:26]:
Çingiz Mustafayev dünya azərbaycanlılarına səsləndi - VİDEO
18/05/2019 [18:01]:
“Bakı Nəqliyyat Agentliyinin tabeliyində bu işi icra edəcək bir qurum yoxdur…”
18/05/2019 [17:50]:
Atatürkün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı arxivlərində saxlanılan FOTOLARI
18/05/2019 [17:32]:
Prezident icra başçısını təltif etdi
18/05/2019 [17:29]:
Koçaryan azadlığa buraxıldı
18/05/2019 [17:27]:
Tanınmış idmançımız Avropa çempionatında medal qazandı
18/05/2019 [17:24]:
Qayıqda Ukraynaya keçmək istəyən azərbaycanlı saxlanıldı
18/05/2019 [17:04]:
"Yeraltı külək" kitabının təqdimat mərasimi keçiriləcək
18/05/2019 [17:00]:
Tərtərdə “Son nəfəsədək” filmi nümayiş olundu -FOTOLAR
18/05/2019 [16:53]:
İranda 5 baladək zəlzələ oldu
18/05/2019 [16:50]:
Trampın tablosunu baxın nə ilə çəkdi - İNANILMAZ...+ VİDEO
18/05/2019 [16:44]:
Əlilliyi olan şəxslər protez üçün DOST mərkəzlərinə müraciət edə bilər
18/05/2019 [16:43]:
Poroşenko Zelenskiyə bir neçə məsləhət verdi
18/05/2019 [16:35]:
İranın ordu komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”
18/05/2019 [16:28]:
Alnında üz şəkli yaratdı - MARAQLI...+ VİDEO
18/05/2019 [16:12]:
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb - FOTO
18/05/2019 [16:02]:
Facebookla başqalarının həyatını izləmək insanın psixologiyasını pozur -XƏBƏRDARLIQ...
18/05/2019 [15:55]:
Oğluna erməni adı qoymağa hazırlaşan Kardaşyan fikrindən döndü -FOTOLAR
18/05/2019 [15:38]:
Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğılarını dinləyib
18/05/2019 [15:35]:
Üzərinə “KAMAZ” təkəri aşan azyaşlı öldü
18/05/2019 [15:29]:
Dövlət Komitəsində Laçının işğalı anıldı
18/05/2019 [15:19]:
Sabah 35 mindən çox abituriyent imtahan verəcək
18/05/2019 [15:12]:
Dilənçilik edən 19 nəfər saxlanıldı
18/05/2019 [15:01]:
Elmar Məmmədyarov Fransada görüş keçirdi
18/05/2019 [14:48]:
Gürcüstanda etnik azlıqlarla bağlı – Şok tədqiqat
18/05/2019 [14:47]:
Azərbaycan torpağında erməni terrorçusunun nəhəng portreti çəkildi-FOTOLAR
18/05/2019 [14:45]:
Telefon həyatınızı xilas edə bilər - Ekspertdən tövsiyə
18/05/2019 [14:40]:
Putinin İranı şoka salan mesajı: ABŞ zərbə endirsə...
18/05/2019 [14:36]:
Azərbaycanda artıq çəkidən əziyyət çəkən 2 minə yaxın insan əməliyyat olunub
18/05/2019 [14:31]:
"İndi mən mənasız yerə bu quldurlara pul ödəməliyəm...?"
18/05/2019 [14:27]:
İberiyanın Türk əslli dövlət və din xadimləri: I-X əsrlər
Bütün arxiv bir sırada
22/04/2019 [15:14] - Cəmiyyət - ( 815 dəfə baxılıb)

Hakim  “qanpulu” almaq istəyən  qaçqın şəhid ailəsinin haqqını tapdayıbmı?..

"Əgər hamı Prezidentə müraciət edəcəksə, bəs sizin işinizin adı nədir?..”
“İncitdiyiniz insanların sayı-hesabı yoxdur...”


“Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli  Karabakhmedia.az saytında təqdim etdiyi müraciətində Nəsimi Rayon Məhkəməsində şəhid ailəsinin hüquqlarının tapdanmasından bəhs edir:  

"Şəxsi “feysbuk” hesabımda dəfələrlə status yazaraq bəzi səlahiyyət sahiblərini şəhid ailələrini incitməməyə çağırmışdım. Yaxından tanıdığım bir şəhid ailəsinin 4-5 aydır sənəd toplamasına baxmayaraq, hələ də "qan pulu"nu almadıqlarını bildirmişdim. Sənəd toplama prosesinin bundan sonra nə qədər davam edəcəyi də bəlli deyil. Çünki əvvəllər tələb etdikləri sənədlərin yerinə başqa sənədlər istəyirlər. İndi topladıqları sənədlərin əvəzinə gələcəkdə başqa sənəd istəməyəcəklərinə də zəmanət yoxdur...

Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 aprel 2018-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana qısa müddətdən sonra dəyişikliklər etdi. Beləliklə, ölkə başçısı vaxtilə müavinət almış şəhid ailələrinə də birdəfəlik ödəmənin verilməsi barədə rəsmi qərar verərək şəhid ailələrini get-gələ salan, onları incidən məmurların bir bəhanəsini də əllərindən aldı. Bəs həmin məmurlar necə? Süründürməçiliklərindən, vətəndaşları "incitməkdən ləzzət almaq" maniyasından xilas ola bildilərmi? Təəssüflər olsun ki, yox. Bəri başdan onu da qeyd edim ki, haqqında bəhs etdiyim şəhid Niftalıyev Vüqar Cavanşir oğlunun vərəsələrinin birdəfəlik ödəməni almaq hüququ Fərmandakı dəyişiklikdən əvvəl tanınmışdı.

Birdəfəlik ödəməyə hüququ yaranan şəhid vərəsələrinin notariat konturuna təqdim edəcəkləri səndlərin siyahısı da verilib və sonda belə bir qeyd var: "Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s." Olsun. Qanunla tənzimlənən heç bir tələbə iradımız yoxdur. Yetər ki, qanunun aliliyi və ədalət prinsipi qorunsun. Amma qorunurmu?..

O da məlumdur ki, bu tip məsələlər sonucda məhkəmələrə yönləndirilir və əsas problemlər də bundan sonra başlanır. Məhkəmələrdə isə şəhid ailələrini incitmək üçün o qədər "əl yeri" qoyublar ki, adam dəhşətə gəlir. Az qala dil açıb "mən şəhidin atasıyam, anasıyam, qardaşıyam, bacısıyam" deyən sənədləri nəzərə almayıb, onların varis olmadığını sübut etmək üçün "fakt" axtarırlar. Cənablar, xanımlar, bu nə süründürməçilikdir, bu nə ötür-ötür oyunudur? Onsuz da incitdiyiniz insanların sayı-hesabı yoxdur. Barı utanın, heç olmasa şəhid ailələrini incitməyin. Nə istəyirsiz axı? Bəlkə hər kəsin fərdi qaydada Prezidentə müraciət etməsini gözləyirsiz? Əgər hamı Prezidentə müraciət edəcəksə, bəs sizin işinizin adı nədən ibarətdir?..

Məhkəmə hakimindən ədalətsiz qətnamə...

Düşünmək olardı ki, ölkə başçısının 3 aprel 2019-cu ildə imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda əksini tapan ciddi tələblər bu sahədə çalışanlar üçün bir fəaliyyət proqramı olacaq: "Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”.

Çox təəssüf ki, aprelin 19-da Nəsimi Rayon Məhkəməsində (7 N-li zal) Solmaz Mustafayevanın hakimliyi ilə keçirilən məhkəmə prosesi bu düşüncələrimi və inamımı alt-üst etdi. İlk baxışdan mübahisə doğurmayan, təmin olunacağına şübhə etmədiyim kiçik bir mülki işdə bu qədər biganəlik, sübutlara etinasızlıq görəndə nisbətən mübahisəli, mürəkkəb məhkəmə proseslərində nə qədər ədalətsizliklər edildiyini bir anlığa göz önünə gətirdim. 

Diqqətinizə çatdırım ki, səlahiyyətli nümayəndəsi olduğum Məmmədova Lətifə Cavanşir qızı bu il fevralın 8-də doğum akt qeydinin bərpa edilməsi haqqında Nəsimi Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdi. Ərizəçinin şəxsiyyət vəsiqəsinin, ölüm haqqında şəhadətnamələrin (ata və anasının, şəhid qardaşının), Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən və yaşayış yerindən verilən arayışların, məcburi köçkün vəsiqəsinin surətləri də məhkəməyə təqdim olunmuşdu. Bildirişi geç almağımız səbəbindən işin 25 fevral 2019-cu il tarixdə keçirilən hazırlıq iclasında iştirak edə bilməmişdik. Martın 27-sinə təyin olunmuş məhkəmə prosesində isə iddiaçı ilə bərabər şahid kimi mən də iştirak edirdim. Hakim nikahın bağlanması haqqında şəhadətnamənin əslini nəzərdən keçirsə də, iş materiallarına əlavə etmədi. İşin mahiyyəti üzrə onsuz da iddia ərizəsində öz əksini tapan, yəni məlum faktlara dair 2-3 primitiv sualla, ərizəçinin izahatını, şahid ifadəsini nəzərə almadan 5-6 dəqiqə çəkən prosesi yekunlaşdırdı və növbəti məhkəmə iclasının aprelin 19-da keçirilməsi barədə qərar qəbul etdi. "Gəmidə oturub gəmiçi ilə dava etməyin” faydasız olduğunu anlayaraq qərarla razılaşdıq. Guya razılaşmasaydıq, nə dəyişəcəkdi ki... Həm də düşündük ki, növbəti prosesədək daha çox sübut toplamaq imkanı qazanarıq. Amma iddiaçı öz saydığını sayanda hakimin nə sayacağını hesablamayıb.

Yuxarıda da qeyd etdiyim kimi, 19 apreldə baş tutan məhkəmə iclasında etibarnamə ilə ərizəçini mən təmsil edirdim və əlavə sübutlar gətirmişdim. Eyni zamanda iddiaçını və onun ailə üzvlərini yaxından tanıyan şahidlər ifadə vermək üçün hakimin dəvətini gözləyirdilər. Şahidləri dinləməyən hakim bizimlə bir kənddən olan 4 nəfərin iştirakı ilə tərtib olunaraq imzalanan və Şəlvə kənd ərazisi üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiqlənən aktı da sübut kimi nəzərə almadı.

Sübutları təqdim etmək cəhdimə hakim susmaqla cavab verdi və heç bir sübutu iş materiallarına əlavə etmədi. Şahidlərin ifadə verməsi haqqında xahişimə də etinasız yanaşdı. Müddəti əvvəlki məhkəmə prosesindən də az, uzağı 3-4 dəqiqə çəkən məhkəmə prosesini tələm-tələsik yekunlaşdırıb "məşvərət”ə getdi və qısa fasilədən sonra qayıdaraq ərizənin təmin edilmədiyini "qət etdi”. Daha doğrusu, əvvəlcədən hazırladığı qərarı açıqladı. Çünki məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət vermədən əsaslandırılmış ədalətli qərar çıxara bilməzdi. Bu, 2-3 dəqiqə ərzində nəinki hüquqi, heç fiziki baxımdn da mümkün deyildi.

Zəruri qeyd

İddiaçının bacısı da "doğum akt qeydinin bərpa olunması” tələbinə dair Qaradağ Rayon Məhkəməsinə müraciət edib və ərizə 12 mart 2019-cu il tarixdə hakim Günay Həşimovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təmin olunub. Ortaya məntiqi bir sual çıxır. Necə olur ki, eyni kənddə, eyni ata-ananın ailəsində doğulan iki bacıdan (təvəllüd fərqləri ilə) birinin "doğum akt qeydi” təmin olunur, digərininki yox. Axı, hər iki hakim eyni qanunlara istinad edirlər və hər ikisi Azərbaycan Respublikasının adından qətnamə çıxarırlar. Deməli, insan faktoru həmişə önəmlidir. Bütün hallarda hakimlər qanunun aliliyinə əməl etməklə yanaşı, vicdanlarının səsinə də qulaq asmağa borcludurlar. Yadımdan çıxmamış bir məqama da toxunum. Bəlkə də "doğum akt qeydi”nin bərpa olunduğu qətnamə barədə danışmamalıydım. Görünür, başqa bir xanım hakimdən yaxşı mənada "sitat” gətirməyim Solmaz xanımın xoşuna gəlmədi və bunun əksini etməklə nümayişkarənə "qətiyyət” göstərdi.

Yeri gəlmişkən, mən Günay xanımı tanımıram, Solmaz xanımı isə cəmi iki dəfə məhkəmə zalında görmüşəm. Ona görə də hər iki xanımın şəxsi keyfiyyətləri haqqında nəsə söyləmək fikrindən çox uzağam. Amma Solmaz xanımın ədalətsiz qərar verdiyinə adım kimi əminəm. Bu qətnamənin necə əsaslandırıldığını qətnamənin mətnini alandan sonra öyrənəcəm və təbii ki, mövqeyimi bildirəcəm.

Hələlik isə fikrimi emosional bir ovqatda tamamlamağa məcburam. Bu gün işğal altında olmasına baxmayaraq, Laçın rayonu da, kiçik dağ kəndi İmanlar da ürəyimizdə, yaddaşımızda yaşayır. Sıralarımız seyrəlsə də, sağ qalanlarımızın gücü bizim orada doğulduğumuzu sübut etməyə yetəcək. Bir də bizim üçün ən böyük dərd doğulduğumuz torpaqlardan didərgin düşməyimizdir. Bu boyda dərdi olan insanlar nə doğum şəhadətnaməsini itirməyi, nə də "doğum akt qeydininin bərpa edilməməsi”ni özünə dərd etməz, Solmaz xanım. O başqa məsələdir ki, ən kiçik haqqımızı qoruya bilməsək, ən böyük amalımıza qovuşmağımız müşkülə çevrilər...

Amalımız bu kiçik haqqı qorumaqla həm də sizi vicdan əzabından qurtarmaqdır. Çünki cəmiyyətdə çox adi qəbul edilən, hətta müdafiəsi üçün vəkil tutmağa ehtiyac duyulmayan və nəhayət, şəhidin "qan pulu” ilə mübahisələnən kiçik bir mülki işdə hansısa hakimin "qalib gəlməsi”ni heç arzulamazdım..."



loading...
loading...
İftardan qalan yeməkləri imsakda yeyənlərə CİDDİ XƏBƏRDARLIQ...
Sadəcə göz oxşayan ətirli gül deyil, həm də dərdlərin dərmanı imiş...
Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı
"Söyüş mübarizəsi düşmən dəyirmanına su tökür və Azərbaycana zərər vurur"
Trampın tablosunu baxın nə ilə çəkdi - İNANILMAZ...+ VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Azərbaycan və Türkiyə birgə İşçi Qrupu yaratmalıdır” – Qarabağ probleminə görə...
Dünya
Uşağı üçün bilet vermək istəyən konduktoru avtobusdan aşağı atdı - VİDEO
Maraqlı
Sevdiyi qadını xilas etmək üçün əvvəl böyrəyinin birini verdi, sonra "ürəy"ini...
Cəmiyyət
“Bakı Nəqliyyat Agentliyinin tabeliyində bu işi icra edəcək bir qurum yoxdur…”
Dünya
Facebookla başqalarının həyatını izləmək insanın psixologiyasını pozur -XƏBƏRDARLIQ...
Həftənin ən çox oxunanları
Bakirə çıxmadığı deyilən gəlindən şok sözlər: "Ərim güzgüdə özünə baxıb..." - VİDEO
"Fahişə belə, bu hərəkəti eləməz, amma bizim "zapravka"lar edir, müvafiq qurumlarsa..."
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Azərbaycanda bəy toyu günü gəlinin görüntüsünü paylaşdı - VİDEO
“Şuşadakı taborlarda tibb bacısı adıyla erməni agenturasına xidmət edən rus qızlar var idi...” 
İcra başçısına zərfdə güllə göndərdilər: "Çox yaxşı bilirəm ki..."
Xərçəngdən əziyyət çəkən xanım: “Qoy onlar bu əhvalatdan nəticə çıxarsınlar...”
İrana gündə 500 raket zərbəsi!
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
Bakıda tələbələr arasında qanlı davanın görüntüsü yayıldı - ŞOK VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]