Xəbər lenti
22/05/2019 [23:55]:
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
22/05/2019 [23:52]:
FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina edib
22/05/2019 [23:51]:
Dünya tarixində ən böyük dövlət hansıdır?
22/05/2019 [23:48]:
23-cü mərtəbədən yıxıldı və...
22/05/2019 [23:05]:
Seymur Nəsirov Misirin nüfuzlu dövlət televiziya kanalının qonağı oldu
22/05/2019 [23:04]:
Moskva Univermağının yanında gənc oğlan bıçaqlanıb
22/05/2019 [23:02]:
"Aşıq Şəmşirin Xatirə Muzeyi”ndə açıq qapı günləri davam edir -FOTOLAR
22/05/2019 [22:40]:
Qaradağda iki maşın toqquşub, bir qadın yaralanıb
22/05/2019 [22:22]:
Ancelina Coli və Bred Pitt barışdı
22/05/2019 [21:53]:
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
22/05/2019 [21:40]:
UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək
22/05/2019 [21:39]:
Azərbaycanda qəbul imtahanında maksimum nəticə göstərən yeganə abituriyentin adı məlum olub - FOTO
22/05/2019 [21:21]:
Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı
22/05/2019 [21:07]:
Şuşa qatilinin ad günü təntənə ilə qeyd edildi: Bakıda təhsil alan işğalçı general...
22/05/2019 [21:00]:
Qədim hindularda müasir texnologiyalar aşkarlandı
22/05/2019 [20:17]:
"Röyanı yeyərəm, heç kimlə paylaşmaram" - Nadir efirdə olduğunu unutdu - FOTO
22/05/2019 [20:08]:
Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər
22/05/2019 [19:55]:
Mesut Özil: "Bakıda görüşənədək"
22/05/2019 [19:47]:
Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar
22/05/2019 [19:46]:
I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb
22/05/2019 [19:44]:
Qərb tarixinin ən zəngin adamının adı açıqlanıb
22/05/2019 [19:30]:
"Öz fikrini etik tərzdə ifadə edə bilən insan inanmıram ki, söyüşə əl ata..." - VİDEO
22/05/2019 [19:07]:
Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi
22/05/2019 [18:57]:
Azərbaycanda daha 214 potensial erməni əsgəri doğuldu-Hücum üçün çox gecikirik!..
22/05/2019 [18:56]:
Ərdoğan İlham Əliyevi təbrik etdi
22/05/2019 [18:44]:
Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb
22/05/2019 [18:40]:
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
22/05/2019 [18:31]:
BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq”
22/05/2019 [18:13]:
17 il xəstə oğlunu məktəbə aparıb-gətirən fədakar ana -İBRƏTAMİZ...
22/05/2019 [18:07]:
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
22/05/2019 [18:05]:
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar dəmir yolunda hərəkətin tənzimlənməsi üçün tədbirlər planı hazırlandı
22/05/2019 [17:36]:
Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin təməli qoyulub
22/05/2019 [17:30]:
"Çelsi"nin baş məşqçisi: "Bakıdakı finalda qələbəyə layiqik"
22/05/2019 [17:29]:
Prezident Təzəpir məscidinin qarşısındakı bağın və Mərkəzi Parkın açılışında...- FOTO/VİDEO
22/05/2019 [17:28]:
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
22/05/2019 [17:16]:
Körpəni doğum evindən qayıdanda taksidə unutdular - Görünməmiş HUŞSUZLUQ...
22/05/2019 [17:02]:
Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR
22/05/2019 [16:53]:
“ABŞ-dakı Qarabağ görüşü ikinci Ki-Uest olmayacaq ki?..”-Sabiq nazir cavablandırır
22/05/2019 [16:50]:
Bakı-Sabunçu dəmir yolu xəttindən - FOTOREPORTAJ
22/05/2019 [16:39]:
Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ
22/05/2019 [16:38]:
“UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev
22/05/2019 [16:34]:
Yaşlanmayla bağlı bütün qorxularınızı yox edəcək adam -İBRƏTAMİZ...
22/05/2019 [16:32]:
Obstruktiv yuxu apnesi xərçəngə səbəb ola bilər -XƏBƏRDARLIQ
22/05/2019 [16:29]:
Daha 5 kəndə içməli su veriləcək -FOTOLAR
22/05/2019 [16:29]:
Şou göstərmək istəyən tələbənin istəyi başına bəla oldu - MARAQLI...+ VİDEO
22/05/2019 [16:24]:
Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı
22/05/2019 [16:22]:
Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu
22/05/2019 [16:19]:
Rada Zelenskinin təkliflərini rədd etdi
22/05/2019 [16:19]:
"Onların heç biri qanunsuz tikinti haqqında Sizə məlumat vermir" - MÜRACİƏT...
22/05/2019 [16:18]:
Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi
22/05/2019 [16:07]:
Zenfira ərinin maşın hədiyyə etdiyi qızı döyüb?
22/05/2019 [16:05]:
Bakı və Abşeronda 7 min ha ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb
22/05/2019 [16:02]:
Məşhur iş adamı altı yanan qazana girib yuyundu - MARAQLI...+ VİDEO
22/05/2019 [15:44]:
DSMF-də görülən işlərə həsr olunmuş müşavirə keçirildi
22/05/2019 [15:42]:
Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər...
22/05/2019 [15:35]:
“AXC dövrünün mediası ilə bağlı araşdırmalar davam etdirilməlidir”
22/05/2019 [15:25]:
Azərbaycana 8 baş bizon gətirilib
22/05/2019 [15:24]:
Türkiyənin UNESKO üzrə Komissiyasının sədri: "Azərbaycanın işğal olunmuş torpaqlarında mədəni irsin məhvi yolverilməzdir"
22/05/2019 [15:22]:
Ermənistan baş nazirinin müşaviri vəzifəsindən azad edilib
22/05/2019 [15:22]:
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
22/05/2019 [15:20]:
Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb
22/05/2019 [15:03]:
“Rusiya Xəzər hövzəsindəki bütün dövlətlər üçün real təhlükədir”
22/05/2019 [15:00]:
“Bakı Metropoliteni” Rusiyadan aldığı vaqonlardan 10-nu ölkəyə gətirməyə hazırlaşır
22/05/2019 [14:58]:
Bakı metrosunda qatarların tuneldə qalması hallarına son qoyulacaq
22/05/2019 [14:24]:
ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirildi
22/05/2019 [14:21]:
Rusiyanın televiziya aparıcısından Qarabağla bağlı təxribatçı açıqlama...
22/05/2019 [14:17]:
Şəmkirdə ev yanıb, 2 azyaşlı tüstüdən zəhərlənib
22/05/2019 [14:14]:
Kreml: "ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir"
22/05/2019 [14:06]:
Komissiya sədri: “İranın siyasəti müharibə başlatmamaqdır"
22/05/2019 [14:03]:
SOCAR: TANAP boyunca fiber-optik kabellərin çəkilməsi tamamlanmaq üzrədir
22/05/2019 [13:52]:
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
22/05/2019 [13:35]:
Baş nazir 16 dəqiqəyə istefa verdi
22/05/2019 [13:35]:
Banklar gücləndirilmiş rejimdə çalışacaqlar
22/05/2019 [13:32]:
14 tibb bacısı eyni vaxtda hamilə qaldı
22/05/2019 [13:21]:
Onlar ali məktəbə imtahansız qəbul olunacaq
22/05/2019 [13:17]:
Kasilyasın xanımı xərçəngə tutuldu
22/05/2019 [13:02]:
Ağcabədidə ölü vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlandı
22/05/2019 [12:58]:
Çin aviaşirkətləri “Boeing”dən təzminat istəyir
22/05/2019 [12:55]:
Gəzintiyə getməyi təklif edən müəllimi vəhşicəsinə döydülər - YENİLƏNİB
22/05/2019 [12:51]:
Yəhudiləri ağıllı edən 7 fakt - Yadigar Cəfərli yazır
Bütün arxiv bir sırada
23/04/2019 [11:27] - Cəmiyyət - ( 2979 dəfə baxılıb)

İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl... -FOTOLAR



Şəmkirdə olarkən apardığımız araşdırmalar zamanı artıq o yerə gəlib çıxdıq ki, şəhərdə “zibilin içində” olan təkcə prokurorluq əməkdaşlarının həbs etdiyi keçmiş “JEK” rəisi Teymur Hacıyev deyilmiş.

Sən demə, icra başçısı Alimpaşa Məmmədovun əməllərinin yanında T.Hacıyev “toya getməli” imiş.
Sakinlər bizə elə faktlar açıqladılar ki, Şəmkirin bu günə düşməsinin səbəbi, “cümlə xəyanətlərə bais” şəxsin kimliyi aydın oldu - icra başçısı...
Sakinlərin sözlərinə görə, icra başçısını kabinetində tapmaq olmur. Onlar iddia edirlər ki, Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçir. 

Şəmkirlilər deyirlər ki, icra başçısının forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurur.

Çünki balıq təsərrüfatının ucbatından Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı sudan içməli olur. Elə biz də bu məqsədlə Seyfəliyə yollanıb A.Məmmədovun balıq biznesini araşdırmağa qərar verdik.

Kənddə olarkən öyrəndik ki, Dəryaçay ətrafındakı yaşayış massivlərində uşaqdan böyüyə hər kəs icra başçısının “Azərforel” ferması haqda məlumatlıdır.  Kimdən soruşursan, deyir ki, “hə, müəllimin ferması o tərəfdədir”. Amma başçı özünün fermasına asfalt yol çəkdirib, yola şlaqbaum qoydurub. 

Alimpaşa Məmmədov Şəmkiri Dəryaçaydan idarə edir. Oradakı əhalinin içməli su anbarını özünün balıqçılıq fermasına çevirib. Su anbarında qızıl balıq cinsindən olan forel balığı bəslənir.

“Azforel” balıqçılıq şirkətinin yetişdirdiyi balıqlara verilən kimyəvi tərkibli yem suya qarışır, balıqların təbii ehtiyacları da axarla Aşağı Seyfəli və digər kəndlərə çatır.

Sakinlər balıq tullantıları və kimyəvi qarışıqlı su içmək məcburiyyətində qalırlar. Həmin kəndlərin sakinlərinin etirazlarını da Alimpaşa Məmmədov eşitmir. Seyfəli kənd sakinləri deyirlər ki, icra başçısı rəsmən onları zəhərləməklə məşğuldur: “Bir neçə dəfə icra nümayəndəsinə demişik, başçıya məktub yazmışıq, bizi sayan olmayıb. Kimin nəyinə lazımdır? Fikirləşirlər ki, cəhənnəmə camaat zəhərli su içsin, əsas Alimpaşa müəllimin balıqdan qazancıdır. Gözləyirlər ki, uşaqlarımız bu sudan bir gün xəstəlik tapsın, kimsə zəhərlənsin, ya dəri-zöhrəvi xəstəliyi yayılsın, onda əncam çəksinlər. Axı bizim başqa içməli su mənbəyimiz yoxdur. Niyə bunu nəzərə almırlar?”

Kənd camaatı danışır ki, yolu bağlayıb etiraz etmək, problemi prezidentə çatdırmaq istəyirlər. Onlar sabiq başçı Nazim Veyisova şükür edirlər.  Onun dövründə belə özbaşınalıqlar olmayıb, əhalinin dərd-səri dinlənilib. A.Məmmədov isə sakinləri yaxına buraxmır.

“Alimpaşa müəllimi kabinetində, icra hakimiyyətində tapmaq qəliz məsələdir. Onu ya Seyfəli kəndinin kənarındakı Dəryaçayda özünün ”Azərforel" adlandırdığı balıqçılıq təsərrüfatında görərsən, orada da olmursa, Şəmkirdən Gədəbəyə gedən yolun üstündə, Qaraboyludakı maralçılıq fermasında taparsan. Bilmirik ki, onu Şəmkirə icra başçısı təyin ediblər, yoxsa baş fermer...", - deyə sakinlərdən biri şikayətlənir.

Onun sözlərinə görə, ferma formal olaraq başçının oğlu Adil Məmmədovun adınadır: “Bunu Şəmkirdə bilməyən yoxdur. Alimpaşa Məmmədov Şəmkirə başçı gələndən sonra burada özünə nəhəng biznes qurdu, mal-mülk yaratdı. Onun oğlu həmin günlərdə MTN-də işləyirdi, indi işdən çıxıb, gəlib oturub Şəmkirdə, fermaya nəzarət edir. Danışanda da deyir ki, oğlum biznesmendir. Özününsə günü elə Dəryaçayda keçir”.

Sakinlər onu da bildirirlər ki, Şəmkir şefi təkcə qızıl balıq biznesi ilə qane olmur. Deyildiyi kimi, Qaraboyluda maral ferması da var. Bu təsərrüfat, deyilənə görə, 5 ilə əvvəl yaradılıb, artıq 70 maral saxlayır. 

İddialara görə, maral fermasının saxlanılmasına idarə və təşkilatlardan, bələdiyyələrdən xərac toplanıb. Bu vəsaitlər hesabına Şəmkir paşasının maralları yemdən yeyib kökəlir, balalayır, artır. Beləcə maral sürüsü əmələ gəlir.

Sakinlər deyirlər ki, dərd bir deyil, beş deyil, hansını söyləyəsən... Belə ki, Şəmkir kimi heyvandarlıq imkanları olan bir bölgədə örüş sahələri yoxa çıxıb. Camaat danışır ki, sovet dövründə Şəmkirin Ceyrançöl ərazisində geniş örüş sahələri olub. İndi örüş sahələri qalmayıb. Çünki icra başçısı bu torpaqlara da əl qoyub.

Sakinlər iddia edirlər ki, A.Məmmədov forel və maral fermaları ilə məhdudlaşmayıb, Ceyrançöldəki örüş sahələrini özəlləşdirib, dövlətdən kənd təsərrüfatının inkişafı üçün subsidiyalar alıb, taxıl əkdirir. Hərçənd ki, yararsız torpaq olan bu ərazilər örüş üçün nəzərdə tutulub, ona görə taxıl heç düz-əməlli yetişmir.

İntəhası, A.Məmmədov dövlətin pulunu subsidiya şəklində alaraq taxıl biznesində batırır. Əvəzində isə əsl əkin-biçin sahələri su üzünə həsrət qalıb. Sakinlər şikayətlənirlər ki, örüş sahələri fermerlərə qaytarılmalıdır.

“Ceyrançöldə mal-heyvan otarmağa yer tapmırıq. Paşamız imkan vermir ki, heyvanları gətirək. Axı bu torpaqlar taxıl əkmək üçün deyil. Bunu izah edən yoxdur, bizim sözümüzü də eşitmirlər”, - deyə fermerlər gileylənirlər.

Fermerlərin örüş sahəsi, Seyfəli kəndinin içməli su problemi kimi Şəmkirin mərkəzinin də təmizlik dərdi bitmək bilmir. Ötən reportajda şəhərin başdan-başa zibillik içində “üzdüyünü” yazmışdıq. Həmçinin mərkəzi küçələrin bu günə düşməsinin əsl səbəbinə toxunmuşduq.

Məlum olmuşdu ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Teymur Hacıyevin fəhlələrin maaş kartını mənimsəməsi, “ölü can”lar saxlaması ucbatından küçələrdə antisanitariyadır.

Prokurorluğun, keçirdiyi əməliyyat zamanı saxlanıb, sonra azad edilən T.Hacıyev işdən çıxarılıb. 

Əldə etdiyimiz xəbərə görə, keçmiş "JEK" müdiri ötən reportajımızı oxuyub və çevrəsində qeyri-rəsmi şəkildə bildirib ki, onu heç kəs həbs edə bilməz: “Bunun üçün gərək icra başçısını da tutsunlar.  Mən bilirəm kimin yanında nə demək lazımdır...”

A.Məmmədovun isə onun yerinə təzə təyin etdiyi rəis Pərviz İbrahimovdur. Sakinlər deyirlər ki, P.İbrahimovun bu sahədən anlayışı yoxdur və hələ də küçələr zibillik içindədir..(musavat.com).

loading...
loading...
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
Dünya tarixində ən böyük dövlət hansıdır?
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
Yaşlanmayla bağlı bütün qorxularınızı yox edəcək adam -İBRƏTAMİZ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
Dünya
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
Siyasət
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
Cəmiyyət
“Azərbaycanda iyirmi ildən çoxdur ki, leş mafiyası fəaliyyət göstərir...” - EKSPERT
Cəmiyyət
“Bu ərazilərin rəsmiləşdirilməsini dövlət öz üzərinə götürə bilməz...”
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]