Xəbər lenti
22/05/2019 [23:55]:
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
22/05/2019 [23:52]:
FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina edib
22/05/2019 [23:51]:
Dünya tarixində ən böyük dövlət hansıdır?
22/05/2019 [23:48]:
23-cü mərtəbədən yıxıldı və...
22/05/2019 [23:05]:
Seymur Nəsirov Misirin nüfuzlu dövlət televiziya kanalının qonağı oldu
22/05/2019 [23:04]:
Moskva Univermağının yanında gənc oğlan bıçaqlanıb
22/05/2019 [23:02]:
"Aşıq Şəmşirin Xatirə Muzeyi”ndə açıq qapı günləri davam edir -FOTOLAR
22/05/2019 [22:40]:
Qaradağda iki maşın toqquşub, bir qadın yaralanıb
22/05/2019 [22:22]:
Ancelina Coli və Bred Pitt barışdı
22/05/2019 [21:53]:
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
22/05/2019 [21:40]:
UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək
22/05/2019 [21:39]:
Azərbaycanda qəbul imtahanında maksimum nəticə göstərən yeganə abituriyentin adı məlum olub - FOTO
22/05/2019 [21:21]:
Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı
22/05/2019 [21:07]:
Şuşa qatilinin ad günü təntənə ilə qeyd edildi: Bakıda təhsil alan işğalçı general...
22/05/2019 [21:00]:
Qədim hindularda müasir texnologiyalar aşkarlandı
22/05/2019 [20:17]:
"Röyanı yeyərəm, heç kimlə paylaşmaram" - Nadir efirdə olduğunu unutdu - FOTO
22/05/2019 [20:08]:
Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər
22/05/2019 [19:55]:
Mesut Özil: "Bakıda görüşənədək"
22/05/2019 [19:47]:
Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar
22/05/2019 [19:46]:
I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb
22/05/2019 [19:44]:
Qərb tarixinin ən zəngin adamının adı açıqlanıb
22/05/2019 [19:30]:
"Öz fikrini etik tərzdə ifadə edə bilən insan inanmıram ki, söyüşə əl ata..." - VİDEO
22/05/2019 [19:07]:
Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi
22/05/2019 [18:57]:
Azərbaycanda daha 214 potensial erməni əsgəri doğuldu-Hücum üçün çox gecikirik!..
22/05/2019 [18:56]:
Ərdoğan İlham Əliyevi təbrik etdi
22/05/2019 [18:44]:
Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb
22/05/2019 [18:40]:
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
22/05/2019 [18:31]:
BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq”
22/05/2019 [18:13]:
17 il xəstə oğlunu məktəbə aparıb-gətirən fədakar ana -İBRƏTAMİZ...
22/05/2019 [18:07]:
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
22/05/2019 [18:05]:
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar dəmir yolunda hərəkətin tənzimlənməsi üçün tədbirlər planı hazırlandı
22/05/2019 [17:36]:
Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin təməli qoyulub
22/05/2019 [17:30]:
"Çelsi"nin baş məşqçisi: "Bakıdakı finalda qələbəyə layiqik"
22/05/2019 [17:29]:
Prezident Təzəpir məscidinin qarşısındakı bağın və Mərkəzi Parkın açılışında...- FOTO/VİDEO
22/05/2019 [17:28]:
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
22/05/2019 [17:16]:
Körpəni doğum evindən qayıdanda taksidə unutdular - Görünməmiş HUŞSUZLUQ...
22/05/2019 [17:02]:
Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR
22/05/2019 [16:53]:
“ABŞ-dakı Qarabağ görüşü ikinci Ki-Uest olmayacaq ki?..”-Sabiq nazir cavablandırır
22/05/2019 [16:50]:
Bakı-Sabunçu dəmir yolu xəttindən - FOTOREPORTAJ
22/05/2019 [16:39]:
Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ
22/05/2019 [16:38]:
“UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev
22/05/2019 [16:34]:
Yaşlanmayla bağlı bütün qorxularınızı yox edəcək adam -İBRƏTAMİZ...
22/05/2019 [16:32]:
Obstruktiv yuxu apnesi xərçəngə səbəb ola bilər -XƏBƏRDARLIQ
22/05/2019 [16:29]:
Daha 5 kəndə içməli su veriləcək -FOTOLAR
22/05/2019 [16:29]:
Şou göstərmək istəyən tələbənin istəyi başına bəla oldu - MARAQLI...+ VİDEO
22/05/2019 [16:24]:
Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı
22/05/2019 [16:22]:
Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu
22/05/2019 [16:19]:
Rada Zelenskinin təkliflərini rədd etdi
22/05/2019 [16:19]:
"Onların heç biri qanunsuz tikinti haqqında Sizə məlumat vermir" - MÜRACİƏT...
22/05/2019 [16:18]:
Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi
22/05/2019 [16:07]:
Zenfira ərinin maşın hədiyyə etdiyi qızı döyüb?
22/05/2019 [16:05]:
Bakı və Abşeronda 7 min ha ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb
22/05/2019 [16:02]:
Məşhur iş adamı altı yanan qazana girib yuyundu - MARAQLI...+ VİDEO
22/05/2019 [15:44]:
DSMF-də görülən işlərə həsr olunmuş müşavirə keçirildi
22/05/2019 [15:42]:
Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər...
22/05/2019 [15:35]:
“AXC dövrünün mediası ilə bağlı araşdırmalar davam etdirilməlidir”
22/05/2019 [15:25]:
Azərbaycana 8 baş bizon gətirilib
22/05/2019 [15:24]:
Türkiyənin UNESKO üzrə Komissiyasının sədri: "Azərbaycanın işğal olunmuş torpaqlarında mədəni irsin məhvi yolverilməzdir"
22/05/2019 [15:22]:
Ermənistan baş nazirinin müşaviri vəzifəsindən azad edilib
22/05/2019 [15:22]:
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
22/05/2019 [15:20]:
Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb
22/05/2019 [15:03]:
“Rusiya Xəzər hövzəsindəki bütün dövlətlər üçün real təhlükədir”
22/05/2019 [15:00]:
“Bakı Metropoliteni” Rusiyadan aldığı vaqonlardan 10-nu ölkəyə gətirməyə hazırlaşır
22/05/2019 [14:58]:
Bakı metrosunda qatarların tuneldə qalması hallarına son qoyulacaq
22/05/2019 [14:24]:
ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirildi
22/05/2019 [14:21]:
Rusiyanın televiziya aparıcısından Qarabağla bağlı təxribatçı açıqlama...
22/05/2019 [14:17]:
Şəmkirdə ev yanıb, 2 azyaşlı tüstüdən zəhərlənib
22/05/2019 [14:14]:
Kreml: "ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir"
22/05/2019 [14:06]:
Komissiya sədri: “İranın siyasəti müharibə başlatmamaqdır"
22/05/2019 [14:03]:
SOCAR: TANAP boyunca fiber-optik kabellərin çəkilməsi tamamlanmaq üzrədir
22/05/2019 [13:52]:
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
22/05/2019 [13:35]:
Baş nazir 16 dəqiqəyə istefa verdi
22/05/2019 [13:35]:
Banklar gücləndirilmiş rejimdə çalışacaqlar
22/05/2019 [13:32]:
14 tibb bacısı eyni vaxtda hamilə qaldı
22/05/2019 [13:21]:
Onlar ali məktəbə imtahansız qəbul olunacaq
22/05/2019 [13:17]:
Kasilyasın xanımı xərçəngə tutuldu
22/05/2019 [13:02]:
Ağcabədidə ölü vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlandı
22/05/2019 [12:58]:
Çin aviaşirkətləri “Boeing”dən təzminat istəyir
22/05/2019 [12:55]:
Gəzintiyə getməyi təklif edən müəllimi vəhşicəsinə döydülər - YENİLƏNİB
22/05/2019 [12:51]:
Yəhudiləri ağıllı edən 7 fakt - Yadigar Cəfərli yazır
Bütün arxiv bir sırada
23/04/2019 [17:57] - Cəmiyyət - ( 1582 dəfə baxılıb)

Tahir İmanov: "Yeddi ildir ki, onlar bizi avara qoyublar"



“Planet Parni iz Baku” KVN teatrı bu il üçün növbəti dörd günlük konsertini keçirdi. Fedot obrazının dilindən səslənən “Nataşa, mı prişla” adlı konsert böyük izdihamla qarşılandı.

Konserti müxtəlif təbəqədən izləyən tamaşaçılar vardı. Sözümüzün təsdiqi kimi, onların arasında futbolçular – Rəşad Sadıqov, Qara Qarayev, kikboksçu Eduard Məmmədov, şahmatçı Şəhriyar Məmmədyarov kimi tanınmış idmançıların adlarını çəkə bilərik. 

Konsertlə bağlı suallarımızı sözügedən teatrın bədii rəhbəri və aktyoru Tahir İmanova ünvanladıq.

– Konsertlə bağlı gözləntiləriniz baş tutdu?

– Konsertə 10 gün qalmış artıq cüt biletlər satılıb qurtarmışdı. Ancaq tək biletlər qalmışdı. Onların da sayı çox az idi. Ona görə də tam əminliklə deyə bilərəm ki, konsertimizə 10 gün qalmış anşlaq idi. Məlumunuz olduğu kimi, beşinci gün də konsert keçirə bilərdik. Çünki tələbat həddindən artıq çox idi. Xüsusən də martın 1-də ölkə başçısının qəbulunda olduqdan və bizə qoyulan qadağalar yığışdırıldıqdan sonra 4-5 il ərzində ehtiyat edib gəlməyənlər belə konsertimizə gəlmək istəyirdi.

Sizin saytınızda aprelin 22-dən “Formula-1” yarışı ilə bağlı şəhərin mərkəzinin bağlanacağını oxuduqdan sonra fikirləşdik ki, camaat üçün konsertə gəlmək böyük əziyyət olacaq. Ona görə də dörd günlük konsertlə kifayətləndik. Qismət olsa, gələn il beş günlük konsert verərik...

Hər bir konsertimiz tamaşaçı tərəfindən rəğbətlə qarşılandı, ayaq üstə alqışlandı. Bundan artıq bizim üçün nə ola bilər ki?! İnanın mənə, bu, bizim üçün ən böyük mükafatdır. Fürsətdən istifadə edərək daimi tamaşaçılarımıza minnətdarlıq etmək istərdim ki, onlar bu illər ərzində – qadağalı və qadağasız günlərimizdə həmişə bizimlə birgə olublar.

Daimi tamaşaçımız həmişə olub və onlar bizi heç vaxt tək qoymayıb. Elə onların dəstəyi bizə qadağalı günlərdə bu işi atmağa imkan verməyib. Əksinə, onların alqışları bizə daha da böyük layihələrə imza atmağa stimul verib.

– Konsertinizin ən maraqlı hissələrindən biri sabiq icra başçısı Hacıbala Abutalıbovla indiki içra başçısı Eldar Əzizovun səhnəsi idi...

– Çox təşəkkür edirəm fikirlərinizə görə. Sizə bir məqamı da qeyd edim ki, tarixdə ilk dəfə bizim konsertə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov gəlmişdi. Halbuki indiyədək bizim KVN teatrına nə Hacıbala müəllim, nə də ondan qabaqkı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı gəlib. Halbuki teatrımızın adında “Baku” sözü var, gələ bilərdilər.

İlk illərdə biz bütün məmurlara konsertlərimiz üçün dəvətnamə göndərirdik. Amma sonra görəndə ki, əksəriyyəti gəlmir, göndərmirdik. O cümlədən də Eldar müəllimə heç bir dəvətnamə verməmişdik. Özü gəlmişdi. Görüşlərimizdən birində konsertimizə gələcəyini desə də, açığı, inanmamışdım. Amma onu konsertimizdə görəndə yaxşı mənada təəccübləndim. 

Onu da vurğulayım ki, Eldar müəllim “Parni iz Baku”ya çox yaxın insan olub. 80-ci illərin sonunda bu komandanın yaradılmasında o, çox yaxından iştirak edib. Ondan çox böyük kömək görmüşük. Yəni bu, indinin yox, illərin münasibətidir və bunu indiyədək qoruyub-saxlamışıq. O, bu illər ərzində müxtəlif şəhər və rayonlarımızda icra başçısı işləsə də, öz sadəliyini, insanlığını qoruyub-saxlayıb. Vallah, mən belə məmurlarla fəxr edirəm.

– Konsert montaj olunduqdan sonra kinoteatrlara izlənilməsi üçün təqdim olunacaq. Bu konserti tamaşaçılar kinoteatrda nə vaxt görə bilər?

– Bu, həmişəki kimi, payız aylarında olacaq. Konsert əvvəl kinoteatrlarda nümayiş etdiriləcək. Sonra televiziya efirində göstəriləcək, daha sonra “Youtube” səhifəmizdə yerləşdiriləcək.

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, qadağa illərində istehsal etdiyimiz layihələrin artıq 85 faizi efirdə olub. Bununla bağlı ölkə rəhbərliyinə – cənab prezidentimiz İlham Əliyevə, bizim çox hörmətli birinci xanımımız Mehriban Əliyevaya çox böyük təşəkkür edirəm. Çünki onlar qadağaları aradan qaldırmaqla ədaləti bərpa etdilər. Bu, mənim ən böyük arzum idi. Nəhayət, həmin gün gəlib çatdı. Səbr etmək lazım idi, biz də bunu bacardıq.

– Konsert vaxtı tamaşaçılardan birinin sualı diqqətimi cəlb etdi. Həmin sualı yenidən təkrarlamaq istəyirəm: “Nataşa, mı prişla” oldu, bəs “Bir kəndin sevinci” nə vaxt olacaq?

– Mən də yenə deyirəm ki, “Space” bizə nə vaxt borcunu qaytarsa, o vaxt da olacaq. Bilirsiniz, hər dəfə bu söhbət qaldırılanda “Space”dən mənə zəng gəlir ki, biz sizə borclu olduğumuzu danmırıq. Bəs onda niyə hərəkət etmirlər? Bildiyiniz kimi, “Space”i efirdə işlədilən söyüşə görə MTRŞ cərimələyib.

2012-ci ildən bəri deyirlər ki, pulumuz yoxdur. Bəs pulları yoxdursa, bu cəriməni haradan ödəyəcəklər? Pulları yoxdursa, işçilərinin maaşını necə verirlər? Pulları yoxdursa, işıq pulunu necə ödəyirlər? Ayıb deyilmi o boyda şirkətə? Bu boyda borcla gecələr necə yata bilirsiniz? Mənim kiməsə bir manat borcum olanda gecələri yatmıram. Yeddi ildir ki, onlar bizi avara qoyublar.

– Sizin konsertinizdə ilk dəfə Türkiyə vətəndaşı da iştirak etdi. Onun konsertinizə cəlb olunması necə baş verdi?

– Mehmet Cəfər adlı Türkiyə vətəndaşı buradakı ali təhsil ocaqlarından birində oxuyur. Axşamlar restoranlardan birində işləyir. Elə orada məni görüb özü yaxınlaşdı. Çox maraqlı söz dedi ki, Tahir abi, mən Azərbaycan dilini sizin çıxışlarınız vasitəsilə öyrənmişəm (gülür).

Bizə KVN teatrımızda yer almaq istədiyini bildirdi. Razılaşdıq. Amma dedim ki, dərhal sənə böyük rol verə bilmərəm. Özüm necə bu karyerama başlamışamsa, sən də elə başlayacaqsan. Yeri gələndə stul da daşımışam. Hər bir peşəkar aktyor belə başlayır. Biz də onun türk qardaşları kimi ona yardım əlimizi uzatmağa çalışdıq.

– Hamının maraqla gözlədiyi Nataşa personajını axır ki üzə çıxardınız. Bu rolu İnna İmranova oynadı. Razı qaldınız?     

– O, Akademik Rus Dram Teatrının aktrisasıdır. İnna xanım rolunu çox böyük məharətlə ifa etdi, verilən tapşırıqları layiqincə yerinə yetirdi. Biz yazdığımız Nataşa obrazını 100 faiz peşəkar şəkildə göstərə bildi. Biz ondan razı qaldıq. Belə başa düşdük ki, o da bizdən razı qaldı.

– Növbəti konsertdə bu mövzu davam etdiriləcək?

– Buna camaatın tələbatına əsasən qərar veriləcək. Mətbəximizin şah əsəri olan dolmanı dalbadal kim yesə, bezəcək. Halbuki ondan dadlı yemək yoxdur. Biz də “Məhəllə”, “Ağanatiq” personajlarını fasilələrlə çıxarırıq ki, insanlarda onlara maraq artsın. Biz onları hər dəfə göstərsək, tamaşaçı bezər. Bunun nəticəsidir ki, hazırda “Məhəllə-3” kinoteatrlarda liderdir. Məqsədimiz odur ki, tamaşaçılar onu səbrsizliklə gözləsinlər.(oxu.az)

loading...
loading...
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
Dünya tarixində ən böyük dövlət hansıdır?
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
Yaşlanmayla bağlı bütün qorxularınızı yox edəcək adam -İBRƏTAMİZ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
Dünya
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
Siyasət
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
Cəmiyyət
“Azərbaycanda iyirmi ildən çoxdur ki, leş mafiyası fəaliyyət göstərir...” - EKSPERT
Cəmiyyət
“Bu ərazilərin rəsmiləşdirilməsini dövlət öz üzərinə götürə bilməz...”
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]