Elman Sadıqov: “10 gündən sonra kreditlərin restruktruzasiyasına başlanılacaq”
Oxunub: 1107
25 Apr 2019 | 10:07
Elman Sadıqov:  “10 gündən sonra kreditlərin restruktruzasiyasına başlanılacaq”
“Apelyasiya Komissiyası  və hər bir bankda İşçi  Qrupu yaradılıb,  vətəndaşların qəbulu həyata keçirilir”

Məlum olduğu kimi, prezident fərmanına uyğun  olaraq problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Çox böyük miqyaslı bir proses olduğundan müəyyən problemlərlə də müşayiət olunub. Vətəndaşların da xeyli sualları var. Bütün bunlara Azərbaycan Banklar Assosiasiyasının eksperti Elman Sadıqovla birgə aydınlıq gətirdik.

- Elman müəllim, prezident fərmanı ilə bağlı hazırda bank sektorunda hansı işlər görülür? Problemli kreditlər üzrə kompensasiyaların qaytarılması ilə bağlı proses nə yerdədir?

- Hazırda fərmanla bağlı bir sıra işlər başa çatıb. Cənab prezidentin imzaladığı fərman böyük bir əhali kütləsini əhatə edir. Həm də məbləğ olaraq böyük məbləğ vəsaitin kompensasiya olaraq verilməsindən söhbət gedir. Məsələnin bir çox riskli tərəfləri  var idi. Çünki fərman vətəndaşın bir bankda deyil, bütün banklarda olan borclarının cəmi məbləğini əsas götürür. Bir vətəndaşın bütün banklarda olan borcları 10 min dollardan çox deyilsə, bu kompensasiya verilir. Bu sənədə uyğun olaraq hər bir vətəndaşın bütün banklarda olan borcları hesablanmalı və qərar verilməli idi. Bu kifayət qədər çətin proses idi.  Maliyyə Bazarlarına Nəzarət Palatası bütün prosesi öz üzərinə götürdü. Bütün banklardan gələn məlumatlar Palata tərəfindən emal olundu, araşdırıldı, birləşdirildi. Özləri tərəfindən də bir proqram  təminatı işlənildi. Həmin proqramlaşdırma əsasında vahid siyahı hazırlandı. Həmçinin şəffaflığı təmin etmək, insan amili ilə bağlı risklərə  yol verməmək üçün proqramlaşdırma həyata keçirildi. Subyektiv amillər aradan qaldırıldı. Palata tərəfindən hazırlanan siyahı məhz problemli kreditlər üçün hazırlanmış portala əlavə olundu. Hər bir vətəndaş həmin portala daxil olaraq, onun üçün hesablanan kompensasiyanın məbləği, həmin vəsaitdən digər gecikən kredit borclarına yönəldilən məbləğlə tanış ola bilər. Əgər vətəndaş bütün kreditlərini tam bağlayıbsa və ya bütün kreditlər ödənildikdən sonra sərbəst qalan vəsait varsa, həmin məbləğ kompensasiya məbləği olaraq göstərilir və bank tərəfindən ödənilir. Əgər vətəndaşın 365 gündən çox gecikən, ödənilməyən krediti varsa, bu fərmana görə həmin vəsaitin də restruktruzasiya olunması barədə məlumat portalda öz əksini tapıb. Kifayət qədər geniş həcmli bir işdir. İlkin mərhələdə əsas məsələ siyahının hazır olması idi ki, Palata bu işin öhdəsindən gəldi. Ancaq problemlər də var idi, ötən 4 ildə vətəndaşlar yaşayış ünvanlarını, telefonlarını, sənədlərini dəyişiblər, xaricə gedənlər olub. Bu vətəndaşları tapmaq da çətin oldu. Bu proses hələ də davam etməkdədir. Palata da məsələyə obyektiv və demokratik yanaşdı. Palata rəhbərliyinin də mövqeyi belə idi ki, fərmanın əhatə etdiyi hər bir vətəndaş bundan yararlanmalıdır, heç bir vətəndaş kənarda qala bilməz. Siyahı hazır olduqdan sonra qeyd etdiyimiz səbəblərdən hər hansı vətəndaşların adı siyahıda tapılmayıbsa və ya başqa problemlər varsa, onlara öz sözlərini demək üçün geniş şərait yaradılıb. Palatada Apelyasiya Komissiyası yaradılıb. Hər bir bankda İşçi Qrupu yaradılıb. Hər bir bankda İşçi Qrupu üçün xüsusi otaq yaradılıb, orada vətəndaşların qəbulu həyata keçirilir. Palata da əlavə olaraq portal yaradıb, hər bankda bir nəfər məsul şəxs təyin olunub, Palata bütün bu məsələləri həmin şəxs vasitəsilə koordinasiya edir. Apelyasiya Komissiyasına müraciət edən bütün vətəndaşların şikayətləri aidiyyəti banklara yönləndirilir. Həmin banklar vətəndaşların kreditləri ilə bağlı sənədləri portala yükləyirlər, bu iş çox operativ aparılır, 1 iş günü ərzində proses həll olunur. Ondan sonra hazır sənədlər Palatanın portalına yükləndikdən sonra  Apelyasiya Komissiyası müvafiq qərar qəbul edir. Hər bir vətəndaşa burada fərdi yanaşılır. Məsələ geniş araşdırılır və qərar qəbul olunur.

- MBNP qısa müddətdə sürətli bir iş apardı, yüz minlərlə insanın krediti ilə bağlı sənədlər araşdırıldı, siyahı hazırlandı. Bir qədər də bu işin mətbəxindən danışardınız. Həmin günlərdə orada nələr yaşandı?

- Bu, həqiqi mənada nümunəvi bir proses oldu. Bu bənzəri olmayan bir fərmandır. Geniş əhali kütləsini əhatə edən belə fərmana dünya ölkələrinin təcrübəsində rast gəlməmişəm.  Bu fərmanın icrası da inqilabi bir proses oldu. Bütün aidiyyəti dövlət orqanları səfərbər oldu, hərəsi öz əlindən gələni etdi. Ancaq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının kollektivi və rəhbərliyinin işinin birbaşa şahidi olmuşam. Onlar gecə-gündüz bilmədən, şənbə-bazar bilmədən, mart ayında bayram günlərində dincəlmədən işləyiblər. Gecə saat 12-də bizə zəng ediblər, təəccüblənmişik ki, siz dincəlmirsinizmi? Deyirdilər ki, təki vətəndaşlarımız bu fərmandan faydalansın, biz sonra da dincələ bilərik. Bu şəkildə ürəkdən işlədilər, can qoydular, qısa müddətdə belə geniş bir iş gördülər. Üstəgəl, Apelyasiya Komissiyasının yaradılması, vətəndaşların hər birinin qəbulu, şikayətlərinə fərdi şəkildə baxılması çox böyük işlərdir. Bunun miqyasını, nə qədər məsuliyyətli yanaşma tələb etdiyini bank işçiləri daha yaxşı bilərlər. Üstəgəl, bu sahədə heç bir mövcud təcrübə yox idi, bu bir ilkdir.

Elman.jpeg
- Elman müəllim, fərmanda manatla olan problemli kreditlər də nəzərdə tutulub. O istiqamətdə hansı iş aparılır?

- Bəzən bu məsələni bir qədər qarışdırırlar. Fərman iki hissədən ibarətdir, birincisi dollarla verilən kreditlər üzrə kompensasiya məsələsidir ki, bütün banklardakı borcu 10 min dollara qədər olan şəxslərə hər iki devalvasiya zamanı dəyən ziyan ödənilsin. Bu fərq 2015-ci ilin fevral ayından dekabr ayına qədər 25 qəpik, dekabr ayının 21-dən etibarən 60 qəpikdir. Bu fərmanın birinci hissəsidir, kredit müqaviləsinin bağlanma tarixi ilə bağlı məhdudiyyət  yoxdur. Kim 2012-ci ildə belə dollar krediti götürübsə, onun qalığı olubsa, kompensasiya ala bilər.

“Vətəndaş ona kompensasiya düşdüyünü düşünürsə, ancaq adı siyahıda yoxdursa, bununla bağlı çəkinmədən Apelyasiya Komissiyasına müraciət etsin”

Fərmanın ikinci hissəsi isə manatla kredit götürən, lakin onun ödənilməsi ilə bağlı çətinlik çəkənlər və 365 günə qədər gecikdirənlər üçün 17 min manata qədər olan kreditlərin də restruktruzasiya olunmasını nəzərdə tutur. Lakin burada 2012-ci il yanvar ayının 1-dən etibarən bağlanan kredit müqavilələri nəzərdə tutulur. Bu da təbiidir, çünki daha öncə bağlanan kredit müqavilələri onsuz da ödənilib.   Restruktruzasiya olunan məbləğ kreditin əsas məbləğidir, dəbbə və hesablanan faizlərin bank tərəfindən  silinməsi banklara tövsiyə olunub.

- Bu bir tövsiyədir və banklar buna əməl etməyə də bilərlər?

- Bank Assosiasiyasında bank rəhbərləri ilə görüşlər keçirilib və orada bank rəhbərləri də nəzərə alıblar ki, bu cənab prezidentin tövsiyəsidir və vətəndaşlar üçün atılan bir addımdır. O baxımdan banklar bu tövsiyəyə əməl edəcəklər. Palatanın portalında da restruktruzasiya ilə bağlı məsələdə əsas məbləğin restruktruzasiya olunması göstərilir. Banklar Assosiasiyası özü də bu məsələdə xüsusilə aktivdir, Palata ilə də dialoqdadırlar. Ancaq vətəndaşlarda yanlış bir fikir yaranmasın ki, banklar bütün kreditlər üzrə faiz  və dəbbə pullarını siləcəklər, sadəcə, fərmanın əhatə etdiyi kreditlər üzrə bu aparılacaq. Fərman 17 min manata qədər olan və 365 gün gecikməsi olan kreditləri əhatə edir.

- Bəzi vətəndaşların adları ilkin siyahıda olub, lakin sonradan onların adı siyahıda çıxmayıb. Bunun səbəbi nə ola bilər?

- Burada müxtəlif səbəblər, texniki məsələlər ola bilər.  Hər hansı vətəndaşa ilkin olaraq kompensasiyaya düşməsi hesablansa da, sonradan həmin vətəndaşın digər banklarda da borclarının olması və 10 min manatı keçməsi müəyyən edilə bilər, bu səbəbdən adı siyahıdan çıxarılar. Hər hansı digər səbəblər də ola bilər. Ona görə də vətəndaşlara geniş şərait yaradılıb. Palata tərəfindən Apelyasiya Komissiyası yaradılıb, adı çıxmayanlar oraya müraciət edə bilərlər. Bu müraciətdə hansı kreditlər götürdüklərini qeyd etməlidirlər və Palata həmin banklara müraciətlər ünvanlayacaq, banklar tərəfindən sənədlər portala yüklənəcək və vətəndaşın kreditinə fərdi yanaşılacaq. Burada narahatlığa əsas yoxdur. Vətəndaş ona kompensasiya düşdüyünü düşünürsə, ancaq adı siyahıda yoxdursa, bununla bağlı çəkinmədən Apelyasiya Komissiyasına müraciət etsin. Burada hər hansı müraciətin nəzərdən qaçma ehtimalı sıfıra bərabərdir.

- Elman müəllim, portalda adı olanlar və kompensasiya alacağı ilə bağlı informasiya əldə edənlər haraya müraciət etməlidirlər?

- Artıq kompensasiyanın ödənilməsinə başlanılıb. Bu, geniş əhali kütləsini əhatə etdiyi üçün məsələlər mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə vətəndaşlara hesablanan kompensasiya onların digər banklardakı qalıq borclarının ödənilməsinə yönəldildi və vətəndaş digər kredit yükündən də müəyyən qədər azad oldu. Əgər yerdə sərbəst vəsait qalıbsa, banklar filiallar üzrə siyahılar tərtib edib o siyahıya uyğun dəvət edirlər. Onların mobil telefonuna SMS göndərirlər ki, filan tarixdə, filan filiala  yaxınlaşa bilərsiniz. Çünki vətəndaşın vaxtı da bizim üçün dəyərlidir.  Burada vaxt itkisi minimum olur, vətəndaş basabas, növbə, ajiotaj  və sairlə üzləşmir. O səbəbdən adı siyahıda olan, lakin SMS almayan vətəndaşlarımız tələsməsinlər. Bu proses 3 gündür başlayıb, mayın 28-nə kimi davam edəcək. Hələ ki vaxt var. Ancaq vətəndaşlar həyəcan keçirməsinlər ki, mayın 28-nə kimi kompensasiyalarını ala bilməyəcəklər. Bu proses davam edəcək, şikayətlərin qəbulu və araşdırılması işi aparılacaq. Burada  vaxt bitdi, məsələ bitdi söhbəti yoxdur. Hər bir vətəndaşın haqqı varsa, bu fərmandan faydalanacaq.

- Elman müəllim, ardıcıllıq necə qurulub, məbləğ azdan çoxa doğru ödənilir , yoxsa...?

- Banklar müxtəlif prinsiplərə əsasən tərtib etdikləri siyahıya görə dəvət edirlər. Bəzi vətəndaşlar rayona köçübsə, həmin filiala yönəldirlər, bəziləri ünvanını dəyişib. Məsələn, bir filialdan 200 nəfər vətəndaşa kompensasiya ödəniləcəksə, onlardan hər gün bir hissəsi dəvət edilir, heç bir ayrı-seçkilik  qoyulmur.

- Sonrakı proses nə olacaq? Restruktruzasiya işlərinə nə zaman başlanılması gözlənilir?

- Təxminən 10 gündən sonra fərmanın ikinci hissəsinin icrasına, yəni kreditlərin restruktruzasiyasına başlanılacaq. Ona görə də bankların özlərinin də marağındadır ki, kompensasiyalar ödənilsin, rahat bir şəkildə restruktruzasiya işlərinə baxılsın. Bu prosesdə də banklar SMS vasitəsilə vətəndaşlara müraciət edəcəklər,  onları dəvət edəcəklər. Bu prosesin müddəti daha uzundur, bu ilin 31 dekabrına qədər davam edəcək. Vətəndaşlara bir tövsiyəm var ki, banklar tərəfindən gələn dəvətlərdə aktiv olsunlar, operativ həll etsinlər. Bu, vətəndaşların özü üçün də müsbət nəticələrə gətirib çıxaracaq. Çünki problemli krediti olan vətəndaşlar başqa banklardan kredit götürməyə çətinlik çəkirdilər. Restruktruzasiyanın verdiyi imkanlardan faydalansınlar, normal qrafiklə, birinci ili güzəşt müddəti olmaqla,  5 il ərazində borcu ödəsinlər. İllik faiz cəmi 1 faiz olacaq. Burada dəbbə pulu da 0,1 faizdən çox ola bilməz. Çox yüngülləşdirici amillər var. Bu müqavilənin şərtləri öncəki müqavilədən qat-qat yüngül olacaq, heç bir halda ağır ola bilməz.

- Kredit borcu pensiya kartından çıxarılan vətəndaşların kredit borcları, eləcə də zaminlərin ödədiyi kredit borcları ilə bağlı məsələ necə həll olunacaq?

ardı var...

(musavat.com)
Oxşar xəbərlər
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:52, Bu gün
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 14:30
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 14:30
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan