Xəbər lenti
23/05/2019 [20:23]:
Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO
23/05/2019 [20:11]:
Prezident bu şəxslərin pensiyasını artırdı
23/05/2019 [19:46]:
Romantik görüş üçün ən bahalı şəhər hansıdır?
23/05/2019 [19:35]:
Oqtay Əsədov: "Beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq"
23/05/2019 [19:33]:
Kosmosda spirtli və qazlı içki niyə qadağandır?
23/05/2019 [18:56]:
ADNSU-da İsrailli mütəxəssislər tərəfindən 10 aylıq İT kursları təşkil olunacaq
23/05/2019 [18:52]:
Müdafiə Nazirliyi Zakir Həsənovla bağlı ermənilərin iddiasını "sərsəm fikirlər" adlandırdı
23/05/2019 [18:40]:
AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu
23/05/2019 [18:39]:
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
23/05/2019 [18:33]:
Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi
23/05/2019 [18:32]:
Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi
23/05/2019 [18:30]:
Tanınmamış respublikanın “paytaxtı”nın keçmiş meri ölü tapıldı - Mafiya hesablaşması...
23/05/2019 [18:26]:
ADU-da “Səmavi dinlər” sərgisi -FOTOLAR
23/05/2019 [18:23]:
Millət vəkili Tovuzun Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərində uşaq bağçalarını ziyarət edib
23/05/2019 [18:13]:
Boksçular küçələrdə oruc tutanlara su və xurma payladı-İbrətamiz...- VİDEO
23/05/2019 [18:02]:
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı
23/05/2019 [17:54]:
Rəsmi Tbilisidən Azərbaycanın “Keşikçidağ”ına hərbi texnika yeritməsi xəbərinə reaksiya: "Emosional çıxışlar etməyin..."
23/05/2019 [17:46]:
Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı?
23/05/2019 [17:39]:
““Aslan pəncəli İbad” albomu çox fərqli şəkildə olacaq...”
23/05/2019 [17:37]:
Oruc tutmayanların iftar süfrəsində nə işi var...? - Din xadimi aydınlıq gətirdi
23/05/2019 [17:35]:
Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu -FOTOLAR
23/05/2019 [17:30]:
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23/05/2019 [17:28]:
“Ermənilər uzun illər ərzində alban kilsələrini qriqoryanlaşdırıblar” – “Bu proses indi də davam edir”
23/05/2019 [17:27]:
Ən təhlükəli siqaretlər bunlar imiş
23/05/2019 [17:14]:
"Birgə fəaliyyət nəticəsində qanunsuz ticarət dövriyyəsindən təxminən 10 kq narkotik çıxarılıb"
23/05/2019 [17:09]:
Eldar Əzizov Ukraynada Milli Qəhrəmanla görüşdü –FOTOLAR
23/05/2019 [17:04]:
Baş nazir: “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı bütün məsələlərin həll olunacağına əminəm”
23/05/2019 [16:54]:
Tofiq Tağızadənin “Mateo Falkone” filmi bərpa olundu -FOTOLAR
23/05/2019 [16:50]:
Nanə Ağamalıyeva "Porche"sində elə poz verdi ki... - FOTOLAR
23/05/2019 [16:38]:
“Qarabağ münaqişəsi  Ermənistanın inkişafına mane olmur...”
23/05/2019 [16:37]:
Dondurma mövsümü başladı - Zəhərlənməmək üçün bunları bilmək vacibdir
23/05/2019 [16:32]:
Özü-özünü əməliyyat edib tibb tarixinə adını yazdıran həkim -HEYRƏTAMİZ...
23/05/2019 [16:26]:
Qaçırdığı qadını vəhşicəsinə döyüb öldürmək istədi - 16 illik həbs edildi
23/05/2019 [16:24]:
"Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir"
23/05/2019 [15:56]:
Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23/05/2019 [15:55]:
“Bu ölkənin hərbi uğurları bizi hər zaman sevindirib, çünki...”
23/05/2019 [15:51]:
“Bütün bunlar sübut etdi ki, xalq ancaq bayağı materiallara baxmaq həvəsində deyil...”
23/05/2019 [15:50]:
ADPU-dan gənc prorektorun işdən çıxarılmasına reaksiya: "Buna səbəb..."
23/05/2019 [15:46]:
Bu avtomobillərin Azərbaycana idxalı qadağan ediləcək - Nazirlikdən xəbərdarlıq...
23/05/2019 [15:43]:
Zurabişvilidən mübahisəli sərhədlə bağlı mesaj: “Prosesin bərpasını alqışlayıram"
23/05/2019 [15:36]:
Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...
23/05/2019 [15:35]:
“Tramp Türkiyəyə münasibətdə şantaj elementlərindən istifadə edir”
23/05/2019 [15:32]:
"Əvvəllər sürücü kişilərə qız verməzdilər, indi də sürücü qıza oğlan vermirlər..."
23/05/2019 [15:30]:
Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi
23/05/2019 [15:28]:
“Özümü kişi məclisində rahat hiss edirəm” - Səidə
23/05/2019 [15:28]:
Pakistan “Şahin-2” raketini sınaqdan keçirdi - VİDEO
23/05/2019 [15:23]:
Bakıdakı çempionata erməni bacı-qardaş da qatılacaq
23/05/2019 [15:15]:
Abituriyentləri intihara sürükləyən ÇƏTİN SUALLAR...
23/05/2019 [15:05]:
Respublika olimpiadalarında qalib gələnlər bu ixtisaslarda təhsil ala bilər
23/05/2019 [15:02]:
Çingiz geriləməsindən danışdı - “Mənim üçün fərqi yoxdur”
23/05/2019 [15:00]:
Dövlət qulluğunun B növü üçün qeydiyyat başlayıb
23/05/2019 [14:58]:
Rayonlarda leysan, dolu gözlənilir
23/05/2019 [14:44]:
“Azərbaycanda yüksək keyfiyyətli dondurma istehsal edən firmalar var...”
23/05/2019 [14:44]:
35 rayonda torpaqların elektron kadastr uçotu işləri tam olaraq yekunlaşdı
23/05/2019 [14:39]:
“Diriliş Ertuğrul”un finalında Türk dünyasına bu mesaj veriləcək - VİDEO
23/05/2019 [14:39]:
QAT növbəti Qarabağ konfransını keçirdi -FOTOLAR
23/05/2019 [14:35]:
"Ortada olanlar, sadəcə, bəzi uğursuzların iddialarıdır"
23/05/2019 [14:29]:
"Bu vacib kitabı mütləq oxumalısınız...”
23/05/2019 [14:27]:
Fuad Poladovun 71 illiyinə...
23/05/2019 [14:26]:
Akif Nağı Fuad Abbasovla bağlı səfirə müraciət etdi
23/05/2019 [14:20]:
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verdi
23/05/2019 [14:16]:
Almaniyalı deputatlar Qəbələdə məcburi köçkünlərlə görüşdü -FOTOLAR
23/05/2019 [14:04]:
Portmanın arxiv fotosunu yaydı - Sevgili qalmaqalı...
23/05/2019 [14:01]:
XİN başçısı: "Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır"
23/05/2019 [14:00]:
Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO
23/05/2019 [13:59]:
Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu - 22 milyardı var
23/05/2019 [13:56]:
Məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib
23/05/2019 [13:42]:
Qarabağdan olan “generallar” Paşinyanı devirmək istəyir
23/05/2019 [13:34]:
Nazirlik: "Beşdən çox uşağı olan 3 minə yaxın anaya sosial müavinət verilir"
23/05/2019 [13:33]:
Azyaşlı oğlunu narkotik çirkabına batıran ata… –Polis əməliyyatı ilə saxlanıldı
23/05/2019 [13:31]:
““Amnesty İnternational” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur”
23/05/2019 [13:28]:
DİM-dən hökumətin qərarına reaksiya: "Vətəndaşlar narahat olmasın"
23/05/2019 [13:26]:
Mədəniyyət Nazirliyi institut direktorunu Keşikçi Dağa göndərib –Səbəb
23/05/2019 [13:22]:
Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar...
23/05/2019 [13:19]:
Dondurma alarkən diqqətli olun! - XƏBƏRDARLIQ
23/05/2019 [13:14]:
"Bu təfəkkürlə, bu “qeyrət”lə torpaqlarımızı geri qaytaracağıq, axırımız necə olacaq?"
23/05/2019 [13:09]:
"Sosial şəbəkələr zorlanma və pornoqrafiyanın, əxlaqsız videoların «oylağı»na çevrilib"
23/05/2019 [12:47]:
UNEC III Science Slam beynəlxalq elm müsabiqəsinin qalibi bəlli oldu
23/05/2019 [12:41]:
Hesablama Palatasına yeni səlahiyyətlər verildi, keçmiş nazirsə bu qurumun ləğvinə çağırdı
23/05/2019 [12:33]:
Şagirdlər Ramazana fleşmob həsr etdi- “Biz Allahı sevirik!”-FOTOLAR
Bütün arxiv bir sırada
25/04/2019 [10:28] - Hadisə - ( 4471 dəfə baxılıb)

"Əgər bu kəndin azad edilməsi 3 ay da geciksəydi, Gəncənin taleyi sual altında olardı"



Çaykənd əməliyyatından 28-ci il keçib. Bu dəfə əməliyyat haqqında deyil, onun nəticələri barədə fikrinizi bilmək istərdik. Əməliyyat bizə nə verdi və nə aldı? Tarixi əhəmiyyəti nədən ibarət idi? 

Moderator.az bu suallarla həmin əməliyyatın iştirakçısı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müraciət edib.

“28 il əvvəl keçmiş Xanlar (indiki Göy-göl) rayonunun Çaykənd kəndi erməni yaraqlılarından, terrorçularından azad edilib. Bu barədə ilk dəfə 2011-ci ilin aprel – may aylarında, əməliyyatdan 20 il sonra “Unudulmuş qələbə” adlı bir neçə məqaləm “Mediaforum”saytında işıq üzü gördü və bundan sonra ölkə mediası məndən bir xeyli müsahibələr aldı və hesab edirəm ki, Çaykəndin azad edilməsi  haqqında Azərbaycan oxucusu artıq müəyyən qədər informasiyaya, dəqiq məlumatlara malikdir. İndi əməliyyatın necə keçirilməsi barədə deyil, onun tarixi əhəmiyyəti barədə verdiyiniz suala əvvəllər ətraflı olmasa da qismən cavab versəm də, Qarabağ münaqişəsinin indiki mərhələsində - açığı bu mərhələni Azərbaycan üçün olduqca kritik hesab edirəm – müəyyən paralellər aparmaqla sualınıza cavab verməyə çalışacam. 
  
Əvvələn Azərbaycanın ikinci böyük şəhəri Gəncədən 24 kilometr, hava yolu ilə daha az məsafədə yerləşən bu kənd, həm də keçmiş Şaumyan (kənd) rayonu ərazisindən keçməklə Dağlıq Qarabağın ən böyük rayonu Ağdərəyə gedən birbaşa quru yolun, eyni zamanda Kəlbəcər rayonuna Murovdağ istiqamətində Kürəkçay boyu gedən yolun kəsişməsində yerləşir. Yəni, kənd strateji baxımdan olduqca əhəmiyyətli bir coğrafi mövqeyə malikdir. Kənd əhalisi başqa erməni kəndlərindən fərqli olaraq qatı millətçi baxışları ilə fərqlənib, daha çox antiAzərbaycan mövqeyində olub, İrəvanın və Moskvanın xüsusi diqqət mərkəzində saxlanıb, kifayət dərəcədə silahlanmış, 3 minə yaxın əhalisi olub. Zamanında Türkiyədən sultan Əbdülhəmidin dövründə qovularaq Gürcüstanın Borçalı bölgəsində təzəcə məskunlaşan erməniləri 1896-cı ildə çar höküməti yenidən köçürür və Gəncəbasarda, konkret olaraq Gəncə şəhərinin cənub hissəsindəki dağlıq ərazidə yerləşdirir. Həm Çaykənddə, həm Qarabulaqda (Martunaşen) tikilən kilsələrin üzərində də məhz 1896-cı il yazılmışdı. 
  
Əgər bu kəndin azad edilməsi üç ay da geciksəydi, 1991-ci il avqust putçasından sonra Moskva kəndin köçürülməsinə heç cür imkan verməyəcəkdi və yuxarıda qeyd etdiyim mövqeyinə görə artıq Gəncənin taleyi sual altında olardı. Gəncə isə Azərbaycan üçün həyat mənbəyidir. Azərbaycanın, perspektivdə Orta Asiyanın enerji mənbələrinin Avropaya nəqli Gəncədən keçir. Nəzərə alın ki, cəmi 23 ay sonra ermənilər Kəlbəcəri işğal edib, Murov tərəfdən Çaykənd istiqamətində irəliləyirdilər. Əgər Çaykənd ermənilərin əlində olsaydı Kəlbəcərdən çıxan əhali və bizim qoşunlar mühasirədə qalardı.  Bu fikir Sizə indi qəribə gələ bilər, amma elə o vaxt  Kəlbəcərin, Ağdamın işğal olunacağını kimə desəydin, ona da təəccüblü görünərdi, amma oldu. Dağlıq Qarabağın  kəndlərindən fərqli olaraq  Çaykənddə silahlılara qarşı əməliyyat keçirilməsi Moskvanın icazəsi və dəstəyi ilə baş tutursa, deməli bura sıradan bir kənd deyildi. Bu kəndin köçürülməməsi üçün o vaxtkı SSRİ Nazirlər Sovetinin sədri, Ermənistanın milli qəhrəmanı Nikolay Rıjkov Moskvadan başda general Şirinkin olmaqla xüsusi komissiya göndərməzdi. SSRİ Alİ Sovetinin İrəvandan seçilmiş deputatı, general-mayor Surkov vertolyotla Ermənistandan gəlib həmin komissiyaya qoşulmazdı. 
 
Bu əməliyyat imkan verdi ki, hələ SSRİ dağılmamış DİN və DTK-nın silahlı qüvvələri Şaumyan (kənd) rayonunun da 4 kəndini azad edib, Şəfəq kəndinin də ermənilər tərəfindən tutulmasının qarşısı alsın. Bunlar 1992-ci ilin yayında artıq yeni yaranmış Azərbaycan Ordusunun bütün Ağcakənd (keçmiş Şaumayan) rayonunun azad etməsinə ən yaxşı töhfələri sayılır. Ümumiyyətlə isə, bu bizim erməni işğalçıları üzərində uğurla həyata keçirdiyimiz döyüşdür və tarixi əhəmiyyətə malik hadisədir.
Bu kənd ermənilər tərəfindən unudulmayıb və“Getaşenskiy podrayon” adı altında qeyd etdiyim yerləri də Dağlıq Qarabağ ərazisinə birləşdirmək məsələsini ATƏT-in Minsk Qrupunun müzakirəsinə çıxarmağı bacarıblar. Bu da onu göstərir ki, Çaykənd düşmən üçün necə bir itkidir.

“Bu əməlyyat bizə nə verdi, nə aldı”- sualınızın birinci hissəsinin əhəmiyyəti barədə yuxarıda qeyd etdim. İkinci hissəsi barədə isə bir kəlmə ilə - heç nə! Yalnız bu əməliyyatı keçirən şəxslər –istər rəhbər heyət, istər döyüşçülər bu gün də layiqli qiymətlərini almayıblar, əksinə, məhrumiyyətlər içərisindədirlər, o cümlədən bəndəniz.
 
Bəs, Qarabağ münaqişəsində bu əməliyyatdan dərs götürmək olarmı? Çaykəndin azad olunması Moskva ilə yüksək səviyyədə aparılan danışıqların və silahlandırılmış, döyüş ruhu olan heyətin hesabına baş tutdu. Bu gün Qarabağ danışıqlarında bu elementləri - yəni, ilk növbədə Ermənistanın himayədarı Rusiya ilə çevik, köklü maraqlarımıza xələl gətirməyən, amma Moskvanı şirnikləndirən və nəticəsi Qarabağ üçün hesablanmış diplomatiyanı görmürük. Eyni zamanda ikitərəfli danışıqlarda düşmənə qarşı sərt diplomatiya və hərbi müstəvidə gücün göstərilməməsi də müşahidə olunmur. Bu səbəbdən bizim mövqelərimizi hər il zəifləyib və bu gün kritik həddə çatdırılıb. Zaman fərqlidir, amma strateji mahiyyətin düzgün seçilmiş taktiki addımları bütün dövrlər üçün uğur mənbəyi hesab olunur. Nə o strategiya, nə də taktika olmadığından düşmənimiz illərdir ki, rahatdır, hətta hakimiyyət dəyişiklikləri  Qarabağ məsələsində kataklizmlər yaratmır. Bu günkü danışıqların predmetində faktiki Qarabağa dair heç bir sənəd müzakirə olunmur, heç bir proses aydınlaşdırılmır.  Bu dünən, 24 apreldə Ermənistan xarici işlər naziri Mnasakanyan jurnalistlərə açıqlamasında səslənib. Tez-tez hallanan “humanitar proses” isə düşmən tələsidir, amma təəssüf ki, biz tələyə düşmüş kimiyik. Beynəlxalq münasibətlər sistemində qlobal qarşıdurma və bölgəyə təsir uğrunda gedən proseslərə adekvat siyasət aparılmadığından Azərbaycanın Qarabağ siyasəti böhran həddindədir. 

Seymur Əliyev

loading...
loading...
Bu avtomobillərin Azərbaycana idxalı qadağan ediləcək - Nazirlikdən xəbərdarlıq...
“Diriliş Ertuğrul”un finalında Türk dünyasına bu mesaj veriləcək - VİDEO
"Sosial şəbəkələr zorlanma və pornoqrafiyanın, əxlaqsız videoların «oylağı»na çevrilib"
“Aparıcı var bir gün efirə çıxır və könülləri fəth edir, aparıcı da var ki..."
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Tanınmamış respublikanın “paytaxtı”nın keçmiş meri ölü tapıldı - Mafiya hesablaşması...
Şou-biznes
““Aslan pəncəli İbad” albomu çox fərqli şəkildə olacaq...”
Dünya
Özü-özünü əməliyyat edib tibb tarixinə adını yazdıran həkim -HEYRƏTAMİZ...
Araşdırma
Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...
Cəmiyyət
Şagirdlər Ramazana fleşmob həsr etdi- “Biz Allahı sevirik!”-FOTOLAR
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]