Xəbər lenti
23/05/2019 [20:23]:
Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO
23/05/2019 [20:11]:
Prezident bu şəxslərin pensiyasını artırdı
23/05/2019 [19:46]:
Romantik görüş üçün ən bahalı şəhər hansıdır?
23/05/2019 [19:35]:
Oqtay Əsədov: "Beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq"
23/05/2019 [19:33]:
Kosmosda spirtli və qazlı içki niyə qadağandır?
23/05/2019 [18:56]:
ADNSU-da İsrailli mütəxəssislər tərəfindən 10 aylıq İT kursları təşkil olunacaq
23/05/2019 [18:52]:
Müdafiə Nazirliyi Zakir Həsənovla bağlı ermənilərin iddiasını "sərsəm fikirlər" adlandırdı
23/05/2019 [18:40]:
AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu
23/05/2019 [18:39]:
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
23/05/2019 [18:33]:
Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi
23/05/2019 [18:32]:
Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi
23/05/2019 [18:30]:
Tanınmamış respublikanın “paytaxtı”nın keçmiş meri ölü tapıldı - Mafiya hesablaşması...
23/05/2019 [18:26]:
ADU-da “Səmavi dinlər” sərgisi -FOTOLAR
23/05/2019 [18:23]:
Millət vəkili Tovuzun Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərində uşaq bağçalarını ziyarət edib
23/05/2019 [18:13]:
Boksçular küçələrdə oruc tutanlara su və xurma payladı-İbrətamiz...- VİDEO
23/05/2019 [18:02]:
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı
23/05/2019 [17:54]:
Rəsmi Tbilisidən Azərbaycanın “Keşikçidağ”ına hərbi texnika yeritməsi xəbərinə reaksiya: "Emosional çıxışlar etməyin..."
23/05/2019 [17:46]:
Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı?
23/05/2019 [17:39]:
““Aslan pəncəli İbad” albomu çox fərqli şəkildə olacaq...”
23/05/2019 [17:37]:
Oruc tutmayanların iftar süfrəsində nə işi var...? - Din xadimi aydınlıq gətirdi
23/05/2019 [17:35]:
Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu -FOTOLAR
23/05/2019 [17:30]:
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23/05/2019 [17:28]:
“Ermənilər uzun illər ərzində alban kilsələrini qriqoryanlaşdırıblar” – “Bu proses indi də davam edir”
23/05/2019 [17:27]:
Ən təhlükəli siqaretlər bunlar imiş
23/05/2019 [17:14]:
"Birgə fəaliyyət nəticəsində qanunsuz ticarət dövriyyəsindən təxminən 10 kq narkotik çıxarılıb"
23/05/2019 [17:09]:
Eldar Əzizov Ukraynada Milli Qəhrəmanla görüşdü –FOTOLAR
23/05/2019 [17:04]:
Baş nazir: “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı bütün məsələlərin həll olunacağına əminəm”
23/05/2019 [16:54]:
Tofiq Tağızadənin “Mateo Falkone” filmi bərpa olundu -FOTOLAR
23/05/2019 [16:50]:
Nanə Ağamalıyeva "Porche"sində elə poz verdi ki... - FOTOLAR
23/05/2019 [16:38]:
“Qarabağ münaqişəsi  Ermənistanın inkişafına mane olmur...”
23/05/2019 [16:37]:
Dondurma mövsümü başladı - Zəhərlənməmək üçün bunları bilmək vacibdir
23/05/2019 [16:32]:
Özü-özünü əməliyyat edib tibb tarixinə adını yazdıran həkim -HEYRƏTAMİZ...
23/05/2019 [16:26]:
Qaçırdığı qadını vəhşicəsinə döyüb öldürmək istədi - 16 illik həbs edildi
23/05/2019 [16:24]:
"Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir"
23/05/2019 [15:56]:
Rövşən Rzayev və müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23/05/2019 [15:55]:
“Bu ölkənin hərbi uğurları bizi hər zaman sevindirib, çünki...”
23/05/2019 [15:51]:
“Bütün bunlar sübut etdi ki, xalq ancaq bayağı materiallara baxmaq həvəsində deyil...”
23/05/2019 [15:50]:
ADPU-dan gənc prorektorun işdən çıxarılmasına reaksiya: "Buna səbəb..."
23/05/2019 [15:46]:
Bu avtomobillərin Azərbaycana idxalı qadağan ediləcək - Nazirlikdən xəbərdarlıq...
23/05/2019 [15:43]:
Zurabişvilidən mübahisəli sərhədlə bağlı mesaj: “Prosesin bərpasını alqışlayıram"
23/05/2019 [15:36]:
Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...
23/05/2019 [15:35]:
“Tramp Türkiyəyə münasibətdə şantaj elementlərindən istifadə edir”
23/05/2019 [15:32]:
"Əvvəllər sürücü kişilərə qız verməzdilər, indi də sürücü qıza oğlan vermirlər..."
23/05/2019 [15:30]:
Ankara ABŞ-ın “ultimatum”una münasibət bildirdi
23/05/2019 [15:28]:
“Özümü kişi məclisində rahat hiss edirəm” - Səidə
23/05/2019 [15:28]:
Pakistan “Şahin-2” raketini sınaqdan keçirdi - VİDEO
23/05/2019 [15:23]:
Bakıdakı çempionata erməni bacı-qardaş da qatılacaq
23/05/2019 [15:15]:
Abituriyentləri intihara sürükləyən ÇƏTİN SUALLAR...
23/05/2019 [15:05]:
Respublika olimpiadalarında qalib gələnlər bu ixtisaslarda təhsil ala bilər
23/05/2019 [15:02]:
Çingiz geriləməsindən danışdı - “Mənim üçün fərqi yoxdur”
23/05/2019 [15:00]:
Dövlət qulluğunun B növü üçün qeydiyyat başlayıb
23/05/2019 [14:58]:
Rayonlarda leysan, dolu gözlənilir
23/05/2019 [14:44]:
“Azərbaycanda yüksək keyfiyyətli dondurma istehsal edən firmalar var...”
23/05/2019 [14:44]:
35 rayonda torpaqların elektron kadastr uçotu işləri tam olaraq yekunlaşdı
23/05/2019 [14:39]:
“Diriliş Ertuğrul”un finalında Türk dünyasına bu mesaj veriləcək - VİDEO
23/05/2019 [14:39]:
QAT növbəti Qarabağ konfransını keçirdi -FOTOLAR
23/05/2019 [14:35]:
"Ortada olanlar, sadəcə, bəzi uğursuzların iddialarıdır"
23/05/2019 [14:29]:
"Bu vacib kitabı mütləq oxumalısınız...”
23/05/2019 [14:27]:
Fuad Poladovun 71 illiyinə...
23/05/2019 [14:26]:
Akif Nağı Fuad Abbasovla bağlı səfirə müraciət etdi
23/05/2019 [14:20]:
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verdi
23/05/2019 [14:16]:
Almaniyalı deputatlar Qəbələdə məcburi köçkünlərlə görüşdü -FOTOLAR
23/05/2019 [14:04]:
Portmanın arxiv fotosunu yaydı - Sevgili qalmaqalı...
23/05/2019 [14:01]:
XİN başçısı: "Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır"
23/05/2019 [14:00]:
Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO
23/05/2019 [13:59]:
Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu - 22 milyardı var
23/05/2019 [13:56]:
Məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib
23/05/2019 [13:42]:
Qarabağdan olan “generallar” Paşinyanı devirmək istəyir
23/05/2019 [13:34]:
Nazirlik: "Beşdən çox uşağı olan 3 minə yaxın anaya sosial müavinət verilir"
23/05/2019 [13:33]:
Azyaşlı oğlunu narkotik çirkabına batıran ata… –Polis əməliyyatı ilə saxlanıldı
23/05/2019 [13:31]:
““Amnesty İnternational” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur”
23/05/2019 [13:28]:
DİM-dən hökumətin qərarına reaksiya: "Vətəndaşlar narahat olmasın"
23/05/2019 [13:26]:
Mədəniyyət Nazirliyi institut direktorunu Keşikçi Dağa göndərib –Səbəb
23/05/2019 [13:22]:
Fuad Poladovun 14 il əvvəl çəkildiyi filmindən nadir fotolar...
23/05/2019 [13:19]:
Dondurma alarkən diqqətli olun! - XƏBƏRDARLIQ
23/05/2019 [13:14]:
"Bu təfəkkürlə, bu “qeyrət”lə torpaqlarımızı geri qaytaracağıq, axırımız necə olacaq?"
23/05/2019 [13:09]:
"Sosial şəbəkələr zorlanma və pornoqrafiyanın, əxlaqsız videoların «oylağı»na çevrilib"
23/05/2019 [12:47]:
UNEC III Science Slam beynəlxalq elm müsabiqəsinin qalibi bəlli oldu
23/05/2019 [12:41]:
Hesablama Palatasına yeni səlahiyyətlər verildi, keçmiş nazirsə bu qurumun ləğvinə çağırdı
23/05/2019 [12:33]:
Şagirdlər Ramazana fleşmob həsr etdi- “Biz Allahı sevirik!”-FOTOLAR
Bütün arxiv bir sırada
25/04/2019 [17:55] - Cəmiyyət - ( 678 dəfə baxılıb)

Magistratura imtahanlarının II mərhələsi üçün proqram seçimi başlanır



Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il aprelin 26-dan mayın 7-dək 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi elan edib. 

Moderator.az-ın məlumatına görə, proqram seçimi DİM-in internet saytı vasitəsilə elektron qaydada aparılır.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinə 24 fevral 2019-cu il tarixində keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış və 2019-cu il aprelin 26‑dan mayın 7-dək proqram seçib təsdiq edən bakalavrlar buraxılırlar.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsində iştirak üçün 60 manat, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanda iştirak üçün isə 30 manat məbləğində ödəniş nəzərdə tutulmuşdur. Bakalavrlar proqram seçimi üçün müəyyənləşdirilən müddət ərzində tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edib öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İmtahanın II mərhələsində və ya qabiliyyət imtahanında iştirak üçün tələb olunan məbləğ proqram seçimi zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər imtahanın 26 may 2019-cu il tarixində keçiriləcək ikinci mərhələsinə buraxılmayacaqlar.

Xatırladaq ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq. Müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər (bax: “Magistr” jurnalı, №3, 2019-cu il).

Qəbul imtahanının ikinci mərhələsi 2019-cu il mayın 26‑da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. 25, 30, 41, 43, 44, 51, 52, 57, 60, 61, 62, 63, 64, 65 və 74 saylı proqramları seçən bakalavrlar imtahanın ikinci mərhələsini Bakı şəhərində verəcəklər.

İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elanın tam mətni, eləcə də qəbul aparılacaq ixtisaslaşmaların siyahısı 2019-cu ilin may ayında “Magistr” jurnalının 4-cü sayında dərc olunacaq.

loading...
loading...
Bu avtomobillərin Azərbaycana idxalı qadağan ediləcək - Nazirlikdən xəbərdarlıq...
“Diriliş Ertuğrul”un finalında Türk dünyasına bu mesaj veriləcək - VİDEO
"Sosial şəbəkələr zorlanma və pornoqrafiyanın, əxlaqsız videoların «oylağı»na çevrilib"
“Aparıcı var bir gün efirə çıxır və könülləri fəth edir, aparıcı da var ki..."
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Tanınmamış respublikanın “paytaxtı”nın keçmiş meri ölü tapıldı - Mafiya hesablaşması...
Şou-biznes
““Aslan pəncəli İbad” albomu çox fərqli şəkildə olacaq...”
Dünya
Özü-özünü əməliyyat edib tibb tarixinə adını yazdıran həkim -HEYRƏTAMİZ...
Araşdırma
Planet getdikcə "hallanır" - Təhlükə saçan dinamika...
Cəmiyyət
Şagirdlər Ramazana fleşmob həsr etdi- “Biz Allahı sevirik!”-FOTOLAR
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
Şüvəlanda "su qiyməti"nə dəbdəbəli villa satışa çıxarıldı - 10 milyon manat + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]