"Ermənistan işğal etdiyi 7 rayondan 5-ni qaytarır və..." - Növbəti "Lavrov" nağılı...
Oxunub: 6117
25 Apr 2019 | 21:41
"Lavrov kartı" ilə Dağlıq Qarabağın taleyinə baxanda onun gələcəyinin daha qaranlıq olduğunu, gün kimi aydın görmək olur.

Rusiyanın tanınmış politoloqu, Avrasiyaçılıq modelinin ideoloqlarından biri Aleksandr Duqin nəhayət ki, son illər mediada "Lavrov planı" adı altında səslənən Rusiyanın Dağlıq Qarabağ "sandığı"nı açıb "pambığı"nı yerə tökdü. Sözsüz ki, Rusiyanın Güney Qafqazdakı geosiyasi marağı hamıya aydın idi, ancaq Qarabağ düyününün bu qədər vaxt ərzində çözülməməsinin əsl səbəbini Kremlin düşünən beyni sayılan Duqin bu dəfə incəliyinə qədər açıq-aşkar etiraf etdi.

Baxın, Duqinin fikrincə, Rusiyanın Xarici işlər idarəsinin rəhbəri Sergey Lavrovun, həmçinin, bu ölkənin prezidenti Putinin də dəstəklədiyi plana görə, Ermənistan işğal etdiyi 7 rayondan 5-ni qaytarır, bundan sonra tamamilə yeni münasibətlər modeli yaradılaraq Ermənistanın iqtisadi inteqrasiyası təmin edilir və Qarabağın azərbaycanlı əhalisi öz evlərinə dönür.
Doğrudur, Duqin Rusiyanın dəstəklədiyi "Lavrov planı"nın gerçəkləşəcəyi təqdirdə Dağlıq Qarabağın heç bir halda nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olabiləcəyini dilə gətirmir. Amma ermənilərin bu bölgədə azərbaycanlılarla müqayisədə əsas söz sahibi olacaqlarını və bu planın gələcəkdə ermənilərin xeyrinə hesablandığını anlamamaq mümkün deyil. 

Çünki "Lavrov kartı" ilə Dağlıq Qarabağın taleyinə baxanda onun gələcəyinin daha qaranlıq olduğunu, gün kimi aydın görmək olur. Yəni, indiki halda acından ölməsinə baxmayaraq sağa-sola at oynadan Ermənistanın iqtisadi vəziyyəti dirçəldikdən sonra yerdə qalan iki - Kəlbəcər və Laçın rayonlarını, həmçinin Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qaytarılmasına razılıq verməsinə kimsə təminat verə bilərmi? Əlbəttə də ki yox! Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Duqin söhbət əsnasında ermənilərin indi arxasında dayanan konkret qüvvənin olmadığını desə də, amma bunun ardınca Rusiyanın özünü Dağlıq Qarabağın erməni icmasının qarantı saydığını və onların bu bölgədə azad, təhlükəsiz yaşaması üçün məsuliyyət daşıdığını - deyir. 

Yeri gəlmişkən, bax bu sualın cavabını bilmək maralı olardı; Azərbaycanın ərazisində yaşayan və onun hüquqi vətəndaşı olan hansısa separatçı etnik qrupa eyni soydan olmayan digər xalq və ya ölkə hansı haqla qarant dura bilir?  Azərbaycanın özünə nə olub ki, başqası onun vətəndaşına qarant dursun? Məgər Rusiya Çeçenstanı darmadağın edəndə çeçen xalqının təhlükəsizliyinə kimsə qarant durdumu? Əslində, Duqin bu ifadəsi ilə Rusiyanın Qarabağdakı erməni separatistlərinə qarant durduğunu etiraf edir. 

Çünki, əgər Rusiya həqiqətən də Azərbaycanın suveren dövlət olmasında maraqlıdırsa, o zaman niyə onun daxili işinə qarışır və Qarabağın erməni icmasının təhlükəsizliyinə qarant durur? Yoxsa, Dağlıq Qarabağda yaşayan haylar "ruslaşıb" və ya Rusiya vətəndaşı olub rəsmi Bakının bundan xəbəri yoxdur? Qarabağ ermənilərinə qahmar çıxan Moskva bəs nədən Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun azad olunmasını heç yadına belə salmır?

Duqin - "İstəyimiz odur ki, bu ərazilər bizimlə düşmən münasibətlərdə olan Qərb dövlətlərinin nəzarətinə keçməsin. Bizə neytral, mehriban qonşuluq münasibətlərində olduğumuz Güney Qafqaz gərəkdir. Bizə hətta Rusiya yönümlü Azərbaycan yox, Azərbaycan yönümlü Azərbaycan maraqlıdır. Azərbaycanın möhkəmlənməsi, bu, bizim Türkiyə və İranla əlaqələrimizin möhkəmlənməsinə imkan yaradar"- deyir.

Əlbəttə cənab Duqin, Azərbaycan bütün qonşu dövlətlərlə əlaqələrin qurulmasında hamıdan daha çox maraqlıdır, amma bunun qarşısını sizin geosiyasi maraqlarınız yox, məhz erməniyönümlü ədalətsiz siyasətiniz bağlayır. Sözsüz ki, Azərbaycan Güney Qafqazda Rusiyanın maraqlarını nəzərə almadan ABŞ-ın və ya NATO-nun hərbi bazalarının yerləşdirilməsinin mümkün olmadığını yaxşı anlayır. Ancaq Rusiya nədənsə elə özünün də rəsmən tanıdığı Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş Ermənistan hərbi bazalarına 30 ilə yaxındır ki, göz yumur, üstəlik belə bir işğalçı dövlətlə hərtərəfli, xüsusən də hərbi müttəfiqlik edir. 

Bu üzdən də sizin - "Biz Ermənistanın arxasında hərbi müttəfiqliyimizə baxmayaraq, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dərəcədə dayanmamışıq və dəstəyimiz getdikcə azalır. Rusiya  Yeltsinin dönəmindən bəri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bu gün də onu dəstəkləyir. Əgər bir zamanlar bu, nominal tanınma idisə, bu gün bu, faktikidir, yəni təkcə de-yure deyil, de-fakto tanınmadır" - deməyiniz heç də səmimi görünmür. 
Əslində Duqin bu siyasi gedişləri ilə sadəcə Azərbaycanı "qılıqlayır" və Qarabağ "sandığ"ından yerə tökdüyü "pambıq"la rəsmi Bakının başını kəsmək istəyir.

Bunun ardınca, Duqin Azərbaycanın bir vaxtlar GUAM ölkəsi olmasının Ermənistan üçün üstünlük təşkil etdiyini və ermənilərin buna ümid edərək, Rusiya ilə Gürcüstan və Ukraynanın arası pozulduğu kimi güya Azərbaycanın da  Rusiya ilə münasibətinin korlanacağı təqdirdə Moskvanın Dağlıq Qarabağ məsələsində tamamilə hayların mövqeyini müdafiə etməsinə güman etmələrini qeyd edir və  belə bir planın Abxaziya, eləcə də Şimali Osetiyada işlədiyini deyərək, Qarabağda keçmədiyini açıq vurğulayır. Hətta buna görə Ermənistanın bütün bu illər ərzində Moskvaya qarşı davamlı etirazlar səsləndirərək Rusiyanın hesabına nəfəs aldıları və Rusiyadan 100 faiz asılı olduqları halda onu şantaj etməkdən də çəkinmədiklərini dilə gətirir.

Amma ki, nə fayda cənab Duqin, təmsil etdiyiniz Rusiya, ermənilərin bütün bu nankorluğunu, həmçinin Ermənistanda cəmiyyətin çox qəliz olduğunu bilə-bilə Dağlıq Qarabağ məsələsində yenə də onlara olan sevgisini azaltmır. 

Bir şeyi də nəzərə alın ki, Azərbaycanlılar heç də sizin düşündüyünüz kimi sadəlövh xalq deyil, bu xalqın düşünən beyni və vuran qolları hələ tükənməyib. Sadəcə xalq Rusiyanın Güney Qafqazda öz geosiyasi maraqlarını qorumaqla yanaşı, həm də ermənilərin separatist maraqalarını qoruduğunu yaxşı anlayır. Çünki bu kimi maraqlarda tarixən olduğu kimi qurban həmişə Azərbaycan olub. 

Məgər indiyədək erməniləri Güney Qafqaza sürüyüb gətirən, Azərbaycan torpaqlarını onlara peşkəş edən Rusiyanın geosiyasi maraqları olmayıbmı? Nədən Rusiyanın geosiyasi maraqlarına heç olmasa bir dəfə də Ermənistan qurban olmasın, məgər Rusiya öz forpostunun ağzına vurub Gümrüdə bu maraqlarını təmin edə bilməzmi? Əlbəttə edə bilər, görünür Duqinin Qarabağ "sandığ"ında təkcə "pambıq" deyil, başqa şeylərdə var.

Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Oxşar xəbərlər
14:45, Bu gün
Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”
14:43, Bu gün
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
14:42, Bu gün
Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB
14:40, Bu gün
BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTO
14:37, Bu gün
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
14:34, Bu gün
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
14:30, Bu gün
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
14:25, Bu gün
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş olub - FOTO
14:21, Bu gün
İlham Əliyevdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
14:18, Bu gün
Fuad Hüseynəliyev: “Ermənistanla münaqişənin yenidən eskalasiya ehtimalı real deyil”
14:17, Bu gün
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
14:15, Bu gün
Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb
14:00, Bu gün
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
13:59, Bu gün
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
13:57, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
13:56, Bu gün
Bakıda qardaşını döyən şəxsə şəhərdən çıxmaq qadağan edildi - TƏFƏRRÜAT
13:54, Bu gün
İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
13:52, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
13:48, Bu gün
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB
13:45, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
13:43, Bu gün
Mbappe “Real Madrid” üçün oyun üslubunu qurban verəcək
13:39, Bu gün
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
13:35, Bu gün
Prezidentin nümayəndəsi: Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq
13:32, Bu gün
Aydın Kərimov: Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərdiyi ilk şəhər olacaq
13:30, Bu gün
Fuad Hüseynəliyev: Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmır
13:26, Bu gün
Əgər kişi bir qadını bəyənirsə bu 6 ƏLAMƏTLƏ büruzə verir
13:20, Bu gün
Yaşlı kişi 10 yaşlı qıza təcavüz etdi
13:18, Bu gün
Naxçıvanda sədr müavini işdən azad edildi
13:16, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
13:15, Bu gün
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:12, Bu gün
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
13:11, Bu gün
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
12:57, Bu gün
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
12:53, Bu gün
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
12:51, Bu gün
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
12:45, Bu gün
Məhkəmə MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıb, biri azadlığa buraxılıb
12:29, Bu gün
İşğaldan azad edilmiş ərazidə ilk hərrac keçiriləcək
12:23, Bu gün
24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
12:23, Bu gün
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
12:17, Bu gün
Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi-VİDEO
12:12, Bu gün
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO
12:10, Bu gün
AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
12:09, Bu gün
Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO
12:07, Bu gün
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
12:04, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:41, Bu gün
Hadrutdan ürəkaçan görüntülər - VİDEO
11:38, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:33, Bu gün
Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOLAR
11:30, Bu gün
Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
11:27, Bu gün
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
11:25, Bu gün
Azərbaycanda “molla kəbini”: Vətəndaş nikahlarına qarşı tədbirlər görüləcək? - FOTO
11:22, Bu gün
Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO
11:21, Bu gün
Təhlükəsiz oazis yaradanlar – Türk dövlətlərinin yaxınlaşması rifah və sabitlik vəd edir
11:20, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
11:18, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO
11:14, Bu gün
"Bu, onun başı üçün deyil" - Xalq artistinə CAVAB verdi
11:12, Bu gün
Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib
11:10, Bu gün
Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO
11:06, Bu gün
Ermənistan TŞ-nin katibi Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik forumunda iştirak etməyəcək
11:03, Bu gün
Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB
11:01, Bu gün
Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
11:00, Bu gün
Kiçik küçənin ürək ağrıdan qlobal problemləri - ŞİKAYƏT + FOTOLAR
10:58, Bu gün
Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq
10:55, Bu gün
“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 
10:55, Bu gün
Uzun illər çəkildiyi "Arka Sokaklar"a qayıdır - FOTO
10:43, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb
10:33, Bu gün
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
10:25, Bu gün
Güzgü tarixi 24.04.2024: Kimin həyatı kökündən dəyişəcək?
10:22, Bu gün
Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub
10:13, Bu gün
Anası əlil müğənninin “Krokus” teraktında öldüyünü sübut edə bilmir
10:12, Bu gün
Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO
10:11, Bu gün
Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub
10:10, Bu gün
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:08, Bu gün
Bu səhvlər bürclərin həyatını məhv edir
10:06, Bu gün
Bakıda gənc oğlanı avtobus vurdu
10:04, Bu gün
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...
10:02, Bu gün
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
10:00, Bu gün
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
09:58, Bu gün
Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində - FOTO
09:53, Bu gün
ABŞ Ukraynaya 300 km-lik hədəfi vura bilən “ATACMS” raketlərini ötürsə...-“CNN”
09:48, Bu gün
Gözlər qızarır, barmaqlar keyiyir: Niyə hamı xəstəlikdən şikayət edir? - AÇIQLAMA + FOTO
09:36, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:29, Bu gün
Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var
09:24, Bu gün
Qaçırılan qızın atası: Qızımı oğurlayıblar - VİDEO
09:20, Bu gün
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
09:16, Bu gün
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:15, Bu gün
Panama sahillərində 5,5 maqnitudada zəlzələ olub
09:09, Bu gün
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
09:01, Bu gün
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
08:57, Bu gün
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
08:49, Bu gün
Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb
08:48, Bu gün
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
08:45, Bu gün
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
08:44, Bu gün
Xalq artisti Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam” – VİDEO
08:42, Bu gün
PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
08:39, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:34, Bu gün
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
08:27, Bu gün
Kanada “Airbus”a Rusiya titanından istifadə etməyə icazə verib
08:22, Bu gün
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 15:00
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 16:15
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 15:00
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 16:15
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı