Xəbər lenti
23/05/2019 [08:44]:
“Mənim üçün imanım önəmlidir,  iş xatirinə hicabı açmaram”-Azərbaycanlı xanım... 
23/05/2019 [08:43]:
Millət vəkilindən təhsil nazirinə çağırış: "Əgər bu, Türkiyə ilə bağlarımızı möhkəmlədən bir mexanizmdirsə..."
23/05/2019 [07:44]:
"İmkan verin, bədəniniz aclığı hiss etsin..."
22/05/2019 [23:55]:
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
22/05/2019 [23:52]:
FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina edib
22/05/2019 [23:51]:
Dünya tarixində ən böyük dövlət hansıdır?
22/05/2019 [23:48]:
23-cü mərtəbədən yıxıldı və...
22/05/2019 [23:05]:
Seymur Nəsirov Misirin nüfuzlu dövlət televiziya kanalının qonağı oldu
22/05/2019 [23:04]:
Moskva Univermağının yanında gənc oğlan bıçaqlanıb
22/05/2019 [23:02]:
"Aşıq Şəmşirin Xatirə Muzeyi”ndə açıq qapı günləri davam edir -FOTOLAR
22/05/2019 [22:40]:
Qaradağda iki maşın toqquşub, bir qadın yaralanıb
22/05/2019 [22:22]:
Ancelina Coli və Bred Pitt barışdı
22/05/2019 [21:53]:
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
22/05/2019 [21:40]:
UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək
22/05/2019 [21:39]:
Azərbaycanda qəbul imtahanında maksimum nəticə göstərən yeganə abituriyentin adı məlum olub - FOTO
22/05/2019 [21:21]:
Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı
22/05/2019 [21:07]:
Şuşa qatilinin ad günü təntənə ilə qeyd edildi: Bakıda təhsil alan işğalçı general...
22/05/2019 [21:00]:
Qədim hindularda müasir texnologiyalar aşkarlandı
22/05/2019 [20:17]:
"Röyanı yeyərəm, heç kimlə paylaşmaram" - Nadir efirdə olduğunu unutdu - FOTO
22/05/2019 [20:08]:
Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər
22/05/2019 [19:55]:
Mesut Özil: "Bakıda görüşənədək"
22/05/2019 [19:47]:
Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar
22/05/2019 [19:46]:
I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb
22/05/2019 [19:44]:
Qərb tarixinin ən zəngin adamının adı açıqlanıb
22/05/2019 [19:30]:
"Öz fikrini etik tərzdə ifadə edə bilən insan inanmıram ki, söyüşə əl ata..." - VİDEO
22/05/2019 [19:07]:
Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi
22/05/2019 [18:57]:
Azərbaycanda daha 214 potensial erməni əsgəri doğuldu-Hücum üçün çox gecikirik!..
22/05/2019 [18:56]:
Ərdoğan İlham Əliyevi təbrik etdi
22/05/2019 [18:44]:
Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb
22/05/2019 [18:40]:
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
22/05/2019 [18:31]:
BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq”
22/05/2019 [18:13]:
17 il xəstə oğlunu məktəbə aparıb-gətirən fədakar ana -İBRƏTAMİZ...
22/05/2019 [18:07]:
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
22/05/2019 [18:05]:
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar dəmir yolunda hərəkətin tənzimlənməsi üçün tədbirlər planı hazırlandı
22/05/2019 [17:36]:
Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin təməli qoyulub
22/05/2019 [17:30]:
"Çelsi"nin baş məşqçisi: "Bakıdakı finalda qələbəyə layiqik"
22/05/2019 [17:29]:
Prezident Təzəpir məscidinin qarşısındakı bağın və Mərkəzi Parkın açılışında...- FOTO/VİDEO
22/05/2019 [17:28]:
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
22/05/2019 [17:16]:
Körpəni doğum evindən qayıdanda taksidə unutdular - Görünməmiş HUŞSUZLUQ...
22/05/2019 [17:02]:
Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR
22/05/2019 [16:53]:
“ABŞ-dakı Qarabağ görüşü ikinci Ki-Uest olmayacaq ki?..”-Sabiq nazir cavablandırır
22/05/2019 [16:50]:
Bakı-Sabunçu dəmir yolu xəttindən - FOTOREPORTAJ
22/05/2019 [16:39]:
Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ
22/05/2019 [16:38]:
“UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev
22/05/2019 [16:34]:
Yaşlanmayla bağlı bütün qorxularınızı yox edəcək adam -İBRƏTAMİZ...
22/05/2019 [16:32]:
Obstruktiv yuxu apnesi xərçəngə səbəb ola bilər -XƏBƏRDARLIQ
22/05/2019 [16:29]:
Daha 5 kəndə içməli su veriləcək -FOTOLAR
22/05/2019 [16:29]:
Şou göstərmək istəyən tələbənin istəyi başına bəla oldu - MARAQLI...+ VİDEO
22/05/2019 [16:24]:
Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı
22/05/2019 [16:22]:
Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu
22/05/2019 [16:19]:
Rada Zelenskinin təkliflərini rədd etdi
22/05/2019 [16:19]:
"Onların heç biri qanunsuz tikinti haqqında Sizə məlumat vermir" - MÜRACİƏT...
22/05/2019 [16:18]:
Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi
22/05/2019 [16:07]:
Zenfira ərinin maşın hədiyyə etdiyi qızı döyüb?
22/05/2019 [16:05]:
Bakı və Abşeronda 7 min ha ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb
22/05/2019 [16:02]:
Məşhur iş adamı altı yanan qazana girib yuyundu - MARAQLI...+ VİDEO
22/05/2019 [15:44]:
DSMF-də görülən işlərə həsr olunmuş müşavirə keçirildi
22/05/2019 [15:42]:
Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər...
22/05/2019 [15:35]:
“AXC dövrünün mediası ilə bağlı araşdırmalar davam etdirilməlidir”
22/05/2019 [15:25]:
Azərbaycana 8 baş bizon gətirilib
22/05/2019 [15:24]:
Türkiyənin UNESKO üzrə Komissiyasının sədri: "Azərbaycanın işğal olunmuş torpaqlarında mədəni irsin məhvi yolverilməzdir"
22/05/2019 [15:22]:
Ermənistan baş nazirinin müşaviri vəzifəsindən azad edilib
22/05/2019 [15:22]:
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
22/05/2019 [15:20]:
Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb
22/05/2019 [15:03]:
“Rusiya Xəzər hövzəsindəki bütün dövlətlər üçün real təhlükədir”
22/05/2019 [15:00]:
“Bakı Metropoliteni” Rusiyadan aldığı vaqonlardan 10-nu ölkəyə gətirməyə hazırlaşır
22/05/2019 [14:58]:
Bakı metrosunda qatarların tuneldə qalması hallarına son qoyulacaq
22/05/2019 [14:24]:
ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirildi
22/05/2019 [14:21]:
Rusiyanın televiziya aparıcısından Qarabağla bağlı təxribatçı açıqlama...
22/05/2019 [14:17]:
Şəmkirdə ev yanıb, 2 azyaşlı tüstüdən zəhərlənib
22/05/2019 [14:14]:
Kreml: "ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir"
22/05/2019 [14:06]:
Komissiya sədri: “İranın siyasəti müharibə başlatmamaqdır"
22/05/2019 [14:03]:
SOCAR: TANAP boyunca fiber-optik kabellərin çəkilməsi tamamlanmaq üzrədir
22/05/2019 [13:52]:
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
22/05/2019 [13:35]:
Baş nazir 16 dəqiqəyə istefa verdi
22/05/2019 [13:35]:
Banklar gücləndirilmiş rejimdə çalışacaqlar
22/05/2019 [13:32]:
14 tibb bacısı eyni vaxtda hamilə qaldı
22/05/2019 [13:21]:
Onlar ali məktəbə imtahansız qəbul olunacaq
22/05/2019 [13:17]:
Kasilyasın xanımı xərçəngə tutuldu
22/05/2019 [13:02]:
Ağcabədidə ölü vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlandı
Bütün arxiv bir sırada
26/04/2019 [10:21] - Müsahibə - ( 4941 dəfə baxılıb)

"Mən sülhə inanmıram, tarixdə heç vaxt müharibə ilə alınan torpaqlar sülhlə qaytarılmayıb"



Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Yeni Müsavat”a geniş müsahibə verib.

Moderator.az müsahibəni təqdim edir.

- Vahid bəy, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan saziş günün əsas müzakirə mövzularından biridir.  Bu sazişin önəmi barədə nə deyə bilərsiniz?

- Avropa İttifaqı arasında imzalanacaq saziş Azərbaycanın ictimai-siyasi həyatında müəyyən dönüşlərə səbəb ola bilər. Çünki Azərbaycan Avropaya inteqrasiya edən bir dövlətdir, ölkəmizin Avropa dövlətləri ilə çox yaxşı münasibətləri var. Ona görə də belə bir sazişin imzalanması çox vacibdir. Avropa İttifaqı ilə Azərbaycan arasında ilk saziş 1996-cı ildə imzalanmış, 1999-cu ildə ratifikasiya olunmuşdu. Ondan keçən müddət ərzində çoxlu dəyişikliklər baş verib. Yeni sazişin üzərində isə çoxdan idi ki, iş gedirdi. İctimai müzakirələrdə də bu sazişlə əlaqədar müəyyən fikirlər səsləndirilir. Xarici işlər naziri də bildirdi ki, bu yaxınlarda sazişlə əlaqədar məsələlərin 90 faizi faktiki olaraq həll olunub, qalan məsələlər də öz həllini tapacaq. Bu saziş çox həssas bir siyasi sənəddir. Ona görə də bununla bağlı debatların, müzakirələrin aparılmasını normal qəbul edirəm.

- Sazişdə bəzi prinsipial məsələlər barədə iddialar var. Xüsusilə də ərazi bütövlüyümüzlə bağlı müddəanın sənəddə əksini tapmaması mümkündürmü?

- Dövlət başçısı cənab İlham Əliyev bütün görüşlərində, beynəlxalq təşkilatların tribunalarındakı çıxışlarında, yaxud hansısa sənədin imzalanması zamanı  hər zaman Azərbaycanın ərazi bütövlüyünün ilk növbədə nəzərə alınmasını qeyd edir. Ona görə mən arxayınam ki, Avropa İttifaqı ilə sazişdə də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəa əksini tapacaq və heç bir problem yaranmayacaq. Əgər ərazi bütövlüyümüzlə bağlı müddəa olmasa, bu sazişin heç bir tarixi əhəmiyyəti olmayacaq.  İkinci ən ciddi məsələlərdən biri Azərbaycanla Avropa arasında olan ticarət əlaqələrinin genişləndirilməsi, viza rejiminin sadələşdirilməsi kimi hallardır ki, bunlar da Azərbaycan xalqı və dövləti üçün çox böyük əhəmiyyət kəsb edir.

- Rəsmi məlumata görə, sənədin razılaşdırılması başa çatmaq üzrədir və imzalanması üçün ciddi maneə yoxdur. Bəs siz hansısa sürprizlər gözləyirsinizmi?

- Fikir verirsinizsə, son vaxtlar istər qonşularımız olsun, istər digər dövlətlər bu sazişin imzalanmasına böyük diqqət yetirirlər. Hətta buna mane olmaq istəyən müəyyən qüvvələr var. Xüsusilə Ermənistan, əlbəttə, istəməzdi ki, bu sazişdə Azərbaycanın ərazi bütövlüyü əksini tapsın, Avropa ilə Azərbaycan arasında viza rejimi müəyyən qədər yumşaldılsın, ya ləğv edilsin, o cümlədən ticarət əlaqələri genişləndirilsin. Əlbəttə, bu sazişin imzalanmasında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prinsipləri də yəqin ki, nəzərdə tutulacaq. Bu da bizim üçün çox önəmlidir. Çünki bu təşkilata daxil olanda Azərbaycan müəyyən üstünlüklər  əldə etməlidir ki, 3-5 il müddətdə ölkənin iqtisadi həyatında ciddi problemlər olmasın. Ümumiyyətlə, mən belə hesab edirəm ki, bizim bu sazişi imzalamağımız çox vacibdir. Ola bilər ki, bir sıra dövlətlər bu sazişin əleyhinə olsunlar, amma hökumətimiz, dövlət başçımız israrlıdır. Ona görə də hesab edirəm ki, yaxın vaxtlarda, təxminən may ayında biz bu sazişin imzalanmasının şahidi olacağıq.

- Yuxarıdakı sualı əbəs yerə sizə ünvanlamadım. Adətən Gürcüstan və Ukrayna nümunələri yada salınır. Azərbaycanla bağlı hansısa təhlükəli planlar işə salına bilərmi?

- Əlbəttə, Gürcüstan və Ukraynada baş verən hadisələr ola bilər ki, Avropa İttifaqı ilə birbaşa əlaqələrin genişlənməsi ilə əlaqədar idi. Hər iki ölkə faktiki olaraq Avropaya inteqrasiya edən dövlətlərdir. Bu ölkələrlə Avropa İttifaqı arasında viza rejimi tamamilə ləğv olunub. Burada da təxminən 28 dövlət var ki, onlarla çox sıx əlaqələrə malikdirlər. Mən gözləmirəm ki, Azərbaycan üçün hansısa bir sürpriz hazırlansın. Çünki bu sazişin imzalanma ərəfəsində Azərbaycanın dövlət başçısı və xarici işlər naziri bununla əlaqədar kifayət qədər məlumat veriblər. Ona görə də hesab edirəm ki, bu sazişin imzalanması normal səviyyədə, heç bir xarici təzyiqlər olmadan baş tutacaq. İkincisi də, bu sazişin ictimai müzakirəyə çıxarılması, onun əhali tərəfindən müsbət qəbul olunması bir daha göstərir ki, bu saziş bizim dövlətimiz üçün çox vacibdir.

- Vahid bəy, təklif gəlsə, Ermənistana gedərsiniz?

- Vallah, mən o barədə fikirləşməmişəm. Amma nə qədər ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır, mənim o ölkəyə getmək fikrim yoxdur.

- Bəs Qarabağa necə?

- Qarabağ Azərbaycan ərazisidir. Əgər rəsmi müraciətlər olarsa, ora gedib şəraitlə tanış olmaq mümkündür. Mətbuatdan aldığım məlumata görə, ermənilər işğal zonasında vandalizm aktını həyata keçirirlər, bizim tarixi abidələrimizi məhv edirlər, oraya kənar qüvvələri yerləşdirirlər. Dağlıq Qarabağ ərazisi faktiki olaraq narkotrafikə çevrilib. Bu kimi məsələləri araşdırmaq üçün olar. Bu yaxınlarda Ermənistanın müdafiə naziri ağlına gələni danışdı, iddia etdi ki, Azərbaycanın digər ərazilərini də işğal edə bilərik. Danışıqlar çox uzandı, bunlar da hamısı təhdid və təzyiq formasıdır. Lakin Azərbaycan 90-cı illərin Azərbaycanı deyil, püxtələşmiş, yetişmiş, dünyada kifayət qədər mövqeyi olan bir dövlətdir. Ona görə də mən hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətləri onsuz da gec-tez düzələcək. Bunu Ermənistan dövləti və erməni xalqı nə qədər tez başa düşərsə, nə qədər tez torpaqlarımızdan çıxarlarsa və Azərbaycanın ərazi bütövlüyü təmin olunarsa, bu, ermənilər üçün daha yaxşı olar. Çünki o halda onlar bizim müəlliflik etdiyimiz və iştirakçısı olduğumuz beynəlxalq layihələrdən kənarda qalmazlar. Qarabağa o halda gedərəm ki, gedib orada müəyyən araşdırmalar apara bilim.

- Qarabağa haradan getmək istərdiniz?

- Yalnız Azərbaycan ərazisindən, Füzulidən, Ağdamdan... Xankəndi daxil, bütün o ərazilər bizə məxsusdur. Mən heç vaxt o yolla - Ermənistan yolu ilə Qarabağa getmərəm, belə bir fikrim də yoxdur! Onsuz da gec-tez bu münaqişə öz həllini tapacaq. Azərbaycan dövləti, hökuməti çalışır ki, məsələni sülh yolu ilə həll etsin. Amma mən buna inanmıram. Çünki tarixdə belə hal olmayıb ki, müharibə ilə alınan torpaqlar sülhlə qaytarılsın. Yalnız bu yaxınlarda Tramp İsraillə əlaqədar sənəd imzaladı ki, filan əraziləri İsrailin ərazisi kimi tanıyıram. Ermənistan görməlidir ki, Azərbaycan qüdrətli dövlətdir, onun güclü ordusu var və istənilən vaxt öz torpaqlarını azad edə bilər, ondan sonra hansısa sazişi imzalamaq olar.

 - Deməli, siz də savaş tərəfdarısınız...

- Ümumiyyətlə, müharibə dayanmayıb axı. Mütəmadi şəkildə ermənilər bizim mövqelərimizə, dinc sakinlərimizə atəş açırlar, insanlar həlak olur. Ona görə də aprel döyüşlərində bizim qazandığımız uğur davamlı olmalıdır və Azərbaycan öz torpaqlarını istənilən yolla azad etməlidir. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulan maddi ziyanın həcmi 900 milyard dollara yaxındır. Mən bu məsələnin Beynəlxalq Məhkəmədə müzakirəsinin tərəfdarıyam. Gec-tez bu, baş verəcək. Çünki ermənilər bizim ərazilərimizdən öz torpaqları kimi istifadə edirlər, yeraltı, yerüstü sərvətlərimizi talayırlar. Artıq bu məsələləri Beynəlxalq Məhkəmə müstəvisinə çıxartmaq lazımdır.

- Vahid bəy, Milli Məclisdə növbəti dəfə qaza tətbiq olunan limitin artırılması, yaxud ləğvi ilə bağlı məsələ qaldırıldı. Əhalinin çox böyük hissəsini maraqlandıran və narahat edən bu məsələ ilə bağlı hökumət hansısa addımlar ata bilər?

- İndiki şəraitdə Azərbaycan qaz və elektrik enerjisi, neft ixrac edən bir dövlətdir. Ona görə də mən hesab edirəm ki, əhalinin həyat səviyyəsini nəzərə alaraq limitlə bağlı müəyyən güzəştlərə getmək olar. Biz parlamentdə dəfələrlə bununla bağlı məsələ qaldırmışıq, mətbuatda sözümüzü demişik. Bu güzəştlər limitin artırılması ilə bağlı da ola bilər. Özü də biz demirik ki, bütün əhali üçün tətbiq olunsun. Xüsusilə aztəminatlı əhali üçün güzəştə getmək olar, hansılar ki, ödəmək imkanları yoxdur. Bölgələrdən də çoxlu şikayətlər var. Rayonda qəbulda olanda da insanlar bu məsələ ilə bağlı müraciətlər edirlər. Son iclasda Fazil Mustafa da təklif etdi ki, limit iki dəfə artırılsın. İndi hökumət oturmalıdır, ölçüb-biçməlidir, hesablama aparmalıdır. Mən belə hesab edirəm ki, bu məsələ ilə bağlı güzəştlərə getməyə ehtiyac var. Hazırda cənab prezident çox ciddi sosial layihələr, iqtisadi islahatlar həyata keçirir. Düzdür, tənqidi yanaşanlar da var, mən bunu qəbul etmirəm. Çünki iqtisadi islahatlar birdən-birə reallaşmır, müəyyən mərhələlər üzrə həyata keçirilməlidir. Amma bu islahatlar hərtərəfli olmalıdır, cənab prezidentin dediyi kimi, həm siyasətdə, həm iqtisadiyyatda, həm mediada, həm humanitar sahədə islahatlar paralel getməlidir ki, əhalimiz bundan faydalansın. İndiki halda mən elektrik enerjisi və qazın limitinin əhali üçün müəyyən qədər artırılmasına müsbət yanaşıram. Mən bu barədə fikrimi bir neçə ay qabaq demişəm və bunun üzərində işləməyə ciddi ehtiyac var.

- Vaxtilə sizin Əli Məsimli ilə birgə bank kreditləri barədə təklifləriniz olmuşdu. Bu il prezident problemli kreditlərlə bağlı çox mühüm bir sərəncam imzaladı. Bəlkə əhalinin çox böyük hissəsini maraqlandıran məsələlərin, o cümlədən limitin ləğvi, uşaq pulunun bərpası ilə bağlı təkliflər hazırlayıb dövlət başçısına təqdim edəsiniz. Bu haqda düşünürsünüzmü?

- O barədə təkliflər hazırlamamışıq. Amma yenə deyirəm, əgər hökumət bununla bağlı təklifləri əsaslandırılmış şəkildə cənab prezidentin masası üzərinə qoyarsa, dövlət başçısı öz tərəfindən addım atacaq. Çünki biz onu humanist insan kimi tanıyırıq, burada elə ciddi problem olmamalıdır. Ümumiyyətlə, son vaxtlar istər cənab prezident, istərsə də birinci vitse-prezident sosial layihələrə və əhali ilə təmaslara çox ciddi üstünlük verir. Prezident əhali ilə görüşdən şikayət məktublarını şəxsən qəbul edir. Bu, onu göstərir ki, ölkədə hakimiyyətlə sadə vətəndaşlar arasında birbaşa təmaslar yaradılır. Bu addımlar isə Avropa İttifaqına üzvlük qədər vacib məsələlərdir. Həm də Azərbaycanın beynəlxalq reytinq agentliklərində reytinqinin yüksəldilməsi, həm də ölkəmizə investisiya axını üçün çox vacibdir. Bəziləri aparılan islahatların üzərinə kölgə salmaq istəyir. Deyirlər ki, guya bu islahatlar hansısa təzyiqlər altında həyata keçirilir. Amma mən açığını deyim, məsələn, bank sisteminin sağlamlaşdırılması ilə əlaqədar biz hələ 2017-ci ilin axırından çox ciddi məşğul idik. Devalvasiyadan sonra bu məsələlərlə əlaqədar müəyyən təkliflərimiz var idi, Mərkəzi Bank, Palata rəhbərliyi ilə görüşlər keçirirdik, müzakirələr aparırdıq, nəhayət, belə bir qərar qəbul olundu. Yəni bu məsələ qəfildən baş vermədi. Odur ki, bu addımların təzyiqlər nəticəsində atıldığı iddiaları ilə razılaşmıram. İndi bizim Əli müəllimlə bir yerdə başqa təkliflərimiz də var. Yəqin ki, yaxın vaxtlarda onları hazırlayıb dövlət başçısına müraciət edəcəyik.

- Sirr deyilsə, təklifləriniz nə barədədir?

- Bank sistemi ilə əlaqədar təkliflərdir. İki devalvasiyadan sonra yalnız fiziki şəxslər deyil, hüquqi şəxslərin də ciddi problemləri yaranıb. Bir sıra şirkətlərin, kredit alan təşkilatların iqtisadi vəziyyəti gərginləşib, dövlətdən asılı vəziyyətə düşdülər. Bundan əlavə, ölkədə bir sıra müəssisələrin tikilməsi ilə əlaqədar təkliflərimiz var.

- Parlament seçkiləri ilə bağlı yeni məlumat nədən ibarətdir?

- Seçki 2020-ci ildə gözlənilir. Məncə, elə həmin vaxtda da keçiriləcək. Çünki növbəti seçkilərə il yarım qalmış növbədənkənar seçkilərin keçirilməsinə heç bir ehtiyac yoxdur. Əgər ehtiyac olsaydı, hazırda parlamentdəki boş yerlərə seçkilər keçirilərdi.

Bir məsələyə də diqqət yetirmək lazımdır. Azərbaycanda iqtidarla müxalifət arasında dialoqun olmasını mən həmişə vurğulamışam, bunun tərəfdarı olmuşam. Kimliyindən, mövqeyindən asılı olmayaraq, belə bir dialoqun təşkili Azərbaycan üçün faydalıdır. O insan, onların apardığı siyasət də nəzərə alınmalıdır. Bütün dünyada müxalifət çalışır ki, hakimiyyətə gəlsin. Ona görə də müxalifətə də müəyyən qədər loyal münasibət göstərmək lazımdır. Müxalifət qüvvələri də çalışmalıdır ki, Azərbaycanın mövqelərini müdafiə etsinlər, daha ölkəmiz əleyhinə hansısa şüarlar səsləndirməsinlər, bu, bizimçün çox vacibdir. Qarabağ məsələsində isə ümumiyyətlə, fikir ayrılığı olmamalıdır.

loading...
loading...
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
Dünya tarixində ən böyük dövlət hansıdır?
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
Yaşlanmayla bağlı bütün qorxularınızı yox edəcək adam -İBRƏTAMİZ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
Millət vəkilindən təhsil nazirinə çağırış: "Əgər bu, Türkiyə ilə bağlarımızı möhkəmlədən bir mexanizmdirsə..."
Gündəm
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
Dünya
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
Siyasət
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
Cəmiyyət
“Azərbaycanda iyirmi ildən çoxdur ki, leş mafiyası fəaliyyət göstərir...” - EKSPERT
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]