Xəbər lenti
23/05/2019 [09:25]:
Qəbul imtahanında ən yüksək bal topladı: "Müəyyən çaşdırıcı suallar olduğuna görə..."
23/05/2019 [08:55]:
"11 yaşında zövcə etdiyiniz qızı 4 il sonra onsuz da nəzarətə ala bilməyəcəksiniz..."
23/05/2019 [08:44]:
“Mənim üçün imanım önəmlidir,  iş xatirinə hicabı açmaram”-Azərbaycanlı xanım... 
23/05/2019 [08:43]:
Millət vəkilindən təhsil nazirinə çağırış: "Əgər bu, Türkiyə ilə bağlarımızı möhkəmlədən bir mexanizmdirsə..."
23/05/2019 [07:44]:
"İmkan verin, bədəniniz aclığı hiss etsin..."
22/05/2019 [23:55]:
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
22/05/2019 [23:52]:
FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina edib
22/05/2019 [23:51]:
Dünya tarixində ən böyük dövlət hansıdır?
22/05/2019 [23:48]:
23-cü mərtəbədən yıxıldı və...
22/05/2019 [23:05]:
Seymur Nəsirov Misirin nüfuzlu dövlət televiziya kanalının qonağı oldu
22/05/2019 [23:04]:
Moskva Univermağının yanında gənc oğlan bıçaqlanıb
22/05/2019 [23:02]:
"Aşıq Şəmşirin Xatirə Muzeyi”ndə açıq qapı günləri davam edir -FOTOLAR
22/05/2019 [22:40]:
Qaradağda iki maşın toqquşub, bir qadın yaralanıb
22/05/2019 [22:22]:
Ancelina Coli və Bred Pitt barışdı
22/05/2019 [21:53]:
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
22/05/2019 [21:40]:
UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək
22/05/2019 [21:39]:
Azərbaycanda qəbul imtahanında maksimum nəticə göstərən yeganə abituriyentin adı məlum olub - FOTO
22/05/2019 [21:21]:
Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı
22/05/2019 [21:07]:
Şuşa qatilinin ad günü təntənə ilə qeyd edildi: Bakıda təhsil alan işğalçı general...
22/05/2019 [21:00]:
Qədim hindularda müasir texnologiyalar aşkarlandı
22/05/2019 [20:17]:
"Röyanı yeyərəm, heç kimlə paylaşmaram" - Nadir efirdə olduğunu unutdu - FOTO
22/05/2019 [20:08]:
Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər
22/05/2019 [19:55]:
Mesut Özil: "Bakıda görüşənədək"
22/05/2019 [19:47]:
Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar
22/05/2019 [19:46]:
I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb
22/05/2019 [19:44]:
Qərb tarixinin ən zəngin adamının adı açıqlanıb
22/05/2019 [19:30]:
"Öz fikrini etik tərzdə ifadə edə bilən insan inanmıram ki, söyüşə əl ata..." - VİDEO
22/05/2019 [19:07]:
Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi
22/05/2019 [18:57]:
Azərbaycanda daha 214 potensial erməni əsgəri doğuldu-Hücum üçün çox gecikirik!..
22/05/2019 [18:56]:
Ərdoğan İlham Əliyevi təbrik etdi
22/05/2019 [18:44]:
Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb
22/05/2019 [18:40]:
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
22/05/2019 [18:31]:
BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq”
22/05/2019 [18:13]:
17 il xəstə oğlunu məktəbə aparıb-gətirən fədakar ana -İBRƏTAMİZ...
22/05/2019 [18:07]:
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
22/05/2019 [18:05]:
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar dəmir yolunda hərəkətin tənzimlənməsi üçün tədbirlər planı hazırlandı
22/05/2019 [17:36]:
Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin təməli qoyulub
22/05/2019 [17:30]:
"Çelsi"nin baş məşqçisi: "Bakıdakı finalda qələbəyə layiqik"
22/05/2019 [17:29]:
Prezident Təzəpir məscidinin qarşısındakı bağın və Mərkəzi Parkın açılışında...- FOTO/VİDEO
22/05/2019 [17:28]:
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
22/05/2019 [17:16]:
Körpəni doğum evindən qayıdanda taksidə unutdular - Görünməmiş HUŞSUZLUQ...
22/05/2019 [17:02]:
Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR
22/05/2019 [16:53]:
“ABŞ-dakı Qarabağ görüşü ikinci Ki-Uest olmayacaq ki?..”-Sabiq nazir cavablandırır
22/05/2019 [16:50]:
Bakı-Sabunçu dəmir yolu xəttindən - FOTOREPORTAJ
22/05/2019 [16:39]:
Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ
22/05/2019 [16:38]:
“UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev
22/05/2019 [16:34]:
Yaşlanmayla bağlı bütün qorxularınızı yox edəcək adam -İBRƏTAMİZ...
22/05/2019 [16:32]:
Obstruktiv yuxu apnesi xərçəngə səbəb ola bilər -XƏBƏRDARLIQ
22/05/2019 [16:29]:
Daha 5 kəndə içməli su veriləcək -FOTOLAR
22/05/2019 [16:29]:
Şou göstərmək istəyən tələbənin istəyi başına bəla oldu - MARAQLI...+ VİDEO
22/05/2019 [16:24]:
Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı
22/05/2019 [16:22]:
Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu
22/05/2019 [16:19]:
Rada Zelenskinin təkliflərini rədd etdi
22/05/2019 [16:19]:
"Onların heç biri qanunsuz tikinti haqqında Sizə məlumat vermir" - MÜRACİƏT...
22/05/2019 [16:18]:
Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi
22/05/2019 [16:07]:
Zenfira ərinin maşın hədiyyə etdiyi qızı döyüb?
22/05/2019 [16:05]:
Bakı və Abşeronda 7 min ha ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb
22/05/2019 [16:02]:
Məşhur iş adamı altı yanan qazana girib yuyundu - MARAQLI...+ VİDEO
22/05/2019 [15:44]:
DSMF-də görülən işlərə həsr olunmuş müşavirə keçirildi
22/05/2019 [15:42]:
Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər...
22/05/2019 [15:35]:
“AXC dövrünün mediası ilə bağlı araşdırmalar davam etdirilməlidir”
22/05/2019 [15:25]:
Azərbaycana 8 baş bizon gətirilib
22/05/2019 [15:24]:
Türkiyənin UNESKO üzrə Komissiyasının sədri: "Azərbaycanın işğal olunmuş torpaqlarında mədəni irsin məhvi yolverilməzdir"
22/05/2019 [15:22]:
Ermənistan baş nazirinin müşaviri vəzifəsindən azad edilib
22/05/2019 [15:22]:
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
22/05/2019 [15:20]:
Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb
22/05/2019 [15:03]:
“Rusiya Xəzər hövzəsindəki bütün dövlətlər üçün real təhlükədir”
22/05/2019 [15:00]:
“Bakı Metropoliteni” Rusiyadan aldığı vaqonlardan 10-nu ölkəyə gətirməyə hazırlaşır
22/05/2019 [14:58]:
Bakı metrosunda qatarların tuneldə qalması hallarına son qoyulacaq
22/05/2019 [14:24]:
ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirildi
22/05/2019 [14:21]:
Rusiyanın televiziya aparıcısından Qarabağla bağlı təxribatçı açıqlama...
22/05/2019 [14:17]:
Şəmkirdə ev yanıb, 2 azyaşlı tüstüdən zəhərlənib
22/05/2019 [14:14]:
Kreml: "ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir"
22/05/2019 [14:06]:
Komissiya sədri: “İranın siyasəti müharibə başlatmamaqdır"
22/05/2019 [14:03]:
SOCAR: TANAP boyunca fiber-optik kabellərin çəkilməsi tamamlanmaq üzrədir
22/05/2019 [13:52]:
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
22/05/2019 [13:35]:
Baş nazir 16 dəqiqəyə istefa verdi
22/05/2019 [13:35]:
Banklar gücləndirilmiş rejimdə çalışacaqlar
22/05/2019 [13:32]:
14 tibb bacısı eyni vaxtda hamilə qaldı
22/05/2019 [13:21]:
Onlar ali məktəbə imtahansız qəbul olunacaq
Bütün arxiv bir sırada
26/04/2019 [11:15] - Müsahibə - ( 1056 dəfə baxılıb)

Millət vəkili: “Elə məktəb psixoloqları var, onların özünə ayrı bir psixoloq lazımdır”



Son zamanlar daxili və xarici siyasətdə baş verən çox mühüm hadisələrlə bağlı suallarımıza cavab almaq üçün millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə müraciət etdik. Moderator.az “Yeni Müsavat”ın redaksiyasında gerçəkləşən müsahibəni təqdim edir.

-Elşən bəy, ilk sualım Avropa İttifaqı ilə bağlanması gözlənilən saziş haqqındadır. Siyasətçilər, ekspertlər, media camiəsi bir çox hadisələri, provokasiyaları, hətta ehtimalları, proqnozları belə həmin sazişlə uzlaşdırır, əlaqələndirirlər. Bu qədərmi vacib sənəddir?

-Avropa Ittifaqi ilə Azərbaycan arasında imzalanacaq sənəd üzərində düz 2 ildən artıqdır iş gedir, müddəalar, bəndlər, təfsilatlar incələnir. Təbii ki, vacib olmasaydı, proses bu qədər zaman sərfiyyatı da aparmazdı. Müqavilə 400-dən artıq sənəd toplusundan ibarətdir və mahiyyət baxımından özündə əsasən siyasi, iqtisadi, ticari, humanitar əlaqələri ehtiva edir. Bu günə qədər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq münasibətləri bünövrə və təməl etibarilə 1996-cı ildə imzalanan və 1999-cu ildə qüvvəyə minən müqavilə əsasında tənzimlənib. İndi isə münasibətlər daha çoxşaxəlidir və məntiqə uyğun olaraq da yeni müqavilə üçün zəmin yaranıb. İmzalanma gerçəkləşəndən sonra hər iki tərəfin böyük dividentlər qazanacağına əminəm.

-Məsələn...

- Məsələn, viza rejimi, gediş-gəliş, tələbələrimizin xarici Universitetlərə qəbulu asanlaşacaq. Siyasi anlamda Dağlıq Qarabağ mövzusu daha geniş meydanlara transfer ediləcək, haqq səsimiz daha gur, daha ucadan gələcək, məhkəmə-hüquq sistemindən tutmuş səhiyyə sisteminə qədər bütün sahələr üzrə inteqrasiya, fikir mübadiləsi, qarşılıqlı əməkdaşlıq baryerləri aradan qaldırılacaq. Ən əsası da bir-birimiz haqda rentabelli informasiya blokuna malik olacayıq. Bir az el dilində desəm, bu saziş artıq Avropa ailəsinə nəfəslikdən deyil, birbaşa əsas qapıdan girişi təmin edəcək.

-İkitərəfli divident dediniz. Avropanın bu sazişdən qazancı nə olacaq?

-Strateji faydalılıq heç zaman birtərəfli olmur. İnfrastruktur layihələri, siyasi, təhlükəsizlik əlaqələri Avropa üçün də ciddi əhəmiyyət daşıyan məsələdir.

-Sazişlə, daha dəqiqi sazişin açıqlanmayan müddəaları ilə bağlı müxalif düşərgədən iqtidara yönəlik ciddi ittihamlar var. Sizcə əsaslıdırmı? Deyilsə, arqumentlərinizi dinləmək istərdik.

-Təbii, əsassızdır. Arqumentlərimi də söyləyəcəm. Əvvəla, sazişin yubanmasının elə ən başlıca səbəbi odur ki, xırdalıqlar, texniki məsələlər üzərində iş bitməyib, müzakirələr davam edir, prosesə hələ nöqtə qoyulmayıb. İkincisi, saziş separat xarakterli deyil, cəmiyyət üçün də, xalq üçün da açıqdır, eyni zamanda ərazi bütövlüyümüz də daxil digər böyük yüklü, fundamental məsələlərlə bağlı hakimiyyət nümayəndələrinin kifayət qədər sayda açıqlamaları, reaksiyaları var. Təfsilat nigarançılığı olan qüvvələr isə zəhmət çəkib aidiyyatlı orqanlara sorğu göndərsinlər və daha incə məlumatlarla tanış olsunlar. Və nəhayət: siz “müxalifət düşərgəsi” dediniz, mən isə bir az dəqiqləşdirmə etmək istəyirəm: “müxalifətin bəlli qanadı!” O qanada ki, qısas və təkəbbür hissi ilə alışıb-yanan Əli Kərimli rəhbərlik edir. Bu urvatsız, perspektivsiz siyasətçidən və xaricdə yaşayan, ölkənin ləyaqətli insanlarını internet üzərindən hədəfə alan bəzi yaramaz ünsürlərdən savayı kimsə məlum sazişlə bağlı neqativ fikir bildirmir. Hər iki qrupun da “dərdi” məlumdur. Kərimli anlayır ki, Azərbaycan irəlilədikcə, inkişaf etdikcə paralel xətdə onun fantaziyaları, illuziyaları da çat verəcək, haralarasa gömüləcək. Xaricdə bəlli qüvvələrin maliyyəsi hesabına məskunlaşan, anti-milli fəaliyyət göstərən vidadilər, orduxanlar, mirzəlilər də fərqindədirlər ki, məlum sazişdən sonra gizlənmək, törətdikləri cinayətlərdən yayınmaq şansları sıfıra enəcək, ekstradisiya məsələsi dərhal və daha geniş çərçivədə yenidən gündəmə gələcək, daha heç bir missioner-qəyyum onları müdafiə etmək “qüdrətində” olmayacaq. Ona görə qışqırırlar. 

-Yəni, saziş həm də həmin qışqırtının stimulvericiləri ilə bağlanır.

-Avropa İttifaqı böyük radiusu, həndəvəri özündə cəmləyən addır. Qışqırtı, himayə məsələsində isə nəinki Avropa İttifaqını, hətta geniş anlamda hansısa konkret Avropa ölkəsini belə ittiham subyekti kimi nəzərdən keçirməyin tərəfdarı deyiləm. Sosial şəbəkələrdəki həmin dırnaqarası qəhrəmanlar çox məhdud dairələr tərəfindən təlimatlandırılır və maliyyələşdirilir. Dövlətimizin dərin qatlarında isə həmin qəyyumların kimliyi haqda yetərli məlumatlar var və zamanı gələndə 5 manat müqabilində şəxsiyyətlərini, ölkəsini, milli maraqları satan yaramazlar mütləq ədalət mühakiməsi qarşısında cavab verəcəklər. O zaman səsləri də birkərəmlik batacaq.

-İqtidarın yetərincə tərəfdaşı varmı, bəy?

-Təbii.

-O zaman niyə haqqında danışdığınız qara qüvvələr elə özlərinin əsas silahı olan internet, sosial şəbəkələr vasitəsilə susdurulmur? Zatən güclü təpki və ictimai qınaq olsa həmin qüvvələr instiktiv formada, məcburən geri çəkiləcək.

-Bacardığımız qədər susdururuq. Amma çox təəssüf ki, məlum mövzuda hələ lazım olan mütəşəkkilliyə nail ola bilməmişik. Üstəlik, açıq və səmimi deyim, bu həm də mənim yaralı yerimdir. Bəzən ən kiritik gəlişmələr zamanı gözləmə möveyi tutanları, susqunluq nümayiş etdirənləri görürəm. Görürəm və anlamıram. Halbuki, elə məhz həmin məqamda danışmaq, münasibət bildirmək lazımdır. Amma yoxdurlar, itiblər, qeyb olublar. Qarşımıza çıxanda isə yekə-yekə məsləhət verirlər ki, gərək filan müsahibədə, debatda filan fikri deyəydin. Bax iqtidar, hakimiyyət ilk öncə həmin adamları öz sıralarından təmizləməlidir. Prezidentimin, onun ailəsinin, təmsil olunduğum düşərgənin təhqir olunduğu yerdə mən susuramsa, susa bilirəmsə, susmaq qabiliyyətim varsa demək məndən ehtiyat olunmalıdır. Bu araşdırılması gərəkən detal deyil, aksiomdur. Bu artıq bir tək siyasət məsələsi deyil, kişilik, insanlıq, vicdan, vəfa məsələsidir. Bu protokol xətrinə görüləcək iş deyil, içdən gəlməsi gərəkən təzahüratdır. Allahıma min şükürlər olsun, məlum kontekstdə vicdanım təmizdir və heç zaman ortalıqdan qaçmamışam. Bəli, müxalifət tənqid etməlidir. Müxalifət ölkə rəhbəri haqda da, iqtidar haqda da müxtəlif tənqid və iradlar söyləyə bilər. Bu əslində missiya və təyinat etibarilə elə onların vəzifəsi, işidir. Amma kimsə ölkə Prezidentini, bu millətin sayılıb-seçilən insanlarını təhqir edə bilməz. Prezident simvoldur, atributdur, Baş Komandandır, ölkənin simasıdır, təmsilçisidir. Bir baxırsan – üzr istəyirəm ifadəmə görə - hansısa gədə, əlinə telefon alıb, rolik çəkib, ixtiyari ölkədən video paylaşır. Prezident haqda təhqiramiz ifadələr səsləndirir. Hansı ki, İlham Əliyevin geyindiyi ayaqqabının üstünə qonan toz qədər həmin fikir söyləyən adamın dəyəri yoxdur.Ya da daxildəki bəzi nağıl ustaları. Bağ belə-bostan belə. İttiham eləsinlər də İbrahimbəyovu. Niyə eləmirlər? Ad günü keçirdi, qonaq belə çağırmadı, lap yaxşı da elədi. Amma fəxri sədrləri idi axı. Necə oldu bu söhbətin axırı? İndi qaraguruhun əli ilə dolayı təbliğat aparırlar, deyirlər Rüstəm Moskvanın layihəsi olub. Biz nə deyirdik bəs? Biz deyirdik, Sinqapurun layihəsidir? Və hətta özlərinin məntiqincə belə bu layihə reallaşsa və hakimiyyət dəyişsə nə baş verəcəkdi? Mahiyyət məlum olandan sonra deyəcəkdilər, bağışlayın səhv eləmişik? Təcrübə aparırlar? Variant yoxlayırlar? Bəzən deyirlər e, niyə Kərimliyə qarşı aqressivsən. Bax məlum səbəbdən aqressivəm. Mən adım qədər əminəm, şərəfimə belə and verib deyirəm ki, bu adam qısascıl, satxa, qeyri-səmimi və ambisiozdur, sahib olduğu hisslərin 100-də 90-ı da təkəbbürdən ibarətdir.

-Bəy, sosial şəbəkələrdə ümumən bir aqressiya sezilir. Səbəb nədir?

-Bu fikri bölüşmürəm. Dediyiniz həddə də aqressiya müşahidə etməmişəm.

-“Diqlas”dakı yanğınla, Elinanın intiharı ilə bağlı fikirlərlə tanış deyilsinizmi?

-“Diqlas”dakı yanğından zərər çəkmiş insanların simasında mən aqressiyadan çox çarəsizlik gördüm. Bunun məsuliyyəti isə obyektin sahibində və sığortalanmamış əmlakda idi. Orda çalışan insanlar qətiyyən məlum hadisədə günahkar deyildi. Ayrıca, hər birimiz də şahid olduq ki, Cənab Prezident məsələyə dərhal reaksiya verdi, ona ehtiyac duyanın, çarəsizin yanında qərarlaşdı və bir daha hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi, vətəndaşa öz timsalında dövlətin yardım əlini uzatdı. Elina məsələsi isə fərqlidir. Bəli, burada aqressiya vardı. Fəqət, təbii aqressiya. Çünki hamının evində balası, çoxunun isə məhz məktəbə gedən övladı, nəvəsi var. Ona görə hər kəs gözünün qarşısına ilk öncə özününkünü gətirdi, bu səbəbdən münasibət bildirdi, narahatlığını ifadə etdi, açıqlama istədi.

-Siyasətçi prizması ilə Elina məsələsində əsl günahkar olaraq kimi görürsünüz?

-Mən həm də hüquqşünasam və indiki məqamda hüquqşünas tərəfim daha ağır gəlir. Hələ istintaq mərhələsidir, təfərrüatlar araşdırılır, sonucda hər şey bəlli olacaq. Üstəlik, bu iş cənab prezidentin şəxsi nəzarətindədir və bildiyim qədər ən peşəkar istintaqçılar prosesə cəlb edilib. Tək arzum odur ki, əsl günahkarlar cəzasını alsın. Həm də ən şiddətli formada alsın. Mən bir dəfə o qızın videosuna baxdım, səsini dinlədim, 5 gün özümə gələ bilmədim. Elinanın ölümündə ən kiçik günahı olan insana da güzəşt edilməməlidir və edilməyəcək.

-İcra başçısının müavini Xalidə Bayramovanın da adı bu məsələdə ciddi şəkildə hallanır.

-Dediyim kimi, hər şeyi istintaqın nəticəsi müəyyən edəcək. İndi mənim və ya digərinin söyləyəcəyi hər hansı mülahizə ilə yekuna, nəticəyə varmaq olmaz. Amma keçmiş əməliyyatçı kimi bir şeyi dəqiq deyə bilərəm: bəzən istintaq prosesinin gedişində elə məqamlar, elə nüanslar ortaya, üzə çıxır ki, insan şok olur və mövzuya, fərdə, hadisəyə münasibəti də dərhal dəyişir. Həmin incə məqamlar, detallar, maddi sübutlar, telefon stenoqramları, ekspertiza nəticələri isə mənim deyil, istintaqçıların əlindədir. Odur ki, bir az səbr etsək, bütün mübhəmlərin, sualların cavabı aydınlaşacaq.

-Bu məsələdə təhsilimizin, ya da təhsilimizi yönəldənlərin günahı varmı?

-Birtərəfli şəkildə yanaşsaq, xeyr. Amma kadr məsələsində son dərəcə ehtiyatlı olmaq lazımdır. Sizə adi bir məqamı xatırladım: bir dəfə Milli Məclisin komitə iclasında Dövlət Qulluğu məsələsi ilə bağlı müzakirələr gedirdi. Dövlət Qulluğu Komissiyasının sədri dedi, biz yazılı imtahanlardan sonra reallaşan müsahibələrdə hətta saç düzümünə, tərzə belə baxırıq ki, uyğunluq olsun. Həmin vaxt çox kəskin irad bildirdim və Komissiya sədri ilə aramızda ağır polemika yaşandı. İndi isə düşünürəm, yanlış etmişəm. Adam çox düz deyirmiş. Hər insanı əhəmiyyətli posta gətirmək, vəzifə sahibi etmək olmaz. Ən azından psixoloji durum araşdırılmalıdır. Elə direktor var, bir məktəbi ona etibar eləməkdən böyük səhv, günah ola bilməz. Ya da olsun məktəb psixoloqları. Nə işlə məşğuldur onlar? Nə zaman siniflərə girib öz təşəbbüsləri ilə uşaqlarla söhbət ediblər? Mən bir valideyn kimi hələ belə hala rastlamamışam, belə şey eşitməmişəm. Kimsə eşidibsə desin. Bəlkə gözləyirlər, uşaq özü gedib deyəcək, psixoloji problemim var? Yox, əzizim, uşaq hər şeyi normal qəbul edir, psixologiyanın, həssas dövrün isə nə olduğunu bilmir. Ona kömək etmək lazımdır. Elə psixoloq var, onun özünə ayrı bir psixoloq lazımdır. Nəzarət edilməlidir, belə məsələlərə.

-Rakursu bir az dəyişək. Parlamentin son iclasında müharibə çağırışları səsləndi və Oqtay Əsədovun: “Sülhlə torpaqları geri almaq mümkündürsə, müharibəyə nə ehtiyac var?”- cavabı mediada, sosial şəbəkələrdə ciddi müzakirələrə yol açdı. Sülh şansı həqiqətən qalıbmı?

-Oqtay Əsədov ölkənin vəzifə, ranq etibarilə 4-cü şəxsidir. Siyasi məsuliyyəti də adi deputatdan daha çoxdur. Bu səbəbdən deyilməsi gərəkən nədirsə onu deyib. O ki qala sülh şansına, həmin şanslar çox cüzi formada olsa, qalsa, görünsə, hətta görünməsə belə diplomatiyada bütün mərhələləri keçməliyik. Ən azından bilək, əlimizdən gələni etdik. Cənab prezident də bütün çıxışlarında, fikirlərində açıqca söyləyir ki, səbrimiz bir yerə qədərdir. Yəni, müharibə variantı istisna olunmur. Aprel döyüşlərində qəhrəmanlıq nümunəsi göstərən müzəffər odrumuz artıq erməniyə yerini və həddini göstərib. Növbəti belə hal yaşansa yenə qələbə və üstünlük bizim tərəfimizdə olacaq.

-Bəs ermənilərin yeni ərazi iddiaları necə, o hansı səbəb və məntiqə söykənir?

-Bu açıq provokasiya cəhdidir. Açıq və uğursuz. Ələlxüsus da Dağlıq Qarabağ danışıqlarının həssas mərhələsində və Avropa İttifaqı ilə saziş ərəfəsində. Üstəlik, Ermənistan iqtisadiyyatındakı süstlük, siyasi pərakəndəlik, yeni inqilab işartıları mövcud hakimiyyəti vadar edir ki, hansısa populist şüarla fikri əsas məğzdən yayındırsın. Yəni, səbəb çoxdur. Fəqət, hamısı da imitasiyadan savayı bir şey deyil.

- Bəy, Ukraynada prezident seçkilərini şoumen, komik rolların məşhur ifaçısı qazandı. Hazırda həmin nəticəni postsovet ölkələrində təməli qoyulan yeni tendensiya kimi xarakterizə edənlər də az deyil. Siyasət həqiqətənmi öz ciddiliyini itirib, yoxsa bu bir təsadüf ya da hansısa maraqlı “qüvvə”nin əməyidir?

-Mən Zelenskini komik aktyordan daha çox intellektual-zəka oyunlarının təmsilçisi, iştirakçısı kimi tanıyıram və heç şübhəniz olmasın, adam elə xalq arasında rəğbəti də həmin xətlə qazanıb. Ayrıca, məlum detalı ona görə altını çizərək vurğulayıram ki, tutaq məsələn Əli Kərimli prosesdən ilhamlanaraq o həvəsə düşməsin ki, mən də şoumenəm, hakimiyyətə gələ bilərəm. Ya da olsun bir neçə gün öncə “feysbuk”da: “Binə həbsxanasında yatarkən ildırım çaxan zaman məhbus yoldaşlarımla bərabər gülüşərək deyirdik, odey, Binəli Yıldırım gəldi” – statusunu paylaşan İlqar Məmmədov. Ehtimal var, Zelenski presedentindən sonra o da düşünər ki, zarafatcıl oğlanam, namizədliyimi verim, bəxtimi sınayım. Amma yox. Getməsinlər buna. Zelenski hakimiyyəti artistliklə və duzsuz zarafatları ilə deyil, zəkası və ağlı ilə qazanıb. Bunlar çox fərqli şeylərdir. Qlobal anlamda tendensiya olacaqsa belə həmin tendensiya Zelenski ağlında və təmizliyində olanları əhatə edəcək. Maskası yırtılmış artistlərə isə siyasətin yuxarı kürsülərində heç zaman yer olmayıb, bundan sonra da olmayacaq.

-Zelenski dünən ittiham dolu açıqlama yayıb ki: “Rəsmi nəticələrin elanı gecikdirilir. Səbəb də budur, müəyyən müddət keçsin və mən parlamenti buraxa bilməyim”. Sizcə, niyə bütün yeni prezidentlərin ağlına gələn ilk şey məhz parlamentə “əl gəzdirmək” olur?

-Parlament dünyanın əhəmiyyətli bir hissəsində güclü siyasi rıçaq funksiyası daşıyır. Hakimiyyətə gələn şəxs də düşünür ki, növbəti seçkilər olsa, daha böyük üstünlük əldə edib, siyasi rentabelliyi təmin edə bilər. Yəni, burada qeyri-adi heç nə yoxdur. Tam məntiqli və ehtimal edilən gedişatdır.

-Parlament demiş, həmkarınız Səməd Seyidovun Milli Məclisə nəzərən “yeniləşmə” haqda söylədiyi fikirlər də bir çox mülahizələrə yol açdı və hətta müəyyən dairələrdə yeni tərkibin anonsu kimi qəbul edildi.

-Hörmətli Səməd Seyidov həmin fikri niyə deyib, hansı məramla deyib, nəyi nəzərdə tutub deyib, bu haqda məlumatım yoxdur. Amma bütün hallarda cavabı özündən soruşsanız daha yaxşı olar. Mənimsə məlum kontekst üzərindən şəxsi düşüncəm belədir: Parlamenti xalq seçir. Mandat verən xalqdır. Odur ki, dəyərli xalqımız yeniləri tərcih etsə həmin kürsülərdə yenilər oturacaq, köhnələri tərcih etsə köhnələr qalacaq.

-Yenə söhbət gəzir, oktyabrda seçki olacaq...

-Gəzsin. Amma həmin söhbəti yayan adamlar bir zəhmət, ili də desinlər, bilək-görək söhbət 2019-dan gedir, yoxsa 2020-dən (gülür).

-Müsahibəyə görə təşəkkür edirəm.

-Mən təşəkkür edirəm və çox dəyərli Rauf Arifoğlu başda olmaqla bütün kollektivinizə sonsuz uğurlar diləyirəm.

loading...
loading...
"11 yaşında zövcə etdiyiniz qızı 4 il sonra onsuz da nəzarətə ala bilməyəcəksiniz..."
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
Dünya tarixində ən böyük dövlət hansıdır?
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
Millət vəkilindən təhsil nazirinə çağırış: "Əgər bu, Türkiyə ilə bağlarımızı möhkəmlədən bir mexanizmdirsə..."
Gündəm
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
Dünya
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
Siyasət
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
Cəmiyyət
“Azərbaycanda iyirmi ildən çoxdur ki, leş mafiyası fəaliyyət göstərir...” - EKSPERT
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]