Nepalda Azərbaycan vətəndaşları xəsarət alıbmı? – XİN-dən AÇIQLAMA
241
09 Sep 2025 | 14:34

Nepalda Azərbaycan vətəndaşları xəsarət alıbmı? – XİN-dən AÇIQLAMA

Nepalda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yayıb.

Qeyd edək ki, Nepalda etirazlar nəticəsində 19 nəfər ölüb, xəsarət alanların sayı 500 nəfərə çatıb.

Etirazçılar parlament binasını yandırıb. İğtişaşlar fonunda Baş nazir istefa verib.

Xatırladaq ki, Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə, etirazçılarla polis toqquşub.

Xatırladaq ki, Nepalın Baş naziri Khadqa Prasada Şarma Oli iğtişaşlar fonunda istefa verib. Nepal Prezidenti Baş nazirin istefasını qəbul edib. (Apa.az)

Bizim.Media


 

Link kopyalandı!
Son xəbərlər