Xəbər lenti
22/05/2019 [23:55]:
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
22/05/2019 [23:52]:
FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina edib
22/05/2019 [23:51]:
Dünya tarixində ən böyük dövlət hansıdır?
22/05/2019 [23:48]:
23-cü mərtəbədən yıxıldı və...
22/05/2019 [23:05]:
Seymur Nəsirov Misirin nüfuzlu dövlət televiziya kanalının qonağı oldu
22/05/2019 [23:04]:
Moskva Univermağının yanında gənc oğlan bıçaqlanıb
22/05/2019 [23:02]:
"Aşıq Şəmşirin Xatirə Muzeyi”ndə açıq qapı günləri davam edir -FOTOLAR
22/05/2019 [22:40]:
Qaradağda iki maşın toqquşub, bir qadın yaralanıb
22/05/2019 [22:22]:
Ancelina Coli və Bred Pitt barışdı
22/05/2019 [21:53]:
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
22/05/2019 [21:40]:
UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək
22/05/2019 [21:39]:
Azərbaycanda qəbul imtahanında maksimum nəticə göstərən yeganə abituriyentin adı məlum olub - FOTO
22/05/2019 [21:21]:
Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı
22/05/2019 [21:07]:
Şuşa qatilinin ad günü təntənə ilə qeyd edildi: Bakıda təhsil alan işğalçı general...
22/05/2019 [21:00]:
Qədim hindularda müasir texnologiyalar aşkarlandı
22/05/2019 [20:17]:
"Röyanı yeyərəm, heç kimlə paylaşmaram" - Nadir efirdə olduğunu unutdu - FOTO
22/05/2019 [20:08]:
Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər
22/05/2019 [19:55]:
Mesut Özil: "Bakıda görüşənədək"
22/05/2019 [19:47]:
Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar
22/05/2019 [19:46]:
I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb
22/05/2019 [19:44]:
Qərb tarixinin ən zəngin adamının adı açıqlanıb
22/05/2019 [19:30]:
"Öz fikrini etik tərzdə ifadə edə bilən insan inanmıram ki, söyüşə əl ata..." - VİDEO
22/05/2019 [19:07]:
Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi
22/05/2019 [18:57]:
Azərbaycanda daha 214 potensial erməni əsgəri doğuldu-Hücum üçün çox gecikirik!..
22/05/2019 [18:56]:
Ərdoğan İlham Əliyevi təbrik etdi
22/05/2019 [18:44]:
Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb
22/05/2019 [18:40]:
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
22/05/2019 [18:31]:
BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq”
22/05/2019 [18:13]:
17 il xəstə oğlunu məktəbə aparıb-gətirən fədakar ana -İBRƏTAMİZ...
22/05/2019 [18:07]:
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
22/05/2019 [18:05]:
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar dəmir yolunda hərəkətin tənzimlənməsi üçün tədbirlər planı hazırlandı
22/05/2019 [17:36]:
Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin təməli qoyulub
22/05/2019 [17:30]:
"Çelsi"nin baş məşqçisi: "Bakıdakı finalda qələbəyə layiqik"
22/05/2019 [17:29]:
Prezident Təzəpir məscidinin qarşısındakı bağın və Mərkəzi Parkın açılışında...- FOTO/VİDEO
22/05/2019 [17:28]:
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
22/05/2019 [17:16]:
Körpəni doğum evindən qayıdanda taksidə unutdular - Görünməmiş HUŞSUZLUQ...
22/05/2019 [17:02]:
Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR
22/05/2019 [16:53]:
“ABŞ-dakı Qarabağ görüşü ikinci Ki-Uest olmayacaq ki?..”-Sabiq nazir cavablandırır
22/05/2019 [16:50]:
Bakı-Sabunçu dəmir yolu xəttindən - FOTOREPORTAJ
22/05/2019 [16:39]:
Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ
22/05/2019 [16:38]:
“UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev
22/05/2019 [16:34]:
Yaşlanmayla bağlı bütün qorxularınızı yox edəcək adam -İBRƏTAMİZ...
22/05/2019 [16:32]:
Obstruktiv yuxu apnesi xərçəngə səbəb ola bilər -XƏBƏRDARLIQ
22/05/2019 [16:29]:
Daha 5 kəndə içməli su veriləcək -FOTOLAR
22/05/2019 [16:29]:
Şou göstərmək istəyən tələbənin istəyi başına bəla oldu - MARAQLI...+ VİDEO
22/05/2019 [16:24]:
Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı
22/05/2019 [16:22]:
Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu
22/05/2019 [16:19]:
Rada Zelenskinin təkliflərini rədd etdi
22/05/2019 [16:19]:
"Onların heç biri qanunsuz tikinti haqqında Sizə məlumat vermir" - MÜRACİƏT...
22/05/2019 [16:18]:
Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi
22/05/2019 [16:07]:
Zenfira ərinin maşın hədiyyə etdiyi qızı döyüb?
22/05/2019 [16:05]:
Bakı və Abşeronda 7 min ha ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb
22/05/2019 [16:02]:
Məşhur iş adamı altı yanan qazana girib yuyundu - MARAQLI...+ VİDEO
22/05/2019 [15:44]:
DSMF-də görülən işlərə həsr olunmuş müşavirə keçirildi
22/05/2019 [15:42]:
Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər...
22/05/2019 [15:35]:
“AXC dövrünün mediası ilə bağlı araşdırmalar davam etdirilməlidir”
22/05/2019 [15:25]:
Azərbaycana 8 baş bizon gətirilib
22/05/2019 [15:24]:
Türkiyənin UNESKO üzrə Komissiyasının sədri: "Azərbaycanın işğal olunmuş torpaqlarında mədəni irsin məhvi yolverilməzdir"
22/05/2019 [15:22]:
Ermənistan baş nazirinin müşaviri vəzifəsindən azad edilib
22/05/2019 [15:22]:
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
22/05/2019 [15:20]:
Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb
22/05/2019 [15:03]:
“Rusiya Xəzər hövzəsindəki bütün dövlətlər üçün real təhlükədir”
22/05/2019 [15:00]:
“Bakı Metropoliteni” Rusiyadan aldığı vaqonlardan 10-nu ölkəyə gətirməyə hazırlaşır
22/05/2019 [14:58]:
Bakı metrosunda qatarların tuneldə qalması hallarına son qoyulacaq
22/05/2019 [14:24]:
ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirildi
22/05/2019 [14:21]:
Rusiyanın televiziya aparıcısından Qarabağla bağlı təxribatçı açıqlama...
22/05/2019 [14:17]:
Şəmkirdə ev yanıb, 2 azyaşlı tüstüdən zəhərlənib
22/05/2019 [14:14]:
Kreml: "ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir"
22/05/2019 [14:06]:
Komissiya sədri: “İranın siyasəti müharibə başlatmamaqdır"
22/05/2019 [14:03]:
SOCAR: TANAP boyunca fiber-optik kabellərin çəkilməsi tamamlanmaq üzrədir
22/05/2019 [13:52]:
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
22/05/2019 [13:35]:
Baş nazir 16 dəqiqəyə istefa verdi
22/05/2019 [13:35]:
Banklar gücləndirilmiş rejimdə çalışacaqlar
22/05/2019 [13:32]:
14 tibb bacısı eyni vaxtda hamilə qaldı
22/05/2019 [13:21]:
Onlar ali məktəbə imtahansız qəbul olunacaq
22/05/2019 [13:17]:
Kasilyasın xanımı xərçəngə tutuldu
22/05/2019 [13:02]:
Ağcabədidə ölü vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlandı
22/05/2019 [12:58]:
Çin aviaşirkətləri “Boeing”dən təzminat istəyir
22/05/2019 [12:55]:
Gəzintiyə getməyi təklif edən müəllimi vəhşicəsinə döydülər - YENİLƏNİB
22/05/2019 [12:51]:
Yəhudiləri ağıllı edən 7 fakt - Yadigar Cəfərli yazır
Bütün arxiv bir sırada
09/05/2019 [13:28] - Müsahibə - ( 10737 dəfə baxılıb)

“Ayaz müəllim, Yaqub müəllim, biz ölüm astanasındayıq- gəlin, xalqa gerçəkləri danışaq...” 

“Baş qərargah rəisi Şahin Musayevi Arif Paşadan üzr istəməyə məcbur etdim...”
“Gəlin, dəyirmi masa təşkil edək, lap məni müttəhim kimi, əliqandallı əyləşdirin orda...”


 Moderator.az əməkdaşı sabiq müdafiə naziri Rəhim Qazıyevlə Şuşanın işğalı ərəfəsində Azərbaycanda baş vermiş ziddiyyətli proses və hadisələrdə iştirakı, müəmmalı hərbi-siyasi fiqurlarla münasibəti haqda bəzi mübhəm məqamlara aydınlıq gətirməyə çalışıb. 


(Əvvəli bu linkdə:http:http://www.moderator.az/news/270029.html)


- Rəhim bəy,  siz Azərbaycan Respublikasının Müdafiə naziri olarkən, o cümlədən Şuşa və Laçının işğalı günlərində  Baş Qərargah rəisi işləmiş Şahin Musayevlə ilk dəfə harada və necə tanış olmusuz?

- Şahin Musayevin sifətini ilk dəfə  1992-ci il  yanvarın əvvəlində o vaxt Müdafiə Nazirliyinin yerləşdiyi (indiki Şəhriyar adına klubun olduğu bina)  binanın beşinci mərtəbəsində görmüşəm. Onda dedilər ki, o, Moskvadan gəlib, hərbi cəhətdən çox savadlı adamdır. Öyrəndim ki, atası azərbaycanlıdır, Ağdaşdandır, anası isə rusdur.  Gördüm özü də ora qaçır- bura qaçır, çalışır, enerjilidir. Mən onu yaxından tanımırdım ki?.. Düzdü, Şahin Musayevin çox kəskin xarakteri var idi, özü də çox  təkəbbürlü, ibarəli və iddialıydı. Sonradan bəlli oldu ki, avantüristliyi də var. Mən onu bir neçə gündə tanıya bilməzdim. Amma görürdüm ki, çılğındır, tez özündən çıxandır. Bir dəfə mənim kabinetimdə keçmiş Laçın alayının komandiri Arif Paşa ilə mübahisə etdi və ona ağır sözlər dedi. Onda mən dərhal Şahin Musayevi oturtdum və məcbur elədim ki, Arif bəydən üzr istəsin. Arif Paşa da bunu təsdiqləyər...

- O vaxt faktiki dövlət başçısı olmuş Yaqub Məmmədov deyir ki, Rəhim Qazıyevin Şahin Musayevlə   başqa hansısa əlaqəsi olub-olmamasını araşdıra bilmədim...

- Şahin Musayevlə mənim torpaqlarımızın müdafiəsi ilə bağlı işlərdən başqa nə əlaqəm ola bilərdi? Allaha and olsun ki, mənim əvvəllər onunla heç bir tanışlığım olmayıb. Onda mən də soruşuram, ay Yaqub müəllim, sizin İranla, Rəfsəncani ilə nə əlaqəniz olub. Rəfsəncani sizə nə vəd etmişdi? Niyə getmişdiniz Tehrana?.. 

Yeri gəlmişkən onu da deyim ki, mən həbsdə olanda, məhkəməm gedəndə Yaqub Məmmədovun cəsarəti çatmadı ki, şahid kimi məhkəmə zalına girəndə gəlib qəfəsdə mənimlə əl verib görüşsün. Mənimlə məhkəmə də yalnız 3 nəfər görüşməyə cəsarət etmədi: Yaqub Məmmədov, “Azal”ın keçmiş rəhbəri Ədalət Əliyev və  Şuşanın keçmiş icra başçısı Nizami Bəhmənov... Məni şəxsən tanıyan qalan bütün şahidlər əl verib görüşdü...

Ayaz Mütəllibov da, Yaqub Məmmədov da unutmasınlar ki, onlar dövlət başçısı olublar. Müvəqqəti, ya seçilmiş, fərqi yoxdu. Azərbaycanda isə hələki prezidentdən üstün heç kəs olmur. Əgər sizlər prezident kreslosunda oturub deyirsinizsə ki, mən bacarmamışam, daha nə deyim.   Yaqub müəllim, siz Mütəllibovdan da səlahiyyətli olmusuz. Çünki həm parlement sədri, həm də prezident səlahiyyətlərini icra edirdiniz. Bacarmırdınızsa, Rəhim pis idi, xain idisə, Rəhimi tutub qoyaydın dama, Əhməd pis idi, onu basardın türməyə.  Əgər Şahin Musayev  baş qərargah rəisi kimi sizə mane olurdusa, onu sərəncam verib azad etməyə kimi sizə mane olurdu? Guya mən Rəhim Qazıyev qoymurdum?.. 

Söhbətimizin sonunda Rəhim Qazıyev başda Ayaz Mütəllibov, Yaqub Məmmədov, İsa Qəmbər olmaqla özünün müdafiə naziri işlədiyi dövrdə ölkənin aparıcı siyasi liderləri olmuş şəxslərə müraciət ünvanlayaraq onları debata, dəyirmi masaya dəvət etdi:


“Mən həqiqətləri demək üçün, heç kəsdən, heç nədən qorxmuram. Bu gün yalnız Ayaz Mütəllibovla Yaqub Məmmədovu deyil, İsa Qəmbəri də, Pənah Hüseyni də, Arif Hacılını, Sülhəddin Əkbəri və s. də dəvət edirəm. Gəlin oturaq dəyirmi masada, Vətənini gerçəkdən sevən, namusunu, vicdanını pula-paraya satmayan  müstəqil jurnalistlər, eləcə də şəhid ailələrinin, qaçqınların nümayəndələri də əyləşsin. Əgər siz keçmiş prezident, spiker, baş nazir kimi hansısa adi müəllim olan Rəhim Qazıyevlə bir masada əyləşməyi şəxsiyyətinizə yaraşdırmısınızsa, onda eybi yox, qoy məni də lap müttəhim kimi əliqandallı gətirsinlər, ortada da bir dəmir stul qoysunlar, oturum orada. Hamımız danışaq, suallara cavab verək, görək Azərbaycanın bu günə düşməsində, torpaqlarımızın 20 faizinin  işğalında kimin nə qədər rolu var. Gəlin, heç olmasa, 27 ildən sonra da olsa, cəsarət tapıb onu-bunu günahlandırmaqdan öncə öz məsuliyyətimizdən də danışaq. 

Yaxşı, hər şeyi Rəhim Qazıeyev etdi: Şuşanı satdı - Rəhim, Laçını verdi – Rəhim, dövlət çevrilişinə cəhd etdi- Rəhim. Bəs sizlər nə iş gördünüz? Axı həmişə deyirsiniz ki, Rəhimin elmi savadı bizdən az idi, adi institut müəllimi idi.Mən desəm ki, məni qoymadılar işləməyə,  bunun yeri var. Çünki məndən böyük baş nazir, spiker və prezident olub. Ay  Ayaz müəllim, ay Yaqub müəllim,  o vaxt sizdən böyük kim  var idi Azərbaycanda?  Kim qoymurdu sizi işləməyə? Kim əlinizdən tuturdu? Belə çıxır ki, ya Rusiya, ya İran,  ya Twrkiyə, ya da Qərb qoymurdu?.. 

Bir daha deyirəm, Ayaz müəllim, Yaqub məllim, biz üçümüz də ölüm astanasındayıq, hər an dünyadan köçə bilərik. Gəlin, xalqa gerçəyi, doğrunu danışaq və  deyək ki, bax, bizim filan-filan səhvlərimiz oldu. Allah xatirinə, gəlin xalqı da, özümüzü də bu mübahisələrdən, çək-çevirdən qurtaraq. Buna cəsarətiniz çatırmı? Mən hazıram. Konkret Şuşanın işğalı ərəfəsindəki aylarda ən böyük məsulliyyət əvvəlcə Ayaz Mütəllibovun, sonra isə Yaqub Məmmədovun üzərinə düşüb. Mən, Rəhim Qazıyev də o vaxtkı müdafiə naziri kimi öz məsuliyyətimi daşıyıram. Bu günədək həmişə düzümü də, səhvimi də demişəm və bundan sonra da deyəcəm. Xahiş ediərm, gəlin siz də öz səhv və xətalarınızı etiraf edin. Müsahibələrinizdə yalnız digərlərini  yanlış yerə ittiham etməkdən çəkinin, doğrunu deyin. Gəlin bu xalqın ağır vaxtında, torpaqlarımızın işğal altında qaldığı  vaxtda yalan danışmayaq... Bu gün ölkəmiz daha böyük təhlükələr qarşısındadır. Ermənilər dünən Qarabağdan danışırdılarsa, bu gün artıq Kür çayının sağ sahilindəki bütün ərazilərimizdən və Naxçıvandan danışırlar... Bu gün xalqa yalan danışmaq, onun müstəqilliyinə, dövlətinə, ərazi bütövlüyünə, sosial vəziyyətinə növbəti dəfə qəsd etməkdir...”

Söhbətləşdi: Sultan Laçın

loading...
loading...
"Mxitaryan məsələsi düşünüldüyü qədər sadə deyil və bu şou təhlükəli mesajları təlqin edir"
Dünya tarixində ən böyük dövlət hansıdır?
"Ayna Sultanovanın abidəsi götürülürsə, gərək Nərimanovun heykəli dünəndən götürülə..."
Məşhur aşpazın restoran şəbəkəsi iflas etdi - Yüzlərlə çalışan işsiz qalacaq...
Yaşlanmayla bağlı bütün qorxularınızı yox edəcək adam -İBRƏTAMİZ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ordumuzun təlimləri erməni deputatları qorxuya saldı: Şuşa sonuncu dayanacaqmı?
Dünya
Paraşütlə tullanan 87 yaşlı qadın rekord qırdı -MARAQLI...
Siyasət
“Onun fəaliyyətində alt qatdakı məsələləri kənara qoyub, üzdə olanları müdafiə etməliyik...”
Cəmiyyət
“Azərbaycanda iyirmi ildən çoxdur ki, leş mafiyası fəaliyyət göstərir...” - EKSPERT
Cəmiyyət
“Bu ərazilərin rəsmiləşdirilməsini dövlət öz üzərinə götürə bilməz...”
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
İrana gündə 500 raket zərbəsi!
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
"Bir neçə gün öncə Bakının mərkəzində erməni tələbə yoldaşımı gördüm...”
Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]