Xəbər lenti
17/07/2019 [11:29]:
Ötən gün qəzada ölənlərdən biri tələbədir - FOTO
17/07/2019 [11:28]:
Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək
17/07/2019 [11:24]:
Azərbaycanda sərnişinlərin 4%-i taksi ilə hərəkət edir
17/07/2019 [11:22]:
DİM I və IV qrupları üzrə imtahan vermiş abituriyentlərə müraciət etdi
17/07/2019 [11:19]:
Gəncliyinin son gününü yaşayan Qan Turalı...
17/07/2019 [11:11]:
Emin Quliyev: “Qır-qızıla pul vermədik, gəlinliyi Sumqayıtdan seçdik” -FOTO/VİDEO
17/07/2019 [11:01]:
Şəkidə yaralananlarla bağlı - Son xəbər
17/07/2019 [11:00]:
Qənirə Paşayeva Fransanın Əmək naziri və tanınmış qadın siyasətçiləri ilə görüşdü
17/07/2019 [10:59]:
Şəmkirdə istifadəyə yarasız 210 kq ət aşkarlandı
17/07/2019 [10:55]:
Sumqayıtın 70 illiyi ilə bağlı bir neçə müsabiqəyə start verildi
17/07/2019 [10:52]:
Husilər Səudiyyə Ərəbistanında hava limanına hücum edib –Dronlarla
17/07/2019 [10:50]:
“Qarabağ” Bakıda yeni mövsümün ilk avrokubok matçına çıxır
17/07/2019 [10:49]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradıldı
17/07/2019 [10:46]:
İxtisas seçərkən bunlara diqqət edin
17/07/2019 [10:43]:
Xalası oğlunu hədələyib pulunu aldı
17/07/2019 [10:43]:
Ruslar eyni vaxtda Ermənistan, Abxaziya və Cənubi Osetiyada artilleriya təlimi keçirdi...
17/07/2019 [10:29]:
Azərbaycana ən çox pul yatıran ölkələr – SİYAHI
17/07/2019 [10:27]:
Conni Kleq vəfat etdi
17/07/2019 [10:22]:
Hərbi birlikdə təlim-metodiki toplantı keçirildi
17/07/2019 [10:20]:
İranda zəlzələ oldu
17/07/2019 [10:19]:
Bu il Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək
17/07/2019 [10:16]:
Trampın “irqçi açıqlaması”nın Nümayəndələr Palatasında səsə qoyulacaq
17/07/2019 [10:14]:
İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi
17/07/2019 [10:14]:
Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb
17/07/2019 [10:11]:
S-400-ləri Ankaraya gətirən təyyarələrlə bağlı ilginc faktlar
17/07/2019 [10:06]:
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər yaralandı
17/07/2019 [10:02]:
“Günay, Nigar və Damla qarşımda dura bilməz” - Şəbnəm Tovuzlu
17/07/2019 [10:00]:
Soyunub özünü 4-cü mərtəbədən atdı - Dəhşətli faciə - FOTO
17/07/2019 [09:58]:
Kreditlərlə bağlı yeni rəsmi MƏLUMAT
17/07/2019 [09:55]:
Bu ilin əvvəlindən Azərbaycanda mobil rabitəyə 422 milyon manat xərcləndi
17/07/2019 [09:47]:
Ərzaq, tütün, içki BAHALAŞIB
17/07/2019 [09:46]:
Maşını “moyka”ya verərkən diqqətli olun! - Rəsmi xəbərdarlıq
17/07/2019 [09:42]:
Bu il Azərbaycanda 1238 əkiz, 36 üçəm doğuldu
17/07/2019 [09:40]:
Şəkidə ölən müəllimə xatirələrdə belə qaldı... - VİDEO
17/07/2019 [09:36]:
Cəbhədə nisbi sakitlikdir
17/07/2019 [09:33]:
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatdı
17/07/2019 [09:30]:
Azərbaycan əhalisinin sayı açıqlandı
17/07/2019 [09:26]:
Avtovağzal 5 yaşlı uşağa satılan biletin pulunu geri qaytardı - kassir cəzalandırıldı
17/07/2019 [09:23]:
Seyfulla Mustafayevdən Mirşahin Ağayevin fikirlərinə sərt REAKSİYA...
17/07/2019 [09:17]:
Azərbaycanda qoruqlarla bağlı - YENİ QAYDALAR
17/07/2019 [09:03]:
Zəngilanda sülənən ermənilərin evi  yanıb kül oldu...
17/07/2019 [08:43]:
Qaxda 11 yaşlı qızı it dişlədi
17/07/2019 [08:41]:
Hindistanda daşqın zonasında 5 milyondan çox insan qaldı
17/07/2019 [08:05]:
Türkiyə kəşfiyyat və qazıntı işlərinin davamı üçün 4-cü gəmisini yollayacaq
17/07/2019 [08:04]:
Zelenski 22 məmuru işdən çıxardı
17/07/2019 [08:01]:
6 yaşlı müsəlman uşaq  daha iki dünya rekordu qırdı-FOTOLAR
17/07/2019 [07:58]:
Rusiyada yay düşərgəsində kütləvi zəhərlənmə qeydə alındı
17/07/2019 [07:24]:
“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar” - Yenə toqquşdular
17/07/2019 [07:20]:
"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
17/07/2019 [07:18]:
Moskvada retro tramvayların paradı keçirilib - VİDEO
17/07/2019 [06:55]:
İbadətin əsil sirri nədədir?..
17/07/2019 [06:47]:
Mayk Pompeo Yaxın Şərqdəki qeyri-sabitliyin yaşanmasında İranı qınadı
17/07/2019 [06:44]:
Beşi xarici vətəndaş olmaqla altı nəfərin həyatı xilas edildi
17/07/2019 [06:41]:
Almaniyanın yeni müdafiə nazirinin adı məlum oldu
17/07/2019 [06:38]:
ABŞ-da Perunun sabiq prezidenti həbs olundu
17/07/2019 [00:52]:
S-400 Türkiyə otellərini "vurdu" - Rus turistlərə10-15 faizlik endirim təklifi...
17/07/2019 [00:45]:
Aİ Komissiyasında ilk qadın prezident
17/07/2019 [00:40]:
Şəmkirdə avtomobil ağaca çırpılıb, sərnişin öldü
17/07/2019 [00:37]:
İlin ikinci Ay tutulması başladı
17/07/2019 [00:34]:
"Mən o dövrdə ayrı-ayrı təşkilatların buraxdığı səhvləri çox təbii qəbul edirəm" - VİDEO
17/07/2019 [00:04]:
"Gərginliyin yaranmasında məhz onlar maraqlıdırlar"
16/07/2019 [23:42]:
Gəncədə zəncirvari yol qəzası oldu - FOTO
16/07/2019 [23:32]:
“Keşikçidağdakı hadisəni qınayıram” - Gürcüstanın Bakıdakı səfiri
16/07/2019 [23:28]:
Tramp S-400 məsələsinə görə Obamanı günahlandırdı
16/07/2019 [22:36]:
"Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstan tərəfini üzr istəməyə məcbur etməlidir"
16/07/2019 [22:29]:
Bərdədə yol kənarında duran iki qadını maşın vurdu
16/07/2019 [22:16]:
Göyçayda iki uşaq anası özünü kanala atdı
16/07/2019 [21:57]:
Gürcüstanda daha bir polis əməkdaşı saxlanıldı
16/07/2019 [21:34]:
İsmayıllıda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb
16/07/2019 [21:30]:
“Meqafon” şirkəti saytda ölkəmizə qarşı qərəzli məlumat yerləşdirən əməkdaşlarını cəzalandırıb
16/07/2019 [21:10]:
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
16/07/2019 [21:04]:
Tanınmış təhsil eksperti BDU rektorunun "müqavimət"ini şərh etdi...
16/07/2019 [20:43]:
İranda mikroavtobus aşıb, 11 nəfər ölüb
16/07/2019 [20:40]:
Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun rəhbəri dəyişdi
16/07/2019 [20:34]:
“Qarabağ” – “Partizani” matçına bilet alanlar üçün xüsusi avtobuslar ayrılıb
16/07/2019 [20:29]:
Qurban Qurbanov: "Partizani" bizim üçün o qədər də uğurlu rəqib deyil"
16/07/2019 [20:26]:
Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi keçiriləcək
16/07/2019 [20:26]:
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
16/07/2019 [20:19]:
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO
16/07/2019 [19:54]:
Sərhədçi nə zaman silah tətbiq edə bilər?
Bütün arxiv bir sırada
13/05/2019 [20:00] - Müsahibə - ( 11153 dəfə baxılıb)

“Şuşadakı taborlarda tibb bacısı adıyla erməni agenturasına xidmət edən rus qızlar var idi...” 

“Rəhim Qazıyev Şuşadan hərbçilərin məzuniyyətə buraxılmasına özü icazə vermişdi...”
“Rəhim Qazıyev Şuşada MTN-in ordunun işinə qarışmasına qadağa qoymuşdu...”


 Keçmiş 777 saylı hərbi hissənin  kəşfiyyat tağımının komandiri kimi Şuşanın müdafiəsində  iştirak etmiş polkovnik Azay Kərimov Moderator.az əməkdaşı ilə söhbətində  Azərbaycanın bu təbii qalasının müdafiəsi zamanı Müdafiə Nazirliyi və yerli komandirlər səviyyəsində yol verilmiş ciddi səhvlərdən bəhs edib. 



- Azay bəy,  Şuşanın son günlərində 777 saylı hərbi hissənin komandiri Elçin Məmmədovun əyyaşlıq etməsi, hətta Şuşaya son hücum olduğu mayın 7-dən 8-ə keçən gecə də ayıq olmadığı haqda məhkəmədə də deyilmiş məlumatlar doğrudurmu? Siz də bir müsahibənizdə demisiniz ki, “Elbrus Orucov gələnədək Rəhim Qazıyevin Şuşadakı bütün birləşmələrə komandir təyin etdiyi Elçin Məmmədov nəinki spirtli içki içir, narkotik də qəbul edir, Bakıdan qızlar gətirdirdi...”

-Bəli, təəssüf ki, elədir. Buna görə də onun Şuşa camaatı, eləcə də batalyon komandirləri arasında Elçin Məmmədovun heç bir nüfuzu yox idi. Rəhim Qazıyev özü də sonralar dedi ki, mənim ən böyük səhvim Elçin kimisini komandir qoymağım idi. Amma Elbrus Orucov gələndən sonra nədənsə daha da qarışıqlıq yarandı...

- Şuşanın işğalından  bir müddət sonra həmin Elçin Məmmədov, səhv etmiriksə, Bakının rayonlarından birinə hərbi komissar təyin olunub?

-Bəli, Nərimanov rayonuna hərbi komissar təyin olunub. Orada da 200-dən çox çağırışçıya faktiki hərbi xidmətdə olmaya-olmaya saxta hərbi biletlər  verib. Ona görə də həbs olunub...

- Bir peşəkar hərbçi olaraq Rəhim Qazıyevin müdafiə naziri kimi Şuşanın müdafiəsi ilə bağlı daha hansı günah və xətalarını görürsünüz?

- Rəhim Qazıyevin ən böyük səhvlərindən biri mayın 8-də Kirs dağını qoyub qaçmış Nail Kazımov kimi adi rota komandirlərinə meydan verməsi, ona, eləcə də digər komandirlərə briqada komandiri Elbrus Orucova tabe olmaqları haqda qəti göstəriş verməməsi idi. Həm də belə komandirlərin zənginə Bakıdan birbaşa cavab verirdi. Axı qayda üzrə nazirə çıxmaq üçün, azı, bir neçə mərhələ keçməlisən...  Özündən də kabinetində görüşəndə soruşdum ki, Rəhim bəy, niyə yerlərdəki adi rota komandirləri ilə birbaşa telefonla açıq danışırsız, axı Şuşaya gedən bütün telefon xətləri Xankəndindəki qovşaqdan keçir və ermənilər danışıqlarımızı asanlıqla dinləyə bilirlər. Deyir, nə edim o komandirlərlə münasibətim var... 

- Bilirik ki, bizim Silahlı Qüvvələrdə o dövrdə əks-kəşfiyyat qurumu hələ formalaşmamışdı. Amma  keçmiş Milli Təhlükəsizlik Nazirliyi vardı, onun da bölgələrdə şöbələri. Şuşanın işğalından əvvəlki aylarda  MTN-in  rayon şöbəsinin fəaliyyəti gözə dəyirdi?

-Yaxşı yadıma saldınız. Rəhim Qzıyevin nazir kimi digər bir kobud səhvi də məhz MTN-in Şuşada işləməsinə imkan verməməsi idi. Məhkəmədə MTN-in Şuşa şöbəsinin rəisi Ağalar Əliyev də ifadəsində dedi ki, Rəhim Qazıyev MTN-in ordunun işinə qarışmaması haqda əmr vermişdi, ona görə də bizə işləməyə imkan verilmirdi... 
Onu da deyim ki, o zaman Şuşaya könüllü döyüşən azərbaycanlı qadınlardan əlavə, rus qadınlar da gəlirdi. Demək olar ki, şəhərdəki hər taborda, azı, 2-3 cazibədar rus qadın var idi. Məsələn, rəhmətlik Tofiq Oğuzun taborunda 4,  Nail Kazımovun taborunda 2, “777”-də 2,  Fəxrəddin Səfərovun taborunda 1 rus xanım vardı. Bir kəşfiyyatçı kimi onların hansı səbəbdən Şuşaya gəlməkləri ilə maraqlanırdım. Deyirdilər ki, xəbərlərdə, telekanallarda eşitdik, Qarabağda müharibə gedir, gəldik tibb bacısı kimi kömək etməyə.  Yadımdadır ki, Qazandan bir qadın 10-15 gün qalıb gedəndən sonra Qazaxıstandan başqa biri gəldi. Omskdan da, Batumidən  qadınlar var idi. Heç kəs də onlara güldən ağır bir söz deyə bilməzdi.  Bizimkilər də onları hər yerə, bütün səngərlərə-filana, mövqelərə aparıb  şəkil çəkdirirdilər. Zənnimcə, onlar hamısı Rusiya və Ermənistan  agenturasına xidmət edirdi. Ancaq bunu sübuta yetirmək imkanımız yox idi... Onların da rahat işləməsinə bir səbəb də Şuşada son aylarda MTN-in fəaliyyətsizliyi idi. Həmin rus qızlar 10-15 gündən bir çıxıb gedirdilər. Soruşurdum ki, hara gedirsiniz, deyirdilər, Bakıya yuyunub-təmizlənməyə gedirik... O adla aradan çıxırdılar...

-Şuşanın işğalı günündə həmin rus qadınlardan qalmışdı?

-Demək olar ki, qalmamışdı, çoxu çıxıb getmişdi. Amma artıq Şuşanın işğalından sonra, səhv etmirəmsə,  mayın 15-də Turşsuda əsgərlərlə evlərin birində yemək yeyirdik. Bayıra çıxanda bir də gördük ki, bizim “777”də olan bir rus qadın   əlində ratsiya ermənilərə koordinatları verir. Döyüşçülər onu yerindəcə güllələdi...  

 -Amma bildiyimizə görə, MTN işçiləri özləri də hələ mayın əvvəlindən Şuşanı tərk ediblər...

-Elədi. Son günlər yadımdadı, yalnız Zeynal adlı bir nəfər özünü MTN əməkdaşı kimi təqdim edirdi...

-Ermənilərin hücumu zamanı Xankəndi-Şuşa yolu niyə partladılmadı?  Ermənilərin Şuşaya girəcəyi yollar minalanmışdısa, onları niyə və kim  təmizlətdi?

- Bilirsiniz, Xankəndi-Şuşa yolunda əvvəldən heç bir mina basdırılmamışdı.  Mayın 5-də gecə Orucov soruşdu ki, mənə düzgün informasiya vermirlər, Xankəndi yoluna mina basdırılıb, yoxsa yox. Mən də olduğu kimi ona məlumat verdim... 

1991-ci ilinn mayında Şuşanın Qaladərəsi kəndindən erməni yaraqlılarını təmizləyəndə orada çoxlu miqdarda  “amanal” deyilən yol partlayıcıları tapmışdıq. Bir müddət sonra, artıq Şuşa ətrafında vəziyyət gərginləşəndə tar sexində işləyən Ədalət adlı şuşalı ilə birgə Xankəndi-Şuşa  yolundakı  qayaların altına həmin amanallardan düzmüşdük. Naqillərin ucunu da Ramiz Qənbərovun batalyonunun qərargahındakı “KaMAZ” mühərrikinə bağlamışdıq. Ermənilər hücum edən anda onu işə salmaqla yolun üstündəki qayalar partladılıb yolu kəsməli idi. Təəssüf ki, mayın 8-də ermənilər gecə qəflətən hücum edib o yerdə 45 döyüşçümüzü qətlə yetirmişdi. Və panika düşdüyündən heç kəsin həmin yolu partlatmaq imkanı olmamışdı. Şuşada olan cəmi 7 tank əleyhinə mina isə səhv etmirəmsə, hələ aprel ayında MN-dən gəlmiş mayor Məmməd Daşdəmirovun rəhbərliyi ilə Kərkicahandan Qaybalı və Xəlifəliyə gələn torpaq yolda əsgərlərə mina basdırmaq təlimi keçərkən basdırılmışdı. Həmin minaların “taleyi” də naməlum qaldı. Və mən bir daha tam məsuliyyətlə deyirəm ki, o vaxt Şuşa ərazisində cəmi 7 tank əleyhinə mina basdırılıb. Onlardan da yalnız 5-i döyüş minası olub, qalan ikisi təlim üçün olub...

-Bəs minaların təmizlənməsi barədə informasiyalar haradan peyda olub?

-Mayın 7-də gecə təxminən 8-9-da mən briqada komandiri  Elbrus Orucovun yanında idim. Rabitəçi gəldi ki, komandir, cənab nazir Rəhim Qazıyev  sizi telefona çağırır. Nazir Elbrus Orucova  dedi ki, mayın 8-də saat 11-də Qırmızı Aypara Cəmiyyəti( QAC) nümayəndələri Şuşaya gəlməlidir, minaları təmizləyin. Orucov da danışdıqca cavab verirdi ki, oldu, cənab nazir, oldu. Əgər danışan Rəhim Qazıyev deyildisə, niyə Orucov “cənab nazir” deyirdi, deyəydi, “cənab Əbiyev”, yaxud “cənab Musayev”. Onu da deyim ki, həmin QAC nümayəndəələri Şuşanın işğalından təxminən 20-25 gün əvvəl Xankəndindən həmin yolla Şuşaya gəlmişdilər. Şuşanın polis rəisi Vahid Bayramov və “777”-nin komandiri Elçin Məmmədov onlara Turşsu restoranında qonaqlıq veriblər və eyni yolla da geri qayıdıblar. Və nə ondan öncə, nə də sonra o yola mina basdırılmayıb...   

-Elbrus Orucovun Rəhim Qazıyevlə telefon söhbətinin nəticəsi nə oldu?

-Xülasə,  Rəhim Qazıyevlə Orucov danışığını bitirib mənə əmr verdi ki, səhər özün mənim “UAZ”ımla gedib QAC nümayəndələrini minalanmış yerin kənarından piyada keçirib gətirərsən. Mən də yadına saldım ki, Elbrus müəllim, Xankəndi yolunda heç bir mina yoxdur. O cavab verdi ki, ola bilməz axı, nazir mənə deyir ki, orada mina var... 

-Axı Rəhim Qazıyev müsahibələrində deyir ki, hələ mən Şuşada komendant olanda Ağdamın komendantı Camal Əhmədov Uzundərə anbarından bizə çox sayda tank və piyada əleyhinə minalar yollayıb... Və MN əəməkdaşları Məmməd Daşdəmirovla Qluşkov Xankəndi- Şuşa yolunu minalayıb...

-Mən dediyimin üzərində dayanıram: Şuşada cəmi 5 ədəd tank əleyhinə döyüş minası olub... Ən qəribəsi və dəhşətlisi də odur ki,  mayın 8-i saat 11-də Xankəndindən həmin yolla Şuşaya tərəf Müdafiə nazirinin vəd etdiyi kimi,  QAC nümayəndələri yox, üzərində Ermənistan bayrağı olan T-72 tankı daxil oldu...

-Siz özünüz də Şuşa və Laçınını işğalıyla bağlı məhkəmədə verdiyiniz ifadədə demisiniz ki, Şuşada kifayət qədər silah-sursat olub və konkret rəqəmlərlə sadalamısız...

-Bəli, o zaman demişəm onları. Ədalət naminə, demək lazımdır ki, Rəhim Qazıyev nazir olanda Şuşada heç bir döyüşçü ərzaqdan, geyimdən korluq çəkmədi, silah-sursatdan korluq çəkmədi. Hər şey vardı... Yalnız döyüş hazırlığı və nizam-intizam çatışmırdı. Təəssüf ki, Rəhim Qazıyev bununla ciddi maraqlanmırdı.  Və  konkret tank əleyhinə minalara gəldikdə, yenə dediyimin üzərində  dayanıram... 

-“777”nin döyüşçüsü Sədirzadə Rövşən məhkəmədəki ifadəsində deyir ki, mayın 7-də tabordakı bütün qumbaraatanlar yığılaraq anbarlara toplanıb və  avtomat silahların nişangahları çıxarılıb... 

-Rövşən sıravi əsgər olub. Əsgər nə ifadə verə bilər ki?.. Yalandır hamısı... Qardaş, o Şuşa-Laçın məhkəmələri şou idi. Orada məqsəd bu idi ki, Arif Paşayevi, Elbrus Orucovu, məni və s. üz-üzə qoyub sonda  Rəhim Qazıyevi günahkar çıxarmaq...

-Şuşanın işğalı ərəfəsində, hətta mayın 7-də şəhərdəki hərbi hissələrdən, o cümlədən sizin də tağım komandiri olduğunuz 777 saylı tabordan onlarla döyüşçü məzuniyyətə buraxılıb. Bu barədə nə deyə bilərsiz?

-Mayın 4-ü, yaxud 5-i olardı. Taborumuzun komandiri Elçin Məmmədov birbaşa şəhər telefonuyla Müdafiə naziri Rəhim Qazıyevə zəng edib soruşdu ki, icazə verirsinizsə, bir qrup döyüşçümüzü məzuniyyətə buraxaq. Rəhim Qazıyev isə birbaşa cavab verdi ki, icazə verirəm, danışıqlarla bağlı moratorium elan etmişik, hərbçiləri məzuniyyətə buraxa bilərsiniz...

-Dəqiq bildiniz ki, Rəhim Qazıyev özü dedi bu sözləri?..

-Bəli. Biz onun icazəsi olmadan bir şey edə bilməzdik... 

-Axı Rəhim Qazıyev  bizimlə və digərləri ilə müsahibələrində dəfələrlə deyib ki, mən heç kəsi məzuniyyətə buraxmağa icazə verməmişəm –  gedənlər Elbrus Orucovun birbaşa icazəsi ilə gedib?..

-Mən gördüyümü, eşitdiyimi deyirəm. Amma Ebrus Orucovun da çox günah və səhvləri Şuşanın işğalında böyük rol oynadı. O, briqada komandiri kimi Şuşaya gələn  gündən dedi ki, mən bütün könüllüləri qovuram,  andiçmə keçirib 18-19 yaşlı yeni əsgərlər qəbul edəcəm. Harada görünüb ki, cəbhə bölgəsində döyüş gedə-gedə andiçmə mərasimi keçirilsin. E.Orucovun belə göstərişinin nəticəsində neçə-neçə könüllü silahı qoyub getdi... 

- Şuşadan çıxdığınız son dəqiqələri necə xatırlayırsınız?

- Mayın 8-i saat 9-10 radələrində şəhərdə az sayda qalmış qüvvələrimizin pərakəndə, nizamsız, amma gərgin döyüşlərindən sonra Şuşanı tərk etməyə məcbur olduq. Mayın 9-da Turşsuda taqətsiz halda yolun kənarında oturub, komandanlıqdan Şuşaya əks-hücum barədə əmr gözləyirdim... Rəhmətlik Nizami Bəhmənov maşını saxladıb soruşdu ki, Azay, acsan. Dedim, hə. Gedib Laçın tərəfdən bir çörək tapıb gətirdi. Özü də ac imiş, yolda yarısını sürücüsü ilə özü yemiş, yarısını da mənə gətirmişdi. Nizami müəllim çörəyi verib yenidən Laçına tərəf qayıtdı ki, gedim, görüm, camaatı necə yerləşdirirəm. Ondan sonra yenə də intriqalar-filanlar sayəsində əks-hücum haqqında heç bir əmr olmadı. Və biz o gündən Şuşaya həsrət qaldıq...

Qeyd: Sabiq Müdafiə naziri Rəhim Qazıyevin müsahibədə göstərilən fakt və iradlara münasibəti ilə yaxın müddətdə tanış ola bilərsiniz.

Söhbətləşdi: Sultan Laçın



loading...
loading...
"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"
"Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və cəzalanmalıdırlar"
"Müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar, ona görə də təklif edirəm ki..."
Almaxanım Əhmədlinin yeni mahnısı - "Sevməyir, qoy sevməsin" + VİDEO
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - Parlamentin spikeri Vaşinqtonda yalvardı
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
Cəmiyyət
Yapon qılınc muzeyi - MARAQLI...
Cəmiyyət
“Sənətin təbliği ilə bağlı həm beynəlxalq miqyasda, həm də ölkə daxilində geniş tədbirlər həyata keçiririk...”
Cəmiyyət
“Adətən bu aylarda öz fərdi əsərlərimi yaza bilmirəm...”
Cəmiyyət
“İlhamın nə yaxşı ki, səs yazıları qalıb və ona həmişə qulaq asıram...”
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
“Evə gəl, telefonla çılpaq şəkillərimi çək...” -Yaşlı adam doqquz yaşlı uşağı evinə çağırdı, amma...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
8 nəfərin öldüyü qəza barədə dəhşətli fakt: ailə üzvləri yolda maşından düşüb (VİDEO)
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)