Xəbər lenti
17/07/2019 [22:36]:
Bakıda pul borcu üstündə bıçaqlanma
17/07/2019 [22:33]:
“Qarabağ” hesabı açdı - YENİLƏNİB
17/07/2019 [22:15]:
Separatçı “ordu komandanı” Kəlbəcər istiqamətindəki təmas xəttində süləndi – FOTOLAR
17/07/2019 [22:14]:
Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı
17/07/2019 [22:12]:
"Qarabağ" - "Partizani" oyununun birinci hissəsi başa çatıb - YENİLƏNİB
17/07/2019 [21:58]:
İranda tayfa davası: 1 ölü, 13 yaralı
17/07/2019 [21:47]:
Yevlaxda meşə zolağında yanğın oldu
17/07/2019 [21:42]:
Ağstafada 30 yaşlı qadın intihar etdi
17/07/2019 [21:39]:
Tolikdən qalmaqallı sözlər: Bəziləri kimi 100 manat alıb müğənniləri tərifləmirəm - VİDEO
17/07/2019 [21:35]:
“Oradakıların hamısı ölümü gözləyir” - Həbs düşərgəsində yaşanan dəhşətlər...
17/07/2019 [21:31]:
Reklam fasiləsində olduğuna inanan Fatimə əsəbiləşdi - VİDEO
17/07/2019 [20:05]:
"Qarabağ" və "Parizani" komandalarının start heyətləri açıqlanıb
17/07/2019 [19:59]:
“Taliban” 18 xüsusi təyinatlını öldürüb
17/07/2019 [19:56]:
500 minlik avtomobilləri 40 minə satdılar: İşin üstü açılınca polis belə mat qaldı...
17/07/2019 [19:52]:
ANS təxribatçı xəbərə cavab verdi
17/07/2019 [19:47]:
Baş Prokurorluq: "Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır"
17/07/2019 [19:38]:
İraq türk diplomatın ölümü ilə nəticələnən terror aktını pisləyib
17/07/2019 [19:22]:
Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb
17/07/2019 [19:20]:
MN: Ermənilər Göygöl rayonunda mülki traktoru snayper atəşinə tutdu
17/07/2019 [19:07]:
Bakıda pedofil məşqçi saxlanıldı
17/07/2019 [19:03]:
BDU-da yeni fənn tədris olunacaq
17/07/2019 [19:01]:
Deputatdan Afaq Aslana sərt reaksiya: "Məgər deputat soyunub seçilir?"
17/07/2019 [19:00]:
“Dövlət xadimlərimiz haqqında sənədli və ya bədii filmlərin çəkilməsinin zamanı çatıb”
17/07/2019 [18:51]:
Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı
17/07/2019 [18:45]:
SOCAR qaz hasilatında 20 faiz artım gözləyir
17/07/2019 [18:33]:
6 ay ərzində 655 məhkum cəzaçəkmədən azad olundu
17/07/2019 [18:32]:
ABŞ atom bombalarını altı bazada saxlayır: “İncirlik”də də var
17/07/2019 [18:29]:
Afaq Aslan: “Məni soyundura-soyundura deputat edəcəklər” -VİDEO
17/07/2019 [18:23]:
Anası bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı
17/07/2019 [18:16]:
Nazirlik: Sosial şəbəkələrdə yaranan nasazlıq qlobal xarakter daşıyır
17/07/2019 [18:10]:
Bərdədə antisanitar pendir sexi aşkarlandı - FOTOLAR
17/07/2019 [18:09]:
Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub
17/07/2019 [18:08]:
Bakcell yenə də ən yüksək nəticə göstərdi
17/07/2019 [18:08]:
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
17/07/2019 [18:06]:
56 əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib
17/07/2019 [18:04]:
Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı...
17/07/2019 [18:03]:
“Sədərək"də zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıblar
17/07/2019 [18:03]:
Çernobıla gedin, amma bu adaya yox: Burada sizi elə bir fəlakət gözləyir ki...
17/07/2019 [18:01]:
Rəsul Çunayev dünya çempionatına belə hazırlaşır - VİDEO
17/07/2019 [17:53]:
“Gürcüstan sərhədçiləri bir qrup vətəndaşın Azərbaycan ərazisinə qanunsuz keçməsinə imkan verməməliydi”
17/07/2019 [17:47]:
Qanunsuz limonad sexi aşkarlandı - FOTOLAR
17/07/2019 [17:44]:
Almaniyalı gənc avtomobil almaq üçün printerdə 15 min avro çap etdi
17/07/2019 [17:39]:
DİN təqaüdə çıxan baş mühasibin iddialarına münasibət bildirib
17/07/2019 [17:35]:
Bu ərazilərdə gecəyə qədər su olmayacaq
17/07/2019 [17:25]:
“Müstəqil mətbuat hər bir dövlət üçün gerb, bayraq və sərhəd qədər önəmlidir”
17/07/2019 [17:18]:
20 yaşında “fist class”da uçmaq üçün pul alır - MARAQLI...
17/07/2019 [17:08]:
Sosial şəbəkələr çökdü
17/07/2019 [17:06]:
Azərbaycan jurnalistikasının dörd "muşketyoru"... - FOTO
17/07/2019 [16:55]:
ADU-da TKT təlimi sona çatıb
17/07/2019 [16:49]:
Gənc qız soyunaraq özünü körpüdən atdı - FOTOLAR
17/07/2019 [16:47]:
Zakir Fərəcov Muğam Mərkəzinin tikintisi ilə tanış oldu – FOTOLAR
17/07/2019 [16:45]:
Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verilib - “15 İyul” hadisələri ilə bağlı
17/07/2019 [16:44]:
İraqda türkiyəli diplomat öldürüldü - Daha ikisi yaralandı
17/07/2019 [16:42]:
Sosial şəbəkələr çökdü
17/07/2019 [16:34]:
Vahid Mustafayevin "Gelandewagen"i qayda pozarkən kameraya düşdü - VİDEO
17/07/2019 [16:32]:
Ölkə başçısından Cəlil Xəlilova böyük etimad
17/07/2019 [16:28]:
Təlimçisi ilə yol gedən pələng anidən avtomobildən yola tullandı - AĞLASIĞMAZ...+ VİDEO
17/07/2019 [16:27]:
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi -Çox sayda ölü var
17/07/2019 [16:22]:
"Nadir Şah, Cavad Xan olsaydı anlayardım, çünki bu millətin gerçək qəhrəmanları onlardır"
17/07/2019 [16:18]:
Robert Koçaryanı zaminə buraxan hakimin kabinetində axtarış aparılı
17/07/2019 [16:15]:
Türkiyədə “15 İyul” hadisələri ilə bağlı daha 43 nəfərə ömürlük həbs cəzası verildi
17/07/2019 [16:05]:
Şabran və Xaçmaz sakinlərinin nəzərinə
17/07/2019 [16:04]:
“Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir
17/07/2019 [16:01]:
Sınaq imtahanına 1 gün qaldı
17/07/2019 [16:01]:
Prezident Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni niyə indiyədək heç kimə verilməyib?
17/07/2019 [15:58]:
166 nəfərin ölümünə səbəb terrorçu 11 il sonra həbs olundu
17/07/2019 [15:58]:
Azərbaycanlı Rusiyada sevgilisi ilə əlbir olub həmyerlisini öldürdü
17/07/2019 [15:58]:
Yeni doğulan körpəni tikinti gedən əraziyə atdılar - RƏZALƏT...
17/07/2019 [15:55]:
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
17/07/2019 [15:51]:
Azərbaycandakı külək elektrik stansiyaları istehsalı kəskin artırdı
17/07/2019 [15:47]:
Meyvəli bazarda kütləvi zəhərlənmə - Yumurtadan
17/07/2019 [15:43]:
"Rusiya telekanallarına çıxa bilən azərbaycanlı ekspertlərin sayı artmalıdır" - TƏKLİF
17/07/2019 [15:33]:
Polis Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı gücləndirilmiş rejimdə işləyəcək - RƏSMİ
17/07/2019 [15:27]:
Bakının mərkəzində iki maşın toqquşdu - FOTO
17/07/2019 [15:24]:
Həbsxanada işgəncə: yeni şok kadrlar yayıldı -VİDEO
17/07/2019 [15:05]:
Xalq artistinin kitabı çıxdı: "Satış üçün deyil, yalnız özüm hədiyyə edəcəyəm"
17/07/2019 [15:02]:
Gənc qız hərəkətdə olan avtobusdan düşərək öldü – VİDEO
17/07/2019 [14:58]:
Avropa İttifaqının sanksiyası - Türkiyəni mübarizədən uzaqlaşdırmaq cəhdi - ŞƏRH
17/07/2019 [14:53]:
50 milyon manatlıq istiqrazlar...
17/07/2019 [14:50]:
Maşını 1 neçə ay əvvəl almışdı, qəzada öldü - FOTO
Bütün arxiv bir sırada
16/05/2019 [14:31] - Siyasət - ( 1245 dəfə baxılıb)

Venesuelada Maduronun müdafiəsi - 46 il əvvəlki Çilinin bənzəri - ŞƏRH



Avtoritar, diktator və demokrat da demokratiyadan öz məqsədləri üçün alət olaraq istifadə edir. Hər üç qism rejim başçısı qanunun aliliyindən, dövlət və vətəndaşa xidmətdən danışır. Avtoritarlar və diktatorlar sanki dünyanın təhlükəsizliyinin onlardan asılı olduğu rəyini yaratmağa çalışırlar. Təbii ki, bu, demokratiyadan alət kimi istifadə edib silahlarını satan, dövlətlərin sərvətlərini talamaq istəyən ölkələrə də aiddir. Belə hallar idarəetmə üçün insanlığın yaratdığı demokratiyanı kiçildir, onu daha çox alətə çevirir.

Yeri gəlmişkən, Sovet İttifaqı dağılandan sonra dünyada demokratiyanın yayılmasına təşəbbüslər davam edir. Təəssüf ki, bu proses daha çox insan tələfatı, qaçqınlıq, xəstəlik və başqa sosial problemlərlə müşayiət olunur. Latın Amerikası da heç vaxt sakit olmayıb. Son yüz ildə dünyada baş vermiş ideoloji qarşıdurma ora da təsirsiz ötüşməyib. SSRİ bu ziddiyyətin bir tərəfi idi. Odur ki, Venesuelada baş verənlər başa çatmayan toqquşmanın davamıdır.

Əvvəllər böyük güclər, yaxud bu iddiada olanlar daha çox açıq-aşkar bir-birinə qarşı vuruşurdu. İndi isə başqa maraqlarını təmin etmək istədikləri dövlətlərdəki hakimiyyətlərin ya arxasında durur, ya da onu vururlar. Yaxın və Orta Şərqdə baş verənlər bunun əyani sübutudur. Dünyanın bu bölgəsində baş verənləri dəyərləndirərkən müəyyən mənada bu və ya başqa tərəfə simpatiya ola bilər. Bu baxımdan, Venesueladakı olaylar söylədiklərimiz və ya qısaca olaraq qeyd etdiklərimizi təsdiqləyir.

Rusiya keçmiş SSRİ-nin hüquqi varisidir. O, sovetlərin çıxarıldığı ölkələrə yenidən qayıtmağı hədəf seçib. Krımı ilhaq etdikdən sonra sanksiyaya məruz qalan Rusiyanın ilk belə cəhdi Suriyada oldu. Bu, Moskvaya beynəlxalq arenada müəyyən xal qazandırdı. Rusiyanın Suriyada fəallaşacağını gözləməyən Qərb indi onunla Venesuelada üz-üzədir. Bu ölkədə hakimiyyətdə solçular olsa da, indi kommunist Sovet İttifaqı yoxdur. Əksinə, onun yerində daha çox kapitalistləşmək istəyən Rusiya var. Deməli, məsələ ideoloji münasibətlərdə deyil, maraqlardadır. Burada heç demokratiya marağı da görünmür. Venesuelada Suriyadakı kimi vəziyyəti bu yerə gətirən dövlətlərin siyasi-iqtisadi hədəfləridir. Düzdür, Moskvanın Karakasa münasibəti daha regional siyasi marağa dayanır.

Əslində, Kreml 1973-cü il Çili məğlubiyyətinin təkrarlanmasını istəmir. Həmin il sentyabrın 11-də çevriliş nəticəsində sovetlərin dəstəklədiyi Salvador Alyende hakimiyyətdən salınmış və Auqusto Pinoçetin rəhbərliyi altında hərbi xunta yaradılmışdı. ABŞ-ın dəstəyi ilə həyata keçirilmiş hərbi çevriliş nəticəsində seçki yolu ilə Çilidə hakimiyyətə gəlmiş ilk sosialist hökumət devrilmiş və əvəzində 17 il davam edən diktatura rejimi qurulmuşdu. Həmin tarixdə Çili iqtisadiyyatı ağır vəziyyətdə olsa da, seçkini 43 faiz səslə Salvador Alyende udmuşdu. Bu nəticə onun rəqiblərini razı salmadı və mühafizəkarlar, milliyyətçilər və xristian demokratlar birləşərək Alyendeyə qarşı “Demokrat koalisiyası” adlı bir birlik yaratdılar. 1973-cü ildə ölkədə müxalifət və iqtidar arasındakı ziddiyyət mövcud böhranı daha da dərinləşdirdi. Avqustun 22-də xristian demokratlar və mühafizakarların nəzarətlərində olan Çili parlamentində “Çili demokratiyasının məhvedilmə təhlükəsi” adlı qanun layihəsi qəbul edildi. Parlament tərəfindən qəbul olunan qərarda göstərilirdi ki, Salvador Alyende konstitusiyadan sui-istifadə edir və ölkədə diktatorluq yaratmaq niyyətindədir. Mövcud problemi həll etmək və Çilidə yenidən demokratik bir hakimiyyət formalaşdırmaq üçün parlament ordunun məsələyə müdaxiləsini tələb edirdi. Salvador Alyende parlamentdə qəbul olunan bu qanun layihəsinin Çilinin dünyadakı nüfuzunu zədələmək və ölkə daxilidə ixtilaf yaratmağa hesablandığını bəyan etdi. ABŞ-ın mövqeyinə gəlincə isə rəsmi Vaşinqton sosialist Salvador Alyendenin hakimiyyətə gəlməsindən narazı idi. Onun ABŞ şirkətlərinin nəzarətində olan mis sənayesi üzərində dövlət nəzarətinin bərpa edilməsi barədə cəhdləri Ağ evin narazılığını daha da artırdı. ABŞ-ın o vaxtkı prezidenti Riçard Nikson üçün dövlət katibi Henri Kissincer tərəfindən 1970-ci il noyabrın 5-də hazırlanan sənəddə Alyendenin hakimiyyətə gəlməsinin Cənub yarımkürəsində rastlaşdıqları ən böyük problemlərdən biri kimi qiymətləndirilmişdi. Bu səbəbdən ABŞ Salvador Alyendenin hakimiyyətdən salınması yolunda məxfi planlar hazırlamağa başladı. SSRİ dağılandan sonra Çilidə demokratik rejim quruldu. Bununla belə, həmin illərin acısı, nifrəti, fəlakətləri ictimaiyyətin yadından çıxmayıb.

Bu arada Venesuelada da parlamentdə müxalifət üstünlük təşkil edir. Yaradılan Konstitusiya Şurası Nikolas Maduronun səlahiyyət müddətinin uzadılması barədə qərar qəbul edib. Müxalifət də bu addıma qarşı çıxıb. ABŞ başda olmaqla onun müttəfiqləri parlamentin sədri - ölkə müxalifətinin lideri Xuan Quaidonu Venesuelanın müvvəqəti prezidenti olaraq tanıyır. Müxalifət liderinin az qala hakimiyyəti ələ keçirəcəyi gözlənilən bir vaxtda Rusiya Venesuelaya hərbi yardım göndərir. Bununla da proses sanki dayanır, Maduro özünü arxalı hiss etməyə başlayır.

Yeri gəlmişkən, SSRİ dağıldıqdan sonra Rusiya elə bil Kuba, bir zamanlar hər cür yardım göstərdiyi Nikaraquanı unutmuşdu. Ancaq 2000-ci illərdən başlayaraq Moskva Latın Amerikasını və oradakı adamlarını xatırlamağa başladı. Bu münasibətlərin qurulmasında Venesuela prezidenti Uqo Çaves daha fəal olub. O, 2001-ci ildə iki dəfə, 2004, 2006 və 2007-ci illərdə Moskvaya səfərlər etdi. Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev isə 2008-ci ildə Karakasa gedib. Həmin dövrdən başlayaraq tərəflər arasında əlaqələr güclənməyə başlayıb. Bununla belə, iki ölkə arasında 2018-ci ilin son doqquz ayında ticarət dövriyyəsi 84,7 milyon dollar olub. Bu, 2017-ci ilin uyğun dövrü ilə müqayisədə 93,84 faiz çoxdur. Hesabat dövründə Rusiyadan Venesuelaya 83,9 milyon dollarlıq mal ixrac olunub, qarşı tərəfdən isə 800 min dollarlıq məhsul idxal edilib. 2005-ci ildə Rusiyanın “Qazprom” şirkəti Venesuela boğazında təbii qaz kəşfiyyatı və hasilatı üçün tender qazanıb. 2017-ci ilin avqustunda “Rosneft” neft hasilatı üçün 6 milyard dollar sərmayə qoyub. Rusiya Venesuelanın silah və hərbi texnika aldığı əsas alıcılardandır. 2005-2017-ci illərdə Venesuela Rusiyadan cəmi 11 milyard dollarlıq silah və hərbi texnika alıb. Moskva qarşı tərəfə 2009-cu ildə 2,2 milyard dollar, 2012-ci ildə və 2014-cü illərdə hər dəfə 2 milyard dollar kredit verib. Venesuela Rusiyaya borcunu qaytarmaq üçün 10 il möhlət alıb. Moskva-Karakas əlaqələrinin genişlənməyə başladığı bir vaxtda isə ABŞ Venesuela ilə iqtisadi əməkdaşlığı azaldıb. Halbuki 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 23,9 milyard dollar təşkil edib.

Nəhayət, Venesuela hadisələri ABŞ-la Rusiyanın mübarizəsinin hələ də davam etdiyini göstərir. Heç şübhəsiz, bütün mənalarda güc baxımından ABŞ daha qüdrətlidir. Bununla belə, əvvəllər sovetlər dövründə buraxılan səhvləri təkrarlamaq istəmir. O vaxtlar ABŞ hərbçisi sovet əsgəri ilə Vyetnam, Əfqanıstan və s. ölkələrdə birbaşa döyüşürdü. İndi isə Amerika hərbçisinin rus əsgəri ilə istənilən ölkədə üz-üzə gəlməsini istəmir. Rusiya üçün isə elə ciddi fərqi yoxdur. O, bütün hallarda sovet dövründə itirilən nüfuzunu bərpa etməyə çalışır. Bir də qarışıqlıqdan yararlanaraq neft bazarında vasitəçilik edir. Məsələn, Venesuela neftini Hindistana satır və s. Bir də Rusiya ABŞ-ın, Qərb siyasi blokunun sərhədi boyunca genişlənməsinin qarşısını almağa, buna gücü yetməyəndə isə həmin prosesi uzatmağa çalışır. Venesuela həm də Rusiya üçün nüfuz məsələsidir. O, Suriyada Bəşşar Əsəd rejiminin qalmasına nail olduğu kimi, Maduronun da hakimiyyətdə qalmasına cəhd göstərir. Kreml özünü ABŞ-dan qorunmaq üçün alternativ kimi təqdim etməyə çalışır. Çünki dəyişiklik baş verəcəyi ehtimal olunan hələ neçə-neçə dövlət var.

loading...
loading...
Gənc qız soyunaraq özünü körpüdən atdı - FOTOLAR
Təlimçisi ilə yol gedən pələng anidən avtomobildən yola tullandı - AĞLASIĞMAZ...+ VİDEO
Prezident Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni niyə indiyədək heç kimə verilməyib?
"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"
"Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və cəzalanmalıdırlar"
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
20 yaşında “fist class”da uçmaq üçün pul alır - MARAQLI...
Cəmiyyət
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Cəmiyyət
Alimlər “Face App”la bağlı xəbərdarlıq etdi- Şəxsi hesabınıza müdaxilə olunur...
Cəmiyyət
“Onu həmişə yanımda hiss edirəm...” - Şəhid əsgərimizin atası...
Dünya
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
O deputata medal yox, "pedal" vermək lazımdır...
“Acından ölən” ermənilər Xocavənddə vurvahur yaşayış binaları tikir...-FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)