Xəbər lenti
17/07/2019 [23:09]:
Şüşədə okeana atılmış məktub 50 il sonra Avstraliyada sahilə çıxdı
17/07/2019 [23:05]:
Ərdoğan türk diplomatlarına hücumu pislədi
17/07/2019 [23:03]:
"Qarabağ" "Partizani"yə qalib gəldi
17/07/2019 [22:36]:
Bakıda pul borcu üstündə bıçaqlanma
17/07/2019 [22:33]:
“Qarabağ” hesabı açdı - YENİLƏNİB
17/07/2019 [22:15]:
Separatçı “ordu komandanı” Kəlbəcər istiqamətindəki təmas xəttində süləndi – FOTOLAR
17/07/2019 [22:14]:
Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı
17/07/2019 [22:12]:
"Qarabağ" - "Partizani" oyununun birinci hissəsi başa çatıb - YENİLƏNİB
17/07/2019 [21:58]:
İranda tayfa davası: 1 ölü, 13 yaralı
17/07/2019 [21:47]:
Yevlaxda meşə zolağında yanğın oldu
17/07/2019 [21:42]:
Ağstafada 30 yaşlı qadın intihar etdi
17/07/2019 [21:39]:
Tolikdən qalmaqallı sözlər: Bəziləri kimi 100 manat alıb müğənniləri tərifləmirəm - VİDEO
17/07/2019 [21:35]:
“Oradakıların hamısı ölümü gözləyir” - Həbs düşərgəsində yaşanan dəhşətlər...
17/07/2019 [21:31]:
Reklam fasiləsində olduğuna inanan Fatimə əsəbiləşdi - VİDEO
17/07/2019 [20:05]:
"Qarabağ" və "Parizani" komandalarının start heyətləri açıqlanıb
17/07/2019 [19:59]:
“Taliban” 18 xüsusi təyinatlını öldürüb
17/07/2019 [19:56]:
500 minlik avtomobilləri 40 minə satdılar: İşin üstü açılınca polis belə mat qaldı...
17/07/2019 [19:52]:
ANS təxribatçı xəbərə cavab verdi
17/07/2019 [19:47]:
Baş Prokurorluq: "Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır"
17/07/2019 [19:38]:
İraq türk diplomatın ölümü ilə nəticələnən terror aktını pisləyib
17/07/2019 [19:22]:
Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb
17/07/2019 [19:20]:
MN: Ermənilər Göygöl rayonunda mülki traktoru snayper atəşinə tutdu
17/07/2019 [19:07]:
Bakıda pedofil məşqçi saxlanıldı
17/07/2019 [19:03]:
BDU-da yeni fənn tədris olunacaq
17/07/2019 [19:01]:
Deputatdan Afaq Aslana sərt reaksiya: "Məgər deputat soyunub seçilir?"
17/07/2019 [19:00]:
“Dövlət xadimlərimiz haqqında sənədli və ya bədii filmlərin çəkilməsinin zamanı çatıb”
17/07/2019 [18:51]:
Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı
17/07/2019 [18:45]:
SOCAR qaz hasilatında 20 faiz artım gözləyir
17/07/2019 [18:33]:
6 ay ərzində 655 məhkum cəzaçəkmədən azad olundu
17/07/2019 [18:32]:
ABŞ atom bombalarını altı bazada saxlayır: “İncirlik”də də var
17/07/2019 [18:29]:
Afaq Aslan: “Məni soyundura-soyundura deputat edəcəklər” -VİDEO
17/07/2019 [18:23]:
Anası bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı
17/07/2019 [18:16]:
Nazirlik: Sosial şəbəkələrdə yaranan nasazlıq qlobal xarakter daşıyır
17/07/2019 [18:10]:
Bərdədə antisanitar pendir sexi aşkarlandı - FOTOLAR
17/07/2019 [18:09]:
Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub
17/07/2019 [18:08]:
Bakcell yenə də ən yüksək nəticə göstərdi
17/07/2019 [18:08]:
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
17/07/2019 [18:06]:
56 əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib
17/07/2019 [18:04]:
Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı...
17/07/2019 [18:03]:
“Sədərək"də zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıblar
17/07/2019 [18:03]:
Çernobıla gedin, amma bu adaya yox: Burada sizi elə bir fəlakət gözləyir ki...
17/07/2019 [18:01]:
Rəsul Çunayev dünya çempionatına belə hazırlaşır - VİDEO
17/07/2019 [17:53]:
“Gürcüstan sərhədçiləri bir qrup vətəndaşın Azərbaycan ərazisinə qanunsuz keçməsinə imkan verməməliydi”
17/07/2019 [17:47]:
Qanunsuz limonad sexi aşkarlandı - FOTOLAR
17/07/2019 [17:44]:
Almaniyalı gənc avtomobil almaq üçün printerdə 15 min avro çap etdi
17/07/2019 [17:39]:
DİN təqaüdə çıxan baş mühasibin iddialarına münasibət bildirib
17/07/2019 [17:35]:
Bu ərazilərdə gecəyə qədər su olmayacaq
17/07/2019 [17:25]:
“Müstəqil mətbuat hər bir dövlət üçün gerb, bayraq və sərhəd qədər önəmlidir”
17/07/2019 [17:18]:
20 yaşında “fist class”da uçmaq üçün pul alır - MARAQLI...
17/07/2019 [17:08]:
Sosial şəbəkələr çökdü
17/07/2019 [17:06]:
Azərbaycan jurnalistikasının dörd "muşketyoru"... - FOTO
17/07/2019 [16:55]:
ADU-da TKT təlimi sona çatıb
17/07/2019 [16:49]:
Gənc qız soyunaraq özünü körpüdən atdı - FOTOLAR
17/07/2019 [16:47]:
Zakir Fərəcov Muğam Mərkəzinin tikintisi ilə tanış oldu – FOTOLAR
17/07/2019 [16:45]:
Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verilib - “15 İyul” hadisələri ilə bağlı
17/07/2019 [16:44]:
İraqda türkiyəli diplomat öldürüldü - Daha ikisi yaralandı
17/07/2019 [16:42]:
Sosial şəbəkələr çökdü
17/07/2019 [16:34]:
Vahid Mustafayevin "Gelandewagen"i qayda pozarkən kameraya düşdü - VİDEO
17/07/2019 [16:32]:
Ölkə başçısından Cəlil Xəlilova böyük etimad
17/07/2019 [16:28]:
Təlimçisi ilə yol gedən pələng anidən avtomobildən yola tullandı - AĞLASIĞMAZ...+ VİDEO
17/07/2019 [16:27]:
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi -Çox sayda ölü var
17/07/2019 [16:22]:
"Nadir Şah, Cavad Xan olsaydı anlayardım, çünki bu millətin gerçək qəhrəmanları onlardır"
17/07/2019 [16:18]:
Robert Koçaryanı zaminə buraxan hakimin kabinetində axtarış aparılı
17/07/2019 [16:15]:
Türkiyədə “15 İyul” hadisələri ilə bağlı daha 43 nəfərə ömürlük həbs cəzası verildi
17/07/2019 [16:05]:
Şabran və Xaçmaz sakinlərinin nəzərinə
17/07/2019 [16:04]:
“Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir
17/07/2019 [16:01]:
Sınaq imtahanına 1 gün qaldı
17/07/2019 [16:01]:
Prezident Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni niyə indiyədək heç kimə verilməyib?
17/07/2019 [15:58]:
166 nəfərin ölümünə səbəb terrorçu 11 il sonra həbs olundu
17/07/2019 [15:58]:
Azərbaycanlı Rusiyada sevgilisi ilə əlbir olub həmyerlisini öldürdü
17/07/2019 [15:58]:
Yeni doğulan körpəni tikinti gedən əraziyə atdılar - RƏZALƏT...
17/07/2019 [15:55]:
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
17/07/2019 [15:51]:
Azərbaycandakı külək elektrik stansiyaları istehsalı kəskin artırdı
17/07/2019 [15:47]:
Meyvəli bazarda kütləvi zəhərlənmə - Yumurtadan
17/07/2019 [15:43]:
"Rusiya telekanallarına çıxa bilən azərbaycanlı ekspertlərin sayı artmalıdır" - TƏKLİF
17/07/2019 [15:33]:
Polis Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı gücləndirilmiş rejimdə işləyəcək - RƏSMİ
17/07/2019 [15:27]:
Bakının mərkəzində iki maşın toqquşdu - FOTO
17/07/2019 [15:24]:
Həbsxanada işgəncə: yeni şok kadrlar yayıldı -VİDEO
17/07/2019 [15:05]:
Xalq artistinin kitabı çıxdı: "Satış üçün deyil, yalnız özüm hədiyyə edəcəyəm"
17/07/2019 [15:02]:
Gənc qız hərəkətdə olan avtobusdan düşərək öldü – VİDEO
Bütün arxiv bir sırada
16/05/2019 [14:34] - Cəmiyyət - ( 1375 dəfə baxılıb)

Horadiz möcüzəsi



Bu yaxınlarda vətəndən vətənə səfər eyləmişdim, yəni paytaxtımız Bakıdan, doğulub boya-başa çatdığım Füzuli rayonuna getmişdim. Yolboyu yağan yağış mənzil başına yetişəndə daha da şiddətləndi. Camaat narahat idi, deyirdilər ki, çiyid səpini ləngiyir, hava imkan versəydi... əlbəttə burda havadan çox Allahı nəzərdə tuturdular. Doğurdan da 1-2 gündən sonra nəzərdə tutduqları onların köməyinə gəldi, hava açıldı.
Elə mənim də əl-qolum açıldı. Horadiz şəhərinin necə gözəlləşməsi barədə ora gedib-gələn qonaqlardan, elə həmyerlilərimin özlərindən də çox eşitmişdim. İldə 1-2 dəfə rayona gedirdim. Ancaq Kürdmahmudlu kəndində yaşayan, 50 ildən artıq müəllim işləmiş Vəsmə mamamı görər, 5-10 gün oralarda baş girliyəndən sonra Horadiz tərəfə keçmədən geri qayıdardım. Tək bircə dəfə, iki il bundan əvvəl Alxanlı kəndindən keçib, bir polkovnik dostumun vasitəsilə haramıda yerləşən hərbi hissələrin birindəki əsgər balalarımıza baş çəkmişdim – vəssəlam.
Hər il bu vaxt – yaz ağzı gedirdim. Kürdmahmudlu kəndindəki Üzərlik təpəsindən doğulduğum Yağlıvənd kəndinə tərəf boylansam da heç nə görə bilmirdim. Doluxsuna-doluxsuna özümə də, bəşəriyyətə də, XXI əsrə də nifrət eliyirdim. Ancaq bir az keçəndən sonra daha sərrast qərara gəlirdim; kəndimizə boylana-boylana qalmağımın günahı nə bəşəriyyətdədi, nə də XXI əsrdədi- günah hamısı özümdədi. Bəşəriyyət də, XXI əsr də amninstiyaya düşdü, öz dərdimlə tək qaldım –üzbəüz. Özümüzdən başqa heç kəs bizim problemimizi həll edən deyil – güman ancaq özümüzədi. İnşallah özümüz də həll edəcəyik. Onsuz da dünya ictimaiyyəti deyilən o mücərrəd boşluq xirtdəyəcən problem içindədi...
Uşaqlıq dostum, hal-hazırda Əhmədbəylidə yaşayan, təqaüdə çıxmış Mobil Həsənov hələ keçən dəfəki gəlişimdə Horadizi mənə belə tərifləmişdi: Seyran, Horadiz sən görən deyil, Parijdi, Parij.
Ona görə də bu dəfəki gəlişimdə gedib Horadizi gəzmək istədim. Mən heç vaxt adamlara yuxarıdan aşağı baxmasam da, şəhərlərə uca bir yerdən, yəni yuxarıdan aşağı baxmağı xoşlayıram. Çünki şəhər ovcumun içi kimi görünür. Xahişimlə bələdçilərim məni buralarda ən hündür yer olan, 2014-cü ildə 10 hektar ərazidə salınmış Bayraq Meydanına apardılar. Doğurdan da, bu yüksəklik orda dalğalanan Azərbaycan bayrağına layiq idi. Burdan Horadiz əl içi kimi görünürdü. Üçrəngli bayrağımız nəinki yaxın və uzaq ətrafdan, hətta İrandan – Cənubi Azərbaycanın Araz sahili ərazilərindən də görünürdü – görünsə yaxşıdı...
Düzü, Respublikamızın bir sıra şəhər və rayonlarındakı, o cümlədən Bakımızdakı Bayraq Meydanında çox olmuşam və heç yerdə bayrağımızın belə bir ucalıqdan dalğalandığını görməmişəm. Bir anlıq mənə elə gəldi ki, paytaxtımızın Dağüstü parkından balaca bir Bakıya tamaşa edirəm. 10 hektar sahədə minlərlə ağac əkilmişdi. Ağacların duruşuna, yaraşığına, rəngi-ruhuna baxanda mənə elə gəlir ki, hər ağaca bir adam qulluq eləyir. Yeri gəlmişkən, Füzuli rayonunun müxtəlif ərazilərində, o cümlədən yolların kənarında 20 000 xan çinar əkilib. Bu ağaclar o qədər böyüyüb ki, İcra hakimiyyətinin məsul işçisi Hidayət müəllim demişkən, hər birinin kölgəsində məclis qurmaq olar. Hidayət müəllimin bu yanaşması o xan çinarların qaməti və görkəmi haqqında çox sərrast təsəvvür yaradır.
Bayaq Bayraq meydanı zirvəsindən Horadiz şəhərinə baxırdım, indi isə başımı qaldırıb şəhərdən bayrağımıza tamaşa eliyirəm, üzü yuxarı – doğurdan çox qürur verici və möhtəşəm görüntüdür.
Hələ tələbə vaxtı mənim yaşıdlarımın hamısı, demək olar ki, Horadiz stansiyasında qatara minib Bakıya getmişik – oxumağa, işləməyə və s. Ona görə də bütün Horadizdə mənim üçün ən doğma yer elə dəmiryol vağzalı olub. Bələdçilərimdən – Horadiz şəhər icra nümayəndəsi Əli Abdullayev və kommunal müəssisələr kombinatının direktoru Teymur Qurbanovdan xahiş elədim ki, məni ora aparsınlar.
Maşın dayananda Əli dedi:
- Seyran müəllim, içəri baxmaq istəyirsiniz?
- İçəri?
- Bəli...
- Bura haradır ki?
- Dəmiryol vağzalıdır də...özünüz..
- Nə danışırsan?
- Vallah, - Əli gülümsündü.
Düzü “köhnə dostumuzu” tanıya bilmədim, çox dəyişmişdi, daha doğrusu çox dəyişdirmişdilər dəmiryol vağzalının inzibati binasını. Bu dəyişiklik məni də, mənim nəzərimdə zamanı da dəyişdirdi, bir anın içində 50-55 illik yol gedib keçmişə qayıtdım, tələbəlik illəri elə burdan keçib gedən qatarların vaqonları kimi bir-bir gözlərim önündən keçib gedirdi, mən də o illərin necə keçib getdiyini müşaiət edirdim. Düzü, birtəhər olmuşdum. Ümümiyyətlə, vağzallar çox qəribə, həm də romantikayla dolu bir yerdir; ordan kimisə uzaq səfərə yola salıb qatarın dalınca əl eliyirsən və yaxud uzun-uzun illərin ayrılığından və həsrətindən sonra kimisə qarşılıyırsan, ona qovuşursan, kövrəlirsən, necə deyərlər, elə vağzaldaca adam olursan, yaxud daha yaxşı adam olursan. Bu mənada vağzal mənim aləmimdə həmişə qeyri-adi bir məkan kimi rəmzləşib. Ən gözəl hisslərdən biri də budur ki, qatarın dalınca əl eliyirsən – guya elə sən əl eləməsən qatar nə yerindən tərpənər, nə də mənzil başına yetişər. Bundan da yaxşısı odur ki, vağzalı görəndə harasa çıxıb getmək istəyirsən, lap dünyanın o başına...
Təəccüblə Əli ilə Teymurun üzünə baxanda gördüm ki, onlar da mənim təəccüblənməyimə təəccübləniblər. Mən dedim:
- Uşaqlar, bunu nə vaxt belə?..
- 7 ildir ki, vağzalımız belə qəşəngləşib, – az qala ikisi də bir ağızdan dedi.
- Deməli, 2012-ci ildən?
- Bəli, - Əli dedi, - Seyran müəllim, 2012-ci ildə, indi onları bir-bir sizə göstərərik, xeyli obyektlər istifadəyə verilib. Baax, bu vağzal binası, Ümummilli Lider Heydər Əliyevin abidəsi, canım sizə desin, YAP-ın təzə inzibati binası, Heydər Əliyev Mərkəzi, üç hektar yarım ərazidə salınmış Heydər Əliyev parkı, Gənclər Mərkəzi, Füzuli Dövlət Dram Teatrı binasının yenidən qurulması, Şahmat Məktəbi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 240 şagird yerlik Horadiz şəhər tam orta məktəb binası, 5 min ton tutumu olan soyuducu anbar, ümumi gücü 25,2 MVt olan Füzuli Su elektrik stansiyası... bax, bunların hamısı 2012-ci ildə başa gəlib. İndi yadımdan çıxan olsa onu da Teymur deyər, - məhəbbətlə Teymurun üzünə baxdı.
- Mən bilən 2012-dəkilərn hamısını dedin, - Teymur da eyni təbəssümlə cavab verdi, - sonra rayon təhsil şöbəsinin inzibati binası, polis şöbəsinin, bir də Dövlət Təhlükəsizlik xidmətinin binası.
- Bunlar 2013 də oldu, deyəsən... – Əli dedi.
- Hə... 2013-də...
Razılaşdılar.
- Sonra neyləmisiniz? – Mən soruşdum.
Əli bir az da irəli çıxdı, əvvəlcə Teymurun, sonra da mənim üzümə baxıb ağayana, bir az da mərhəmanə bir ərk və öyünclə dedi:
- Seyran müəllim, tikiş fabriki, nə qədər adam işləyir orda, canım sizə desin, 2 saylı körpələr evi - uşaq bağçası... – duruxdu.
- Sonra? - Mən də sevgi ilə soruşdum.
- Sonra...sonra...hə... qoy deyim dayna, bax, bu son illərdə Horadizdə müharibə vaxtı dağılmış 227 evi, 3 dənə də çoxmənzilli yaşayış binasını bərpa eləmişik. Canım sizə desin, 32 km uzunluğunda Əhmədalılar- Mollaməhərrəmli-Arayatlı-Babı kəndarası yolu asfaltlamışıq...
- Tarix-Diyarşünaslıq muzeyinin binası, - Teymur Əliyə kömək elədi.
- Ay sağ ol, Tarix-Diyarşünaslıq... sonra Füzuli rayon icra hakimiyyətinin binası, boulinq zalı, Mil-Muğan hidroqovşağı...
- Yorulmadın ki? – Mən soruşdum.
- Nə danışırsınız, Seyran müəllim, belə şeylərdən səhərəcən danışaram, uf da demərəm.
- Teymur, Əli düz deyir?
- Düz deyir, bizdə yalan yoxdu... hər şey göz qabağındadı də...
- Yenə nəsə var ? – Mən növbə ilə ikisinə də baxdım. Onlar da bir-birinə baxandan sonra yenə Əli özünü qabağa verdi, necə olmasa da Horadiz şəhərinin meridi də kişi, dedi:
- Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Füzuli filialını açdıq. Qarabağ xalçaları dünya bazarına bir toy tutsun ki, İnşallah. Sonra...canım sizə desin...avtovağzal binası... hə... avtovağzalımız da var... Horadizdə Füzuli dövlət Rəsm Qalerayası tikmişik, sonra, 2016-da məcburi köçkünlər üçün tikilmiş 400 evlik qəsəbə, 1 saylı Qayıdışla, 11 saylı Qayıdış qəsəbələrini birləşdirən maşın yolu, - Əli bayaqdan bəri sol əlinin barmaqlarını dəfələrlə qatlayıb açmışdı və hələlik də bu işi fəxrlə davam etdirirdi, - sonra, sonra...- bir an fikrə getdi,- sonra, Seyran müəllim, bunlar hamısı son səkkiz ildə görülən işlərdir; Horadiz şəhərində 31 mart və Xocalı soyqırım qurbanlarının şərəfinə xatirə kompleksi quruldu, ayrıca Qəhrəmanlar parkı salındı, Aprel döyüşlərində şəhid olanlar üçün abidə ucaltdıq, magistral, kəndarası yolların, elə Horadiz şəhərinin özünün də küçələri gördünüyüz kimi hamısı asfaltlanıb, rayonunun 39 yaşayış məntəqəsinin hamısına qaz çəkmişik, Seyran müəllim, deməli Əhmədbəyli kəndində ən müasir standartlara cavab verən musiqi təmayüllü gimnaziya, son on ildə... son on ildə 3860 şagird yerlik 23 məktəb tikmişik, sonra 2180 şagird yerlik 12 məktəb binasını da, necə deyərlər, kefin istəyən kimi təmir eləmişik. Rayonumuzun ərazisində 20 000-dən çox çinar, Türkiyədən, bir də İtaliyadan gətirilmiş 3500 leylandra, 10 000 eldar şamı, 25000 dekorativ kol, ümumilikdə 100 minə yaxın cürbəcür ağac əkmişik. Ağaclara da ki, necə lazımdısa elə qulluq eləyirik – göz qabağındadı dayna... heç gözünüzə bekaf ağac dəyir? Ola da bilməz... o qulluğun qabağında ağaclar niyə bekaf olmalıdır ki? Ola bilməz.
- Sən bir toxta ee, ay Əli...
Əli güldü.
- Əli, gör nə deyirəm, bunları bildik. Bəs bu gün, bax bu vağzalın qabağında durduğumuz vaxt nə işlər görülür.
- Görüb tamamladığımız işləri sayıb qurtarmadım, axı...
- Eybi yox... onları sonra deyərsən – bax, bu gün neynirsiniz, nə iş görürsünüz?
- Həəə... bu gün... bu gün, hal-hazırda Dövlət Bayraq Meydanı ərazisində Bayraq Muzeyi tikirik... canım sizə desin, Bala Bəhmənli kəndində Mərkəzi rayon xəstəxanasının, Arayatlı kəndində uşaq bağçasının, ondan sonra 8 nömrəli Qayıdış qəsəbəsində 365 şagird üçün nəzərdə tutulmuş məktəb tikirik. Bu yaxın günlərdə də rayon ərazisində çiy kərpicdən, bir də qarğıdan tikilmiş evlərdə yaşayan 95 ailə üçün təzə bir qəsəbəni tikməyə başlayacağıq, sonra...
- Əli ta bəsdi... – Mən dedim.
- Nə təhər məsləhətdi, - bunu da Əli dedi, Teymurun üzünə baxdı, o da başı ilə təsdiqlədi.
- Əli.
- Bəli, Seyran müəllim...
- Bir məsələni də soruşum...
- Buyurun, buyurun...
- Əli, rayon ərazisində əlimizdə-ovcumuzda olan tarixi abidələrimizin vəziyyəti nə təhərdi, məlumatın var?
- Niyə yoxdu... qoy deyim dayna... deməli, Babı kəndindəki Şeyx Babı türbəsində restavrasiya işlərinin tam, mükəmməl şəkildə başa çatdırılması üçün, bir də Əhmədalılar kəndindəki Arcalı türbəsinin əsaslı surətdə bərpa olunması üçün Mədəniyyət Nazirliyinə rəsmən müraciət etmişik – başqa problemimiz yoxdur.
- Mənim də sizə sözüm yoxdur...doğurdan söz tapa bilmirəm...bu az müddətdə bir belə iş görmək olar?
Görülən işin həcmiylə zaman tərs-mütənasib mövqeydə idi. Sözün həqiqi mənasında heyrətlənmişdim.
Kağız üstə “görülən” işləri də çox görmüşük, kağız üstə görülən işlərin ömrü də kağız qədər olar. Ancaq bu kişilər, az müddətdə, bir mahnıda deyildiyi kimi xaruqələr yaratmışdılar, özü də torpağın üstündə - göz qabağında.
Sonra maşına minib bələdçilərimin fəxrlə, ağayana şəkildə dillərinə gətirdiklərini bircə-bircə gördüm, bəzilərinə əlimi də sürtdüm. Horadiz şəhərinin içində qırx bir km yol qət elədik – bu, küçələrin, abad, hər iki tərəfdən yaşıllıqlara qərq olunmuş yolların ümumi uzunluğu idi. Təmizliyə söhbət ola bilməzdi. Horadiz şəhərində özümü Avropadakı kimi hiss edirdim, ancaq Horadiz Avropadan rahat və daha doğma idi. Şəhəri gəzib dolanmağa, onu yaxından görməyə xeyli vaxt getdi – halal xoşun, mənim gözəl Horadizim.
Füzulinin qulağına çatmasın – gözəl Füzulimin...
*
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2011-ci il tarixli sərəncamı ilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Alıyev Alı Nuşirəvan oğlunun iş otağındayıq. Mən heyrətimi gizlədə bilmirəm.
- Alı müəllim, - dedim, - mənim yer üzündə yaşayan bütün bəndələr kimi korluq çəkdiyim şeylər də olub, ancaq Sözdən heç vaxt korluq çəkməmişəm. Bu sarıdan həmişə kefim kök olub, özüm də kefimə korluq verməmişəm. Ancaq düzünü deyim ki, gördüklərim də, eşitdiklərim də məni heyrətə gətirdi. Bu az müddətdə bir belə işi nə təhər görmüsünüz, axı...
Əslində 10 ilə yaxın da az müddət deyil, ancaq görülən işin müqabilində çox az görünür – bu, inkar edilməz həqiqətdir və heyrətamizdir!
Alı Alıyevin iş otağında məlum oldu ki, Prezident İlham Əliyev son 8 ildə Füzuli rayonuna 4 dəfə səfər etmiş və rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar beş sərəncam vermişdi.
Füzuli rayon icra başçısı Alı Alıyev prezident İlham Əliyevin və birinci vitseprezident Mehriban xanım Əliyevanın Füzuli camaatına göstərdiyi qayğıdan ürək dolusu danışdı, statlar gətirdi, sərəncamların mahiyyətindən, bu sərəncamların əhatə dairəsinin genişliyindən, hamını əhatə etdiyindən söhbət açdı. Onun söhbətlərindən belə çıxdı ki, biz heç nə eləməmişik, hər şey ölkə başçısının yaxından və güclü dəstəyinin, diqqətinin nəticəsidir. Ölkə prezidentinin islahat yönümlü son sərəncamlarından isə xüsusi arxayınlıq və heyranlıqla danışdı.
...Füzuli şəhərinin bəxtəvər vaxtlarını xatırladım. Biri May bayramı münasibətilə keçirilən parad, camaatın bəxtəvər-bəxtəvər, şən-gumrah şəkildə paraddan keçmələri, havası, suyu, varlığında yumor tüğyan eliyən adamları, şəhərin relyefi, əhatə olunduğu dağlara boy verən xan çinarları, çayları, meşələri, buz bulaqlar, tarixi Qaraköpək təpəsi, Məngələnatası, Quruçayı, Çərəkəni, Köndələni, Ərgünəşi, bir sözlə Allahın bəxş etdiyi bütün gözəllikləri...
Elə Füzuliyə getmək istədim ki... ürəyim atlandı...
Yazının əvvəlində dediyim kimi vətəndən vətənə səfər eləmişdim. Dünyanın çox ölkəsində olmuşam; Rusiya, İran, İngiltərə, Fransa, Almaniya, İtaliya, İspaniya, Türkiyə, Amerika... saymaqla qurtaran deyil. Olduğum ölkələrin hamısı haqqında yazılar yazıb mərkəzi mətbuatda, hətta müxtəlif dillərdə çap etdirmişəm...
Fikirləşdim ki, doğulduğum, çörəyini yediyim, suyunu içdiyim, canımdan əziz, qanımdan qaynar, heç vaxt sınmayan Füzuli rayonu haqqında niyə yazmayım.
Qərara gəldim ki, Bakıda beş-on gün dincələndən sonra yazaram.
Yazdım...

Seyran Səxavət
Bakı-Füzuli-Bakı, 15 may 2019-cu il.

loading...
loading...
Gənc qız soyunaraq özünü körpüdən atdı - FOTOLAR
Təlimçisi ilə yol gedən pələng anidən avtomobildən yola tullandı - AĞLASIĞMAZ...+ VİDEO
Prezident Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni niyə indiyədək heç kimə verilməyib?
"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"
"Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və cəzalanmalıdırlar"
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
20 yaşında “fist class”da uçmaq üçün pul alır - MARAQLI...
Cəmiyyət
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Cəmiyyət
Alimlər “Face App”la bağlı xəbərdarlıq etdi- Şəxsi hesabınıza müdaxilə olunur...
Cəmiyyət
“Onu həmişə yanımda hiss edirəm...” - Şəhid əsgərimizin atası...
Dünya
Qırx yaşlı adamı ilan sancıb bu hala saldı - FOTOLAR
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”
O deputata medal yox, "pedal" vermək lazımdır...
“Acından ölən” ermənilər Xocavənddə vurvahur yaşayış binaları tikir...-FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)