Xəbər lenti
21/05/2019 [23:23]:
Rusiyada quduz porsuq magazaya soxularaq, üç nəfəri yaralayıb
21/05/2019 [23:15]:
XİN: "Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir"
21/05/2019 [23:00]:
“Azərbaycanlılar türklərin əsirlikdən və sürgündən qurtulmasında mühüm rol oynayıb”
21/05/2019 [22:32]:
Səfər Mehdiyev Qulam İshaqzai ilə görüşdü
21/05/2019 [22:29]:
Bakıda MDB dövlətlərinin 19-cu iclası keçiriləcək -FOTOLAR
21/05/2019 [22:23]:
"Təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı" mövzusunda seminar başladı
21/05/2019 [22:15]:
“Səhiyyə sahəsinə vəsait ayrılır, lakin çalışanların əmək haqqısı aşağıdır"
21/05/2019 [21:53]:
Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındır...
21/05/2019 [21:40]:
Azərbaycan millisi italiyalı mütəxəssisin rəhbərliyi altında ilk matçı heç-heçə oynayıb
21/05/2019 [21:38]:
Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib - VİDEO
21/05/2019 [21:16]:
AFFA: Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək
21/05/2019 [21:11]:
"İndi bir KİŞİ tapılacaq ki, mənə desin ki, niyə bu günə düşdük?"
21/05/2019 [21:03]:
Deputat: "Elmi dərəcəsini necə aldığı məlum olmayanlar ağzına gələni danışırlar"
21/05/2019 [20:55]:
"Özüm Moskvaya gedib Jirinovski ilə məsələnin aydınlaşdırılmasına cəhd edəcəm...”
21/05/2019 [20:41]:
ABŞ-da Konqres tarixində ilk dəfə iftar təşkil edildi
21/05/2019 [20:36]:
ABŞ-da erməni silah baronu həbs olunub
21/05/2019 [20:33]:
45 il saxta ittihamla həbsdə qaldı: Hökumət 1,5 milyon dollar təzminat ödəyəcək...
21/05/2019 [20:30]:
Əflatun Amaşov Moskvada həbs olunan azərbaycanlı jurnalistdən yazdı
21/05/2019 [20:29]:
Avropalı səyyahlar Azərbaycanda - VİDEO
21/05/2019 [20:27]:
Bakı-Sumqayıt yolunda zəncirvari qəza: Yaralılar var - VİDEO
21/05/2019 [20:00]:
“Şuşa və Laçının işğalı ilə bağlı sövdələşmə aparmış 3 nəfərdən biri Türkiyədə yaşayır…”
21/05/2019 [19:57]:
“Dedi ki, ərinin iş yerində də cadu var, təmizləməsək infarkt keçirib öləcək...”
21/05/2019 [19:12]:
Azərbaycan Texnologiya Universitetinin sabiq prorektoru vəfat edib
21/05/2019 [19:03]:
Azərbaycan diaspor nümayəndələri Ukraynada Avropa Günləri tədbirlərində - FOTOLAR
21/05/2019 [18:54]:
Poroşenkoya cinayət işi açıldı
21/05/2019 [18:52]:
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21/05/2019 [18:48]:
Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü
21/05/2019 [18:46]:
Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi
21/05/2019 [18:42]:
"Gənclərimiz İlham Əliyevin siyasətini dəstəkləyir"
21/05/2019 [18:40]:
“Asiya nəhəngləri” üçün Cənubi Qafqazda əsas önəm kəsb edən ölkə Azərbaycandır”
21/05/2019 [18:22]:
"İngilisi "Tarqovı"da tutub yeyəsi deyilik ki?" - Hafiz Hacıyev
21/05/2019 [18:08]:
Maduro Bakıya gələcək
21/05/2019 [18:06]:
Ölü heyvanın ətini satmaq istədilər, qarşısı alındı
21/05/2019 [18:00]:
Skarlet Yohanson növbəti dəfə evlənir
21/05/2019 [17:53]:
Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı
21/05/2019 [17:53]:
Maduro Bakıya gələcək
21/05/2019 [17:50]:
Nazirlik: "Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur"
21/05/2019 [17:15]:
"Yeri gələndə mən səndən də abırsızam..." - FOTOLAR
21/05/2019 [17:08]:
“Yalan danışırlar, Allah cəzalarını verəcək..”
21/05/2019 [17:07]:
“Hamının hamıya” prinsipi ilə dəyişdirilməsi məsələsinə dair açıqlama yayıldı
21/05/2019 [16:57]:
Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ
21/05/2019 [16:56]:
Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqləndi - FƏRMAN
21/05/2019 [16:50]:
AMİP-dən Fuad Abbasovla bağlı çağırış: "Hamımız ona sahib çıxmalıyıq"
21/05/2019 [16:48]:
Azərbaycanın maliyyə sektoru Fransanın məşhur bankını qarşılamağa hazırlaşır - ARAŞDIRMA
21/05/2019 [16:41]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
21/05/2019 [16:17]:
Yazıçımız Rusiyada təltif olunacaq
21/05/2019 [16:15]:
Erməni əsgərlər qəzaya düşdü: ölən və yaralananlar var
21/05/2019 [16:13]:
ADPU-da “Solğun çiçəklər” tamaşası nümayiş etdirildi
21/05/2019 [16:05]:
Zelenskinin inaqurasiyasında diqqətçəkən 4 MƏQAM
21/05/2019 [16:02]:
Rövşən Rzayev problemləri dinlədi
21/05/2019 [15:58]:
“Formula-1”in əfsanəvi pilotu öldü
21/05/2019 [15:52]:
Həmsədrlər Məmmədyarov və Mnatsakanyanın görüşməsini istəyir
21/05/2019 [15:38]:
Birinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdi - FOTOLAR
21/05/2019 [15:22]:
Deputatlar Fuad Abbasovun müdafiəsinə qalxdılar: “XİN münasibət bildirməlidir!”
21/05/2019 [15:19]:
“Onların məqsədi problemin həllinə töhfə vermək deyil” – “İmitasiyadır!”
21/05/2019 [15:18]:
“Müvafiq qurumlarımız Fuad Abbasovun həbsinə özünün münasibətini bildirməlidir...”
21/05/2019 [15:13]:
Mxitaryan Bakıya gəlmir - “Arsenal” rəsmi açıqladı
21/05/2019 [15:07]:
“Falçı mənə sarı su içirirdi, nə pulum var idi ona verirdim”
21/05/2019 [15:01]:
Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?
21/05/2019 [14:53]:
Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu –Yaralılar var
21/05/2019 [14:44]:
Sumqayıtda Vəkillər Kollegiyasının ilk regional vəkil qurumunun açılışı oldu
21/05/2019 [14:34]:
Dəniz səviyyəsi sürətlə qalxır - Yüz milyonlarla insan yurdundan olacaq
21/05/2019 [14:24]:
QAT Fuad Abbasovla bağlı bəyanat verdi
21/05/2019 [14:17]:
Buraxılış imtahanlarının nəticələri açıqlandı - RƏSMİ
21/05/2019 [14:14]:
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi - Diqqətli olun!
21/05/2019 [14:05]:
Xınalıq məktəbinin direktoru- “İclası çəmənlikdə keçiririk”
21/05/2019 [14:01]:
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi – Abituriyentlərin diqqətinə
21/05/2019 [13:57]:
Mayın 25-dən 31-dək “Tarqovı”ya giriş məhdudlaşdırılır
21/05/2019 [13:55]:
5000 manatadək cərimə - Sanksiyalar sərtləşdirilir
21/05/2019 [13:54]:
Sinoptiklər 32 dərəcə isti vəd edirlər
21/05/2019 [13:53]:
"Azərbaycan məmurları Zelenskinin dediyi o keyfiyyətlərdən tamamilə uzaqdırlar"
21/05/2019 [13:48]:
““Bakıdakı ermənipərəstlərin üzünə tüpürün!” desəm, məni tutarlar?..”
21/05/2019 [13:47]:
"Danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun” -Millət vəkili
21/05/2019 [13:43]:
Sumqayıtda Regional Vəkil Bürosunun açılışı olacaq - FOTOLAR
21/05/2019 [13:40]:
“Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur"
21/05/2019 [13:40]:
Günay keçmiş sevgilisini bıçaqladı -FOTOLAR
21/05/2019 [13:37]:
Bu Eyyubun yox, Mədəniyyət Nazirliyinin ayıbıdır...”
21/05/2019 [13:27]:
Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb
21/05/2019 [13:23]:
Səfirdən Mxitaryana mesaj - “Futbolçusan, get futbolunu oyna”
21/05/2019 [13:17]:
İşdən çıxarılan rəis Sahil Babayevin qohumu deyil - Rəsmi
Bütün arxiv bir sırada
16/05/2019 [17:33] - Araşdırma - ( 9429 dəfə baxılıb)

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI



Moderator.az ekskluziv olaraq Tarix İnstitutunun Elmi Şurasının bəyanatını təqdim edir:

Gürcüstanın keçmiş Daxili İşlər naziri, Müdafiə naziri, adı hər zaman korrupsiyada hallanan İrakli Okruaşvili, eyni zamanda Leyboristlər Partiyasının rəhbəri, 2012-ci il parlament seçkilərində və 2014-cü il prezident seçkilərində tam uğursuzluğa düçar olduqdan sonra partiya sədrliyindən istefa verməyə məcbur olan, sonra yenidən partiyasına qayıdan Şalva Natelaşvili bu yaxınlarda ölkələrində itirilmiş imiclərini yenidən bərpa etmək üçün qonşu və dost Azərbaycan və Gürcüstan respublikaları arasına nifaq salmaq üçün sərhəd bölgəsinə gələrək məsuliyyətsiz açıqlamalar və bəyanatlar səsləndiriblər. Onlar Azərbaycan Respublikasına qarşı ərazi iddiaları səsləndirməklə kifayətlənməyib, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlətməkdən də çəkinməmişlər. Onların bu çıxışları qardaş Gürcüstanda müəyyən ajiotaja səbəb olmuşdur, Azərbaycanda isə geniş ictimai dairələr arasında haqlı narazılıq doğurmuşdur. İlk olaraq qeyd edilməlidir ki, İrakli Okruaşvili və Şalva Natelaşvili kimilər gürcü xalqına dost və qardaş olan Azərbaycan xalqını “çoban”, “gəlmə” adlandırır, özlərini isə az qala bütün Cənubi Qafqazın ən qədim etnosu kimi təqdim edirlər. Hətta bəziləri həddini daha da aşaraq Gürcüstan Respublikasının aborigen əhalisi olan 500 minə yaxın azərbaycanlının yaşadıqları vətənlərindən çıxarılması ilə bağlı sərsəm fikirlər səsləndirir, məsuliyyətsiz çıxışlar edirlər. Bununla əlaqədar olaraq AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurası bütün məsuliyyəti ilə bəyan edir ki, Azərbaycan xalqı Cənubi Qafqazın, o cümlədən müasir Şərqi və Cənubi Gürcüstanın ən qədim aborigen etnoslarından biridir. Biz hər iki böhtançıya, həmçinin onlarla eyni fikirdə olan hər kəsə bildiririk: Azərbaycan xalqı qədim Azərbaycan – Albaniya dövlətinin tarixi varisidir. Albaniya dövlətinin ərazisi isə İberiyanın ən ucqar sərhədlərinə qədər uzanırdı. Cənab İrakli Okruaşvili və Şalva Naltelaşvili, sizin ata-babalarınız İberiya – indiki İmeretiya ərazilərində yaşayırdılar. İberlərin şərq qonşuları albanlar, albanların qərb qonşusu isə iberlər idi. Böyük Plini iki xalq arasında sərhəddin Dəryal keçidindən başladığını, burada Kumania (bəli, məhz Kuman!, cənab Şalva!) istehkamının yerləşdiyini, Hermastla – Armazi ilə üzbəüz cahanın hissələrə (Sarmatiya, Albaniya və İberiya) bölündüyünü yazır (Plini. VI.26.30). Strabon Kürün Araqvini qəbul etdikdən sonra dar vadi ilə Albaniyaya axdığını deyir ki, bu da müasir Msxeta ərazisinə uyğundur (Strabo, XI.3.2). Ptolemey, ümumiyyətlə, Telavi, Tiflis, Tianeti kimi şəhərləri Albaniya şəhərlərinin sırasında verir (Ptolemey, kitab 5, bölmə 12). Bu mənbələrlə tanış olun, əgər buna sizin elmi potensialınız imkan verməsə, onda gürcü müəlliflərinin əsərlərinə müraciət edin. Əgər bu ifadələri səsləndirənlər öz gürcü mənbələrini – Kartlis Sxovrebanın “Gürcüstanın xristianlığa döndərilməsi” bölməsini, Leonti Mrovelinin “Kartli çarlarının həyatı” əsərlərini oxusalar, e.ə. VIII-III əsrlərdə bu günkü bütün Cənubi və Şərqi Gürcüstan ərazisində gürcülərin buntürk, xəzər və hun adlandırdıqları qeyri-gürcü tayfalarının yaşadıqlarını qeyd etdiklərini görərdilər. Gürcü mənbələri qeyd edirlər ki, bu dövrdə Kartlidə xəzər nüfuzu o qədər güclü idi ki, iberlərin danışdığı altı dildən biri məhz xəzər dili olmuşdur, bütün gürcülər xəzər dilini bilirdi və danışırdı (Cənab İraklilər və Şalvalar! Bu məlumatları bir də oxuyun!). 

Bu haqda baxın: Обращение Грузии. Пер. с древнегруз. Э.Такайшвили. Ред. М. Чхартишвили; [Ред. кол. Ш. В.Дзидзигури, М. Д. Абашидзе, З. Н. Алексидзе и др.]; АН ГССР, Комис. по источникам истории Грузии. – Тб.: Издательство «Мецниереба», 1989 – s.23; Леонти Мровели. Жизнь Картлийских царей. Перевод с древнегрузинского, предисловие и комментарии Г. В. Цулая. Москва, 1979 – s.25-28.


Bu məlumatları arxeoloji materiallar da təsdiq edir. Belə ki, bu iddiaları səsləndirənlər Şərqi Gürcüstanın e.ə. VIII-III əsr maddi-mədəniyyət nümunələrinə baxsalar, həmin ərazilərin tamamilə kimmer-iskit-sak və erkən alban-türk (Yaloylutəpə) mədəniyyətinə aid olduğunu görərlər. Bunu biz yox, məhz gürcü tarixçiləri – G.Alasania, Q.Melikişvili, M.Andronakişvili, R.Abramişvili, M.Sanadze və başqaları öz əsərlərində təsdiq edirlər (bax: Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 9-10; Меликишвили Г. А. К истории древней Грузии. Тбилиси: Изд-во АН Груз.ССР, 1959, c. 128, 292).

Beləliklə, müasir Tiflis şəhəri, onun qərbindəki Alban düzü və ətraf ərazilər İberiyanın deyil, İskit-sakların idarəçiliyində, daha sonra isə Albaniya dövlətinin sərhədləri daxilində olmuşdur. Ərəb işğalları zamanı Albaniya dövləti aradan qaldırıldıqdan sonra Ərəb Xilafəti keçmiş tarixi sərhədləri saxladı və Albaniya ərazisi Arran torpaqları kimi adlandırılmağa başlandı. VIII əsrin ortalarında bu ərazilərdə, Albaniya şəhəri, həm də İslamın sərhəd şəhəri olan Tiflis və onun ətraf ərazilərində (Borçalı da daxil olmaqla) Tiflis türk-müsəlman dövləti – Tiflis əmirliyi yarandı. Bu gün iddia qaldırdığınız ərazi Albaniya dövlətinin, Tiflis əmirliyinin torpaqlarının bir parçası olmuşdur. 300 ildən çox mövcud olmuş Tiflis əmirliyində Azərbaycan xalqı qədim mədəniyyət yaradıb. Yüzlərlə “Tiflisi” ləqəbi ilə görkəmli alimlər yetişdirib. Bu haqda xarici mənbələri, Azərbaycan tarixçilərini oxumaq meyliniz olmasa, gürcü müəlliflərin əsərlərinə baxın (Лордкипанидзе М. Д. Тбилиси (IV- начало XII в.). Тбилиси: Общество «Цодна», Тип. «Сам-шобло», 1991).


İndi siz tarixi Azərbaycan torpaqlarında yerləşən Albaniya tarixi abidəsi olan David Qareci monastırı üstündə torpaq iddiası qaldırırsınız. Bu tarixi monofizit alban məbədinin diofizit İrakliyə, Şalvaya heç bir dəxli yoxdur. Elə «Тифлисские ведомости» qəzetinin 1832-ci ilin 2 saylı yanvar buraxılışında, Q.S.Qordeyev adlı müəllifin məqaləsində göstərilir ki, VI əsrdə Gürcüstanda Kürün sağ sahilində yaşayan “tatarların”, yəni Azərbaycan türklərinin başçısının adı Babakər idi və Keşikçidağ monastr kompleksində ilk kilsəni məhz o inşa etmişdir («Тифлисские ведомости», 1832, январь, №2). Bu ərazidə olan kilsələr və digər xristian abidələri də gürcü diofizit kilsəsinin deyil, müstəqil alban kilsəsinə məxsus alban mədəniyyət nümunələri idi. Onu da qeyd etmək lazımdır ki, David Qareci və onunla VI əsrdə bu ərazilərə gəlmiş 12 assuriyalı monofizit missioner müasir gürcülərdən etiqadlarına görə fərqlənirdi. Onlar monofizit albanlarla eyni etiqada malik idilər.

Bununla belə, Keşikçidağ kompleksi ilə bağlı dəfələrlə qardaş Gürcüstan tərəfinin istəkləri nəzərə alınaraq müxtəlif sazişlər imzalanıb. O cümlədən, 1921-ci ilin iyul ayında N.Nərimanov-F.Maxaradze sazişi də imzalanıb, sazişə əsasən, iki dövlət arasında sərhəd ümumi şəkildə müəyyən olunmuşdu. Bu saziş və bundan sonra 1929-cu ilə qədər imzalanmış daha bir neçə qətnamə ilə Keşikçidağ da daxil olmaqla Gürcüstan və Azərbaycan arasındakı mübahisəli sərhəd məsələsində müəyyən addımlar atılmışdır. Lakin hər dəfə də bu sazişləri siz İraki Okruaşvili, Şalva Natelaşvili və onun kimiləri pozmağa cəhd etmisiniz. Biz Azərbaycanda ərazi məsələlərini və problemlərini dərindən araşdırmışıq (bax: Elvira Lətifova, “Şimal-Qərbi Azərbaycan: İlisu sultanlığı”, Bakı, 1999; Əliyev Şirinbəy, “Şimal-Qərbi Azərbaycan: İngiloylar”, Bakı, 2007; Şamil Rəhmanzadə, “Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri)”. Bakı, “Aspoliqraf”, 2008; Arzu Məmmədova, “Car-Balakən camaatlığı XVII əsrin sonu-XIX əsrin əvvəl-lərində”, Bakı, UniPrint, 2009; “Şimal - Qərbi Azərbaycan”. Bakı, Şərq - Qərb nəşriyyatı, 2011).


Gürcüstanda da obyektiv tarixçilər bu məsələlərin kökünü yaxşı bilirlər. Ona görə də sizin kimilərin sərhəddəki sayıqlamalarına Azərbaycan tərəfindən cavab verənlər tapıla bilər. Bütün bu tarixi faktlar göstərir ki, sizin sərhəddəki çıxışlarınızın heç bir elmi əsası yoxdur. Sərhəddən bu tərəfdə yaşayanlar heç də sizin iddia etdiyiniz kimi Altaylardan gəlməyiblər və düşündüyünüz kimi “savadsız çoban” deyillər. Əslində isə, İrakli Okruaşvili və həmfikirləri başa düşməlidirlər ki, siz İberiyadan, yəni İmeretiyadan gəlib tarixi Azərbaycan torpağında yaşayırsınız. 

Mədəniyyətsizlik və savadsızlığa qaldıqda, sizin mədəniyyətsiz dediyiniz bizim sərhədçilər yüksək mədəniyyət nümayiş etdirərək sizin söyüş və təhqirlərinizə cavab vermədilər. Vandalizmə, mədəniyyət abidələrinin məhvinə gəldikdə, sizdən soruşula bilər ki, Tiflis əmirliyinə aid olan qədim mədəniyyət abidələri hara getdi? Sultan Alp Arslanın Tiflis şəhərində ətrafdakı bütün tikililəri əzəməti ilə kölgədə qoysun deyə tikdirdiyi böyük və möhtəşəm məscidin aqibəti necə oldu? Tiflis əmirlərinin imarətləri hara yox oldu? (Лордкипанидзе М. Д. Тбилиси (IV- начало XII в.). Тбилиси: Общество «Цодна», Тип. «Самшобло», 1991 – s.50). Didqori vuruşmasından sonra işğal edilən Tiflisdə IV Davidin, sonrakı dövrdə isə I Demetrenin müsəlmanların hörmətini qazanmaq üçün baş çəkdiyi, xütbə dinlədiyi, ianə verdiyi məscidlər hara oldu? Nəhayət, Kürün sahilində ucalan möhtəşəm Şah Abbas məscidinin taleyi necə oldu? Tiflis şəhəri və ətrafındakı saysız-hesabsız türk-müsəlman toponimlərinin taleyi necə oldu? Ona görə də sizin kimilər gedib real tarixi dərindən öyrənsinlər və bir həqiqəti yaddan çıxarmasınlar: Keşikçidağdan bu tərəfə doğru yaşayan 10 milyon “çoban”ın müasir Gürcüstan ərazisində yaşayan və sizin ölkədən çıxarmağa hazırlaşdığınız 500 min “çoban”ın ana vətəni hal-hazırda yaşadıqları doğma torpaqlarıdır. Əsrlərdir İrakli kimilər o izləri silmək, abidələri “özününküləşdirmək” istəsələr də, o insanlar torpaq-larından, ana vətənlərindən qoparıla bilməz. Sizin sərhədlərinizdən qərbdə yaşayan daha 80 milyon “çoban”ın tarixinizdə oynadığı rolu da unutmamağınız məsləhət görülür. Eyni zamanda qeyd etmək lazımdır ki, IV David və Tamar əgər sizin “çoban” adlandırdığınız türk-qıpçaqlar olmasaydı, heç bir uğur qazana bilməzdilər. Məhz o “çoban”ların sayəsində IV David İberiyanın sərhədlərini genişləndirə bilmişdi. Belə ki, IV Davidin 60 minlik ordusunun 45 min nəfərə qədəri “çoban” adlandırdığınız türklər təşkil etmişdi

 (Лордкипанидзе М.Д. История Грузии XI – нач. XIII вв. – s. 98, 105; Месхиа Ш.А. Дидгорская битва. Тбилиси: Издательство «Мецниереба», 1974 – s. 82). Siz isə dar və çətin zamanlarda sizi xilas edən bu “çobanları” yerindən-yurdundan sürgün etmisiniz, Axıska türklərinin torpaq məsələsini hələ də həll etmək istəmirsiz!

Daim sizi əhatə edən bu “çoban”lar heç zaman qoç başını kilsələrə yapışdırmamışlar. Xristian inancına və abidələrinə hörmətlə yanaşmışlar. İrakli Okruaşvili, Şalva Natelaşvili kimi “yüksək mədəniyyət”ə malik olan sizlər isə donuz başını məscidlərə yapışdırırsınız, nəinki xalqlar arasında ədavət toxumu səpməkdən çəkinmirsiniz, eyni zamanda öz soyunuzdan olan müsəlman acarlar və gürcülərə də dini mənsubiyyətlərinə görə düşmən münasibət göstərirsiniz. Tərəfinizdən xalqımızın ünvanına söylənilən söyüşlərə gəldikdə isə, bu söyüşlərin əsl ünvanı İrakli Okruaşvili, Şalva Natelaşvili və onlar kimilərdir.

Sizin kimilər tərəfindən Rusiyanı təcavüzkar adlandırmaq hal-hazırda dəbdədir. Bütün günahlarınızı Rusiyanın üzərinə yıxmaqla özünüzü təmizə çıxarırsınız. Bu, sizin öz işinizdir. Lakin onu da unutmayın ki, Çar Rusiyasını XVIII əsrdə Cənubi Qafqaza elə sizin kimilər gətirib. Georgiyevsk traktatını unutmayın! Onu da unutmayın ki, Gürcüstan respublikasının bütün çətin dövrlərində sizin “çoban” adlandırdığınız 500 min aborigen azərbaycanlı həmişə gürcü dövlətinin yanında olmuşdur.


Sizdən fərqli olaraq, Azərbaycan Respublikası dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının tarixi keçmişinə, inancına, abidələrinə hörmətlə yanaşır, onu qoruyub saxlayır. Azərbaycanın hər bir vətəndaşı Azərbaycan üçün əzizdir. Etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda heç kim Sizin düşündüyünüz kimi “qonaq” deyildir, hər kəs Azər-baycanın tam hüquqlu vətəndaşıdır. Məhz bu məqsədlə Azərbaycan Respubli-kasının Prezidenti İlham Əliyev 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəni əhatə edən mağaralar kompleksini Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan etmiş, bununla bölgənin Azərbaycan tarixinin ayrılmaz parçası olduğunu bir daha təsdiq etmişdir.

Azərbaycan və gürcü xalqlarının dost və qardaşlığı bütün dövrlərdə tarixin sərt sınaqlarından şərəflə çıxmışdır. Bu dostluq və qardaşlığa nifaq salmağa çalışanlar həmişə tarixin tullantılarına çevrilmişlər. Bunu unutmayın!

loading...
loading...
“Dedi ki, ərinin iş yerində də cadu var, təmizləməsək infarkt keçirib öləcək...”
Bu Eyyubun yox, Mədəniyyət Nazirliyinin ayıbıdır...”
“Qanımız başqa millətə qarışmamalıdır, yəhudi oğlan mütləq yəhudi qızla evlənməlidir”
"Artıq nəğmənin bizə nə vaxt gərək olduğunu bilirik!"
Floridada yaşayan azərbaycanlı göz həkimi - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Asiya nəhəngləri” üçün Cənubi Qafqazda əsas önəm kəsb edən ölkə Azərbaycandır”
Dünya
"Yeri gələndə mən səndən də abırsızam..." - FOTOLAR
Cəmiyyət
“Yalan danışırlar, Allah cəzalarını verəcək..”
Siyasət
“Onun fəaliyyətinə qiymət vermək üçün bir qədər gözləmək lazım gələcək...”
Cəmiyyət
Nazirlik bu kənddə yeni məktəb binasının tikintisinə başladı - FOTOLAR
Həftənin ən çox oxunanları
"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
Rusiya üçün “S-400”-ü yaratmış azərbaycanlı haqda yeni film çəkildi-VİDEO
DYP əməkdaşları "Gelendevagen" deyir, "Niva"nın sahibi isə daş atıb başını tutur ki...
"Fahişə belə, bu hərəkəti eləməz, amma bizim "zapravka"lar edir, müvafiq qurumlarsa..."
İrana gündə 500 raket zərbəsi!
Əhmədova Abdullayevin ifşa videosunu yaydı: "Tövbə edin və heç kimin haqqına girməyin"
“Şəmistana fəxri ad versələr, inciyərəm...”
İcra başçısına zərfdə güllə göndərdilər: "Çox yaxşı bilirəm ki..."
Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI
Bakıda tələbələr arasında qanlı davanın görüntüsü yayıldı - ŞOK VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]