Xəbər lenti
20/07/2019 [09:47]:
“Cırtdan” terrorçuların yanına göndərildi
20/07/2019 [09:46]:
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 19 dəfə pozdu
20/07/2019 [09:44]:
Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alan var
20/07/2019 [09:11]:
Keşiş Konqresdə Tramp müzakirəsi zamanı “qara ruhları qovaladı”- Bu, cəhalət deyilmi?..
20/07/2019 [09:02]:
Ən çox satılan elektrokarların TOP 10-luğu
20/07/2019 [08:55]:
Britaniya tankerinin saxlanması ilə əlaqədar İranı hədələdi
20/07/2019 [08:49]:
Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat başa çatdı
20/07/2019 [08:46]:
“İnşallah, mən də deputat olaram...” - Elza Seyidcahan
20/07/2019 [08:46]:
“Dağlıq Qarabağdakı qondarma separatçı rejim heç bir suveren dövlət tərəfindən tanınmır”
20/07/2019 [08:44]:
Tacikistanın ucqar dağ rayonunda 100 nəfər daşqınlara görə çıxılmaz vəziyyətdə qaldı
20/07/2019 [08:42]:
Pompeo Trampın İranla danışıqlara hazır olduğunu təsdiqləyib
20/07/2019 [08:41]:
Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi
20/07/2019 [08:39]:
Bakıda istirahət mərkəzində kütləvi dava düşüb, xəsarət alan var
20/07/2019 [08:39]:
Qabil Hüseynli: “Türkiyə və Rusiya tarix boyu müttəfiq olmayıb”
20/07/2019 [08:38]:
Salyanda maşın maneəyə çırpılıb, 1 nəfər xəsarət aldı
20/07/2019 [08:35]:
Ən hündür əkiz qüllələrin memarı öldü
20/07/2019 [08:31]:
"Honda" Çindən 95 min avtomobilini geri çağırır
20/07/2019 [08:29]:
Türkiyədə 56 nəfər qidadan zəhərləndi
20/07/2019 [08:27]:
Səudiyyə Ərəbistanının təhlükəsizliyi ABŞ-a həvalə edilir
20/07/2019 [07:54]:
ABŞ müsəlman din xadimini mükafatlandırdı-Gözlənilməz-FOTO
20/07/2019 [07:17]:
Çətinliklərdən qurtulmaq üçün 3 qızıl açar...
20/07/2019 [00:31]:
“JEEP” 50 metrlik hündürlükdən uçuruma yuvarlandı: 2 ölü, 12 yaralı
20/07/2019 [00:25]:
"İçib tank sürmürəm ki, maşın sürürəm" - Ağsaqqal sürücü - VİDEO
20/07/2019 [00:09]:
Bu saatın köməyilə valideynlər övladlarının harada olduğunu görə biləcək - MARAQLI
20/07/2019 [00:05]:
Yaqub Mahmudovdan "Vikipediya"dakı təxribata SƏRT REAKSİYA
19/07/2019 [23:46]:
Ölkə parlamentində qeyri-adi etiraz aksiyası: Yerə döşək sərib yatdı...
19/07/2019 [23:44]:
“Miran” qayıdır
19/07/2019 [23:39]:
Günəşin yanında iri UNO göründü - VİDEO
19/07/2019 [23:35]:
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
19/07/2019 [23:16]:
13 yaşında yeniyetmə bir saatdan az müddətdə iki təyyarəni qaçırdı və... - VİDEO
19/07/2019 [23:10]:
"Həyatımın başqa mərhələsindəyəm" - “Eurovision 2018” təmsilçimiz
19/07/2019 [22:14]:
Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
19/07/2019 [22:05]:
Uşağını qısqanıb özünü 5-ci mərtəbədən atdı - AĞLASIĞMAZ...
19/07/2019 [21:56]:
“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr...
19/07/2019 [21:46]:
Ailəsi ilə dalaşıb damarlarını kəsdi
19/07/2019 [21:42]:
Şirvanda toy mərasimində tüstüdən zəhərlənənlərin sayı 14 nəfərə çatıb - FOTO - YENİLƏNİB
19/07/2019 [21:39]:
Əlcəzairdə islahatlar tələbi ilə nümayişlər keçirildi
19/07/2019 [21:22]:
ABŞ xüsusi nümayəndəsini Türkiyəyə göndərir
19/07/2019 [21:21]:
“Türkiyə bu raketləri Ermənistan sərhəddi yaxınlığında quraşdırsa...”
19/07/2019 [21:10]:
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
19/07/2019 [21:08]:
Davudoğlunun müsahibə verdiyi veriliş bağlandı: “Biz susmayacayıq”
19/07/2019 [21:03]:
ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir
19/07/2019 [21:01]:
Şirvanda toy mərasimində 6 nəfər pirotexniki vasitədən zəhərləndi
19/07/2019 [20:41]:
Azərbaycanda 12 yeni məhkəmə yaradıldı - YENİLƏNİB + SİYAHI
19/07/2019 [20:38]:
Fatimə özündən çıxdı: “Ağzıgöyçəklər, üzümü sizə tuturam”
19/07/2019 [20:35]:
Qonşu ölkədə qar yağdı
19/07/2019 [20:32]:
SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı
19/07/2019 [20:25]:
Prezident kommersiya məhkəmələrinin yaradılması ilə bağlı qanunu təsdiq etdi
19/07/2019 [20:16]:
Dövlət Neft Fondunun gəlir və xərcləri təsdiqləndi
19/07/2019 [20:12]:
Vurduğu 6 yaşlı uşağı xəstəxanaya aparan sürücü yolda qəzaya düşdü
19/07/2019 [20:07]:
Ərdoğan İlham Əliyevə zəng etdi
19/07/2019 [19:49]:
Rusiyalı ekspert: "Azərbaycan özünü çox yaxşı müdafiə edə bilər"
19/07/2019 [19:45]:
Zelenskidən radikal addım: 11 səfir geri çağrıldı
19/07/2019 [19:42]:
Sabah Rauf Pənahovun dünyasını dəyişdiyi gündür
19/07/2019 [19:37]:
Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN
19/07/2019 [19:30]:
Şöbə rəisi: “Yanacağın plastik kanistrlərə doldurulması təhlükəlidir”
19/07/2019 [19:27]:
Arvadını “Vatsap”da söydüyünə görə türməyə düşdü
19/07/2019 [19:18]:
“Qarabağ” UEFA reytinqində irəlilədi
19/07/2019 [19:15]:
Xızıda 4 yaşlı uşağın üzərinə ağır taxta düşdü
19/07/2019 [19:12]:
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
19/07/2019 [18:52]:
Azərbaycan hərbçiləri NATO-nun dağ təlimində iştirak edirlər - FOTO
19/07/2019 [18:46]:
Türkiyədə terrorçuların hücumu nəticəsində yüksək rütbəli hərbçi öldü
19/07/2019 [18:30]:
İlham Əliyev bir hakimi işdən çıxardı, ikisinin yerini dəyişdi
19/07/2019 [18:27]:
Amerikada mətbuat tarixi
19/07/2019 [18:25]:
Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi
19/07/2019 [18:18]:
Ləyaqətsiz davranışda ittiham olunan mer: "Şalvarımın qabağını harda açmağı bilirəm"
19/07/2019 [18:15]:
Azərbaycanın üç ali təhsil müəssisəsinin qəbul qaydalarına dəyişiklik edildi
19/07/2019 [18:13]:
Mərakeşdə turistləri öldürən İŞİD-çilər edam ediləcək
19/07/2019 [18:09]:
Rüşvətə görə tutulan polisə hökm oxundu
19/07/2019 [18:06]:
İlham Əliyev məhkəmə sədrinin yerini dəyişdi
19/07/2019 [17:59]:
28 min abituriyent arasında maksimum balı bu qız toplayıb - FOTOLAR
19/07/2019 [17:55]:
Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva vəfat etdi
19/07/2019 [17:53]:
Yeganə Cəfərova Toronto şəhərinin “ilin ən yaxşı müəllimi”adına layiq görülüb -FOTOLAR
19/07/2019 [17:47]:
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
19/07/2019 [17:43]:
Qeyri-rəsmi arvadı Bakıda ingilisi döydü - Kişi polisə şikayət etdi
19/07/2019 [17:40]:
SOCAR Tümendə zavod işə salır
19/07/2019 [17:38]:
Yalçın Rzazədə Türkiyədə əməliyyat olundu
19/07/2019 [17:36]:
Merkel İranın tərəfini saxladı
19/07/2019 [17:34]:
DİM abituriyentlərə müraciət etdi
19/07/2019 [17:28]:
"Kiprlə bağlı söz söyləmə haqqları yoxdur" -Avropa İttifaqına etiraz
Bütün arxiv bir sırada
16/05/2019 [22:40] - Cəmiyyət - ( 6595 dəfə baxılıb)

"Oğluna, qardaşı Şahmar Vəliyevə, Məharət Mustafayevə zəng edirəm, cavab vermirlər"

Elmar Vəliyev “Əməkdar mühəndis”ə 4 milyon 600 minlik iş gördürüb, pulunu vermir...


Nizami Həsənov: “Elmar Vəliyev məni olduqca çıxılmaz vəziyyətdə qoyub. Satmağa heç nəyim qalmayıb”

“Əməkdar mühəndis” Nizami Fərman oğlu Həsənov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevdən 4 milyon 600 min manat pulunu ala bilmir. “Kolanı-İnşaat” MMC-nin təsisçisi və direktoru olan Nizami Həsənov deyir ki, ümumilikdə ona olan borc daha çoxdur. Özünün, övladlarının, yaxın qohumlarının mal-mülklərini satıb borcun bir hissəsini ödəyib. Qalan hissəsini isə ödəmək iqtidarında deyil.

Nizami Həsənov şirkətinin tikib başa çatdırdığı obyektləri, parkları sadalayır. Belə aydın olur ki, Yevlax və Gəncədə gözəgəlimli obyektlərin böyük əksəriyyətini onun rəhbərliyi altında şirkəti inşa edib.

Gəncədəki “Ramada” hotel ile ilgili görsel sonucu
“Yeni Müsavat”a üz tutun sahibkar deyir ki, əli hər yerdən üzülüb, ümidi ölkə rəhbərliyinədir: “Uzun müddətdir ki, görülən işlərə görə yaranan borcu Elmar Vəliyev ödəmir. Oğlu Elmir Vəliyevə, qardaşı Şahmar Vəliyevə, Məharət Mustafayevə dəfələrlə zəng edirəm. Telefonlarıma cavab vermirlər. Bu adamlara zəng edirəm cavab vermirlər, az keçir Gəncədəki “Ramada” hoteldə oturan Elmir Vəliyevin köməkçisi Ceyhun zəng edir. Bu azı 50 dəfə təkrarlanıb! 50 dəfə! Deyir ki, bir az gözləyin, verəcəyik. Sonuncu dəfə Ceyhunun yanına getdim, dedim ki, sələm sahibləri boğazıma çöküblər, borc sahibləri qapımdan əl çəkmirlər, mən çıxılmaz vəziyyətdəyəm. 1 həftədir ki, o da telefonlara cavab vermir. “Ramada” hoteldə də deyirlər ki, Ceyhun burada yoxdur”.   

Elmar Vəliyev ile ilgili görsel sonucu
“Əməkdar mühəndis” deyir ki, 2004-cü ildə Elmar Vəliyev Yevlaxa icra başçısı təyin olunandan sonra dövlət büdcəsi hesabına tikilən obyektlərin tikintisini onun şirkəti icra etməyə başlayıb: “Yevlaxda görülən işlər yüksək səviyyədə yerinə yetirilib və demək olar ki, hamısının açılışında ölkə rəhbərliyi iştirak edib. 2011-ci ildə Elmar Vəliyev Gəncə İcra Hakimiyyətinə başçı təyin olunandan sonra da Gəncədə görülən işləri də şirkətimə həvalə edirdi. Yevlaxda dövlət sifarişi ilə həyata keçirilən tikintilərin böyük əksəriyyətini şirkətim icra edib. Yevlaxda Kür çayı sahilində  5 ulduzlu, 7 mərtəbəli hoteli bizim şirkət tikib. Yevlax şəhərində Səməd Vurğun parkı, Səməd Vurğun küçəsi, Kür sahili boyunca abadlıq işləri görülüb. Yevlaxda gördüyüm işlər görə 1 milyon 700 min manat alacağım var. Vermirlər!

2011-ci ildən 2016-cı ilə qədər Gəncə şəhərində Qoşa qalanın, Nizami Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, ASAN xidmət binası, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkı, Heydər Əliyev parkında Anfi-teatr, Gəncə Dövlət Flarmoniyasının tikintisi başa çatdırmışıq. Gəncə şəhərində görülən işlərə görə 2 milyon 900 min manat borcları var, ödəmirlər. Yevlaxda və Gəncədə görülən işlərin 1 sifarişçisi olub – Elmar Vəliyev”.

“Əməkdar Mühəndis”in sözlərinə görə Heydər Əliyev parkının tikintisinə nəzarəti Elmar Vəliyev Məharət Mustafayevə tapşırıb: “ Ora 40 min kvadratdan artıqdır, respublikada ən böyük parklardan biridir. Orada 24 hovuz, çoxsaylı işıq dirəkləri var. Görülən işlərə Məharət Mustafayev nəzarət edirdi, ona bu işi Elmar Vəliyev tapşırmışdı. Məharət Mustafayev görülən işlərə görə pulu hissə-hissə verirdi. Bizim şirkət orada 2 milyon 600 min dollarlıq iş görüb. Həmin pulun 1 milyon 16 minini Məharət Mustafayev ödədi. Heydər Əliyev parkında görülən işlərə görə bizə 1 milyon 538 min borcları var, vermirlər. Məharət Mustafayevdən pul istəyəndə deyirdi ki, səbrli ol, Elmar Vəliyevlə danışmışam, yaxşı olacaq, verəcəyik. Günü-gündən uzadırdı. Sonra da dedi ki, Yeni Gəncə ərazisində, “Dərə” deyilən ərazinin üst tərəfində hər biri 4 sot olmaqla 150 torpaq sahəsi veririk. Torpaq sahəsinin hər birinə 3 min 500 manat qiymət hesablamaqla verdilər. Həmin torpaqları Heydər Əliyev mərkəzinin tikintisi üçün ayrı-ayrı iş adamlarından  nisyə aldığım tikinti materiallarının əvəzi olaraq mağaza sahiblərinə verdim. Borclu olduğum adamların adlarını Məharət Mustafayevə deyirdim, mağaza sahibinə olan borcun dəyərində 20-30 torpaq sahəsi adına rəsmiləşdirilirdi. Gəncənin Nizami rayon İcra Hakimiyyətindən sərəncam, layihə verirdilər. Beləcə bir qism borcları bağladım. Adamlar gedib oradakı torpaqlarda tikinti də aparmışdılar. Göygöl İcra Hakimiyyəti 2016-cı ildə həmin ərazinin Gəncəyə deyil Göygöl rayonuna aid olduğunu bəyan etdi və bütün tikililəri traktorla yerlə bir etdilər. Həmin adamlar, hansılar ki, mərkəzin tikintisi zamanı mənə nisyə mal-material vermişdilər, bu gün məndən borclarını tələb edirlər. Deyirlər torpaq yoxdur, borcu ver. Çox acınacaqlı durumdayam. Tələb edirlər ki, pulumuzu ver. Onlara verilən sərəncamlarda o dövrdə Gəncənin Nizami rayonunun İcra Hakimiyyətinin başçısı olan Məharət Mustafayevin, sonradan isə həmin rayona başçı təyin olunan Nizami Hacıyevin imzaları var.

Ä°lgili resim
Məharət Mustafayev

Məharət Mustafayev bilirdi ki, həmin adamlara torpaqlar borc əvəzi verilir.  Bu adamlar bilə-bilə ki, torpaq onların deyil, Göygöl rayonuna aiddir, götürüb paylayıblar, üstəlik sərəncam da veriblər.  İndi həmin adamlar, hansılar ki, borc əvəzinə gedib o torpaqları almışdılar gecə-gündüz borclarını məndən tələb edirlər. Elmar Vəliyev məni olduqca çıxılmaz vəziyyətdə qoyub. Satmağa heç nəyim qalmayıb. Yevlaxın Kolanı kəndində yaşayıram. Özümün, uşaqlarımın pay torpaqlarına qədər satıb vermişəm. Evimdə nişan üzüyü, gözə gələn qiymətli nə varsa hamısı satılıb. 4 övladımın hər birinin əmlakını satıb borclara, sələmlərin faizlərinə ödəmişəm. 4 milyon 600 min manatdan artıq borc yenə də qalıb. Mən uşaqlarımın, qohumlarımın üzünə baxa bilmirəm. Hamının mal-mülkünü satıb borca, faizə vermişəm. Çox pis durumdayam. Mən böyük inam və etimadla pozulmuş konstitsion, vətəndaş, əmlak hüquqlarımın bərpası xahişi ilə ölkə rəhbərliyinə müraciət edirəm. Yevlax şəhərində 2004-cü ildən, Gəncə şəhərində isə 2011-ci ildən mülki, sənaye və dövlət əhəmiyyətli obyektlərin tikilib istifadəyə verilməsində bütün səy və bacarığımı sərf edərək bu işlərə öz layiqli töhfəmi vermişəm. Bu obyektlərin hamısının açılışında şəxsən cənab prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. “Kolanı-İnşaat” MMC-nin rəhbəri olaraq əməyim dövlət tərəfindən layiqincə qiymətləndirilib. İlham Əliyevin 11 yanvar 2011-ci il tarixli fərmanı ilə mənə Azərbaycan Respublikasının  “Əməkdar Mühəndisi” fəxri adı verilib.

Başçılıq etdiyim kollektiv Yevlax şəhərində Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Heydər Əliyev Sarayı, Heydər Əliyev Müstəqillik parkı, S.Vurğun parkı, Səməd Vurğun küçəsi, Cingiz Mustafayev küçəsi, Yeni Azərbaycan Partiyasının binası, Xalq Teatrı, Şahmat Məktəbi, İnformasiya binasının tikintisi, Kür çayının sahilində bulvar, Hotel binasının tikintisi və bir çox başqa obyektlərin tikintisini başa çatdırıb. Gəncə şəhərində isə Qoşa qalanın, Nizami Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, ASAN xidmət binası, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkı, Heydər Əliyev parkında Anfi-teatr, Gəncə Dövlət Flarmoniyasının tikintisi başa çatdırılıb. Yevlaxda yerinə yetirilmiş tikinti quraşdırma işlərinin dəyərinin xeyli hissəsi – yəni 1 milyon 700 min manatı bu günə qədər sifarişçi - Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ödənməyib. Gəncə şəhərində isə 2 milyon 900 min manat ödənilməyib. Onu da qeyd edim ki, bütün bu işlər Yevlaxda və Gəncədə sabiq Gəncə icra başçısı Elmar Vəliyevin göstərişi ilə yerinə yetirilib, amma haqqı ödənməyib. Bunun da nəticəsində mən mal göndərən və  subpodrat təşkilatları qarşısında öhdəliklərimi yerinə yetirə bilməmişəm. Onlara borcumu öz şəxsi əmlakım və MMC-nin əmlakı hesabına ödəyərək tam müflis olmuşam. Uzun müddət ərzində qazandığım şəxsi və işgüzar nüfuzuma çox böyük zərbə vurulub. Mənə olan  borcun ödənilməsi üçün aparılan danışıqlar heç bir nətiçə vermir”.

“Əməkdar Mühəndis” deyir ki, borcun qaytarılması üçün  Yevlax İcra Hakimiyyətinin başçısı Qoca Səmədova müraciət edib: “Qoca Səmədov borcu ödəmək əvəzinə məni hədələyir, santaj və təhdid edir. Ona görə də ölkə rəhbərliyinə müraciət edərək Yevlax şəhərində 1 milyon 700 min manat və Gəncə şəhərində 2 milyon 900 min manat borcun ödənməsı uçun lazımi tədbirlər görülməsini xahiş edirəm.  Bu gün sələm, borc içindəyəm, uşaqlarımın üzünə baxa bilmirəm. Uşaqlarım, qardaşım uşaqları evlərini satıb borcları verməyə çalışmışıq. Gördüyümüz işlər də ortalıqdadır. Hər bir işi vicdanla yerinə yetirmişik, istəyimiz də bizə yaranan borcların, halal haqqımızın ödənməsidir”.(musavat.com)

loading...
loading...
Ölkə parlamentində qeyri-adi etiraz aksiyası: Yerə döşək sərib yatdı...
Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
Uşağını qısqanıb özünü 5-ci mərtəbədən atdı - AĞLASIĞMAZ...
Seldən qaçaraq evə sığınan pələng həyəcan yaratdı - QORXUNC...
İş görüşlərində yeni tətbiq: Namizədlər bu üsulla seçiləcək...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Yaqub Mahmudovdan "Vikipediya"dakı təxribata SƏRT REAKSİYA
Hadisə
“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr...
Dünya
Ləyaqətsiz davranışda ittiham olunan mer: "Şalvarımın qabağını harda açmağı bilirəm"
Dünya
Cəsur qadın avtomobilini oğurlayan şəxsləri ifşa etdi - FOTO
Dünya
Siqaret qutusunun üstündə şikəst ayağının şəkilini görüb şoka düşdü - FOTO
Həftənin ən çox oxunanları
Çimərlikdə cinsi əlaqədə oldular - RƏZALƏT...
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
Roza Zərgərlinin şok videosu yayıldı: Arxasını masaj etdirir... -VİDEO
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
“Sarı işıqlı qapıların yanında duran bir adamı gördüm...” -Kliniki ölüm keçirən qadın o dünyada gördüklərini anlatdı...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
"Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun"
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
O deputata medal yox, "pedal" vermək lazımdır...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)