Xəbər lenti
25/06/2019 [09:10]:
“Putin iki ildən sonra gedəcək... -Rusiyanı genişmiqyaslı böhran gözləyir...” 
25/06/2019 [08:44]:
Beyləqanda meşənin içində narkotik plantasiyası aşkar olunub
25/06/2019 [08:42]:
Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər
25/06/2019 [08:40]:
Köçəryan Paşinyanı ittiham etdi
25/06/2019 [07:31]:
13 yaşlı Məhəmməd növbəti dəfə mental riyaziyyat üzrə dünya çempionu oldu-FOTOLAR+VİDEO
25/06/2019 [06:47]:
"Bismillah" demədən sözə başladı- yerə yıxıldı, başı yarıldı...
25/06/2019 [00:37]:
Kobra ilə evləndi, səbəbinə inanmayacaqsınız - MARAQLI
25/06/2019 [00:19]:
Haqq adamı Haqqa qovuşdu
24/06/2019 [23:31]:
“Bəyəm, Ərdoğan kürd, laz, erməni, çərkəzin qardaş olduğunu söyləmirmi?”
24/06/2019 [23:27]:
Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"
24/06/2019 [23:23]:
İrina Kindzerskaya: "Ərim azərbaycanlıdır, onunla Ukraynada evlənmişəm"
24/06/2019 [23:16]:
Daha bir ölkədə hərbi çevrilişə cəhd: Qətliam başladı
24/06/2019 [23:16]:
Türk mütəxəssislərdən xəbərdarlıq: "3-5 yaş arası sünnəti tövsiyə etmirik"
24/06/2019 [22:49]:
Narkobaronların mülkləri satılıb yoxsullara veriləcək - MARAQLI
24/06/2019 [22:31]:
Küçədə qadını döyən boksçudan yeni xəbər: Ölkədən çıxışına qadağa qoyulsa da...
24/06/2019 [22:29]:
Elmar Məmmədyarov: "Cəbhə bölgəsindəki təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqlara xələl gətirir" - MÜSAHİBƏ
24/06/2019 [22:24]:
Təyyarədə yatıb qalan qadın kabus yaşadı - QORXUNC...
24/06/2019 [21:58]:
Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - Xəsarət alan var
24/06/2019 [21:57]:
Şirməmməd Hüseynovla vida mərasiminin yeri dəyişdirilib - YENİLƏNİB
24/06/2019 [21:47]:
"Bu boyda bədən olar?" - Damla bu şəkillərinə görə tənqid edildi - FOTO
24/06/2019 [21:39]:
“Bir göz qırpımında Elçibəy rejiminin əlinə sanballı pul fondu keçdi...” 
24/06/2019 [21:31]:
Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb
24/06/2019 [21:24]:
Çimərlikdə batan qulaq sahibinə geri qayıtdı
24/06/2019 [20:47]:
Minsk-2019: Gimnastlarımız batutda 5-ci olub
24/06/2019 [20:38]:
Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
24/06/2019 [20:37]:
İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün...
24/06/2019 [20:23]:
“Qələbə üçün söz və süngü savaşının əsgərlərinin birgə mübarizəsi şərtdir”
24/06/2019 [20:19]:
Paşinyanın arvadı erməni zabit arvadlarının dəvətilə  Azərbaycana gəldi - FOTOLAR
24/06/2019 [20:11]:
AŞPA-da azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olunub
24/06/2019 [20:08]:
Rusiyanın "Sosna"sı hazırdır: Tamamilə görünməz və...
24/06/2019 [20:07]:
Ürəkkeçmə zamanı nələrdən istifadə etmək lazımdır
24/06/2019 [20:04]:
Səməd Seyidov: "Avropa Şurasında ikili standartlara son qoyulmalıdır"
24/06/2019 [20:02]:
Tbilisidə güclü külək və yağış nəticəsində bir nəfər ölüb - YENİLƏNİB
24/06/2019 [19:57]:
Koroğlu stansiyası yaxınlığında qəza tıxaca səbəb olub
24/06/2019 [19:55]:
Şirməmməd Hüseynov vəfat etdi
24/06/2019 [19:42]:
Hülusi Akar 3 müxalif partiyanın liderləri ilə görüşəcək
24/06/2019 [19:28]:
Zakir Həsənov şəxsi heyəti təbrik etdi –Azərbaycan Ordusunun 101 illiyi münasibətilə
24/06/2019 [19:26]:
“Jara-2019”un “Pre-Party”sində yaşananlar - VİDEO
24/06/2019 [19:25]:
Daşınmaz əmlaka dair texniki pasportların verilməsi xidməti elektronlaşdırılacaq - Bu ilin sonunadək
24/06/2019 [19:25]:
Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadiməyə hökm oxundu
24/06/2019 [19:20]:
Bakıda kişi meyiti tapılıb - Polis yaxınlarını axtarır
24/06/2019 [19:19]:
Elmar Qasımov ipponla qazandı - 4-cü medal
24/06/2019 [19:18]:
Sami Yusuf Bakıda - FOTO
24/06/2019 [19:11]:
Fındıq yığmaq adı ilə evdən Türkiyəyə qaçan qadın Gürcüstanda tapıldı - FOTO
24/06/2019 [18:46]:
ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı ilk - Açıqlama
24/06/2019 [18:44]:
Ramil Usubovun yeni işində ilk görüşü - Foto
24/06/2019 [18:22]:
Gürcüstanda mitinqi zorla dağıdan 10 polis işdən qovulub
24/06/2019 [18:08]:
Müdafiə Nazirliyinin hərbi qulluqçularına rütbələr verildi - SİYAHI
24/06/2019 [17:55]:
Saytlara haker hücumu olub? - RƏSMİ CAVAB
24/06/2019 [17:48]:
Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - Monteneqroda
24/06/2019 [17:24]:
Almaniyada 2 qırıcı təyyarə toqqşudu
24/06/2019 [17:20]:
Düşmən “soyqırım qurbanları”nın xatirəsinə xaç ucaltdı: “Qurbanlar”ın xatirəsinə salınan meşədə...
24/06/2019 [17:19]:
Sən demə, qarğıdalını səhv bişiririk
24/06/2019 [17:19]:
Ağdaşın içməli su təchizatı yaxşılaşdırılır
24/06/2019 [17:13]:
SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçildi
24/06/2019 [17:09]:
Bakıda ana uşağı ilə birgə intihara cəhd edib – FOTO
24/06/2019 [17:05]:
Cahangir Hacıyevin milyonlarla manat xərcləyən həyat yoldaşı hakim qarşısında
24/06/2019 [17:04]:
"AKP və Ərdoğan CHP ilə bir sıra məsələlərdə hesablaşmaq məcburiyyətində qalacaq..."
24/06/2019 [17:04]:
Erməni boksçunu məğlub edən Rüfət: "Qələbəmi atama həsr edirəm"
24/06/2019 [17:00]:
“Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
24/06/2019 [16:58]:
Lənkəran universitetində hava çatışmazlığı: yeddi tələbə qız xəstəxanalıq oldu
24/06/2019 [16:55]:
"Avropa Məhkəməsinin Dilqəm və Şahbazla bağlı qərarını gözləyirik" - Çingiz Hüseynov
24/06/2019 [16:52]:
“Sumqayıt ölkəmizin qeyri-neft sənayesinin paytaxtıdır”
24/06/2019 [16:48]:
Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” - VİDEO
24/06/2019 [16:42]:
Ağsu aşırımında qeyri-adi ilan görənləri heyrətləndirib – FOTO
24/06/2019 [16:37]:
Azərbaycanda Cənubi Karolina Universitetinin Kvalifikasiya diplomunu almaq mümkün olacaq
24/06/2019 [16:34]:
"İnanıram ki, Xarici Kəşfiyyat Xidməti də yenidən bu quruma birləşdiriləcək..."
24/06/2019 [16:32]:
“Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” adlı elmi konfrans keçirilib
24/06/2019 [16:15]:
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub
24/06/2019 [16:13]:
Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”
24/06/2019 [16:11]:
Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi
24/06/2019 [16:07]:
"Uşaq oğurluğu, orqan alveri ilə məşğul olan həmin qüvvəni zərəsizləşdirmək lazımdır"
24/06/2019 [15:49]:
“Burda sürücüyə 2500 avro maaş verirlər...”- Almaniyada sürücü işləyən soydaşımız...
24/06/2019 [15:48]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
24/06/2019 [15:39]:
Min yeddi yüz məhmətçik iki xain terrorçunun izinə düşdü - FOTO
24/06/2019 [15:22]:
Laçında daha bir Azərbaycan məbədinin erməni kilsəsi kimi açılışı oldu... - FOTOLAR
24/06/2019 [14:49]:
Azərbaycanda daha bir “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir - FOTOLAR
24/06/2019 [14:34]:
Vilayət Eyvazov müşavirə keçirdi
24/06/2019 [14:26]:
Sabah 40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
24/06/2019 [14:17]:
BMT Baş katibinin müavini İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
Bütün arxiv bir sırada
19/05/2019 [19:01] - Siyasət - ( 5940 dəfə baxılıb)

""DQR" adlı qulpu olmayan bir çemodanı sürükləmək üçün yaxa cırmaq mümkün deyil..."



Hələ ümid var…

Və yenə də Qarabağ haqqında
 
Moderator.az azərbaycanlı, Rusiyanın məşhur iş adamı və xeyriyyəçisi, milyarder Fərhad Əhmədovun “Exo Moskvı” radiosunun internet saytında 18.05. 2019-da  dərc edilmiş məqaləsini oxuculara təqdim edir:

“Azərbaycan və Ermənistan arasında münaqişə 30 ildən çox davam edir. Əvvəl müharibə, daha sonra atəşkəs. Əsrin dörddə biri qədər uğursuz danışıqlar. Vasitəçilik prosesini imitasiya edən diplomatlar və siyasətçilər artıq qocalmağa imkan tapıblar, onların sponsorları isə özlərinə bütün düşünülən siyasi dividendləri və "sülhməramlılar" imicini qazanmışlar.

İndi də heç nə yerindən tərpənməyib. Bu arada, həll edilməmiş konfliktin qiymətini sayğac getdikcə daha çox fırladır: tərəflər silahlanmaya milyardlarla dollar sərf edirlər, əsgərlərin təmas xəttində qanı və onlara ağlayan anaların göz yaşları tökülür, daha çox uşaqlar əcdadlarının torpaqlarından və məzarlarından kənarda doğulur və qarşılıqlı nifrət qəlbləri zəhərləməyə davam edir.

Biz keçmişdə boğulub qaldığımız müddətcə, dünya dəyişir, yeni bir dövrə daxil olur. Sürətlə görkəm dəyişən qlobal inkişafın, yeni çağırışlar və fürsətlərin fonunda Qarabağ münaqişəsi, bizim xalqlarımızın dünya inkişaf tempini tutmağına mane olan keçid dövrünün qalıqları kimi görünür. Bununla belə, Azərbaycan bu geriqalmanı kompensasiya etmək üçün resurslara malikdir, amma Ermənistan üçün bu, ölümcül ola bilər. Ömür boyu əbədi olaraq coğrafi izolyasiyada, real görünməyən sərmayələrsiz və əsaslı xarici iqtisadi əlaqələrsiz, yalnız beynəlxalq kreditlər, diasporanın köməyi ilə yaşamaq və "Dağlıq Qarabağ Respublikası" adlı, əl tutacağı olmayan bir çemodanı sürükləmək üçün yaxa cırmaq mümkün deyil. Durgunlaşma gündəmdədir, gələcəkdə isə - aşınma və sönmə var. Gələcək yoxdur ...

Nəticə çıxarmaq lazımdır. Əgər tezislər şəklində ifadə etsək, onlar şəxsən mənə bu cür görünür:

• Bizdən başqa heç kim sülhə nail ola bilməz. Yalnız biz - özümüz.
• Aramızdakı sülh- bizim birgə məsuliyyətimiz və vəzifəmizdir. Biz özümüz ona nail olmağı istəməliyik və özümüz hərəkətə başlamalıyıq.
• Hamı - dövlət başçılarından tutmuş, siyasətdən uzaq sadə adamlaradək, sərhədlərin hər iki tərəfində - qarşıdurmanı dayandırmaq və sülhə doğru getmək üçün psixoloji və praktiki zəmin hazırlamağa borcluyuq və yaranmış dalandan çıxmaqdan ötrü mümkün olan hər şeyi etməliyik.

Beləliklə, birbaşa danışmaq və razılaşma əldə etmək lazımdır. Uzun illərdir ki, mən bu nəqarəti təkrarlayıram  - başqa heç bir variant yoxdur və olmayacaq.
Amma, bilmirsən kimlə danışasan və razılaşasan?  Buna bir aydınlıq gətirmək lazımdır. Əslində, məhz bu məni yazmağa istiqamətləndirdi.

İyirmi ildir ki, “Qarabağ klanı” Ermənistanda hakim idi. Onun liderləri danışıqlara meylli deyildilər, ilk növbədə, vaxt məhdudiyyəti olmayan cinayətləri - müharibə, etnik təmizləmə və digər müharibə cinayətlərini başlatdıqlarını dərk edib, məsuliyyət daşıdıqlarına görə. Bu "müharibə partiyası" həmçinin Ermənistana da işğal olunmuş ərazilər kimi yanaşdı, onu faktiki olaraq özəlləşdirdi və əvəzinə "mühasirəyə alınmış qala" sindromunu cəmiyyətdə yaymağa başladı.

2018-ci ilin dramatik hadisələri Ermənistanda rejim dəyişikliyinə gətirib çıxardı. Yeni rəhbərliyin hakimiyyətə gəlməsi yalnız ölkədə deyil, onun sərhədlərindən kənarda da ümid yaradırdı. O cümlədən, özlərini bəşəriyyətə qarşı cinayətlər törətməklə ləkələməyən yeni liderlərin nizamlama prosesini ölü nöqtədən tərpətmək realizminə ümid edən.., Azərbaycanda da.

O zamandan bəri bir il keçib. Vəziyyəti sözlərlə deyil, əməllərlə qiymətləndirmək zamanı gəlib. Ancaq indiyə qədər yalnız sözlər səslənir. Üstəlik, Ermənistan rəhbərliyinin son ritorikası yenidən münaqişənin həll prosesini geri atır. Mən Baş nazir N. Paşinyanın son bəyanatları haqqında deyirəm. Onların mahiyyəti: Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmağa hazırlaşmır; bundan başqa, güc və yaranmş status-kvodan çıxış edərək, danışıqlar aparmaq üçün yeni ərazilərin tutulma ehtimalı istisna edilmir. bundan əlavə, baş nazir tanınmayan "Dağlıq Qarabağ Respublikası" nın danışıqlar prosesinə qaytarılmasının vacibliyini bildirib.

Bu bəyanatı, yaranmış reallıqların qeyri-adekvat dərki və münaqişə tərəflərinin hərbi balansını əks etdirən  populist ritorikası hesab etmək olar. Amma cənab Paşinyan heç bir siyasi dalğanın üstündə təsadüfən yüksəlmiş bir diletant deyil. O öz komandası ilə birgə atdığı çoxgedişli kombinasiyanın yekununda,  ən güclü mövqedə olmasalar da, nəticədə Ermənistanın lideri oldu. Danışıqlar zamanı öz mövqelərini möhkəmləndirmək, motivindən asılı olmayaraq, onun  bu bəyanatları yalnız nəticəsiz deyil, həm də həqiqətən təhlükəlidir. O cümlədən Ermənistanın özü üçün də. Özünün danışıq mövqelərini möhkəmləndirmək məqsədilə özgə əraziləri işğal etmək haqqında bəyanatı, şantajı və ya onları sülhə dəyişmək, bununla da  yaranmış hərbi-siyasi reallığı görməməzlikdən gəlmək- bu bir şüşədə toplanmış sinizmidir, blefdir və uyğunsuzluqdur. Və əslində - "kazus belli"( yəni müharibə elan etmək üçün formal bəhanə-tərcümə).

Xüsusilə belə bir aspektə toxunuram. Paşinyana görə sülh mübadiləsi üçün ələ keçirmək niyyətində olduğu ərazilərin əhalisinin taleyi necə olacaq? Onun strateji hesablamalarında bu nəzərə alınmır – bir söz belə yoxdur. Son onilliklərin kədərli təcrübəsi göstərir ki, məsuliyyətsiz bəyanatlar və cəzasız hərəkətlər arasındakı məsafə, Bosniyadan Ruandaya qədər, çox kiçik ola bilər. Və onun son dayanacağı Haaqa (beynəlxalq hərbi tribunalın yerləşdiyi şəhər) şəhəri son dayanacağı ola bilər.
Düzünü deyim ki, ilk günlər mən, bəşəriyyətə qarşı cinayət törətdiyinə, ilk növbədə işğal olinmuş ərazilərdə etnik təmizləmə apardığına görə, Ermənistanda özünü diskreditasiya etmiş Koçaryan və Sarkisyan hərbi –cinayətkar rejimini əvəz edən yeni dalğanın hakimiyyətə gəlməsini pozitiv qəbul etdim. Mən inanırdım ki, erməni cəmiyyətindən etimad mandatı alan və "Qarabağ klanı" tərəfindən ona miras qalmış “ Avgi tövləsini”  həqiqətən də təmizləməsinə başlayan Paşinyan, Azərbaycanla münaqişənin həllində yeni bir kurs götürəcək. Təəssüf...

Tanınmayan Dağlıq Qarabağın danışıqlara qoşulması ilə bağlı hissəyə diqqət edək. Bu, beynəlxalq səviyyədə tanınmış təcavüzkarlıq aktını "əzabkeş azlıqların" milli öz müqəddəratını təyin etməsinə çevirmək üçün bir hiylə deyilmi? Məgər Qarabağ ermənilərinin danışıqlar masasına çıxarılması Ermənistanın təcavüzkar olduğu faktı gizlədə bilərmi? Heç kim tərəfindən tanınmayan psevdo  “dövlətin” nümayəndələrinin statusu nə olacaq? Qarabağ erməniləri - dövlətə qarşı silahlı üsyan başlayan, Azərbaycan və Ermənistanın beynəlxalq danışıqlarında üçüncü tərəf ola bilməyən Azərbaycan vətəndaşlarıdır. İrəvanın bu kartı oynaması alınmaz. Nədən qəsdən gündəmə reallaşmayan ideyalar təklif olunur? Yeri gəlmişkən, bununla əlaqədar başqa bir sual var. Paşinyanın sözlərinə görə, Qarabağ erməniləri prosesdə bərabər iştirakçı olmalıdırsa, onda niyə Azərbaycan icmasının nümayəndələrinin iştirakı üstündən sükutla keçilir? Bu barədə onun kəlməsi də yoxdur.

Belə çıxır ki, Ermənistanın yeni rəhbərləri danışıqlarda tərəfdaş kimi hələ yetişməyiblər. Buna maneə olan səbəblər çoxdur, o cümlədən qeyri-sabit daxili mövqelər, hərbi-siyasi xunta”DQR” tərəfindən və xarici diaspora tərəfindən təzyiqlər, köhnə rejim revanşistlərinin təzyiqi manevr üçün meydanı daraldıb. Görünür ki, Ermənistanın keçmiş rəhbərliyinin münaqişənin həll yoluna getmə imkanları olub, amma arzuları olmayıb, indikilərin isə əksinə, arzuları var (heç olmasa, buna ümid etmək istəyirəm), amma imkanları yoxdur.

Ancaq Azərbaycan  Ermənistanın daxili problemlərinin əbədi girovu ola bilməz! Zaman, konfliktin obyekti olanda geri dönmədən keçmişdə qalıb; o indi subyektdir və bu danılmaz fakt görünür, hələ də erməni elitası tərəfindən qəbul edilməmişdir. Nahaq yerə! Biz əbədi olaraq gözləyə bilmərik!
Və burda iki dilemma yaranır-biri Ermənistan üçün, o biri Azərbaycan üçün.
Ermənistan daxili fikir ayrılığını aradan qaldırmalı və münaqişənin həlli üçün real (imitasiya yoxl) danışıqlara getməlidir. Ya da, Azərbaycanın beynəlxalq hüquqdan mandatı var və ikinci raunda hazır ol.

Azərbaycan, öz növbəsində, Ermənistan tərəfindən qarşılıqlı addımlar olmadığı təqdirdə pis və ən pisi seçmək məcburiyyətində qalacaq. Pis ssenari - suverenliyin və ərazi bütövlüyün güc yolu ilə bərpasıdır (əslində, 25 il bundan əvvəl Ermənistan tərəfdən bu pozulub). Ən pis ssenari - mövcud status-kvonun konservləşdirilməsidir. Aydındır ki, münaqişənin siyasi həllində heç bir irəliləyiş olmasa, bu ssenarilərdən hansı həyata keçiriləcək və hadisələrin bu cür inkişafı üçün kim məsuliyyət daşıyacaq. 

Tərəflər problemi həll etmək üçün yolun yarısını nə qədər  tez keçsələr bir o qədər yaxşı olar. Onlar problemi həll etmək və düşmənçiliyə son qoyub sülh içində yaşamaq və qarşılıqlı əlaqəyə keçmək üçün ümumi, hələ də davam edən şanslarını qaçırmamalıdırlar. Ermənistan Qarabağın işğalına son verməlidir, Qarabağ da Ermənistanın.  Azərbaycan isə öz erməni icmasının muxtariyyətini, bərabərhüquqluluğunu, təhlükəsizliyini və tərəqqisini vahid dövlətin tərkib hissəsi kimi təmin etməlidir.

Buna alternativ- İkinci Qarabağ müharibəsidir. Yaranmış qeyri-sabit status-kvo əbədi deyil, bir top yaylımının ilk səsi ilə çökəcək, fəlakətli nəticələr isə gələcək nəsillərə qalacaq.

Tərcümə etdi:İlham İsmayıl

loading...
loading...
“Bəyəm, Ərdoğan kürd, laz, erməni, çərkəzin qardaş olduğunu söyləmirmi?”
Narkobaronların mülkləri satılıb yoxsullara veriləcək - MARAQLI
Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” - VİDEO
"Uşaq oğurluğu, orqan alveri ilə məşğul olan həmin qüvvəni zərəsizləşdirmək lazımdır"
Artur Rasizadə son nazir təyinatlarından danışdı: "Bu təyinatlar sıradan deyil..."
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İdman
Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
Gündəm
İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün...
Gündəm
Düşmən “soyqırım qurbanları”nın xatirəsinə xaç ucaltdı: “Qurbanlar”ın xatirəsinə salınan meşədə...
Dünya
Min yeddi yüz məhmətçik iki xain terrorçunun izinə düşdü - FOTO
Ədəbiyyat
“Efirlərimizdə kitabla, ədəbiyyatla bağlı verilişlərin olması olduqca sevindiricidir...”
Həftənin ən çox oxunanları
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Keçmiş milli təhlükəsizlik nazirindən Əli Nağıyev haqqında İLGİNC FİKİRLƏR...
7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
Avropanın ən böyük cinsi əlaqə festivalı keçirilir — İNSANLAR BİR-BİRİNİN GÖZÜ QARŞISINDA (FOTOLAR)
Zakir Həsənov elan etdi: torpaqlar azad edilir - Analiz
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə..."
Dünənki güllələnmənin anbaan görüntüsü yayıldı - VİDEO
Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)