Xəbər lenti
27/06/2019 [01:22]:
Tramp: "İranla müharibənin olmayacağına ümid edirəm"
27/06/2019 [01:21]:
ABŞ sanksiyalarla İrana 50 milyard dollar ziyan vurub
27/06/2019 [01:20]:
General-leytenant Fuad Məmmədov: “Bu gün regionda ən güclü ordu Azərbaycan ordusudur”
27/06/2019 [01:17]:
Türkiyədə 58 dərəcə isti qeydə alındı
27/06/2019 [01:05]:
Avropa Şurasına yeni baş katib seçilib
27/06/2019 [00:05]:
Ronaldonun istirahət etdiyi yaxtanın qiyməti bilindi - FOTO
26/06/2019 [23:58]:
Oğullarına ağıllı olması üçün ona inanılmaz ad qoydular - MARAQLI
26/06/2019 [23:51]:
Əli Nağıyev və İlham İsmayıl Goranboy-Göygöl əməliyyatında çiyin-çiyinə... - VİDEO
26/06/2019 [23:43]:
Pəncərədən düşən körpəni havada tutdu - VİDEO
26/06/2019 [23:25]:
"Messiyəm" dedi, 23 qadını aldadıb birlikdə oldu - FOTO
26/06/2019 [23:13]:
Rusiya ordusunun indi də "S-500"ü olacaq
26/06/2019 [22:56]:
Rusiya 99 faiz hazırdır: S-400-lər Türkiyəyə göndərilir
26/06/2019 [22:07]:
“Qarabağ dövlət universiteti” erməni magistrlərə diplom verdi – FOTOLAR 
26/06/2019 [22:05]:
Ayının mağarada saxladığı adam 1 ay boyunca sidiyini içərək həyatda qaldı - İNANILMAZ...
26/06/2019 [22:00]:
Türkiyədə yaşayan azərbaycanlı aktrisa ərə getmək qərarına gəlib...
26/06/2019 [21:57]:
"Ad günü paltarımı yoxlayıram" dedi, yarıçılpaq paylaşması tənqidə tuş gəldi...
26/06/2019 [21:53]:
Gül yeni partiya qurur, erməni əsilli iqtisadçını da dəvət edir
26/06/2019 [21:44]:
Alman polisi tamamilə çılpaq vəziyyətdə motosikl sürən əhlikefi saxladı - MARAQLI...
26/06/2019 [21:41]:
Minsk-2019: Azərbaycan 14-cü medalını qazanıb
26/06/2019 [21:39]:
Keşişin etdiyi hərəkət izləyənləri çaşqına çevirdi - RƏZALƏT...+ VİDEO
26/06/2019 [21:27]:
Rusiyanın AŞ PA-ya üzvlüyü bərpa edildi - Azərbaycan da dəstəklədi
26/06/2019 [21:22]:
Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi
26/06/2019 [21:06]:
İŞİD geri qayıtdı: Ölənlər var
26/06/2019 [20:52]:
“Neftçi”nin oyunu yarımçıq dayandırılıb
26/06/2019 [20:42]:
"İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm"
26/06/2019 [20:40]:
Minsk-2019: Azərbaycan Avropa Oyunlarında ilk qızıl medalını qazanıb
26/06/2019 [20:27]:
Tbilisidə mitinq yenidən bərpa edilib
26/06/2019 [20:14]:
İlham Əliyev: "Müharibə hələ bitməyib, hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək"
26/06/2019 [19:36]:
10 manatlıq əskinaslar on qat bahasına satışa çıxarıldı - SƏBƏB - FOTO
26/06/2019 [19:32]:
Balotelli Azərbaycan mahnısı paylaşdı: “Yandım, ay aman” - VİDEO
26/06/2019 [19:08]:
Vulkan bir əsrdən sonra oyandı, hər şeyi məhv etdi - VİDEO
26/06/2019 [19:03]:
Restoran əməkdaşı Trampın oğluna tüpürdü
26/06/2019 [18:52]:
II Fəxri Xiyabanda Şəhid leytenantın doğum günü qeyd edildi - FOTOLAR
26/06/2019 [18:44]:
Azərbaycanda dəmir yolu ilə sərnişindaşımaların həcmi 21% artıb
26/06/2019 [18:43]:
Növbədənkənar parlament seçkiləri: Anormal seçkiqabağı kampaniya hökm sürür...
26/06/2019 [18:38]:
Ziya Məmmədov nazir kürsüsün xiffətindən xeyli kilo alıb...
26/06/2019 [18:25]:
Daşnaklar Xankəndində iclas keçirib nəticələrini Rusiya səfiri ilə müzakirə etdilər
26/06/2019 [18:23]:
Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - DƏHŞƏTLİ STATİSTİKA...
26/06/2019 [18:18]:
Nazir Kəmaləddin Heydərovun Şəkidə vətəndaş qəbulunun tarixi dəyişib
26/06/2019 [18:16]:
Gömrük postunun yaxınlığında yanğın çıxıb - Biləsuvarda
26/06/2019 [17:46]:
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi - 1,1 milyard avro itiriblər
26/06/2019 [17:44]:
Elçibəyin müşaviri vəfat etdi
26/06/2019 [17:43]:
Sahil Babayev Hessa Buhumaidlə görüşüb
26/06/2019 [17:39]:
Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı -FOTOLAR
26/06/2019 [17:18]:
İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə
26/06/2019 [17:17]:
Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi
26/06/2019 [17:05]:
Beynəlxalq Türk Akademiyası yanında "Dil və Terminologiya" Daimi Komissiyası qurulub
26/06/2019 [16:44]:
"Nüşabə də göbək rəqsi oynayıb, əcəb edib, pis iş görməyib ki..." - VİDEO
26/06/2019 [16:18]:
Həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalan qadın üç uşağıyla küçədə yaşayır -FOTO
26/06/2019 [16:05]:
“30 ildən sonra Azərbaycanda neft-qaz tükənəcək- buna hazırlaşmaq lazımdır...” 
26/06/2019 [15:59]:
İmamoğlu yeni işinə nə vaxt başlayır?
26/06/2019 [15:29]:
Prezidentin ev hədiyyə etdiyi aktrisa: "Sənətə və sənətkarlara sahib çıxmağınıza görə..."
26/06/2019 [15:25]:
Hacı Əliyev yarımfinalda - Rəqibi yenə ermənidir
26/06/2019 [15:23]:
“Bunu böyük faciə kimi qəbul etmək olmaz” - Nazirdən yanğın açıqlaması
26/06/2019 [15:22]:
Dünyanın ən güclü tank əleyhinə raketi ordumuzun sərəncamında - FOTO + VİDEO
26/06/2019 [15:22]:
Kəmaləddin Heydərovla Eldar Əzizov yanğın yerində - Qərargah yaradıldı
26/06/2019 [15:10]:
AQTA Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı məlumat yayıb
26/06/2019 [15:05]:
Bəhruz Kamalvandi: "İran uranın zənginləşdirilməsini sürətləndirəcək"
26/06/2019 [14:49]:
"Ey adam, hər şeyə görə təşəkkür edirəm, səndən gələn acı belə şirindir" - VİDEO
26/06/2019 [14:31]:
Fazil Məmmədovun sağlıq durumu ilə bağlı açıqlama: "Xəstəlik tez-tez iltihab yaradır...."
26/06/2019 [14:24]:
Tbilisidə nümayişlər zamanı saxlanılanların 51-i azadlığa buraxılıb
26/06/2019 [14:18]:
"Əgər bir insan dünyasını dəyişən yaxınına savab qazandırmaq istəyirsə, bunu etsin..."
26/06/2019 [14:11]:
"Siz canınızla gənc Azərbaycan ordusunun namusunu müdafiə etdiniz” - ŞANLI TARİX...
26/06/2019 [13:58]:
Yaponiya və ABŞ liderləri Yaxın Şərq və KXDR məsələlərini müzakirə edəcəklər - G20 sammiti çərçivəsində
26/06/2019 [13:42]:
Unudulmaz heç zaman...
26/06/2019 [13:40]:
Zığ şosesində fərdi yaşayış evləri yanır
26/06/2019 [13:39]:
“On milyon azərbaycanlı kimi mənim də ordumuzdan bir gözləntim var...”
26/06/2019 [13:38]:
Dünyanın ən yaxşı restoranlarının reytinqi açıqlanıb - TOP-10
26/06/2019 [13:23]:
Mingəçevirdə tanışını qətlə yetirən şəxs tutulub
26/06/2019 [13:21]:
İran neft satışını artırıb
26/06/2019 [13:19]:
Nazir müavini: "İlin sonunadək Qarabağ müharibəsi əlillərinə daha 740 mənzil veriləcək"
26/06/2019 [13:19]:
Türkiyə səfirliyi araşdırma aparır - Bakını işğaldan azad edən türk əsgərlərinin Gürcüstandakı məzarları ilə bağlı
26/06/2019 [13:06]:
Hacı Əliyevdən uğurlu start: erməniyə aman vermədi
26/06/2019 [12:49]:
Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq - HAVA PROQNOZU
26/06/2019 [12:44]:
Bakı Media Mərkəzindən Silahlı Qüvvələr Günü ilə bağlı - FOTOREPORTAJ
26/06/2019 [12:40]:
Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanılıb
26/06/2019 [12:36]:
Dönərxanadakı kütləvi zəhərlənmənin səbəbi məlum oldu
26/06/2019 [12:16]:
Ötən gecə itkin düşən uşaq tapıldı
26/06/2019 [12:05]:
Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR
26/06/2019 [12:01]:
İki ABŞ əsgəri Əfqanıstanda öldürüldü
Bütün arxiv bir sırada
20/05/2019 [10:55] - Dünya - ( 731 dəfə baxılıb)

Bəşəriyyət qida menyusuna həşəratları daxil edir – SƏBƏB

Həşərat, böcək, qurd yeyənlər barədə bilmədiklərimiz


İllər öncə heç təxmin etməzdik ki, çiy balıq və ya çiya (chia) toxumu bu qədər populyar ola bilər. Amma indi bu yeməklər dünya insanının menyusuna rahatlıqla daxil olub. Naharda suşi yeyənlər axşamlar da chia toxumunu nuş edirlər. Necə düşünürsünüz, yemək  vərdişləriniz qızarmış çəyirtkələri də əhatə edəcək şəkildə dəyişə bilərmi?
İnsanların onu hansı səbəbdən yeməsi və bunun ekologiyaya hansı formada fayda verməsi də suallar sırasındadır. Bu həftə İngiltərənin paytaxtı Londondakı bir suşi restoran şəbəkəsi olan “Abokado” çəyirtkələri yemək menyusuna əlavə edərək, bu yeməklərin həm sağlam, həm də daimi menyunun atributları olduğunu qeyd etdi.

BBC-in  Nyusbeat heyətindən Lindsay Braun çəyirtkələrin, ya da böcəklərin necə yemə vərdişlərimizi dəyişdirə biləcəyini qələmə aldı. “Abokado”nun müdiri Kara Alderin bir neçə il ərzində böcəklərin hər gün yediyimiz yeməklərin içində yerini alacağını düşünür. Yenə İngiltərədə super market zənciri “Sainsburys” da 250 şöbəsində keçən il qurdcuqları yemək olaraq satmağa başladı. Başqa markalar da buna bənzər məhsulları sağlam və təbiət dostu olduğunu  vurğulayaraq yemək menyularına daxil edir, satışa çıxarır, eləcə də bundan böyük miqdarda pullar qazanır.

Digər tərəfdən dünyanın dörd bir tərəfində 2 milyard nəfər insan hal-hazırda böcək yeyir. Buna entomofagi deyilir.

“Kirliliyi azaldır”

Bəzi böcəkləri bütünlüklə yeyə bilərsiniz. Amma məsələn, inəklərin, sadəcə, 40 faizi yemək üçün yararlıdır. 2013-cü ildə yayımlanan bir Birləşmiş Millətlər Təşkilatı sənədi böcək yeməyin qidalanmağa yardımçı olacağını və kirliliyi azaldacağını iddia edir. “Imperial College London”da çalışan həkim Tilli Collins, böcək yeməyin geniş yayılmasına ümid etdiyini, bunun təbiətə çox böyük faydalarının olduğunu deyir: “Qərbdə də hazırda yediyimiz miqdarda əti yeməyə davam edə bilməyəcəyimiz üçün davamlılıq getdikçə çətinləşir. İnkişaf etməkdə olan ölkələrdə isə qida təhlükəsizliyi bir problem olduğu üçün böcək yemək ciddi bir qidalanma mənbəyi ola bilər”.

Böcək yetişdirilməsində heyvan yetişdirilməsi ilə müqayisədə daha az miqdarda torpaq, qida və sudan istifadə olunur. Eyni zamanda inəklərin ifraz etdiyi metandan 100-də 80 daha az metan qazı böcəklər tərəfindən ifraz edilir.


Kembric Universitetindən zooloq Şarlot Payne bəzi ət qaynaqlarının təbiətə çox daha az neqativ təsirinin olduğunu deyərək böcək yetişdiriciliyinin də bu gün bir çox ət məhsulunda olduğu kimi böyük bir ticari bazara çevriləcəyi xəbərdarlığını edir.

“Böcək yemək haqqında" adlı kitabın yazarlarından biri olan Joshua Evans böcək yeməyin zənn edildiyini qədər təbiətə faydalı olmaya biləcəyini deyir.

Vegan Cəmiyyəti adlı təşkilata görə isə planeti xilas etmənin tək yolu bitki ağırlıqlı bir qidalanma vərdişlərinə qayıtmaqdır.

“Karamelize qurdlar çox ləzzətlidir”

Bəzilərini qanadlı bir böcək yemək və ya xırt-xırtlı bir qurd yemə fikri dəhşətə salır. “Imperial College London”un yeni bir araşdırmasına görə, yeni şeyləri sınaqdan keçirmək məsələsində uşaqlar daha istəklidilər. Bəzi böcəklərin ləzzətli olduğunu deyən Kollins insanların daha kiçik yaşda vərdişlərində dəyişiklik etməyə açıq olduğunu deyir.

Zooloq Charlotte Payne insanların bilmədikləri bir şeyi təcrübədən keçirməyə istəkli olmadığını, böcəklərin ləzzətli olduğunu düşünmədiklərini deyir. Ancaq Payne hesab edir ki, son səkkiz ildə İngiltərədə insanların yeyilə bilən böcəklərə baxışı müsbət bir şəkildə dəyişib.

“Bir həftə boyunca böcək yemək” adlı sənədli film üçün yanvar ayında bir həftə böcək yeyən Radio 1 DJ’i Adele Robertsa fikrinin dəyişdiyini və bundan sonra bir restoran menyusunda böcək gördüyü zaman onu yeyə biləcəyini deyir.

Robertsaya görə, necə bişiriləcəyini bilsəniz, böcəklər çox ləzzətli ola bilər. Robertsa o zamandan bəri çox tez-tez böcək yeyə bilməməsinin səbəbi olaraq marketlərdə bu məhsulların satılmamasını göstərir...

Yerli əhalinin hələ konkistadorların gəlişindən əvvəl həşərat yedikləri Meksikada vəziyyət gözlənildiyindən daha mürəkkəbdir.

Burada adamlar ABŞ-dan fərqli olaraq həşərat yeməkdən iyrənməsələr də, onları xüsusi olaraq yetişdirən yoxdur.

Rene Cerritos Milli Muxtar Meksika Universitetindən təkamülçü bioloqdur. O hər cürə hoppanan və ya sürünən həşəratların tamarzısıdır və yerli fermerləri belə həşəratları yetişdirməyə sövq etmək istəyir.

Onun sözlərinə görə, dünyada iki minədək yeməli həşərat növü var. Bunların dörddə birinə Meksikada rast gəlmək mümkündür. Amma di gəl ki, onlara tələbat yoxdur: “Problem bundadır ki, qərblilər həşərat yemək istəmirlər və Meksika da getdikcə qərbləşir. Biz ispan işğalınadək olan dövrdəki bir çox ənənələrimizi itirmişik. Həşərat tonlarla və milyonlarladır. Amma onları yığıb yeyən yoxdur”.

Çəyirtkələr və fermerlər

Əgər Kaliforniyada cırcırama yetişdirilərsə, Meksikada ən ləziz təam olaraq çəyirtkələr sevilir. Bu həşəratlar bir-birlərinə çox bənzəyirlər, amma hər şeyi yeyən cırcıramalardan fərqli olaraq çəyirtkələr sırf vegetariandır.

Meksikada çəyirtkə ziyanverici həşərat sayılır. Onlar məhsulu tələf edir və fermerlərə maliyyə ziyanı vururlar.

30 yaşlı fermer Jose Moreno Sançez kimi bəziləri bu problemə gözlənilməz tərəfindən yanaşıblar.

“Çəyirtkələr bizim bütün məhsulumuzu yeyib qurtarırdılar. Biz də qərar gəldik ki, bunlarla daim mübarizə aparmaqdansa pul qazanaq” - deyir Sançez.

Daha çox şərq ölkələrində normal qəbul olunan həşəratları qida kimi qəbul etmək ənənəsi hələ də Avropa və postsovet ölkələrində çoxunun ikrahla yanaşdığı məsələdir. Amma həşəratdan iyrənmək heç də onun faydalı qidalandırıcı əhəmiyyətini azaltmır.

Həşərat yeməyin faydaları

“Ratgers” Universitetinin yeni araşdırmasına görə, həşərat və cücülər insan əcdadının ilk qidasından biri olub. 100 min illər keçməsinə baxmayaraq müasir insanlar da istədiyi qədər həşərat yeyə bilər.  Molecular Biology jurnalında dərc olunmuş materialda deyilir:

“Uzun illər hesab olunurdu ki, həşəratların ekzoskeletləri çətin həzm olunur, amma bu belə deyil. Sübut olunub ki, müasir canlıların hələ də işlək çiya geni var ki, bununla həşərat skeletini həll etməyə gərək olan mədə fermenti ifraz olunur.

Düzdür, hazırda çiya geninin bir surəti mövcuddur, amma Şərqi Asiyanın adalarında daha çox həşəratla qidalanan əhalinin genində 5 belə gen surəti aşkar olunub".

İnsanın mədə və mədəaltı vəzisi fermentinin həşəratların üzərində olan bərk qılafı necə həzm etməsi məsələsi hələ də mübahisə doğurur. Lakin bu araşdırmalar Avropa ölkələrində aparılıb; bəs gecə-gündüz həşərat yeyən Şərq ölkələrinin insanları həşəratları necə həzm edir?

“Əgər insanın xüsusi həzm fermenti olmasa da, həşəratlar uyğun qaydada bişirilsə onun həzmində heç bir problem olmayacaq. Axı insan həşəratı çiy yemir. Axı quruda olan həşərartlarla dəniz məhsullarının çoxunun növü eynidir. Bəs niyə omar və krevetka, xərçəng ləzzətlə yeyilib, delikates sayılır, digər həşərat növləri yox?”.

Gələcəkdə yeməli həşəratların qida üçün perspektivləri mövzusunda keçirilən məruzələrdə 2050-ci ildə çoxalan Yer kürəsi əhalisinin qida tələbatını ödəmək üçün 1900 növ yeməli həşərat istehsalı və satışı sahəsi inkişaf etməlidir. Həşəratlar insan orqanizmi üçün tələb olunan zülal mənbəyidir. Dünyada 2 milyard insanın qida rasionunda olan həşəratlar getdikcə daha çox insanı əhatə edəcək. Yeməyə yararlı həşəratlar sağlam yağ, zülal, karbohidrat, vitamin və mineral mənbəyidir və insan orqnanizmi üçün heç bir zərəri yoxdur.

Fərqində olmadan minlərlə böcək yeyirik - necə?

İngilis tədqiqatçısı Emi Batler Qrinfield “Mükəmməl qırmızı” adlı kitabında qida texnologiyasının inkişafı fonunda insanların fərqində olmadan minlərlə böcək yediyini yazıb.

Vətəni Cənubi Amerika olan böcəklər qida boyalarında istifadə olunur və bu məqsədlə çoxaldılır. Karmin böcəyi adlanan bu həşəratın izləri meyvəli yoqurtdan dondurmaya, rəngli içkilərdən keks kremlərinədək bir çox qida məhsullarında mövcuddur. Xüsusilə Peruda sənaye üsulu ilə artırılan böcəyin əzilməsindən əmələ gələn qırmızı boya qadınların istifadə etdikləri pomadalara da qatılır.

Tədqiqatçı müəyyən edib ki, “Karmin” boyasının əsas üstünlüyü onun dayanıqlı olmasıdır. İnsan sağlamlığı üçün heç bir təhlükə yaratmayan bu boya istiyə davamlıdır və rəngi solmur. Digər tərəfdən, mütəxəssislər böcəkdən əldə edilən qırmızı rəngin kimyəvi maddələrdən daha az zərərli olması qənaətindədirlər.

Emi Batler Qrinfieldin kitabında yazılır ki, qırmızı rəngli qida məhsullarının əlavələrinə diqqət etdiyiniz zaman “Karmin” sözünə rast gəlmək olar. Bəzi hallarda bu sözün əvəzinə Avropa İttifaqının kodu olan “E120" yazılır. Bir çox insanların bu boyaya allergiyası olsa da, ekoloji cəhətdən təmiz qatqı maddəsidir.

Hazırda dünyada Karmin böcəklərinin tədarükünün 95 faizi Peruya məxsusdur. Bu ölkədəki Karmin fermalarında 33 minə yaxın insan işləyir. Ötən il Peru 647 ton Karmin qida boyası ixrac edib və 46,4 milyon dollar gəlir əldə edib. Beş millimetr ölçüsündə olan bu böcəyi kaktus yarpaqlarından toplayırlar.

Həşərat, qurd və böcəkləri menyularından əskik etməyən millətlərdən biri də taylandlılardır. Taylandın xüsusilə də şimal-şərqində insanlar cürbəcür həşərat və böcək yeyirlər. Əvvəllər bu kimi həşəratlar tropik meşələrdən əldə edildiyi halda, indi bunun üçün xüsusi fermalar yaradılıb.

Hətta hazırda ölkənin şimal-şərqində 20.000 növdə böcək, qurd və həşərat yetişdirilir. Bu fermalardan il ərzində 7,5 ton məhsul əldə edilir. Məsələnin maraqlı tərəfi ondadır ki, bu fərqli qidalar ölkənin turizm sektoruna yüksək gəlir gətirir. Paytaxt Bankoka axışan turistlər böcək, qurd və həşəratlardan hazırlanan yeməkləri böyük zövq və iştahla yeyirlər. Üstəlik, yeyərkən şəkillərini də çəkdirməyi unutmurlar.(musavat.com)

loading...
loading...
Pəncərədən düşən körpəni havada tutdu - VİDEO
"Messiyəm" dedi, 23 qadını aldadıb birlikdə oldu - FOTO
Ayının mağarada saxladığı adam 1 ay boyunca sidiyini içərək həyatda qaldı - İNANILMAZ...
Alman polisi tamamilə çılpaq vəziyyətdə motosikl sürən əhlikefi saxladı - MARAQLI...
Keşişin etdiyi hərəkət izləyənləri çaşqına çevirdi - RƏZALƏT...+ VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Oğullarına ağıllı olması üçün ona inanılmaz ad qoydular - MARAQLI
Cəmiyyət
Prezidentin ev hədiyyə etdiyi aktrisa: "Sənətə və sənətkarlara sahib çıxmağınıza görə..."
Cəmiyyət
"Əgər bir insan dünyasını dəyişən yaxınına savab qazandırmaq istəyirsə, bunu etsin..."
Cəmiyyət
Anasıyla evsiz qalan 8 yaşlı qız Mehriban Əliyevaya müraciət etdi - VİDEO
Cəmiyyət
Hicaba görə hərbi tribunala verilsə də, baş örtüyünü açmadı - İbrətamiz...
Həftənin ən çox oxunanları
Avropanın ən böyük cinsi əlaqə festivalı keçirilir — İNSANLAR BİR-BİRİNİN GÖZÜ QARŞISINDA (FOTOLAR)
Keçmiş milli təhlükəsizlik nazirindən Əli Nağıyev haqqında İLGİNC FİKİRLƏR...
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
SON DƏQİQƏ! Tanınmış aktyor VƏFAT ETDİ - FOTO
Həkimlər diaqnoz qoya bilmir - Səbəbsiz böyüyür...
"Bu boyda bədən olar?" - Damla bu şəkillərinə görə tənqid edildi - FOTO
İlham Nağıyev haqda bildikləriniz və bilmədikləriniz: Keçmiş şöbə rəisi, indiki şirkət rəhbəri...
Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və... - DƏHŞƏT
Düşməndən “hədiyyəlik tank” bəyanatı: İrəvan bir tankla möcüzəyə ümid edir...
“Əli Nağıyevin nazir təyinatı milli təhlükəsizliyimizin möhkəmlənməsinə yeni töhfələr verəcək”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)