Xəbər lenti
25/06/2019 [09:10]:
“Putin iki ildən sonra gedəcək... -Rusiyanı genişmiqyaslı böhran gözləyir...” 
25/06/2019 [08:44]:
Beyləqanda meşənin içində narkotik plantasiyası aşkar olunub
25/06/2019 [08:42]:
Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər
25/06/2019 [08:40]:
Köçəryan Paşinyanı ittiham etdi
25/06/2019 [07:31]:
13 yaşlı Məhəmməd növbəti dəfə mental riyaziyyat üzrə dünya çempionu oldu-FOTOLAR+VİDEO
25/06/2019 [06:47]:
"Bismillah" demədən sözə başladı- yerə yıxıldı, başı yarıldı...
25/06/2019 [00:37]:
Kobra ilə evləndi, səbəbinə inanmayacaqsınız - MARAQLI
25/06/2019 [00:19]:
Haqq adamı Haqqa qovuşdu
24/06/2019 [23:31]:
“Bəyəm, Ərdoğan kürd, laz, erməni, çərkəzin qardaş olduğunu söyləmirmi?”
24/06/2019 [23:27]:
Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"
24/06/2019 [23:23]:
İrina Kindzerskaya: "Ərim azərbaycanlıdır, onunla Ukraynada evlənmişəm"
24/06/2019 [23:16]:
Daha bir ölkədə hərbi çevrilişə cəhd: Qətliam başladı
24/06/2019 [23:16]:
Türk mütəxəssislərdən xəbərdarlıq: "3-5 yaş arası sünnəti tövsiyə etmirik"
24/06/2019 [22:49]:
Narkobaronların mülkləri satılıb yoxsullara veriləcək - MARAQLI
24/06/2019 [22:31]:
Küçədə qadını döyən boksçudan yeni xəbər: Ölkədən çıxışına qadağa qoyulsa da...
24/06/2019 [22:29]:
Elmar Məmmədyarov: "Cəbhə bölgəsindəki təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqlara xələl gətirir" - MÜSAHİBƏ
24/06/2019 [22:24]:
Təyyarədə yatıb qalan qadın kabus yaşadı - QORXUNC...
24/06/2019 [21:58]:
Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - Xəsarət alan var
24/06/2019 [21:57]:
Şirməmməd Hüseynovla vida mərasiminin yeri dəyişdirilib - YENİLƏNİB
24/06/2019 [21:47]:
"Bu boyda bədən olar?" - Damla bu şəkillərinə görə tənqid edildi - FOTO
24/06/2019 [21:39]:
“Bir göz qırpımında Elçibəy rejiminin əlinə sanballı pul fondu keçdi...” 
24/06/2019 [21:31]:
Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb
24/06/2019 [21:24]:
Çimərlikdə batan qulaq sahibinə geri qayıtdı
24/06/2019 [20:47]:
Minsk-2019: Gimnastlarımız batutda 5-ci olub
24/06/2019 [20:38]:
Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
24/06/2019 [20:37]:
İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün...
24/06/2019 [20:23]:
“Qələbə üçün söz və süngü savaşının əsgərlərinin birgə mübarizəsi şərtdir”
24/06/2019 [20:19]:
Paşinyanın arvadı erməni zabit arvadlarının dəvətilə  Azərbaycana gəldi - FOTOLAR
24/06/2019 [20:11]:
AŞPA-da azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olunub
24/06/2019 [20:08]:
Rusiyanın "Sosna"sı hazırdır: Tamamilə görünməz və...
24/06/2019 [20:07]:
Ürəkkeçmə zamanı nələrdən istifadə etmək lazımdır
24/06/2019 [20:04]:
Səməd Seyidov: "Avropa Şurasında ikili standartlara son qoyulmalıdır"
24/06/2019 [20:02]:
Tbilisidə güclü külək və yağış nəticəsində bir nəfər ölüb - YENİLƏNİB
24/06/2019 [19:57]:
Koroğlu stansiyası yaxınlığında qəza tıxaca səbəb olub
24/06/2019 [19:55]:
Şirməmməd Hüseynov vəfat etdi
24/06/2019 [19:42]:
Hülusi Akar 3 müxalif partiyanın liderləri ilə görüşəcək
24/06/2019 [19:28]:
Zakir Həsənov şəxsi heyəti təbrik etdi –Azərbaycan Ordusunun 101 illiyi münasibətilə
24/06/2019 [19:26]:
“Jara-2019”un “Pre-Party”sində yaşananlar - VİDEO
24/06/2019 [19:25]:
Daşınmaz əmlaka dair texniki pasportların verilməsi xidməti elektronlaşdırılacaq - Bu ilin sonunadək
24/06/2019 [19:25]:
Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadiməyə hökm oxundu
24/06/2019 [19:20]:
Bakıda kişi meyiti tapılıb - Polis yaxınlarını axtarır
24/06/2019 [19:19]:
Elmar Qasımov ipponla qazandı - 4-cü medal
24/06/2019 [19:18]:
Sami Yusuf Bakıda - FOTO
24/06/2019 [19:11]:
Fındıq yığmaq adı ilə evdən Türkiyəyə qaçan qadın Gürcüstanda tapıldı - FOTO
24/06/2019 [18:46]:
ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı ilk - Açıqlama
24/06/2019 [18:44]:
Ramil Usubovun yeni işində ilk görüşü - Foto
24/06/2019 [18:22]:
Gürcüstanda mitinqi zorla dağıdan 10 polis işdən qovulub
24/06/2019 [18:08]:
Müdafiə Nazirliyinin hərbi qulluqçularına rütbələr verildi - SİYAHI
24/06/2019 [17:55]:
Saytlara haker hücumu olub? - RƏSMİ CAVAB
24/06/2019 [17:48]:
Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - Monteneqroda
24/06/2019 [17:24]:
Almaniyada 2 qırıcı təyyarə toqqşudu
24/06/2019 [17:20]:
Düşmən “soyqırım qurbanları”nın xatirəsinə xaç ucaltdı: “Qurbanlar”ın xatirəsinə salınan meşədə...
24/06/2019 [17:19]:
Sən demə, qarğıdalını səhv bişiririk
24/06/2019 [17:19]:
Ağdaşın içməli su təchizatı yaxşılaşdırılır
24/06/2019 [17:13]:
SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçildi
24/06/2019 [17:09]:
Bakıda ana uşağı ilə birgə intihara cəhd edib – FOTO
24/06/2019 [17:05]:
Cahangir Hacıyevin milyonlarla manat xərcləyən həyat yoldaşı hakim qarşısında
24/06/2019 [17:04]:
"AKP və Ərdoğan CHP ilə bir sıra məsələlərdə hesablaşmaq məcburiyyətində qalacaq..."
24/06/2019 [17:04]:
Erməni boksçunu məğlub edən Rüfət: "Qələbəmi atama həsr edirəm"
24/06/2019 [17:00]:
“Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
24/06/2019 [16:58]:
Lənkəran universitetində hava çatışmazlığı: yeddi tələbə qız xəstəxanalıq oldu
24/06/2019 [16:55]:
"Avropa Məhkəməsinin Dilqəm və Şahbazla bağlı qərarını gözləyirik" - Çingiz Hüseynov
24/06/2019 [16:52]:
“Sumqayıt ölkəmizin qeyri-neft sənayesinin paytaxtıdır”
24/06/2019 [16:48]:
Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” - VİDEO
24/06/2019 [16:42]:
Ağsu aşırımında qeyri-adi ilan görənləri heyrətləndirib – FOTO
24/06/2019 [16:37]:
Azərbaycanda Cənubi Karolina Universitetinin Kvalifikasiya diplomunu almaq mümkün olacaq
24/06/2019 [16:34]:
"İnanıram ki, Xarici Kəşfiyyat Xidməti də yenidən bu quruma birləşdiriləcək..."
24/06/2019 [16:32]:
“Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” adlı elmi konfrans keçirilib
24/06/2019 [16:15]:
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub
24/06/2019 [16:13]:
Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”
24/06/2019 [16:11]:
Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi
24/06/2019 [16:07]:
"Uşaq oğurluğu, orqan alveri ilə məşğul olan həmin qüvvəni zərəsizləşdirmək lazımdır"
24/06/2019 [15:49]:
“Burda sürücüyə 2500 avro maaş verirlər...”- Almaniyada sürücü işləyən soydaşımız...
24/06/2019 [15:48]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
24/06/2019 [15:39]:
Min yeddi yüz məhmətçik iki xain terrorçunun izinə düşdü - FOTO
24/06/2019 [15:22]:
Laçında daha bir Azərbaycan məbədinin erməni kilsəsi kimi açılışı oldu... - FOTOLAR
24/06/2019 [14:49]:
Azərbaycanda daha bir “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir - FOTOLAR
24/06/2019 [14:34]:
Vilayət Eyvazov müşavirə keçirdi
24/06/2019 [14:26]:
Sabah 40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
24/06/2019 [14:17]:
BMT Baş katibinin müavini İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
Bütün arxiv bir sırada
20/05/2019 [13:49] - Cəmiyyət - ( 1211 dəfə baxılıb)

Başçısı azərbaycanlı olan çoxuşaqlı ailənin Soçi mafiyası ilə mübarizədə keçən qorxu filmi kimi bir həyat hekayəsi...



7 uşaqlı ailə

Bu həyat hekayəsində 7 uşağın faciəsindən danışacağıq. Hekayətimiz də məhz 7 epizoddan ibarətdir. 
Əhvalat vaqe olur dünyanın hərbi qüdrətinə, təbii sərvətlərinə, şanlı tarixinə, ərazisinə görə ən böyük və ən zəngin ölkəsində- Rusiyada. O ölkədə ki, bir zamanlar dövlət məmurları xalqa xidmət edirdilər, indi bəzi məmurlar vətəndaşlara mənəvi və fiziki terrorla məşğuldurlar.

 

Bir azərbaycanlı ilə bir rusun sevgi hekayəsi necə başladı?



Sovet İttifaqı, Azərbaycan SSR, Tovuz şəhəri. 1965-ci il.

Sadə zəhmətkeş Cəfərovlar ailəsində bir oğlan uşağı dünyaya gəir. Ata el arasında böyük hörmətə malik adi zəhmətkeş insandır. Uşağa Mətləb adını verirlər. Puşkin adına Tovuz şəhər orta məktəbində təhsil alır. 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi münasibətilə dahi şair-mütəfəkkirin portretinin çəkilməsi haqqında məktəblilər arasında keçirilən respublika müsabiqəsinin qalibi olur.

Məktəbi bitirəndən sonra, Sovet ordusunda xidmət edir. Rəssam olmaq arzusunda idi. Lakin Sovet İttifaqının dağılması, çoxsaylı iqtisadi və sosial problemlərin yaranması onun arzusunu ürəyində qoyur. Ev təmiri ustası kimi əmək fəaliyyətinə başlayır. Həmin dövrdə Azərbaycanda işsizlik hökm sürdüyündən ailəyə kömək etmək üçün Mətləb Rusiyaya üz tutur. 1998-ci ildə Soçi şəhərində bir mağazada işləməyə başlayır. Günlərin bir günü həmin mağazada gözəl, mədəni və sadə bir rus qızı işə başlayır…

 

Həqiqətə çevriən zarafat: İki gəncin Soçidə kəsişən taleləri


Sovet İttifaqı, RSFSR, Soçi şəhəri. 1984-cü il.

Dünyanın ən gözəl şəhərlərindən olan Soçidə milis zabiti ailəsi olan Kuçeryavıyların bir qız uşağı anadan olur. Adını Olqa qoyurlar. O, bir qardaşı ilə birgə bu intizamlı və mühafizəkar ailədə tərbiyə alır. Böyük Vətən Müharibəsi qəhrəmanı olan babası Valerinin və Sosialist Əməyi Qəhrəmanı olan nənəsi Polinanın nümunəvi ailəsində böyüyüb tərbiyə almış atası Vladimir Kuçeryaviy isə SSRİ məkanında və bütün dünyada məşhur olan, “Devuşki bıvayut raznıe, çernie, belie, krasnie” mahnısının sözlərinin müəlifidir.

Olqa da Mətləb kimi, məktəb illərində rəssam olmaq istəyir, onun şəkdiyi şəkillərə müəllimlər, dost-tanışlar heyrətlə baxırdılar. Lakin məktəbi bitirəndən sonra bu arzi sanki suya düşdü, çünki artıq ağır 90-ci ilər idi və rəssamlıq təhsili almaq barədə düşünmək çətin idi. Olqa da ailsinə kömək etmək üçün harda iş tapsa işləməlidir. Mətləbin mağazasında boş iş yeri onun ilk əmək təcrübəsini buradan başlamağa qərar verməsinə səbəb olur.

İlk baxışdan onlar bir-birinin xoşuna gəlir, xasiyyətləri, zövqləri, həyata baxışları üst-üstə düşür. Soçi çox gözəl, ağıllı qızlarla zəngin bir yer olmasına baxmayaraq ürəyinə yatan bu sadə qız onun yuxusunu qaçırır. İki xəyali rəssam həyata da eyni rənglərlə, eyni tonlarda baxırdılar.

2000-ci il. Günlərin bir günü Mətləb iş yerində paltarını çirkləndirir. Olqa zarafatla deyir ki, əgər mən sənin təkcə iş yoldaşın yox, həm də həyat yoldaşın olsaydım, paltarını yuyub təmizləyərdim. Mətləb gülümsünüb deyir: “Onsuz da, elə belə də olacaq”. Bu zarafat çox keçmədən həqiqətə çevrilir- elə həmin il.

Sərhəd tanımayan sevginin ağır və uzun bir yolu


Ötən əsrin 90-ci illəri. Dağılmış nəhəng və möhtəşəm fövqəldövlətin xarabalıqları üzərində yeni gənc respublikaların əhalisi yaşamaq uğrunda mübarizə aparır. Belə bir ağır şəraitə baxmayaraq, Olqa və Mətləb hər ikisi çoxlu övlad arzusunda idi, dünyaya ən azı 7 ağıllı, tərbiyəli, savadlı övlad böyüdüb təhvil vermək istəyirdilər. İlk uşaqları anadan olanda onlar başa düşürlər ki, bir-birlərinə sirli bir tale ipi ilə əbədi bağlanıblar.

Beləliklə, bu iki gəncin mübarizə dolu birgə həyatı başlayır. Bu mübarizə 20 ilə yaxın müddətdə onların heç bir problem yaratmadığı naməlum qüvvədən özlərini və çoxsaylı uşaqlarını müdafiə etməkdən ibarət olur. Belə ki, bir çoxu dövlət idarələrində işləyən gizli bir müətəşəkkil qrup bu ailəni hədəfə götürür, onları ayırmaq, həyatlarını zəhərə döndərmək üçün var-gücləri ilə çalışır. Lakin Mətləb və Olqa təslim olmaq fikrində deyildilər. Bu ailə əbədi qurulmuşdu və heç bir qüvvə onları ayıra bilməzdi.

Bu təzyiqlər ailəni daha da gücləndirir, onlar artıq təkcə öz ailələrini deyil, həm də xalqlarını, öz dövlətlərini bu mafiyadan qorumağa çalışırlar. Lakin qüvvələr bərabər deyil. Dövlətin imkanlarını vətəndaşlara qarşı cinayət silahı kimi istifadə edən bu mafiya çox güclüdür. Bunlar Soçi şəhərində faktiki olaraq yarımmüstəqil dövlət yaradıblar və RF qanunlarını veclərinə belə almırlar. Hüquq mühafizə orqanlarında, şəhər meriyasında belə yerləşiblər. Belə bir güclü qrupa qarşı dayanmaq çətin deyil. Lakin, ailə hələ də ayaqdadır.

Prukorluq əməkdaşı həkimə- “Bu uşağı öldürün”


Beləliklə, 2000-ci ildə Soçidə qurulan bu ailə, lakin bundan sonra şəhərdəki naməlum qüvvə tərəfindən qara siyahıya salınıblar, ailəyə təzyiqlər başlayır, qanuni hüquqlarını əllərindən alır, Rusiya qanunvericiliyinə əsasən, çoxuşaqlı olduğuna görə, ailəyə veriləcək sosial müavinətlər, hətta mənzil verilmir. Hətta, uzun illərdir dəfələrlə müraciət etmələrinə baxmayaraq ZAQS idarəsi həmin mafiyanın təzyiqi ilə heç bir əsas olmadan onların nigahını təsdiq etmir, cütlük məcbur qalıb öz nigahlarını Azərbaycanda rəsmiləşdirə bilir. Hətta, sonradan uşaqların onların olmadığı belə iddia olunur, lakin ailə məhkəmədə uşaqların ata və anası olduqlarını ekspertiza ilə sübut edirlər.

Ailənin 4 qız, 3 oğlan olmaqla 7 uşağı var. Soçi şəhərinin Naqornaya küçəsindəki 21 kvadratlıq 1 otaqlı evdə Olqanın atası Vladimir də daxil olmaqla 10 nəfərlik ailə çətin şəraitdə yaşayır. Lakin 7 uşağa görə dövlətin ailəyə verməli olduğu geniş mənzili verməməkləri bir yana qalsın, bu darısqal evi də onlara çox görüb əllərindən almağa çalışırlar. Halbuki, Rusiya qanunları belə çoxuşaqlı ailələrə mənzil, torpaq sahəsi və avtomobil verməyi tələb edir. Ailənin bu haqqını tələb etməsini sahə müvəkkili eşidəndə gəlib onlarla profilaktiv söhbət aparmağa və deyib: “Poymite, Sovetskoqo Soyuza uje netu, uje davno netu”…

İkinci uşaq Sabina doğulanda Mətləb doğum evinə gəlir, yoldaşını ağlayan vəziyyətdə görür. Nə olduğunu soruşanda aldığı cavabdan heyrətə gəlir- “Prokurorluqdan müstəntiq gəlmişdi, məni yatmış bilirdilər, həkimlə danışıqlarını eşitdim, dedi ki, “bu uşağı müalicə eləməyin, qoyun ölsün, bunun atası da, babası da, anası da, nənəsi də hamısı dəlidirlər”. Uşağı da götürüb oranı tərk edirlər…

5-ci və 6-ci uşaqları- əkizlər Nərgiz və Savad anadan olanda yenə Mətləb doğum evinə gedərkən Olqanı təsirlənmiş görür. Nə olduğunu soruşanda əkiz uşağı olmuş və bunlarla birlikdə artıq 6 uşaq anası olan Olqa deyir ki, burada bir körpə var, anası atıb gedib, icazə versən, onu da övladlığa götürüb baxardıq. Mətləb razılaşır, lakin uşağın götürülməsi üçün qanuni prosedurları keçmək mümkün olmur.

Olqa bax belə bir insan, belə bir qadın, belə bir anadır.

Dövlət içində dövlət: məmur mafiyası Rusiyaya qarşı


Ailənin problemi haqda Soçi qəzetində çıxan məqalə
Beləliklə, 20 ilə yaxındır ki, bu ailə müxtəlif dövlət instansiyaları ilə, onların təzyiqləri ilə mübarizə aparır. Hətta, bir neçə dəfə Mətləbi müxtəlif bəhanələrlə əsassız olaraq həbs edib, təcridxanada saxlayırlar, lakin heç bir əsas tapmadıqlarından azad etməyə məcbur olurlar. Mətləb həbsdə olduğu müddətdə Olqa mübarizəni fədakarcasına davam etdirir, həm işləyir, həm uşaqlarına baxır, həm tez-tez ona baş çəkir, həm də dövlət idarələrində əyləşən məmurların onlara qarşı təzyiqlərinə sinə gərir.

Bir neçə il bu 7 qardaş-bacı bir-birinin üzünü görməyib- yarısı Tovuzda nənələrinin yanında, yarısı Soçidə babalarının yanında yaşayıb. Çünki, 1 otaqlı mənzildə 10 nəfərlik ailə yaşaya bilməz, sanitar qovşağı filanı çıxanda hərəsinə 1 kvm yer düşərdi ki, bu da tərpənmədən ayaqüstdə dayanmağa güclə çatardı…

Ailə dünyanın ən böyük dövlətinin qanunlarının bir neçə məmur tərəfindən ayaq altına alınmasına, bu ailəyə qarşı belə bir cinayətkar davranış və təzyiqlərinə inana bilməsə də, faktlarla barışmalı olublar. Hətta, uşaqlara görə ayrılan sosial müavinət də, onların təzyiqlərdən bezərək tərk etdiyi və bir müddət yaşamadığı Soçidəki mənzilin kommunal xidmətlərə görə haqq bəhanəsi ilə bank hesablarından silinib, halbuki qanun bunu qadağan edir. Söhbət 800 min rubldan (təxminən 20 min manat) məbləğdən gedir!

Hazırda ailə bu qorxunc mafiyanın uşaqlara zərər verməsindən çəkinərək müvəqqəti olaraq Soçini tərk edib Tovuza gəlib və burada kirayə yaşamağa məcburdur. Uşaqlar atalarının doğma şəhərini sevsə də, hər dəfə kirayə pulunu almağa gələn adamı gördükdə valideynlərindən niyə özlərinin Soçidə evləri ola-ola bu kirayə evdə qaldıqlarını soruşurlar. Valideynlər cavab verə bilmir, xüsusilə də anaları hər dəfə bu sualdan sonra öz dövlətinin məmurlarının onlara qarşı belə düşmənçiliyinin səbəblərini düşünür, lakin o da bu suala cavab verə bilmir.

Rusiyanın Soçi kimi dünyada məşhur bir şəhərində Rusiya qanunlarını, prezidentin sərəncamlarını ayaq altına atan və öz vətəndaşlarına, xüsusən 7 körpəyə qarşı belə amansız mübarizə aparan bu mafioz qrupla mübarizədə ailə Rusiya dövlətinə və Rusiya prezidentinə arxalanır. Lakin hələ ki, bu dövlət həmin mafiya ilə bacarmır. Ən azı belə nəticə çıxır. Çünki, dəfələrlə bu ailəyə çəkdirilən məşəqqətlər Rusiya mətbuatında yazılıb, federal orqanlara çoxsaylı müraciətlər olunub (fotoya bax), lakin hələ də heç bir dəyişiklik yoxdur.

Uşaqlar: “Bizi öz vətənimizdən niyə qovursunuz?”


Xanım Kuçeryavaya öz ölkəsində istədiyi şəxslə nigaha girməsinə əngəl törədənlərin məqsədini tam başa düşmədiyini deyir. O, savadlı qadındır, güman edir ki, dövlətin bu 7 uşaqlı ailəyə ayırdığı müavinət, ev, maşın kimi şeyləri bu məmurlar mənimsəyiblər, indi ailə dövlətdən bu qanuni haqqını tələb edəndə onlar əməllərinin üstü açılmasın deyə ailəni Rusiyadan qovmaq, Azərbaycana göndərmək istəyirlər: “Mən rusam, Rusiya vətəndaşıyam, məni öz ölkəmdən, öz şəhərimdən heç kim qova bilməz. Babam vətən uğrunda faşistlərlə döyüşüb, Soçinin kurort şəhərinə çevrilməsində böyük əziyyət çəkib, burada bu cənnəti yaratmaq üçün uzaq ərazilərdən torpaq daşıyıb. Atam, anam, mən və qardaşım da bu vətən üçün çalışmışıq. İndi bir neçə rüşvətxor məmur məni öz ölkəmdən didərgin salmaq istəyir, lakin mənim dövlətim var, ona arxalanıram”.

Mətləb isə deyir ki, onun həyatının yarıdan çoxu bu şəhərlə bağlıdır, uşaqlarının hamısı burada doğulub burada çox sayda dostları, qohumları var. Ən əsası, sevdiyi qadının öz doğma şəhərindən didərgin düşməyə məcbur olmasını məqbul saymır: “Burada aylarla həbsdə də qalmışam günahsız olaraq. Lakin bununla belə, bu şəhər mənə doğmadır. Mən onun inkişafı üçün gəlirimdən vergi ödəmişəm. Bu ölkə üçün çox çətin şəraitdə 7 uşaq böyüdürəm. Bizdən nə istəyirlər, başa düşmürəm”.
Uşaqlar da baş verənləri heç cür başa düşə bilmirlər. Valideynlərindən soruşurlar ki, biz neyləmişik ki, bizi öz doğma şəhərimizdən qovmaq istəyirlər. Ailənin 4-cü uşağı Nicat hətta valideynlərindən gizlin bu barədə Rusiya dövlət orqanlarına və insan hüquqları təşkilatlarına məktub yazıb ki, bizi öz vətənimizdən niyə qovmaq istədiyinizi valideynlərimiz izah edə bimir, bəlkə siz izah edəsiniz. Məktuba hələ cavab yoxdur, yəqin ki, onlar da heyrət içindədirlər.

“Putin kimdir ki? Biz bu yaxında ayrıca dövlət olacağıq”


Rusiya Federasiyasının demoqrafik siyasətinin əsası ölkədə yaşanan ciddi əhali azalmasının qarşısını almaq üçün çoxuşaqlı ailələri dəstəkləməkdən, onlara yardımlar etməkdən ibarətdir. Rusiyada isə cəmi bir neçə 7 uşaqlı bir ailə ola bilər. Bu halda 10 nəfərlik bir ailənin, dövlətin adından, möhüründən istifadə edən bəzi məmurların mütəşəkkil qrupu tərəfindən məhv edilməsinə çalışılması Rusiya dövləti üçün dəhşətli bir rüsvayçılıqdır.

İş o yerə gəlib ki, ailə Soçinin Xostinsk rayon polis şöbəsinin rəis müaivini podpolkovnik Mahir Bayramova Rusiya Prezidenti Vladimir Putinin çıxışından, sərəncamlarından sitat gətirdikdə və hüquqlarını tələb etdikdə, onlara “Putin kimdir, bizim heç kim vecimizə deyil, bu yaxında özümüz ayrıca dövlət olacağıq”-deyə sərt cavab verilib.

Xanim Kuçaryevaya deyir ki, yüksək rütbəli dövlət məmurundan bu sözləri eşidəndə qulaqlarına inanmayıb. Bu barədə yoldaşına zəng edib deyəndən (telefonları dinlənilir) yarım saat sonra ailənin sonuncu uşağı- danışıq qabiliyyəti inkişaf etməmiş Həmidi kimsə körpüdən itəliyib aşağı yuvarlayır, lakin xoşbəxtlikdən uşaq möcüzə sayəsində sağ qalır.

Olqa xanım hesab edir ki, əgər Rusiyanın ucqar şəhərində dövlət vəzifəsində oturan bir dövlət məmuru dövlətə qarşı belə gizli planlar hazırlayırsa, onda Rusiya dövləti özünün hələ məhv olmadığını onlara göstərməlidir: “Öz vətəndaşlarını bir qrup azğın məmurdan qoruya biməyən bir dövlət dünyada biabır olar. Ona görə də inanıram ki, yuxarı orqanlar bu mafiya barədə müvafiq qanuni tədbir görəcəklər. Əminəm ki, Rusiya Federasiyası öz şərəf və layaqəyini belə adamlardan qoruyacaq, ölkənin hər yerində dövlətin qanunlarının aliliyini təmin edəcək, dövlətə söykənən, ona layiqli övladlar yetişdirən, ölkəsinə xidmət edən vətəndaşlara qarşı onların mənəvi terroruna son qoyacaq”.

Elçin Bayramlı

PS: Bu həyat hekayəsinin Rusiyanın Azərbaycandakı səfirliyi üçün də maraqlı olacağına əminik. Çünki Rusiya dövlətinin beynəlxalq imicinin qorunması bu səfirliyin də birbaşa vəzifəsidir.(musavat.com)

loading...
loading...
“Bəyəm, Ərdoğan kürd, laz, erməni, çərkəzin qardaş olduğunu söyləmirmi?”
Narkobaronların mülkləri satılıb yoxsullara veriləcək - MARAQLI
Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” - VİDEO
"Uşaq oğurluğu, orqan alveri ilə məşğul olan həmin qüvvəni zərəsizləşdirmək lazımdır"
Artur Rasizadə son nazir təyinatlarından danışdı: "Bu təyinatlar sıradan deyil..."
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İdman
Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
Gündəm
İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün...
Gündəm
Düşmən “soyqırım qurbanları”nın xatirəsinə xaç ucaltdı: “Qurbanlar”ın xatirəsinə salınan meşədə...
Dünya
Min yeddi yüz məhmətçik iki xain terrorçunun izinə düşdü - FOTO
Ədəbiyyat
“Efirlərimizdə kitabla, ədəbiyyatla bağlı verilişlərin olması olduqca sevindiricidir...”
Həftənin ən çox oxunanları
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Keçmiş milli təhlükəsizlik nazirindən Əli Nağıyev haqqında İLGİNC FİKİRLƏR...
7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
Avropanın ən böyük cinsi əlaqə festivalı keçirilir — İNSANLAR BİR-BİRİNİN GÖZÜ QARŞISINDA (FOTOLAR)
Zakir Həsənov elan etdi: torpaqlar azad edilir - Analiz
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə..."
Dünənki güllələnmənin anbaan görüntüsü yayıldı - VİDEO
Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)