Xəbər lenti
25/06/2019 [00:37]:
Kobra ilə evləndi, səbəbinə inanmayacaqsınız - MARAQLI
25/06/2019 [00:19]:
Haqq adamı Haqqa qovuşdu
24/06/2019 [23:31]:
“Bəyəm, Ərdoğan kürd, laz, erməni, çərkəzin qardaş olduğunu söyləmirmi?”
24/06/2019 [23:27]:
Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"
24/06/2019 [23:23]:
İrina Kindzerskaya: "Ərim azərbaycanlıdır, onunla Ukraynada evlənmişəm"
24/06/2019 [23:16]:
Daha bir ölkədə hərbi çevrilişə cəhd: Qətliam başladı
24/06/2019 [23:16]:
Türk mütəxəssislərdən xəbərdarlıq: "3-5 yaş arası sünnəti tövsiyə etmirik"
24/06/2019 [22:49]:
Narkobaronların mülkləri satılıb yoxsullara veriləcək - MARAQLI
24/06/2019 [22:31]:
Küçədə qadını döyən boksçudan yeni xəbər: Ölkədən çıxışına qadağa qoyulsa da...
24/06/2019 [22:29]:
Elmar Məmmədyarov: "Cəbhə bölgəsindəki təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqlara xələl gətirir" - MÜSAHİBƏ
24/06/2019 [22:24]:
Təyyarədə yatıb qalan qadın kabus yaşadı - QORXUNC...
24/06/2019 [21:58]:
Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - Xəsarət alan var
24/06/2019 [21:57]:
Şirməmməd Hüseynovla vida mərasiminin yeri dəyişdirilib - YENİLƏNİB
24/06/2019 [21:47]:
"Bu boyda bədən olar?" - Damla bu şəkillərinə görə tənqid edildi - FOTO
24/06/2019 [21:39]:
“Bir göz qırpımında Elçibəy rejiminin əlinə sanballı pul fondu keçdi...” 
24/06/2019 [21:31]:
Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb
24/06/2019 [21:24]:
Çimərlikdə batan qulaq sahibinə geri qayıtdı
24/06/2019 [20:47]:
Minsk-2019: Gimnastlarımız batutda 5-ci olub
24/06/2019 [20:38]:
Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
24/06/2019 [20:37]:
İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün...
24/06/2019 [20:23]:
“Qələbə üçün söz və süngü savaşının əsgərlərinin birgə mübarizəsi şərtdir”
24/06/2019 [20:19]:
Paşinyanın arvadı erməni zabit arvadlarının dəvətilə  Azərbaycana gəldi - FOTOLAR
24/06/2019 [20:11]:
AŞPA-da azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olunub
24/06/2019 [20:08]:
Rusiyanın "Sosna"sı hazırdır: Tamamilə görünməz və...
24/06/2019 [20:07]:
Ürəkkeçmə zamanı nələrdən istifadə etmək lazımdır
24/06/2019 [20:04]:
Səməd Seyidov: "Avropa Şurasında ikili standartlara son qoyulmalıdır"
24/06/2019 [20:02]:
Tbilisidə güclü külək və yağış nəticəsində bir nəfər ölüb - YENİLƏNİB
24/06/2019 [19:57]:
Koroğlu stansiyası yaxınlığında qəza tıxaca səbəb olub
24/06/2019 [19:55]:
Şirməmməd Hüseynov vəfat etdi
24/06/2019 [19:42]:
Hülusi Akar 3 müxalif partiyanın liderləri ilə görüşəcək
24/06/2019 [19:28]:
Zakir Həsənov şəxsi heyəti təbrik etdi –Azərbaycan Ordusunun 101 illiyi münasibətilə
24/06/2019 [19:26]:
“Jara-2019”un “Pre-Party”sində yaşananlar - VİDEO
24/06/2019 [19:25]:
Daşınmaz əmlaka dair texniki pasportların verilməsi xidməti elektronlaşdırılacaq - Bu ilin sonunadək
24/06/2019 [19:25]:
Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadiməyə hökm oxundu
24/06/2019 [19:20]:
Bakıda kişi meyiti tapılıb - Polis yaxınlarını axtarır
24/06/2019 [19:19]:
Elmar Qasımov ipponla qazandı - 4-cü medal
24/06/2019 [19:18]:
Sami Yusuf Bakıda - FOTO
24/06/2019 [19:11]:
Fındıq yığmaq adı ilə evdən Türkiyəyə qaçan qadın Gürcüstanda tapıldı - FOTO
24/06/2019 [18:46]:
ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı ilk - Açıqlama
24/06/2019 [18:44]:
Ramil Usubovun yeni işində ilk görüşü - Foto
24/06/2019 [18:22]:
Gürcüstanda mitinqi zorla dağıdan 10 polis işdən qovulub
24/06/2019 [18:08]:
Müdafiə Nazirliyinin hərbi qulluqçularına rütbələr verildi - SİYAHI
24/06/2019 [17:55]:
Saytlara haker hücumu olub? - RƏSMİ CAVAB
24/06/2019 [17:48]:
Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - Monteneqroda
24/06/2019 [17:24]:
Almaniyada 2 qırıcı təyyarə toqqşudu
24/06/2019 [17:20]:
Düşmən “soyqırım qurbanları”nın xatirəsinə xaç ucaltdı: “Qurbanlar”ın xatirəsinə salınan meşədə...
24/06/2019 [17:19]:
Sən demə, qarğıdalını səhv bişiririk
24/06/2019 [17:19]:
Ağdaşın içməli su təchizatı yaxşılaşdırılır
24/06/2019 [17:13]:
SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçildi
24/06/2019 [17:09]:
Bakıda ana uşağı ilə birgə intihara cəhd edib – FOTO
24/06/2019 [17:05]:
Cahangir Hacıyevin milyonlarla manat xərcləyən həyat yoldaşı hakim qarşısında
24/06/2019 [17:04]:
"AKP və Ərdoğan CHP ilə bir sıra məsələlərdə hesablaşmaq məcburiyyətində qalacaq..."
24/06/2019 [17:04]:
Erməni boksçunu məğlub edən Rüfət: "Qələbəmi atama həsr edirəm"
24/06/2019 [17:00]:
“Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
24/06/2019 [16:58]:
Lənkəran universitetində hava çatışmazlığı: yeddi tələbə qız xəstəxanalıq oldu
24/06/2019 [16:55]:
"Avropa Məhkəməsinin Dilqəm və Şahbazla bağlı qərarını gözləyirik" - Çingiz Hüseynov
24/06/2019 [16:52]:
“Sumqayıt ölkəmizin qeyri-neft sənayesinin paytaxtıdır”
24/06/2019 [16:48]:
Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” - VİDEO
24/06/2019 [16:42]:
Ağsu aşırımında qeyri-adi ilan görənləri heyrətləndirib – FOTO
24/06/2019 [16:37]:
Azərbaycanda Cənubi Karolina Universitetinin Kvalifikasiya diplomunu almaq mümkün olacaq
24/06/2019 [16:34]:
"İnanıram ki, Xarici Kəşfiyyat Xidməti də yenidən bu quruma birləşdiriləcək..."
24/06/2019 [16:32]:
“Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” adlı elmi konfrans keçirilib
24/06/2019 [16:15]:
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub
24/06/2019 [16:13]:
Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”
24/06/2019 [16:11]:
Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi
24/06/2019 [16:07]:
"Uşaq oğurluğu, orqan alveri ilə məşğul olan həmin qüvvəni zərəsizləşdirmək lazımdır"
24/06/2019 [15:49]:
“Burda sürücüyə 2500 avro maaş verirlər...”- Almaniyada sürücü işləyən soydaşımız...
24/06/2019 [15:48]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
24/06/2019 [15:39]:
Min yeddi yüz məhmətçik iki xain terrorçunun izinə düşdü - FOTO
24/06/2019 [15:22]:
Laçında daha bir Azərbaycan məbədinin erməni kilsəsi kimi açılışı oldu... - FOTOLAR
24/06/2019 [14:49]:
Azərbaycanda daha bir “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir - FOTOLAR
24/06/2019 [14:34]:
Vilayət Eyvazov müşavirə keçirdi
24/06/2019 [14:26]:
Sabah 40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
24/06/2019 [14:17]:
BMT Baş katibinin müavini İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
24/06/2019 [14:06]:
II Avropa Oyunları: Cüdoçularımız günə qələbə ilə başladı
24/06/2019 [14:01]:
Rayonlara dolu düşəcək
24/06/2019 [13:46]:
"Xalq əmanəti" Vazehi tam külliyatı ilə xalqa çatdırdı -FOTOLAR
24/06/2019 [13:44]:
Səfər Mehdiyev Gəncədə vətəndaşları qəbul etdi
24/06/2019 [13:30]:
Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı
24/06/2019 [13:28]:
Nazir: “İlk dəfə minimum əməkhaqqı yaşayış minimumunu üstələyir”
Bütün arxiv bir sırada
20/05/2019 [14:03] - Gündəm - ( 4029 dəfə baxılıb)

“Gərək Laçın alayı da, polisi də Laçının hər küçəsi, daşı uğrunda sonadək döyüşəydi...”

“Şuşanın, Laçının təhvil verilməsi ilə bağlı  danışıqlar aparmış o 3 xəyanətkar kim olub?..”
“Bakıdan dedilər ki, Laçına kömək olmayacaq...”


 Moderator.az əməkdaşıyla  Laçının işğalının ildönümü ilə bağlı söhbətində keçmiş Laçın alayının silahlanma rəisi, Prezidentin Xüsusi Mühafizə İdarəsinin sabiq əməkdaşı Nəslixan Sadıqov 1992-ci ilin  fevral –mayında şahidi olduğu hadisələrdən, Şuşa və Laçının işğalı barədəki təəssüratlarından danışıb.
"Cümşüd Nuriyev Şuşanın, Laçının təhvil veriləcəyi  haqda Yaqub Məmmədova da,  AXC liderlərinə də məlumat verib. Bəs niyə tədbir görülməyib?.."

“Laçın polisini hansı səbəbdən 30-40 km aralıdakı Fərəcan kəndinə yolladılar?..”

-Nəslixan bəy, bildiyimizə görə, briqada komandiri təyin olunmuş  Elbrus Orucov  1992-ci il aprelin sonunda  bölgəyə gələnədək Laçının erməni hücumlarından müdafiəsi ilə bağlı ciddi problem olmayıb. Nələr yadınızda qalıb bu mövzuda?

-27 il ötüb artıq, bəzi məqamlar yaddaşımdan silinib. Laçının son on günündə, demək olar ki, gecələr yatmırdım. O qədər böyük əraziyə silah və sursat paylayırdım. Son günlər yük maşınını da özüm idarə edərək Qarikaha kəndindən mərmi daşıyırdım. Alınan-verilən silah- sursatları qəbul edir və ya  verirdim. Başım çox qarışıq idi... Ancaq dəqiq yadımdadır ki, Elbrus Orucovla gələn döyüşçülər alayda və rayonda cürbəcür şayiələr yayırdılar. Bir  dəfə şahid oldum ki, kazarmada bizim digər əsgərlərin yanında ermənilər haqda danışırlar. Biri o birinə deyirdi ki, guya erməniləri döyüşdə güllə ilə vurursan, yıxılmırlar, bir də durub gəlirlər. Bu yolla onlar döyüşçülər arasında ruh düşkünlüyü yaratmağa çalışırdılar...

-İşğal ərəfəsində əsasən hansı amillər sakinləri və hərbçiləri ruhdan salırdı?
-Əvvəla, Xocalı soyqırımı bütün ölkədə olduğu kimi, Şuşa və Laçında da erməni xofunu gücləndirmişdi. Ondan əvvəl Daşaltı əməliyyatındakı məğlubiyyətimizin də  böyük rolu oldu sonrakı işğallarda. Yəni xalq yeni yaranan milli orduya inamını, etibarını itirdi.  Düşündü ki, bu boyda ölkə bir erməni kəndinə qarşı uğurlu əməliyyat apara bilmədisə, bunun sonrası nə olacaq...

İndi bəziləri şuşalıları, laçınlıları və s. qınayır ki, qoydular, qaçdılar. Amma  düşünmürlər ki, həmin vaxt torpaqlar rəhbərlik səviyyəsində qorunmurdu. İnsanlar erməni hücumları qarşısında aciz qalmışdı. Və əksinə, bəzi xəyanətkar keçmiş və o vaxtkı rəhbər, aparıcı dairələr Qarabağın, o cümlədən Şuşa və Laçının ermənilərə təhvil verilməsi  üçün düşmənlərlə razılığa gəliblər. Ən əsası, o vaxt deputat olan Cümşüd Nuriyevin hələ 28 aprel 1992-ci ildə - İraq prezidenti Səddam Hüseynin ad günündə olarkən  Şuşa və Laçının işğal ediləcəyi ilə bağlı  əldə etdiyi faktlar barədə mətbuata  verdiyi müsahibələrdə səsləndirdikləri çox şeylərdən xəbər verir. Onun sözlərinə görə, Rusiyanın aparıcı siyasətçiləri Primakov, Jirinovski, İraqın hazırkı prezidenti Tələbani və Bərzaninin iştirakı ilə ərəb dilində gedən söhbətlər zamanı tərcüməçi vasitəsilə ona məlum olub ki, Azərbaycandan üç nəfərin iştirakı ilə Rusiya ilə danışıqlar aparılıb və razılığa gəlinib: mayın 8-də Şuşa, bir həftə sonra isə Laçın ermənilərə təhvil veriləcək. Bunu eşidən Cümşüd Nuriyev təcili Azərbaycana qayıdıb. O, mayın 2-də Bakıya çatıb və mayın 5-də parlamentin iclasında bu barədə ətraflı məlumat verib. O vaxtkı prezident səlaliyyətlərini icra edən Yaqub Məmmədova da, hakimiyyətə gəlməyə hazırlaşan AXC liderlərinə də məlumat verib. Bəs niyə tədbir görülməyib?.. Deməli, Şuşanı, Laçının təhvil verilməsi ilə bağlı danışıqlar aparmış o xəyanətkar 3 nəfər doğrudan da olub. Təhlükəsizlik orqanları indi də araşdırma aparsalar, həmin üç nəfərin kimliyi məlum olar...

Maraqlıdır ki, Cümşüd Nuriyevin dedikləri Laçında şahidi olduğum faktlarla üst-üstə düşürdü. Yaxın qohumum   Fəxrəddin 1991-ci il mayında  yaraqlılardan azad edilərək erməni əhalisi Ermənistana köçürülmüş Şuşa rayonunun Qaladərəsi kəndində sovet sədri işləyirdi. Hələ  1992-ci ilin fevralında Fəxrəddin özü mənə dedi ki, həmin  kəndin sovxozunun əvvəlki erməni sədri Qrişa xəbər yollayıb ki, mayın 17-də biz Qaladərəsinə gələcəyik, evimi boşaldın. Doğrudan da mayın 8-9-da Şuşa tam işğal edildi,  16-17-də isə ermənilər artıq   həmin Qaladərəsi kəndini də ələ keçirərək oradan Laçını atəşə  tutmağa başladılar. Deməli, hər çey planlaşdırıldığı kimi gedirdi...
Cümşüd Nuriyevin söylədiyi plan üzrə ermənilər mayın 16-da  artıq Laçın rayon mərkəzində olmalıydı. Lakin görünür, Turşsuda bizim bəzi qeyrətli döyüşçülərin öz təşəbbüsləri ilə ermənilərə müəyyən müqavimət göstərmələri səbəbindən düşmən iki gün sonra girdi Laçına. Və maraqlıdır ki, mayın 16-da Laçın alayı bir dəfə şimal istiqamətindəki kəndlərimizdən birinə -Tığikə tərəf çəkildi. Sonra isə cənuba- Qubadlı istiqamətinə həmin rayonun Muradxanlı kəndinədək gedib çıxdıq. Amma sonradan yenidən Laçına qaytarıldıq. Yadımdadır ki, mayın 16-ı günorta saatlarında Laçına dönərkən “Sutökülən” adlanan yerdə Laçının o vaxtkı icra başçısı Xanlar Məmmədovla rastlaşdım. Rəhmətlik  sevindiyindən məni qucaqlayıb ağladı ki, alayımız Laçına qayıdır... 

Ona qəti əminəm ki, Şuşa kimi Laçının da işğalında bilavasitə briqada komandiri Elbrus Orucovun böyük rolu və iştirakı olub... 

-Hansı faktlara əsasən deyirsiz bunu?

-Mayın 8-də axşam Şuşadakı ordunun rabitə rəisi Laçına -alayın qərargahına gəlmişdi. Özü danışdı ki, mayın 7-dən 8-ə keçən gecə ermənilər hər tərəfdən Şuşaya hücuma keçdikləri vaxt briqada komandiri Elbrus Orucova ermənilərin artıq şəhərimizi ələ keçirməyə tam əmin olduqları barədə danışıqlarının tərcüməsini çatdırdım. O isə müavini Məhərrəm Cahangirovla birgə   getdi Kosalara... Bu, hansı məntiqə uyğun gəlirdi?    Deməli,  bu akademiya təhsilli hərbçi bilərəkdən Şuşanı müdafiəsiz, sahibsiz qoyub və işğalına şərait yaradıb. Elbrus Orucov  müsahibələrindən birində deyir ki, Şuşadan çıxanda saydım, briqadada  cəmi 32 əsgər qalmışdı. Bundan soruşan yoxdur ki, sən bölmə komandiri idin, yoxsa briqada komandiri? Bölmədə 32 əsgər olur, bəs o boyda briqada harada idi?.. Şuşanın, Laçının yüksək səviyyədə təhvil verilməsini həmin ərəfədə ermənilərin öz aralarındakı danışıqları da sübut edir...

-Məsələn, hansı?

-Mayın 8-dəki hücum zamanı Şuşa türməsində son imkanadək döyüşmüş Vladimir Menşikov adlı bir rus dustaq vardı. Şuşadan çıxandan sonra o and içmişdi ki, erməniləri bu torpaqlardan çıxarmamış evə getməyəcək.  O da, yaxın qohumum olan Şuşa türməsinin rəisi Aydın Abbasov da  bunu danışıb mənə.  Deyirdilər, mayın 8-də ermənilər türmədə silahlanmış polis və dustaqların ciddi müqavimətinə rast gəldiklərindən qaçırdı, komandirləri ratsiya ilə onlara deyirdi ki, qaçmayın, azərbaycanlılara kömək olmayacaq, rəhbərliklə danışmışıq, Şuşanı bizə verəcəklər. Ermənilərin eyni danışığını bayaq  xatırlatdığım Şuşadakı hərbi rabitə rəisi də Laçında bizə söyləmişdi...

İndi diqqət edin, mayın təxminən 15-də  Laçın alayının texniki təchizat rəisi Rafael Məhərrəmov Laçında rabitə olmadığından gedib Qubadlıdan Bakı ilə əlaqə saxlamağa. Onunla birgə gedən Dadaş adlı döyüşçü danışır ki, Rafael müəllim rabitə otağından çıxanda gördüm ki, ağlayır. Təəccüblə soruşdum ki, nə olub,  cavab verdi ki, Bakıdan dedilər, Laçına kömək olmayacaq... Özünüz nəticə çıxarın...

-Bəs Şuşanın işğalından sonra Turşu qəsəbəsindəki vəziyyət barədə hansı xəbərləri alırdınız?
-Turşuya Bakıdan xeyli qüvvə gəlmişdi. Çox şeylər danışırlar. Amma onu bilirəm ki, orada da ciddi müqavimət olmadı düşmənə. Lap Turşsudan geri çəkilsələr də, Şuşanın “Lısaqor” deyilən digər kəndinin mövqeyi çox strateji idi. Kəndin  yaxınlığındakı yüksəkliklər Şuşadan da, Turşsudan da, Laçından da hündür idi. Onları əldə saxlamaqla düşmənə xeyli vaxt müqavimət göstərilə bilərdi. Bəs Lısaqorda niyə müqavimət olmadı? Briqada komandiri Elbrus Orucov da orada idi, Daxili işlər naziri Tahir Əliyev də orada idi, “OMON” da...

-Artıq ermənilər Lısaqoru da, Qaladərəsini də ələ keçirdikdən sonra Laçını müdafiə etmək mümkün idimi?

-Düzdü, vəziyyət çox çətin idi. Laçın demək olar ki, 3 tərəfdən mühasirə də qalmışdı. Həm Ermənistan, həm Dağlıq Qarabağ tərəfdən güclü düşmən hücumu var idi. Lakin  o da var ki, Laçın alayı və polis taboru Laçın rayon ərazisini düşmən hücumlarından müdafiə etmək üçün yaradılmışdı. Odur ki, onlar ən son imkanadək düşmənə müqavimət göstərərək dinc, silahsız əhalinin rayon ərazisindən salamat çıxmasını təmin etməli idi. Lakin ermənilər hələ Şuşanın kəndlərində olarkən, Laçına daxil olmamış,  polisi hansısa səbəbdən Laçından 30-40 km aralıdakı Fərəcan kəndinə yolladılar, alay isə mayın 16-17-dən heç bir ciddi müqavimət  göstərmədən şəhəri tamamilə tərk etməyə başladı. Nəticədə Laçının Kəlbəcər istiqamətindəki uzaq kəndlərindən  köçən insanlar Laçında öz hərbçilərimizi görmək ümidi ilə şəhərə daxil olanda ermənilərin əlinə keçərək bəziləri öldürülmüş, digərləri isə girov düşmüşdülər. Hərbi və polis qüvvələrinə Laçından çıxmaq barədə kim əmr vermişdi? Bu günədək heç kəs boynuna almır... Vəzifəlilərin, imkanlıların çoxu da hamıdan qabaq qaçmışdı...

-Siz öz ailənizi nə vaxt çıxardınız Laçından?

-Mən  ailəmi rayondan çıxarmaq istəmirdim. Yoldaşımı, uşaqlarımı yığmışdım evin zirzəmisinə, demişdim ki, erməni şəhərə girsə, bir qumbara atacağam, hamımız ölək. Yalnız alay komandirinin, hərbi komissarın ciddi təkidindən sonra ailəmi şəhərdən çıxardım...

Amma mərhum Çingiz Mustafayev də Laçının işğalı haqda məşhur filmində yalan danışır. Deyir: “Bu gün mayın 16-dır, indiyədək Laçına bir güllə, bir qəlpə düşməyib, amma insanlar və ordu Laçını tərk edir...” Bu, ağ yalandır.  Mayın 8-9-da Laçın aramsız şəkildə top, “Qrad” atəşinə tutulurdu. Bircə gündə 10-a yaxın insan həlak oldu, neçə-neçə yaralı vardı.  Həmin vaxt mən Qarıkaha kəndindəki anbardan mərmi gətirməyə gedirdim. Göydən dolu kimi yağan mərmi və qəlpələrdən Allah bizi qorudu... 

Sonda onu deyim ki, Şuşanın, Laçının, Qarabağın işğalında hər birimiz günahkarıq. Bütün Azərbaycan günahkardır. Amma kömək olmasa da, gərək Laçın alayı da, polisi də sonadək müqavimət göstərəydi, gərək  çeçenlər kimi Laçının hər evi, hər küçəsi, hər tini, hər cığırı, hər qayası, daşı uğrunda döyüşəydik, orada şəhid olaydıq və bu gün Bakıda, Şəkidə, Gəncədə alçaldıcı “qaçqın” damğasıyla yaşamayaydıq... Torpağımızın 30 ilə yaxın işğal altında qalması, Paşinyanın Şuşada yallı getməsi bizim üçün çox böyük başalçaqlığıdır...   
 
Mayın 16-da məni Xosrov bəy Sultanovun 140 illik yubiley mərasiminə dəvət etdilər-  getmədim. Sağ olsunlar, o laçınlı gənclər, ən azı, belə bir  kişini, qəhrəmanı yada salıblar. Amma mən getmədim. Bilirsiniz, niyə? Ona görə ki, o qəhrəman kişilərin- Xosrov bəyin, Sultan bəyin ruhundan utandım, çəkindim, xəcalət çəkdim. O kişilərin həmin tədbirə gələn ruhuna nə deyək? Deyək ki, sizin, atalarınızın, babalarınızın min bir əzab-əziyyətlə, qanınızla, canınızla qoruduğunuz torpaqları bir ovuc erməni dığasına qoyub gəldik? Və 30 ilə yaxındır azad edə bilmirik?  Biz hansı üzlə, hansı kişi sifəti ilə Xosrov bəyə, Sultan bəyə yubiley keçiririk?.. Belə tədbirləri qocalar, qadınlar, qızlar keçirməlidir, biz “kişi” adlananlar  isə bu dəqiqə cəbhədə, səngərdə olmalıyıq və torpaqları azad etməmiş geri dönməməliyik...

Söhbətləşdi: Sultan Laçın

loading...
loading...
“Bəyəm, Ərdoğan kürd, laz, erməni, çərkəzin qardaş olduğunu söyləmirmi?”
Narkobaronların mülkləri satılıb yoxsullara veriləcək - MARAQLI
Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” - VİDEO
"Uşaq oğurluğu, orqan alveri ilə məşğul olan həmin qüvvəni zərəsizləşdirmək lazımdır"
Artur Rasizadə son nazir təyinatlarından danışdı: "Bu təyinatlar sıradan deyil..."
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İdman
Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
Gündəm
İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün...
Gündəm
Düşmən “soyqırım qurbanları”nın xatirəsinə xaç ucaltdı: “Qurbanlar”ın xatirəsinə salınan meşədə...
Dünya
Min yeddi yüz məhmətçik iki xain terrorçunun izinə düşdü - FOTO
Ədəbiyyat
“Efirlərimizdə kitabla, ədəbiyyatla bağlı verilişlərin olması olduqca sevindiricidir...”
Həftənin ən çox oxunanları
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Keçmiş milli təhlükəsizlik nazirindən Əli Nağıyev haqqında İLGİNC FİKİRLƏR...
7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
Zakir Həsənov elan etdi: torpaqlar azad edilir - Analiz
Avropanın ən böyük cinsi əlaqə festivalı keçirilir — İNSANLAR BİR-BİRİNİN GÖZÜ QARŞISINDA (FOTOLAR)
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə..."
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
Dünənki güllələnmənin anbaan görüntüsü yayıldı - VİDEO
Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)