Xəbər lenti
25/06/2019 [09:10]:
“Putin iki ildən sonra gedəcək... -Rusiyanı genişmiqyaslı böhran gözləyir...” 
25/06/2019 [08:44]:
Beyləqanda meşənin içində narkotik plantasiyası aşkar olunub
25/06/2019 [08:42]:
Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər
25/06/2019 [08:40]:
Köçəryan Paşinyanı ittiham etdi
25/06/2019 [07:31]:
13 yaşlı Məhəmməd növbəti dəfə mental riyaziyyat üzrə dünya çempionu oldu-FOTOLAR+VİDEO
25/06/2019 [06:47]:
"Bismillah" demədən sözə başladı- yerə yıxıldı, başı yarıldı...
25/06/2019 [00:37]:
Kobra ilə evləndi, səbəbinə inanmayacaqsınız - MARAQLI
25/06/2019 [00:19]:
Haqq adamı Haqqa qovuşdu
24/06/2019 [23:31]:
“Bəyəm, Ərdoğan kürd, laz, erməni, çərkəzin qardaş olduğunu söyləmirmi?”
24/06/2019 [23:27]:
Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"
24/06/2019 [23:23]:
İrina Kindzerskaya: "Ərim azərbaycanlıdır, onunla Ukraynada evlənmişəm"
24/06/2019 [23:16]:
Daha bir ölkədə hərbi çevrilişə cəhd: Qətliam başladı
24/06/2019 [23:16]:
Türk mütəxəssislərdən xəbərdarlıq: "3-5 yaş arası sünnəti tövsiyə etmirik"
24/06/2019 [22:49]:
Narkobaronların mülkləri satılıb yoxsullara veriləcək - MARAQLI
24/06/2019 [22:31]:
Küçədə qadını döyən boksçudan yeni xəbər: Ölkədən çıxışına qadağa qoyulsa da...
24/06/2019 [22:29]:
Elmar Məmmədyarov: "Cəbhə bölgəsindəki təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqlara xələl gətirir" - MÜSAHİBƏ
24/06/2019 [22:24]:
Təyyarədə yatıb qalan qadın kabus yaşadı - QORXUNC...
24/06/2019 [21:58]:
Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - Xəsarət alan var
24/06/2019 [21:57]:
Şirməmməd Hüseynovla vida mərasiminin yeri dəyişdirilib - YENİLƏNİB
24/06/2019 [21:47]:
"Bu boyda bədən olar?" - Damla bu şəkillərinə görə tənqid edildi - FOTO
24/06/2019 [21:39]:
“Bir göz qırpımında Elçibəy rejiminin əlinə sanballı pul fondu keçdi...” 
24/06/2019 [21:31]:
Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb
24/06/2019 [21:24]:
Çimərlikdə batan qulaq sahibinə geri qayıtdı
24/06/2019 [20:47]:
Minsk-2019: Gimnastlarımız batutda 5-ci olub
24/06/2019 [20:38]:
Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
24/06/2019 [20:37]:
İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün...
24/06/2019 [20:23]:
“Qələbə üçün söz və süngü savaşının əsgərlərinin birgə mübarizəsi şərtdir”
24/06/2019 [20:19]:
Paşinyanın arvadı erməni zabit arvadlarının dəvətilə  Azərbaycana gəldi - FOTOLAR
24/06/2019 [20:11]:
AŞPA-da azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olunub
24/06/2019 [20:08]:
Rusiyanın "Sosna"sı hazırdır: Tamamilə görünməz və...
24/06/2019 [20:07]:
Ürəkkeçmə zamanı nələrdən istifadə etmək lazımdır
24/06/2019 [20:04]:
Səməd Seyidov: "Avropa Şurasında ikili standartlara son qoyulmalıdır"
24/06/2019 [20:02]:
Tbilisidə güclü külək və yağış nəticəsində bir nəfər ölüb - YENİLƏNİB
24/06/2019 [19:57]:
Koroğlu stansiyası yaxınlığında qəza tıxaca səbəb olub
24/06/2019 [19:55]:
Şirməmməd Hüseynov vəfat etdi
24/06/2019 [19:42]:
Hülusi Akar 3 müxalif partiyanın liderləri ilə görüşəcək
24/06/2019 [19:28]:
Zakir Həsənov şəxsi heyəti təbrik etdi –Azərbaycan Ordusunun 101 illiyi münasibətilə
24/06/2019 [19:26]:
“Jara-2019”un “Pre-Party”sində yaşananlar - VİDEO
24/06/2019 [19:25]:
Daşınmaz əmlaka dair texniki pasportların verilməsi xidməti elektronlaşdırılacaq - Bu ilin sonunadək
24/06/2019 [19:25]:
Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadiməyə hökm oxundu
24/06/2019 [19:20]:
Bakıda kişi meyiti tapılıb - Polis yaxınlarını axtarır
24/06/2019 [19:19]:
Elmar Qasımov ipponla qazandı - 4-cü medal
24/06/2019 [19:18]:
Sami Yusuf Bakıda - FOTO
24/06/2019 [19:11]:
Fındıq yığmaq adı ilə evdən Türkiyəyə qaçan qadın Gürcüstanda tapıldı - FOTO
24/06/2019 [18:46]:
ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı ilk - Açıqlama
24/06/2019 [18:44]:
Ramil Usubovun yeni işində ilk görüşü - Foto
24/06/2019 [18:22]:
Gürcüstanda mitinqi zorla dağıdan 10 polis işdən qovulub
24/06/2019 [18:08]:
Müdafiə Nazirliyinin hərbi qulluqçularına rütbələr verildi - SİYAHI
24/06/2019 [17:55]:
Saytlara haker hücumu olub? - RƏSMİ CAVAB
24/06/2019 [17:48]:
Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - Monteneqroda
24/06/2019 [17:24]:
Almaniyada 2 qırıcı təyyarə toqqşudu
24/06/2019 [17:20]:
Düşmən “soyqırım qurbanları”nın xatirəsinə xaç ucaltdı: “Qurbanlar”ın xatirəsinə salınan meşədə...
24/06/2019 [17:19]:
Sən demə, qarğıdalını səhv bişiririk
24/06/2019 [17:19]:
Ağdaşın içməli su təchizatı yaxşılaşdırılır
24/06/2019 [17:13]:
SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçildi
24/06/2019 [17:09]:
Bakıda ana uşağı ilə birgə intihara cəhd edib – FOTO
24/06/2019 [17:05]:
Cahangir Hacıyevin milyonlarla manat xərcləyən həyat yoldaşı hakim qarşısında
24/06/2019 [17:04]:
"AKP və Ərdoğan CHP ilə bir sıra məsələlərdə hesablaşmaq məcburiyyətində qalacaq..."
24/06/2019 [17:04]:
Erməni boksçunu məğlub edən Rüfət: "Qələbəmi atama həsr edirəm"
24/06/2019 [17:00]:
“Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
24/06/2019 [16:58]:
Lənkəran universitetində hava çatışmazlığı: yeddi tələbə qız xəstəxanalıq oldu
24/06/2019 [16:55]:
"Avropa Məhkəməsinin Dilqəm və Şahbazla bağlı qərarını gözləyirik" - Çingiz Hüseynov
24/06/2019 [16:52]:
“Sumqayıt ölkəmizin qeyri-neft sənayesinin paytaxtıdır”
24/06/2019 [16:48]:
Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” - VİDEO
24/06/2019 [16:42]:
Ağsu aşırımında qeyri-adi ilan görənləri heyrətləndirib – FOTO
24/06/2019 [16:37]:
Azərbaycanda Cənubi Karolina Universitetinin Kvalifikasiya diplomunu almaq mümkün olacaq
24/06/2019 [16:34]:
"İnanıram ki, Xarici Kəşfiyyat Xidməti də yenidən bu quruma birləşdiriləcək..."
24/06/2019 [16:32]:
“Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” adlı elmi konfrans keçirilib
24/06/2019 [16:15]:
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub
24/06/2019 [16:13]:
Çingiz Qənizadə: “Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil”
24/06/2019 [16:11]:
Azay Quliyev QHT layihələrinin maliyyələşdirlməmə səbəblərini elan etdi
24/06/2019 [16:07]:
"Uşaq oğurluğu, orqan alveri ilə məşğul olan həmin qüvvəni zərəsizləşdirmək lazımdır"
24/06/2019 [15:49]:
“Burda sürücüyə 2500 avro maaş verirlər...”- Almaniyada sürücü işləyən soydaşımız...
24/06/2019 [15:48]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
24/06/2019 [15:39]:
Min yeddi yüz məhmətçik iki xain terrorçunun izinə düşdü - FOTO
24/06/2019 [15:22]:
Laçında daha bir Azərbaycan məbədinin erməni kilsəsi kimi açılışı oldu... - FOTOLAR
24/06/2019 [14:49]:
Azərbaycanda daha bir “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir - FOTOLAR
24/06/2019 [14:34]:
Vilayət Eyvazov müşavirə keçirdi
24/06/2019 [14:26]:
Sabah 40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
24/06/2019 [14:17]:
BMT Baş katibinin müavini İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
Bütün arxiv bir sırada
20/05/2019 [14:23] - Gündəm - ( 978 dəfə baxılıb)

Məhkəmə sisteminə etiraz - Paşinyan yeni imtahanla üz-üzə



Ermənistanda bir il əvvəl başlamış dəyişikliklər prosesi davam edir. Belə ki, mayın 19-da ölkənin baş naziri Nikol Paşinyan vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb. O, ədliyyə sahəsində də inqilab edəcəklərini vurğulayıb. Baş nazirin günorta saatlarında məhkəmə sistemi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Etirazçılar mayın 20-də "Ədalətli məhkəmə adına!” şüarı altında səhər saatlarından Yerevan da daxil olmaqla ölkədəki məhkəmə binalarını mühasirəyə alıb, giriş və çıxışı bağlayıblar. Aksiya iştirakçıları Ermənistan Konstitusiya Məhkəməsinin binasını da mühasirəyə alıblar. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi barədə qərar qəbul etmiş Yerevanın Avan və Nor-Nork rayonlarındakı məhkəmələrin binası qarşısına toplaşanlar arasında səlahiyyət həddini aşdığı üçün səlahiyyətlərinin icrası dondurulmuş baş nazirin nəzarət xidmətinin başçısı David Sanasaryanın başçılıq etdiyi dəstə də var. O, vəziyyəti belə şərh edib: “Biz bura vətəndaş kimi etirazımızı bildirmək üçün toplaşmışıq. Biz bunu inqilabdan sonra dərhal etməliydik. Bu səhvi düzəltmək üçün şansımız var idi. Ancaq sistem ona verilən bu fürsətdən istifadə etmədi. Bizə sübut elədi ki, məhkəməyə təzyiq etmirik. Paşinyanın bəyanatını gözləyirik”. Hətta bəzi bölgələrdə məhkəmə binalarının pəncərələrinin şüşələri sındırılıb. Hakimlər və məhkəmə əməkdaşları binalara buraxılmırlar.


Əslində, Ermənistanın keçimiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi məhkəmə sistemində dəyişikliklərin edilməsi ilə bağlı aksiyaların başlaması üçün qığılcım da sayıla bilər. İnqilab nəzərdə tutduğu hədəflərə bütün sistemi dəyişdiyi halda çata, yaxud həmin istiqamətdə uğur əldə edə bilər. Ermənistanda bir il əvvəlki hadisələr fonunda parlament seçkiləri keçirildi. Nikol Paşinyanı dəstəkləyən siyasi qüvvələr bu kampaniyadan qalib çıxdılar. Ancaq Ermənistanda hakimiyyətin üç qolundan ikisinə onlar nəzarət etsələr də, məhkəmə sistemi köhnə rejimdən qalmadır. Paşinyan da xalqa bugünkü müraciətində ədliyyə sistemini qeyri-legitim adlandıraraq onu köhnə rejimin mirası sayıb. Ona görə də bu sistemdə inqilabın tələblərinə uyğun olaraq dəyişikliklərin aparılmasının vacibliyi gündəliyə çıxıb. 

Yeri gəlmişkən, Robert Koçaryanın həbsi məsələsi Ermənistan üçün adi hadisə olmadığı kimi, zaminə buraxılması da sıradan bir hadisə deyil. 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı 2018-ci il iyulun 27-də onun barəsində həbs qətimkan tədbiri seçilib. Onda bu hadisə Rusiya-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə təsir göstərdi. 

Başqa sözlə, Nikol Paşinyan hökumətinin bu addımı Ermənistanın xarici siyasi kursu üçün təyinedici, istiqamətverici hadisə də sayıla bilərdi. Elə buna görə də yeni hakim elitanın Kremldənqaçan qüvvə olaraq təqdim edilməsi təsadüfi deyildi. Sonrakı dövr ərzində rəsmi Yerevan Moskva ilə münasibətlərini normallaşdırmaq üçün çox canfəşanlıq etsə də, hələlik etimadı qazana bilməyib. Ötən il Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərini təxirə salmasına da bunun təsir etdiyi istisna edilmir. Onun cari il oktyabrın 1-də Yerevana rəsmi səfəri ilə bağlı bu yaxınlarda xəbər yayılıb. Robert Koçaryanın zaminə buraxılmasını Rusiya prezidentinə hədiyyə də saymaq olar. Hətta həbsdə olarkən Vladimir Putin Ermənistanın keçmiş prezidentinə məktub yazmış, onu “dost”u adlandırmışdı.




Hər halda Putinin dostunun zaminə buraxılması məhkəmə sistemində problemin olması kimi təqdim olunub. Onda belə çıxır ki, Ermənistanın ədliyyə sistemi birmənalı olaraq öz dövlətinin maraqlarından çıxış etmir. Bu isə Koçaryanla eyni maddələr üzrə ittiham olunan keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, general-polkovnik Yuri Xaçaturov, baş nazirin keçmiş müavini Armen Gevorkyanın məhkəmə işinə baxılan zaman müəyyən güzəştlərin ediləcəyini ehtimal etməyə əsas verir. Xatırladaq ki, 2008-ci il fevralın 19-da prezident seçkisinin nəticələrinin Serj Sarkisyanın xeyrinə saxtalaşdırılmasına etiraz olaraq martın 1-i və 2-də aksiya keçirilmişdi. Fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən 2 polis əməkdaşı ölmüş, 200-dən çox aksiyaçı xəsarət almışdı. Yeri gəlmişkən, onların ittiham edildikləri maddələr üzrə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onlar konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar.

Belə ehtimal etmək olar ki, Paşinyanın məhkəmə sistemində isahatların aparılmasına gücü çatmır. Məsələn, Robert Koçaryanın məhkəməsinin hakimi David Qriqoryan barəsində bir neçə ay əvvəl inzibati cəza verilmişdi. Keçmiş prezidentin məhkəmə prosesini aparmaq üçün bir müddət hakim tapılmadı. Sonra bu iş Qriqoryana həvalə olundu. O, da “işinin öhdəsindən” gəldi və Koçrayanı min dollar girov qarşılığında zaminə buraxdı. Halbuki Yuri Xaçaturovun zaminə buraxılması üçün 10 min dollardan çox girov qoyulmuşdu. 


Bu baxımdan, ədliyyə sistemində də başıpozuqluğun qarşısını almaq üçün Paşinyan ölkə vətəndaşlarını aksiyaya çağırıb. Bu sahədə islahatların aparılmaması bir il əvvəl başlamış proseslərin dayanmasına və ya qurulan yeni idarəetmə sisteminin dağılmasına, nəhayət, Paşinyan hökumətinin iflasına səbəb ola bilər. Odur ki, Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr ali qanunverici və icraedici orqanla yanaşı, məhkəmə sisteminə də tam nəzarəti ələ almağa çalışır. Bundan sonra iki mərhələdə də başa çatması daha məqsədəuyğun olardı: prezidentin dəyişməsi və yeni konstitusiya. Hazırda ölkə xaricində işgüzar səfərdə olan prezident Armen Sarkisyan ölkədə yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət edib. O, qanunverici, icraedici və məhkəmə sisteminin konstitusiyaya xidmət etməsinin vacibliyini vurğulayıb. Prosesin davam etməsi üçün narazı prezident Armen Sarkisyanın gələcək siyasi karyerası öz həllini tapmasa, Paşinyana müxalif qüvvələr onun ətrafında toplaşıb sonradan meydana çıxa bilər. Bu kütləvi etiraz aksiyası başqa bir məsələyə də aydınlıq gətirib. Bir il əvvəl milyarder-deputat Qaqik Sarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan Partiyası Nikol Paşinyanı müdafiə edirdi. Məhkəmə sistemi ilə bağlı aksiyalarda onun tərəfdarları görünməyib. Bu siyasi qurum Nikol Paşinyanı başladığı etiraz aksiyasını dayandırmağa çağırıb. Bu isə onu göstərir ki, Paşinyanın Sarukyana qarşı başladığı proses öz nəticəsini verməkdədir. Ermənistanın ombudsmanı Arman Tatoyan da baş naziri ölkə konstitusiyasına qarşı fəaliyyət göstərməkdə ittiham edib.


Nəhayət, Koçaryanın zaminə buraxılması Qarabağ klanının da gücünü göstərdi. Məlum olduğu kimi, Robert Koçaryan Azərbaycanın keçmiş vətəndaşıdır və Xocalı soyqrımının törədilməsinə rəhbərlik edənlərdəndir. Onun həbsdən buraxılması üçün Qarabağdakı separatçı rejimin indiki başçısı Bako Saakyan və keçmiş başçısı Arkadi Qukasyan zamin durub. Nəzərə almaq lazımdır ki, Qarabağdakı erməni separatçıları bir qayda olaraq Moskvanın çubuğu ilə idarə olunurlar. O zaman belə ehtimal etmək olar ki, Koçaryana Moskva da zamin durub. Onda təbii olaraq belə bir sual yaranır: Vladimir Putini oktyabrda Yerevanda dostu Robert Koçaryan hansı statusla qarşılayacaq? Keçmiş prezidentin həbsdən buraxılması Rusiyanın Ermənistanla bağlı başladığı yeni kurs deyil?

Beləliklə, Ermənistanın “Adekvad” İctimai Birliyinin Avropa İttifaqının Yerevandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirməsi yeni hadisələrin baş verəcəyini ehtimal etməyə əsas verir. Aksiya iştirakçıları əlində üzərində “Take your puppets back!” (“Kuklalarınızı götürün!”), “Armenia under occupation!” (“İşğal edilmiş Ermənistan!”) yazılmış plakatlar tutublar. Təşkilat bildirib ki, Nikol Paşinyan Ermənistanı dövlətçilik itkisinə aparan sabotajın yalnız ifaçısıdır, idarəetmənin əsas rıçaqları isə xarici agentlər şəbəkəsi vasitəsilə gizli sahiblərin əlindədir. Ötən il isə aksiya iştirakçıları Rusiyanı işğalçı adlandırır, əllərində belə bir şüar yazılan plakat tuturdular. Bütün hallarda Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvə yeni imtahan qarşısındadır. Ölkə ictimaiyyəti artıq cəbhələşib: Avropa, qərbyönlülər və Rusiyasevərlər, Rusiyayönlülər. Onlar arasında ixtilaf yeni qarşıdurma üçün çox güclü əsas ola bilər.(report)

loading...
loading...
“Bəyəm, Ərdoğan kürd, laz, erməni, çərkəzin qardaş olduğunu söyləmirmi?”
Narkobaronların mülkləri satılıb yoxsullara veriləcək - MARAQLI
Zabit Səmədov Ramzan Kadırovla “döyüşdü” - VİDEO
"Uşaq oğurluğu, orqan alveri ilə məşğul olan həmin qüvvəni zərəsizləşdirmək lazımdır"
Artur Rasizadə son nazir təyinatlarından danışdı: "Bu təyinatlar sıradan deyil..."
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İdman
Avropa Universal Döyüş Federasiyasının prezidenti idmançıları mükafatlandırdı - FOTOLAR
Gündəm
İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün...
Gündəm
Düşmən “soyqırım qurbanları”nın xatirəsinə xaç ucaltdı: “Qurbanlar”ın xatirəsinə salınan meşədə...
Dünya
Min yeddi yüz məhmətçik iki xain terrorçunun izinə düşdü - FOTO
Ədəbiyyat
“Efirlərimizdə kitabla, ədəbiyyatla bağlı verilişlərin olması olduqca sevindiricidir...”
Həftənin ən çox oxunanları
Zakir Həsənovu təkzib cəhdi rüsvayçılıqla nəticələndi...
Keçmiş milli təhlükəsizlik nazirindən Əli Nağıyev haqqında İLGİNC FİKİRLƏR...
7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - ŞOK OLAY - FOTO
Avropanın ən böyük cinsi əlaqə festivalı keçirilir — İNSANLAR BİR-BİRİNİN GÖZÜ QARŞISINDA (FOTOLAR)
Zakir Həsənov elan etdi: torpaqlar azad edilir - Analiz
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
Zakir Həsənov: "Şəhid mayor mənim əmrimi icra edib, ərazidə..."
Dünənki güllələnmənin anbaan görüntüsü yayıldı - VİDEO
Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)