Xəbər lenti
26/06/2019 [00:30]:
Ağac adam üsyan etdi: "Nə olar əlimi kəsin"
26/06/2019 [00:15]:
27 dəqiqədə 6 dəfə ölüb dirildi, oyandığı zaman... - MARAQLI
25/06/2019 [23:49]:
Bu kadrlar nə İraqın Kərkük, nə də Suriyanın Hələb şəhərində lentə alınıb - FOTO+VİDEO
25/06/2019 [23:19]:
Ziya Bünyadov prospektində güclü tıxac yaranıb - FOTO
25/06/2019 [23:04]:
Tramp İranı yenidən hədələdi: “İranı məhv edərik”
25/06/2019 [22:52]:
Rusiyadan deportasiya olunmuş jurnalist Fuad Abbasov artıq Bakıdadır - YENİLƏNİB
25/06/2019 [22:18]:
"Öz ordusuna gülən xalq düşmən ordusundan ağlayacaq" - BAYRAM TƏBRİKİ...
25/06/2019 [22:08]:
“Əgər atam indi burda olsaydı...” - Şəhid zabitin məzun qızı çıxışıyla hamını kövrəltdi
25/06/2019 [22:06]:
Yaqub Mahmudov: "Şirməmməd Hüseynov mərd kişi idi"
25/06/2019 [21:38]:
Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir
25/06/2019 [21:36]:
Qazaxıstanda IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu keçirilib
25/06/2019 [21:32]:
İstanbul seçkilərinin yenidən keçirilməsini istəyir - 92 səsə görə
25/06/2019 [21:29]:
Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü - FOTO
25/06/2019 [21:17]:
Səfər Mehdiyev ABŞ səfiri ilə görüşüb
25/06/2019 [21:16]:
“Türk dünyası” beşcildliyi qazax dilində işıq üzü görüb
25/06/2019 [21:15]:
Zelenski ilk prezident maaşını aldı - Məbləği...
25/06/2019 [21:13]:
İmamoğlu sərvətinin siyahısını paylaşdı -FOTOLAR
25/06/2019 [21:09]:
Fuad Abbasov Azərbaycana deportasiya edildi
25/06/2019 [21:08]:
Yasda ehsan verməyib 3 küçəni təmir etdilər – FOTO
25/06/2019 [21:06]:
Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR
25/06/2019 [21:04]:
Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi
25/06/2019 [21:03]:
YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı
25/06/2019 [21:02]:
Ürəyi ən çox yoran vərdişlər hansılardı? - Ehtiyatlı olun
25/06/2019 [21:02]:
Deputat ilə Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosu arasında memorandum imzalandı
25/06/2019 [20:56]:
“Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”
25/06/2019 [20:48]:
Deputat Hüseynbala Mirələmov kadr islahatları haqda: “O, prinsipial şəxsdir”
25/06/2019 [20:44]:
“Şirməmməd Hüseynovun adının əbədiləşdirilməsi ilə üçün təqaüd təsis oluna bilər”
25/06/2019 [20:44]:
“Minsk 2019”: Azərbaycan boksçusu yarımfinala yüksələ bilməyib
25/06/2019 [20:43]:
Xırdalanda dəhşətli qəza - “KAMAZ” 6 yaşlı uşağın üstündən keçdi
25/06/2019 [20:37]:
Azərbaycanlı deputat qadınlara qarşı zorakılığa son qoymaq üçün səyləri birləşdirməyə çağırıb
25/06/2019 [20:36]:
Gürcü deputat: “İvanişviliyə qarşı mübarizədə həbs olunmaq mənim üçün şərəfdir”
25/06/2019 [20:33]:
BAXCP sədri Şirməmməd Hüseynovun vəfatı ilə bağlı başsağlığı verib
25/06/2019 [20:32]:
Tbilisidə etiraz aksiyası bərpa olunub
25/06/2019 [20:31]:
BAXCP sədri Azərbaycan Ordusunun əsgər və zabitlərini təbrik edib
25/06/2019 [20:00]:
Qənirə Paşayeva AŞPA-nı azərbaycanlı məcburi köçkün qadınların səsini duymağa çağırıb
25/06/2019 [19:58]:
Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma baş verib - FOTO
25/06/2019 [19:54]:
Gürcüstanda müxalif deputatın həbsi ilə bağlı parlamentə müraciət olunub - YENİLƏNİB
25/06/2019 [19:53]:
Bakıda restoranda 22 manat xidmət haqqı istəyiblər - FOTO
25/06/2019 [19:52]:
Beşqat dünya çempionu Ehram Məcidova hökm oxunub
25/06/2019 [19:45]:
Traktor “Mersedes”lə toqquşdu, sürücü yaralandı - FOTO
25/06/2019 [19:44]:
Paşinyanın partiyası Rusiyanın AŞPA-ya qayıtmasının əleyhinə çıxdı: Kreml susacaqmı?
25/06/2019 [19:28]:
Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı
25/06/2019 [19:28]:
Paşinyanın arvadı oğlu Aşotla Azərbaycandan yeni şəkillər paylaşdı...-FOTOLAR
25/06/2019 [19:24]:
Türkiyədə hərbi xidmətin müddəti endirilib
25/06/2019 [19:22]:
Polis rəisi işdən çıxarıldı - Nöqsanlara görə
25/06/2019 [19:21]:
“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub - FOTOLAR
25/06/2019 [19:14]:
Məşhur müğənninin konfeti 50 min dollara satışa çıxarıldı - FOTO
25/06/2019 [18:58]:
Azərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədir
25/06/2019 [18:36]:
"Ordumuz regionun və eləcə də post-sovet məkanının ən öndə gedən ordularından biridir"
25/06/2019 [18:35]:
Azərbaycanda kriminal avtoritetin məhkəməsi başladı
25/06/2019 [18:33]:
Cavanşir Quliyevin dünya elmində maraqla qarşılanan sintezi - Musiqi ilə qeyri-səlis məntiq...
25/06/2019 [18:28]:
Elçibəy 1993-cü il iyunun 30-da  Londona getsəydi...-Amerikalı jurnalist şərh edir...
25/06/2019 [18:11]:
Zakir Həsənov hərbçilərə general rütbəsi təqdim etdi - VİDEO
25/06/2019 [18:02]:
Fəzail Ağamalıdan 26 iyun təbriki...
25/06/2019 [17:56]:
“Rövşən müəllim dedi ki, mənə AzTV-dəki nöqsanları deyin” – Bədii Şura inqilabı...
25/06/2019 [17:49]:
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
25/06/2019 [17:47]:
“Xəstəxanada deyilik, sağ-salamat adamıq” – Hadı Rəcəblidən etiraz
25/06/2019 [17:43]:
Samir Nuriyev: “Bakının Baş planında tarixi və mədəniyyət abidələrinin qorunması əksini tapıb”
25/06/2019 [17:35]:
İsmayıllıda yol tikintisinə pul ayrıldı - SƏRƏNCAM
25/06/2019 [17:34]:
“Qızıl tabutunu betonlayıb, kamera yerləşdirdilər...”- Maykl Ceksonun qəbri ilə bağlı ilginc faktlar...
25/06/2019 [17:29]:
ADNSU ilə İranın Şərif Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
25/06/2019 [17:28]:
İlham Əliyev hərbçilərə həsr olunmuş videoçarx paylaşdı...- VİDEO
25/06/2019 [17:25]:
Deputata ağır itki üz verdi
25/06/2019 [17:24]:
Birinci vitse-prezident Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25/06/2019 [17:22]:
Dilqəm Əsgərovun oğlundan AŞPA da atasının girovluqdan azad olunması üçün ÇAĞIRIŞ...
25/06/2019 [17:11]:
Ərdoğan: "İstanbulluların qərarının başımız üstündə yeri var"
25/06/2019 [17:00]:
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib
25/06/2019 [16:58]:
Azərbaycanda kəskin istilərin səbəbləri açıqlandı
25/06/2019 [16:56]:
Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub
25/06/2019 [16:54]:
ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib - FOTOLAR
25/06/2019 [16:44]:
Kürdəmirdə yol qəzası olub, xəsarət alan var - FOTO
25/06/2019 [16:39]:
"Hərbi əməliyyatlara başlayarkən işğalçı dövlətin daxili durumunu nəzərə almalıyıq"
25/06/2019 [16:33]:
“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb
25/06/2019 [16:30]:
Azərbaycan-Monteneqro Biznes Forumu keçirilib - FOTOLAR
25/06/2019 [16:26]:
Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var
25/06/2019 [16:25]:
Ziyalı DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkürünü bildirir
25/06/2019 [16:23]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25/06/2019 [16:22]:
Robert Koçaryan yenidən həbs edildi
25/06/2019 [16:20]:
Sürücü təkər təmirinin badına getdi
25/06/2019 [16:19]:
ADAU-nun rektoru Yardımlı rayon məktəbliləri ilə görüşüb - FOTOLAR
Bütün arxiv bir sırada
20/05/2019 [16:33] - Cəmiyyət - ( 3709 dəfə baxılıb)

Vətənin Şahlar oğlu... - Şəhid Milli Qəhrəmana İTHAF




Söz, Allahın adıyla:

– “Birinci söz varıydı, söz Allahla qoşaydı”

"İncil"

2019-cu il, may ayının 17-si, gündüz saat 12-də “Aşıq Şəmşir Mədəniyyət ocağı” ictimai birliyinin təşəbbüsü ilə Azərbaycanımızın milli qəhrəmanı, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Şahlar Əvəz oğlu Şükürovun anım mərasimi keçirildi. (17 may Şahların doğum günüdür) Aşıq Şəmşir ocağı ictimai birliyi Qəmbər Şəmşir oğlunun rəhbərliyi ilə bölgələrdə, rayonlarda, Bakıda vaxtaşırı təşkil olunan rəngarəng silsilə tədbirlər əlamətdar hadisədir və bu danılmaz bir həqiqətdir.


Tədbir Mədəniyyət nazirliyinin “Salnamə” studiyası tərəfindən ərsəyə gətirilmiş qısametrajlı film-salnamə ilə başladı. Filmin ssenari müəllifi Qorxmaz Şıxəliyevə, rejissor və operatora xüsusən də Qarabağ müharibəsi qəhrəmanları haqqında ayrı-ayrılıqda film-salnamələrin çəkilib ərsəyə gətirilməsində, bölgələrdə onların nümayişinə yorulmaz əmək sərf edən Almaz xanıma bu qiymətli işlər üçün alqış və təşəkkürlər olsun.

Ən danılmaz həqiqətlərin başında isə son zamanlar Cənab İlham Əliyevin apardığı islahatlardı və inanıram ki, bu islahatlar getdikcə dərinləşəcək. Bu islahatlar eyni zamanda nəfəsi kəsilməkdə, boğulmaqda olan minillik dəyərlərimizin nəfəs alıb canlanmasına səbəb açdığı “bağlı” pəncərələrdi.

İndiki qılaballaşma mürəkkəb dövrdə pərdələr arxası oyunlara cüzi də olsa işıq saçacaq bir haşiyəyə çıxmaq istəyirəm.

Ekranda aparıcı məşhur qonaqdan soruşur:

– Dallasın vəsiyyəti yadınızdadır?

– Kimin?

– Dallasın.

– Hə.

– Allan Dallas Amerika mərkəzi kəşfiyyat idarəsinin rəhbəri. Bu mətni məhz ona aid edir, “Dallasın vəsiyyəti adlandırırlar.” Bu mətn mövcuddur. Əslində, onu kimin yazdığı önəmli deyil – Dallas da yaza bilərdi, başqası da. Bunun vəsiyyət olub-olmadığı da vacib deyil. Vacib olan odur ki, əllinci illərin sonlarına aid bu sənəddə deyilənlərin hamısı həyata keçib. Hər şey, birbəbir. Sənəddə nədən bəhs edilir?

– Elədir, bu fakt məni heyrətə salır.

– Oxuyuram: “müharibə qurtaracaq, nə şəkildəsə, hər şey qaydasına düşəcək, onda biz insanların başını piyləmək, onları tovlayıb başdan çıxarmaq üçün sahib olduğumuz hər şeyi, – bütün qızılları, bütün maddi imkanlarımızı səfərbər edəcəyik. Orada, Rusiyada qarışıqlıq, hərcmərclik toxumları səpib, hiss etdirmədən onların dəyərlərini saxta dəyərlərlə əvəzləyəcək və onları, rusları bu dəyərlərə inanmağa vadar edəcəyik. Biz Rusiyanın öz içindən özümüzə həmfikirlər və müttəfiqlər tapacağıq. Tədricən yer üzündə ən (dikbaş) itaətsiz xalqın, öz miqyasına görə, son dərəcə möhtəşəm faciəsi baş verəcək, onlarda özünüdərk şüuru biryolluq, qəti və dönməz şəkildə ortadan qalxacaq. Məsələn, onların ədəbiyyat və incəsənətini öz sosial mahiyyətindən məhrum edəcək, xalq kütlələrinin daxilində baş verən prosesləri ifadə etmək həvəsini məhv edib, sənətkarları bu işdən çəkindirəcəyik. Ədəbiyyat, teatr, kino – bunların hamısı ən rəzil, ən miskin insan hisslərini ön plana çıxaracaq, onları məth edəcək. Biz seksi, zorakılığı, sadizmi, xəyanətkarlığı, bir sözlə, hər cür mənəviyyatsızlığı təbliğ edən, insanların beyninə yeridən bu saxta sənətkarları hər vasitə ilə dəstəkləyəcək, onlara dayaq olacağıq. Dövlət idarəçiliyində xaos və nizamsızlıq hökm sürəcək. Nə baş verdiyini çox az insanlar hiss edəcək və ya, hətta başa düşəcək. Lakin belələrini biz köməksiz, aciz vəziyyətə salacaq, lağa qoyacaq, onlara şər-böhtan atıb, cəmiyyətin tullantıları kimi qələmə vermək üçün üsullar fikirləşib tapacağıq...”

Qulaqlarımda böyük şairimizin iki misrası səslənir:

– “Şairəm, çünki vəzifəm budur, əşar yazım

Düzü-düz, əyrini-əyri, pisi həmvar yazım”

Şahlar haqqında çəkilmiş bu qısa filmin müəlliflərinin əməyinə, zəhmətinə kölgə salmaq niyyətindən çox-çox uzağam. Filmdə ailə üzvlərinin söylədikləri xatirələr, Əvəz kişinin sözləri məni çox kövrəltdi...

İnanıram ki, Şahlardan bəhs edən bu film son deyil, gələcəkdə televiziya filmi də, bədii film də çəkilə bilər və buna sonsuz inamım var...

Şahların və mənim bacılarım – Elmira xanım və Tahirə xanım – son bir neçə ildə şair və yazıçıların, jurnalistlərin, görkəmli ziyalıların iştirakı ilə geniş auditoriyalarda və orta məktəblərdə şagirdlərin iştirakı ilə unikal, yeni bir formada orijinal görüşlər təşkil etdilər və o görüşlər canlı olaraq çəkilib.

O unikal tədbirlərin canlı göstərilməsi rezerans doğurar və hər yerə yayılardı. Bu həm də maarifçilikdir... Unutmayaq ki, Avropanı Avropa edən Jan Yak Russonun maarifçiliyi olub... Elmira xanım uzun illər Ağdam rayon Təhsil idarəsinin, indilərdə isə Kəlbəcər rayon təhsil şöbəsinin rəhbəri, Tahirə xanım isə Bakıda öncül məktəblərdən birinin direktorudur. Bu ziyalı bacılar böyük təcrübəyə malik müəllim, eyni zamanda yorulmaz maarifçilərdir.

Şahlar yaddaşında silinməz izləri olan, işıqlı xatirələr dolu unudulmaz dostum olub (bu günün özündə də...) Şahlar təpədən dırnağa sözə və saza bağlı adam idi...

Şahların ruhuna biçilmişdi Musa Yaqubun bu bircə bəndlik şeiri.

– Bəlkə də borcundan çıxmadım Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın!

Şahlar elə doğma vətənin qoynunda da dünyasını dəyişdi...

Bu şeirlə başlasaydı film...

Şahlar Ucarda, Zərdabda işləyəndə, Kürün qırağında, ağaclıqda yığışardıq, mütləq aşıqlı, sazlı, sözlü məclis olardı. Aranda işləyirdi, yaşayırdı deyə Kəlbəcər üçün, Zülfüqarlı üçün, dağlar üçün burnunun ucu göynəyirdi. O səfalı, gözəl yerlər, bulaqlar üçün kimin içi göynəməz ki...

– Şair sən canın o “Vətən” şeirini de.

Saz çalınardı və mən deyərdim.

Vətən

Kəpəzə bənzədi qarşımdakı dağ,

Ürəyimin başı göynədi, Vətən.

Qürbətdə gəzdiyim hər qarış torpaq

Ayağım altında iynədi, Vətən...

Bir durna qatarı keçdi gözümdən,

Gözlərim yollara dikili qaldı.

Qatar uzaqlaşdı, köçdü gözümdən,

Yollar açılmadı, bükülü qaldı...

Dümağ cığırlarda itirələr ki,

Qoynuna apara o yollar məni.

O Vətənə bağlı xatirələr ki

İti xəncər olub soyarlar məni.

Yadıma düşəndə az qalır yanam,

Dağlarda al-yaşıl çarpayım qalıb.

Dünyadan çox erkən köçübdür anam,

Bilməyib, döşündə süd payım qalıb...

Ay ana, sənin üçün ulduzdum, aydım,

Daşlaşmış məzardan hay ver hayıma.

Yenidən qayıdıb sahib olaydım

Beşikdə buğlanan layla payıma.

Eşidin, dostlarım, eşidin sizdə,

Xatirə yolları qar alıb, nədir?

Nədən kök atdı kin ürəyinizdə,

Geniş ürəyiniz daralıb, nədir?!

Xəyalım köç edir hey yanınıza,

Sizlərdən təsəlli, pənah umaram.

Göndərib qəlbimi ünvanınıza,

İntizar gözümü rahat yumaram.

Kəpəzə bənzədi qarşındakı dağ,

Ürəyimin başı göynədi, Vətən.

Qürbətdə gəzdiyim hər qarış torpaq

Ayağım altında iynədi, Vətən.

Kəlbəcər, Zülfüqarlı göstərilən fraqmentlər zamanı bu şeir dilimdən səslənsəydi yerinə düşərdi...

Şahlar Qarabağ uğrunda döyüşdə həlak olub, məhz Qarabağ uğrunda Soyuq bulaqda sulardan çıxıb, ruhu yanımıza gəlməliydi... Və orada “Qarabağsız” şeiri səslənməliydi...

Qarabağsız

Dostlar, bağışlayın, əliboş gəldim,

Gəldim qapınıza mən Qarabağsız.

Vallah, gözlərimdən çəkilib getmir

Duman Qarabağsız, çən Qarabağsız.

Ələ qələm aldım, əlim göynədi,

Hər adı gələndə dilim göynədi.

Çiçəyim göynədi, gülüm göynədi,

Bölündüm ortadan tən Qarabağsız.

Sel də yox, Saranı gəlib aparsın,

Bu dərdi, bəlanı bölüb aparsın.

Qoymayın süpürüb, silib aparsın

Qara saçlarımı dən Qarabağsız.

Könül sevdan Vətən adlı bu bağa

Göz aç, bir gör bağban kim oldu, qağa.

Dəmyə taleyinə min yağış yağa,

Bitirməz bir sünbül, dən Qarabağsız.

“Qalmaz belə, qalmaz dünya” yazanda

Umud közərirdi könül sazında

Zakir Fəxri hər üzünə yozanda

Anasız yetimsən sən Qarabağsız.

Və köhnə lentlərdən Qarabağ fraqmentləri canlandırılmalıydı... Canlı çəkilişlərdə qalmamış olmaz, Kəlbəcər, Murov...

Filmdə bir epizod var – atası, Əvəz kişi, ailə üzvləri Şahların məzarına gül dəstələri qoyur... Həmin epizodda Şahlara həsr olunmuş, əksər dünya dillərinə çevrilmiş şeir səslənməliydi...

Ayağına dəyən daş

Götürüb bir kənara

atardın uzaqbaşı...

Uşaq vaxtı

ayağına dəyən daşı.

Ayağın qanayardı,

Qanınla sınağa çəkib

o daş səni sınayardı.

Kiriməzdin,

təkbaşına ağlayardın.

Ağlayardın onda, qardaş,

başdaşına ağlayardın...

Sən böyüdükcə böyüyərdi

ayağına dəyən daş,

anan lənət deyən daş...

Ayağına dəyən daşı

qarğıma, süzmə acıqla...

Hamı namərd deyən daşı

öpüb, öpüb qucaqla.

O, sənin başdaşındı...

Gün gələcək,

o daşı yad edəcək.

Qəbrini ziyarət edib,

hamı çıxıb gedəcək.

Səninlə gecə gündüz

Bircə o daş qalacaq.

Sənə yoldaş qalacaq.

Səninlə o daş qalacaq.

Yayı, qışı

həmən daş ovunduracaq

Bacı-qardaş, yar-yoldaşı...

Atan Əvəz, anan Balışı.

Üstünə gül səpəcək,

Hamı, hamı həmən daşı öpəcək,

Ayağına dəyən daşı...

Aylar, illər ötüşdükcə

yollar unudulacaq,

cığırları ot basacaq,

Gediş-gəliş

bir az çətin olacaq...

Səninlə

bircə o daş qalacaq.

Bircə o daş

həmsöhbətin olacaq.

İldə bir yol

ruhun uçub

həmən daşa qonacaq.

Yaşadığın qısa ömrü

qısa anda anacaq...

Zülfüqarlı kəndi, dağlar qoynu, Tünd çayın görüntüləri.

Deyərsən çəməni güllü don kimi,

Qızarar lalələr döşdə dan kimi

Şahların qəbrini medalyon kimi,

Əyil, qoy sinənə taxım, a dağlar.

Sən elə sağlığında da Şəhid idin Şahlar. Dost şəhidi, mənəviyyat şəhidi, sevgi, sədaqət şəhidi...

Əksər insanlardan fərqlənirdin Şahlar, oturub durduğumuz çox adamlardan fəqrli idin, yer ilə göy arası qədər.

Dünyalarca məşhur Kibernetika alimi Norvert Vinerin səsi – küydən ayırmaq əsəri var. (Bu alim məşhur Lütfizadənin – qeyri-səlis məntiqin yaradıcısı – müəllimi olub) Yadındadırmı, “Azərbaycan” jurnalında dərc olunmuş silsilə şeirlərinin içində “səs” şeirini sənə oxuduğum gün? Ağcabədiyə gedən yolun üstündə yol kənarında çay içirdik.

Səs şeiri

Bir səsə ilişib qaldım

Yol ayrıcı çaşıb qaldım

Yerimdəcə düşüb qaldım

Bu səsin əlindən al məni, Tanrım.

Başım üstü bulud idi,

Buluddanmı doğdu bu səs?

Anam, atam umud idi,

Umuddanmı doğdu bu səs?

Bu səsin əlindən al məni, Tanrım.

Dağ gördüm, gözüm yaşardı,

Ruhumu xəyal apardı.

Qoy məni hal apardı...

Bu səsin əlindən al məni, Tanrım.

Çəkər məni yuvasına,

Oynadar öz havasına.

Vallah, alışa bilmərəm

Dərmanına davasına,

Bu səsin əlindən al məni, Tanrım.

Bu səs yaddaşımdan gəldi,

Qopub baş daşımdan gəldi.

Bu səs göz yaşımdan gəldi...

Bu səsin əlindən al məni, Tanrım.

Bu səs yaman tutdu məni,

Dərya olub uddu məni.

Kim sevdi, unutdu məni...

Bu səsin əlindən al məni, Tanrım.

Dağa-daşa saldı məni,

Yüz savaşa saldı məni.

Üz tutdum üzü bahara –

Üzü qışa saldı məni.

Bu səsin əlindən al məni, Tanrım.

Yetər bu gördüklərimin

Gözlərimi böyütdüyü...

Ürəyim dəyirman olub,

Dərddi, qəmdi üyüddüyü –

Bu səsin əlindən al məni, Tanrım.

Az-az adam tapılar ki, bu gün dünyanı bürümüş səslə küyü-ayıra bilsin. O qədər dərin zəka, dərin anlam sahibi olmaq gərək ki, bunu hiss edə, duya, ayırd edə biləsən. Çox mərd adamıydın sözü sözü üzə deyən, özünə əmin, heç nədən çəkinməyən, qorxmayan, fikrini doğru ifadə etməyi bacaran, hissiyatlı, duyğusal... Səndə zərrə qədər də məddahlıq, boyun əymək kimi acizlik yox idi. Dilinə yalan söz gəlməzdi, dərin adamıydın Şahlar. Səni təpədən-dırnağa duyurdum, bunu özün də bir dəfə etiraf elədin. Şahlar, yol birdir, oğlumun qəbrini ziyarətə gedəndə mütləq Əvəz kişiyə, Balış anaya da baş çəkirəm, yəni sənin əvəzinə... Həmişə də bu duanı oxuyuram:

Allahım, dərgahın gözəl

Göylərdəki taxtın gözəl

Vaxtlı, vaxtsız ölüm olmur

Hər ölümə vədən gözəl,

vaxtın gözəl.

Şükür ömrün payızına

Qışına, yazına şükür!

Şükür verdiyin ömrə

Hər alın yazına şükür...

Sənə son şeirlərimdən birini oxuyub yazımı bitirirəm, bilirəm ki, məni eşidirsən.

O ağlayan kimdi elə?

O ağlayan kimdi elə?

Ağlaya-ağlaya gülür

Sinəsini qan aparıb,

Yarasının düyməsini

bağlaya-bağlaya gülür

Ocağı kül, gözü gülən...

İçi yanıb, üzü gülən,

Göz yaşında gözü gülən

O ağlayan kimdi elə?

Sığınıb qərib dağlara,

Batıb qalıb uzaqlara.

Qısılıb ötən çağlara

O ağlayan kimdi elə?

Baxıb şəkli düşən daşa,

Göydə süzən tənha quşa...

Uşaqlığıyla baş-başa

O ağlayan kimdi elə?

Dayanıb yol ayrıcında,

Gözünün yaşı ovcunda

Son söz dilinin ucunda

O ağlayan kimdi elə?

Şəhid ruhun önündə baş əyirəm

Sədaqətlə: Zakir Fəxri

loading...
loading...
Ağac adam üsyan etdi: "Nə olar əlimi kəsin"
27 dəqiqədə 6 dəfə ölüb dirildi, oyandığı zaman... - MARAQLI
Tramp İranı yenidən hədələdi: “İranı məhv edərik”
Yaqub Mahmudov: "Şirməmməd Hüseynov mərd kişi idi"
Azərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədir
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Əgər atam indi burda olsaydı...” - Şəhid zabitin məzun qızı çıxışıyla hamını kövrəltdi
Cəmiyyət
“AQTA qida təhlükəsizliyinin təmin olunması istəklərini "xəyalplov"a çevirir...”
Cəmiyyət
“İllərlə teatra gəlməyən adam hər şey alır, amma əziyyət çəkən kənarda qalır...”
Cəmiyyət
“Ölkə futbolunun, əksər klubların səviyyəsi çox aşağı düşüb...” – Tahir Süleymanov
Cəmiyyət
“Şirməmməd Hüseynovun xatirəsinin əbədiləşdirilməsi arzuediləndir”
Həftənin ən çox oxunanları
Avropanın ən böyük cinsi əlaqə festivalı keçirilir — İNSANLAR BİR-BİRİNİN GÖZÜ QARŞISINDA (FOTOLAR)
Keçmiş milli təhlükəsizlik nazirindən Əli Nağıyev haqqında İLGİNC FİKİRLƏR...
7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
Zakir Həsənov elan etdi: torpaqlar azad edilir - Analiz
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
SON DƏQİQƏ! Tanınmış aktyor VƏFAT ETDİ - FOTO
Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO
Həkimlər diaqnoz qoya bilmir - Səbəbsiz böyüyür...
Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və... - DƏHŞƏT
“Əli Nağıyevin nazir təyinatı milli təhlükəsizliyimizin möhkəmlənməsinə yeni töhfələr verəcək”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)