Xəbər lenti
26/06/2019 [00:30]:
Ağac adam üsyan etdi: "Nə olar əlimi kəsin"
26/06/2019 [00:15]:
27 dəqiqədə 6 dəfə ölüb dirildi, oyandığı zaman... - MARAQLI
25/06/2019 [23:49]:
Bu kadrlar nə İraqın Kərkük, nə də Suriyanın Hələb şəhərində lentə alınıb - FOTO+VİDEO
25/06/2019 [23:19]:
Ziya Bünyadov prospektində güclü tıxac yaranıb - FOTO
25/06/2019 [23:04]:
Tramp İranı yenidən hədələdi: “İranı məhv edərik”
25/06/2019 [22:52]:
Rusiyadan deportasiya olunmuş jurnalist Fuad Abbasov artıq Bakıdadır - YENİLƏNİB
25/06/2019 [22:18]:
"Öz ordusuna gülən xalq düşmən ordusundan ağlayacaq" - BAYRAM TƏBRİKİ...
25/06/2019 [22:08]:
“Əgər atam indi burda olsaydı...” - Şəhid zabitin məzun qızı çıxışıyla hamını kövrəltdi
25/06/2019 [22:06]:
Yaqub Mahmudov: "Şirməmməd Hüseynov mərd kişi idi"
25/06/2019 [21:38]:
Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir
25/06/2019 [21:36]:
Qazaxıstanda IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu keçirilib
25/06/2019 [21:32]:
İstanbul seçkilərinin yenidən keçirilməsini istəyir - 92 səsə görə
25/06/2019 [21:29]:
Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü - FOTO
25/06/2019 [21:17]:
Səfər Mehdiyev ABŞ səfiri ilə görüşüb
25/06/2019 [21:16]:
“Türk dünyası” beşcildliyi qazax dilində işıq üzü görüb
25/06/2019 [21:15]:
Zelenski ilk prezident maaşını aldı - Məbləği...
25/06/2019 [21:13]:
İmamoğlu sərvətinin siyahısını paylaşdı -FOTOLAR
25/06/2019 [21:09]:
Fuad Abbasov Azərbaycana deportasiya edildi
25/06/2019 [21:08]:
Yasda ehsan verməyib 3 küçəni təmir etdilər – FOTO
25/06/2019 [21:06]:
Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR
25/06/2019 [21:04]:
Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi
25/06/2019 [21:03]:
YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı
25/06/2019 [21:02]:
Ürəyi ən çox yoran vərdişlər hansılardı? - Ehtiyatlı olun
25/06/2019 [21:02]:
Deputat ilə Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosu arasında memorandum imzalandı
25/06/2019 [20:56]:
“Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”
25/06/2019 [20:48]:
Deputat Hüseynbala Mirələmov kadr islahatları haqda: “O, prinsipial şəxsdir”
25/06/2019 [20:44]:
“Şirməmməd Hüseynovun adının əbədiləşdirilməsi ilə üçün təqaüd təsis oluna bilər”
25/06/2019 [20:44]:
“Minsk 2019”: Azərbaycan boksçusu yarımfinala yüksələ bilməyib
25/06/2019 [20:43]:
Xırdalanda dəhşətli qəza - “KAMAZ” 6 yaşlı uşağın üstündən keçdi
25/06/2019 [20:37]:
Azərbaycanlı deputat qadınlara qarşı zorakılığa son qoymaq üçün səyləri birləşdirməyə çağırıb
25/06/2019 [20:36]:
Gürcü deputat: “İvanişviliyə qarşı mübarizədə həbs olunmaq mənim üçün şərəfdir”
25/06/2019 [20:33]:
BAXCP sədri Şirməmməd Hüseynovun vəfatı ilə bağlı başsağlığı verib
25/06/2019 [20:32]:
Tbilisidə etiraz aksiyası bərpa olunub
25/06/2019 [20:31]:
BAXCP sədri Azərbaycan Ordusunun əsgər və zabitlərini təbrik edib
25/06/2019 [20:00]:
Qənirə Paşayeva AŞPA-nı azərbaycanlı məcburi köçkün qadınların səsini duymağa çağırıb
25/06/2019 [19:58]:
Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma baş verib - FOTO
25/06/2019 [19:54]:
Gürcüstanda müxalif deputatın həbsi ilə bağlı parlamentə müraciət olunub - YENİLƏNİB
25/06/2019 [19:53]:
Bakıda restoranda 22 manat xidmət haqqı istəyiblər - FOTO
25/06/2019 [19:52]:
Beşqat dünya çempionu Ehram Məcidova hökm oxunub
25/06/2019 [19:45]:
Traktor “Mersedes”lə toqquşdu, sürücü yaralandı - FOTO
25/06/2019 [19:44]:
Paşinyanın partiyası Rusiyanın AŞPA-ya qayıtmasının əleyhinə çıxdı: Kreml susacaqmı?
25/06/2019 [19:28]:
Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı
25/06/2019 [19:28]:
Paşinyanın arvadı oğlu Aşotla Azərbaycandan yeni şəkillər paylaşdı...-FOTOLAR
25/06/2019 [19:24]:
Türkiyədə hərbi xidmətin müddəti endirilib
25/06/2019 [19:22]:
Polis rəisi işdən çıxarıldı - Nöqsanlara görə
25/06/2019 [19:21]:
“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub - FOTOLAR
25/06/2019 [19:14]:
Məşhur müğənninin konfeti 50 min dollara satışa çıxarıldı - FOTO
25/06/2019 [18:58]:
Azərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədir
25/06/2019 [18:36]:
"Ordumuz regionun və eləcə də post-sovet məkanının ən öndə gedən ordularından biridir"
25/06/2019 [18:35]:
Azərbaycanda kriminal avtoritetin məhkəməsi başladı
25/06/2019 [18:33]:
Cavanşir Quliyevin dünya elmində maraqla qarşılanan sintezi - Musiqi ilə qeyri-səlis məntiq...
25/06/2019 [18:28]:
Elçibəy 1993-cü il iyunun 30-da  Londona getsəydi...-Amerikalı jurnalist şərh edir...
25/06/2019 [18:11]:
Zakir Həsənov hərbçilərə general rütbəsi təqdim etdi - VİDEO
25/06/2019 [18:02]:
Fəzail Ağamalıdan 26 iyun təbriki...
25/06/2019 [17:56]:
“Rövşən müəllim dedi ki, mənə AzTV-dəki nöqsanları deyin” – Bədii Şura inqilabı...
25/06/2019 [17:49]:
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
25/06/2019 [17:47]:
“Xəstəxanada deyilik, sağ-salamat adamıq” – Hadı Rəcəblidən etiraz
25/06/2019 [17:43]:
Samir Nuriyev: “Bakının Baş planında tarixi və mədəniyyət abidələrinin qorunması əksini tapıb”
25/06/2019 [17:35]:
İsmayıllıda yol tikintisinə pul ayrıldı - SƏRƏNCAM
25/06/2019 [17:34]:
“Qızıl tabutunu betonlayıb, kamera yerləşdirdilər...”- Maykl Ceksonun qəbri ilə bağlı ilginc faktlar...
25/06/2019 [17:29]:
ADNSU ilə İranın Şərif Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
25/06/2019 [17:28]:
İlham Əliyev hərbçilərə həsr olunmuş videoçarx paylaşdı...- VİDEO
25/06/2019 [17:25]:
Deputata ağır itki üz verdi
25/06/2019 [17:24]:
Birinci vitse-prezident Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25/06/2019 [17:22]:
Dilqəm Əsgərovun oğlundan AŞPA da atasının girovluqdan azad olunması üçün ÇAĞIRIŞ...
25/06/2019 [17:11]:
Ərdoğan: "İstanbulluların qərarının başımız üstündə yeri var"
25/06/2019 [17:00]:
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib
25/06/2019 [16:58]:
Azərbaycanda kəskin istilərin səbəbləri açıqlandı
25/06/2019 [16:56]:
Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub
25/06/2019 [16:54]:
ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib - FOTOLAR
25/06/2019 [16:44]:
Kürdəmirdə yol qəzası olub, xəsarət alan var - FOTO
25/06/2019 [16:39]:
"Hərbi əməliyyatlara başlayarkən işğalçı dövlətin daxili durumunu nəzərə almalıyıq"
25/06/2019 [16:33]:
“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb
25/06/2019 [16:30]:
Azərbaycan-Monteneqro Biznes Forumu keçirilib - FOTOLAR
25/06/2019 [16:26]:
Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var
25/06/2019 [16:25]:
Ziyalı DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkürünü bildirir
25/06/2019 [16:23]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25/06/2019 [16:22]:
Robert Koçaryan yenidən həbs edildi
25/06/2019 [16:20]:
Sürücü təkər təmirinin badına getdi
25/06/2019 [16:19]:
ADAU-nun rektoru Yardımlı rayon məktəbliləri ilə görüşüb - FOTOLAR
Bütün arxiv bir sırada
20/05/2019 [23:06] - Siyasət - ( 7409 dəfə baxılıb)

"Bu müharibəni biz başlamadıq, amma onu biz bitirməliyik" - Misilsiz inauqurasiya...



Vladimir Zelenski rəsmən Ukraynanın prezidenti oldu - Ali Radada and içdi. Zelenskinin andiçməsi, abartmadan demək olar ki, özündən əvvəlki prezidentlərin inauqurasiya çıxışları içərisində ən parlağı idi. Çünki Zelenski xalqla adam dilində  danışdı. O, Ali Radanın buraxıldığını elan etdi və "ukraynalılar ağlamasın" deyə hər şeyi etməyə söz verdi. 

Moderator.az Vladimir Zelenskinin andiçmə mərasimindəki çıxışının tam mətnini tərcümə edib diqqətinizə çatdırır. Bu, demokratiya yolu tutmaq istəyən postsovet respublikaları üçün əsl nümunə ola biləcək bir andiçmə mərasimi və çıxışdır.

"Hörmətli Ukraynalılar! Seçkiləri qazandıqdan sonra mənim altı yaşlı oğlum dedi: "Ata, Zelenski prezidentdir, belə çıxır ki, mən də prezidentəm". O vaxt bu, bir zarafat kimi səsləndi və sonra mən başa düşdüm ki, əslində, bu həqiqətdir, çünki hər biriniz prezidentdir.
Mənə ukraynalıların 73 faizi səs verməyib, ukraynalıların 100 faizi mənə səs verib. Bu mənim deyil, bu bizim ümumi qələbəmizdir və bu bizim ümumi şansımızdır ki, qarşısında hamımız məsuliyyət daşıyırıq. Və elə indicə yalnız mən and içmədim, bizim hər birimiz konstitusiyaya əl qoyduq və hər birimiz Ukraynaya sadiq olacağımıza and içdik.
Qışqırdıcı başlıqları təssəvvür edin: "Prezident vergi ödəmir, sərxoş halda qırmızı işıqda keçdi, bir az oğurlayır, ona görə ki, hər kəs bunu edir ". Bu gündən etibarən hər birimiz övladlarımız üçün qoyacağımız Ukrayna üçün məsuliyyət daşıyırıq. Hər birimiz öz yerimizdə ölkənin inkişafı üçün hər şeyi edə bilərik.
Avropa ölkəsi hər birimizdən başlayır. Bəli, biz Avropa yolunu seçmişik. Amma Avropa haradasa deyil, Avropa - bax buradadır (barmağı ilə başını göstərir). Və Avropa burada olduqda, Ukrayna da olacaq. Və bu, bizim ümumi arzumuzdur.
Ancaq bizim ümumi  dərdimiz də var. Hər birimiz Donbasda həlak oldu. Hər gün biz hər birimizi itiririk. Və hər birimiz köçkünük. Və evini itirmişlər də, öz evinin qapılarını açıb bu ağrını bölüşənlər də.
Hər birimiz qazanc arxasınca yola düşdük. Öz evində deyil, yad yerlərdə qazanc tapanlar və buna qarşı mübarizədə olanlar öz ləyaqətini itirməyə məcburdurlar.
Amma, biz hamımız bunun öhdəsindən gələcəyik. Çünki, hər birimiz ukraynalıyıq. Biz hamımız ukraynalıyıq, əksəriyyət, azlıq, düz olanlar, səhv edənlər - Çerniqovdan Simferopola qədər, Lvovda, Xarkovda, Dneprdə, Odessada - biz hamımız ukraynalıyıq. Və biz bir olmalıyıq, çünki yalnız o zaman güclü oluruq.
Bu gün mən dünyadakı bütün ukraynalılara müraciət edirəm. Biz 65 milyonuq. Bəli, təəccüblənməyin - Ukrayna torpağının dünyaya gətirdikləri. Ukraynalılar Asiyada, Şimali və Cənubi Amerikada, Avstraliya və Afrikada var - mən planetdəki bütün ukraynalılara müraciət edirəm. Siz bizə çox lazımsınız. Kim yeni, güclü, uğurlu Ukraynanın arxasında durmağa hazırdırsa, mən sevinclə ona Ukrayna vətəndaşlığı verəcəm. 
Siz Ukraynaya qonaq kimi gəlməməlisiniz, Siz evinizə gəlirsiniz, biz sizləri gözləyirik. Xaricdən süvenir gətirmək lazım deyil. Xahiş edirik, bizə biliyinizi, təcrübənizi və mental dəyərlərinizi gətirin. Bütün bunlar bizə yeni bir dövr başlamağa kömək edəcək.
Skeptiklər deyəcəklər ki, bu fantastikadır, bu qeyri-mümkündür.  Bəlkə, bu, bizim milli ideyamızdır - birləşib, hər şeyin acığına  mümkün olmayanları həyata keçirək.
Avropa çempionatında İslandiya yığmasını yadınıza salın. Diş həkimi, rejissor, pilot, tələbə və təmizləyici ölkəsinin şərəfini qorudu və bunu bacardılar, amma heç kim inanmırdı.
Bu bizim yolumuzdur. Biz futbolda islandiyalı, öz torpaqlarını müdafiə etməkdə israilli, texnologiyada yapon,müxtəlifliyə görə heç kəsə fərq qoymadan, bir-biri ilə xoşbəxt yaşamaq qabiliyyəti olan isveçrəlilər olmalıyıq.
Və ilk vəzifəmiz Donbasda müharibəni dayandırmaqdır. (Sürəkli alqışlar). Məndən tez-tez soruşurdular – nəyin müqabilində atəşkəsə hazırsınız?
Qəribə sualdır. Bəs, siz, ukraynalılar, sizə doğma olan insanların həyatı üçün nəyə hazırsınız? Nəyə?!
Mən sizi əmin edirəm ki, qəhrəmanlarımızın həlak olmaması üçün mən hər şeyi etməyə hazıram.
Mən populyarlığımı, reytinqimi itirməyə hazıram, əgər gərəkirsə, mən vəzifəmi də itirməyə hazıram, təki sülh olsun. (Alqışlar).
Torpaqlarımızı itirmədən, başqa cür ola bilməz! (Alqışlar, hamı ayağa qalxır).
Tarix ədalətsizdir, bu doğrudur. Bu müharibəni biz  başlamadıq. Biz başlamadıq, amma onu biz bitirməliyik. Və biz dialoqa hazırıq (rus dilinə keçir) amma əminəm ki, bu dialoqa başlamaq üçün ilk addım bütün ukraynalı əsirlərin qaytarılması olacaq.
Bizim növbəti çağırışımız itirilmiş ərazilərin qaytarılmasıdır. Doğrusu, bu şəkildə çatdırmaq o qədər də korrekt deyil,- axı iş ondadır ki, qanuna görə bu torpaqlar bizimdir.  Krım da,  Donbass da Ukrayna torpağıdır. Orda yalnız əraziləri itirməmişik, biz ən başlıca olanı itirmişik- insanları. Və bu gün bizə sadəcə (yenidən rus dilinə keçir) onların şüurunu qaytarmaq lazımdır. Biz bu anlayışı itirdik. Bu İllər ərzində hakimiyyət, onların özlərini ukraynalı hiss etməkləri üçün heç nə etmədi.
Onlar yad deyillər, onlar bizimkilərdir.Onlar ukraynalılardır.
(Deputat Lyaşko salondan nəsə çığırır) Onlar Ukrayna dilini baş düşürlər. Sağ olun ki, hələ də adamları bölməyə davam edirsiniz, pan Lyaşko.
Bəli, harda yaşamamızdan asılı olmayaraq hamımız ukraynalılarıq.  Ona görə ki, ukraynalı – pasportda yazı deyil, Ukrayna –burdadır( ürəyini göstərir)
Mən bunu dəqiq bilirəm, bunu Ukraynanı müdafiə edən döyüşçülərdən, qəhrəmanlarımızdan, həm  ukraynaca danışan, həm də rusca danışanlardan bilirəm. Ölkəsindən ötrü can vermiş insanalara hakimiyyətin  hörmət etmədiyi yerdə güclü ordu ola bilməz. Hər gün də o canı verirlər.
Əlimdən gələn hər şeyi edəcəyəm ki, siz o hörməti hiss edəsiniz. Bu,  layiqli, ən əsası, sabit maliyyə təminatı, bu sizin mənzil şəraitiniz, döyüş tapşırığı yerinə yetirildikdən sonra qanuni məzuniyyətiniz, sizin və ailəniz üçün istirahət deməkdir. NATO standartlarından danışmaq yox, onu yaratmaq lazımdır, o standartları yaratmaq lazımdır.
Əlbəttə ki, müharibədən başqa da ukraynalıları bədbəxt edən çox fəlakətlər var. Bu şok edən tariflər, alçaldıcı maaşlar və təqaüdlər , ağrılı qiymətlər, mövcud olmayan iş yerləridir. Bu səhiyyədir ki, onun yaxşılaşdırılması haqqında hamıdan çox danışanlar adi xəstəxanalarda uşaqla yatmayıblar.  Bu, mifik Ukrayna yollarıdır ki, onu yalnız kiminsə şiddətli fantaziyalarında salırlar və təmir edirlər.
İcazə verin indi mən sonralar əla Amerika prezidenti olmuş,  bir Amerika aktyorundan sitat gətirim: "Hökümət bizim problemlərimizi həll etmir, hökumət elə bizim problemlərimizdir". Bu yalnız bir sitatdır. Düzünü desək, mən anlamıram, hökumətimiz, yalnız əllərini yelləyir və deyir: "Biz heç bir şey edə bilmərik". Doğru deyil, edə bilərsiniz.
Bir kağız, bir qələm götürüb iş yerlərini azad edin, gələcək seçkilər haqqında deyil, gələcək nəsillər haqqında düşünənlər üçün tərk edin. Düşünürəm ki, insanlar bunu qiymətləndirəcəklər. Və mənim seçilməyim sübut edir ki,vətəndaşlar 28 il ərzində  təcrübəli, sistemli, şişirdilmiş siyasilərdən yorulublar. Onlar ölkəni otkatlar, pul axınları, derbanların( narkotika düzəltmək üçün çətənə toplusu-tərcümə) mümkün olduğu yerə çeviriblər.
Biz başqa imkanların olacağı bir ölkəni quracağıq. Orda hamı qanun qarşısında bərabərdir, orda təmiz və şəffaf oyun qaydaları var, birimiz hamı üçündür. Bunun üçün hakimiyyətə xalqa xidmət edən adamlar gəlməlidir.
Və mən istəmirəm ki, sizin kabinetlərdə mənim təsvirlərim olsun, lütfən, mənim portretlərim olmasın, ona görə ki, prezident ikona deyil, büt deyil. Prezident- portret deyil. Ora öz uşaqlarınızın şəkillərini asın və qərar verməzdən əvvəl onların gözlərinə baxın.
 Bilirsiniz, mən hələ çox söz deyə bilərəm, amma ukraynalılar söz yox, əməl istəyirlər. Ona görə də... Hörmətli deputatlar, inauqurasiyanı bazar ertəsinə siz təyin etmisiniz, iş gününə. Mən burda müsbət məna görürəm. Bu o deməkdir ki, axşam əyləncə gecəsi olmayacaq, sizinlə işləyəcəyik.
Və buna görə sizdən deputat toxunulmazlığının ləğv edilməsi haqqında, qanunsuz varlanmaya görə cinayət məsuliyyətinə cəlb edilmə haqqında , çox əzablar görmüş Seçki Məcəlləsi haqqında qanun qəbul edəsiniz.  Eyni zamanda,  Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbərinin, Ukraynanın Baş prokurorunun, Ukrayna Müdafiə Nazirinin  vəzifədən azad olunmasını sizdən xahiş edirəm. Və bu, edə biləcəyiniz hər şey deyil, amma başlanğıc üçün kifayətdir.
Bunun üçün iki ay vaxtınız olacaq. Bunu edin və medalları özünüzə asın. Erkən parlament seçkiləri üçün məqamdır. Mən Ali Radanın səkkizinci çağırışını buraxıram. Ukraynaya eşq olsun! Və Sizə təşəkkür edirəm.
Və nəhayət, çox qısaca: əziz xalq, həyatım boyunca hər şey etməyə çalşmışam ki, ukraynalıların üzündə təbəssüm olsun. Bunu mən ürəyimlə  hiss etdim - bu, yalnız mənim işim deyil, bu həm də mənim missiyamdır. Ukraynalılar, önümüzdəki beş ildə hər şeyi edəcəyəm ki, siz  ağlamayasınız. Sağ olun”

Tərcümə etdi: İlham İsmayıl

loading...
loading...
Ağac adam üsyan etdi: "Nə olar əlimi kəsin"
27 dəqiqədə 6 dəfə ölüb dirildi, oyandığı zaman... - MARAQLI
Tramp İranı yenidən hədələdi: “İranı məhv edərik”
Yaqub Mahmudov: "Şirməmməd Hüseynov mərd kişi idi"
Azərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədir
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Əgər atam indi burda olsaydı...” - Şəhid zabitin məzun qızı çıxışıyla hamını kövrəltdi
Cəmiyyət
“AQTA qida təhlükəsizliyinin təmin olunması istəklərini "xəyalplov"a çevirir...”
Cəmiyyət
“İllərlə teatra gəlməyən adam hər şey alır, amma əziyyət çəkən kənarda qalır...”
Cəmiyyət
“Ölkə futbolunun, əksər klubların səviyyəsi çox aşağı düşüb...” – Tahir Süleymanov
Cəmiyyət
“Şirməmməd Hüseynovun xatirəsinin əbədiləşdirilməsi arzuediləndir”
Həftənin ən çox oxunanları
Avropanın ən böyük cinsi əlaqə festivalı keçirilir — İNSANLAR BİR-BİRİNİN GÖZÜ QARŞISINDA (FOTOLAR)
Keçmiş milli təhlükəsizlik nazirindən Əli Nağıyev haqqında İLGİNC FİKİRLƏR...
7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
Zakir Həsənov elan etdi: torpaqlar azad edilir - Analiz
Dubayda gizli Azərbaycan-Ermənistan görüşü keçirilib?..-Erməni hoqqabazlığı?..
SON DƏQİQƏ! Tanınmış aktyor VƏFAT ETDİ - FOTO
Səkkiz nəfərin güllələndiyi hadisənin yeni dəhşətli görüntüləri - VİDEO
Həkimlər diaqnoz qoya bilmir - Səbəbsiz böyüyür...
Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və... - DƏHŞƏT
“Əli Nağıyevin nazir təyinatı milli təhlükəsizliyimizin möhkəmlənməsinə yeni töhfələr verəcək”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)